Məhkəmə qərarları › İş №1(045)-89/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-89/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-89/2023 07.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Goranboy rayon vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2 qzının, onun müdafiəçisi Goranboy rayon vəkil bürosunun vəkili Müdafiəçi2 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1967-ci il tarixdə Kəlbəcər rayonu Zülfüqarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Boluslu kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 qzının 128-ci maddəsi ilə xx.xx.1988-ci il tarixdə Goranboy rayonu Cinliboluslu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Boluslu kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Goranboy Rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 10 avqust 2023-cü il tarixdə saat 21:00 radələrində Goranboy rayonu Boluslu kəndində yaşadığı fərdi yaşayış evində gəlini Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən döşəmə silmək üçün ağacla sonuncunun sol qol nahiyəsinə vuraraq sol bazunun hematoması xəsarəti ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs1 10 avqust 2023-cü il tarixdə saat 00:00 radələrində Goranboy rayonu Boluslu kəndində yaşadığı fərdi yaşayış evinin həyətində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən yumruqla sonuncunun baş və sifət nahiyələrinə zərbələr vuraraq sol göz ətrafının hematoması, sol almacıq sümüyünün sınığı xəsarətləri ilə nəticələnən həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır, 2014-cü ildə evlənmişlər, birgə nigahdan 2 övladları var. Əvvəllər münasibətləri yaxşı olsa da, təxminən bir ildir ki, münasibətləri pisləşmişdir. Münasibətlərinin pisləşməyinə səbəb, Gülnarənin onun ata və anası ilə mübahisə etməsi və onları söyüb təhqir etməsidir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Gülnarə 8 yaşlı qızı Gövhərə demişdir ki, “səni çimizdirib, gör səni nağaracam”. O, Gülnarəyə, uşağı hamama aparmamasını, qızına isə, yanında oturmasını demişdir. Bundan sonra Gülnarə qızı Gövhəri zorla çəkib aparmaq istədikdə o, uşağı onun əlindən alıb başqa otağa aparandan sonra Gülnarə digər otağa girib, anasını və xəstə (əlil) atasını döyməyə başlamışdır. O, tez Gülnarənin saçından tutub valideyinlərindən aralamışdır. Bundan sonra Gülnarə evdən çıxıb getmiş və təxminən saat 00:00 radələrində qayıdıb gəlmişdir. O, Gülnarənin harada olmasını bildirdikdə, Gülnarə polisə getdiyini bildirmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, sillə ilə Gülnarənin sifətinə vurmuşdur. Hazırda o Gülnarə ilə barışmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 qzı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun oğlu, Zərərçəkmiş şəxs isə gəlinidir. Onlar bir evdə yaşayırlar. Oğlu ilə gəlini 2014-cü ildə ailə qurmuşlar və iki azyaşlı uşaqları vardır. Əvvəllər münasibətləri yaxşı olsa da, təxminən bir ildir ki, gəlini ilə aralarında narazılıqlar yaranmışdır. Tez-tel evlərində söz-söhbət olur. xx.xx.2023-cü il tarixdə gəlini Zərərçəkmiş şəxs saat 21 radələrində nəvəsi Gövhərə “səni çimizdirib gör başına nə oyun açacam» dediyini, həmin vaxt oğlu Davudun Gülnarəyə, uşağı hamama aparmamasını deyərək, qızına yanında oturmasını dediyini bildirmişdir. Bundan sonra Gülnarə Gövhəri zorla çəkib aparmaq istədikdə Davud uşağı onun əlindən alıb başqa otağa aparandan sonra Gülnarə əli ilə onun sifətinə bir neçə dəfə vuraraq onu döymüşdür.O da özünü qorumaq üçün Gülnarəni vurmuşdur. Bundan sonra həyat yoldaşı Asim onları aralamışdır. Daha sonra Gülnarə çölə qaçmış və yerdən qara daş götürüb Davudun başına vurmuş, ona xəsarət yetirmişdir. Bundan sonra gəlini Gülnarə oğlunu da götürüb evdən getmiş, saat 00:00 radələrində qayıdıb gəldikdə yenidən oğlu Davudla aralarında mübahisə yaranmış və bir-biri ilə dalaşmışlar. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Gülnarə mübahisə zamanı ona və əlil həyat yoldaşına hücüm edib, onu döyən zaman o özünü qorumaq üçün evdəki pol ağacını götürüb Gülnarəni özündən kənarlaşdırmaq istəyən zaman ola bilsin ki, onun qoluna vurmuşdur.Həmin pol ağacının köhnə,cürümüş ağac olduğunu və sındığı üçün yandırdıqlarını, evlərində olmadığına görə də təqdim edə bilməyəcəyini göstərmişdir. Zərərçəkmiş şəxs barışmışdır Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun əridir, 2014-cü ildə evlənmişlər, birgə nigahdan 2 övladları vardır. Əvvəllər Davudla münasibəti yaxşı olsa da, təxminən bir ildir ki, münasibətləri pisləşmişdir. Münasibətlərinin pisləşməsinə səbəb Davudun bir ildir ki, spirtli içki aludəçisi olub, tez-tez evdə münaqişə yaratması, evin əşyalarını qırıb, dağıtması, tez-tez özünə xəsarət yetirməsi olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində o, 8 yaşlı qızı Gövhəri hamama aparıb cimizdirmək istəmiş, Davud isə ona uşağı çimizdirməməsini demişdir. Bu səbəbdən aralarında münaqişə yaranmış, Davud ona nəlayiq ifadələr işlətmiş, qaynanası Gülarə isə ona hücüm etmişdir. Davud başı ilə onun başının arxa hissəsinə zərbə vurmuş,qaynanası isə pol ağacı ilə sol qolundan vurmuşdur. O isə 7 yaşlı oğlu Ömərlə evdən qaçmış, Goranboy RPŞ-nə gəlmişdir. Şikayət ərizəsi yazıb, evə qayıtmışdır. Saat 00 radələrində evə çatdıqda, darvazadan həyətə daxil olanda Davud üstünə gələrək, “sənə birdə bu evə gəlmə deməmişdimmi” deyib, onun saçından tutub darvazanın ağzına kimi sürümüş, darvazanın qarşısında yumruqla sol göz nahiyəsinə zərbə vurub onu döymüş,sonra isə öz başını barıya vurub özünə xəsarət yetirmişdir, ondan sonra ona nəlayiq ifadələr işlədərək qovmuşdur.O isə, yenidən Goranboy RPŞ-nə gəlmişdir. Bədənində xəsarətləri olduğuna görə onu tibb-ekspertizaya göndərmişlər və MTE-dan keçmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində o, Davudun sadəcə sinəsindən itələdiyini, ancaq onun daşla başına və qoluna vurmadığını, Davud özü başını divara vurduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Davud onu başı ilə vurmuş, qaynanası isə pol ağacı ilə sol qolundan vurmuşdur, aralarında mübahisə olan zaman o da qaynanası ilə tutaşdığını, ola bilsin ki, əlinin qaynanasına dəydiyini, itələdiyini bildirmişdir. Hadisə zamanı yanında azyaşlı oğlu Ömər, qaynanası Gülarənin olduqlarını, hadisənin əvvəlcə evin içində, sonra isə həyətlərində olmasını bildirmişdir. O Təqsirləndirilən şəxs2 qzı və Təqsirləndirilən şəxs1 ilə barışmışdır. Onlara dair heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli,549 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən bədəni üzərində müəyyən edilmiş xəsarətlər a) sol göz ətrafının hematoması, sol almacıq sümüyünün sınığı küt əşyanın (ların) o, cümləldən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir, b) sol bazunun hematoması bərk küt əşyanın (ların) o, cümləldən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən taxta parçası ilə vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Təqsirləndirilən şəxs2 ərizəsindən görünür ki, o Zərərçəkmiş şəxs ilə barışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Təqsirləndirilən şəxs1 ərizəsindən görünür ki, o Zərərçəkmiş şəxs ilə barışmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 qzının əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qzı ona istinad edilən əməli törətdiyini etiraf etmiş, həmçinin səmimi peşmanlıq hissi keçirdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirmişdir. Eyni zamanda zərər çəkmiş şəxsin məhkəməyə ünvanlanmış ərizəsində o təqsirləndirilən şəxslərlə barışdığı, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qzının cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxslər cinayət məsuliyyətindən azad edilməli və onlar barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2 və 40.2.2-ci maddələrinə əsasən isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxslərin ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, eləcə də onlarınm zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və və Təqsirləndirilən şəxs2 qzı cinayət məsuliyyətindən azad edilməli və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan, Təqsirləndirilən şəxs2 qzı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli, onlar barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALİR: Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 qzı cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 qzı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar