Məhkəmə qərarları › İş №1(045)-70/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-70/2023

11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-70/2023 11.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X24 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi iştirakı ilə Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 xüsusi ittiham qaydasında şikayətinə Goranboy Rayon Məhkəməsinin binasında məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X19 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb etməklə onun həmin maddələr ilə cəzalandırılmaqla barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətini onunla əsaslandırmışlar ki, X12 ona və şəhid qardaşı X7 qarşı kənd əhalisinin kütləvi toplaşdığı yerdə şərəf və ləyaqətlərini alçaldan hərəkətlərə yol vermişdir. X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.2-ci maddələrinin tərkib əlamətləri konkret olaraq onda ifadə olunmuşdur ki, Lamiyə Həsənova onu və onun şəhid qardaşı X5 barəsində böhtan və təhqiramiz ifadələr işlədərək şərəf və ləyaqətlərini həqiqətə uyğun olmayan ləkələyici sözlərlə dəfələrlə təhqir etmişdir. Xüsusi ittiham qaydasında şikayət edilən şəxs X12 onunla həmkəndli olmaqla ailəlikcə münaqişəyə meylli insanlardır. Ümumiyyətlə, Lamiyənin atası Həsənov Yaqub, qardaşı Həsənov Ramin demək olar ki, kənd əhalisinin əksəriyyəti ilə əsassız olaraq qəsdən münaqişə yaradaraq öz mənafeləri üçün qeyriqanuni olaraq nə isə əldə etməyə cəhd etməkdədirlər. O cümlədən mülkiyyət hüququ üzrə onların ailəsinə məxsus torpaq sahələrinə Yaqub və onun oğlu dəfələrlə xırda buynuzlu heyvanları otararaq onlara maddi ziyan vurmuşdurlar. Onların bu qeyri-qanuni hərəkətlərindən nəinki o, hətta bir çox kənd əhalisi barələrində aidiyyəti qurumlara şikayətlər verilmişdir. Barəsində şikayət verilən Həsənova Lamiyə atasının qeyri-qanuni hərəkətlərinə son qoyulması barədə şikayət etdiyinə görə onu gördüyü hər bir yerdə təhqir edərək, şəhid qardaşı X5 şəhid yox, fərari olması barədə böhtan xarakterli ifadələr işlətmişdir. Həsənova Lamiyənin onun qardaşına və ona qarşı işlətdiyi təhqiramiz ifadələr onun özünü öldürmək həddinə çatdırmışdır. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs X12 24 avqust 2022-ci il tarixdə yaşadıqları Goranboy rayon Xanqərvənd kəndində əhalinin istifadəsində olan 704 saylı subartezian quyusunun ətrafında bir qrup kənd sakini ilə söhbət etdikləri zaman at belində olan qardaşı oğlu İbrahim Həsənovla birlikdə onlara yaxınlaşaraq onu və Qarabağ müharibəsində şəhid olmuş qardaşı Azadın ünvanına sözlə ifadə edə bilmədiyi söyüşlərlə təhqir etməyə başlamış və qardaşı oğluna atı onun üstünə sürməyi əmr etmişdir. Subartezian quyusunun ətrafında kənd sakinləri X6, X13, X9, X21, X20, X14, X17, X15 və Goranboy rayon X10 kəndi üzrə sahə müvəkkili, polis mayoru X3 da hadisə baş verdiyi ərazidə olmuşdur. Sahə müvəkkili X1 müdaxiləsi nəticəsində Lamiyə və qardaşı oğlunun Şəhla Əliyevaya yetirəcəkləri xəsarətdən qurtara bilmişdir. Hadisənin baş verdiyi Xanqərvənd kəndində yerləşən subartezian quyusunun ətrafında toplaşan insanlara qarşı da hörmətsizlik nümayiş etdirən X23 təhqir etməkdə davam etmişdir. Bu qeyri-qanuni hərəkəti ilə Lamiyə onu hədələyərək harada görməsindən asılı olmayaraq təhqir edəcəyini bildirmişdir. Hesab edir ki, barəsində şikayət verdiyi X4 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin əlamətləri vardır və Lamiyə Həsənovanın barəsində həmin maddələrlə xüsusi ittiham qaydasında cinayət təqibi başlanılmalı və həmin maddələrlə o, cinayət məsuliyyətinə cəlb edilməlidir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 Lamiyə Yaqub qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb etməklə cəzalandırılmasını xahiş etdi. X4 müdafiəçisi Müdafiəçi X4 əməlində cinayət tərkibinin olmadığını, buna görə də qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittihamçı X19 tərəfindən verilmiş şikayət ərizəsində şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən xüsusi ittihama dair şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 299.3 və 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 299.4 və 299.4.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı, həmçinin müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin sonrakı hərəkəti barədə məsələlər həll edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərarlar qəbul edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməklə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 03 saylı qərarının 11 bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələri). Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X19 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X8 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Goranboy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar