Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-83/2023 30.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy rayon məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Goranboy rayonunun Göynüyən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Goranboy rayonu, Hazırəhmədli ərazi dairəsi, Göynüyən kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdə saat 19 radələrində atası Şahid3 məxsus “Nazlifan” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə Dəliməmmədli-Bəşirli yolunun Goranboy rayonu Dəliməmmədli şəhəri T.Əkbəri küçəsi ilə Goranboy rayonu Bəşirli kəndi istiqamətində hərəkətdə olarkən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daimi dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, idarə etdiyi avtomobilin hərəkət hissəsində təhlükəsiz hərəkətini təmin etməli, təhlükəsizliyi təmin etməyən manevr aparmamalı və avtomobilin idarə olunmaz vəziyyətə düşməsinə, yoldan kənara çıxmasına səbəb olan hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda, bunlara əməl etməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq avtomobili 50 km/saat sürətlə idarə etməklə yolun hərəkət hissəsində təhlükəsiz hərəkətini təmin etməyərək avtomobilin idarəetməsini itirmiş, bu səbəbdən də idarə etdiyi avtomobil hərəkət istiqamətində yoldan sola çıxaraq divara dəyməsi nəticəsində həmin avtomobildə sərnişin qismində əyləşmiş X6 boyunun küt travması, boyun fəqərələrinin çox saylı qəlpəli sınıqları ilə nəticələnən həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına və sonuncunun boyun fəqərələrinin çoxsaylı qəlpəli sınıqları nəticəsində 17 iyun 2023-cü il tarixdə ehtiyatsızlıqdan ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, İİ Qarabağ müharəbəsində iştirak etmiş, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Hazırda daimi olaraq heç bir yerdə işləmir. X3 onun dostu olmuşdur. İsmət avtomobil ustası olmuş və yaşadığı evdə avtomobilləri təmir etmişdir. Atası Xəyal İ Qarabağ müharibəsinin iştirakçısıdır və İİ qrup əlildir. Ona görə də atasına dövlət tərəfindən “Nazlifan” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Onun avtomobil idarə etmək üçün sürücülük hüququ var. xx.xx.2023cü il tarixdə günorta saatlarında atasına məxsus avtomobilin sol arxa tərəf təkəri buraxmış, ona görə də atasına məxsus avtomobili təmir etdirmək üçün İsmətin yanına aparmışdır. İsmət avtomobilin təkərini düzəltmiş, sonra İsmət ondan anası Nəzakəti Goranboy rayonunun Qarasuçu kəndində yaşayan bacısıgilə aparmağı xahiş etmişdir. O da İsmətlə razılaşmışdır. Ona görə də atasına məxsus avtomobillə İsmətin anasını Qarasuçu kəndinə aparmış, həmin vaxt İsmət də onunla getmişdir. Qayıdıb gələrkən İsmət Dəliməmmədli şəhərində ondan pulunun olub-olmamasını soruşmuş, o da İsmətə pulu olduğunu demişdir. Həmin vaxt İsmət ona “Körpü” kafesində yemək yeməyi təklif etmiş, o da İsmətlə razılaşmışdır. Sonra İsmət dostları Pərvizə zəng edərək sonuncunu da çağırmışdır. Yemək yeyərkən onlar spirtli içki qəbul etməmişlər. Həmin gün saat 19:00 radələrində onlar kafedən çıxıb evə getmişlər. O, atasına məxsus “Nazlifan” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, Pərviz avtomobilin arxa oturacağında, İsmət isə qabaq sağ tərəf oturacağında əyləşmişdir. O, avtomobili Dəliməmmədli-Bəşirli yolu ilə hərəkət etdirərkən hərəkətdə olduğu zolaqda kanalizasiya quyusu olduğu üçün avtomobilin həmin quyuya düşməməsinə görə avtomobili sola çəkmiş, həmin vaxt avtomobilin idarəetməsini itirmiş və avtomobil yolun sol tərəfinə keçərək köhnə obyektin divarına dəymişdir. Həmin vaxt maşında olan hər 3 nəfər xəsarət almışdır. O, həmin vaxt İsməti və Pərvizi avtomobilin içərisindən çıxarmış, bundan sonra onları xəstəxanaya aparmışdır. xx.xx.2023-cü il tarixdə isə İsmət Məmmədovun aldığı bədən xəsarətlərinin təsirindən öldüyünü eşitmişdir. Atasına məxsus avtomobili idarə etmək üçün etibarnəməsi yoxdur. Şəhərin daxili olduğu üçün avtomobili 50 km/saat sürətlə idarə etmişdir. Son olaraq Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına, təqsirləndirilən şəxsi bağışladığına, ona qarşı heç bir şikayət və tələbinin olmadığına və gələcəkdə də olmayacağına dair ərizə təqdim etmiş və ölkə hüdüdlarından kənarda olması səbəbindən növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan sərhədkeçmə məlumatından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ölkə hüdudlarını tərk etmişdir (Çıxış Moskva). Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, daimi olaraq heç bir yerdə işləmir. xx.xx.1995-ci ildə anadan olmuş X3 onun oğludur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında o, Dəliməmmədli şəhərinə getmiş, Dəliməmmədli şəhərinə gedərkən oğlu İsmət evdə olmuşdur. Dəliməmmədli şəhərindən qayıdanda İsmətin evdə olmadığını görmüş, İsmətin harada olduğunu soruşmuş, həmin vaxt ona İsmətin həmkəndliləri və dostu Eltunla sonuncunun idarə etdiyi avtomobillə getdiklərini demişlər. Bir qədər keçdikdən sonra o, yenə işi ilə əlaqədar Dəliməmmədli şəhərinə getmiş, işini gördükdən sonra Dəliməmmədli şəhərindən yaşadığı evə qayıtmışdır. Evə girməmiş bacısı oğlu Kamil İsgəndərov onlara gəlmiş və uşaqların avtomobili Dəliməmmədli şəhərində vurduğunu demişdir. O, dərhal Dəliməmmədli şəhərinə getmiş, həmin vaxt onları Gəncə şəhərinə xəstaxanaya aparmışlar. Sonra o, Gəncə şəhərinə 3 nömrəli xəstəxanaya getmiş, bundan sonra oğlunu Mingəçevir şəhərinə xəstəxanaya aparmışdır. Mingəçevir şəhərində İsməti 8 gün müalicə etmişlər. xx.xx.2023-cü il tarixdə İsməti Goranboy rayon xəstəxanasına aparan zaman İsmət yol nəqliyyat hadisəsi zamanı aldığı bədən xəsarətlərinin təsirindən vəfat etmişdir. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində göstərdi ki, daimi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun oğludur. Mərhum X2 dostu olmuşdur. O, İİ qrup əlildir və İ Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Ona görə də ona dövlət tərəfindən “Nazlifan” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Oğlu Eltun da İİ Qarabağ müharibəsinin iştirakçısıdır və o, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Eltunun avtomobil idarə etmək üçün sürücülük hüququ var. Ona məxsus avtomobili işi olanda Eltun idarə edir. Bunu o, Eltuna icazə vermişdir. Lakin, avtomobili idarə etmək üçün Eltuna etibarnamə verməmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində İsmət, Pərviz və Eltun ona məxsus “Nazlifan” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Dəliməmmədli şəhərindən yaşadıqları kəndə gələrkən Dəliməmmədli-Bəşirli yolunda kanalizasiya quyusu olduğu üçün Eltun avtomobilin həmin quyuya düşməməsinə görə avtomobili sola çəkmiş, bundan sonra isə avtomobilin idarəetməsini itirmiş və avtomobil yolun sol tərəfinə keçərək köhnə obyektin divarına dəymişdir. xx.xx.2023-cü il tarixdə İsmət Məmmədovun aldığı bədən xəsarətlərinin təsirindən öldüyünü eşitmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, daimi olaraq heç bir yerdə işləmir. O, X3 və Təqsirləndirilən şəxs ilə dost olmuşdur. xx.xx.20223cü il tarixdə saat 17:00 radələrində yaşadığı evdə olarkən Eltunun nömrəsindən ona zəng gəlmiş, o da telefonu açıb danışanda İsmət onunla danışmış, İsmət ondan harda olduğunu soruşmuş, o da İsmətə evdə olduğunu demişdir. Sonra İsmət ona Eltunla birlikdə Goranboy rayonu Dəliməmmədli şəhərində olduğunu, yemək yediklərini deyib onu da dəvət etmişlər. O da hazırlaşıb onların yanına getmiş, Dəliməmmədli şəhərində onlar görüşmüş və orada yerləşən “Körpü” kafedə yemək yemişlər. Yemək yeyərkən onlar spirtli içki qəbul etməmişlər. Həmin gün saat 19:00 radələrində onlar kafedən çıxıb evə getmişlər. Eltun atasına məxsus “Nazlifan” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş, o, Eltunun idarə etdiyi avtomobilin arxa oturacağında, İsmət isə qabaq sağ tərəf oturacağında əyləşmiş, Eltun isə avtomobili idarə etmişdir. Eltun avtomobili Dəliməmmədli-Bəşirli yolu ilə hərəkət etdirərkən avtomobilin idarə etməsini itirmiş və avtomobil yolun sol tərəfinə keçərək divara dəymiş, həmin vaxt onlar üçü də xəsarət almışlar. Bundan sonra onları xəstəxanaya aparmışlar. xx.xx.2023-cü il tarixdə isə İsmət Məmmədovun aldığı bədən xəsarətlərinin təsirindən öldüyünü eşitmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, daimi olaraq heç bir yerdə işləmir. xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində yaşadığı evin qarşısında, yəni T.Əkbəri küçəsində dayanmış, həmin vaxt Dəliməmmədli-Bəşirli yolu ilə Bəşirli kəndi istiqamətində hərəkətdə olan “Nazlifan” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobilin idarə etməsini itirdiyini və nəticədə avtomobilin yolun soluna çıxaraq orada olan köhnə obyektin divarına dəydiyini görmüşdür. Avtomobildə olan iki nəfər şərnişin və sürücü xəsarət aldıqları üçün Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib yol-nəqliyyat hadisəsi olması barədə məlumat vermişdir. Təxminən 10 gündən sonra isə avtomobildə sərnişin olan adını sonradan bildiyi İsmət adlı şəxsin öldüyünü eşitmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 07 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin müstəntiqi X1 RPŞ-nin İB-nin müstəntiqi X8, Goranboy RPŞ-nin KTQ-nin baş inspektoru (kriminalist) X4 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirtmişdir; 07 iyun 2023-cü il tarixli, İN 642532 nömrəli qəbzdən görünür ki, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs alkoqolun miqdarı 0 faiz olmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Gəncə RQİTBŞ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AE seriyalı 124690 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücüdür; Gəncə RQİ və TBŞ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AC seriyalı 433210 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nazlifan” minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Şahid3dur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 29 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin 17 iyun 2023-cü il tarixli, 25 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, X6məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - boyunun küt travması, boyun fəqərələrinin çoxsaylı qəlpəli sınıqlarıbərk küt alətlərin, eləcə də qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə xx.xx.2023-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmaya aid edilir. X6 ölmünə səbəb boyun fəqərələrinin çoxsaylı qəlpəli sınıqları olmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2023-cü il tarixli, 8/2289 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Nazlifan” markalı, 22BK275 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbacan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manatdır; “Qətimkan tədbirinin seçilməsi barədə” 28 sentyabr 2023-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Sübutların qiymətləndirilməsi barədə” 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, “Nazlifan” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır və Goranboy RPŞ-də avtomobillərin müvəqqəti saxlama yerində saxlanılır; Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı, həmçinin məhkəməyə verdiyi ərizələrdən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi və hərtərəfli, tam və obyektiv baxılmasına əsasən qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur və iş üzrə toplanmış sübutların məcmusuna əsasən istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - təqsirini etiraf edib əməlindən peşman olmasını; - zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını (CM-in 59.1.12-ci maddəsi); - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy RİHB-nin Hazırəhmədli kənd İƏD üzrə nümayəndəli tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə); - himayəsində 2 azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan Goranboy RİHB-nin Hazırəhmədli kənd İƏD üzrə nümayəndəli tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış); - İİ Qarabağ müharibəsinin iştirakçısı olmasını (əsas: iş materiallarında olan vəsiqələrin surətləri). Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışmış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmış və sonuncu tərəfindən ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirən hal Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-də avtomobillərin müvəqqəti saxlama yerində saxlanılan “Nazlifan” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Şahid3 qaytarılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-də avtomobillərin müvəqqəti saxlama yerində saxlanılan “Nazlifan” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Şahid3 qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(045)-83/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-83/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver