Məhkəmə qərarları › İş №1(045)-7/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-7/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-7/2025 16.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, işləməyən, Goranboy rayonu Qarasüleymanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər etmiş, həmçinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, 02 iyul 2024-cü il tarixdə saat 09 radələrində Goranboy rayonu, Qarasüleymanlı kəndində yaşadığı evdə olan zaman ünvanlı dövlət sosial yardımı alması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 X9 sədri tərəfindən təsdiq edilmiş 33 və 34 saylı vəzifə təlimatlarına əsasən ünvanlı dövlət sosial yardımı təyinat və imtina olunmuş işlərin monitorinqini həyata keçirmək məqsədilə onun yaşadığı evə gəlmiş, hakimiyyət nümayəndəsi hesab edilən Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin X1 üzrə X4 departamentinin böyük mütəxəssisi Zərərçəkmiş şəxs2 və aparıcı mütəxəssisi Şahid1 öz xidməti vəzifələrini yerinə yetirərək maddi-məişət şəraitini yoxlamaq üçün xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etdikdən və yoxlanışı həyata keçirmək üçün icazə aldıqdan sonra video görüntü formatında yoxlanış keçirdikləri zaman ondan fərdi yaşayış evinin qarşısında dayanmış “VAZ 2107” markalı, “**-BA-***” dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olub-olmaması barədə soruşduqda o, sorğu-sualdan hiddətlənərək icarə əsasında istifadə etməsinə baxmayaraq, yalandan qeyd edilən avtomobilin ona aid olmadığını bildirməklə Şahid1 və Zərərçəkmiş şəxs2 nalayiq ifadələrlə söyüb təhqir etmiş, həmçinin sonuncuya əli ilə qəsdən vuraraq alt çənənin qançırından ibarət sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirməklə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrinin yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Bundan başqa o, 08 avqust 2024-cü il tarixdə saat 20 radələrində Goranboy şəhəri H.Əliyev prospektində yerləşən “Heydər Bulağı”nın yaxınlığındakı avtomobil yuma məntəqəsində yuyucu işləyən Zərərçəkmiş şəxs1 yuyulması üçün təhvil verdiyi, tanışı Şahid4 aylıq 120 manat ödəməklə icarəyə götürərək istifadə etdiyi “VAZ 2107” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir neçə saat keçməsinə baxmayaraq yuyulmadığını görüb əsəbiləşərək həmin gün saat 23:30 radələrində “Heydər Bulağı”nın yaxınlığında Zərərçəkmiş şəxs1la rastlaşdığı zaman heç bir əsaslı səbəb olmadan sonuncu ilə mübahisə edərək Zərərçəkmiş şəxs1 ünvanına ucadan nalayiq ifadələr işlətməklə ictimai asayişin pozulmasına, şəxslərin hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədi ilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq etmək hədəsi və özgənin əmlakının zədələnməsi ilə müşaiyət edilən hərəkətlər edib Zərərçəkmiş şəxs1 üzünə şillə ilə vurub ona sağ gözünün alt qapağının qançırından ibarət sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, həmçinin sonuncuya məxsus “Redmi Note 10C” markalı mobil telefonu əlindən alıb yerə çırparaq yararsız vəziyyətə salıb 115,00 manat məbləğində maddi ziyan vurmaqla qərəzli xuliqanlıq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən, 315-ci maddəsi ilə elan edilmiş ittihamla isə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hazırda heç yerdə işləmir. 2010-cu ildə X7 ilə ailə həyatı qurmuş və birgə nikahlarından iki övladları olmuşdur. 2018-ci ildə yoldaşı Yeganə Kazımova vəfat etmişdir. Hazırda iki az yaşlı övladı onun himayəsindədir. Özü ikinci qrup əlildir və əlilliyi ilə bağlı uzun müddətdir ki, təqaüd alır. 2024-cü ilin mart ayından avqust ayınadək dövlət tərəfindən sosial yardım almışdır. 02 iyul 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evinin həyətində olan zaman qəflətən kiminsə evin hasarından qalxaraq həyəti video lentə aldığını görmüşdür. O, dərhal müdaxilə edib nəyə görə yaşadığı evi çəkdiyini və kim olmasını dəfələrlə soruşmuşdur. Lakin, həmin adam onun suallarına məhəl qoymamışdır. Daha sonra həmin adam onu çölə dəvət edərək kimliyini deyəcəyini bildirmişdir. O, evi video lentə alan adamın ona məhəl qoymadığını görüb, telefonla həmin şəxsi videoya çəkməyə başlayaraq çölə çıxmışdır. Belə ki, o, çölə çıxdıqdan sonra adını sonradan bildiyi Şahid1 və Zərərçəkmiş şəxs2 onun üzərinə yeriyərək çəkiliş aparmağına maneçilik törətmişlər. Həmin zaman Tərlan və Sənan çəkilişi dayandırmağı tələb edərək ona hücum çəkmiş və qarnına, həmçinin ayağına təpik zərbələri endirərək telefonu əlindən almağa çalışmışlar. Həmin vaxt o, özünü müdafiə etmək məqsədi ilə müqavimət göstərmişdir. Daha sonra, səs-küyə ətrafda olan qonşular toplaşaraq aranı sakitləşdirməyə başlamışlar. Ara sakitləşdikdən sonra, Sənan və Tərlan özlərini Azərbaycan Respublikası DSMF-nin əməkdaşları olduğunu və sosial yardım verilməsi ilə bağlı təkrar yoxlamaya gəldiklərini bildirmişlər. Həmçinin söhbət zamanı Şahid1 yoxlama aparılan vaxtı video çəkiliş etməsi ilə bağlı icazə almışdır. O, icazə verdikdən sonra, Sənan və Cabbar video çəkilişlə evin darvazasından həyətə daxil olmuşlar. Belə ki, Tərlanla, Sənan evə daxil olduqdan sonra, o, evini çəkmələrinə əsəbləşib Sənan və Cabbara evindən çıxmalarını bildirmişdir. O, Tərlanla Sənanın ona məhəl qoymadığını görüb sonuncuları təhqir edərək evdən qovmuşdur. Onlar evin darvazasından çölə çıxdıqdan sonra bir daha səs-küyə qonşular gəlmiş və aranı sakitləşdirmişdir. Birlikdə ikinci dəfə evdən çölə çıxdıqda aralarında hər hansı mübahisə olmamış, həmçinin dalaşmamışlar. Daha sonra baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. 02 iyul 2024-cü il tarixdə baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs2 vurmamışdır. Zərərçəkmiş şəxs2 və Şahid1 ikinci dəfə evə daxil olan zaman evin hamam, tualet, paltar sərgisini çəkmələri onun acığına gəlmiş və bu səbəbdən əsəbləşib evdən çıxmalarını tələb etmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində özünə məxsus olan VAZ 2107 markalı avtomobili tanışı Ayaz Quliyev ilə moykaya apardı və orada yuyucu işləyən Elşad adlı şəxsə avtomobilini yumasını bildirdi. Elşad isə 1 saat sonra yuyub təhvil verəcəyini dedikdən sonra, o da “problem yoxdu” deyərək 4 manat da pul verib getmişdir. O, həmin gün saat 23 radələrində moykadan avtomobilini götürmək üçün gedən zaman avtomobilinin kirli vəziyyətdə olduğunu görmüşdür. Daha sonra evə gedən zaman Heydər Əliyev bulağının yanında Elşadın piyada gəldiyini görmüşdür. O, Elşaddan uca səslə kobud şəkildə avtomobilini niyə yumadığını soruşmuş, Elşad da ona velosiped düzəltdiyini bildirmişdir. Daha sonra o, Elşadla aqressiv danışmağa başlamış, Elşad isə DİN-in 102 xidmətinə zəng edərək Goranboy rayon Polis Şöbəsinə doğru qaçıb getmişdir. O, həmin vaxt Elşadı ölümlə hədələməmiş, onu üz nahiyəsindən sillə ilə vurmamış, ona hər hansı bir xəsarət yetirməmişdir. Yekunda o, Zərərçəkmiş şəxs1 ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını, Zərərçəkmiş şəxs2 vurmadığını, ona qarşı heç bir zor tətbiq etmədiyini bildirərək, ona təqsirləndirildiyi CM-in hər iki maddəsi üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 2022-ci ilin noyabr ayından etibarən DSMF-də maddi X5 üzrə böyük mütəxəssis işləyir. 02 iyul 2024-cü il tarixdə o və DSMF-nin digər əməkdaşı Şahid1 ilə birlikdə 29 aprel 2024-cü il tarixdən etibarən sosial yadım təyin edilmiş Goranboy rayonu, Qarasüleymanlı kənd sakini Təqsirləndirilən şəxs evinə maddi məişət şəraitini təkrar yoxlamaq üçün getmişlər. Onlar Təqsirləndirilən şəxs Goranboy rayonu, Qarasüleymanlı kəndindəki fərdi yaşayış evinin darvazasından içəri daxil olan zaman çəkiliş aparmaq üçün icazə almışlar. Həmin vaxt evdə olan Təqsirləndirilən şəxs və anası X8 çəkiliş aparmalarına icazə vermişlər. Daha sonra, onlar Təqsirləndirilən şəxs evinin həyətinin darvazasının önündə “VAZ 2107” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüş və darvazadan içəri daxil olduqdan sonra Təqsirləndirilən şəxs həmin avtomobilin kimə məxsus olduğunu soruşmuşlar. Belə ki, Vüqar bir neçə dəfə yalan danışaraq avtomobilin sahibinin bir neçə fərqli yerlərdə olduğunu bildirərək fikirlərini yayındırmağa cəhd etmişdir. Bu da onların diqqətini çəkmişdir. Daha sonra Vüqar çətin vəziyyətə düşdüyünü görüb özündən çıxmış və onu təhqir edib üz nahiyyəsinə sillə ilə vurmuşdur. O, geri çəkildikdən sonra, Vüqar həm ona, həm də Şahid1 təhqirlər səsləndirməyə başlamışdır. O, Vüqarın nalayiq davranışlarını görüb evin darvazasından çölə çıxaraq Azərbaycan Respublikası “DİN”-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmin aralıqda Təqsirləndirilən şəxs yenidən onları təhqir edərək telefon vasitəsi ilə onları videoya çəkmişdir. Həmin zaman iş yoldaşı Şahid1 Vüqardan çəkilişi dayandırması üçün telefonu əlindən almaq istəsə də, Təqsirləndirilən şəxs yerdən daş götürüb Sənanı vurmağa cəhd etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayətçidir, odur ki, Təqsirləndirilən şəxs barəsində ağır cəza, yəni azadlıqdan məhrumetmə cəzası təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxsla ədavəti və ya düşmənçiliyi olmamışdır. Əvvəllər Goranboy şəhərində Elim adlı şəxsə məxsus avtoyuma məntəqəsində işləmişdir. 08 avqust 2024-cü il tarixdə saat 20 radələrində avtoyuma məntəqəsində olarkən Təqsirləndirilən şəxs VAZ 2107 markalı avtomobili ilə gələrək avtomobilini yumasını bildirmişdir. Vüqar tək gəlmiş, yanında heç kim olmamışdır. Həmin vaxt o, 2 gün əvvəl aldığı velosipedi nasaz olduğu üçün düzəltmişdir. Vüqara hazırda işi olduğunu və işini yekunlaşdırdıqdan sonra avtomobili yuyub-təmizləyəcəyini bildirmişdir. Vüqar isə vaxtı olacağı təqdirdə avtomobili yumağı ona tapşırıb getmişdir. Vüqar getdikdən təxminən 10 dəqiqə sonra velosipedi Goran qəsəbəsindən Bakı şəhərinə göndərmək üçün işdən çıxıb həmin qəsəbəyə getmişdir. Velosipedi yola salıb geriyə, Goranboy şəhərinə işlədiyi avtoyuma məntəqəsinə qayıdarkən saat 23:30 radələrində Goranboy şəhəri H.Əliyev prospektində yerləşən Heydər bulağının yaxınlığında Vüqarı görmüşdür. Həmin zaman Vüqar ona yaxınlaşaraq heç bir əsas olmadığı halda onun ünvanına ucadan nalayiq ifadələr deyib, təhqir edərək nəyə görə avtomobilini yumadığını demişdir. O, Vüqara cavab olaraq velosipedinin qırıldığını, bu səbəbdən Goran qəsəbəsindən Bakı şəhərinə yola saldığını və həmin günün sabahı maşınını gətirsə yuyacağını bildirmişdir. Lakin, Vüqar onun sözlərinə məhəl qoymayaraq öz təhqirlərini davam etdirmişdir. Həmin zaman o, Vüqarın nalayiq davranışları barədə şikayətini bildirmək üçün Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etmiş və telefonda polis əməkdaşı ilə danışan zaman Vüqar qəflətən ona yaxınlaşaraq üzünə sillə vurmuş, daha sonra istifadəsində olan “Redmi 10C” markalı mobil telefonu əlindən alaraq yerə çırpmışdır. Telefonu yerə çırpdıqdan sonra Vüqar bir daha ona nalayiq ifadələrlə söyərək uzaqlaşmışdır. Daha sonra o, yerdən yararsız olan telefonunu götürüb Goranboy rayon Polis Şöbəsinə yaxınlaşıb bir daha öz şikayətini bildirmişdir. Vüqarla aralarında baş vermiş mübahisə təxminən 10 dəqiqə çəkmişdir. Hadisə zamanı orada tanımadığı şəxslər də olmuşdur. Lakin, şahidlərin konkret olaraq kimlər olması yadında qalmamışdır. İstifadəsində olan Redmi Note 10C markalı mobil telefonu 2023-cü il tarixdə 400 manata kreditlə almış, hazırda təxmini bazar qiyməti 150 manat olmuşdur. Təqsirləndirilən şəxsla mübahisə edən zaman sonuncu tək olmuş, yanında heç kəs olmamışdır. Hazırda Təqsirləndirilən şəxsla aralarında barışıq əldə olunmuşdur. Həmçinin ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları eynilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2023cü ilin aprel ayından etibarən DSMF-də maddi X5 üzrə Mərkəzi filialında sürücü işləyir. 02 iyul 2024-cü il tarixdə o və DSMF-nin digər əməkdaşları Şahid1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə 29 aprel 2024-cü il tarixdən etibarən sosial yadım təyin edilmiş Goranboy rayonu Qarasüleymanlı kənd sakini Təqsirləndirilən şəxs evinə maddi məişət şəraitinin təkrar yoxlanılması üçün getmişlər. Şahid1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs Goranboy rayonu Qarasüleymanlı kəndindəki fərdi yaşayış evinin darvazasından içəri daxil olan zaman çəkiliş aparmaq üçün icazə almışlar. Həmin vaxt evdə olan Təqsirləndirilən şəxs və anası X8 çəkiliş aparılmasına icazə vermişlər. Təxminən 5 dəqiqə sonra o, Təqsirləndirilən şəxs və iş yoldaşlarının çölə çıxmalarını, Təqsirləndirilən şəxs Şahid1 və Zərərçəkmiş şəxs2 təhqir etməsini eşitmişdir. Daha sonra Təqsirləndirilən şəxs onları bir daha təhqir etməyə başlamışdır. İş yoldaşları DİN-nin 102 xidmətinə zəng etmiş və sonra Goranboy RPŞ-nə yaxınlaşıb baş vermiş hadisə ilə bağlı şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, təxminən 2015-ci ildən Goranboy şəhəri H.Əliyev prospektində yerləşən “İnteqral” geyim mağazasını işlədir. Təqsirləndirilən şəxs təxminən 10 il müddətdir ki, Goranboy rayon sakini kimi tanıyır. Vüqarla münasibətləri yaxşı olmuşdur. Bildirmişdir ki, 2024-cü ilin mart ayının əvvəllərində Vüqar ona yaxınlaşaraq kimdənsə uşaqlarını məktəbə aparmaq üçün maşın götürəcəyini və maşını götürmək məqsədi ilə sürücülük hüququ olmadığından ona “VAZ 2107” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verilməsini xahiş etmişdir. Lakin, həmin avtomobili Təqsirləndirilən şəxs alması və ya kimdənsə müvəqqəti idarə etmək üçün götürməsi barədə məlumatı yoxdur. Vüqar öz övladlarının adını çəkdiyi üçün o, Vüqarla razılaşmışdır. Belə ki, razılaşma əsasında xx.xx.2024-cü il tarixdə Goranboy şəhərində yerləşən Notariat ofisində tanımadığı bir adam ona “VAZ 2107” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Daha sonra olanlar barəsində məlumatı olmamışdır. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, 02 iyul 2024-cü il tarixdə səhər saatlarında Vüqar ona zəng edərək yüksək səslə evinə Azərbaycan Respublikası DSMF-nin əməkdaşlarının gəldiyini və maşını aparmağı ondan xahiş etmişdir. O, Vüqarın nə dediklərini anlamadan narahat qaldığı üçün sonuncunun yaşadığı Goranboy rayonu Qarasüleymanlı kəndinə getmişdir. O, Vüqarın yaşadığı evə yaxınlaşdıqda tanışı Ruslan da orada olmuşdur. Ruslandan nə baş verdiyini soruşduqda, sonuncu Vüqarın DSMF-nin əməkdaşları ilə hansı səbəbdən dalaşmasını başa düşmədiyini bildirmişdir. Orada olan zaman DSMF-nin iki əməkdaşı ilə Təqsirləndirilən şəxs bir-birlərini vurmasının şahidi olmamışdır. Belə ki, Vüqar sözlü mübahisə edərək həmin şəxslərə evinin divarına nəyə görə qalxdıqlarını dediyini görmüşdür. Daha sonra Vüqarla DSMF-nin əməkdaşlarına yaxınlaşaraq aranı sakitləşdirməyə çalışmışlar. Həmin zaman Vüqar ondan avtomobili götürüb aparmasını xahiş etmişdir. O, avtomobilə əyləşmiş, lakin həmin avtomobili idarə edə bilmədiyi üçün Ruslandan maşını sürməsini xahiş etmişdir. Daha sonra Ruslanla birlikdə maşını götürərək həmin ərazidən kənarlaşmışlar. Əlavə olaraq bildirmişdir ki, həmin avtomobil ona məxsus deyildir. Yaxın günlərdə Vüqarın etdiyi nalayiq davranışlara görə DSMF-nin əməkdaşları Vüqarın barəsində şikayət etdiyini öyrənmiş və bu səbəbdən Goranboy şəhəri ərazisində olan notariat ofisinə yaxınlaşaraq “VAZ 2107” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün ona verilmiş etibarnamənin ləğv etdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 10 il müddətdir ki, Goranboy rayon sakini kimi tanıyır. Vüqarla münasibətləri yaxşı olmuşdur. “VAZ 2107” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Belə ki, təxminən 1 il müddətdir ki, həmin maşını Goranboy rayon sakini X2 2200 manata almışdır. 2024-cü ilin əvvəllərində Vüqar ondan övladlarını məktəbə aparması üçün həmin maşınını kirayə istəmişdir. Vüqarın sürücülük hüququ olmadığından ilk öncə sonuncu ilə razılaşmamışdır. Daha sonra Vüqar ona öz tanışına etibarnamə verməsini, avtomobili gözü kimi qoruyacağını və aylıq ödənişlərini vaxtı-vaxtında ödəcəyini bildirmişdir. O, Vüqara yazığı gəldiyi üçün aylıq 120 manat pul qarşılığında sonuncu ilə razılaşmışıdr. Razılaşma əsasında xx.xx.2024-cü il tarixdə Goranboy şəhəri ərazisində ona məxsus olan “VAZ 2107” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün Vüqarın tanışı Camala etibarnamə vermişdir. Bugünədək Vüqar ona aylıq ödəniş etməmişdir. Buna səbəb isə maşının problemləri olduğu üçün Vüqar maşını təmir etdirmişdir. Həmin avtomobili hazıradək Təqsirləndirilən şəxs idarə etmişdir. Vüqarın Azərbaycan Respublikası DSMF-nin əməkdaşları ilə həmin avtomobilə görə dalaşması barədə Goranboy rayon prokurorluğuna ifadə vermək məqsədi ilə çağırılan zaman xəbəri olmuşdur. Hazırda da, “VAZ 2107” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs istifadəsindədir. O, “VAZ 2107” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs onda qalmaq şərti ilə icarəyə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, özü uzun müddətdir ki, Goranboy şəhəri ərazisində yerləşən Heydər bulağının yaxınlığında olan adsız çayxananı işlədir. Təqsirləndirilən şəxs təxminən 10 il müddətdir ki, tanıyır. 08 avqust 2024-cü il tarixdə saat 23 radələrində çayxananı bağlayan zaman qəflətən hay-küy səsləri eşitmişdir. Belə ki, Vüqar adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 üzərinə gedərək təhqir etmiş və “mənim pulum pul deyil, niyə mənim maşınımı yumamısan?” sözlərini deməsini eşitmişdir. Mübahisə zamanı o, həmin şəxslərə yaxınlaşmamış və çayxananı bağlayıb çıxıb getmişdir. Vüqarla Elşad mübahisə edən zaman Vüqarın Elşadı vurmasını və ya telefonunu yerə çırpmasını görməmişdir. Həmçinin mübahisə zamanı ətrafda kiminsə olduğunu görməmişdir. Təqsirləndirilən şəxs avtomobili olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, hazırda Goranboy şəhəri ərazisində fərdi qaydada taksi sürücüsü işləyir. Əksər vaxtlarda Goranboy şəhəri ərazisində yerləşən Heydər bulağı yaxınlığında durub müştəri gözləyir. Təqsirləndirilən şəxs Goranboy rayon sakini kimi uzun müdətdir ki, tanıyır. Lakin, Vüqarla dost kimi münasibəti olmamışdır. 08 avqust 2024-cü il tarixdə saat 23 radələrində həmişə dayandığı yerdə müştəri gözləmişdir. Orada olan zaman qəflətən hay-küy səsləri eşitmişdir. Belə ki, Vüqar adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 təhqir edərək “hamının verdiyi pulu məndə verirəm, niyə mənim maşınımı yumamısan?” sözlərini deməsini eşitmişdir. Vüqarla Elşad mübahisə edən zaman o, həmin şəxslərə yaxınlaşmamışdır. Daha sonra maşına müştəri mindiyindən həmin ərazidən uzaqlaşmışdır. Vüqarın Zərərçəkmiş şəxs1 vurmasını və ya telefonunu əlindən alıb yerə çırpmasını görməmişdir. Mübahisə zamanı Vüqar və Elşad hər ikisi tək olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan Goranboy rayon sakini kimi tanıyır. Bir yoldaş kimi Vüqarla aralarında salam-sağol olmuşdur. 01 iyul 2024-cü il tarixdə axşam saatlarında dostu Elsevər və Vüqarla Goranboy şəhərində yerləşən Heydər bulağı yaxınlığında olan adsız çayxanada oturub çay içmişlər. Belə ki, o, onlardan ayrılıb evə gedən zaman telefonunun stolda qaldığını bilmişdir. Dərhal dostu Elsevərə zəng edib bu barədə məlumat vermişdir. Həmin zaman Elsevər ona telefonu Vüqara verəcəyini və sabah sonuncudan götürməsini bildirmişdir. 02 iyul 2024-cü il tarixdə səhər saatlarında o, Vüqarın yaşadığı evə, Goranboy rayonu Qarasüleymanlı kəndinə getmişdir. Vüqargilə çatdıqda, onun evinin hasarından həyətə kiminsə boylandığını və həmin zaman Vüqarın yüksək səslə '“Sən sosialın işçisisən, mənim divarımda nə gəzirsən?” sözlərini deməsini eşitmişdir. Həmçinin, Vüqar həmin adamı video görüntüyə alırdı. O, onların arasında sözlü mübahisə olduğunu görüb ilk öncə yaxınlaşmadan kənardan olanları seyr etmişdir. Həmin zaman Camal gəlmiş və nə baş verdiyini soruşmaq üçün ona tərəf yaxınlaşmışdır. O, Camala Vüqarla həmin şəxslərin hansı səbəbdən mübahisə etmələrini anlamadığını bildirmişdir. Belə ki, həmin vaxt qəflətən Vüqar həmin şəxslərdən birinə "Sən məni vurursan? Telefonumu ver!” sözlərini deyərək qışqırdığını görmüşdür. O, Vüqarın qışqırtısına görə onlara yaxınlaşıb aranı sakitləşdirməyə çalışmışdır. Həmin zaman öyrənmişdir ki, Vüqarla mübahisə edən şəxslər DSMF-nin əməkdaşlarıdır. Mübahisə etmələrinə səbəb isə Vüqarın yaşadığı evin qarşısında olan “VAZ 2107” markalı avtomobil olmuşdur. Belə ki, DSMF-nin əməkdaşları Vüqardan həmin avtomobilin onun olubolmaması barədə soruşmuş, Vüqar da təkidlə avtomobilin onun olmadığını bildirmişdir. Hətta, o, orada olan zaman Camal gəlmiş və həmin əməkdaşlara maşının sahibi olduğunu bildirmişdir. Daha sonra Camal Vüqarın xahişi ilə maşını oradan uzaqlaşdırmaq istəmiş, lakin Camal avtomobili idarə edə bilmədiyindən maşını o, kənarlaşdırmalı olmuşdur. O, maşını kənarlaşdırdıqdan sonra Vüqardan telefonu götürüb oradan uzaqlaşmışdır. Daha sonra olanlar barədə heç bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Götürmə aparılması haqqında” 04 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 02 iyul 2024-cü il tarixdə baş vermiş hadisənin səs yazısını və video görüntülərini özündə əks etdirən CD diski könüllü surətdə verməsi təklif edilmiş, o, həmin diski könüllü surətdə verməyə heç bir etirazının olmadığını bildirmişdir. Ona görə də, material üzrə 02 iyul 2024-cü il tarixdə baş vermiş hadisənin səs yazısını və video görüntülərini özündə əks etdirən CD disk Zərərçəkmiş şəxs2 müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür; “Baxış keçirilməsi haqqında” 04 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilən CD diskə baxış keçirilmiş, 02 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə olan zaman sosial yardım alması ilə bağlı onun maddi-məişət şəraitini yoxlayan DSMF-nin Monitorinq Departamentinin əməkdaşı Zərərçəkmiş şəxs2 xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərməsi müəyyən edilmişdir; Məhkəmə-tibbi ekspertizası və PAB PHŞ-nin xx.xx.2024-cü il tarixli 501 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət (lər) – alt çənənin qançırı KÜT əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən əllə sillə ilə vurulma zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; Məhkəmə-tibbi ekspertizası və PAB PHŞ-nin xx.xx.2024-cü il tarixli 496 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə - tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət (lər) – qarının ön divarının sağ yan səthinin və sağ sağrı nahiyəsinin qançırları bərk KÜT əşyanın (ların) təsirindən əmələ gələ bilərdi və əmələ gəlmə müddəti müayinədən 1-2 gün əvvələ uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 avqust 2024-cü il tarixli protokoldan görünür ki, 08 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Goranboy şəhəri ərazisində yerləşən Heydər bulağının yaxınlığında Zərərçəkmiş şəxs1 qarşı qərəzli xuliqanlıq hərəkətləri etmişdir; Məhkəmə-tibbi ekspertizası və PAB PHŞ-nin xx.xx.2024-cü il tarixli 421 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət (lər) – sağ gözünün alt qapağında qançır KÜT əşyanın (ların) təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir; “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Götürmə aparılması haqqında” 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyul 2024-cü il tarixdə baş vermiş hadisənin video görüntülərini özündə əks etdirən CD diski könüllü surətdə verməsi təklif edilmiş, o, həmin diski könüllü surətdə verməyə heç bir etirazının olmadığını bildirmişdir. Ona görə də, material üzrə 02 iyul 2024-cü il tarixdə baş vermiş hadisənin video görüntülərini özündə əks etdirən CD disk Təqsirləndirilən şəxs müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür; “Baxış keçirilməsi haqqında” 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən CD diskə baxış keçirilmiş, 02 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 və Şahid1 tərəfindən Təqsirləndirilən şəxs fiziki təzyiq göstərilməsi müəyyən edilməmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin 17 sentyabr 2024-cü il tarixli xx/xx-10642 saylı məktubundan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə stasionar müalicədə olmayıb, lakin Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hazıradək Gəncə şəhər Narkoloji Dispanserdə narkoloji qeydiyyatdadır, “Opioid qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə Gəncə şəhər Narkoloji dispaninserdə narkoloji qeydiyyatdadır; Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 8 saylı tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu yoxdur; Goranboy RPŞ-nin xx.xx.2024-cü il tarixli 3-13-75/2-18877/24 saylı məktubundan görünür ki, Goranboy RPŞ-nin DYPB-nin X6 yoxlanılan zaman VAZ 2107 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşında Təqsirləndirilən şəxs adına heç bir sənədin olmadığı və Təqsirləndirilən şəxs Elburus oğlunun sürücülük vəsiqəsinin olmadığı aşkar edilmiş, VAZ 2107 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər Kəlbəcər rayonunda qeydiyyatda olan Şahid4 məxsus olması, Şahid4 tərəfindən isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər etibarnamə vasitəsi ilə ünvan 2 ünvanında qeydiyyatda olan Şahid3 verilməsi və həmin etibarnamənin xx.xx.2024-cü il tarixdə ləğv edilməsi aşkar olunmuşdur; Goranboy RPŞ-nin xx.xx.2024-cü il tarixli 3-13-75/2-18837/24 saylı məktubundan görünür ki, “VAZ 2107” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil rəsmi olaraq Goranboy rayonu, Qarasüleymanlı kənd sakini Təqsirləndirilən şəxs məxsus deyil, həmçinin həmin avtomobili idarə etməsinə dair Təqsirləndirilən şəxs etibarnamə verilməsə də, faktiki olaraq onun istifadəsində və sahibliyindədir; “Baxış keçirilməsi haqqında” 22 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə AR DİN tərəfindən təqdim edilmiş 1 ədəd CD diskə keçirilmiş baxış zamanı 08 avqust 2024-cü il tarixdə hadisə zamanı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinin əməkdaşı ilə danışan zaman Təqsirləndirilən şəxs tərəfindən ölümlə hədələnməsi, həmçinin sonuncunun müdaxiləsi nəticəsində telefon danışığının kəsilməsi və Təqsirləndirilən şəxs tərəfindən təhqir olunaraq fiziki təzyiqə məruz qalması müəyyən edilmişdir; Məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2024-cü il tarixli 1582 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur; Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 oktyabr 2024-cü il tarixli 9/8107 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd ekran hissəsi zədəli, üst gövdəsi ayrılmış vəziyyətdə olan, Çin istehsalı “Xiaomi markalı” 220333QAG (Redmi 10c) model, mobil telefon zədələnməmişdən əvvəl normal istifadədə olmuş vəziyyətdə 2024-cü ilin avqust ayına olan bazar qiyməti təxminən 115,00 (105+125man):2, hazırki vəziyyətdə (üst gövdəsi zədəli vəziyyətdə) ehtiyat hissəsi kimi təxminən – 30,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir; Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş maddi ziyanı tamamilə ödəmiş, buna görə də onunla barışmışdır. Təqsirləndirilən şəxsdən şikayətçi deyil, ondan heç bir tələbi və iddiası yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını, Təqsirləndirilən şəxs barəsində olan 1(045)-80/2024 saylı cinayət işi üzrə ona yüngül cəza verilməsini və növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir; Goranboy rayon Qeydiyyat Şöbəsinin AZ-İ № 907013 saylı “Ölüm haqqında şəhadətnamə”sinin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə kəskin böyrək çatışmamazlığından vəfat etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 221.1 və 315-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, 08 avqust 2024-cü il tarixdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər etməməsi, həmçinin 02 iyul 2024-cü il tarixdə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin ifadəni özünümüdafiə məqsədilə verdiyi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslər və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutlar ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - Zərərçəkmiş şəxs2 ifadəsində 02 iyul 2024-cü il tarixdə o və DSMF-nin digər əməkdaşı Şahid1 ilə birlikdə 29 aprel 2024-cü il tarixdən etibarən sosial yadım təyin edilmiş Goranboy rayonu, Qarasüleymanlı kənd sakini Təqsirləndirilən şəxs evinə maddi məişət şəraitini təkrar yoxlamaq üçün getmələri, Vüqarın onları görüb özündən çıxmasını, onu təhqir edib üz nahiyəsinə sillə ilə vurmasını, Vüqarın onları təhqir edərək telefon vasitəsi ilə videoya çəkməsini göstərmişdir; - Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs avtomobilini yuya bilməməsinə görə saat 23:30 radələrində Goranboy şəhəri H.Əliyev prospektində yerləşən Heydər bulağının yaxınlığında Vüqarın ona yaxınlaşaraq heç bir əsas olmadığı halda onun ünvanına ucadan nalayiq ifadələr deyərək, təhqir etməsini, həmin zaman o, Vüqarın nalayiq davranışları barədə şikayətini bildirmək üçün Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etməsini, telefonda polis əməkdaşı ilə danışan zaman Vüqarın qəflətən ona yaxınlaşaraq üzünə sillə vurmasını, daha sonra istifadəsində olan “Redmi 10C” markalı mobil telefonu əlindən alaraq yerə çırpmasını, telefonu yerə çırpdıqdan sonra Vüqarın bir daha ona nalayiq ifadələrlə söyərək uzaqlaşmasını göstərmişdir; Məhkəmə-tibbi ekspertizası və PAB PHŞ-nin xx.xx.2024-cü il tarixli 501 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət (lər) – alt çənənin qançırı KÜT əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən əllə sillə ilə vurulma zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; - Məhkəmə-tibbi ekspertizası və PAB PHŞ-nin xx.xx.2024-cü il tarixli 421 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət (lər) – sağ gözünün alt qapağında qançır KÜT əşyanın (ların) təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir; - xx.xx.2024-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir; - xx.xx.2024-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. CM-in 315-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə – iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Müqavimət göstərmə dedikdə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı fəal fiziki hərəkətlərlə tabe olmama, hakimiyyət nümayəndəsinin qanuni tələblərinin icrasını mümkünsüz edən, yaxud bunu fəal şəkildə əngəlləyən qanunazidd hərəkətlərin edilməsi başa düşül- məlidir. Müqavimət göstərmə zor tətbiq edilmədən də mümkündür. Müqavimət göstərmə prosesi hakimiyyət nümayəndəsinə zor tətbiq edilməsi ilə müşayiət olunmalıdır. Zor tətbiq etmədən müqavimət göstərmə bu maddə ilə cinayət məsuliyyətini istisna edir. Zor tətbiq etmə dedikdə, hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı fiziki hərəkətlərdə ifadə olunan təsir başa düşülür. Hakimiyyət nümayəndəsinə müqavimət göstərmənin üsulu kimi tətbiq edilən fiziki zorun məzmunu ilə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı tətbiq edilən fiziki zorun məzmunu bir-birindən fərqlənir. Birinci halda fiziki zor hakimiyyət nümayəndəsindən yaxa qurtarmaq və ya onun təsirini zəiflətmək üçün özünümüdaifə məqsədilə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən tətbiq edilirsə, ikinci halda hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyət nümayəndəsinin özünə və ya onun yaxın qohumlarına bir başa zor tətbiq edilir. Fiziki zor tətbiq etmə hakimiyyət nümayəndəsinin bilavasitə özünə və ya onun yaxın qohumlarına ünvanlanmış onların iradəsinə zidd elə bir qanunsuz fiziki təsir vasitəsidir ki, bu vasitə hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmək, onu xidməti vəzifələrini icra etməkdən çəkindirmək, yaxud bu vəzifələri təqsirkar üçün əlverişli olan qanunsuz qayda və metodlarla icra etməyə məcbur etmək və s. məqsədinə xidmət edir. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərardadında müəyyən edilmişdir ki, xuliqanlıq cinayətinin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Xuliqanlıq cinayətinin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 221.1 və 315-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - Zərərçəkmiş şəxs1la barışmasını; - himayəsində iki yetkinlik yaşına çatmayan uşaqların olmasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: Goranboy RİHB-nin Goranboy şəhəri üzrə İN-nin 5-45-1/2-133/24 saylı xx.xx.2024-cü il tarixli arayışı). Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması cəzası növündə, CM-in 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaq hesabı ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməlidir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə həmin maddəni rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs cəzaları qismən toplamaq yolu ilə qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1 və 315ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-in 221.1 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli, ona CM-in 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması cəzası və 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaq hesabı ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli, həmin cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli (CM-in 66.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut Goranboy rayon prokurorluğunun «Maddi sübutların saxlanma otağı»nda saxlanılan “Redmi 10C” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, iş üzrə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin (Az. MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir (CPM-198.1). Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə vəkil Müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə sərf edilmiş hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344, 346-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, CM-in 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri Hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut - Goranboy rayon prokurorluğunun «Maddi sübutların saxlanma otağı»nda saxlanılan “Redmi 10C” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar