Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-75/2024 14.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X10, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1967-ci ildə Kəlbəcər rayonu Keştək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Goranboy rayonu Qazançı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayının əvvəlindən 14 noyabr 2023-cü il tarixədək olan müddət ərzində Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində yerləşən dövlət mülkiyyətinə məxsus X14 və digər təyinatlı tikili altı sahə kimi nəzərdə tutulmuş 1,20 ha torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan şumlayaraq arpa bitkisi əkməklə özbaşına becərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əri Əfqan Zamanov ölmüşdür. Həmçinin onun oğlu Qərib Zamanov adam öldürdüyü üçün 17 il 06 ay azadlıqdan məhrum edilmişdir. Ona görə də tək yaşayır və çətin dolanır. Oğlu Qəribin hər ay yanına gedir və ərzaq məhsullları aparır. Buna da onun imkanı çatmır. Dolanmaq üçün o, 4 baş iribuynuzlu heyvan alıb saxlayır. 2023-cü ilin sentyabr ayında həmin iribuynuzlu heyvanları otarmaq üçün yaşadığı evin yaxınlığında olan Goranboy rayonu Kürəkçay bələdiyyəsinin ərazisində 1,20 ha dövlət mülkiyyətinə məxsus torpaq sahəsinə arpa bitkisi əkmişdir. Həmin əraziyə arpa bitkisi əkərkən bu barədə heç kimə bir söz deməmişdir. Onun özünə məxsus pay torpaq sahəsi yoxdur. Bu səbəbdən də, iribuynuzlu heyvanlarını saxlamaq üçün həmin ərazidə arpa bitkisi əkmişdir. Əkdiyi torpaq sahəsilə bağlı heç kimlə müqavilə bağlamamış və icazə almamışdır. Həmin torpaq sahəsini o özü əkib beçərmiş, lakin yaşlı qadın olduğu üçün qızı Zümürüd Zamanovanın əri Aqşın Zamanov ərazini suvarmışdır. Ona görə də, Şahid1 və Şahid2 həmin torpaq sahəsini Şahid3 tərəfindən əkildiyini zənn etmişlər. Əslində isə həmin torpaq sahəsini o özü əkib becərmişdir. Yekunda törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Goranboy rayon İcra Hakimiyyəti Başçısının müavini - Sosialiqtisadi inkişafın təhlili və proqnazlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi X7 edilməsi və X1 aparıcı məsləhətçisi vəzifəsində işləyən Şahid1 və Goranboy rayon Kürəkçay bələdiyəsinin sədri Şahid2 birlikdə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamənin tələblərinə əsasən Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində monitorinq keçirmişlər. Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində X4, Şahid3 və X11 tərəfindən dövlət mülkiyyətinə aid, sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkmələrini müəyyən etmişlər və bu barədə Goranboy rayon İcra Hakimiyyətinə məlumat vermişlər. Əvvəllər Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində yerləşən həmin torpaq sahələri X18 balansında olmuşdur. X20 çoxdan ləğv edildiyi üçün həmin torpaq sahələri Goranboy rayon İcra Hakimiyyətinin balansına keçmişdir. Belə ki, Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində yerləşən Goranboy rayonu İcra Hakimiyyətinin balansında olan dövlət mülkiyyətinə aid X14 və digər təyinatlı torpaqlara aid torpaq sahələrini X11 tərəfindən 1,54 ha hissəsini, X4 tərəfindən 0,71 ha hissəsini və Şahid3 1,20 ha hissəsini qanunsuz olaraq istifadə etmişlər. Sonradan Kürəkçay qəsəbəsi ərazisində Şahid3 tərəfindən deyil, onun qaynanası Təqsirləndirilən şəxs tərəfindən dövlət mülkiyyətinə aid 1,20 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi məlum olmuşdur. Belə ki, həmin torpaq sahəsində Şahid3 tez-tez göründüyü üçün Aqşinin əkməsini bildirmişlər. Ona görə də, Şahid1 tərəfindən akt tərtib edilərkən həmin torpaq sahəsini Şahid3 əkib becərdiyini göstərmişdir. Əslində həmin torpaq sahəsini Təqsirləndirilən şəxs əkib becərmişdir. Təqsirləndirilən şəxs yaşlı tək qadın olduğu üçün torpaq sahəsinə gəlib-gedə bilməmiş, qızının əri Şahid3 torpaq sahəsinə gəlib-getmiş və suvarmışdır. Yekunda məhkəmədən təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi X7 Edilməsi və X1 aparıcı məsləhətçisi vəzifəsində işləyir. 14 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamənin tələblərinə əsasən tərəfindən Goranboy rayonu Kürəkçay bələdiyyəsinin sədri Şahid2 iştirakı ilə Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində monitorinq keçirilmişdir. Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində X4 tərəfindən dövlət mülkiyyətinə aid, təxminən 0,60 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi müəyyən edilmişdir. Bundan sonra Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində Şahid3 tərəfindən dövlət mülkiyyətinə aid, təxminən 1,0 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi müəyyən edilmişdir. Bundan sonra Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində X11 tərəfindən dövlət mülkiyyətinə aid, təxminən 1,5 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi müəyyən edilmişdir. Ona görə də, tərəfindən bu barədə aktlar tərtib edilmiş və tərtib edilmiş akt aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində yerləşən X20 ərazisində dövlət mülkiyyətinə aid olan X14 və digər təyinatlı torpaqlara aid torpaq sahəsinin X11 tərəfindən 1,54 ha hissəsini, X4 tərəfindən 0,71 ha hissəsini və Şahid3 tərəfindən 1,20 ha qanunsuz olaraq istifadə etmələrinin qeyd edilməsi barədə heç bir məlumatı olmamışdır. Kürəkçay qəsəbəsi ərazisində tərəfindən baxış keçirilərkən X5 dövlət mülkiyyətinə aid, 0,60 ha hissəsini, Şahid3 1,0 ha hissəsini və X11 1,5 ha hissəsini qanunsuz olaraq istifadə etmələri müəyyən olunmuşdur. Belə ki, X4 həmin 0,60 hektar torpaq sahəsinə, Şahid3 1,0 hektar torpaq sahəsinə və X11 1,2 hektar torpaq sahəsinə arpa bitkisi əkmişlər. Həmin ərazilərə Goranboy rayonu Kürəkçay bələdiyyəsinin sədri Şahid2 ilə baxış keçirilərkən X2, Şahid3 və X8 Şahid2 tərəfindən məlumat verilmiş, lakin onlar gəlməyəcəklərini bildirmişlər. Ona görə də, sonuncuların iştirakı olmadan həmin ərazilərə baxış keçirilib akt tərtib edilmişdir. Sonradan Kürəkçay qəsəbəsi ərazisində Şahid3 tərəfindən deyil onun qaynanası Təqsirləndirilən şəxs tərəfindən dövlət mülkiyyətinə aid, 1,20 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi məlum olmuşdur. Belə ki, həmin torpaq sahəsində Şahid3 tez-tez göründüyü üçün Aqşinin əkməsini bildirmişlər. Ona görə də, tərəfindən akt tərtib edilərkən və ilkin ifadə verərkən həmin torpaq sahəsini Şahid3 əkib becərdiyini göstərmişdir. Əslində həmin torpaq sahəsini Təqsirləndirilən şəxs əkib becərmişdir. Təqsirləndirilən şəxs yaşlı tək qadın olduğu üçün torpaq sahəsinə gəlib-gedə bilməmiş, qızının əri Şahid3 torpaq sahəsinə gəlib getmiş və suvarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Goranboy rayonu Kürəkçay qəsəbəsinin Bələdiyyəsi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi X7 edilməsi və X1 aparıcı məsləhətçisi vəzifəsində işləyən Qasımov X9 rayonu Kürəkçay qəsəbəsinə gələrək Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamənin tələblərinə əsasən onun iştirakı ilə Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində monitorinq keçirmişdir. Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində X4 tərəfindən dövlət mülkiyyətinə aid, təxminən 0,60 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi müəyyən edilmişdir. Bundan sonra Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində Şahid3 tərəfindən dövlət mülkiyyətinə aid, təxminən 1,0 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi müəyyən edilmişdir. Bundan sonra Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində X11 tərəfindən dövlət mülkiyyətinə aid, təxminən 1,5 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi müəyyən edilmişdir. Ona görə də, Şahid1 tərəfindən bu barədə aktlar tərtib edilmişdir. Sonradan ona Kürəkçay qəsəbəsi ərazisində Şahid3 tərəfindən deyil onun qaynanası X6 tərəfindən dövlət mülkiyyətinə aid, 1,20 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi məlum olmuşdur. Belə ki, həmin torpaq sahəsində Şahid3 tez-tez görmüşdür. Ona görə də, Şahid1 tərəfindən akt tərtib edilərkən və ilkin ifadə verərkən həmin torpaq sahəsini Şahid3 əkib becərdiyini göstərmişdir. Əslində həmin torpaq sahəsini Təqsirləndirilən şəxs əkib becərmişdir. Təqsirləndirilən şəxs yaşlı tək qadın olduğu üçün torpaq sahəsinə gəlib-gedə bilməmiş, qızının əri Şahid3 torpaq sahəsinə gəlib-getmiş və suvarmışdır. Həmin ərazilərə Şahid1la birlikdə baxış keçiriləkrən X2, Şahid3 və X8 tərəfindən məlumat verilmiş, lakin onlar gəlmiyəcəklərini bildirmişlər. Ona görə də, sonuncuların iştirakı olmadan həmin ərazilərə baxış keçirilib akt tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, daimi olaraq heç bir yerdə işləmir. O, əvvəllər Goranboy rayonu Xanqərvənd kəndində yaşamışdır. Sonradan isə Goranboy rayonu Qazançı kəndinə köçmüş və həmin kənddə yaşayır. Goranboy rayonu Kürəkçay bələdiyyəsinin ərazisində 1,20 ha dövlət mülkiyyətinə məxsus torpaq sahəsini o, əkməmişdir. Belə ki, həmin torpaq sahəsini qaynanası Təqsirləndirilən şəxs Yedigar qızı əkib becərir. O, isə qaynanasına kömək etmək məqsədilə əkdiyi torpaq sahəsini suvarmışdır. Qaynanası həmin əkin sahəsinə 2023-cü ilin sentyabr ayında arpa bitkisi əkmişdir. Qaynanası Təqsirləndirilən şəxs oğlu Qərib həbsdə oladuğu üçün çətin dolanır. Bu səbəbdən də həmin torpaq sahəsinə arpa bitkisi əkmişdir. Bundan əvvəl isə qaynanası heç bir torpaq sahəsi əkməmişdir.Qaynanası Təqsirləndirilən şəxs əkdiyi torpaq sahəsinə heç kimlə müqavilə bağlamamış və icazə almamışdır.Həmin torpaq sahəsini qaynanası Təqsirləndirilən şəxs əkib beçərmişdir. Lakin qaynanası suçuya pul verməməsi üçün həmin torpaq sahəsini o suvarmışdır. Ona görə də Şahid1 və Şahid2 həmin torpaq sahəsini onun əkdiyini zənn etmişlər. Həmin torpaq sahəsini o, əkib becərməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış 27 noyabr 2023-cü il tarixli, 3-21-3/2-17608/2023 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında” Əsasnamənin tələblərinə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin işçiləri tərəfindən Goranboy rayonu ərazisində monitorinq həyata keçirilərkən Kürəkçay kəndində vətəndaş Şahid3 tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətinə aid sənaye, nəqliyyat və digər kateqoriyalı torpaq sahəsinin əkinçilik məqsədilə istifadə edilməsi faktı müəyyən edilmişdir; Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin baş məsləhətçisi, müfəttiş Şahid1, Goranboy rayonu Kürəkçay bələdiyyəsinin sədri Şahid2, Goranboy rayonu Qazançı kənd sakini Şahid3 iştirakı ilə tərtib edilmiş 14 noyabr 2023-cü il tarixli aktdan görünür ki, Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən məlum olmuşdur ki, Kürəkçay bələdiyyəsinin Kürəkçay qəsəbəsi ərazisində Şahid3 dövlət mülkiyyətinə aid təxminən 1,0 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsini mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə istifadə edir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komutəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-375-2024 nömrəli mütəxəssis rəyindən görünür ki, TEKUİS məlumat bazasına əsasən X20 ərazisində dövlət mülkiyyətində olan X14 və digər təyinatlı torpaqlara aid torpaq sahəsinin X11 1,54 ha, X5 0,71 ha və Şahid3 1,20 ha hissəsini əkərək istifadə edirlər; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyun 2024-cü il tarixli 3-16-16/2-10/3154 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komutəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-375-2024 saylı mütəxəssis rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edilmişdir: -TEKUİS məlumat bazasına əsasən X20 ərazisində dövlət mülkiyyətində olan X14 və digər təyinatlı torpaqlara aid torpaq sahəsinin X11 1,54 ha, X5 0,71 ha və Şahid3 1,20 ha əkərək istifadə edirlər; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır; “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 03 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 188.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində əkin işlərini aparma dövlət mülkiyyətində olan torpaqlara münasibətdə törədildikdə səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi CM-in 188-ci maddəsində həmçinin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan topaq sahəsini ələ keçirmə başa düşülməlidir. Bu zaman təqsirkar qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma, əkin və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Hazırki iş üzrə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan torpaqda təsərrüfat-məişət təyinatlı fəaliyyət həyata keçirməklə həmin torpaq sahəsinə faktiki sahiblik etməsi və ondan faktiki istifadə etməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 188.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini; - törətdiyi əməli etiraf edib peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon Qazançı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə). CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi2 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 9 (doqquz) iş saatı üçün 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi2 hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-75/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-75/2024
14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver