Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-7/2023 19.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy rayon məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhərində anadan olmuş, evli, orta-ixtisas təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə saat 09 radələrində Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisindən keçən dəmir yol xəttinin kənarında yerdən taparaq satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz əldə etdiyi şəxsi istehlak miqdarından artıq bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,165 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,549 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə yerləşdirib qanunsuz saxlayaraq daşımış, 14 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində saxlanılaraq RPŞyə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,165 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,549 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan göy rəngli cins şalvarının sağ yan cibində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddətdir narkotik vasitə və psixotrop maddə istifadə edir. 14 oktyabr 2022-ci il tarixdə səhər saat 09 radələrində Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisindən keçən dəmir yol xəttinin yaxınlığından keçib iş yerinə gedən zaman yerdə iki ədəd sellofan büküm olmasını görmüş, həmin iki ədəd sellofan bükümü götürüb baxdıqda müəyyən etmiş ki, həmin şəffaf rəngli sellofan bükümlərinin birinin içərsində narkotik vasitə olan heroin, digərində isə psixotrop maddə olan metamfetamin vadır. Narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu üçün həmin iki ədəd sellofan bükümü götürüb əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə sonradan istifadə etməklə əlaqədar yerləşdirmiş, bundan sonra isə oradan ayrılıb işlədiyi avtomobil sexinə getmiş, sexə çatdıqdan sonra da sexdə işləri ilə məşğul olmuş, təxminən saat 17 radələrində Goranboy rayonu Dəliməmmədli şəhərində işlədiyi sexdən çıxıb düyü almaq üçün “Oba” marketə piyada getməyə başlamış, mağazaya çatmağa təxminən 50 metr məsafə qalmış bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələnin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah edib birlikdə Goranboy rayon polis şöbəsinə getməli olduğunu demişlər. O da polis əməkdaşlarının təklifini qəbul edib onlarla birlikdə Goranboy rayon polis şöbəsinə gəlmiş, Goranboy rayon polis şöbəsinin inzibati binasına çatdıqdan sonra polis əməkdaşları onu tanımadığı bir otağa aparmışlar. Orada olan zaman şübhəli şəxs qismində saxlanıldığını demişlər və ona üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmiş, həmçinin polis əməkdaşları hüquqlarının müdafiəsi ilə bağlı vəkil seçmək hüququnun olmasını izah etmişlər. Bunun ardınca isə təqdim edilmiş siyahı üzrə hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi hüquqlarını müdafiə etməsini istəmiş, buna görə Müdafiəçi Goranboy rayon polis şöbəsinə dəvət edilmiş, vəkil Müdafiəçi gəldikdən sonra isə onun üzərində şəxsi axtarış aparılacağı bir daha polis əməkdaşları tərəfindən bildirilmiş, həmçinin yenidən hüquq və vəzifələri izah edilmiş, bundan sonra polis əməkdaşları və vəkil Müdafiəçi iştirakı ilə onun üzərində video çəkiliş altında şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi bildirildiyi üçün əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan 2 ədəd ayrıayırılıqda sellofan bükümün içərisində narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini, cins şalvarının sol yan cibindən isə üç ədəd 5 manatlıq və bir ədəd bir manatlıq pul əskinasını çıxarıb masanın üzərinə qoymuş, təqdim etdiyi 2 ədəd sellofan bükümə baxış keçirilmiş və həmin sellofan bükümün birinin içərsində narkotik vasitə olan heroin, digərinin isə içərsində psixotrop maddə olan metamafetamin olması aşkar edilmiş, bundan başqa şəxsi axtarış zamanı üzərindən heç bir əşya və ya digər məmulatlar aşkar edilməmiş, üzərindən aşkar edilmiş içərsində narkotik vasitə olan heroin və psixotrop maddə olan iki ədəd sellofan büküm ayrı-ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilmiş, bunun ardınca isə üzərindən aşkar edilmiş üç ədəd 5 manatlıq və bir ədəd 1 manatlıq pul əskinasları iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün ona qaytarılmış, bunun ardınca isə üzərindən aşkar olunmuş içərsində narkotik vasitə olan heroin və psixotrop maddə olan iki ədəd sellofan büküm ayrı-ayrılıqda polis əməkdaşları tərəfindən qablaşdırımış və möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürümüş, bununla bağlı sənədlər isə, o və iştirakçılar tərəfindən imza edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satmaq niyyətinin olmadığını göstərmişdir. Yekunda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın cinayət axtarış üzrə əməliyyat müvəkilli X6 ifadəsində göstərdi ki, hazırda Azərbaycan Respublikası DİN-in Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 14 oktyabr 2022-ci il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi işi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumat dərhal onun tərəfindən Goranboy rayon polis şöbəsinin rəhbərliyinə məruzə edilmiş, təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri isə Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X7, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 və ondan ibarət olmuş, bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi məqsədi ilə CAB-nin əməliyyat müvəkkili Şaiq Şəfiyev ilə birlikdə 14 oktaybr 2022-ci il tarixdə saat 16 radələrində xidməti avtomobillə Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisinə yollanmışlar. Təxminən 30 dəqiqə sonra Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisinə çatmışlar. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Dəliməmmədli şəhərində çalışdığı sexdən çıxıb yol ilə piyada hərəkət edəcəyi məlum olduğu üçün həmin yerə gedib orada təxminən 30 dəqiqə gözlədikdən sonra Təqsirləndirilən şəxs çalışdığı sexdən çıxıb piyada yol ilə getməyə başladığını görmüşlər. Buna görə də həmin vaxt əməliyyat müvəkkili Şaiq Şəfiyevlə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini çıxarıb ona Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib onlarla birlikdə üzərində şəxsi axtarış aparılacağı məqsədi ilə Goranboy rayon polis şöbəsinə gəlməli olduğunu demişlər. Təqsirləndirilən şəxs da onların təklifini qəbul edib hüquqlarının və vəzifələrinin ona aydın olduğunu bildirərək Goranboy rayon polis şöbəsinə getməyə razılıq vermiş, odur ki, Təqsirləndirilən şəxsla xidməti avtomobillə Goranboy rayon polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs RPŞ-nin inzibati binasına gətirildikdən sonra təhqiqatçı Hidayyət Cəfərovun xidməti otağına aparılmış, təhqiqatçı Hidayyət Cəfərov tərəfindən yenidən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılacağı bunun üçün isə şübhəli şəxs qismində tutulacağı bildirilmiş, Təqsirləndirilən şəxs da bununla bağlı heç bir etirazının olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Hidayyət Cəfərov tərəfindən şübhəli şəxs qismində tutulmuş, bunun ardınca isə təhqiqatçı Hidayyət Cəfərov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Goranboy rayon ərazisində və digər yerlərdə fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının Goranboy rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə edilməsini istədiyi üçün vəkil Müdafiəçi qismində dəvət edilmiş, biz az sonra vəkil Müdafiəçi gəlmiş, bundan sonra onun, Şaiq Şəfiyevin və vəkil Müdafiəçi iştirakı ilə video çəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmış, video çəkilişi isə Goranboy RPŞ-nin KTQ-nun baş inspektoru kriminalisti Həbib Məmmədov həyata keçirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, buna görə də Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən ayrı-ayırılıqda iki ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin sellofan bükümlərə baxış zamanı bükümlərdən birinin içərsində narkotik vasitə olan heroinə bənzər maddə və digərinin içərisində isə psixotrop maddə olan metamfetaminə bənzər maddə olması aşkar edilmiş, bunun ardınca isə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən isə miqdarını xatırlamadığı pul əskinaslarını çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər maddə və psixotrop maddə olan metamfetaminə bənzər maddə Dəliməmmədli şəhəri ərazisindən keçən dəmir yol xəttinin kənarında yerdən tapdığını bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ayrı-ayrılıqda iki sellofan bükümdə içərlərində narkotik vasitə olan heroinə bənzər maddə və psixotrop maddə olan metamfetaminə bənzər maddə təhqiqatçı Hidayyət Cəfərov tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilib götürülərək müvafiq qaydada qablaşdırılaraq üzəri möhürlənmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş pul əskinasları isə iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmış, sonda isə video çəkiliş dayandırılaraq təhqiqatçı Hidayyət Cəfərov tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar isə həmin protokolu imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın cinayət axtarış üzrə əməliyyat müvəkilli X8 iş üzrə digər şahid X4 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 14 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 14 oktyabr 2022-ci il tarixdə, saat 17:00-da məhdudlaşdırılmışdır; “Şəxsi axtarış aparılması haqqında” 14 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X5, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X4, Goranboy RPŞ-nin KTQnin baş inspektor kriminalisti, X2 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə masanın üzərinə qoyaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində 1 (bir) ədəd boz rəngli gödəkçə, 1 ədəd qara rəngli köynək, 1 (bir) ədəd göy rəngli cins şalvar, ayağında 1 (bir) cüt, qara rəngli tərlik olmuşdur. Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 2 ədəd ayrı ayırılıqda şəffaf rəngli sellofanın içərisində olan narkotik vasitə olan heroinə bənzər maddə və psixotrop maddə olan metamfetaminə bənzər maddəni, cins şalvarının sol yan cibindən isə 3 ədəd 5 manatlıq və 1 ədəd bir manatlıq pul əskinasını çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər maddəni və psixotrop maddə olan metamfetaminə bənzər maddəni Dəliməmmədli şəhəri ərazisində olan stansiya deyilən ərazidən tapdığını bildirmişdir. Şəxsi axtarış süni işıqlandırılmış şəraitdə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər maddə və psixotrop maddə olan metamfetaminə bənzər maddə vəkilin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər maddə 1,7 qram və psixotrop maddə olan metamfetaminə bənzər maddə isə 1,3 qram olması müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər maddə və psixotrop maddə olan metamfetaminə bənzər maddə götürülərək ayrı ayrılıqda 2 ədəd ağ rəngli zərfdə qoyulmuş və DİN-nin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqi aparılması üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzəridən aşkar olunmuş 3 ədəd beş manatlıq və 1 ədəd bir manatlıq pul əskinasları maddi sübüt əhəmiyyəti kəsb etmədiyi üçün vətəndaşın özünə qaytarılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2022-ci il tarixli, 16/1193 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,165 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə olan heroinə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan sözləri və imzaları olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen torbada və 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,549 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Aparılmış tədqiqatın dəyəri 30,40 manatdır; “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilməsi haqqında” 15 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut qismində tanıma barədə” 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən aşkar olunaraq götürülmüş 1 ədəd paketdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,105 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd paketdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra bir ədəd sellofan bükümdə təmiz çəkisi 1, 449 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 noyabr 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 16 noyabr 2022-ci il tarixli, 1740 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür; “Sübutların qiymətləndirilməsi barədə” 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,165 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,549 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ekspertiza tədqiqatında Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə Sınaq mərkəzi tərəfindən ölçmə dəqiqliyi 071308 nömrəli, Şəhadətnamə” ilə təsdiq edilmiş “CAS CUS 620H” markalı elektron tərəzi vasitə ilə çəkilmiş və ekspertiza tədqiqatında istifadə edilən elektron tərəzi daha dəqiq olduğundan istintaq zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittihamda ekspertiza tədqiqatında əks olunmuş çəkinin qeyd olunması nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,549 qram, metamfetaminin təmiz çəkisi isə 1,165 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; - himayəsində bir azyaşlı övladının olmasını (əsas: iş materiallarında olan Goranboy RİH başçısının Dəliməmmədli şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 935 nömrəli arayış). - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy RİH başçısının Dəliməmmədli şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə saat 17:00 radələrində saxlanılmış və onun barəsində 15 oktyabr 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, həbsdən azad edilmişdir. İş materiallarında olan 15 oktyabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:25-dək dindirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdə azad olunsa da, onun azadlığının faktiki məhdudlaşdırılması 24 saatdan artıq olmuşdur. Bununla da məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılmalıdır (həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (14-15 oktyabr 2022-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 1,105 qram olan kustar üsulla hazırlanmış psixotop maddə metamfetamin və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 1,449 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 4 (dörd) iş saatı üçün cəmi 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 1,105 qram olan kustar üsulla hazırlanmış psixotop maddə metamfetamin və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 1,449 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza xərci 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 4 (dörd) iş saatı üçün cəmi 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-7/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-7/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver