Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-87/2023 30.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 16:55 X11 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X4, onun qanuni nümauyəndəsi X2 Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, onun qanuni nümauyəndəsi X3 iştirakı ilə xx xxxxxx 2006-cı il tarixdə Goranboy rayonunun Veyisli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun İlyaslar kəndində qeydiyyatda olan və Goranboy rayonunun Veyisli kəndində yaşayan, barəsində “nəzarət altına vermə qətimkan tədbiri seçilmiş” Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə 13 avqust 2006-cı il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun İlyaslar kəndində qeydiyyatda olan və Goranboy rayonunun Veyisli kəndində yaşayan, barəsində “nəzarət altına vermə qətimkan tədbiri seçilmiş” Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 31 iyul 2023-cü il tarixdə saat 01 radələrində piyada Goranboy rayonu Veyisli kəndində yerləşən "xxxx" MMC-yə məxsus ərzaq məhsulları mağazasının qarşısına gəlib ətrafı müşahidə edib heç kimin gəlmədiyindən əmin olduqdan sonra mağazaya yaxınlaşaraq özü ilə gətirdiyi dəmir parçasından istifadə etməklə qapını açıb mağazaya qanunsuz daxil olaraq bir ədədinin qiyməti 4 manat 39 qəpik təşkil edən “VDENMENV D01V” markalı yaşıl rəngli qutuda olan qara rəngli 4 ədəd usb enerji naqilini, bir ədədinin qiyməti 4 manat 99 qəpik təşkil edən “VDENMENV D01L” markalı çəhrayı rəngli qutuda olan ağ rəngli 5 ədəd usb enerji naqilini, bir ədədinin qiyməti 4 manat 39 qəpik təşkil edən “VDENMENV D01T” markalı sarı rəngli qutuda olan qara rəngli 5 ədəd usb enerji naqilini, bir ədədinin qiyməti 3 manat 99 qəpik təşkil edən “BASS EARPHONE” markalı ağ-göy rəngli qutuda ağ rəngli 7 ədəd mobil telefon qulaqcığını və bir ədədinin qiyməti 3 manat 99 qəpik təşkil edən “BASS EARPHONE” markalı qara-sarı rəngli qutuda qara rəngli 9 ədəd mobil telefon qulaqcığını gizli yolla talayaraq sellofan torbaya yığıb hadisə yerindən uzaqlaşaraq zərərəçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 128 manat 30 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 avqust 2023-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək piyada ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq məhsulları mağazasının qarşısına gəlib, mağazanın giriş qapısının önündə quraşdırılmış dəmir barmaqlığın qapısının üzərində olan qıfılı Təqsirləndirilən şəxs2 əvvəlcədən özləri ilə gətirdiyi dəmir parçasından istifadə etməklə sındırıb mağazanın mühafizə oldunduğu dəmir barmaqlığın içərisinə qanunsuz daxil olduqdan sonra, mağazanın içərisinə daxil olmaq üçün özləri ilə birlikdə gətirdikləri dəmir parçasından Təqsirləndirilən şəxs2 ilə birlikdə istifadə etməklə mağazanın giriş qapısından içəriyə daxil olmaq istəsə də qapını aça bilmədikləri üçün Təqsirləndirilən şəxs2 dəmir barmaqlığın içərisində dayanıb ona xəbər vermək üçün ətrafı müşahidə etmiş, o da Təqsirləndirilən şəxs2 əllərinin üzərinə qalxaraq mağazanın girişində sol yuxarı hissədə olan nəfəslik yerindən qanunsuz olaraq mağazanın içərisinə daxil olub 25 manat dəyərində “Zavira” markalı 50 ədəd alışqanı, 10 manat dəyərində “Full” markalı 10 ədəd 0,5 litr həcmli enerji içkisini, 50 manat dəyərində “Organic” markalı 0,7 litr həcmli 5 ədəd arağı 12 manat 50 qəpik dəyərində “Kuller” markalı 0,5 litr həcmli 5 ədəd pivəni, 10 manat dəyərində “Sarıkız” markalı 200 ml həcmli 10 ədəd qazlı içkini, 6 manat dəyərində “Dilay” markalı 20 ədəd keksləri, 2 manat 40 qəpik dəyərində “Prima Gold” markalı bir qutu siqareti, 64 manat dəyərində “LD Compact” markalı 20 qutu siqareti, 48 manat dəyərində “Keno Club” markalı nazik qızılı rəngli mentollu 20 qutu siqareti, 36 manat dəyərində “Magna Carbon” markalı nazik qara rəngli 15 qutu siqareti, 48 manat dəyərində “Magna Compact” markalı 20 qutu siqareti, 95 manat dəyərində “Vinston Compact” markalı 25 qutu siqareti, 36 manat 40 qəpik dəyərində “Classic Compact” markalı 14 qutu siqareti, 57 manat 80 qəpik dəyərində “LD” markalı qara nazik 17 qutu siqareti, 28 manat 80 qəpik dəyərində "Viceroy” markalı nazik qara 12 qutu siqareti, 170 manat nəğd pulu, ümumilikdə Zərərçəkmiş şəxs 699 manat 90 qəpik dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 avqust 2023-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək piyada ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq məhsulları mağazasının qarşısına gəlib, mağazanın giriş qapısının önündə quraşdırılmış dəmir barmaqlığın qapısının üzərində olan qıfılı əvvəlcədən özləri ilə gətirdiyi dəmir parçasından istifadə etməklə sındırıb mağazanın mühafizə oldunduğu dəmir barmaqlığın içərisinə qanunsuz daxil olduqdan sonra, mağazanın içərisinə daxil olmaq üçün özləri ilə birlikdə gətirdikləri dəmir parçasından Təqsirləndirilən şəxs1 ilə birlikdə istifadə etməklə mağazanın giriş qapısından Təqsirləndirilən şəxs1 içəriyə daxil olmaq istəsə də qapını aça bilmədikləri üçün dəmir barmaqlığın içərisində dayanıb Təqsirləndirilən şəxs1 xəbər vermək üçün ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə onun əllərinin üzərinə qalxaraq mağazanın girişində sol yuxarı hissədə olan nəfəslik yerindən qanunsuz olaraq mağazanın içərisinə daxil olub 25 manat dəyərində “Zavira” markalı 50 ədəd alışqanı, 10 manat dəyərində “Full” markalı 10 ədəd 0,5 litr həcmli enerji içkisini, 50 manat dəyərində “Organic” markalı 0,7 litr həcmli 5 ədəd arağı 12 manat 50 qəpik dəyərində “Kuller” markalı 0,5 litr həcmli 5 ədəd pivəni, 10 manat dəyərində “Sarıkız” markalı 200 ml həcmli 10 ədəd qazlı içkini, 6 manat dəyərində “Dilay” markalı 20 ədəd keksləri, 2 manat 40 qəpik dəyərində “Prima Gold” markalı bir qutu siqareti, 64 manat dəyərində “LD Compact” markalı 20 qutu siqareti, 48 manat dəyərində “Keno Club” markalı nazik qızılı rəngli mentollu 20 qutu siqareti, 36 manat dəyərində “Magna Carbon” markalı nazik qara rəngli 15 qutu siqareti, 48 manat dəyərində “Magna Compact” markalı 20 qutu siqareti, 95 manat dəyərində “Vinston Compact” markalı 25 qutu siqareti, 36 manat 40 qəpik dəyərində “Classic Compact” markalı 14 qutu siqareti, 57 manat 80 qəpik dəyərində “LD” markalı qara nazik 17 qutu siqareti, 28 manat 80 qəpik dəyərində "Viceroy” markalı nazik qara 12 qutu siqareti, 170 manat nəğd pulu, ümumilikdə Zərərçəkmiş şəxs 699 manat 90 qəpik dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddət əvvəl tək başına Goranboy rayonu Veyisli kəndində yerləşən “Al” marketdən oğurluq etmiş, belə ki, 30 iyul 2023-cü il tarixdən 31 iyul 2023-cü il tarixə keçən gecə saat 01 radələrində Goranboy rayonu Veyisli kəndində yerləşən “Al” marketin qarşısına gəlmiş, həmin vaxt özü ilə birlikdə dəmir alət gətirmiş, bir qədər ətrafa baxınıb yaxınlıqda heç kimin olmadığından tam əmin olduqdan sonra əvvəlcədən gətirdiyi dəmir alətlə “Al” marketin giriş qapısını sındırıb marketin içərisinə daxil olduqdan sonra marketin içərisindən qutuda olan qulaqcıqları və eyni zamanda qutuda olan usb naqillərini götürüb mağazadan çıxıb sellofan torbaya yığıb yaşadığı evə aparmış, yaşadığı evə çatdıqdan sonra müəyyən etmiş ki, ümumi sayı 16 ədəd mobil telefon qulaqcıqlarını və 14 ədəd usb enerji naqillərini oğurlamış, oğurladığı 14 ədəd usb naqillərindən evdəki mobil telefonlar üçün istifadə etmiş, qalan 16 ədəd mobil telefon qulaqcıqlarını və 11 ədəd usb enerjilərini isə evdə gizlətmiş, həmin məmulatları istintaqa təqdim etmişdir.Bundan başqa Təqsirləndirilən şəxs2 tanıyır, Təqsirləndirilən şəxs2 onun tanışıdır, Təqsirləndirilən şəxs2 ilə həmişə normal münasibətləri olmuş, 07 avqust 2023-cü il tarixdə axşam saat 20 radələrində Goranboy rayonu Veyisli kəndində tanışı Təqsirləndirilən şəxs2 ilə görüşmüş, bir qədər söhbət etdikdən sonra maddi durumlarının yaxşı olmadığı üçün birlikdə oğurluq etmək barədə danışıb razılığa gəlmişlər, oğurluq etmək üçün isə Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq məhsulları satılan mağazanı seçib birlikdə razılaşdıqdan sonra yaşadıqları evə getmişlər, 07 avqust 2023-cü il tarixdən 08 avqust 2023-cü il tarixə keçən gecə saat 01 radələrində yenidən Fəridlə Goranboy rayonu Veyisli kəndi ərazisində görüşmüş, bundan sonra isə Zərərçəkmiş şəxs məxsus ərzaq məshulları mağazasından oğurluq etmək üçün piyada Goranboy rayonu Yeni Veyisli qəsəbəsinə doğru getmişlər, Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısında yerləşən ərzaq məhsulları satılan mağazanın yaxınlığına gəldikdən sonra isə bir qədər ətrafı müşahidə edib heç kimin gəlmədiyindən əmin olduqdan sonra razılaşmalarına əsasən həmin mağazadan oğurluq etmək üçün planlarına uyğun olaraq Elnur mağazanın içərisinə daxil olmalı, Fəridin isə mağazanın çölündə dayanıb ətrafı müşahidə etməli olmuş, həmin vaxt saat təxminən 02 radələri olmuş, bundan sonra plana uyğun olaraq mağazanın giriş qapısının önündə quraşdırılmış dəmir barmaqlığın qapısının üzərində olan qıfılı Fərid əvvəlcədən özləri ilə gətirdikləri dəmir alətlə sındırmış, bunun ardınca isə dəmir barmaqlığın qapısını açıb mağazanın giriş hissəsində yerləşən ağ rəngli plastik materialdan olan qapıya yaxınlaşıb hər ikisi də dəmir alətlə mağazanın qapısını açmağa çalışsa da qapını aça bilmədikləri üçün mağazanın girişində sol yuxarı hissədə olan kiçik ölçülü pəncərədən içəriyə daxil olmaq qəraına gəlmiş, bunun üçün isə Fərid əlləri ilə ona təkan vermiş, Elnur da bundan sonra mağazanın yuxarı hissəsində yerləşən kiçik ölçülü pəncərədən mağazanın içərisinə daxil olmuş, mağazanın içərisinə daxil olduqdan sonra isə oradan kağız və qəpik əskinazlardan ibarət pulları, müxtəlif markalı siqaretləri, müxtəlif rəngli alışqanları, keksləri, enerji içkilərini, araqları, pivələri və qazlı içkiləri götürüb mağazanın yuxarı hissədə olan kiçik ölçülü pəncərəsindən çölə atmış, bundan sonra isə mağazanın yuxarı hissəsində olan kiçik ölçülü pəncərədən çölə çıxmış, mağazadan çölə çıxdıqdan sonra oğurladıqları pulları, siqarteləri, alışqanları, keksləri, enerji içkilərini, araqları, pivələri və qazlı içkiləri sellofana yığıb oradan uzaqlaşıb Goranboy rayonu Veyisli kəndinə gəlmişlər, Goranboy rayonu Veyisli kəndinə gəldikdən sonra isə Fəridlə birlikdə oğurladıqlarını aralarında bölmək qərarına gəlmişlər, odur ki, sellofan torbalara yığdıqları qəpik və kağız əskinazlardan ibarət pulları saymışlar və mağazadan ümumi dəyəri 40 manat təşkil edən 10 və 20 qəpik əskinazları götürdüklərini müəyyən etmişlər, bundan başqa isə mağazada oğurladıqları kağız əskinazlardan ibarət pulları saydıqda həmin pulların 130 manat etdiyini müəyyən etmişlər, bundan başqa isə alışqanları saydıqda 50 ədəd olduqlarını, mağazadan oğurladıqları siqaretləri saydıqda isə siqaretlərin müxtəlif markalı olmaqla 144 ədəd olduqlarını, kekslərin isə 20 ədəd olduğunu, qazlı içkilərin 10 ədəd, enerji içkilərinin 10 ədəd, araqların 5 ədəd və pivələrin də 5 ədəd olduğunu müəyyən etmişlər, buna görə də oğurladıqları pulları və digər məmulatları aralarında bölməyə qərar vermişlər, bunun üçün isə ümumi dəyəri 40 manat təşkil edən 10 və 20 qəpikdən ibarət pulları aralarında bölmüşlər. Həmin qəpik pulları kiçik ölçülü bir qutuya yerləşdirmiş və payına 20 manat düşmüş, bundan başqa isə kağız əskinazlardan ibarət pulları böldükdə isə payına 65 manat düşmüş, oğurladıqları 50 ədəd alışqanları hər birinə 25 ədəd olmaqla iki yerə bölmüşlər, oğurladıqları 144 paket siqarteləri də hər birinə 72 ədəd olmaqla iki yerə bölmüşlər, oğurladıqları 20 ədəd keksləri də hər birinə 10 ədəd olmaqla iki yerə bölmüşlər, oğurladıqları 10 ədəd qazlı içkiləri də hər birinə 5 ədəd olmaqla iki yerə, oğurladıqları 10 ədəd enerji içilərini də hər birinə 5 ədəd olmaqla iki yerə, oğurladıqları 5 ədəd pivələri özü, oğurladıqları 5 ədəd araqları isə Fərid götürmüş, qalan paylarına düşüən pul və digər məmulatları götürüb yaşadıqları evə getmişlər, Fəridlə birlikdə oğurladıqları siqaret paketlərindən bir neçə qutusunu çəkmiş, qalanlarını isə Fəridlə birlikdə bir araya toplamışlar, həmçinin Fəridlə birlikdə oğurladıqları 5 ədəd araqları da siqartelərlə birlikdə götürüb 08 avqust 2023-cü il tarixdə Gəncə şəhərinə aparıb “Dubay” bazarı adlanan yerdə bir nəfər tanımadıqları şəxsə satmışlar, belə ki, həmin şəxsə siqaretləri və araqları yalandan özlərinə aid bağlanmış mağazadan götürüb satdıqlarını demişlər, həmin şəxsə siqaretləri və araqları oğurladıqlarını deməmişlər, həmin şəxs də onların dediklərinə inanıb siqaret və araqları almış, onlar siqaretlərin hamsını satmamış, özlərinə 20 qutu siqaret saxlamışlar, həmin siqaretləri də iki yerə bölmüşlər, payına düşən 10 ədəd siqaretlərdən isə bir qutusunu çəkdiyi üçün 9 qutu siqaret qalmış, Fəridlə birlikdə oğurladıqları payına düşən 5 ədəd pivəni birlikdə içmişlər, eyni zamanda Fəridlə birlikdə oğurlayıb aralarında böldükləri enerji və qazlı içkiləri də içib qutarmışlar, Fəridlə birlikdə oğurladıqları 50 ədəd alışqanlardan hər biri bir ədədini olmaqla ikisini istifadə etmişlər, Fəridlə birlikdə oğurladıqları, 20 ədəd kekslərdən hər biri üçünü yeməklə qalan 14 ədədini saxlamışlar, Fəridlə birlikdə oğurladıqları kağız pulları isə aralarında böldükdən sonra hər birinin payına düşən 65 manatı, eyni zamanda qəpik puldan isə 10 manatını xərcləmişlər, beləliklə Fəridlə birlikdə oğurladıqları qəpik pullardan qalan 30 manatı, 20 ədəd kekslərdən 14 ədədini, siqaretlərdən 19 ədədini və 48 ədəd alışqanları birlikdə gizlətmişlər, 08 avqust 2023-cü il tarixdə isə axşam saatlarında onları Goranboy rayonu Veyisli kəndi ərazisində Goranboy rayon polis şöbəsinin əməkdaşları saxlayıb Goranboy rayon polis şöbəsinə aparacaqlarını deyən zaman Zərərçəkmiş şəxs mağazasından oğurladıqları pulları və digər məmulatları özləri ilə birlikdə gətirib Zərərçəkmiş şəxs məxsus ərzaq məhsulları mağazasından oğurluq etmələrini etiraf etmişlər. Təqsirləndirilən şəxs1 son olaraq əməllərindən peşman olduğunu, zərərçəkmiş şəxsə və zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, Təqsirləndirilən şəxs1 ilə münasibətləri həmişə normal olmuş, 07 avqust 2023-cü il tarixdə axşam saat 20 radələrində Goranboy rayonu Veyisli kəndində tanışı Təqsirləndirilən şəxs1 ilə görüşmüş, bir qədər söhbət etdikdən sonra maddi durumları yaxşı olmadığı üçün birlikdə oğurluq etmək barədə danışıb razılığa gəlmişlər, oğurluq etmək üçün isə Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq məhsulları satılan mağazanı seçib birlikdə razılaşdıqdan sonra yaşadıqları evə getmişlər.07 avqust 2023-cü il tarixdən 08 avqust 2023-cü il tarixə keçən gecə saat 01 radələrində yenidən Elnurla Goranboy rayonu Veyisli kəndi ərazisində görüşmüş, bundan sonra isə Zərərçəkmiş şəxs məxsus ərzaq məshulları mağazasından oğurluq etmək üçün piyada Goranboy rayonu Yeni Veyisli qəsəbəsinə doğru getmişlər, Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısında yerləşən ərzaq məhsulları satılan mağazanın yaxınlığına gəldikdən sonra isə bir qədər ətrafı müşahidə edib heç kimin gəlmədiyindən əmin olduqdan sonra razılaşmalarına əsasən həmin mağazadan oğurluq etmək üçün planlarına uyğun olaraq Elnur mağazanın içərisinə daxil olmalı, o da mağazanın çölündə dayanıb ətrafı müşahidə etməli olmuş, həmin vaxt saat təxminən 02 radələri olmuş, bundan sonra plana uyğun olaraq mağazanın giriş qapısının önündə quraşdırılmış dəmir barmaqlığın qapısının üzərində olan qıfılı əvvəlcədən özləri ilə gətirdikləri dəmir alətlə sındırmış, bunun ardınca isə dəmir barmaqlığın qapısını açıb mağazanın giriş hissəsində yerləşən ağ rəngli plastik materialdan olan qapıya yaxınlaşıb hər ikisi dəmir alətlə mağazanın qapısını açmağa çalışsa da qapını aça bilmədikləri üçün Elnur mağazanın girişində sol yuxarı hissədə olan kiçik ölçülü pəncərədən içəriyə daxil olmaq qərarına gəlmiş, bunun üçün isə o da əlləri ilə Elnura təkan vermiş, Elnur bundan sonra mağazanın yuxarı hissəsində yerləşən kiçik ölçülü pəncərədən mağazanın içərisinə daxil olmuş, Elnur mağazanın içərisinə daxil olduqdan sonra isə oradan kağız və qəpik əskinazlardan ibarət pulları, müxtəlif markalı siqaretləri, müxtəlif rəngli alışqanları, keksləri, enerji içkilərini, araqları, pivələri və qazlı içkiləri götürüb mağazanın yuxarı hissədə olan kiçik ölçülü pəncərəsindən çölə atmış, bundan sonra isə Elnur mağazanın yuxarı hissəsində olan kiçik ölçülü pəncərədən çölə çıxmış, mağazadan çölə çıxdıqdan sonra oğurladıqları kağız və qəpik əskinazlardan ibarət pulları, müxtəlif markalı siqaretləri, müxtəlif rəngli alışqanları, keksləri, enerji içkilərini, araqları, pivələri və qazlı içkiləri sellofana yığıb oradan uzaqlaşıb Goranboy rayonu Veyisli kəndinə gəlmişlər, Goranboy rayonu Veyisli kəndinə gəldikdən sonra isə Elnurla birlikdə oğurladıqlarını aralarında bölmək qərarına gəlmişlər, odur ki, sellofan torbalara yığdıqları qəpik və kağız əskinazlardan ibarət pulları saymışlar və mağazadan ümumi dəyəri 40 manat təşkil edən 10 və 20 qəpik əskinazları götürdüklərini müəyyən etmişlər, bundan başqa isə mağazadan oğurladıqları kağız əskinazlardan ibarət pulları saydıqda həmin pulların 130 manat etdiyini müəyyən etmişlər, bundan başqa isə alışqanları saydıqda 50 ədəd olduqlarını, mağazadan oğurladıqları siqaretləri saydıqda isə siqaretlərin müxtəlif markalı olmaqla 144 ədəd olduqlarını, kekslərin isə 20 ədəd olduğunu, qazlı içkilərin 10 ədəd, enerji içkilərinin 10 ədəd, araqların 5 ədəd və pivələrin də 5 ədəd olduğunu müəyyən etmişlər, buna görə də oğurladıqları pulları və digər məmulatları aralarında bölməyə qərar vermişlər, bunun üçün isə ümumi dəyəri 40 manat təşkil edən 10 və 20 qəpikdən ibarət pulları aralarında bölmüşlər, həmin qəpik pulları bir qutuya yerləşdirmiş və payına 20 manat düşmüş, bundan başqa isə kağız əskinazlardan ibarət pulları böldükdə isə onun payına 65 manat düşmüş, oğurladıqları 50 ədəd alışqanları hər birinə 25 ədəd olmaqla iki yerə bölmüşlər, oğurladıqları 144 paket siqarteləri də hər birinə 72 ədəd olmaqla iki yerə bölmüşlər, oğurladıqları 20 ədəd keksləri də hər birinə 10 ədəd olmaqla iki yerə bölmüşlər, oğurladıqları 10 ədəd qazlı içkiləri də hər birinə 5 ədəd olmaqla iki yerə, oğurladıqları 10 ədəd enerji içkilərini də hər birinə 5 ədəd olmaqla iki yerə, oğurladıqları 5 ədəd pivələri Elnur, oğurladıqları 5 ədəd araqları isə özü götürmüş, qalan paylarına düşən pul və digər məmulatları götürüb yaşadıqları evə getmişlər, Fərid birlikdə oğurladıqları siqaret paketlərindən bir neçə qutusunu çəkmiş, qalanlarını isə Elnurla birlikdə bir araya toplamış, həmçinin Elnurla birlikdə oğurladıqları 5 ədəd araqları da siqartelərlə birlikdə götürmüş, 08 avqust 2023-cü il tarixdə Gəncə şəhərinə aparıb “Dubay” bazarı adlanan yerdə bir nəfər tanımadıqları şəxsə satmışlar, belə ki, həmin şəxsə siqaretləri və araqları yalandan özlərinə aid bağlanmış mağazadan götürüb satdıqlarını demişlər, həmin şəxsə siqaretləri və araqları oğurladıqlarını deməmişlər, həmin şəxs də onların dediklərinə inanıb siqaret və araqları onlardan almış, onlar siqaretlərin hamsını satmamış, özlərinə 20 qutu siqaret saxlamışlar, həmin siqaretləri də iki yerə bölmüşlər, Elnurla birlikdə oğurladıqlarından onun payına düşən 5 ədəd pivəni birlikdə içmişlər, eyni zamanda Elnurla birlikdə oğurlayıb aralarında böldükləri enerji və qazlı içkiləri də içib qurtarmışlar, Elnurla birlikdə oğurladıqları 50 ədəd alışqanlardan hər biri bir ədədini olmaqla ikisini istifadə etmişlər, Elnurla birlikdə oğurladıqları 20 ədəd kekslərdən hər biri üçünü yeməklə qalan 14 ədədini saxlamışlar, Elnurla birlikdə oğurladıqları kağız pulları isə aralarında böldükdən sonra hər birinin payına düşən 65 manatı, eyni zamanda qəpik puldan isə 10 manatını xərcləmişlər. Beləliklə Elnurla birlikdə oğurladıqları qəpik pullardan qalan 30 manatı, 20 ədəd kekslərdən 14 ədədini, siqaretlərdən 19 ədədini və 48 ədəd alışqanları birlikdə gizlətmişlər, 08 avqust 2023-cü il tarixdə isə axşam saatlarında onları Goranboy rayonu Veyisli kəndi ərazisində Goranboy rayon polis şöbəsinin əməkdaşları saxlayıb Goranboy rayon polis şöbəsinə aparacaqlarını deyən zaman Zərərçəkmiş şəxs mağazasından oğurladıqları pulları və digər məmulatları özləri ilə birlikdə gətirib Zərərçəkmiş şəxs məxsus ərzaq məhsulları mağazasından oğurluq etmələrini etiraf etmişlər. Təqsirləndirilən şəxs2 son olaraq əməllərindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yaşadığı evin həyətində giriş qapısı küçəyə açılan ərzaq məhsullarının satışını həyata keçirdiyi mağazası vardır. Mağazanın təhlukəsizlik kameraları olmadığından küçə tərəfdən olan giriş qapısına dəmir barmaqlıqlar əlavə etdirmiş, həmin dəmir barmaqlıqların qapısını isə qıfılla bağlamış, 08 avqust 2023-cü il tarixdə gecə saat 04 radələrində yaşadığı evin qarşısına çatdıqda mağazanın giriş hissəsinə quraşdırılmış dəmir barmaqlığın qapısının üzərində olan qıfılın açıq olduğunu görmüş, ailə üzvlərinin qıfılı bağlamadıqlarını düşündüyü üçün yaşadığı evə daxil olub, bu barədə maraqlanan zaman demişlər ki, dəmir barmaqlığın qıfılını bağlamışlar, buna görə evdən çıxıb mağazanın girişinə gəlib baxdıqda, mağazanın girişində olan nəfəsliyin açıq vəziyyətdə olmasını aşkar etmiş, eyni zamanda mağazanın plastik materialdan olan qapısına müdaxilə olunmasını, lakin qapının açılmadığını müəyyən etmiş, həmin vaxt mağazadan oğurluq edildiyindən şübələndiyi üçün mağazanın içərisinə daxil olub baxdıqda, mağazadan oğurluq edildiyini anlamış, odur ki, bu barədə DİN-in “102” zəng xidməti mərkəzinə mağazadan oğurluq edilməsi barədə məlumat vermiş, bir az sonra Goranboy RPŞ-nin əməkdaşları gəlmiş, polis əməkdaşları mağazaya baxış keçirmiş, o da həmin vaxt ərzində mağazadan oğurlanmış məhsulların sayını dəqiqləşdirmiş, sonda müəyyən etmiş ki, mağazada olan kassadan kağız əskinazlardan ibarət 130 manat pulu, qəpik əskinazlardan ibarət 40 manat pulu, 1 ədədinin dəyəri 50 qəpik olan “Zavira” markalı ümumi sayı 50 ədəd alışqan, 1 ədədinin dəyəri 1 manat olan “Full” markalı ümumi sayı 10 ədəd 0,5 litr həcmli enerji içkiləri, 1 ədədinin dəyəri 10 manat olan “Organic” markalı ümumi sayı 5 ədəd 0,7 litr həcmli araqlar, 1 ədədinin dəyəri 2 manat 50 qəpik olan “Kuller” markalı ümumi sayı 5 ədəd 0,5 litr həcmli pivələr, 1 ədədinin dəyəri 1 manat olan “Sarıkız” markalı 200 ml həcmli ümumi sayı 10 ədəd qazlı içkilər, bir ədədinin dəyəri 30 qəpik olan “Dilay” markalı ümumi sayı 20 ədəd olan kekslər, dəyəri 2 manat 40 qəpik olan bir ədəd “Prima Gold” markalı qalın siqaret, bir ədədinin dəyəri 3 manat 20 qəpik olan “LD Compact” markalı siqaretlərdən 20 qutusu, bir ədədinin dəyəri 2 manat 40 qəpik olan “Keno Club” markalı nazik qızılı rəngli mentollu siqaretlərdən 20 qutusu, bir ədədinin dəyəri 2 manat 40 qəpik olan “Magna Carbon” markalı nazik qara rəngli siqaretlərdən 15 qutusu, bir ədədinin dəyəri 2 manat 40 qəpik olan “Magna Compact” markalı siqaretlədən 20 qutusu, bir ədədinin dəyəri 3 manat 80 qəpik olan “Vinston Compact” markalı siqaretlərdən 25 qutusu, bir ədədinin dəyəri 2 manat 60 qəpik olan “Classic Compact” markalı siqaretlərdən 14 qutusu, bir ədədinin dəyəri 3 manat 40 qəpik olan “LD” markalı qara nazik siqaretlərdən 17 qutusu və bir ədədinin dəyəri 2 manat 40 qəpik olan "Viceroy” markalı nazik qara siqaretlərdən 12 qutusu naməlum şəxs ( lər ) tərəfindən oğurlanmış, odur ki, bu barədə polis əməkdaşlarına məlumat verib ərizə ilə müraciət etmiş, ilkin oğurlanmış məhsulların qiymətini təxmini olaraq ərizədə 668 manat olaraq qeyd etmiş, lakin sonradan dəqiq hesablama aparmış və müəyyən etmiş ki, mağazadan edilmiş oğurluq nəticəsində ona ümumilikdə 699 manat 90 qəpik məbləğində maddi ziyan vurulmuş, ilkin ərizə və izahat verən zaman oğurlanmış “Dilay” markalı keksləri qeyd etmək yadından çıxmış, bundan başqa isə ilkin oğurluq edildiyini müəyyən edən zaman həyəcanlı olduğu üçün dəqiq bilmədiyi halda təxmini olaraq 150 manat pulun, 300 manat dəyərində isə tütün və içki məhsullarının oğurlanmasını qeyd etmiş, lakin sonda mağazadan oğurlanmış məhsulları tam olaraq müəyyənləşdirmiş və məlum olmuş ki, oğurluq nəticəsində ona 699 manat 90 qəpik dəyərində maddi ziyan vurulmuş, həmçinin araşdırma zamanı müəyyən olmuş ki, mağazadan oğurluq edən şəxslər yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Yekunda bildirdi ki, təqsirləndirilən şəxslər ona vurduqları ziyanı tam şəkildə ödəmişdir. Onlara qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 31 iyul 2023-cü il tarixdə "xxxx" MMC-nin Goranboy rayonu Veyisli kəndində yerləşən mağazasında oğurluq edilməsi ilə bağlı həmin mağazada işləyən X6 "xxxx" MMC-nin rəhbərliyinə məlumat vermiş, bundan sonra Nümayəndə həmin mağazaya gedib maraqlandıqda müəyyən etmiş ki, 30 iyul 2023-cü il tarixdən 31 iyul 2023-cü il tarixə keçən gecə naməlum şəxs "xxxx" MMC-nin Goranboy rayonu Veyisli kəndində yerləşən mağazasına qanunsuz daxil olaraq mağazanın içərsindən bir ədədinin qiyməti 4 manat 39 qəpik təşkil edən VDENMENV D01V markalı yaşıl rəngli qutuda olan qara rəngli 4 ədəd usb enerji naqilini, bir ədədinin qiyməti 4 manat 99 qəpik təşkil edən VDENMENV D01L markalı çəhrayı rəngli qutuda olan ağ rəngli 5 ədəd usb enerji naqilini, bir ədədinin qiyməti 4 manat 39 qəpik təşkil edən VDENMENV D01T markalı sarı rəngli qutuda olan qara rəngli 5 ədəd usb enerji naqilini, bir ədədinin qiyməti 3 manat 99 qəpik olan BASS EARPHONE markalı ağ-göy rəngli qutuda ağ rəngli 7 ədəd mobil telefon qulaqcığını və bir ədədinin qiyməti 3 manat 99 qəpik təşkil edən BASS EARPHONE markalı qara-sarı rəngli qutuda qara rəngli 9 ədəd mobil telefon qulaqcığını oğurlamış, beləliklə naməlum şəxs tərəfindən "xxxx" MMC-nin Goranboy rayonu Veyisli kəndində yerləşən mağazasında oğurluq edilməsi nəticəsində "xxxx" MMC-yə ümumilikdə 128 manat 30 qəpik məbləğində maddi ziyan vurulmuşdur. Yekunda bildirdi ki, təqsirləndirilən şəxslər onlara vurduqları ziyanı tam şəkildə ödəmişdir. Onlara qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, baxış yeri ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadır. Mağazanın giriş qapısının qarşısında dəmir barmaqlıqlar quraşdırılmışdır. Zərərçəkmiş şəxs həmin dəmir barmaqlıqların qıfılının sındırılması yolu ilə mağazanın nəfəsliyindən mağazasına daxil olmuş naməlum şəxs və ya şəxslər oradan 130 manat nağd pul, 40 manat qəpik, 400 manat dəyərində siqaret, 16 manat dəyərində alışqan,10 manat dəyərində enerji içkisi, 10 manat dəyərində qazlı su, 50 manat dəyərində araq və 12 manat dəyərində pivə oğurlanmışdır. Mağazasının içərisində dağıntılar olmamışdır. Mağazanın dəmir barmaqlığının sındırılaraq açılmış qıfılı orada aşkar edilməmişdir. Oğurluq hadisəsi baş vermiş mağazadan götürülmüş əl-barmaq izləri KTİ-yə göndərilmişdir. Baxış zamanı həmin ərazidən maddi sübut əhəmiyyəti kəsb edəcək başqa əşya və ya iz aşkar edilməmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-dən daxil olmuş 08 avqust 2023-cü il tarixli 3-xx-xx/1632/2023 nömrəli məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş üç ədəd qutu və bir ədəd sellofan paket masanın üzərinə qoyulmuşdur. Bunun ardınca bir ədəd ağ və göy rəngli kiçik ölçülü qutunun içərisinə baxıldıqda həmin qutunun içərisində 83 ədəd 20 qəpikdən və 22 ədəd 10 qəpikdən ibarət 18 manat 80 qəpik pul, bir ədəd qara rəngli orta ölçülü qutunun içərisində 38 ədəd 20 qəpikdən, 36 ədəd 10 qəpikdən ibarət 11 manat 20 qəpik pul, bir ədəd böyük ölçülü ağ və qara rəngli qutunun içərisində 2 qutu LD markalı nazik qara rəngli siqaret, 2 qutu “Keno” markalı boz qızılı nazik siqaret, 2 qutu “Viceroy” markalı qara rəngli nazik siqaret, 3 qutu “Magna” markalı qara nazik siqaret, 2 qutu "Magna" boz rəngli siqaret, 2 qutu “LD” markalı ağ kompakt qalın siqaret, 3 qutu “Classic İmperial” markalı kompakt siqaret, 2 qutu “Vinston Xstyle” markalı ağ qalın siqaret və bir qutu “Prima” markalı siqaret və bir ədəd sellofan paketin içərisində isə 48 ədəd “Zavira” markalı alışqanlar, 14 ədəd “Dilay” markalı kekslər vardır.Götürmə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar olunmuş bir ədəd ağ və göy rəngli kiçik ölçülü qutunun içərisində olan 83 ədəd 20 qəpikdən və 22 ədəd 10 qəpikdən ibarət 18 manat 80 qəpik pulu, bir ədəd qara rəngli orta ölçülü qutunun içərisində olan 38 ədəd 20 qəpikdən, 36 ədəd 10 qəpikdən ibarət 11 manat 20 qəpik pulu, bir ədəd böyük ölçülü ağ və qara rəngli qutunun içərisində olan 2 qutu LD markalı nazik qara rəngli siqareti, 2 qutu “Keno” markalı boz qızılı nazik siqareti, 2 qutu “Viceroy” markalı qara rəngli nazik siqareti, 3 qutu “Magna” markalı qara nazik siqareti, 2 qutu "Magna" boz rəngli siqareti, 2 qutu “LD” markalı ağ kompakt qalın siqareti, 3 qutu “Classic İmperial” markalı kompakt siqareti, 2 qutu “Vinston Xstyle” markalı ağ qalın siqareti və bir qutu “Prima” markalı siqareti və bir ədəd sellofan paketin içərisində olan 48 ədəd “Zavira” markalı alışqanları, 14 ədəd “Dilay” markalı keksləri Zərərçəkmiş şəxs məxsus Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yerləşən mağazadan oğurladıqlarını bildirmişlər. Odur ki, bir ədəd ağ və göy rəngli kiçik ölçülü qutunun içərisinə baxıldıqda həmin qutunun içərisində 83 ədəd 20 qəpikdən və 22 ədəd 10 qəpikdən ibarət 18 manat 80 qəpik pul, bir ədəd qara rəngli orta ölçülü qutunun içərisində 38 ədəd 20 qəpikdən, 36 ədəd 10 qəpikdən ibarət 11 manat 20 qəpik pul, bir ədəd böyük ölçülü ağ və qara rəngli qutunun içərisində 2 qutu LD markalı nazik qara rəngli siqaret, 2 qutu “Keno” markalı boz qızılı nazik siqaret, 2 qutu “Viceroy” markalı qara rəngli nazik siqaret, 3 qutu “Magna” markalı qara nazik siqaret, 2 qutu "Magna" boz rəngli siqaret, 2 qutu “LD” markalı ağ kompakt qalın siqaret, 3 qutu “Classic İmperial” markalı kompakt siqaret, 2 qutu “Vinston Xstyle” markalı ağ qalın siqaret və bir qutu “Prima” markalı siqaret və bir ədəd sellofan paketin içərisində isə 48 ədəd “Zavira” markalı alışqanlar, 14 ədəd “Dilay” markalı kekslər iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Goranboy rayonunun Veyisli qəsəbəsində yerləşən "xxxx"dir. "xxxx" yolun kənarında yerləşir. "xxxx"in bir ədəd giriş qapısı və 2 ədəd pəncərəsi vardır. Giriş qapısının üzərində müxtəlif yazılar olan elanlar vardır. Giriş qapısı və pəncərələr plastik materialdan hazırlanmışdır. Mağazaya daxil olduqda sol tərəfdə kassa, düz hissədə hisə rəflər yerləşir. Mağaza müdiri X6 mağazadan əşyalar və kassadan pul oğurlandığını bildirmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, X2 təqdim etdiyi bir ədəd sellofan torba masanın üzərinə qoyulmuşdur. Bunun ardınca bir ədəd sellofan torbanın içərisinə baxıldıqda həmin sellofan torbanın içərisində “VDENMENV D01V” markalı yaşıl rəngli qutuda olan qara rəngli 4 ədəd usb enerji naqili, “VDENMENV D01L” markalı çəhrayı rəngli qutuda olan ağ rəngli 5 ədəd usb enerji naqili, “VDENMENV D01T” markalı sarı rəngli qutuda olan qara rəngli 5 ədəd usb enerji naqili, “BASS EARPHONE” markalı ağ-göy rəngli qutuda ağ rəngli 7 ədəd mobil telefon qulaqcığı və “BASS EARPHONE” markalı qara-sarı rəngli qutuda qara rəngli 9 ədəd mobil telefon qulaqcığı olmuşdur. Götürmə zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş bir ədəd sellofan torbanın içərisində olan “VDENMENV D01V” markalı yaşıl rəngli qutuda olan qara rəngli 4 ədəd usb enerji naqilini, “VDENMENV D01L” markalı çəhrayı rəngli qutuda olan ağ rəngli 5 ədəd usb enerji naqilini, “VDENMENV D01T” markalı sarı rəngli qutuda olan qara rəngli 5 ədəd usb enerji naqilini, “BASS EARPHONE” markalı ağ-göy rəngli qutuda ağ rəngli 7 ədəd mobil telefon qulaqcığını və “BASS EARPHONE” markalı qara-sarı rəngli qutuda qara rəngli 9 ədəd mobil telefon qulaqcığını Goranboy rayonu Veyisli kəndində yerləşən “Al” marketdən oğurladığını bildirmişdir. Odur ki, bir ədəd sellofan torbanın içərisində olan “VDENMENV D01V” markalı yaşıl rəngli qutuda olan qara rəngli 4 ədəd usb enerji naqili, “VDENMENV D01L” markalı çəhrayı rəngli qutuda olan ağ rəngli 5 ədəd usb enerji naqili, “VDENMENV D01T” markalı sarı rəngli qutuda olan qara rəngli 5 ədəd usb enerji naqili, “BASS EARPHONE” markalı ağ-göy rəngli qutuda ağ rəngli 7 ədəd mobil telefon qulaqcığı və “BASS EARPHONE” markalı qara-sarı rəngli qutuda qara rəngli 9 ədəd mobil telefon qulaqcığı iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə və saxlanıldığı Goranboy RPŞ-nin MSYdən azad edilməsi haqqında” 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə və saxlanıldığı Goranboy RPŞ-nin MSYdən azad edilməsi haqqında” 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübut qismində tanıma barədə” 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, Goranboy RPŞ-dən daxil olmuş 08 avqust 2023-cü il tarixli 3-xx-xx/1632/2023 nömrəli məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd ağ və göy rəngli kiçik ölçülü qutunun içərisində olan 83 ədəd 20 qəpikdən və 22 ədəd 10 qəpikdən ibarət 18 manat 80 qəpik pul, bir ədəd qara rəngli orta ölçülü qutunun içərisində olan 38 ədəd 20 qəpikdən, 36 ədəd 10 qəpikdən ibarət 11 manat 20 qəpik pul, bir ədəd böyük ölçülü ağ və qara rəngli qutunun içərisində 2 qutu LD markalı nazik qara rəngli siqaret, 2 qutu “Keno” markalı boz qızılı nazik siqaret, 2 qutu “Viceroy” markalı qara rəngli nazik siqaret, 3 qutu “Magna” markalı qara nazik siqaret, 2 qutu "Magna" boz rəngli siqaret, 2 qutu “LD” markalı ağ kompakt qalın siqaret, 3 qutu “Classic İmperial” markalı kompakt siqaret, 2 qutu “Vinston Xstyle” markalı ağ qalın siqaret və bir qutu “Prima” markalı siqaret və bir ədəd sellofan paketin içərisində isə 48 ədəd “Zavira” markalı alışqanlar, 14 ədəd “Dilay” markalı kekslər və X1 götürülmüş bir ədəd sellofan torbanın içərisində olan “VDENMENV D01V” markalı yaşıl rəngli qutuda olan qara rəngli 4 ədəd usb enerji naqili, “VDENMENV D01L” markalı çəhrayı rəngli qutuda olan ağ rəngli 5 ədəd usb enerji naqili, “VDENMENV D01T” markalı sarı rəngli qutuda olan qara rəngli 5 ədəd usb enerji naqili, “BASS EARPHONE” markalı ağ-göy rəngli qutuda ağ rəngli 7 ədəd mobil telefon qulaqcığı və “BASS EARPHONE” markalı qara-sarı rəngli qutuda qara rəngli 9 ədəd mobil telefon qulaqcığı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə təhvil veriləcəyi nəzərə alınmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy şəhər Mərkəzi Bazarının 12 sentyabr 2023-cü il tarixli, 11 nömrəli məktubundan görünür ki, Goranboy rayonu ərazisində 2023-cü ilin iyul ayında “VDENMENV D01V” markalı yaşıl rəngli qutuda olan qara rəngli usb enerji naqilinin bir ədədinin qiyməti 4 manat 39 qəpik, “VDENMENV D01L” markalı çəhrayı rəngli qutuda olan ağ rəngli usb enerji naqilinin bir ədədinin qiyməti 4 manat 99 qəpik, “VDENMENV D01T” markalı sarı rəngli qutuda olan qara rəngli usb enerji naqilinin bir dədinin qiyməti 4 manat 39 qəpik, “BASS EARPHONE” markalı ağ-göy rəngli qutuda ağ rəngli mobil telefon qulaqcığının bir ədədinin qiyməti 3 manat 99 qəpik, “BASS EARPHONE” markalı qara-sarı rəngli qutuda qara rəngli mobil telefon qulaqcığının bir ədədinin qiyməti 3 manat 99 qəpik təşkil etməklə ümumi sayı 14 ədəd olan usb enerji naqillərinin və ümumi sayı 16 ədəd olan mobil telefon qulaqcığının qiymətləri birlikdə 128 manat 30 qəpik, Goranboy rayonu ərazisində 2023-cü ilin avqust ayında “Zavira” markalı bir ədəd alışqanın qiyməti 50 qəpik, “Full” markalı 0,5 litr həcmli bir ədəd enerji içkisinin qiyməti 1 manat, “Organic” markalı 0,7 litr həcmli bir ədəd arağın qiyməti 10 manat, “Kuller” markalı 0,5 litr həcmli bir ədəd pivənin qiyməti 2 manat 50 qəpik, “Sarıkız” markalı 200 ml həcmli bir ədəd qazlı içkinin qiyməti 1 manat, “Dilay” markalı bir ədəd olan keksin qiyməti 30 qəpik, “Prima Gold” markalı bir qutu siqaretin qiyməti 2 manat 40 qəpik, “LD Compact” markalı bir qutu siqaretin qiyməti 3 manat 20 qəpik, “Keno Club” markalı nazik qızılı rəngli mentollu bir qutu siqaretin qiyməti 2 manat 40 qəpik, “Magna Carbon” markalı nazik qara rəngli bir qutu siqaretin qiyməti 2 manat 40 qəpik, “Magna Compact” markalı bir qutu siqaretin qiyməti 2 manat 40 qəpik, “Vinston Compact” markalı bir qutu siqaretin qiyməti 3 manat 80 qəpik, “Classic Compact” markalı bir qutu siqaretin qiyməti 2 manat 60 qəpik, “LD” markalı qara nazik bir qutu siqaretin qiyməti 3 manat 40 qəpik, "Viceroy” markalı nazik qara bir qutu siqaretin qiyməti 2 manat 40 təşkil etməklə, “Zavira” markalı 50 ədəd alışqanın qiyməti 25 manat, “Full” markalı 10 ədəd 0,5 litr həcmli enerji içkisinin qiyməti 10 manat, “Organic” markalı 0,7 litr həcmli 5 ədəd arağın qiyməti 50 manat, “Kuller” markalı 0,5 litr həcmli 5 ədəd pivənin qiyməti 12 manat 50 qəpik, “Sarıkız” markalı 200 ml həcmli 10 ədəd qazlı içkinin qiyməti 10 manat, “Dilay” markalı 20 ədəd olan keksin qiyməti 6 manat, “Prima Gold” markalı bir qutu siqaretin qiyməti 2 manat 40 qəpik, “LD Compact” markalı 20 qutu siqaretin qiyməti 64 manat, “Keno Club” markalı nazik qızılı rəngli mentollu 20 qutu siqaretin qiyməti 48 manat, “Magna Carbon” markalı nazik qara rəngli 15 qutu siqaretin qiyməti 36 manat, “Magna Compact” markalı 20 qutu siqaretin qiyməti 48 manat, “Vinston Compact” markalı 25 qutu siqaretin qiyməti 95 manat, “Classic Compact” markalı 14 qutu siqaretin qiyməti 36 manat 40 qəpik, “LD” markalı qara nazik 17 qutu siqaretin qiyməti 57 manat 80 qəpik, "Viceroy” markalı nazik qara 12 qutu siqaretin qiyməti 28 manat 80 qəpik, cəmi 529 manat 99 qəpik təşkil etmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İHB-nın Veyisli kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İHB-nın Veyisli kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödəmişlər, onlar barışmışlar. Təqsirləndirilən şəxslərdən heç bir şikayət, tələbi və iddiası yoxdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5 ərizəsindən görünür ki, təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tam ödəmişdir, barışmışlar. Təqsirləndirilən şəxsdən heç bir şikayət, tələbi və iddiası yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini; yetkinlik yaşına çatmamasını; törətdiyi əməlləri etiraf edib peşman olmasını; zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını; yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (08 avqust 2023-10 avqust 2023-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini; yetkinlik yaşına çatmadan cinayət əməlini törətməsini, törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (08 avqust 2023-10 avqust 2023-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. İş üzrə maddi sübutların qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Təqsirləndirilən şəxs2, məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmələrinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkillər Müdafiəçi1 və X9 tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X9 məhkəmədə iştirak etdiyi 06 (altı) iş saatına görə hər birinə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut bir ədəd ağ və göy rəngli kiçik ölçülü qutunun içərisində olan 83 ədəd 20 qəpikdən və 22 ədəd 10 qəpikdən ibarət 18 manat 80 qəpik pul, bir ədəd qara rəngli orta ölçülü qutunun içərisində olan 38 ədəd 20 qəpikdən, 36 ədəd 10 qəpikdən ibarət 11 manat 20 qəpik pul, bir ədəd böyük ölçülü ağ və qara rəngli qutunun içərisində 2 qutu LD markalı nazik qara rəngli siqaret, 2 qutu “Keno” markalı boz qızılı nazik siqaret, 2 qutu “Viceroy” markalı qara rəngli nazik siqaret, 3 qutu “Magna” markalı qara nazik siqaret, 2 qutu "Magna" boz rəngli siqaret, 2 qutu “LD” markalı ağ kompakt qalın siqaret, 3 qutu “Classic İmperial” markalı kompakt siqaret, 2 qutu “Vinston Xstyle” markalı ağ qalın siqaret və bir qutu “Prima” markalı siqaret və bir ədəd sellofan paketin içərisində isə 48 ədəd “Zavira” markalı alışqanlar, 14 ədəd “Dilay” markalı kekslər saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut bir ədəd sellofan torbanın içərisində olan “VDENMENV D01V” markalı yaşıl rəngli qutuda olan qara rəngli 4 ədəd usb enerji naqili, “VDENMENV D01L” markalı çəhrayı rəngli qutuda olan ağ rəngli 5 ədəd usb enerji naqili, “VDENMENV D01T” markalı sarı rəngli qutuda olan qara rəngli 5 ədəd usb enerji naqili, “BASS EARPHONE” markalı ağ-göy rəngli qutuda ağ rəngli 7 ədəd mobil telefon qulaqcığı və “BASS EARPHONE” markalı qara-sarı rəngli qutuda qara rəngli 9 ədəd mobil telefon qulaqcığı saxlanılması üçün Nümayəndə qaytarılması nəzərə alınsın. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. X9 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-87/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-87/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver