Məhkəmə qərarları › İş №1(045)-75/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-75/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-75/2023 28.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Goranboy rayonunun Borsunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Goranboy rayonunun Borsunlu kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış - barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 iyul 2023-cü il tarixdən 08 iyul 2023-cü il tarixə qədər olan vaxt ərzində müxtəlif günlərdə Goranboy rayonu Borsunlu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə əhatə olunduğu torlu hasardan tullanıb keçməklə qanunsuz daxil olaraq tövlənin qarşısında torla hasara alınaraq quraşdırılmış saxlanc yeri hesab edilən iki hissəli xalxala qanunsuz daxil olub hər birinin dəyəri 225 manat diri çəkisi 50 kiloqram olan 3 baş dişi cinsli qoyunu, dəyəri 192 manat diri çəkisi 32 kiloqram olan erkək cinsli bir baş quzunu və dəyəri 156 manat diri çəkisi 26 kiloqram olan bir baş dişi cinsli quzunu, ümumilikdə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 1023 manat dəyərində beş baş xırda buynuzlu heyvanlarını vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayıb oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, daimi olaraq heç bir yerdə işləmir. Son zamanlar hər hansısa bir işlə məşğul olmadığına görə pul borcu yaranmış, buna görə də asan qazanc əldə edib pul borcunu ödəmək məqsədi ilə oğurluq etmək qərarına gəlmiş, bunun üçün isə Borsunlu kəndində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs məxsus xırda buynuzlu heyvanlardan beş başını oğurlamaq qərarına gəlmiş, belə ki, həmkəndlisi Zərərçəkmiş şəxs Borsunlu kəndində özünə məxsus olan həyətyanı sahədə yerləşən tövlədə xırda buynuzlu heyvanlar saxlamış, həmin həyətyanı sahəyə daxil olub oradan beş xırda buynuzlu heyvanları oğurlamaq istəmiş, belə ki, beş baş xırda buynuzlu heyvan oğurlayıb satdıqdan sonra pul borcunu bağalaya biləcəyini düşünmüş, lakin həmin beş baş xırda buynuzlu heyvanları bir dəfəyə oğurlaya bilməyəcəyi üçün qərara almış ki, müxtəlif günlərdə hər gün bir baş olmaqla ümumilikdə beş baş xırda buynuzlu heyvanları oğurlasın.Odur ki, 02 iyul 2023-cü il tarixdən 03 iyul 2023-cü il tarixə keçən gecə saat təxminən 00:10 radələrində Zərərçəkmiş şəxs xırda buynuzlu heyvanları saxladığı həyətyanı sahənin kənarına gəlmiş, həmin vaxt həyətyanı sahənin kənarına çəkilmiş tor hasardan tullanıb həyətyanı sahəyə daxil olmuş, bundan sonra isə görmüş ki, Zərərçəkmiş şəxs məxsus xırda buynuzlu heyvanlar tövlənin qarşısında torla hasara alınıb quraşdırılmış xalxaldadır.Odur ki, xalxalın əhata olunduğu tor hasardan tullanıb içəriyə daxil olduqdan sonra bir baş dişi cinsli qoyunu çıxarıb həmin yerdən çıxıb piyada yaşadığı evin həyətinə aparmış, gecəni bir baş dişi cinsli qoyunu yaşadığı evin həyətində saxladıqdan sonra səhəri gün Gəncə şəhərinə getmiş və taksi fəaliyyəti ilə məşğul olan tanımadığı bir nəfər şəxsin markasını və dövlət nömrə nişanlarını xatırlamadığı avtomobilinə yaxınlaşıb onunla Goranboy rayonu Borsunlu kəndinə yaşadığım evə gəlib bir baş dişi cinsli qoyunu həmin avtomobilə yerləşdirdikdən sonra Gəncə şəhərinə aparmış, Gəncə şəhərində olan zaman isə həmin bir baş dişi cinsli qoyunu Gəncə şəhərində Telefon qovşağının yaxınlığındakı fəaliyyət göstərən qəssabxanalardan birinə aparmış və orada həmin bir baş dişi cinsli qoyunu adını bilmədiyim qəssaba 90 manat pul qarşılığında satmış, bundan sonra isə oradan çıxıb yaşadığım evə gəlmiş, bundan sonra 03 iyul 2023-cü il tarixdən 04 iyul 2023-cü il tarixə keçən gecə saat təxminən 00:30 radələrində Zərərçəkmiş şəxs xırda buynuzlu heyvanları saxladığı həyətyanı sahənin kənarına gəlmiş, həmin vaxt həyətyanı sahənin kənarına çəkilmiş tor hasardan tullanıb həyətyanı sahəyə daxil olmuş, bundan sonra isə görmüş ki, Zərərçəkmiş şəxs məxsus xırda buynuzlu heyvanlar tövlənin qarşısında torla hasara alınıb quraşdırılmış xalxaldadır.Odur ki, xalxalın əhatə olunduğu tor hasardan tullanıb içəriyə daxil olduqdan sonra bir baş dişi cinsli qoyunu çıxarıb həmin yerdən piyada yaşadığı evin həyətinə aparmış, gecəni bir baş dişi cinsli qoyunu yaşadığı evin həyətində saxladıqdan sonra səhəri gün Gəncə şəhərinə getmiş və taksi fəaliyyəti ilə məşğul olan tanımadığı bir nəfər şəxsin markasını və dövlət nömrə nişanlarını xatırlamadığı avtomobilinə yaxınlaşıb onunla Goranboy rayonu Borsunlu kəndinə yaşadığı evə gəlib bir baş dişi cinsli qoyunu həmin avtomobilə yerləşdirdikdən sonra Gəncə şəhərinə aparmış, Gəncə şəhərində olan zaman isə həmin bir baş dişi cinsli qoyunu əvvələcə satdığı qəssabın yanına gedib 95 manat pul müqabilində satmış, bundan sonra isə oradan çıxıb yaşadığım evə gəlmiş, bundan sonra 04 iyul 2023-cü il tarixdən 05 iyul 2023-cü il tarixə keçən gecə saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs xırda buynuzlu heyvanları saxladığı həyətyanı sahənin kənarına gəlmiş, həmin vaxt həyətyanı sahənin kənarına çəkilmiş tor hasardan tullanıb həyətyanı sahəyə daxil olmuş, bundan sonra isə görmüş ki, Zərərçəkmiş şəxs məxsus xırda buynuzlu heyvanlar tövlənin qarşısında torla hasara alınıb quraşdırılmış xalxaldadır.Odur ki, xalxalın əhata olunduğu tor hasardan tullanıb içəriyə daxil olduqdan sonra bir baş dişi cinsli qoyunu çıxarıb həmin yerdən piyada yaşadığı evin həyətinə aparmış, gecəni bir baş dişi cinsli qoyunu yaşadığı evin həyətində saxladıqdan sonra səhəri gün Gəncə şəhərinə getmiş və taksi fəaliyyəti ilə məşğul olan tanımadığı bir nəfər şəxsin markasını və dövlət nömrə nişanlarını xatırlamadığı avtomobilinə yaxınlaşıb onunla Goranboy rayonu Borsunlu kəndinə yaşadığı evə gəlib bir baş dişi cinsli qoyunu həmin avtomobilə yerləşdirdikdən sonra Gəncə şəhərinə aparmış, Gəncə şəhərində olan zaman isə həmin bir baş dişi cinsli qoyunu əvvələcə satdığı qəssabın yanına gedib 80 manat pul müqabilində satmış, bundan sonra isə oradan çıxıb yaşadığı evə gəlmiş, bundan sonra 05 iyul 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixə keçən gecə saat təxminən 01:30 radələrində Zərərçəkmiş şəxs xırda buynuzlu heyvanları saxladığı həyətyanı sahənin kənarına gəlmiş, həmin vaxt həyətyanı sahənin kənarına çəkilmiş tor hasardan tullanıb həyətyanı sahəyə daxil olmuş, bundan sonra isə görmüş ki, Zərərçəkmiş şəxs məxsus xırda buynuzlu heyvanlar tövlənin qarşısında torla hasara alınıb quraşdırılmış xalxaldadır.Odur ki, xalxalın əhatə olunduğu tor hasardan tullanıb içəriyə daxil olduqdan sonra bir baş erkək cinsli quzunu çıxarıb həmin yerdən piyada yaşadığı evin həyətinə aparmış, gecəni bir baş erkək cinsli quzunu yaşadığı evin həyətində saxladıqdan sonra səhəri gün Gəncə şəhərinə getmiş və taksi fəaliyyəti ilə məşğul olan tanımadığı bir nəfər şəxsin markasını və dövlət nömrə nişanlarını xatırlamadığı avtomobilinə yaxınlaşıb onunla Goranboy rayonu Borsunlu kəndinə yaşadığım evə gəlib bir baş erkək cinsli quzunu həmin avtomobilə yerləşdirdikdən sonra Gəncə şəhərinə aparmış, Gəncə şəhərində olan zaman isə həmin bir baş erkək cinsli quzunu Gəncə şəhərində yerləşən “Dubay” bazarı adlanan yerə aparıb orada fəaliyyət göstərən qəssabxanalardan birinə aparmış və orada həmin bir baş erkək cinsli quzunu tanımadığı qəssab faəliyyəti ilə məşğul olan şəxsə 100 manat pul müqabilində satmış, bundan sonra oradan çıxıb yaşadığım evə gəlmiş, bundan sonra 07 iyul 2023-cü il tarixdən 08 iyul 2023-cü il tarixə keçən gecə saat təxminən 01:42 radələrində Zərərçəkmiş şəxs xırda buynuzlu heyvanları saxladığı həyətyanı sahənin kənarına gəlmiş, həmin vaxt həyətyanı sahənin kənarına çəkilmiş tor hasardan tullanıb həyətyanı sahəyə daxil olmuş, bundan sonra isə görmüş ki, Zərərçəkmiş şəxs məxsus xırda buynuzlu heyvanlar tövlənin qarşısında torla hasara alınıb quraşdırılmış xalxaldadır.Odur ki, xalxalın əhatə olunduğu tor hasardan tullanıb içəriyə daxil olduqdan sonra bir baş dişi cinsli quzunu tutub ayağını bağlamaq istərkən həmin quzunun kök olmamasına görə onu oğurlamaqdan imtina edib quzunu buraxıb xalxalın digər hissəsinə daxil olub oradan bir baş dişi cinsli quzunu tutub ayaqlarını bağlayıb oğurlayaraq həmin yerdən çıxarıb piyada yaşadığı evin həyətinə aparmış, gecəni bir baş dişi cinsli quzunu yaşadığı evin həyətində saxladıqdan sonra səhəri gün Gəncə şəhərinə getmiş və taksi fəaliyyəti ilə məşğul olan tanımadığı bir nəfər şəxsin markasını və dövlət nömrə nişanlarını xatırlamadığı avtomobilinə yaxınlaşıb onunla Goranboy rayonu Borsunlu kəndinə yaşadığı evə gəlib bir baş dişi cinsli quzunu həmin avtomobilə yerləşdirdikdən sonra Gəncə şəhərinə aparmış, Gəncə şəhərində olan zaman isə həmin bir baş dişi cinsli quzunu Gəncə şəhərində yerləşən “Dubay” bazarı adlanan yerə aparıb əvvələcə satdığı qəssabın yanına gedib 100 manat pul müqabilində satmış, bundan sonra isə oradan çıxıb yaşadığı evə gəlmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində əvvəlcədən Zərərçəkmiş şəxs beş baş xırda buynuzlu heyvanlarını oğurlamaq barədə qərara gəldiyini, sadəcə olaraq beş baş xırda buynuzlu heyvanı bir dəfəyə oğurlayıb aparmaq iqtidarında olmadığı üçün 03 iyul 2023-cü il tarixdən 08 iyul 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus oğurladığı beş baş xırda buynuzlu heyvanlardan başqa heyvan oğurlamaq niyyətinin olmadığını, çünkü beş baş xırda buynuzlu heyvanları oğurlamaqla pul borcunu ödədiyini, beş baş xırda buynuzlu heyvanları hər dəfə şübhə yaranmasın deyə müxtəlif markalı avtomobillərlə Gəncə şəhərinə apardığını, lakin həmin avtomobillərin markaları və dövlət qeydiyyat nişanlarının yadında qalmadığını, bununla yanaşı həmin avtomobilləri idarə etmiş şəxsləri tanımadığını, avtomobil sürücülərinin onun apardığı xırda buynuzlu heyvanların cinayət yolu ilə əldə etməyini bilmədiklərini, belə ki, həmin şəxslərə satmağa apardığı xırda buynuzlu heyvanların özünə məxsus olmasını dediyini, xırda buynuzlu heyvanları alan şəxslərin həmin xırda buynuzlu heyvanların cinayət yolu ilə əldə edilməsini bilmədiklərini, belə ki, həmin şəxslərə satdığı xırda buynuzlu heyvanların özünə məxsus olmasını dediyini göstərmişdir. Təqsirləndirilən şəxs son olaraq əməllərindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, o, kənd yerində yaşadığı üçün fərdi təsərrüfatında xırda buynuzlu heyvanlar saxlayır. Xırda buynuzlu heyvanları Goranboy rayonu Borsunlu kəndində yerləşən özünə məxsus həytayanı sahədə tikdirdiyi tövlədə saxlayır. Fərdi təsərrüfatında ümulikdə 100 baş xırda buynuzlu heyvan saxlamış, xırda buynuzlu heyvanları saxladığı özünə məxsus həyətyanı sahə yaşadığı evdən təxminən 500 metr aralıda yerləşir. Həmin həyətyanı sahənin kənarlarını setka ilə hasara almış, xırda buynuzlu hər gün heyvanları səhər saatlarında saxladığı özünə məxsus həyətyanı sahədə yerləşən tövlədən çıxarıb Borsunlu kəndində sahədə otlatmış, axşam saatlarında isə xırda buynuzlu heyvanları sahədən gətirib özünə məxsus həyətyanı sahədə yerləşən tövləyə salıb yaşadığı evə getmiş, buna baxmayaraq heyvanları tövləyə saldıqdan sonra gecələri gedib yoxlamış, son zamanlar isə havalar isindiyi üçün özünə məxsus xırda buynuzlu heyvanları tövlənin qarşısında tor ilə hasara aldığı xalxalda saxlayır. Həmin xalxalın isə taxta materialdan olan qapısı vardır. 07 iyul 2023-cü il tarixdə özünə məxsus həyətyanı sahədə yerləşən tövlənin yuxarı hissəsinə kamera qoydurmuş, belə ki, gecələr hər dəfə yaşadığı evdən çıxıb həyətyanı sahəmə getmək əvəzinə kamera vasitəsi ilə heyvanlara nəzarət etmək qərarına gəlmiş, hər zaman olduğu kimi 07 iyul 2023-cü il tarixdə səhər saatlarında xırda buynuzlu heyvanlarını özünə məxsus həyətyanı sahədə tövlənin qarşısında düzəltdiyi xalxaldan çıxarıb Borsunlu kəndində yerləşən sahəyə aparıb otlatmış, həmin gün axşam saat 21 radələrində xırda buynuzlu heyvanları gətirib özünə məxsus həyətyanı sahədə yerləşən tövlənin qarşısında düzəltdiyi xalxalın içərisinə salmış, bundan sonra isə yaşadığı evə getmiş, tövlənin yuxarı hissəsində kamera quraşdırmağına baxmayaraq gecə saat 23 radələrində və sonra isə 01 radələrində yaşadığı evdən çıxıb gedib heyvanlara baxmış, sonra isə yaşadığı evə gəlib yatmış, səhəri gün yəni 08 iyul 2023-cü il tarixdə səhər saatlarında heyvanları xalxaldan çıxarıb otlatmaq üçün sahəyə aparmış, həmin gün günorta vaxtı tövlənin yuxarı hissəsində quraşdırdığı kameraya baxdıqda görmüş ki, bir nəfər şəxs 07 iyul 2023-cü il tarixdən 08 iyul 2023-cü il tarixə keçən gecə saat 01:40 radələrində həyətyanı sahəsində yerləşən xalxala daxil olub ona məxsus bir baş dişi cinsli heyvanı digər heyvanların arasından çıxarıb aparır. Videoya bir qədər diqqətlə baxdıqda görmüş ki, heyvanı aparan həmkənldisi Təqsirləndirilən şəxsdur. Odur ki, bundan sonra dərhal sahəyə gedib orada otlayan xırda buynuzlu heyvanları tələsik saymış və həmin vaxt 12 baş xırda buynuzlu heyvanlarının əksik olduğunu müəyyən etmiş, buna görə də ümumilikdə 12 baxş xırda buynuzlu heyvanlarının həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasından şübhə edib bu barədə DİN-in “102” zəng xidməti mərkəzinə müraciət etmiş, bundan sonra isə bir daha sahəyə getmiş ki, heyvanlarını dəqiq saysın.Sahədə yenidən heyvanlarını dəqiq sayan zaman müəyyən etmiş ki, onun 12 baş yox 5 baş xırda buynuzlu heyvanları yoxdur. Həmin vaxt anlamış ki, ilkin heyvanlarını tələsik sayan zaman səhvə yol vermişdir. Beləliklə də əmin olmuş ki, həmkəndlisi Xəqani ona məxsus 5 baş xırda buynuzlu heyvanları oğurlamışdır. Bundan sonra isə polis əməkdaşları gəldikləri üçün kamera görüntüsünü təqdim etmiş və beş baş xırda buynuzlu heyvanlarının oğurlanmasını bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs ifadəsində ona məxsus beş baş xırda buynuzlu heyvanların 01 iyul 2023-cü il tarixdən 08 iyul 2023-cü il tarixədək olan müddət ərzində oğurlandığını, belə ki, sonuncu dəfə 01 iyul 2023-cü il tarixdə özünə məxsus xırda buynuzlu heyvanlarını saydığını və həmin vaxt xırda buynuzlu heyvanlarının hamsının yerində olduğunu, ümumiyyətlə xırda buynuzlu heyvanlarını on gündən bir saydığını, ona məxsus oğurlanmış xırda buynuzlu heyvanlardan üç başının dişi cinsli qoyun, iki başının isə quzu olduğunu, quzulardan birinin erkək digərinin isə dişi cinsli olduğunu, üç baş dişi cinsli qoyunun hər birinin diri çəkisinin 50 kiloqram, erkək cinsli bir baş quzunun diri çəkisinin 32 kiloqram, dişi cinsli bir baş quzunun diri çəkisinin isə 26 kiloqram olduğunu, ümumilikdə beş baş xırda buynuzlu heyvanların ümumi dəyərinin təxminən 1500 manat təşkil etdiyini, ilkin heyvanlarını tələsik olaraq saydığı üçün 12 baş xırda buynuzlu heyvanların olmadığını zənn etdiyini, lakin sonradan heyvanlarını dəqiq sayan zaman beş başının faktiki olaraq olmadığını müəyyən etdiyini, buna görə də beş baxş xırda buynuzlu heyvanların oğurlanması barədə şikayət etdiyini göstərmişdir. Yekunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyini, təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi barədə” 08 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin müstəntiqi X1 RPŞ-nin İTB-nin sahə rəisi Rusif Quliyevin, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, baxış keçirildiyi yer Goranboy rayonunun Borsunlu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus həyətyanı sahədə, həmin həyətyanı sahə Borsunlu kəndinə daxil olandan sonra kənddəki küçə ilə hərəkət etdikdə kəndin yuxarı hissəsində yerləşir. Həyətyanı sahəyə gedən yol torpaq yoldur. Torpaq yolda hərəkət etdikdə sol tərəfdə Zərərçəkmiş şəxs aid həyətyanı sahə yerləşir. Həyətyanı sahənin girişində dəmir və torla quraşdırılmış qapı vardır. Həmin qapının önündə mişar daşları yığılmışdır. Qapıdan içəriyə daxil olduqda həyətyanı sahə yerləşir. Girişdə sağ tərəfdə içərisində yaşayış olmayan giriş qapısı taxta materiallardan olan fərdi yaşayış evi vardır. Həyətyanı sahəyə daxil olandan sonra içəriyə doğru gedəndə qarşı tərəfdə mişar daşları ilə hörülmüş birmərtəbəli tövlə yerləşir. Tikilinin qarşısında isə iki hissədən ibarət kənarları torla hasara alınmış xalxal yerləşir. Xalxalın giriş qapısı taxta materialdandır. Giriş qapısından içəriyə daxil olub irəliyə doğru getdikdə tövlənin taxta materialdan olan giriş qapısı yerləşir. Tövlənin içərisində isə heyvanların saxlanması üçün taxta materialdan hazırlanmış hissələr vardır. Baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs məxus həyətyanı sahənin kənarları setka tor və qamışlarla əhatə olunmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs özünə məxsus özünə məxsus xırda buynuzlu heyvanları həyətyanı sahədə yerləşən tövlədə saxladığını, lakin son zamanlar havaların isti keçməsinə görə xırdabuynuzlu heyvanları tövlənin qarşısında yerləşən xalxalda saxladığını bildirmişdir. Zərərçəkmiş şəxs ona məxsus beş baş xırdabuynuzlu heyvanlarının oğurlanmasını bildirmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 08 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi haqqında” 09 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İBnin müstəntiqi X6 tərəfindən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, vəkilin və Goranboy RPŞ-nin baş müstəntiqi X3 iştirakı ilə diskə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd disk zərfdən çıxarılaraq baxış keçirilməsi üçün “Casper” markalı notebook kompyuterinə yerləşdirilmiş və bundan sonra həmin diskdə təqdim edilmiş məlumatlara baxılmışdır. Diskdə olan məlumatlar açılan zaman video görüntü olması müəyyən edilmişdir. Diskdə olan video görüntü notebook kompyuterdə mövcud olan VLC media player proqramı vasitəsi ilə açılmışdır. Video baxan zaman müəyyən olunmuşdur ki, video görüntü ümumilikdə 8 saat 13 dəqiqəni əhatə edir. Video görüntünün başlanığıcından Zərərçəkmiş şəxs məxsus xırda buynuzlu heyvanlar tövlənin qarşısındakı xalxalda iki hissəli olmaqla dayandıqları görünmüşdür. Video görüntünün sol yuxarı hissəsində “xx.xx.2023 sat” rəqəmləri və sözləri yazılmaqla vaxt axımı göstərilir. Eyni zamanda video görünütünün sağ aşağı hissəsində Camera 02 sözləri yazılmışdır. Video görünütün sol yuxarı hissəsində olan vaxt axımını göstərən saat və dəqiqəyə baxdıqda müəyyən olunmuşdur ki, bir nəfər şəxs 01:43:52-də kənarları hasara alınmış iki hissəli xalaxalın içərisinə daxil olur, bundan sonra həmin şəxs oturaqlı vəziyyətdə xalxalın içərisində olan xırda buynuzlu heyvanlara baxdıqdan sonra heyvanların içərisinə daxil olaraq bir baş xırda buynuzlu heyvanları yaxalayıb ayağını bağladıqdan sonra həmin bir baş xırda buynuzlu heyvanı buraxıb xalxalın digər ikinci hissəsiə daxil olmaqla oradan bir baş xırda buynuzlu heyvanı oğurlayıb ayaqlarını bağladıqdan sonra həmin bir baş xırda buynuzlu heyvanı götürüb aparmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs video görüntüdə xalxaldan bir baş xırda buynuzlu heyvanı oğurlayan şəxsin özü olduğunu etiraf etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da video görüntüdə olan bir baş xırda buynuzlu heyvanı oğurlayan şəxsi tanıdığını, həmin şəxsin həmkənldisi Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra isə baxış keçirilməsi başa çatdırılmışdır. (“Baxış keçirilməsi haqqında protokoldan” sonra disk cinayət işinin materiallarına əlavə edilmişdir); İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 4(045)-37/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həsetmənin əvvəli 08 iyul 2023-cü il tarixdən hesablanmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Goranboy Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 71.5 və 67.1-ci maddələrinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy şəhər Mərkəzi Bazarının 9 nömrəli, 27 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Goranboy rayonu ərazisində 2023-cü ilin iyul ayına dişi cinsli qoyunun bir kiloqram əti 09 manat, dişi və erkək cinsli quzunun bir kiloqram əti isə 12 manat təşkil etmişdir. Odur ki, hər birinin diri çəkisi 50 kiloqram olan 3 baş dişi cinsli qoyunun ümumi qiyməti 675 manat, diri çəkisi 32 kiloqram olan erkək cinsli bir baş quzunun qiyməti 192 manat və diri çəkisi 26 kiloqram olan bir baş dişi cinsli quzunun qiyməti 156 manat, cəmi 1023 manat təşkil etmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 1(045)-24/2018 nömrəli, 15 fevral 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilinmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Goranboy Rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il sınaq müddəti təyin edilməklə 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş və çəkilməmiş qalan 03 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə birləşdirilməklə o, qət olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, mütəxəssis rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin- 144-146cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlləri etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində təhlükəli residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il sınaq müddəti ləğv edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixli hökmü ilə çəkilməmiş qalan 03 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası birləşdirilməklə qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmışdır. Beləliklə, az ağır cinayət törətməyə görə məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu hazırkı cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsində sadalanan hallarla yanaşı, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 08 iyul 2023-cü il tarixdən hesablanmalı (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi -158.2.1, 158.6, Azərbaycan Respublikası Cinayət Məcəlləsi -69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (Azərbaycan Respublikası Cinayət Məcəlləsi -56.1.3), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi -198.1). İş üzrə maddi sübut bir ədəd içərisində video görüntü olan disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut bir ədəd içərisində video görüntü olan disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar