Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-81/2024 19.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlunun və onların müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Həsən oğlunun iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Goranboy rayonunda anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, işləməyən, Goranboy şəhəri, Z.İsmayılov küçəsi 4də qeydiyyatda olmaqla, Goranboy şəhəri H.Cavad küçəsində nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda AR ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1999-cu il tarixdə Goranboy rayonunda anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, Goranboy rayonu, Qarasüleymanlı kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda AR ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə, xx.xx.1993-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, orta təhsilli, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Goranboy rayonu, Balakürd kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda AR ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talamaq qərarına gəlib, elektron məlumat daşıyıcısından istifadə etməklə də oğurluq əməli törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 23 avqust 2024-cü il tarixdə saat 23 radələrində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində olan X7 Xidmətinin X3 İdarəsinin balansında olmaqla dövlət əhəmiyyətli Goranboy rayonunun Səmədabad kəndi ərazisində yerləşən X3 idarəsinə məxsus 06/980 reper nömrəli artezian quyusunun transformatorunun metal torla hasara alınmış saxlanc yeri hesab olunan ərazisinə qanunsuz daxil olaraq oradan 168 manat dəyərində 30 metr uzunluğunda içərisi mis naqildən olan cərəyan daşıyıcı kabellərini balta ilə kəsərək gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 24 avqust 2024-cü il tarixdə saat 15 radələrində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində olan X7 Xidmətinin X3 İdarəsinin balansında olmaqla dövlət əhəmiyyətli Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində yerləşən X3 idarəsinə məxsus 06/193 reper nömrəli artezian quyusunun transformatorunun metal torla hasara alınmış saxlanc yeri hesab olunan ərazisinə qanunsuz daxil olaraq oradan 280 manat dəyərində 50 metr uzunluğunda içərisi mis naqildən olan cərəyan daşıyıcı kabellərini balta ilə kəsərək gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 24 avqust 2024-cü il tarixdə saat 23 radələrində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində olan X7 Xidmətinin X3 İdarəsinin balansında olmaqla dövlət əhəmiyyətli Goranboy rayonunun Təhlə kəndi ərazisində yerləşən X3 idarəsinə məxsus 06/267 reper nömrəli artezian quyusunun transformatorunun metal torla hasara alınmış saxlanc yeri hesab olunan ərazisinə qanunsuz daxil olaraq oradan 280 manat dəyərində 50 metr uzunluğunda içərisi mis naqildən olan cərəyan daşıyıcı kabellərini balta ilə kəsərək gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 24 avqust 2024-cü il tarixdə saat 23:30 radələrində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində olan X7 Xidmətinin X3 idarəsinin balansında olmaqla dövlət əhəmiyyətli Goranboy rayonunun Aşağıballıqaya kəndi ərazisində yerləşən X3 idarəsinə məxsus 06/48 reper nömrəli artezian quyusunun transformatorunun metal torla hasara alınmış saxlanc yeri hesab olunan ərazisinə qanunsuz daxil olaraq 168 manat dəyərində 30 metr uzunluğunda içərisi mis naqildən olan cərəyan daşıyıcı kabellərini balta ilə kəsərək gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 25 avqust 2024-cü il tarixdə saat 01 radələrində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində olan X7 Xidmətinin X3 İdarəsinin balansında olmaqla dövlət əhəmiyyətli Goranboy rayonunun Boluslu kəndi ərazisində yerləşən X3 idarəsinə məxsus 06B/151 reper nömrəli artezian quyusunun transformatorunun metal torla hasara alınmış saxlanc yeri hesab olunan ərazisinə qanunsuz daxil olaraq 840 manat dəyərində 150 metr uzunluğunda içərisi mis naqildən olan cərəyan daşıyıcı kabellərini balta ilə kəsərək gizli yolla talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 23 avqust 2024-cü il tarixdə saat 23 radələrində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində olan X7 Xidmətinin X3 İdarəsinin balansında olmaqla dövlət əhəmiyyətli Goranboy rayonunun Səmədabad kəndi ərazisində yerləşən X3 idarəsinə məxsus 06/980 reper nömrəli artezian quyusunun transformatorunun metal torla hasara alınmış saxlanc yeri hesab olunan ərazisinə qanunsuz daxil olaraq oradan 168 manat dəyərində 30 metr uzunluğunda içərisi mis naqildən olan cərəyan daşıyıcı kabellərini balta ilə kəsərək gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 24 avqust 2024-cü il tarixdə saat 15 radələrində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində olan X7 Xidmətinin X3 İdarəsinin balansında olmaqla dövlət əhəmiyyətli Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində yerləşən X3 idarəsinə məxsus 06/193 reper nömrəli artezian quyusunun transformatorunun metal torla hasara alınmış saxlanc yeri hesab olunan ərazisinə qanunsuz daxil olaraq oradan 280 manat dəyərində 50 metr uzunluğunda içərisi mis naqildən olan cərəyan daşıyıcı kabellərini balta ilə kəsərək gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 24 avqust 2024-cü il tarixdə saat 23 radələrində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində olan X7 Xidmətinin X3 İdarəsinin balansında olmaqla dövlət əhəmiyyətli Goranboy rayonunun Təhlə kəndi ərazisində yerləşən X3 idarəsinə məxsus 06/267 reper nömrəli artezian quyusunun transformatorunun metal torla hasara alınmış saxlanc yeri hesab olunan ərazisinə qanunsuz daxil olaraq oradan 280 manat dəyərində 50 metr uzunluğunda içərisi mis naqildən olan cərəyan daşıyıcı kabellərini balta ilə kəsərək gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 24 avqust 2024-cü il tarixdə saat 23:30 radələrində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində olan X7 Xidmətinin X3 idarəsinin balansında olmaqla dövlət əhəmiyyətli Goranboy rayonunun Aşağıballıqaya kəndi ərazisində yerləşən X3 idarəsinə məxsus 06/48 reper nömrəli artezian quyusunun transformatorunun metal torla hasara alınmış saxlanc yeri hesab olunan ərazisinə qanunsuz daxil olaraq 168 manat dəyərində 30 metr uzunluğunda içərisi mis naqildən olan cərəyan daşıyıcı kabellərini balta ilə kəsərək gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 25 avqust 2024-cü il tarixdə saat 01 radələrində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində olan X7 Xidmətinin X3 İdarəsinin balansında olmaqla dövlət əhəmiyyətli Goranboy rayonunun Boluslu kəndi ərazisində yerləşən X3 idarəsinə məxsus 06B/151 reper nömrəli artezian quyusunun transformatorunun metal torla hasara alınmış saxlanc yeri hesab olunan ərazisinə qanunsuz daxil olaraq 840 manat dəyərində 150 metr uzunluğunda içərisi mis naqildən olan cərəyan daşıyıcı kabellərini balta ilə kəsərək gizli yolla talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talamaq qərarına gəlib bu məqsədilə Zərərçəkmiş şəxs2 etibarını qazandıqdan sonra xx.xx.2024-cü il tarixdə saat 06:20 radələrində Zərərçəkmiş şəxs2 adına açılmış “Kapital Bank”a məxsus elektron məlumat daşıyıcısı hesab edilən 4169 7388 1241 6356 nömrəli “X8” kartında olan 2000 manat məbləğində puldan onda olan sonuncunun mobil telefonunda açdığı tətbiq vastəsilə 800 manat məbləğdə pulu ələ keçirib tanışı X5 adına açılmış 4169 7388 0898 5075 nömrəli “Kapital Bank”a məxsus elektron pul kisəsinə köçürüb nağdlaşdırmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 800 manat məbləğində maddi ziyan vuraraq, elektron məlumat daşıyıcısından istifadə etməklə oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 23 avqust 2024-cü il tarixdə saat 23 radələrində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində olan X7 Xidmətinin X3 İdarəsinin balansında olmaqla dövlət əhəmiyyətli Goranboy rayonunun Səmədabad kəndi ərazisində yerləşən X3 idarəsinə məxsus 06/980 reper nömrəli artezian quyusunun transformatorunun metal torla hasara alınmış saxlanc yeri hesab olunan ərazisinə qanunsuz daxil olaraq oradan 168 manat dəyərində 30 metr uzunluğunda içərisi mis naqildən olan cərəyan daşıyıcı kabellərini balta ilə kəsərək gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 24 avqust 2024-cü il tarixdə saat 15 radələrində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində olan X7 Xidmətinin X3 İdarəsinin balansında olmaqla dövlət əhəmiyyətli Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində yerləşən X3 idarəsinə məxsus 06/193 reper nömrəli artezian quyusunun transformatorunun metal torla hasara alınmış saxlanc yeri hesab olunan ərazisinə qanunsuz daxil olaraq oradan 280 manat dəyərində 50 metr uzunluğunda içərisi mis naqildən olan cərəyan daşıyıcı kabellərini balta ilə kəsərək gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 24 avqust 2024-cü il tarixdə saat 23 radələrində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində olan X7 Xidmətinin X3 İdarəsinin balansında olmaqla dövlət əhəmiyyətli Goranboy rayonunun Təhlə kəndi ərazisində yerləşən X3 idarəsinə məxsus 06/267 reper nömrəli artezian quyusunun transformatorunun metal torla hasara alınmış saxlanc yeri hesab olunan ərazisinə qanunsuz daxil olaraq oradan 280 manat dəyərində 50 metr uzunluğunda içərisi mis naqildən olan cərəyan daşıyıcı kabellərini balta ilə kəsərək gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 24 avqust 2024-cü il tarixdə saat 23:30 radələrində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində olan X7 Xidmətinin X3 idarəsinin balansında olmaqla dövlət əhəmiyyətli Goranboy rayonunun Aşağıballıqaya kəndi ərazisində yerləşən X3 idarəsinə məxsus 06/48 reper nömrəli artezian quyusunun transformatorunun metal torla hasara alınmış saxlanc yeri hesab olunan ərazisinə qanunsuz daxil olaraq 168 manat dəyərində 30 metr uzunluğunda içərisi mis naqildən olan cərəyan daşıyıcı kabellərini balta ilə kəsərək gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 25 avqust 2024-cü il tarixdə saat 01 radələrində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində olan X7 Xidmətinin X3 İdarəsinin balansında olmaqla dövlət əhəmiyyətli Goranboy rayonunun Boluslu kəndi ərazisində yerləşən X3 idarəsinə məxsus 06B/151 reper nömrəli artezian quyusunun transformatorunun metal torla hasara alınmış saxlanc yeri hesab olunan ərazisinə qanunsuz daxil olaraq 840 manat dəyərində 150 metr uzunluğunda içərisi mis naqildən olan cərəyan daşıyıcı kabellərini balta ilə kəsərək gizli yolla talamaqla oğurlamışdır. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 isə həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CMin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İİ Qarabağ müharibəsi iştirakçısıdır. Təqsirləndirilən şəxs2 uzun illərdir ki, Goranboy şəhər sakini kimi tanıyır. Əjdərlə normal münasibəti var və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs3 isə əvvəllər tanımamış, onunla Əjdər vasitəsi ilə tanış olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Goranboy rayonunda yerləşən çayxanalardan birində Əjdərlə çay içən zaman Əjdər ona Goranboy rayonu Qızılhacılı qəsəbəsində Samir adlı tanışının olduğunu və həmin şəxsi Qızılhacılı qəsəbəsindən götürüb rayona gətirməyini və yol pulunu verəcəyini bildirmişdir. O da Əjdərlə razılaşmış və biz çayxanadan çıxıb Qızılhacılı qəsəbəsinə getmiş və Samiri götürüb Goranboy şəhərinə qayıtmışdır. Həmin günü saat təxminən 17 radələrində çayxanada oturub çay içmiş və bir qədər sonra Samirlə Əjdər pivə içməyə başlamışlar. Bir qədər pivə içdikdən sonra Samir ona demişdir ki, qalxın gedək Qızılhacılı qəsəbəsinə, o isə nə üçün Qızılhacılıya getdiklərini soruşan zaman Əjdərlə Samir ona işlərinin olduğunu demişlər, o da işləri olduğunu zənn edib yoluna davam etmişdir. Qızılhacılı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman Samir əlində olan torbanı göstərərək paltarları onun evinə qoyacağını və qayıdan zaman götürəcəyini bildirmişdir. O da Samirlə razılaşaraq evinə getmiş və Samirin paltarlarını evinə qoymuşdur. Qızılhacılı qəsəbəsi istiqamətində hərəkətə başlayan zaman Əjdər ona demişdir ki, “bizim ev tərəfdən sür evdə işim var”, o da Əjdərin evinə avtomobilini sürmüş, Əjdər evə daxil olmuş və əlində balta ilə geri qayıtmış və avtomobilə əyləşmişdir. Qızılhacılı qəsəbəsində yerləşən artezian quyusunun yanına çatan zaman Samir ona avtomobilini saxlamağını demiş, o da avtomobilini saxlamış, Samirlə Əjdər avtomobildən düşmüş, o da onlardan hara getdiklərini soruşan zaman onlar artezian quyusunun kabellərini oğurlayacaqlarını bildirmişlər. O isə kabelləri kəsən zaman partlayış ola biləcəyini bildirmişdir. Əjdər isə ona heç bir problem olmayacağını və avtomobili kənarda saxlayıb onları gözləməyini, kimsə gələrsə onlara xəbər etməyini bildirmiş, o da razılaşaraq arteziandan 200 metr kənarda avtomobilini saxlayıb onları gözləməyə başlamışdır. Samirlə Əjdər isə artezian quyusuna tərəf getmişlər. O, 15-20 dəqiqə gözlədikdən sonra Samirlə Əjdər əllərində kabellərlə onun gözlədiyi yerə gəlmiş, həmin vaxt onların əllərində kabel kəsikləri olmuşdur. Onlar həmin kabelləri onun avtomobilinin yük yerinə yığmış və avtomobilə əyləşərək avtomobilini Goran çayının sahilinə sürməyini demişlər. O da avtomobilini həmin çayın sahilinə sürmüş və kabellərinin üzərindəki rezinləri əridərək kabellər yandıqdan sonra təmiz misləri onun avtomobilinə yükləyərək Goranboy şəhər sakini Elşən adlı şəxsə 70 manat müqabilində satmışlar. Bundan sonra pulu aralarında bərabər bölmüş, hər birinə 23 manat pul düşmüşdür. Bundan sonra hərəsi 10 manat pul qoyub 30 manatlıq avtomobilə benzin tökmüşlar. Bundan sonra hər biri öz evinə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində o, çayxanada oturan zaman Samir onun yanına gəlmiş və onlar birlikdə Əjdəri yaşadığı evin qarşısından götürmüş, Samir ondan avtomobilini sürməyini istəmiş və o, avtomobilini sürən zaman Samirdən hara getdiklərini soruşmuş, Samir “sən sür mən deyəcəm” demiş və o, avtomobilini Qızılhacılı qəsəbəsi istiqamətində hərəkət etdirmiş, Qızılhacılı qəsəbəsində bir artezian göstərərək o, həmin yerə təxminən 200 metr qalmış avtomobilini saxlamağını bildirmişlər. O da avtomobilini saxlamış, Əjdər avtomobili kənarda saxlayıb onları gözləməyini, kimsə gələrsə onlara xəbər etməyini bildirmiş, o da onunla razılaşaraq arteziandan 200 metr kənarda avtomobilini saxlayıb onları gözləməyə başlamışdır. Samirlə Əjdər isə artezian quyusuna tərəf getmişlər. O, 15-20 dəqiqə gözlədikdən sonra Samirlə Əjdər əllərində kabellərlə onun gözlədiyi yerə gəlmiş, həmin vaxt onların əllərində kabel kəsikləri olmuş, həmin kabelləri onun avtomobilinin yük yerinə yığmış və avtomobilə əyləşərək avtomobilini Goran çayının sahilinə sürməyini demişlər. O da artıq bir dəfə getdiyi üçün avtomobilini həmin yerə sürmüş və kabellərinin üzərindəki rezinləri əritdikdən sonra misləri Elşən adlı şəxsə 132 manat müqabilində satmışlar. Bundan sonra bütün pulları aralarında bərabər şəkildə bölmüşlər. Bundan sonra Samirlə o, evinə, Əjdər isə öz evinə getmişdir. Səhəri günü yəni xx.xx.2024-cü il tarixdə Samirlə o, evindən çıxıb Əjdərgilin evinə getmiş, Əjdəri evindən götürüb Boluslu kəndi istiqamətində hərəkətə başlamış, kəndə çatandan sonra artezian quyusuna çatmağa 200 metr kənarda saxlamış, Əjdər avtomobili kənarda saxlayıb onları gözləməyini, kimsə gələrsə onlara xəbər etməyini bildirmiş, o da razılaşaraq arteziandan 200 metr kənarda avtomobilini saxlayıb onları gözləməyə başlamış, Samirlə Əjdər isə artezian quyusuna tərəf getmişlər. O, 15-20 dəqiqə gözlədikdən sonra Samirlə Əjdər əllərində kabellərlə onun gözlədiyi yerə gəlmiş, eyni ilə həmin kabelləri əridərək Elşən adlı şəxsə 81 manat müqabilində satmış və pulu aralarında bərabərə bölmüşlər. Bundan sonra hərə öz evinə getmişdir. Bundan sonra onlar Goranboy rayonu Xanqərvənd kəndinə getmiş, kəndə çatandan sonra Əjdərlə Samir avtomobildən düşmüş, avtomobili kənarda saxlayıb onları gözləməyini, kimsə gələrsə, onlara xəbər etməyini bildirmişlər, o da razılaşmış, Samirlə Əjdər isə artezian quyusuna tərəf getmiş, o, 20-30 dəqiqə gözlədikdən sonra Samirlə Əjdər əllərində kabellərlə onun gözlədiyi yerə gəlmiş, həmin vaxt onların əllərində kabel kəsikləri olmuşdur. Onlar həmin kabelləri onun avtomobilini yük yerinə yığmış və avtomobilə əyləşərək avtomobilini Goran çayının sahilinə sürməyini demiş, o da avtomobilini əvvəllər kabel əritdiyi yerə getmiş və hər üçü kabellərin üzərindəki rezinləri əritmiş, kabellər yandıqdan sonra təmiz misləri onun avtomobilinə yükləmiş və Goranboy şəhər sakini Elşən adlı şəxsə 110 manat müqabilində satmış və həmin pulu öz aralarında bərabər bölmüşlər. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəyən ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxs onunla barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CMin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 uzun illərdir ki, Goranboy şəhər sakini kimi tanıyır. Onlarla normal münasibəti var və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Goranboy rayonunda yerləşən çayxanalardan birində Samirlə çay içmiş, bu vaxt Sərdar gəlmiş və Samirlə Sərdar tanış olmuşlar. Onlar çay içməyə davam etmişlər. xx.xx.2024-cü il tarixdə onlar söhbət edən zaman oğurluq edərək pul qazanmaq qərarına gəlmişlər. Həmin tarixdə saat təxminən 23 radələrində o, X6 rayonu Qızılhacılı qəsəbəsindən götürmüş, onlar Goranboy rayonu Səmədabad kəndinə getmiş, Sərdara maşınını artezian quyusundan biraz kənarda saxlamağını və kimsə gələrsə onlara məlumat verməsini demiş və Samirlə birlikdə artezian quyusunun yanına getmişlər. İlk əvvəl quyunun yaxınlığında kamera olub-olmamasına baxmış, həmin artezian quyusunun yaxınlığında kamera olmadığından əmin olduqdan sonra Samirlə birlikdə artezianın kabelini kəsmiş və kabelləri hissələrə ayıraraq Sərdarın avtomobilinə yığıb Goran çayının sahilinə aparmış və hər üçü kabellərin üzərindəki rezinləri əritmiş, kabellər yandıqdan sonra təmiz misləri Sərdarın avtomobilinə yükləyərək Goranboy şəhər sakini Elşən adlı şəxsə 70 manat müqabilində satmışlar. Bundan sonra pulu aralarında bərabər bölmüş, hər birinə 23 manat pul düşmüşdür. Bundan sonra hərəsi 10 manat pul qoyub 30 manatlıq Sərdarın avtomobilinə benzin doldurmuşlar. Bundan sonra Samir Sərdarın idarə etdiyi avtomobillə Goranboy rayonu Balakürd kəndində yerləşən evinə getmiş və Samir oradan paltarlarını götürmüşdür. Bundan sonra onlar Sərdarın evinə getmiş və paltarlarını Sərdarın evinə qoymuşlar. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində yenidən hər üçü birləşib Goranboy rayonu Qızılhacılı qəsəbəsinə getmiş və əvvəl olduğu kimi kameranın olub-olmamasını yoxladıqdan sonra üçü birlikdə kabeli kəsmiş və kabelləri hissələrə ayıraraq Sərdarın avtomobilinə yığmış, həmin tarixdə 23 radələrində Təhlə kəndində yerləşən atrezian quyusunun kabellərini doğramış və Sərdarın avtomobilinin yük yerinə yığmış və Ballıqaya kəndinə getmişlər. Həmin yerdəki artezian quyusunun kabelini doğrayıb avtomobilə yığmışlar. Bundan sonra qayıdan zaman Boluslu kəndində yerləşən artezian quyusunun kabellərini kəsib Sərdarın avtomobilinə yığmış və bütün kabelləri Goran sahilində əritmiş və misləri təkrarən Sərdarın avtomobilinə yığıb Elşənə 150 manat müqabilində satmışlar. Həmin pulu aralarında bərabər bölmüş və ona düşən pulları öz ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşman olmuşdur, zərərçəkmiş şəxsə dəyən ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxs onunla barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 CMin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.3-2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu Balakürd kəndində yaşayır, əvvəllər CM-in 177.2.3-cü maddəsi ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs2 uzun illərdir ki, Goranboy şəhər sakini kimi tanıyır. Əjdərlə normal münasibəti var və aralarında heç bir ədavət və ya düşməçilik olmamışdır. Təqsirləndirilən şəxs1 isə əvvəllər tanımamış, Sərdarla Əjdər vasitəsi ilə tanış olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Goranboy rayonu Tapqaraqoyunlu kəndində olan zaman Əjdər ona zəng edərək kabel oğurlayaraq pul qazana biləcəklərini demiş, o da Əjdərə işdən gələndə görüşəcəklərini bildirmişdir. O da işdən çıxıb Goranboy şəhərində yerləşən çayxanaya getmiş, həmin vaxt Əjdərin yanında Sərdar adlı şəxs olmuş, Əjdər onu Sərdarla tanış etmiş və onlar həmin çayxanada çay içib oğurlayacaqları artezianlarla bağlı söhbət etmişlər. Bundan sonra onu Sərdar idarə etdiyi VAZ-2106 markalı nömrəsini xatırlamadığı avtomobili ilə Qızılhacılı qəsəbəsinə aparmışdır. Həmin günü saat təxminən 23 radələrində Sərdarla Əjdər onu Goranboy rayonu Qızılhacılı qəsəbəsindən götürmüş, onlar ilk əvvəl Əjdərin evindən 1 ədəd balta götürmüş, bundan sonra Sərdar evindən 1 ədəd ling götürmüş və onlar Goranboy rayonu Səmədabad kəndinə getmişlər. Sərdara maşını artezian quyusundan biraz kənarda saxlamağını və kimsə gələrsə, onlara məlumat verməsini demiş və Əjdərlə birlikdə artezian quyusunun yanına getmişlər. İlk əvvəl quyunun yaxınlığında kamera olub-olmamasına baxmış, həmin artezian quyusunun yaxınlığında kamera olmadığından əmin olduqdan sonra Əjdərlə birlikdə artezianın kabelini kəsmiş və kabelləri hissələrə ayıraraq Sərdarın avtomobilinə yığıb Goran çayının sahilinə aparıb kabellərin üzərindəki rezinləri əritmiş, kabellər yandıqdan sonra təmiz misləri Sərdarın avtomobilinə yükləyərək Goranboy şəhər sakini Elşən adlı şəxsə 70 manat müqabilində satmışlar. Bundan sonra pulu aralarında bərabər bölmüş, hər birinə 23 manat pul düşmüşdür. Bundan sonra hərəsi 10 manat pul qoyub 30 manatlıq Sərdarın avtomobilinə benzin doldurmuşlar. Bundan sonra o, Sərdarın idarə etdiyi avtomobillə Goranboy rayonu Balakürd kəndində yerləşən evinə getmiş və oradan paltarlarını götürmüş, Sərdarın evinə getmiş və paltarlarını Sərdarın evinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində yenidən hər üçü birləşib Goranboy rayonu Qızılhacılı qəsəbəsinə getmiş və əvvəl olduğu kimi kameranın olub-olmamasını yoxladıqdan sonra birlikdə kabeli kəsmiş və kabelləri hissələrə ayıraraq Sərdarın avtomobilinə yığmış, həmin tarixdə 23 radələrində Təhlə kəndində yerləşən artezian quyusunun kabellərini doğramış və Sərdarın avtomobilinin yük yerinə yığmış, Ballıqaya kəndinə getmişlər. Həmin yerdəki artezian quyusunun kabelini doğrayıb avtomobilə yığmışlar. Bundan sonra qayıdan zaman Boluslu kəndində yerləşən artezian quyusunun kabellərini kəsib Sərdarın avtomobilinə yığmış və bütün kabelləri Goran sahilində əritmiş, misləri təkrarən Sərdarın avtomobilinə yığıb Elşənə 150 manat müqabilində satmışlar. Həmin pulu aralarında bərabər bölmüş və ona düşən pulları öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, 2024-cü ilin yanvar ayının axırlarında fəhləliyə gedən zaman Qızılhacıllı qəsəbə sakini Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Pəri briqadir kimi işçiləri yığıb işə apardığından, Pəri ilə bir neçə dəfə gündəlik işlərə getdiyi üçün aralarında yaxın münasibəti yaranmışdır. Pəri ilə təxminən 4 ay qeyri-rəsmi ər-arvad münasibətində yaşamışdır. Pərinin telefonunun təhlükəsizlik kodunu, həmçinin telefonunda olan “Birbank” mobil tətbiqinin kodunu bilmişdir. xx.xx.2024cü il tarixdə Pəri və digər fəhlələrlə Goranboy rayonu Goran qəsəbəsindən keçərək “Hərbi paliqon” adlanan ərazidə gündəlik fəhləliyə getmişlər. Həmin gün ona pul lazım olduğuna görə Pərinin telefonunda olan mobil Birbank tətbiqi vasitəsilə kartından pul oğurlamaq qərarına gəlmişdir. Həmin vaxt Pəridən telefonunu götürmüşdür. Sonra tanıdığı Afiq Əmirova zəng edib kartına pul vurmaq istədiyini, ona görə də, kart nömrəsini ona deməyini xahiş etmişdir. Lakin Afiqə pulun oğurluq olduğunu deməmişdir. Afiqə taxıl boşaltdığını həmin işin pulunu aldığını bildirmişdir. Afiq də ona inanmış, həmin gün saat 06:20 radələrində Pərinin telefonunun “Birbank” mobil tətbiqinə sonuncuya xəbər vermədən daxil olmuş, Afiq Əmirovun kart hesabına Pərinin hesabından 800 manat pul köçürmüş, sonra isə Afiqə zəng edib pulun kartına oturub-oturmamasını soruşmuş, Afiq də ona 800 manat pulun kartına oturduğunu bildirmiş, bundan sonra o, *0222 nömrə vasitəsi ilə zəng edib həmin işlədiyi yerə taksi çağırmış, sonra isə telefonu Pərinin özünə qaytarmış və Pəriyə yalandan təcili işi çıxdığını, ona görə də, getməli olduğunu demişdir. İşlədiyi yerə “Opel” markalı taksi gəlmiş, taksinin sürücüsündən özünə məxsus kart nömrəsini ona deməyini və kart hesabına pul vuracağını demişdir. Taksi sürücüsü də, ona 4098 5844 5830 7533 nömrəli “Leobank” kartının nömrəsini demiş, o, Afiqə zəng edib həmin kart hesabını demiş və Afiqə borclu olduğu 50 manat pulu çıxmağını 750 manat pulu həmin karta yükləməyini bildirmişdir. Afiq də həmin karta 750 manat pulu yükləmiş, taksi sürücüsünə onu Gəncə şəhərinə aparmasını demişdir. Gəncə şəhərinə gedərkən yolda Goranboy rayonu Borsunlu kəndində yerləşən Azpetrol YDM-də quraşdırılmış bankomatdan komissiya haqqını çıxdıqdan sonra 740 manat pulu adını bilmədiyi taksi sürücüsü çıxarıb ona vermişdir. Həmin taksi vasitəsi ilə Gəncə şəhərinə getmiş, bir müddət Gəncə şəhərində gəzdikdən sonra isə Goranboy şəhərinə gəlmiş, Goranboy şəhərindən isə Bakı şəhərinə getmişdir. Pəridən oğurladığı 800 manat pulun hamısını öz ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşman olmuşdur, zərərçəkmiş şəxslərə dəyən ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxslər onunla barışmışdır, ondan heç bir şikayət və tələbləri yoxdur. Odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Dövlət X4 tabeliyində olan X7 Xidmətinin X3 idarəsinin hüquqşünasi vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Boluslu kəndində yaşayan Şahid5 Azərbaycan Dövlət X4 tabeliyində olan X7 Xidmətinin X3 idarəsinə müraciət edərək xx.xx.2024-cü il tarixdə saat 03-04 radələrində nəzarət etdiyi Goranboy rayonunun Boluslu kəndi ərazisində yerləşən subartezian quyusunun təxminən 165-170 metr uzunluğunda olan elektrik naqilinin naməlum şəxs və ya şəxslər kəsərək oğurlandğını bildirmişdir. Həmçinin, o, naməlum şəxs və ya şəxslər orada olan elektrik qutusunu sındıraraq 1400-1500 manat dəyərində ziyan vurmaları barədə məlumat vermişdir. Bundan başqa həmin tarixdə Goranboy rayonunun Səmədabad kəndində yaşayan Şahid3 Azərbaycan Dövlət X4 tabeliyində olan X7 Xidmətinin X3 idarəsinə müraciət edərək xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Səmədabad kəndi ərazisində yerləşən 980 nömrəli subartezian quyusunun təxminən 30 metr uzunluğunda olan elektrik naqilinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Həmçinin, o qeyd etmişdir ki, baş vermiş oğurluq hadisəsi ilə bağlı artezian quyusuna 400 manat dəyərində ziyan dəymişdir. xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Təhlə kəndində yaşayan Şahid4 Azərbaycan Dövlət X4 tabeliyində olan X7 Xidmətinin X3 idarəsinə müraciət edərək xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Təhlə kəndi ərazisində yerləşən 267 nömrəli subartezian quyusunun təxminən 210 metr uzunluğunda təxmini dəyəri 2000 manat olan elektrik naqilinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermişdir. Bundan başqa həmin tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yaşayan Şahid2 Azərbaycan Dövlət X4 tabeliyində olan X7 Xidmətinin X3 idarəsinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində yerləşən subartezian quyusunun təxminən 40-45 metr uzunluğunda olan elektrik naqilinin naməlum şəxs və ya şəxslər kəsərək oğurlandığını bildirmişdir. Həmçinin, həmin naməlum şəxs və ya şəxslər orada olan elektrik qutusunu sındıraraq 600 manat dəyərində ziyan vurmaları barədə məlumat vermişdir. Bundan başqa tərəflərindən yoxlama aparılan zaman 06/48 saylı quyuya baxış keçirlən zaman həmin quyunun da kabellərinin kəsilərək oğurlanması müəyyən edilmişdir. Bundan sonra idarə rəhbəriyi tərəfindən bu barədə Goranboy RPŞ-yə müraciət olunmuş və o da idarənin nümayəndəsi kimi təyin olunmuşdur. Hazırda Azərbaycan Dövlət X4 tabeliyində olan X7 Xidmətinin X3 idarəsinə dəyən ziyanı təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslərlə barışılmışdır, zərərçəkmiş təşkilatın təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Kapital bankdan öz adına 4169 7388 1241 6356 nömrəli Bir bank Cashback kartı almış, həmin kartda onun 2357 manat pulu olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 05:30 radələrində bir neçə fəhlə ilə birlikdə Goran qəsəbəsində “Paliqon” adlanan yerə yaxın meyvə bağında ala vurmağa getmişlər. Həmin vaxt onun yanında Balakürd kəndində yaşayan fəhləlik edən Samir də olmuşdur. Samirlə o, 5-6 ay bir yerdə işləmiş və Samir ona sədaqətli olmuş, heç zaman onun oğurluq etməsinin şahidi olmamışdır. Ona məxsus Samsung A 51 markalı telefonu həmin gün saat 05:30 radələrindən Samirdə olmuşdur. O, bir neçə dəfə telefonunu ondan istəsə də, Samir telefonunu verməmişdir. Samir hər dəfə “bir qədər istifadə edib verəcəyəm” demişdir. Saat 07:15 radələrində Samir ona yaxınlaşıb işi olduğunu və işini yarımçıq dayandırıb getmək istədiyini bildirmişdir. O isə Samirə getməməyini, yarımçıq işlədiyi günə görə pul verə bilməyəcəyini bildirmişdir. Samir isə təcili işinin olduğunu deyib sifarişli taksi çağırıb həmin taksi ilə bağdan getmişdir. Sonra o, 13:20 radələrində Goranboy şəhərinə gəlib kartına baxanda kartından bir bank tətbiqi vasitəsi ilə 800 manat pulu digər **********985075 kart hesabına oğurluq yolu ilə köçürüldüyünü görmüşdür. O, Samirə icazə verməmişdir ki, pulu kiminsə hesab nömrəsinə köçürsün. Ümumiyyətlə Samirə telefonunun birbank tətbiqindən və kartında olan puldan çıxarmağına icazə verməmişdir. Onun kartından pulu mobil tətbiqi vasitəsi ilə Samir səhər saatlarında telefon vasitəsi ilə danışdığı Afiq Əmirovun hesabına köçürmüşdür. Afiq Əmirov onun qonşusu, həmkəndlisidir və Afiq “Qazel” markalı avtomobilin sürücüsüdür. Afiqlə Samir tanışdırlar. Onun kartından 800 manat pulu Samir oğurlamışdır. Hazırda ona dəyən maddi ziyan Təqsirləndirilən şəxs3 tərəfindən tamamilə ödənilmişdir, o, Təqsirləndirilən şəxs3la barışmışdır, onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs3 yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Goranboy şəhəri, B.Bağırov ev 05-də qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs1 tanıyır. Sərdarla normal münasibəti var, aralarında heç bir düşmənçilik və ya ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək mis naqillər olduğunu və həmin naqilləri satmaq istədiyini bildirmiş, o da dəmir və əlvan metalların alveri ilə məşğul olduğu üçün Sərdarla razılaşmışdır. Bundan sonra Sərdar ona mis naqilləri gətirmiş, o, Sərdardan naqillərin oğurluq olub-olmadığını soruşmuş, Sərdar ona özünə məxsus olduğunu və oğurluq olmadığını bildirmişdir. Bundan sonra o, Sərdardan naqilləri almış və Sərdara 70 manat pul vermişdir. Bundan bir gün sonra Sərdar təkrarən ona zəng edərək əlavə mis olduğunu demiş, o da Sərdarı tanıdığı üçün naqilləri almış və Sərdara 110 manat pul vermiş, ona 40 manat borclu qalmışdır. Bundan sonra o, həmin əlvan metalları satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, Qızılhacılı qəsəbəsində yerləşən 193 nömrəli subartezian quyusuna nəzarət edir, həmçinin istifadə etdiyi müddətdə dəfələrlə naməlum şəxs və ya şəxslər tərəfindən istifadə etdiyi 193 nömrəli subartezian quyusundan elektrik naqilləri oğurlanmışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 07 radələrində o, istifadə etdiyi Qızılhacılı qəsəbəsində yerləşən subartezian quyusunun olduğu əraziyə gedərək orada olan əkin sahəsini suvarmaq istədikdə suyun gəlmədiyini görmüş, subartezian quyusunun olduğu əraziyə diqqətlə baxdıqda elektrik naqillərinin orada olmamasını və kəsilərək olduqları yerdən çıxarıldıqlarını görmüşdür. Həmçinin orada olan elektrik qutusunun qapısının açıq olduğunu və içərisinin naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılmasını görmüşdür. Bundan sonra o, Goranboy RPŞ-yə gələrək baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə zamanı 40-45 metr uzunluğunda elektrik naqili kəsilmiş, elektrik qutusu yararsız hala salınmış, ümumilikdə isə 600 manat dəyərində ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, Təhlə kəndində yerləşən 267 nömrəli subartezian quyusundan istifadə edir. xx.xx.2024-cü il tarixdə təxminən saat 07 radələrində o, nəzarət etdiyi Təhlə kəndində yerləşən subartezian quyusunun olduğu əraziyə gedərək orada olan əkin sahəsini suvarmaq istədikdə suyun gəlmədiyini görmüş, bu zaman o, subartezian quyusunun olduğu əraziyə diqqətlə baxdıqda elektrik naqillərinin orada olmamasını və kəsilərək olduqları yerdən naməlum şəxs və ya şəxslər tərəfindən çıxarıldıqlarını görmüşdür. Bundan sonra o, Goranboy RPŞ-nə gələrək baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə zamanı 210 metr uzunluğunda elektrik naqili kəsilmiş, ümumilikdə 2000 manat dəyərində ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, təxminən 20 ildir Boluslu kəndində yerləşən 151/B nömrəli subartezian quyusuna nəzarət edir, həmçinin nəzarət etdiyi müddətdə dəfələrlə naməlum şəxs və ya şəxslər tərəfindən nəzarət etdiyi 151/B nömrəli subartezian quyusundan elektrik naqilləri oğurlanmışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 07 radələrində o, nəzarət etdiyi Boluslu kəndində yerləşən subartezian quyusunun olduğu əraziyə gedərək orada olan əkin sahəsini suvarmaq istədikdə suyun gəlmədiyini görmüşdür. Bu zaman o, subartezian quyusunun olduğu əraziyə diqqətlə baxdıqda elektrik naqillərinin orada olmamasını və kəsilərək olduqları yerdən çıxarıldıqlarını görmüşdür. Həmçinin orada olan elektrik qutusunun qapısının açıq olduğunu və içərisinin naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılmasını görmüşdür. Bundan sonra o, Goranboy RPŞ-yə gələrək baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə zamanı 165-170 metr uzunluğunda elektrik naqili kəsilməsi ilə bağlı 900 manat və elektrik qutusunun yararsız hala salınması ilə bağlı 400-500 manat, ümumilikdə isə artezian quyusuna 1300-1400 manat dəyərində ziyan vurulmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, təxminən 5 ildir ki, Səmədabad kəndində yerləşən 980 nömrəli subartezian quyusuna nəzarət edir. xx.xx.2024-cü il tarixdə təxminən saat 07 radələrində o, nəzarət etdiyi Səmədabad kəndində yerləşən subartezian quyusunun olduğu əraziyə gedərək orada olan əkin sahəsini suvarmaq istədikdə suyun gəlmədiyini görmüşdür. Bu zaman o, subartezian quyusunun olduğu əraziyə diqqətlə baxdıqda elektrik naqillərinin orada olmamasını və kəsilərək olduqları yerdən naməlum şəxs və ya şəxslər tərəfindən çıxarıldıqlarını görmüşdür. Bundan sonra o, Goranboy RPŞ-yə gələrək baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə zamanı 30 metr uzunluğunda elektrik naqili kəsilməsi ilə bağlı artezian quyusuna 400 manat dəyərində ziyan vurulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 25 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsindən şübhələnməyə əsas verən kifayət qədər əsaslar olduğu üçün həmin tarixdə saat 19:35-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə saat 17:50-dən məhdudlaşdırılmışdır; “Şübhəli şəxsin tutulması haqqında” 25 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsindən şübhələnməyə əsas verən kifayət qədər əsaslar olduğu üçün həmin tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs3 azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə saat 17:50-dən məhdudlaşdırılmışdır; “Şübhəli şəxsin tutulması haqqında” 25 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsindən şübhələnməyə əsas verən kifayət qədər əsaslar olduğu üçün həmin tarixdə saat 22:25-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs3 azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə saat 17:50-dən məhdudlaşdırılmışdır; “Cinayət əməlinin tövsif edilməsi haqqında” 27 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri CM-in 177.2.1 və 177.2.2-ci maddələrindən həmin məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3- 2-ci maddələrinə tövsif edilmiş və onlara həmin maddələrlə ittiham elan edilmişdir; Goranboy rayon Məhkəməsinin 4(045)-43/2024 saylı 27 avqust 2024-cü il tarixli qərarından görünür ki, CM-in 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 avqust 2024-cü il tarixdən hesablanmışdır; Goranboy rayon Məhkəməsinin 4(045)-42/2024 saylı 27 avqust 2024-cü il tarixli qərarından görünür ki, CM-in 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 avqust 2024-cü il tarixdən hesablanmışdır; Goranboy rayon Məhkəməsinin 4(045)-41/2024 saylı 27 avqust 2024-cü il tarixli qərarından görünür ki CM-in 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 avqust 2024-cü il tarixdən hesablanmışdır; “Götürmə aparılması haqqında” 27 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi kabel nümunələri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür; “Cinayət işinin bir icraatda birləşdirilmısi haqqında” 08 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, CM-in 177.2.3-1-ci maddəsi ilə olan ********* nömrəli və CM-in 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə olan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, istintaqın ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır; “Şübhəli şəxsin tutulması haqqında” 09 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsindən şübhələnməyə əsas verən kifayət qədər əsaslar olduğu üçün həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə həbsdən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 09 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 09 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Alışanov X1 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 01 il 08 ay 16 gün azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Goranboy rayon Məhkəməsinin qərarı ilə hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 07 ay 21 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 09 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Həsənov X2 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancından 5 faiz dövlət nəfinə tutulmaqla, 02 ay islah işləri cəzasına məhkum olunmuşdur; Goranboy rayon Məhkəməsinin 7(045)-21/2023 saylı 25 may 2023-cü il tarixli qərarından görünür ki, İsmayıllı rayon Məhkəməsinin 1(037)-62/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 qəti olaraq təyin olunmuş 01 il 08 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 03 ay 13 gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetmə hesabı ilə hesablanmaqla 07 ay 21 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir; Goranboy rayon Məhkəməsinin 1(045)-26/2021 saylı 03 mart 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancından 5 faiz dövlət nəfinə tutulmaqla, 02 ay müddətə islah işləri cəzasına məhkum olunmuşdur; Goranboy rayon İcra və Probasiya Şöbəsinin 70630/9-0-2021 saylı 19 dekabr 2024cü il tarixli məktubundan görünür ki, Goranboy rayon Məhkəməsinin 1(045)-26/2021 saylı 03 mart 2021-ci il tarixli hökmü ilə aylıq qazancından 5 faiz dövlət nəfinə tutulmaqla, 02 ay müddətinə islah işləri cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 ona təyin edilmiş islah işi cəzasından Goranboy rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərarı ilə azad edilmiş və o, 17 may 2021-ci il tarixdə Goranboy rayon İcra və Probasiya Şöbəsində qeydiyyatdan çıxarılmışdır; Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2024-cü il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs3 ondan üzr istəmişdir, ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir, buna görə də, onunla barışmışdır, təqsirləndirilən şəxsdən şikayətçi deyil, ondan heç bir tələbi və iddiası yoxdur, odur ki, ərizəsinin nəzərə alınmasını, Təqsirləndirilən şəxs3 barəsində olan 1(045)-81/2024 saylı cinayət işi üzrə ona yüngül cəza verilməsini və növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir; Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Fuad Əliyev tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, xx.xx.2024-cü il tarixdə Goranboy rayon Məhkəməsinə təqdim edilmiş məktubdan görünür ki, Goranboy rayonunun Ballıqaya, Təhlə, Səmədabad, Boluslu kəndlərində və Qızılhacılı qəsəbəsində ümumilikdə 370 metr uzunluğunda olan 0,25 mm-lik ümumi dəyəri 1730 manat olmaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən tamah məqsədi ilə oğurlanaraq dövlət əmlakına vurulmuş ziyan təqsirləndirilən şəxslərin valideynləri tərəfindən idarəyə ödənilmişdir, odur ki, təqsirləndirilən şəxslər barəsində heç bir şikayət və tələbləri yoxdur, təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 tərəfindən isə CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Adı çəkilən Qərarın 4-cü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Həmin Qərarda, həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda, həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə CM-in 177.2.3-2-ci maddəsinə münasibətdə qeyd edir ki, neft kəmərlərindən oğurluq bütün hallarda, təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərindən oğurluq isə həmin xətlər dövlət və ya ictimai əhəmiyyətli olduğu hallarda CM-in 177.2.3-2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətləri o halda dövlət və ya ictimai əhəmiyyətli sayılır ki, həmin xətlərin ya sahibi, istifadəçisi və ya mülkiyyətçisi dövlət və ya yerli özünüidarə orqanı olsun, yaxud belə xətlər xüsusi mülkiyyətdə olsa da, yerli əhalinin və ya bir çox insanın təbii qaza, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiyaya, dəmir yoluna tələbatını ödəmiş olsun. Dövlət və ya ictimai əhəmiyyətli olmayan, yəni şəxsi ehtiyacların ödənilməsi üçün nəzərdə tutulan təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, dəmir yolu xətlərindən oğurluq bu maddə ilə deyil, müvafiq əlamətlər olduqda, CM-in mülkiyyət əleyhinə olan digər maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxşin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Məhkəmə qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özgəyə, yəni Azərbaycan Dövlət X4 tabeliyində olan X7 Xidmətinin X3 idarəsinə məxsus metal torla hasara alınmış saxlanc yeri hesab olunan artezianın ərazisinə qanunsuz daxil olaraq oradan xeyli miqdarda əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişlər, bundan başqa Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını, yəni zərərçəkmi şəxs Zərərçəkmiş şəxs2 məxsus bank hesabında olan pulunu elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talayaraq oğurluq əməli törətmişdir. CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.3-2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 əməlləri isə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.3-2-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barələrində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -İİ Qarabağ müharibəsinin iştirakçısı olmasını; -zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödəməsini, sonuncu ilə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını; Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödəməsini, sonuncu ilə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını. -yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon icra hakimiyyəti başçısının Goranboy şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə). Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödəməsini, sonuncu ilə barışmasını, zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını; -yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon icra hakimiyyəti başçısının Balakürd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə). Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətləri, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilmələrinin mümkünlüyü qənaətinə gələrək, onlara CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: -yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; -məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; -müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 faktiki olaraq 25 avqust 2024-cü il tarixdən 19 dekabr 2024-cü il tarixədək müddətdə 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətində həbsdə saxlanılmaları nəzərə alınaraq, onlara təyin olunmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasından 07 (yeddi) ay 18 (on səkkiz) gün çıxılmalı, üzərlərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzaçəkmə müddətlərinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları tarixdən hesablanmalı, barələrində seçilmiş seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, onlar dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barələrində seçilmiş ” başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs3 əvvəllər Goranboy Rayon Məhkəməsinin hökmləri ilə 2016-cı ildə CM-in 177.2.3-cü maddəsi və 2017-ci ildə CM-in 177.2.1, 177.2.3-cü maddələri, 2022-ci il də isə İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə CM-in 177.2.3-cü maddəsi üzrə təqsirli bilinərək azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmişdir. Məhkəmə göstərilənləri Təqsirləndirilən şəxs3 şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır və hesab edir ki, bu hallar sonuncunun cinayət törətməyə meylli şəxs kimi xarakterizə olunmasına və əvvəlki cəzaların islah təsirinin yetərli olmaması qənaətinə gəlməyə əsas verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2024cü il tarixdən hesablanmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs3 faktiki olaraq 09 iyul 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixədək müddətdə 02 (iki) gün müddətində şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılmalı, üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 isə CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi1 və vəkil Müdafiəçi2 tərəfindən ayri-ayrılıqda təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 09 (doqquz) iş saatına görə hər iş saatına 6 (altı) manat hesab edilməklə 54 (əlli dörd) manat məbləğində, Müdafiəçi2 məhkəmədə iştirak etdiyi cəmi 18 (on səkkiz) iş saatına görə hər iş saatına 6 (altı) manat hesab edilməklə 108 (bir yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 faktiki olaraq 25 avqust 2024-cü il tarixdən 19 dekabr 2024-cü il tarixədək müddətdə 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 07 (yeddi) ay 18 (on səkkiz) gün çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilsin və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 09 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 faktiki olaraq 25 avqust 2024-cü il tarixdən 19 dekabr 2024-cü il tarixədək müddətdə 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 07 (yeddi) ay 18 (on səkkiz) gün çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilsin və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 09 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün.
3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs3 faktiki olaraq 09 iyul 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixədək müddətdə 02 (iki) gün müddətində şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri Hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2024-cü il tarixdən hesablansın. Vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 09 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Taleh Mustafayev