Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-80/2023 26.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Goranboy Rayon Məhkəməsində Dövlət İtiihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Goranboy rayonunun Baxçakürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Baxçakürd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 2023-cü ilin yanvar ayı ərzində istintaqa dəqiq məlum olmayan müxtəlif günlərdə Goranboy rayonu Baxçakürd kəndində qonşuluğunda yerləşən Zərərçəkmiş şəxs məxsus faktiki yaşayış olmayan evin hasarının yanına gəlib, hasarın üstündən keçməklə əvvəlcə həyətə, oradan yaşayış sahəsi hesab edilən evin zirzəmisinə qanunsuz daxil olub bir metri 1,80 qəpik, cəmi 432 manat dəyərində 240 metr 18-lik armaturu, bir metri 2 manat, cəmi 16 manat dəyərində 8 metr 32-lik dəmir borunu, evin açıq qapısından isə qanunsuz olaraq evə daxil olub arxa otaqda saxlanılan 50 manat dəyərində şəffaf rəngli şüşə qab dəstini, bir ədəd 1000 manat dəyərində, bir ədəd 1100 manat dəyərində və bir ədəd 1170 manat dəyərində xalçaları ümumilikdə Zərərçəkmiş şəxs 3768 manat dəyərində əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, daimi olaraq heç bir yerdə işləmir. 2023-cü ilin yanvar ayında anası X3 insult keçirmiş, anasını müalicə etdirmək üçün pulları olmamışdır. Ona görə də qohumu və qonşusu Ələsin evindən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, Ələs anası ilə birlikdə Bakı şəhərində yaşayır və onların kənddəki evlərində heç kim yaşamır. 2023-cü ilin yanvar ayında tarixi dəqiq bilmədiyi gün saat 22:00 radələrində Ələsə məxsus fərdi yaşayış evinin mişar daşı ilə inşa edilmiş hasarının yanına getmiş, sonra isə hasarı aşıb həyətə daxil olmuşdur. Bundan sonra evin zirzəmisinə daxil olmuş, zirzəmidən hər birinin uzunluğu 4 metr olan 60 ədəd 18-lik armaturları və hər birinin uzunluğu 4 metr olan 2 ədəd 32-lik dəmir boruları həyətə, oradan isə hasardan aşıraraq yaşadığı evə aparmışdır. Səhəri gün oğurladığı armaturları laqonda ilə kəsmiş, sonra isə taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi İlkinə özünə məxsus armaturlar olduğunu, anasının müalicəsi üçün həmin armaturları satmaq üçün Gəncə şəhərinə aparmaq istədiyini demişdir. Sonra İlkindən həmin dəmirləri Gəncə şəhərinə aparmasını istəmiş, İlkin də onunla razılaşmışdır. O, həmin armaturları İlkinin avtomobilinə yükləmiş, sonra isə Gəncə şəhərinə aparıb orada Musayevin qarajı adlanan yerdə dəmir alqısatqısı ilə məşğul olan tanımadığı şəxsə dəmirlərin özünə məxsus olduğunu deyib 72 manata satmışdır. Həmin şəxs də ona inaıb dəmirləri almışdır. Həmin vaxt dəmirləri şəxsiyyət vəsiqəsilə satmışdır. İlkinə isə yol haqqı olaraq 10 manat pul vermişdir. Həmin pulla anasına dərman almışdır. Təxminən 1 həftə keçdikdən sonra anasını müalicə etdirmək üçün pul lazım olduğuna görə saat 23:00 radələrində yenə də Ələsin fərdi yaşayış evinin hasarının yanına gedib hasarı aşıb həyətə daxil olmuş, sonra evin yanına gedib evin açıq qapısından evə daxil olmuşdur. Həmin vaxt Ələsin evindən 3 ədəd xalça və bir dəst şüşə qabları oğurlayıb həyətə daxil olduğu yerdən çıxardaraq yaşadığı evə gətirib gizlətmişdir. Səhəri gün taksi şirkətinə zəng edib taksi sifariş etmiş və oğurladığı 1 ədəd xalçanı Gəncə şəhərinə aparıb orada “Dubay” bazarı adlanan yerdə tanımadığı şəxsə 500 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulla anasına dərmanlar almışdır. Taksi avtomobilinin sürücüsünə həmin xalçanın oğurluq olduğunu deməmişdir. Qalan 2 ədəd xalça və bir dəst şüşə qabları istintaq orqanına təqdim etmişdir. Ələsin evindən oğurluqları vahid niyyətlə etmişdir. Ələsin evindən oğurluq etməyini ailə üzvüləri bilməmiş və oğurladığı əşyaları görməmişlər. Həmçinin, ailə üzvülərinə və digər şəxslərə Ələsin evindən oğurluq etdiyini deməmişdir. Yekunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri 1 saylı Respublika Psixiatriya xəstəxanasında sosial işçi işləyir. Onun Goranboy rayonunun Baxçakürd kəndində fərdi yaşayış evi var. Lakin, həmin evdə yaşamırlar, anası X8 ilə birlikdə Bakı şəhərində yaşayırlar. Evə nəzarət etməsini qohumu X5 tapşırmışlar. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində qohumu Xəyalla birlikdə Baxçakürd kəndində yaşayış olmayan fərdi yaşayış evinə nəzarət etmək üçün gəlmiş, evə daxil olduqdan sonra arxa tərəf otaqda şkafların qapısının açıq olduğunu, bir dəst şüşə qabların və evdə olan 3 ədəd xalçaların yerində olmadığını görmüş, daha sonra isə evin zirzəmisinə baxan zaman isə zirzəmidə olan hər birinin uzunluğu 4 metr olan 60 ədəd 18-lik armaturların və hər birinin uzunluğu 4 metr olan 2 ədəd qalın 32-lik boruların olmadığını bilmiş və buna görə də DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Evindən oğurlanan 3 ədəd qədimi xalçanın bir ədədinin dəyəri 1170 manat olmuşdur. Belə ki, həmin xalçaları 1941-ci ildə babası təzəliyini almışdır. Bir dəst şüşə qablarla, 60 ədəd 18-lik armaturların və 2 ədəd 32-lik boruların isə cəmi dəyəri təxminən 490 manat olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 4000 manat ziyan dəymişdir. Evindən oğurluq olduğu üçün həyacanlanmış və həmin vaxt evindən nəyin oğurlandığını və hansı məbləğdə ona ziyan dəydiyini hesablamamış, ona görə də ərizəsində və izahatında 12000 manat dəyərində əşyalarının oğurlandığını göstərmişdir. Sonradan isə sərbəst evinə nəzarət edəndə evindən nəyin oğurlandığını dəqiq bilmişdir. Yekunda Zərərçəkmiş şəxs bildirdi ki, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan ödənmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi, iddiası yoxdur. Buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində göstərdi ki, onun özünə məxsus “VAZ 21063” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır və onun həmkəndlisidir. 2023-cü ilin yanvar ayında dəqiq yadında qalmadığı gün səhər saatlarında Elşən yanına gəlib özünə məxsus armaturların və dəmir boruların olduğunu və həmin əşyaları satmaq üçün Gəncə şəhərinə aparmaq istədiyini bildirmişdir. Elşən həmin əşyaları avtomobilinə yükləmiş, sonra o, Elşəni Gəncə şəhərində yerləşən Musayevin adına olan qaraja aparmışdır. Elşən orada həmin dəmirləri metal alqı-satqısı ilə məşğul olan tanımadığı şəxsə satmış, bundan sonra Elşənlə birlikdə yaşadığı kəndə gəlmişlər. Elşən ona yol haqqı olaraq 10 manat pul vermişdir. Təqsirləndirilən şəxs satdığı armaturların və dəmir boruların oğurluq olduğunu bilməmişdir. Elşən ona həmin armaturların və dəmir boruların özünə məxsus olduğunu demişdir. O da Elşənə inanıb onu idarə etdiyi avtomobillə Gəncə şəhərinə aparmışdır. Həmçinin, həmin armaturlar və dəmir borular kəsilmiş vəziyyətdə olmuşdur. Əgər həmin armaturların və dəmir boruların oğurluq olduğunu bilsəydi, Elşəni Gəncə şəhərinə aparmaz və bu barədə hüquq mühafizə orqanlarına xəbər verərdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X1 Xəyal Məhərrəm oğlunun, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirtmişdir. Hadisə Goranboy rayonunun Baxçakürd kəndində yaşayan Zərərçəkmiş şəxs Hüseyn oğluna məxsus fərdi yaşayış evində baş vermişdir. Fərdi yaşayış evi ətrafda digər fərdi yaşayış evləri ilə əhatə olunmuşdur. Fərdi yaşayış evinin giriş qapısı göy rəngli dəmir iki taylı darvazadan ibarətdir. Fərdi yaşayış evinin həyətinə daxil olduqda sol tərəfdə hasar, sağ tərəfdə fərdi yaşayış evi, ortada isə fərdi yaşayış evinin həyətyanı sahəsi yerləşir. Baxış zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evindən xantirmə sadə xalça və digər ev əşyaları oğurlanmışdır. Hadisə yerinə baxış keçirilən zamanı hər hansı maddi sübut əhəmiyyəti kəsb edən əşya, dəlil aşkar edilməmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 27 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 20:50-də şübhəli şəxs qismində tutulmuşdur; “Götürmə aparılması haqqında” 28 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin baş müstəntiqi X9, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə götürmə istintaq hərəkəti aparmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd xalçaya və şüşə qab dəstinə baxış keçirilərək Goranboy RPŞ-nin İB-nin baş müstəntiqi Vüqar Hüseynov tərəfindən götürülmüşdür. Baxış zamanı birinci xalçanın uzunluğunun 2,4 sm, eninin 1,5 sm, ikinci xalçanın isə uzunluğunun 3,1 sm, eninin 1,33 sm olduğu, şüşə qab dəstinin şəffaf rəngli, üzərində gül naxışları, 4 ədəd böyük, biri sınmış vəziyyətdə, bir ədəd nəlbəki formasında və 5 ədəd həmin qablardan bir az balaca olması müəyyən edilmişdir. Götürmə zamanı Zərərçəkmiş şəxs iki ədəd xalçanın və şüşə qab dəstinin ona məxsus olduğunu, xalçaların və şüşə qab dəstinin 2023-cü ilin yanvar ayından 26 iyun 2023-cü il tarixədək olan müddət ərzində ona məxsus Goranboy rayonunun Baxçakürd kəndində yerləşən fərdi yaşayış evindən oğurlanan xalçalar və şüşə qab dəsti olduğunu bildirmişdir; “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” 29 iyun 2023cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə həbsdən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanıma haqqında” 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş 2 ədəd xalça və şüşə qab dəsti iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir; Zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, evindən oğurlanmış 2 ədəd xalçanı və qab dəstini təhvil almışdır; Goranboy rayon mərkəzi bazarının 13 iyul 2023-cü il tarixli, 10 nömrəli məktubundan görünür ki, 2023-cü ilin yanvar ayında 1 metr 18-lik armaturun qiyməti 1 manat 80 qəpik, 1 metr 32-lik dəmir borunun qiyməti 2 manat və bir dəst şüşə qabın qiyməti 50 manat civarında olmuşdur; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2023-cü il tarixli, 9/6032 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə qeyd edilən xalçaların 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2100,00 manat müəyyən olunur. 01 ədəd uzunluğu 2,40 sm, eni 1,50 sm ölçülü 1,5 il əvvəl alınmış yaxşı vəziyyətdə xalça 1000,00 manat və 01 ədəd uzunluğu 3,10 sm, eni 1,33 sm olan 1941-ci ildə alınmış yaxşı vəziyyətdə xalça 1100 manatdır. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan ödənmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olub-olmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3 maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - ilk dəfə məhkum olunmasını; - zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət, tələb və iddiasının olmamasını. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (27-29 iyun 2023-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 2 ədəd xalça və şüşə qab dəstinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - 2 ədəd xalça və şüşə qab dəstinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatı üçün cəmi 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(045)-80/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-80/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver