Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-79/2024 12.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Goranboy rayonu Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama, daşıma, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) cinayət əməllərini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi xeyli miqdarda, yəni 10 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını 2024-cü ilin mart ayının istintaqa dəqiq məlum olmayan günündə yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq əkib, aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, 04 avqust 2024-cü il tarixdə saat 14:03-də Goranboy RPŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən ümumi çəkisi 4400 qram olan xeyli miqdarda, yəni 10 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, daimi narkotik vasitələrin aludəçisi olduğu üçün 2024-cü ilin iyul ayının istintaqa dəqiq məlum olmayan günündə satış məqsədi olmadan, şəxsi istifadəsi ilə əlaqədar ünvan 2 ünvanında yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq əkib yetişdirdiyi yuxarıda qeyd olunan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin yararlı hissələrini toplayıb öz istifadəsi üçün qurutmaqla qanunsuz əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 481,78 qram, xeyli miqdarda narkotik vasitə - qurudulmuş marixuananı bir ədəd rəngli sellofan paketə yerləşdirərək evinin zalındakı taxta materialdan hazırlanmış dolabın içərisində qanunsuz olaraq saxlamış, 04 avqust 2024-cü il tarixdə günorta saat 13 radələrində həmin narkotik vasitənin az bir hissəsini öz istifadəsi üçün ayıraraq evinin zalında yerləşən stolun üzərindəki boşqaba qoymuş, həmin gün saat 14:03-də Goranboy RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilərkən evin zalında olan stolun üzərindəki boşqabın içərisinə qoyduğu 1,78 qram çəkidə bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, həmçinin evin zalındakı taxta materialdan olan dolabda saxladığı xeyli miqdarda, yəni 480 qram çəkidə bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bacısı X6 ilə birlikdə yaşayır. Daimi olaraq heç bir yerdə işləmir. 2022-ci ildə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. O, təxminən 20 il olar ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2023-cü ilin payız aylarında dəqiq xatırlamadığı tarixdə yaşadığı Dəliməmmədli şəhərinin ərazisində əkin sahəsində olan zaman yabanı halda bitmiş qurumuş narkotik vasitə olan çətənə bitkisinin kollarının olduğunu görmüşdür. O, narkotik vasitə olan çətənədən istifadə etdiyinə görə gələcəkdə əkib özü istifadə etmək qərarına gəlib həmin çətənə bitkisinin kolundan bir neçə ədəd toxumlarını təxminən 10-12 ədəd yığıb yaşadığı evə gətirib gizlətmişdir. 2024-cü ilin mart ayında isə həmin narkotik vasitə olan çətənə bitkisinin toxumlarını yaşadığı evin həyətyanı sahəsində ağacların arasında əkmişdir. Toxumları əkdikdən sonra həmin toxumlara qulluq etməyə başlamışdır. Toxumlardan 10 ədədi cücərdikdən sonra çətənə kollarının dibini yumşaldıb, heyvan peyini töküb vaxtlı-vaxtında suyunu verib becərmişdir. Əkib-becərdiyi narkotik vasitə olan çətənə kolları böyüdükdən sonra 2024-cü ilin iyul ayının axırlarında budaqlarından sındırıb qurudaraq özü istifadə etmək üçün yaşadığı evin zalında taxta materialdan hazırlanmış iki taylı dolabın içərisində rəngli sellofan torbaya qoyub saxlamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrində qurudub dolabın içərisində saxladığı marixuanadan bir hissəsini çəkmək üçün götürüb stolun üstündə olan ağ rəngli boşqabın içərisinə qoymuşdur. Sonra isə həmin marixuananın yanına boşqaba bir ədəd siqaretin tütününü əlavə etmişdir. Bundan sonra o, evdən küçəyə çıxmış, həmin gün yəni, xx.xx.2024-cü il tarixdə saat 14:03 radələrində yaşadığı evin önündə küçədə olduğu zaman Goranboy rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra polis əməkdaşları ona narkotik maddə hesab edilən çətənə bitkilərinin əkib becərilməsində və qanunsuz olaraq evində saxlamağı barədə şübhələrin olduğunu bildirib həyətyanı sahəsinə və evinə baxış keçirmək istədiklərini bildirmişlər. O da, polis əməkdaşlarına heç bir etiraz etməmiş və özü polis əməkdaşlarına yaşadığı evin arxa hissəsində həyətyanı sahəsində kolluqların və ağacların arasında 2024-cu ilin mart ayında əkdiyi və mütəmadi olaraq suvarıb diblərini yumşaldıb heyvan peyini tökdüyü 10 ədəd çətənə kollarını göstərmişdir. Həmin kollara aqronomun istirakı ilə baxış keçirilmişdir. Sonra həmin çətənə kolları kökündən çıxarılıb qablaşdırılmış və üzəri 121 saylı möhürlə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən başqa yerdə narkotik maddə saxlayıb-saxlamadığı barədə soruşulmuş, o da, polis əməkdaşlarına yaşadığı evin zalında masanın üzərində və dolabda qurudulmuş marixuananın olduğunu bildirmişdir. Sonra polis əməkdaşları onun razılığı ilə yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı masanın üzərində ağ rəngli boşqabın içərisində olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş və tərəzidə çəkilib qablaşdırılmışdır. Bundan sonra dolabın içərisində rəngli sellofan torbada saxladığı qurudulmuş marixuanada polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb qablaşdırılmış və ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bundan sonra 2024-cü ilin iyun ayının əvvələrində Dəliməmmədli şəhərində dəmir yolu xəttinin yaxınlığından tapdığı bir ədəd kibrit qutusunda olan tiryəkə bənzər kütləni polis əməkdaşları baxış zamanı yatdığı çarpayının üst hissəsi ilə döşək arasında olan yerdən tapmışlar. Sonra həmin maddə də polis əməkdaşları tərəfindən qablaşdırıb götürülmüşdür. Bundan sonra polis əməkdaşları ilə birlikdə Goranboy RPŞ-nə gəlmiş və üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Evindən aşkar edilən qurudulmuş marixuananı öz yaşadığı evin həyətində 2024-cü ilin mart ayında əkdiyi çətənə kollarının budaqlarını sındırıb qurutmuşdur. Məqsədi həmin narkotiki marixuanadan istifadə etmək olmuş və həmin narkotik vasitədən istifadə etmişdir. O, həmin qurudulmuş marixuanadan heç kimə verməmiş və satmamışdır. Narkotik vasitə olan çətənə kollarını o, özü əkmişdir. Bacısı Aynur daimi Gəncə şəhərində işdə olur və evə gec gəlir. Onun narkotik vasitə olan çətənə kollarını əkməsini və qurudulmuş marixuananı yaşadığı evdə saxlamasını bacısı Aynur və qeyriləri bilməmişdir. Bu barədə heç kimə bir söz deməmişdir. Həmin çətənə kollarını əkməkdə niyyəti özü istifadə etməkdən ibarət olmuşdur. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, etdiyi əməldən peşmandır, göstərilənlərin nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Goranboy RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.1982-ci ildə Goranboy rayonu Dəliməmmədli şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə olan marixuana (çətənə kolları) əkib-becərməsi barədə xx.xx.2024-cü il tarixdə əməliyyat məlumatı almış, ona görə də, həmin tarixdə bu barədə şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Şöbə rəhbərliyi də ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi barədə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verdikdən sonra, Goranboy RPŞ-nin KMQ-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Şahid3, Goranboy RPŞ-nin sahənin polis nəfəri, polis baş serjantı Şahid4, Goranboy RPŞ-nin TBnin baş təhqiqatçısı polis mayoru X2 və onun daxil olduğu əməliyyat qurupu yaradılmış, bundan sonra isə əməliyyat qrupu tam tərkibdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına getmişlər. Goranboy rayonu Dəliməmmədli şəhərində yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs özlərini təqdim edib, yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə kollarını əkibbecərməkdə şübhəli olduğunu bildirmişlər. Sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək onun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs də, Goranboy RPŞ-nə ərizə ilə müraciət edərək yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi üçün mütəxəssis-aqronom Şahid5 Goranboy rayonu Dəliməmmədli şəhərinə dəvət olunmuşdur. Bundan sonra həmin tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə və evinə baxış keçirmək üçün əməliyyat qrupunun üzvləri və mütəxəssis-aqronom Şahid5 ilə birlikdə sonuncunun yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış video və foto çəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keririlərkən həyətyanı sahənin sol tərəfində kolların içərisində, ətrafı məftil torla əhatə olunmuş ərazidə spesifik iyə məxsus narkotik maddə hesab edilən, kökü torpaqda olan 5 ədəd, bir qədər sağ tərəfdə 2 ədəd, 1 ədəd onlardan kənarda, 1 ədəd həyətyanı sahənin divarının yanında və 1 ədəd həyətyanı sahənin mərkəzi hissəsində çətənə bitkilərinə bənzər kollar aşkar etmişlər. Baxış zamanı aqronom Şahid5 10 ədəd tərkibində narkotik maddə olan çətənə bitkilərinə baxış keçirib həmin bitkilərin narkotik vasitə olan marixuana olduğunu və aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Həmin vaxt mütəxəssisaqronom Şahid5 çətənə koluna bənzər kollara baxaraq həmin kolların narkotik tərkibli çətənə kolları olduğunu və xüsusi qulluq edildiyini də bildirmişdir. Təqsirləndirilən şəxs də həmin çətənə kollarını özü istifadə etmək üçün əkib, becərdiyini bildirmişdir. Bundan sonra həmin çətənə kolları yığılıb 2 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış və ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əlavə olaraq narkotik vasitəsinin olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs də yaşadığı evdə qurudulmuş marixuanası olduğunu bildirmişdir. Ona görə də, Təqsirləndirilən şəxs yaşadığı evə daxil olub baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qonaq otağının sağ tərəfində masanın üzərində bir ədəd ağ rəngli keramik qabın kənarında xırdalanmış halda qurudulmuş marixuanaya bənzər kütlə aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin marixunanın yaşadığı evin həyətyanı sahəsində əkdiyi çətənə kollarından özü istifadə etmək üçün yığaraq qurutduğunu bildirmişdir. Həmin narkorik maddə hesab edilən qurudulmuş marixunaya bənzər kütlə müvafiq qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış və ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs qonaq otağının sağ tərəfində taxta rəfi göstərərək onun içərisində bir ədəd rəngarəng sellofan torbada bir müddət əvvəl həyətində əkdiyi çətənə kollarından yığaraq şəxsi istifadəsi üçün topladığı kütlənin narkotik maddə hesab edilən qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin içərisində qurudulmuş marixuana olan torba da müvafiq qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək, iştirakçılar tərəfindən imzalanmış və ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs qonaq otağında yerləşən yatdığı çarpayının başlığı ilə yorğanın arasında olan yerdən bir ədəd kibrit qutusunda narkotik vasitə hesab edilən tiryəkə bənzər kütlə aşkar etmişlər. Həmin kütlə də, müvafiq qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək, iştirakçılar tərəfindən imzalanmış və ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Bu barədə baş təhqiqatçı Ruslan Abbasov tərəfindən protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Protokola bir ədəd disk əlavə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Goranboy RPŞ-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün Goranboy rayon Vəkil Bürosunun vəkili Verdiyev X3 rayon polis şöbəsinə dəvət olunaraq təqdim edilmiş, sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirilərək, baş təhqiqatçısı Ruslan Abbasov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində video və foto çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl baş təhqiqatçı Ruslan Abbasov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymasını təklif etmiş, Təqsirləndirilən şəxs də əynində olan idman şalvarının sol yan cibindən bir ədəd qara rəngli “Sumsung” markalı telefonu, şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu və “Magna” markalı siqaret qutusunu masasının üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və heç bir qadağan olunmuş predmet və əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bir ədəd “Samsung” markalı telefon maddi subut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, siqaret və kibrit qutusu maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Bu barədə baş təhqiqatçı Ruslan Abbasov tərəfindən protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmış, protokola bir ədəd disk əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 digər Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, 1986-cı ildə Ağdam kənd Təsərrüfatı Texnikomunun aqronomluq ixtisasını bitirmiş və həmin ildən Goranboy rayonu Bitki Mühafizə İdarəsinin aqronomu vəzifəsində çalışır. 04 avqust 2024cü il tarixdə saat 14 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşları onun mobil telefonuna zəng edib, mütəxəssis aqronom kimi onlara kömək etməyini xahiş etmişlər. O da polis əməkdaşları ilə razılaşmışdır. Sonra polis əməkdaşları ona Goranboy rayonu Dəliməmmədli şəhərinə gəlməyini xahiş etmişlər. O da Goranboy rayonu Dəliməmmədli şəhərinə gedib polis əməkdaşları ilə görüşmüşdür. Goranboy rayon polis şöbəsinin əməkdaşları ona Dəliməmmədli şəhərində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkibbecərdiyni demişlər. Sonra polis əməkdaşları mütəxəssis-aqronom kimi həmin bitki kollarına baxıb rəy verməyini xahiş etmişlər. O da polis əməkdaşları ilə razılaşmışdır. Sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Onları Təqsirləndirilən şəxs özü qarşılamışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs özlərini təqdim edib yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə kollarını əkib-becərməkdə şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək, evinin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs də polis əməkdaşlarına yaşadığı evin həyətinə baxış keçirilməsinə heç bir etiraz etmədiyini bildirmişdir. Həmin tarixdə saat 14:03 dəqiqədə Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış video və foto çəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keririlərkən həyətyanı sahənin sol tərəfində kolların içərisində, ətrafı məftil torla əhatə olunmuş ərazidə spesifik iyə məxsus narkotik maddə hesab edilən kökü torpaqda olan 5 ədəd, bir qədər sağ tərəfdə 2 ədəd, 1 ədəd onlardan kənarda, 1 ədəd həyətyanı sahənin divarının yanında və 1 ədəd həyətyanı sahənin mərkəz hissəsində çətənə bitkilərinə bənzər kollar aşkar edilmişdir. O, bir mütəxəssis-aqronom kimi həmin 10 ədəd çətənə kollarına baxmış və həmin çətənə kollarına xüsusi qaydada qulluq edildiyini görmüşdür. Həmin narkotik vasitə olan çətənə kollarının dibləri yumşaldılmış, dibinə peyin verilmiş və suvarılmışdır. Bundan sonra həmin çətənə kollarını müvafiq ekspertizaya təqdim etmək üçün polis əməkdaşları yığıb qablaşdırmışlar və üzərini möhürləmişlər. Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru Ruslan Abbasov tərəfindən bu barədə protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əlavə olaraq narkotik vasitəsinin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs də yaşadığı evdə qurudulmuş marixuanası olduğunu bildirmişdir. Ona görə də, Təqsirləndirilən şəxs yaşadığı evə daxil olub baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qonaq otağının sağ tərəfində masanın üzərində bir ədəd ağ rəngli keramik qabın kənarında xırdalanmış halda qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin marixunanın yaşadığı evin həyətyanı sahəsində əkdiyi çətənə kollarından özü istifadə etmək üçün yığaraq qurutduğunu bildirmişdir. Həmin narkorik maddə hesab edilən qurudulmuş marixunaya bənzər kütlə polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılmış, üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış və ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs qonaq otağının sağ tərəfində taxta rəfi göstərərək onun içərisində də, bir ədəd rəngarəng sellofan torbanın içərisində bir müddət əvvəl həyətində əkdiyi çətənə kollarından yığaraq şəxsi istifadəsi üçün topladığı kütlənin narkotik maddə hesab edilən qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin içərisində qurudulmuş marixuana olan torba da polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılmış, üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək, iştirakçılar tərəfindən imzalanmış və ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs qonaq otağında yerləşən yatdığı çarpayının başlığı ilə yorğanın arasında olan yerdən bir ədəd kibrit qutusunda narkotik vasitə hesab edilən tiryəkə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə də polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılmış, üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək, iştirakçılar tərəfindən imzalanmış və ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Bu barədə baş təhqiqatçı Ruslan Abbasov tərəfindən protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. O da bir mütəxəssis-aqronom kimi ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində aşkar edilmiş həmin çətənə kollarına xüsusi qaydada qulluq edilməsi barədə rəy vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış və götürmə haqqında” 04 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində əkmiş olduğu aqrotexniki qaydada qulluq göstərilmiş 10 ədəd narkotik tərkibli 4400 qram çəkidə olan çətənə kolları və yaşadığı fərdi yaşayış evindən 481,78 qram çəkidə bitki mənşəli olan kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür; Mütəxəssis-aqranom Şahid5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində sayı 10 (on) ədəd çətənə kolları aqrotexniki qaydada qulluq göstərilmiş çətənə kollarıdır; “Şübhəli şəxsin tutulması haqqında” 04 avqust 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığı saxlanıldığı andan, yəni xx.xx.2024-cü il tarixdən saat 14:03-dən məhdudlaşdırılmışdır; “Şəxsi axtarış və götürmə haqqında” 04 avqust 2024-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində 1 ədəd qara rəngli qolu gödək köynək, 1 ədəd qara rəngli idman şalvarı, ayağında 1 cüt qara, üst hissəsində göy rəngi olan yay ayaqqabısı olmuşdur. Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı telefonu, şalvarın sağ yan cibindən bir ədəd içərisində kibritlər olan kibrit qutusunu və içərisində siqaretlər olan “Magna” markalı siqaret qutusunu masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, heç bir qadağan olunmuş predmet və əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bir ədəd “Samsung” markalı telefon maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, siqaret və kibrit qutusu maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Şəxsi axtarış təbii və süni işıqlandırılmış şəraitdə həyata keçirilmişdir. Şəxsi axtarış aparılarkən “Panasonic” markalı video və fotoaparat vasitəsi ilə video və foto çəkilişdən istifadə edilmiş və həmin video və foto çəkiliş protokola əlavə edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 bölməsinin 05 avqust 2024-cü il tarixli 16/832 rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə” sözləri və imzalar olan rəngli sellofan paketdəki təmiz çəkisi 480 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs evdə masanın üzərində boşqabda olan qurudulmuş marixuanaya bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ kağız bükümdə, tütünlə qarışıq ümumi təmiz çəkisi 1,88 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 1,78 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. -Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən götürülmüş 10 ədəd narkotik vasitə hesab edilən çətənə bitkisinə bənzər kollar” sözləri və imzalar olan sintetik kisə bağlamadakı ümumi sayı 10 (on) ədəd, ümumi təmiz çəkisi - 4400 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə (kannabis) bitkisində olan və həmin növ bitkidən hazırlanan marixuanada kannabinoidli komponentlər eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bir kibrit qutusunda narkotik maddə tiryəkə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 0,92 qram olan, boz-qəhvəyi rəngli bitki mənşəli kütlənin tərkibində narkotik təsirə malik komponentlər yoxdur; “Təqsirləndirilən şəxs qismində cəlb etmək barədə” 06 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; “Təqsirləndirilən şəxsi MSY-dən azad etmək və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 06 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanıma haqqında” 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq əkib-becərdiyi 10 ədəd narkotik tərkibli ümumi çəkisi 4400 qram çəkidə olan çətənə kolları və qanunsuz olaraq əldə edib saxladığı ümumi çəkisi 481,78 qram marixuanadan ekspertiza tədqiqiatına sərf edildikdən sonra qalan 10 ədəd narkotik tərkibli 4399,8 qram çəkidə çətənə kolları və 481,70 qram şəxsi istehlak miqdarından artıq çəkidə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin maddi subutlar anbarına təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 avqust 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Tağıyev X5 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.3, 234.1 və 66.2-ci maddələri təqsirli bilinib, həbsetmənin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablanmaqla, 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə isə cəzasının sonu ilə azad edilmişdir; Goranboy rayon məhkəməsinin 1(045)-44/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsetmənin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin Narkoloji dispanserinin 27 sentyabr 2024-cü il tarixli 1622 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtyacı yoxdur, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində əkmiş olduğu aqrotexniki qaydada qulluq göstərilmiş 10 ədəd narkotik tərkibli çətənə kollarının ümumi çəkisi 4400 qram və yaşadığı fərdi yaşayış evindən aşkar olunmuş bitki mənşəli olan kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın ümumi çəkisi 481,78 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon İcra Hakimiyyəti Başçısının Dəliməmmədli şəhər İƏDÜN-si tərəfindən verilmiş 16 avqust 2024-cü il tarixli xasiyyətnamə). Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, əməlində cinayətlərin residivinin olmasını, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. İş materiallarından göründüyü kimi, Tağıyev X5 rayon məhkəməsinin 1(045)-44/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsetmənin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablanmış, o, xx.xx.2022-ci ildə isə cəzasının sonu ilə azad edilmişdir. Lakin, bu dövr ərzində Təqsirləndirilən şəxs məhkumluğunun olmasına baxmayaraq, bundan lazımi nəticə çıxarmamış və islah olunmamış, yenidən cinayət əməli törətmişdir ki, bu da onun şəxsiyyətini mənfi cəhətdən xarakterizə edir, digər tərəfdən, CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq hazırkı iş üzrə Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. CM-in: 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünə məxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Cinayətin yenidən törədilməsinin daha təhlükəli növü kimi residiv çıxış edir. CM-in 18.1-ci maddəsinin məzmunundan və mənasından göründüyü kimi, residiv cinayət məsuliyyətinə cəlb olunan və ya məhkum olunan andan deyil, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxs tərəfindən yeni qəsdən cinayət əməlinin törədildiyi andan yaranır. Bundan başqa, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. CM-in 65.2-ci maddəsinə uyğun olaraq residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini Goranboy Rayon Məhkəməsinin 1(045)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardığı gündən, yəni xx.xx.2022ci ildə cəzasının sonu ilə azad edildiyi gündən iki il müddət keçməmiş törətmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün (04-06 avqust 2024-cü il, 24 saatdan artıq saxlanılması nəzərə alınmaqla), həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı (CM- 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, dərhal məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan hesablanmalı, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qəimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan, aqrotexniki qaydada qulluq göstərilmiş 10 ədəd narkotik tərkibli 4399,8 qram çətənə kolları və 481,70 qram bitki mənşəli olan kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli (CPM-132), iş üzrə 60,80 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə sərf edilmiş hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 04 avqust 2024-cü il tarixdən 06 avqust 2024-cü il tarixədək müddətdə 02 (iki) gün şübhəli şəxs qismində tutulması nəzərə alınaraq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan, aqrotexniki qaydada qulluq göstərilmiş 10 ədəd narkotik tərkibli 4399,8 qram çətənə kolları və 481,70 qram bitki mənşəli olan kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. İş üzrə 60,80 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-79/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-79/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver