Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-78/2023 30.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1980-ci il tarixdə Kəlbəcər rayonu, Qamışlı kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Qamışlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 06 oktyabr 2017-ci il tarixdən hesablanmaqla 16 iyun 2007-ci il təvəllüdlü X3, 28 mart 2013-cü il təvəllüdlü X4 və 05 iyul 2014-cü İl təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 120 manat olmaqla, cəmi 360,00 sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(040)-1683/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli, habelə 11 oktyabr 2018-ci il tarixdən hesablanmaqla 25 avqust 2010cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120,00 manat olmaqla sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(040)-1107/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Goranboy Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 3(045)-720/2022 saylı qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmiş və icra sənədlərindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(040)-1683/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən 6000,00 manat, həmin məhkəmənin qanuni qüvvəyə minmiş 2(040)-1107/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən isə 2160,00 manat, cəmi 8160,00 manat ödənməmiş aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2004-cü ildə faktiki nikah münasibətlərinə girməklə ailə həyatı qurmuş və nikahlarını isə 03 avqust 2005-ci il tarixdə rəsmiləşdirilmişdir. Onlar evli olduğu müddətdə 12 iyul 2005-ci il təvəllüdlü X12, 16 iyun 2007-ci il təvəllüdlü X8, 25 avqust 2010-cu il təvəllüdlü X13, 28 mart 2013-cü il təvəllüdlü X11 və 05 iyul 2014-cü il təvəllüdlü X14 adlı övladları anadan olmuşdur. O, nikahda olduğu müddətlərdə Zərərçəkmiş şəxs ilə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaqlarından 16 iyun 2007-ci il təvəllüdlü X8, 28 mart 2013-cü il təvəllüdlü X11 və 05 iyul 2014-cü il təvəllüdlü X14 anası Zərərçəkmiş şəxs himayəsində Mingəçevirdə yaşamışlar. Daha sonra isə Zərərçəkmiş şəxs onun yanında qalan iki uşağı, yəni 12 iyul 2005-ci il təvəllüdlü X9 və 25 avqust təvəllüdlü X10 götürmüşdür. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs uşaq tələbi və sabit pul məbləğində aliment tələbi ilə ona qarşı məhkəmədə iddia qaldırmış və Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən ondan 06 oktyabr 2017-ci il tarixdən hesablanmaqla 16 iyun 2007-ci il təvəllüdlü X3, 28 mart 2013-cü il təvəllüdlü X4 və 05 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120.00 manat olmaqla, cəmi 360.00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Zərərçəkmiş şəxs daha sonra yenidən uşaq tələbi və aliment tələbinə dair ona qarşı məhkəmədə iddia qaldırmış və Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən ondan 11 oktyabr 2018-ci il tarixdən hesablanmaqla 12 iyul 2005-ci il təvəllüdlü X7 və 25 avqust 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 120.00 manat olmaqla, sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, lakin sonradan Zərərçəkmiş şəxs uşaqları Nihada dair hissədə aliment tələbindən ərizə verərək imtina etmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Goranboy Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək CM-in 306.1ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, maddi imkanının kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə təqdimat verilən günə, yəni 23 yanvar 2023-cü il tarixədək 8160 manat aliment borcu yığılıb qalmışdır. Yekunda məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, o, əvvəllər N saylı hərbi hissədə müqavilə əsasında müddətdən artıq hərbi qulluqçu işləmiş və aliment hər ay onun maaşından tutulub. Lakin ikinci Qarabağ müharibəsində yaralandığı üçün ordu sıralarından tərxis olunmuş və həmin vaxtdan gəliri olmadığı üçün aliment ödənişlərini həyata keçirə bilməmişdir. Hazırda onun yeganə gəlir mənbəyi hər ay alıdğı 80 (səksən) manat veteranlıq müavinətidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2004-cu ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş, nikahları 2005-ci ildə rəsmiləşdirilmiş və nikahlarından 12 iyul 2005-ci il təvəllüdlü X12, 25 avqust 2010-cu il təvəllüdlü X13, 16 iyun 2007-ci il təvəllüdlü X8, 28 mart 2013-cü il təvəllüdlü X11 və 05 iyul 2014-cü il təvəllüdlü X14 adında övladları anadan olmuşdur. Təqsirləndirilən şəxs onlar evli olduğu zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuş, qazancı ayda 1000-1200 manat təşkil etmiş, həmin müddətdə onlar Goranboy rayonunda birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs aylıq yetərli qədər gəliri olsa da, o, ancaq öz yemək içməyinə, tüfeyli həyatına xərcləmişdir. O, nikahda olduğu müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görə də, ayrılmaq qərarına gəlmiş və Kəlbəcər Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən 4 oğlu atalarının himayəsinə verilsə də, faktiki olaraq uşaqlar onun himayəsində qalmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O isə uşaqları tək başına saxlaya bilmədiyindən 2017-ci ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşaq tələbi və aliment tələbinə dair iddia qaldırmış və Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 06 oktyabr 2017-ci il tarixdən hesablanmaqla 16 iyun 2007-ci il təvəllüdlü X3, 28 mart 2013-cü il təvəllüdlü X4 və 05 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120.00 manat olmaqla, cəmi 360.00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bundan başqa Nihad və Murad Təqsirləndirilən şəxs himayəsində qalmış və uşaqlara baxmadığı üçün yenidən 2017-ci ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşaq tələbi və aliment tələbinə dair iddia qaldırmış və Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 11 oktyabr 2018-ci il tarixdən hesablanmaqla 25 avqust 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120.00 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. O, məhkəmədə digər uşağı 12 iyul 2005-ci il təvəllüdlü X12 üçün aliment tələb etməmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Goranboy rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də, aylıq ödəməli alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Goranboy Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra CM-in 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də, ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Goranboy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən 6000 manat, Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 oktyabr 2018-ci il tarixli qətnaməsi əsasən 2160 manat, cəmi 8160 manat ödənməmiş aliment borcu yaranmışdır. Bundan əlavə bu müddət ərzində övladları ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. O, aliment borcunun tam ödənilməsini istəyir. Təqsirləndirilən şəxsin qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın Zəfər Qəhramnaova təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 Ramil oğlu ifadəsində göstərdi ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(040)-1683/2017 saylı icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat aliment alınıb Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Tər-Tər Rayon İcra və Probasiya Şöbəsində xx.xx.2018-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(040)-1107/2018 saylı icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü X2 üçün hər ay 120 manat aliment alınıb Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Goranboy Rayon İcra və Probasiya Şöbəsində xx.xx.2018-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(040)-1683/2017 nömrəli və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(040)-1107/2018 nömrəli icra sənədləri xx.xx.2021-ci il il tarixdə aidiyyəti üzrə icra olunması üçün Goranboy Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hər iki icra sənədi üzrə icraat xx.xx.2022-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Hər iki icra sənədi Tər-Tər Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan zaman borclu Müdafiə Nazirliyi N nömrəli hərbi hissədə işləmiş, əmək haqqına yönəlmə nəticəsində xx.xx.2021-ci il tarixədək hər ay aliment öhdəliyi tam icra olunmuş və həmin tarixə hər iki icra sənədi üzrə aliment borcu olmamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli əmrinə əsasən Təqsirləndirilən şəxs tərxis edilmişdir. Məcburi icra tədbirləri keçirtmək üçün edilmiş sorğular, o cümlədən “Elektron-icra” informasiya sistemindən çıxarışa əsasən borclunun adına heç bir əmlak və gəlir aşkar edilməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(040)-1683/2017 nömrəli və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(040)-1107/2018 nömrəli icra sənədləri üzrə tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə inzibati protokol tərtib edilərək Goranboy Rayon Məhkəməsinə təqdim edilmişdir, məhkəmə iclası zamanı tələbkar Goranboy Rayon Məhkəməsinə teleqram göndərərək, borclu ilə aralarında qarşılıqlı razılığa gəlmələrini, şikayət və tələbinin olmamasını qeyd etmiş, nəticədə Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən inzibati xəta haqqında iş üzrə icaata xitam verilmişdir. İnzibati tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyət elan olunmaqla yeni müddət verilmişdir. Lakin borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(040)-1683/2017 nömrəli və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(040)-1107/2018 nömrəli icra sənədləri üzrə 2880 manat aliment borcunu icra etmədiyinə görə Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə inzibati protokol tərtib edilərək Goranboy Rayon Məhkəməsinə təqdim edilmiş, nəticədə borclu 44 günlük Vətən Müharibəsi iştirakçısı olduğundan Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən inzibati xəta haqqında iş üzrə icaata xitam verilmişdir. Tələbkar Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icaata xitam verilməsi haqqında qərarından Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(040)- 1683/2017 nömrəli və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(040)- 1107/2018 nömrəli icra sənədləri üzrə 5760 manat aliment borcunu icra etmədiyinə görə Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə inzibati protokol tərtib edilərək Goranboy Rayon Məhkəməsinə təqdim edilmiş, məhkəmə iclası borclunun ödəniş etməsi üçün xx.xx.2022-ci il tarixədək təxirə salınmış, lakin borclu ödəniş etməmiş, məhkəmə iclasına gəlməmiş, nəticədə Goranboy Rayon Məhkəməsinin 3(045)-720/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu Təqsirləndirilən şəxs barəsində axtarış qərarı qəbul edilmiş və iş üzrə icaat dayandırılmışdır. İnzibati xəta haqqın işə xx.xx.2022-ci il tarixdə baxılmış, nəticədə borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(040)-1683/2017 nömrəli və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(040)-1107/2018 nömrəli icra sənədləri üzrə aliment borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(040)-1683/2017 nömrəli icra sənədi üzrə xx.xx.2017-ci il tarixdən 11.01,2023-cü il tarixədək tələbkara ödəməli olduğu 22 680 manat, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(040)- 1107/2018 nömrəli icra sənədi üzrə xx.xx.2018-ci il tarixdən 11.01,2023-cü il tarixədək tələbkara ödəməli olduğu 6120 manat, ümumilikdə 28 800 manat aliment pulundan, cəmi 20720 manat ödəmiş, 8160 manat isə borcu qalmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, 1 dəfə inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs Şöbəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, bir dəfə inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 iş üzrə digər Şahid2 Ramil oğlunun ifadəsinə oxşar məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kəlbəcər Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli, 2(040)-1683/2017 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2013-cü ildə doğulmuş X11 və xx.xx.2014-cü ildə doğulmuş X14 cavabdeh Təqsirləndirilən şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs himayəsinə verilmiş, xx.xx.2007-ci ildə doğulmuş X8, xx.xx.2013-cü ildə doğulmuş X11 və xx.xx.2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs tutularaq, iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir; İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 23 yanvar 2018-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Kəlbəcər Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli, 2(040)-1683/2017 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Kəlbəcər Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2(040)-1107/2018 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2005-ci ildə doğulmuş X12 və xx.xx.2010-cu ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs tutularaq, iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir; İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 01 noyabr 2018-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Kəlbəcər Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2(040)-1107/2018 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Goranboy Rayon Məhkəməsinin 8(045)-166/2022 saylı, 15 mart 2022-ci il tarixli qərardadından görünür ki, Kəlbəcər rayon Məhkəməsinin 2(040)-1683/2017 nömrəli xx.xx.2017-ci il tarixli və Kəlbəcər rayon Məhkəməsinin 2(040)-1107/2018 nömrəli, xx.xx.2018ci il tarixli icra sənədlərinə əsasən iş üzrə borclu xx.xx.1980-ci ildə Kəlbəcər rayonunun Qamışlı kəndində anadan olmuş Kəlbəcər rayonunun, Qamışlı kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borc ödənilənədək məhdudlaşdırılmışdır; Goranboy Rayon Məhkəməsinin 3(045)-720/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edimişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Qətimkan tədbiri seçmək haqqında” 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 06 oktyabr 2017-ci il tarixdən hesablanmaqla 16 iyun 2007-ci il təvəllüdlü X3, 28 mart 2013-cü il təvəllüdlü X4 və 05 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 120 manat olmaqla, cəmi 360,00 sabit pul məbləğində alimentin, habelə 11 oktyabr 2018-ci il tarixdən hesablanmaqla 25 avqust 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120,00 manat alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1683/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli və Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1107/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qüvvəyə minmiş məhkəmə aktlarının olmasına və icraya yönəldilməsinə baxmayaraq icra ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, buna görə inzibati qaydada tənbeh tədbirlərinin tətbiq edilməsindən nəticə çıxarmamış, icra sənədindəki tələbi icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla rəsmi qaydada yenidən xəbərdarlıq edilərək vaxt verilməsinə baxmayaraq hərəkətlərini davam etdirmiş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə hərəkətləri ilə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Adı çəkilən qərarda, həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Sadalanan qanunvericiliyin məzmunundan göründüyü kimi, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda təhlil edilən cinayət tərkibini yaradır və cinayət tərkibi şəxsin məhkəmə aktlarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin icra sənədlərini qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə aktlarında nəzərdə tutulmuş tələbin icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq və buna görə inzibati məsuliyyətlərə cəlb edilməsinə baxmayaraq, məhkəmə qərarının icrası üçün hər hansı yetərli tədbirlər görməmiş və bununla da Azərbaycan Respublikası adından çıxarılan, icrası məcburi sayılan məhkəmə aktlarını icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində həmin maddə ilə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını; -qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon üzrə QMKİDK MİD-nin tərəfindən verilmiş xasiyyətnamə). Məhkəmə iclasında təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatı üçün cəmi 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 30 noyabr 2023-cü il tarixdən hesablansın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatı üçün cəmi 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-78/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-78/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver