Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-73/2023 21.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X16 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, dövlət ittihamçısı – rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1969-cu il ildə Ermənistan Respublikası Zəngibasar rayonuda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Tərtər rayonu Bəyimsarov kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə saat 21:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 190” minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobili “X17” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsi daxilində 60 km/saat sürətdən yüksək sürətlə idarə etməməli olduğu halda buna əməl etməyərək, Goran-Tərtər yolunun Goranboy rayonu Qızılhacılı qəsəbəsi ərazisindən keçən 10-cu kilometrliyində Tərtər rayonu istiqamətində hərəkət etdirərkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daimi dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, idarə etdiyi avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməli olduğu halda bunlara əməl etməyərək “X17” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq idarə etdiyi “Mercedes Benz 190” minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində 62 km/saat sürətlə idarə edərək diqqətini daimi dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırıb, idarə etdiyi avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməmiş, bu səbəbdən də Tərtər rayonu istiqamətində hərəkətdə olan piyada X6 yolun sağ kənarından 1 metr məsafədə hərəkət hissəsi üzərində avtomobilin qabaq tərəfi ilə ehtiyatsızlıqdan vurub, ona sağ bazunun dirsək çuxurundan travmatik qopması, daxili orqanların az qanlığı, qarının ön divarının qançırları, üz nahiyəsinin çoxsaylı sıyrılmış yaraları ilə müşayət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmaya aid edilən, bazu sümüyünün dirsək nahiyəsindən qopması nəticəsində dirsək venasının zədələnməsi zamanı baş vermiş kəskin xarici qan itirmədən ölümünə səbəb olan xəsarətlər yetirərək ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Həmin hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, daimi olaraq heç bir yerdə işləmir. Mersedes Benz 190 Minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil arvadı X4 mülkiyyətindədir, həmin avtomobili ƏN-V 654315 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə əsasında idarə edir. Nəqliyyat vasitələrini idarə etmək üçün AC 611461 nömrəli, B dərəcəli sürücülük vəsiqəsi var. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində qardaşı Şahid ilə Bakı şəhərinə yas yerinə getmək üçün yola çıxmış, Bakı şəhərinə çatdıqdan sonra həmin gün Bakı şəhərində qalmışlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 16:45 radələrində yaşadıqları Tərtər rayonuna qayıtmaq üçün qardaşı Şahid ilə birlikdə yola çıxmış, həmin zaman avtomobili o idarə etmiş, Şahid isə sağ qabaq oturacaqda əyləşmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 21:30 radələrində Goran- Tərtər avtomobil yolunun Goranboy rayonu Qızılhacılı qəsəbəsindən keçən hissəsində hərəkətdə olarkən, Tərtər rayonuna getmək məqsədi ilə Qızılhacılı qəsəbəsində olan mərkəzi dairəyə daxil olmuş, həmin zaman Naftalan şəhəri istiqamətindən avtomobil gəlibgəlmədiyini, əgər avtomobil gəlirsə hərəkət üstünlüyü həmin avtomobilin olduğuna görə avtomobilini tam dayanmış vəziyyətə gətirmişdir. Bundan sonra Tərtər rayonu istiqamətində hərəkətini davam etdirmiş, həmin vaxt avtomobili təxminən 50-60 km/saat surətlə idarə etmişdir. Qızılhacılı qəsəbəsində olan mərkəzi dairədən təxminən 150-200 metr Tərtər rayonu istiqamətində hərəkət edərkən avtomobilinin qabaq hissəsinə nəsə çırpıldığını, avtomobilin qabaq şüşəsinin sağ hissəsinə qaraltı dəydiyini görmüşdür. Bu zaman tez ayağını əyləcə qoymuş, avtomobili yolun sağına çəkərək yolun ehtiyyat hissəsində saxlamışdır. Tez avtmobildən düşmüş, bir nəfər şəxsin qan içində yolun hərəkət hissəsində uzandığını görmüşdür. O, əvvəl özünü itirmiş, nə baş verdiyini anlaya bilməmiş, sonra yoldan keçən şəxslər avtomobillərindən düşərək hadisə yerinə toplaşıb təcili tibbi yardım çağırmışlar. Lakin sonradan adını bildiyi X7 aldığı xəsarətlərin təsirindən hadisə yerində ölmüşdür. Sonra Goranboy rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş, hadisə yerini müayinə etdikdən, sonra onu Goranboy RPŞ-nə dəvət etmişlər. Bundan sonra Goranboy RMX-da o sərxoşluq müayinəsindən keçirilmiş və ayıq olduğu müəyyən edilmişdir. Bundan sonra yenidən polis şöbəsinə gəlmiş, baş vermiş hadisə barədə ifadəsi alınmışdır. Hadisə zamanı avtomobilində yük olmamış və qardaşı Namazdan başqa sərnişin olmamışdır. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz olmuşdur.Hadisə baş verməmişdən öncə yolun kənarında və ya yolun hərəkət hissəsində piyada hərəkət etdiyini görməmiş, anidən avtomobilinin qabaq hissəsinə, sonradan isə qabaq şüşənin sağ tərəfində qaraltını dəydiyini hiss etmişdir.Hadisə baş verməmişdən öncə hərəkəti üçün təhlükə yarandığını görməmişdir. Avtomobilinin qabaq hissəsinə nəsə dəydiyini hiss edən zaman ayağını əyləcə basmış, avtomobildən düşən zaman sonradan adını bildiyi X6 vurduğunu, sonuncunun aldığı xəsarətlərin təsirindən hadisə yerində öldüyünü bilmişdir. O Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istəmiş və barışmışlar. Zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbi yoxdur. Onun oğlu İsmət Namazlı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bundan başqa himayəsində 1-ci dərəcəli əlil qızı vardır. Bütün göstərilənləri nəzərə alıb məhkəmədən ona ən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, daimi olaraq heç bir yerdə işləmir. xx.xx.1957-ci ildə anadan olmuş mərhum X7 onun atasıdır. xx.xx.2023-cü il tarixdə işləmək üçün Bakı şəhərinə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində bibisi qızının əri Şahin mobil telefonuna zəng edib atasını avtomobil vurduğunu və xəstəxana da olduğnu bildirmişdir. Şahin həmçinin ona atasının yaxşı olduğunu demişdir. Ona görə də o dərhal hazırlaşıb yaşadığı Goranboy rayonuna gəlmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində yaşadlığı evə çatmış, həmin vaxt atasının öldüyünü bilmişdir. Belə ki, atasını “Mercedes Benz C190” minik markalı ** VN *** 903 dövlət qeydiyyat nişanlı avtomobil vurmuş, bu səbəbdən də atası Şahin ölmüşdür. Son olaraq təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, daimi olaraq heç bir yerdə işləmir. “Mersedes Benz 190” minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Elyasın arvadı X4 mülkiyyətindədir, həmin avtomobili qardaşı Elyas etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində qardaşı Elyasın idarə etdiyi avtomobillə Bakı şəhərinə yas yerinə getmək üçün yola çıxmışlar, Bakı şəhərinə çatdıqdan sonra həmin gün Bakı şəhərində qalmışlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 16:45 radələrində yaşadıqları Tərtər rayonuna qayıtmaq üçün Elyasla birlikdə yola çıxmışlar, həmin zaman avtomobili Elyas idarə etmiş, o isə sağ qabaq oturacaqda əyləşmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 21:30 radələrində Goran-Tərtər avtomobil yolunun Goranboy rayonu Qızılhacılı qəsəbəsindən keçən hissəsində hərəkətdə olarkən, Tərtər rayonuna getmək məqsədi ilə Elyas Qızılhacılı qəsəbəsində olan mərkəzi dairəyə daxil olmuş, həmin zaman Elyas Naftalan şəhəri istiqamətindən avtomobil gəlib-gəlmədiyini, əgər avtomobil gələrsə hərəkət üstünlüyü həmin avtomobilin olduğuna görə avtomobilini tam dayanmış vəziyyətə gətirmişdir. Bundan sonra Elyas Tərtər rayonu istiqamətində hərəkətini davam etdirmişdir. Həmin zaman Elyas avtomobili təxminən 50-60 km/saat surətlə idarə etmiş, Elyas Qızılhacılı qəsəbəsində olan mərkəzi dairədən təxminən 150-200 metr Tərtər rayonu istiqamətində hərəkət edərkən avtomobilin qabaq hissəsinə nəsə çırpıldığını, avtomobilin qabaq şüşəsinin sağ hissəsinə qaraltı dəydiyini görmüşdür. Bu zaman Elyas tez ayağını əyləcə qoymuş, avtomobili yolun sağına çəkərək yolun ehtiyyat hissəsində saxlamışdır. Onlar tez avtmobildən düşmüş və bir nəfər şəxsin qan içində yolun hərəkət hissəsində uzandığını görmüşlər. Onlar əvvəl özlərini itirmiş, nə baş verdiyini anlaya bilməmişlər. Sonra yoldan keçən şəxslər avtomobillərindən düşərək hadisə yerinə toplaşmışlar və təcili tibbi yardım çağırmışlar. Lakin sonradan adını bildiyi X7 aldığı xəsarətlərdən hadisə yerində öldüyünü bilmişdir. Sonra Goranboy rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, hadisə yerini müayinə etmişlər. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 19 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Goran-Tərtər yolunun Goranboy rayonu Qızlıhacılı qəsəbəsi ərazisindən keçən 10-cu kilometrliyi, yaşayış məntəqəsidir. Hadisə yerində yolun hərəkət hissəsi asfalt örtüklü olmaqla, hamar, avtomobillərin hərəkətdə olduqları yer quru. Yolun hərəkət hissəsinin eni 8 metrdir. Goranboy şəhəri istiqamətində yolun sağ ehtiyyat hissəsi 2 metr, sol ehtiyyat hissəsi isə 2 metrdir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 190” minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobillə, Goran Tərtər yolu ilə Tərtər rayonu istiqamətində hərəkətdə olmuşdur. Piyada Tərtər rayonu istiqamətində yolun sağ kənarından 1 metr məsafədə hərəkət hissə üzərində vurulmuşdur. Hadisə yerində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 190” minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin piyadanı vurduğu nöqtədən sonra 19 metr tormoz izi qalmışdır; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 146 nömrəli, 20 may 2023-cü il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş AC 611461 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs B kateqoriyalı sürücülük vəsiqəsi vardır; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş AE 080742 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 1991-ci il buraxılışlı “Mersedes Benz 190” minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, mülkiyyətçi X4 mülkiyyətində olan “Mersedes Benz 190” minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixədək etibarlıdır; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Hüquqi Şəxsin (meyitin ekspertizası) 20 may 2023-cü il tarixli, 20 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, mərhum X5 meytində sağ bazunun dirsək çuxurundan travmatik qopması, daxili orqanların azqanlılığı, qarının ön divarının qançırları, üz nahiyəsinin çoxsaylı sıyrılmış yaraları bərk küt alətin təsiri nəticəsində, eləcədə xx.xx.2023-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X5 ölmünə səbəb bazu sümüyünün dirsək nahiyəsindən qopması nəticəsində dirsək venasının zədələnməsi zamanı baş vermiş kəskin qan itirmə olmuşdur; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 29 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş Tərtər Rayon İca Hakimiyyəti Başçısının Bəyimsarov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 21 nömrəli arayışının surətindən görünür ki, X10 ümumi xəstəliklərdən 1-ci qrup əlildir; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 16 avqust 2023-cü il tarixli, 8/2288 nömrəli rəyindən görünür ki, “Mercedes Benz 190 markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X17” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni avtomobili 62 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X17” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (Aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir); İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş “Qətimkan tədbirinin seçilməsi barədə” 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş elektron məhkəmə infiormasiya sistemindən Təqsirləndirilən şəxs qohumluq məlumatlarından çıxarışdan görünür ki, X12, xx.xx.1992-ci il təvəllüdlü X1 Elyas Hüseyn oğlunun uşaqlarıdır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X12 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin izahatı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, hadisənin necə baş verdiyini əks etdirən videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “X17” Azərbaycan Respublikasının Qanunu ilə onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülür. “X17” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; “X17” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: təqsirini etiraf etməsini və əməlindən peşman olmasını; zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbinin olmaması; müsbət xarakterizə olunmasını; himayəsində İ qrup əlil övladının olmasını; oğlunun “vətən müharibəsi” iştirakçısı olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-58.3), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessuaıl Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm icraya yönəldilənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (hesab: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, KOD 10005, VÖEN **********, Müxbir hesabı Az 41 NABZ013601**********3944, SWİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-73/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-73/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver