Məhkəmə qərarları › İş №1(045)-9/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-9/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-9/2024 15.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 14:45 X7 Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1998-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində sərxoş vəziyyətdə Goranboy rayonu, Goran qəsəbəsində yerləşən, ictimai yer hesab edilən “Lüks” çay evində, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik, ətrafdakı insanlara laqeydlik nümayiş etdirib etinasızlıq göstərərək, özünü ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək əvvəlcə çay evinin içərisində müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs1 heç bir səbəb olmadan üz nahiyəsindən əli ilə bir dəfə qəsdən şillə vurmuş, bu zaman onu intizama dəvət edərək, ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən dostu Zərərçəkmiş şəxs4 əlləri ilə qəsdən itələyərək stolun üstünə yıxıb çay evindən çölə çıxaraq, həmin çay evinin qarşısında üzərində gəzdirdiyi qatlanan cib bıçağını çıxarıb uca səslə ünvansız söyüşlər söyərək, Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan əli ilə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya alt çənənin kəsilmiş yarası ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək, əlindəki bıçaqdan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs2 arxası ilə qaçıb zor tətbiq etmə hədəsi ilə qərəzli hərəkətlərini davam etdirmiş, bundan sonra həmin çay evinin qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi VAZ 2107 markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləşib əlindəki silah qismində istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs3 boğaz nahiyəsinə dirəyib onu hədələyərək avtomobili qaranlığa sürməsini bildirməklə “Lüks” çay evinin normal iş fəaliyyətini və müştəri qismində əyləşən şəxslərin istirahət hüququnu 15- 20 dəqiqə ərzində pozmaqla xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, 06 sentyabr 2023-cü il tarixdə saat 22:30 radələrində Goranboy rayonu, Goran qəsəbəsinin ərazisində, “Lüks” çay evinin içərisində və qarşısında Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı qərəzli xuliqanlıq hərəkətlərini etdikdən sonra, tamah məqsədilə özgənin əmlakını açıq talamaq niyyətilə Zərərçəkmiş şəxs3 məxsus VAZ 2107 markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 avtomobildən düşürüb həmin çay evinin yan tərəfinə, qaranlıq yerə aparıb orada onun cibində olan 200 manat pulunu alaraq, özgə əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Mingəçevir şəhərində yaşayan tanışı Aqilə özünə məxsus ağ rəngli dövlət qeydiyyat nişanını bilmədiyi VAZ 2106 markalı avtomobili ilə dişini düzəltdirmək üçün Goranboy rayonu Səmədabad kəndində yaşayan qohumu diş həkimi Elxangilə aparmağını xahiş etmiş, Aqil də, onunla razılaşmışdır. Ona görə də, Aqilin idarə etdiyi avtomobillə tanışı Nicad və Vüsalla Elxangilə gəlmişdir. Elxan onun dişini düzəldib qurtarmış, sonra onlar Elxangildə nahar etmişlər. Nahar edərkən Elxan, Nicad, Elxanın atası və o 700 qramlıq spirtli içki olan araq içmişlər. Həmin vaxt Aqil avtomobil idarə etdiyi üçün spirtli içki qəbul etməmişdir. Həmçinin Vüsal da spirtli içki qəbul etməmişdir. Saat 21:30 radələrində onlar Elxangildən çıxıb Mingəçevir şəhərinə getmişlər. Yolda, Goranboy rayonu Goran qəsəbəsində yerləşən çay evində çay içmək qərarına gəlmişlər. Ona görə də, Aqil avtomobili çay evinin qarşısında saxlamış, onlar dördü də, avtomobildən düşüb çay evinə getmişlər. Onlar çay evinə daxil olmuş və o ofisiant qızdan “buranı Arif işlədir deyib” soruşmuşdur. Qız da ona ağız ucu “yox” demişdir. O da, həmin qıza “niyə belə cavab verirsən” demişdir. Belə ki, əvvəllər həmin çay evini Arif işlətmiş və o dəfələrlə həmin çay evinə gəlmişdir. Ofisiant qız pivə süzüb sonradan adlarını bildiyi, Əvəzin, Kənanın, Nihatın, Hüseynin və adını bilmədiyi şəxsin oturduqları masaya aparmışdır. Həmin qız özü də sonuncuların masasında əyləşmişdir. Onlar qayıdıb çıxarkən Nihat ona “nə olub” demiş, o da, sonunculara yaxınlaşıb “mənləsən” demiş, Nihat da, ona “yox səninlə deyiləm” demişdir. Bundan sonra sonuncularla onun arasında mübahisə düşmüş, o, əli ilə Əvəzin sifətinə bir sillə vurmuş, Əvəz stolun üstünə yıxılmışdır. Nicad, Aqil və Vüsal onu sakitləşdirib çay evindən çıxartmağa çalışmışlar. Həmin vaxt o, öz dostu Nicadı əli ilə itələmiş, sonra onlar hamısı çay evindən küçəyə çıxmışlar və o sonuncularla dalaşmışdır.Həmin vaxt o, Hüseynin sifətinə bir zərbə vurmuş, sonra Kənan, Əvəz və o, bir qədər kənara çəkilib mübahisə etməyə başlamışlar. Sonra Kənan qaçıb getmiş, Əvəzlə o ikisi qalmışdır. Həmin vaxt Əvəzə “üstündə pulun varmı” demiş, Əvəz də, ona “üstündə pulunun olduğunu” bildirmişdir. Sonra Əvəz cibindən 200 manat pulu çıxardıb ona vermiş, bundan sonra Əvəzlə o sonuncuların gəldiyi VAZ 2107 markalı avtomobilə əyləşmişlər. Həmin vaxt avtomobilin sürücüsü də avtomobildə olmuş, dostu Nicad da, avtomobilə yaxınlaşıb onu avtomobildən düşürmüş, o da, Əvəzlə və sürücü ilə söhbət edib sağollaşıb avtomobildən düşmüşdür. Sonra isə onlar Mingəçevir şəhərinə getmişlər.Həmin pulun 150 manatını nisyə aldığı telefona vermiş, qalan 50 manatı isə özü xərcləmişdir. Əvəzdən pul almağını yanında olan Aqil, Nicad və Vüsal bilməmişlər.Zərərçəkmiş şəxs1, Şahid1 və Zərərçəkmiş şəxs2 ifadələrində göstərdikləri doğru deyil. Hadisə vaxtı o sonuncuların üzərinə bıçaq çıxarmamış, ümumiyyətlə onda bıçaq olımamışdır.“Çay evi”ndə Əvəzgilə yaxınlaşanda özünü Maqa kimi təqdim etmiş, lakin Gəncəli Maqanı tanımır və elə bir söz deməmişdir. VAZ 2107 markalı avtomobildə oturmuş, həmin vaxt avtomobilin sürücüsü və Əvəz avtomobildə olmuşlar. Lakin o, sürücünün boğazına bıçaq dirəməmişdir.Belindən bıçaq çıxartmamış və Hüseynin arxası ilə əlində bıçaqla onun arxası ilə qaçmamışdır.Zərərçəkmiş şəxs1 avtomobildən düşürüb “Çay evi”nin arxa tərəfinə dirəklərin yanına aparmış, lakin həmin vaxt əlində bıçaq olmamışdır, Əvəzə “cibində nə qədər pul varsa çıxart mənə ver”deməmişdir. Lakin Əvəzin 200 manat pulunu almışdır. Etdiyi əməldən peşmandır. Vətən müharibəsi iştirakçısıdır. Zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəmişdir və barışmışlar. Göstərilən halları nəzərə alıb barəsində şərti cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1, Şahid2 və Şahid1 onun dostlarıdır. 06 sentyabr 2023-cü il tarixdə saat 18:10 radələrində Gəncə şəhərində yerləşən Fizuli bağının aşağı tərəfində onlar görüşüb söhbət edən zaman Goranboy rayonu Goran qəsəbəsi ərazisində yerləşən “Çay evi”nə getmək qərarına gəlmişlər. O, həmin vaxt tanışı taksi sürücüsü işləyən Atinə zəng edib onları aparıb gətirməsi üçün dəvət etmiş, bir az keçmiş Atin idarə etdiyi qara rəngli VAZ-2107 markalı avtomobillə onların yanına gəlmişdir. Avtomobilin qabaq sağ oturacağında o, arxada isə Nihat, Kənan və Əvəz əyləşmişlər. Birlikdə Goranboy rayonu Goran qəsəbəsində yerləşən “Çay evi”nə gəlmişlər. Onlar “Çay evi”ndə pərdə ilə ayrılmış kupedə bir stol arxasında əyləşib qəlyan, 3 kofe, 6 bakal pivə, 2 noxud, saçaqlı pendir və 2 ədəd də bizon içkisi sfariş etmişlər, həmin vaxt onlara xidməti sonradan adını bildiyi Nərmin adlı bir qız göstərmiş, bir az keçmiş Nərmin onların sifarişini stola gətirmişdir. Onlardan başqa “Çay evi”ndə digər müştərilər də olmuşdur. Təxminən 40 dəqiqə “Çay evi”ndə əyləşib istirahət etmişlər, həmin vaxt saat 21 radələri olmuşdur. O, dostlarına gecdi evə gedək demiş, dostları da ona yarım saat oturub gedərik demişlər. O, da, taksi sürücüsü Atinlə birlikdə “Çay evi”ndən çıxıb sonuncunun idarə etdiyi avtomobilin yanına gedib avtomobildə əyləşmişlər. Təxminən 5 dəqiqə keçmiş Nihat onların yanına gəlib “Çay evi”ndə tanımadığı şəxslə Əvəzin arasında dava baş verdiyini deyərək çay evinə gəlin demiş, o və Atin avtomobildən düşüb “Çay evi”nə daxil olmuşlar. Nihat isə “Çay evi”nin giriş qapısında durmuş, o “Çay evi”ndə Maqa ləqəbli Müşviqlə söhbət edərək nə baş verməsini soruşmüş, o belə deyən də Müşviq ona “sən kimsən, sən bunların rəhbərisən deyərək” onunla mübahisə etmiş, bu vaxt Müşviqin yanına dostu sonradan adını bildiyi Nicad gəlmiş, Nicad həmin vaxt Müşviqə nə məsələdir demiş, Müşviq də, həmin vaxt “sən mənim məsələmə qarışma” deyib əli ilə sonuncunun sifətinə vurub yerə yıxmışdır. O da, Nicadın əlindən tutub yerdən qaldırmış, bundan sonra Müşviq onların yanına yaxınlaşan dostu Əvəzin sifətinə əli ilə bir sillə vurmuşdur. O, tez araya girib Müşviqi çay evindən çölə çıxarmış, həmin vaxt Nihat da “Çay evi”nə daxil olmuş, bu zaman Müşviq belindən qatlanan bıçaq çıxardıb açmış, həmin vaxt dostu Nihat Müşviqin əlində bıçaq görüb qaçıb getmiş, sonra Müşviq ona yaxınlaşıb əli ilə onun çənəsinin altına bir zərbə vurmuş və dırnağı ilə ona xəsarət yetirmişdir. Müşviqin yanındakı Nicad isə sonuncunu sakitləşdirmək istəmişdir. Sonra o, qaçmağa başlamış, Müşviq də, əlində bıçaq onun arxası ilə qaçmış, lakin Müşviq ona çata bilmədiyi üçün geri qayıtmışdır. Bu zaman dostu Kənan da, qaçıb getmişdir. O, gəlib otluqda Kənanı tapmış, təxminən 20 dəqiqə keçmiş Atin ona zəng edib narahat olmayın Goranboy RPŞ-nin əməkdaşları burdadı, Müşviqgil isə çıxıb getmişlər demişdir. O birinci qorxduğu üçün getmək istəməmiş, sonra həmin yerə Kənanla birlikdə getmişdir. Onlar “Çay evi”nin qarşısına çatanda Atini, Əvəzi, “Çay evi”ndə işləyən 2 qızı və digər şəxsi görmüşdür. X8 avtomobildən düşürüb kənara çəkərək 200 manat pulunu aldığını bilmişdir. Onun həmin vaxt boğaz nahiyəsində qan axmış, “Çay evi”ndə xidmətçi işləyən Nərmin də ona gedək boğazının qanını yu demiş, o da, Nərminə “getmirəm” demişdir. Sonra onlar Atinə məxsus avtomobillə evlərinə getmişlər. Hadisə 06 sentayabr 2023-cü il tarixdə saat 22 radələrində Goranboy rayonu, Goran qəsəbəsində yerləşən “Çay evi”ndə və qarşısında baş vermişdir. Hadisə vaxtı Mingəçevir şəhər sakini Maqa ləqəbli Müşviq “Çay evi”ndə birinci xidmətçi qadın Nərminə sataşmış, sonra dostu Əvəzin sifətinə bir şillə vurmuş, “Çay evi”nin qarşısında Müşviq onun boğaz nahiyəsinə vurmuş və bıçaqla arxası ilə qaçmış, Müşviq sürücü Atini bıçaqla hədələmiş və sonra Əvəzi avtomobildən düşürüb kənara aparıb 200 manat pulunu almışdır. Müşviqin yanında olan şəxslər sonuncunu sakitləşdirib aparmağa çalışmışlar. Müşviqin yanında olan şəxslər ona və dostlarına heç bir zor göstərməmişlər. Müşviq Məmmədovla barışdığından, ona qarşı hər hansı şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, onun özünə məxsus VAZ 2107 markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobili var. Zərərçəkmiş şəxs2 tanıyır. Hüseynin dayısı ilə dostdur. 06 sentyabr 2023-cü il tarixdə saat 18:10 radələrində Gəncə şəhərində olan zaman Hüseyn ona zəng edib Zərərçəkmiş şəxs1, Şahid2, Şahid1 və onu Goranboy rayonu Goran qəsəbəsində yerləşən “Çay evi”nə aparmağını xahiş etmiş, o da, Hüseynlə razılaşıb onların yanına yəni Gəncə şəhərində yerləşən Fizuli bağının aşağı tərəfinə getmişdir. Avtomobilinin qabaq sağ oturacağında Hüseyn, arxada isə Nihat, Kənan və Əvəz əyləşmişlər. O, sonuncuları “Çay evi”nə gətirmiş, onlar “Çay evi”ndə pərdə ilə ayrılmış kupedə bir stol arxasında əyləşib qəlyan, 3 kofe, 6 bakal pivə, 2 noxud, saçaqlı pendir və 2 ədəd də bizon içkisi sfariş etmişlər. Həmin vaxt onlara xidməti sonradan adını bildiyi Nərmin adlı bir qadın göstərmişdir. Bir az keçmiş Nərmin onların sifarişini stola gətirmişdir. Onlardan başqa “Çay evi”ndə digər müştərilər də olmuşdur. Təxminən 40 dəqiqə çay evində əyləşmişlər, həmin vaxt saat 21 radələri olmuşdur. Hüseyn dostlarına “gecdi evə gedək” demiş, Hüseynin dostları da yarım saat oturub gedək demişlər. Hüseynlə o, birlikdə “Çay evi”ndən çıxıb idarə etdiyi avtomobilin yanına gedib avtomobildə əyləşib söhbət etmişlər. Təxminən 5 dəqiqə keçmiş Nihat onların yanına gəlib “Çay evi”ndə tanımadığı şəxslə Əvəzin arasında dava baş verdiyini deyərək “Çay evi”nə gəlin demiş, o və Hüseyn də avtomobildən düşüb “Çay evi”nə daxil olmuşlar. Nihat isə “Çay evi”nin giriş qapısında durmuşdur. Hüseyn “Çay evi”ndə Maqa ləqəbli Müşviqlə söhbət edərək nə baş verməsini soruşmuş, Hüseyn belə deyəndə Müşviq “sən kimsən, sən bunların rəhbərisən deyərək” mübahisə etmiş, bu vaxt Müşviqin yanına dostu sonradan adını bildiyi Nicad gəlmiş. Nicad həmin vaxt Müşviqə nə məsələdir demiş, Müşviq də həmin vaxt “sən mənim məsələmə qarışma” deyib əli ilə sifətinə vurub yerə yıxmışdır. Hüseyn də Nicadın əlindən tutub yerdən qaldırmış, bundan sonra Müşviq onların yanına yaxınlaşan Əvəzin sifət nahiyəsindən əli ilə bir sillə zərbəsi vurmuşdur. Hüseyn tez araya girib Müşviqi “Çay evi”ndən çölə çıxarmış, həmin vaxt Nihat da “Çay evi”nə daxil olmuş, bu zaman Müşviq belindən qatlanan bıçaq çıxartmış, həmin vaxt Kənan qaçıb getmiş və Kənanı tapa bilməmişlər. Həmin vaxt Nihat da, Müşviqin əlində bıçaq görüb qaçıb getmişdir. X9 yaxınlaşıb əli ilə çənəsinin altına bir zərbə vurmuş və dırnağı ilə xəsarət yetirmişdir. Müşviqin yanındakı Nicad isə Müşviqi sakitləşdirmək istəmişdir. Sonra Hüseyn qaçmağa başlamış, Müşviq də əlində bıçaq arxası ilə qaçmış, lakin Müşviq Hüseynə çata bilmədiyi üçün geri qayıtmışdır. Sonra isə Nihat qayıdıb onların yanına gəlmiş, orada o, Nihat və Əvəz qalmışlar. Sonra onlar avtomobilə əyləşmişlər. Nihat avtomobilin qabaq sağ tərəf oturacağında əyləşmiş və ağlayaraq ona sür gedək demişdir. Əvəz isə avtomobilin arxa oturacağında əyləşmiş, həmin vaxt Müşviq avtomobilin arxa qapısını açıb Əvəzin yanında əyləşmiş, Nihad da Müşviq avtomobilə əyləşən kimi avtomobildən düşüb qaçmış, Müşviq isə bıçağı onun boynuna çəkib avtomobili qaranlığa sür demiş, o da, Müşviqə “Goranboy”danam demiş, bundan sonra Müşviq bıçağı boynundan çəkib qatlayıb cibinə qoymuş və ondan aralanmış, Müşviqə söhbəti qurtaraq demişdir. X11 avtomobildən düşürmüş və qucaqlayıb kənara aparıb söhbət edib gəlirik demişdir. Bir neçə dəqiqədən sonra Əvəz qayıdıb gəlmiş, Müşviqgildə çıxıb getmişlər. Əvəz avtomobilə əyləşmiş və onlar avtomobillə Gəncə şəhərinə getmişlər. Yolda o Hüseynə zəng edib söhbətin qurtardığını demiş, sonra Kənanla Hüseyni avtomobilinə götürmüşdür. Sonradan Əvəz ona Müşviq onu avtomobildən düşürdüb kənara çəkib 200 manat pulunu aldığını bildirmişdir.Hadisə 06 sentayabr 2023-cü il tarixdə saat 22 radələrində Goranboy rayonu, Goran qəsəbəsində yerləşən çay evində baş vermişdir. Hadisə vaxtı Mingəçevir şəhər sakini Maqa ləqəbli Müşviq çay evində birinci xidmətçi qadın Nərminə sataşmış, sonra Əvəzin sifətinə bir şillə vurmuş, “Çay evi”nin qarşısında Müşviq Hüseyinin boğaz nahiyəsindən əli ilə vurmuş və bıçaqla onun arxası ilə qaçmış, Müşviq avtomobildə isə onu və Əvəzi hədələmiş, Əvəzi sonra avtomobildən düşürüb kənara aparıb 200 manat pulunu almışdır. Müşviqin yanında olan şəxslər sonuncunu sakitləşdirib aparmağa çalışmışlar. Müşviqin yanında olan şəxslər ona və digər şəxslərə heç bir zor göstərməmişlər. Bədəni üzərində heç bir xəsarəti yoxdur. Hadisə vaxtı onu heç kimi vurmamış, eyni zaman o da heç kimi vurmamışdır. Müşviq Məmmədovla barışdığından, ona qarşı hər hansı şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxsla münasibəti normal olmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 06 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Mingəçevir şəhərində yerləşən Poçtun qarşısında dayanmış, həmin vaxt dostu Aqil ona zəng edib kömək etməyini xahiş etmiş, o da, iadrə etdiyi avtomobillə Aqilin yaşadığı evin qarşısına getmiş, Aqilnən orada 2-3 dəqiqə söhbət etmiş, sonra Aqilin qohumu onların yanına gəlmiş, bundan sonra Aqilin yaşadığı evə qalxmışlar. Sonra Aqilin evində olan paltar yuyan makinasını düşürüb həmin şəxsin avtomobilinə yerləşdirmişlər. Bundan sonra Aqil öz idarə etdiyi avtomobillə o da, öz idarə etdiyi avtomobillə Poçtun qarşısına getmişlər. Həmin vaxt onun mobil telefonuna Müşviq zəng edib onu Goranboy rayonuna aparmağını bildirmiş, o da, Müşviqə nəyə görə getdiyini soruşmuş, Müşviq də ona dişini düzəltdirməyə getdiyini bildirmişdir. O da, Müşviqə avtomobilinin nasaz olduğunu və Aqilə zəng edib “Goranboy rayonuna müştəri var gedibgələ bilərsənmi” demişdir. Aqil də ona “gedə bilərik” demişdir. Bundan sonra Aqilin idarə etdiyi avtomobillə Müşviqin yanına getmişlər. Müşviq yanında Həşimov kimi tanıdığı şəxslə gəlib avtomobilə əyləşmişlər. Həşimovu şəhər adamı kimi üzdən tanıyır. Bundan sonra onlar Goranboy rayonu Səmədabad kəndinə gəlmişlər, Səmədabad kəndində Elxan adlı həkim Müşviqin dişinə baxmış, sonra onlar Elxangildə nahar etmişlər. Nahar edərkən Elxan, Müşviq, Elxanın atası və o 700 qramlıq spirtli içki olan araq içmişlər. Həmin vaxt Aqil avtomobil idarə etdiyi üçün spirtli içki qəbul etməmişdir. Həmçinin Həşimova da spirtli içki qəbul etməmişdir. Saat 21:30 radələrində onlar Elxangildən çıxıb Mingəçevir şəhərinə getmişlər, yolda Goranboy rayonu Goran qəsəbəsində yerləşən “Çay evi”nə yaxınlaşanda Müşviq burada çay içməklərini bildirmiş, onlar isə lazım deyil gedək demişlər. Lakin Müşviqin təkidi ilə Aqil avtomobili “Çay evi”nin qarşısında saxlamışlar, sonra Müşviq avtomobildən düşüb “Çay evi”nə getmiş, bir neçə dəqiqədən sonra Aqil, Həşimov və o “Çay evi”nə getmişlər. O, “Çay evi”nə daxil olanda Müşviq sonradan adlarını bildiyi Əvəzlə, Kənanla, Nihatla, Hüseynlə və adını bilmədiyi şəxslə mübahisə etdiyini görmüş, o, sonunculara yaxınlaşıb Müşviqi aralamağa başlamış, həmin vaxt Müşviq Əvəzin üzünə bir şillə vurmuş, o Müşviqi aralayarkən Müşviq onu itələmiş və o orada stolun üstünə yıxılmışdır. Sonra onlar “Çay evi”ndən küçəyə çıxmışlar, o, yenə də sonuncuları aralamağa başlamış, həmçinin X4 sakitləşdirməyə çalışmışlar. Həmin vaxt Müşviq Hüeynin çənəsinin altına əli ilə bir dəfə zərbə vurmuş, bundan sonra Hüseyn qaçıb getmiş, Müşviq də, əlində bıçaqla Hüseynin arxası ilə qaçmağa başlamışdır. Müşviqin bıçağı haradan götürməyini görməmişdir. Sonra Müşviq qayıdıb gələrək Əvəzgilin gəldiyi avtomobilin arxa oturacağında əyləşmiş, həmin vaxt avtomobilin qabaq sağ tərəf oturacağında əyləşən Nihat avtomobildən düşüb qaçmışdır. X10 avtomobildən düşmüş və Müşviq Əvəzi kənara qaranlıq yerə aparmışdır. Bir neçə dəqiqədən X10 aralanmış və o, Müşviqi öz gəldikləri avtomobilin yanına aprıb avtomobilə əyləşdirmişdir. Bundan sonra onlar Mingəçevir şəhərinə getmişlər. Müşviqin Əvəzdən 200 manat pul almağından xəbəri olmamış və bu barədə Müşviq ona bir söz deməmişdir. Hadisə vaxtı o heç kimi vurmamışdır. Əksinə o həmin şəxslərə üzürxalqlıq etmişdir. Hadisə vaxtı Müşviqin əlində bıçaq olduğunu görmüş, lakin Müşviq həmin bıçağı haradan götürməyini bilməmişdir. Müşviq həmin bıçaqla Hüseynin araxası ilə qaçmışdır. Müşviq Məmmədovla barışdığından, ona qarşı hər hansı şikayəti, tələbi yoxdur. İttiham aktının siyahısında zərərçəkmiş şəxs kimi göstərilən Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən olunur ki, o, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ilkin izahat və ifadə verərkən Təqsirləndirilən şəxs onun 200 manat pulunu alıb qaçdığına görə çox əsəbi olmuş, lakin, Təqsirləndirilən şəxs pulunu qaytardığı üçün və üzləşdirmə zamanı ondan düzünü danışmağını xahiş etdiyinə görə düzgün ifadə vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 18:10 radələrində dostları Hüseyn, Nihad, Kənan və o Gəncə şəhərində Fizuli parkının aşağı tərəfində durub söhbət etmişlər, sonradan onlar Goranboy rayonu Goran qəsəbəsində yerləşən “Çay evi”nə getmək qərarına gəlmişlər. Əvvəldə bir dəfə həmin “Çay evi”ndə olmuşlar. Hüseyn adını sonradan bildiyi tanışı Atinə zəng edib onları avtomobilili ilə Goranboy rayonu Goran qəsəbəsində yerləşən “Çay evi”nə aparmağını xahiş etmiş, Atin də, Hüseynlə razılaşmışdır. Bir neçə dəqiqədən sonra Hüseynin tanışı Atin özünə məxsus dövlət qeydiyyat nişanını bilmədiyi qara rəngli VAZ 2107 markalı avtomobillə onların yanına gəlmiş, sonra onlar Atinin avtomobilinə əyləşib Goranboy rayonu Goran qəsəbəsində yerləşən “Çay evi”nə gəlmişlər. Onlar hamısı “Çay evi”nə daxil olmuşlar və “Çay evi”ndə pərdə ilə ayrılmış boş kupenin birində əyləşib qəlyan, pivə və digər içkilər sifariş vermişlər.” Çay evi”ndə işləyən adını sonradan bildiyi ofisiant qız Nərmin sifarişlərini gətirib onların yanında əyləşmişdir. Təxminən 40 dəqiqə “Çay evi”ndə oturduqdan sonra Hüseyn onlara “gecdi durun evə gedək” demiş, onlar da, Hüseynə yarım saat oturub gedərik demişlər. Bu zaman Hüseyn taksi sürücüsü Atinlə birlikdə “Çay evi”ndən çıxıb avtomobilə getmişlər. Həmin vaxt saat 21 radələri olmuşdur. Sonra “Çay evi”nə Müşviq və başqa 3 nəfər tanımadığı şəxslər gəlmişdir. Həmin şəxslər kimisə axtarmışlar, ona görə də həmin şəxslərdən biri “Çay evi”ndə olan kupelərə baxmışdır. Sonra həmin şəxslər “Çay evi”ndən çıxanda onlardan biri yəni Müşviq onların yanında oturan Nərminə niyə gözlərini süzürsən demiş, Nərmin də Müşviqə yaxşı sağ ol demişdir. Bundan sonra Müşviq dostu Nihada “niyə mənə baxırsan” demişdir. Nihad da Müşviqə “qardaşım mən sənə baxmıram” demişdir. Sonra Müşviq onlar oturduqları kupeyə daxil olmuş, Müşviq onlara “siz tanıyırsız mən kiməm, mən Mingəçevirli Maqayam, Gəncəli Maqa məni yaxşı tanıyır” demişdir. Müşviq ucadan danışmış, sonra onlar kupedən zala çıxmışlar. Müşviq yenə də səs tonunu qaldırıb onun üzünə sillə ilə vurmuşdur. Həmin vaxt dostu Hüseynlə taksi sürücüsü Atin “Çay evi”nə daxil olmuşlar və Hüseyn Müşviqin qolundan tutub “qaqa səbirli ol” demişdir. Müşviq də ona “bunları çağırdın üstümə” demişdir. O da, Müşviqə “çağırmadım, onlarla biz bir yerdə oturmuşduq, onlar sonra çölə çıxmışdılar” demişdir. Bundan sonra Hüseyn Müşviqi “Çay evi”ndən çölə çıxarmış, bu zaman Müşviq belindən qatlanan bıçaq çıxardıb açmış, həmin vaxt dostu Nihad Müşviqin əlində bıçaq görüb qaçıb getmişdir. Sonra Müşviq dostu Hüseynə yaxınlaşıb əli ilə onu vurmuş və dırnağı ilə Hüseynin çənəsinin altına xəsarət yetirmişdir. Müşviqin yanındakı ağ koftalı oğlan isə onu sakitləşdirmək istəmişdir. Sonra Hüseyn qaçmağa başlamış, Müşviq də əlində bıçaq Hüseynin arxası ilə qaçmışdır. Müşviq Hüseynə çata bilmədiyi üçün geri qayıtmışdır. Bu zaman dostu Kənan da qaçıb getmişdir. Sonra isə Nihad qayıdıb onların yanına gəlmiş, orada onları gətirən sürücü Atin, Nihad və o qalmışdır. Sonra onlar avtomobilə əyləşmişlər. Nihad avtomobilin qabaq sağ tərəf oturacağında əyləşmiş və ağlayaraq Atinə sür gedək demişdir. O, isə arxa oturacaqda əyləşmişdir. Həmin vaxt Müşviq avtomobilin arxa qapısını açıb onuna yanında əyləşmişdir. Nihad da, Müşviq avtomobilə əyləşən kimi avtomobildən düşüb qaçmış, Müşviqin yanındakı oğlan ağ koftalı oğlan isə Müşviqi qolundan tutub avtomobildən düşürmək istəmişdir. Müşviq isə avtomobildən düşməmişdir. Ağ koftalı oğlan onlardan aralanmış, sonra Müşviq bıçağı Atinin boğazına dirəyib avtomobilini qaranlığa sürməyini demiş, Atin də, avtomobilini sürməmiş, sonra Atin kiminsə adını Müşviqə demiş, bundan sonra Müşviq bıçağı aşağı salmış, sonra isə qatlayıb cibinə qoymuşdur. Sonra Müşviq onu avtomobildən yerə düşürüb “Çay evi”nin arxa tərəfinə dirəklərin yanına aparmışdır. Müşviq ona “cibində nə qədər pul varsa çıxart mənə ver, əgər dansan üstündən pul tapsam məndən incimə”demişdir. O da, cibində olan 200 manat pul çıxardıb Müşviqə vermişdir. Bundan sonra Müşviqgil çıxıb getmişlər. X12 zəng edib söhbətin qurtardığını bildirmiş, bundan sonra Hüseynlə Kənan onların yanına gəlmişlər və onlar Atinin avtomobilinə əyləşib Gəncə şəhərinə yaşadıqları evə getmişlər. Nihad isə özü yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurmuş olduğu 200 manat maddi ziyanı tam ödədiyini, ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şəhər uşağı kimi tanıyır. Nicadla Aqili isə taksi sürücüləri kimi tanıyır. 06 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Müşviqlə o, Mingəçevir şəhərində rastlaşmışlar. Həmin vaxt Müşviq ona Goranboy rayonunda yaşayan qohumu diş həkimi Elxanın yanına getdiyini və onunla birlikdə Elxangilə getməyi təklif etmişdir. O da, Müşviqlə razılaşmışdır. Ona görə də Aqillə Nicadın yanına getmişlər. Onlar Aqilə məxsus avtomobilə əyləşmişlər və onlar Goranboy rayonu Səmədabad kəndinə gəlmişlər. Səmədabad kəndində Elxan Müşviqin dişinə baxmış, sonra onlar Elxangildə nahar etmişlər. Nahar edərkən Elxan, Müşviq, Elxanın atası və Nicad 700 qramlıq spirtli içki olan araq içmişlər. Həmin vaxt Aqil avtomobil idarə etdiyi üçün spirtli içki qəbul etməmişdir. Həmçinin o da, spirtli içki qəbul etməmişdir. Saat 21:30 radələrində onlar Elxangildən çıxıb Mingəçevir şəhərinə getmişlər. Yol da Goranboy rayonu Goran qəsəbəsində yerləşən “Çay evi”nə yaxınlaşanda Müşviq burada çay içməklərini bildirmişdir. Onlar Müşviqə lazım deyil gedək demişlər. Lakin Müşviqin təkidi ilə Aqil avtomobili “Çay evi”nin qarşısında saxlamışdır. Sonra Müşviq avtomobildən düşüb “Çay evi”nə getmiş, bir neçə dəqiqədən sonra Aqil, Nicad və o “Çay evi”nə getmişlər. Müşviq sonradan adlarını bildiyi Əvəzlə, Kənanla, Nihatla, Hüseynlə və adını bilmədiyi şəxslə mübahisə etdiyini görmüşlər. Onlar sonunculara yaxınlaşıb Müşviqi onlardan aralamağa başlamışlar. Həmin vaxt Müşviq Əvəzin üzünə bir şillə vurmuş, Nicad Müşviqi aralayarkən Müşviq onu itələmiş və Nicad orada stolun üstünə yıxılmışdır. Sonra onlar “Çay evi”ndən küçəyə çıxmışlar. Onlar yenə də sonuncuları aralamağa başlamışlar. Həmin vaxt Müşviq Hüeynin çənəsinin altına əli ilə zərbə vurmuş, bundan sonra Hüseyn qaçıb getmiş, sonra Müşviq Hüseynin arxası ilə qaçmağa başlamışdır. O, gedib avtomobildə əyləşmiş, sonra Nicadla Müşviq qaça-qaça gəlib avtomobilə əyləşmişlər. Bundan sonra yaşadıqları evə getmişlər. Müşviqin Əvəzdən 200 manat pul almağından onun xəbəri olmamışdır və bu barədə Müşviqin özüdə ona bir söz deməmişdir. Hadisə vaxtı o, heç kimi vurmamışdır. Əksinə Müşviqin həmin şəxslərlə dava edərkən sakitləşdirməyə çalışmışdır. O, həmin şəxslərə üzürxalqlıq etmişdir. Hadisə vaxtı Müşviqin əlində bıçaq olduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 06 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Nicada zəng edib ona kömək etməyini xahiş etmiş, Nicad da idarə etdiyi avtomobillə onun yaşadığı evin qarşısına gəlmişdir. Nicadla orada 2-3 dəqiqə söhbət etmişlər. Sonra onun qohumu Sərxan onların yanına gəlmiş, bundan sonra yaşadığı evə qalxmışlar. Sonra evində olan paltar yuyan makinasını düşürüb Sərxanın avtomobilinə yerləşdirmişlər.Bundan sonra o, öz idarə etdiyi avtomobillə Nicad da öz idarə etdiyi avtomobillə Poçtun qarşısına getmişlər. Həmin vaxt Nicad ona zəng edib “Goranboy rayonuna müştəri var gedib-gələ bilərsənmi” demiş, o da, Nicada gedə bilərik demişdir. Bundan sonra onun idarə etdiyi avtomobillə Müşviqin yanına getmişlər. Müşviq yanında olan Vüsalla gəlib avtomobilinə əyləşmişlər. Bundan sonra onlar Goranboy rayonu Səmədabad kəndinə gəlmişlər. Səmədabad kəndində Elxan adlı həkim Müşviqin dişinə baxmış, sonra onlar Elxangildə nahar etmişlər. Nahar edərkən Elxan, Müşviq, Elxanın atası və Nicad 700 qramlıq spirtli içki olan araq içmişlər. Həmin vaxt o və Vüsal spirtli içki qəbul etməmişlər. Saat 21:30 radələrində onlar Elxangildən çıxıb Mingəçevir şəhərinə getmişlər. Yol da Goranboy rayonu Goran qəsəbəsində yerləşən “Çay evi”nə yaxınlaşanda Müşviq çay içməklərini bildirmiş, onlarda lazım deyil gedək demişlər. Lakin Müşviqin təkidi ilə o avtomobilini “Çay evi”nin qarşısında saxlamış, sonra Müşviq avtomobildən düşüb “Çay evi”nə getmişlər. Bir neçə dəqiqədən sonra o, Vüsal və Nicad “Çay evi”nə getmişlər. Həmin vaxt Müşviq sonradan adlarını bildiyi Əvəzlə, Kənanla, Nihatla, Hüseynlə və adını bilmədiyi şəxslə mübahisə etdiyini görmüşlər. Onlar sonuncuları aralamağa çalışmışlar. Sonra o, gedib avtomobilinə əyləşmişdir. Bundan sonra avtomobilini yanacaq doldurma məntəqəsinin yanına hərəkət etdirib dayandırmış, sonra Vüsal gəlib avtomobilinə əyləşmişdir. Bir neçə dəqiqədən sonra Müşviqlə Nicad qaça-qaça gəlib avtomobilinə əyləşmişlər. Bundan sonra onlar yaşadıqları Mingəçevir şəhərinə getmişlər. Müşviqin Əvəzdən 200 manat pul almağından onun xəbəri olmamışdır və bu barədə Müşviq özüdə ona bir söz deməmişdir. Hadisə vaxtı o heç kimi vurmamış, heç kimdə onu vurmamışdır. Hadisə vaxtı Müşviqin əlində bıçaq olduğunu görmüş, Müşviq həmin bıçağı belindən çıxartmışdır. Müşviq həmin bıçaqla Hüseynin araxası ilə qaçmışdır. Sonra Müşviq digər avtomobilin sürücüsünün arxası ilə də qaçmışdır. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1, Şahid2 və Zərərçəkmiş şəxs2 onun dostlarıdır. 06 sentyabr 2023-cü il tarixdə saat 18:10 radələrində Gəncə şəhərində yerləşən Fizuli bağının aşağı tərəfində onlar görüşüb söhbət edən zaman Goranboy rayonu Goran qəsəbəsi ərazisində yerləşən “Çay evi”nə getmək qərarına gəlmişlər.Hüseyn həmin vaxt qonşusu adını sonradan bildiyi taksi sürücüsü Atini həmin yerə dəvət etmiş, Hüseynin tanışı Atin də, idarə etdiyi qara rəngli VAZ-2107 markalı avtomobillə onların yanına gəlmişdir.Avtomobilin qabaq sağ oturacağında Hüseyn, arxada isə onlar əyləşmişlər. Birlikdə “Çay evi”nə gəlmişlər, onlar “Çay evi”ndə pərdə ilə ayrılmış kupedə bir stol arxasında əyləşib qəlyan, 3 kofe, 6 bakal pivə, 2 noxud, saçaqlı pendir və 2 ədəd də bizon içkisi sfariş etmişlər. Həmi vaxt onlara xidməti sonradan adını bildiyi Nərmin adlı bir qadın göstərmiş, bir az keçmiş Nərmin onların sifarişini stola gətirmiş, onlardan başqa “Çay evi”ndə digər müştərilər də olmuşdur. Təxminən 40 dəqiqə “Çay evi”ndə əyləşib istirahət edən zaman Hüseyn onlara gecdir evə gedək demiş, onlarda Hüseynə yarım saat oturub gedərik demişlər. Bu zaman Hüseynlə Atin “Çay evi”ndən çıxmışlar, bir neçə dəqiqədən sonra 4 nəfər “Çay evi”nə daxil olmuş, həmin şəxslər “Çay evi”ndə kimisə axtarmışlar, ona görə də, həmin şəxslərdən Maqa ləqəbli adını sonradan bildiyi Müşviq “Çay evi”ndə olan kupelərə baxmışlar. Sonra həmin şəxslər “Çay evi”ndən çıxanda onlardan biri onların yanınada oturan Nərminə “niyə gözlərini süzürsən” demiş, Nərmin də Müşviqə “yaxşı sağ ol” demişdir. Sonra həmin şəxslər “Çay evi”ndən çıxan zaman Müşviq dostu Nihata niyə baxırsan demiş, Nihai da Müşviqə “qardaşım mən sənə baxmıram” demişdir. Sonra həmin şəxslər “Çay evi”ndən çıxan zaman Müşviq onların yanına gəlib gupeyə daxil olaraq “siz tanıyırsız mən kiməm, mən Mingəçevirli Maqayam, Gəncəli Maqa məni yaxşı tanıyır” demişdir. Müşviq ucadan danışmış, onlar kupedən zala çıxmışlar. Müşviqin yanında olan dotsları onlara əyləşin Müşviqi sakitləşdirib aparacağıq demişlər, Müşviqin dostları sonra onlara “inşallah bir gün gəlib Gəncə də sizin qonağınız olarıq” demişlər. Bu zaman Nihat “Çay evi”ndən çıxıb taksi sürüsücü Atin yaşlı olduğu üçün onu çay evinə dava-dalaşın qarşısını almaq üçün çağırmağa getmiş, Müşviq yenə də səs tonunu qaldırıb Əvəzin üzünə sillə ilə vurmuş, həmin vaxt dostu Hüseynlə taksi sürücüsü Atin “Çay evi”nə daxil olmuş və Hüseyn Müşviqin qolundan tutub “qaqa səbirli ol” demişdir. Bundan sonra Hüseyn Müşviqi “Çay evi”ndən çölə çıxarmış, bu zaman Müşviq belindən qatlanan bıçaq çıxardıb açmış, həmin vaxt dostu Nihat Müşviqin əlində bıçaq görüb qaçıb getmiş, eyni zamanda o da, oradan qaçıb uzaqlaşmışdır. Bir heçə dəqiqədən sonra Hüseyn onun yanına qaçaraq gəlmiş və Hüseynin boğaz nahiyəsindən qan axdığını görmüşdür. Hüseyndən nə baş verməsini soruşmuş, Hüseyn də ona Müşviq onu əli ilə vurduğunu və Müşviqin dırnağı onun boğaz nahiyəsini cıraraq xəsarət yetirdiyini demişdir. Onlar hadisə yerinə Goranboy rayon polis şöbəsinin əməkdaşları gəldikdən sonra yaxınlaşmışlar. Hadisə 06 sentayabr 2023-cü il tarixdə saat 22 radələrində Goranboy rayonu, Goran qəsəbəsində yerləşən “Çay evi”ndə baş vermişdir. Hadisə vaxtı Mingəçevir şəhər sakini Maqa ləqəbli Müşviq “Çay evi”ndə birinci xidmətçi qadın Nərminə sataşmış, sonra dostu Əvəzin sifətinə bir şillə vurmuş, bundan sonra “Çay evi”nin qarşısında Müşviq əlində olan bıçaqla taksi sürücüsü Atini hədələmiş, sonra isə dostu Hüseyni əli ilə vurub xəsarət yetirmiş və bıçaqla arxası ilə qaçmış, Əvəzi isə avtomobildən düşürüb qaranlıq yerə apararaq 200 manat pulunu almışdır. Hadisə vaxtı onu heç kim vurmamış, eyni zamanda o da, heç kimi vurmamışdır.Hadisə zamanı xəsarət almamışdır. Müşviqin yanında olan şəxslər sonuncunu sakitləşdirib aparmağa çalışmışlar. Müşviqin yanında olan şəxslər ona və dostlarına heç bir zor göstərməmişlər. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 onun dostlarıdır. 06 sentyabr 2023-cü il tarixdə saat 18:10 radələrində Gəncə şəhərində yerləşən Fizuli bağının aşağı tərəfində biz görüşüb söhbət edərkən Goranboy rayonu Goran qəsəbəsi ərazisində yerləşən “Çay evi”nə getmək qərarına gəlmişlər. Hüseyn həmin vaxt tanışı taksi sürücüsü işləyən adını sonradan bildiyi Atini onları aparıb gətirməsi üçün dəvət etmişdir. Bir az keçmiş Atin idarə etdiyi qara rəngli VAZ-2107 markalı avtomobillə onların yanına gəlmiş, avtomobilin qabaq sağ oturacağında Hüseyn, arxada isə Əvəz, Kənan və o əyləşmişlər. Birlikdə Goran qəsəbəində yerləşən “Çay evi”nə gəlmişlər, onlar “Çay evi”ndə pərdə ilə ayrılmış kupedə bir stol arxasında əyləşib qəlyan, 3 kofe, 6 bakal pivə, 2 noxud, bir saçaqlı pendir və 2 ədəd də bizon içkisi sfariş etmişlər. Həmin vaxt onlara xidməti sonradan adını bildiyi Nərmin adlı bir qadın göstərmiş, bir az keçmiş Nərmin onların sifarişini stola gətirmişdir. Ondan başqa “Çay evi”ndə digər müştərilər də olmuşdur. Təxminən 40 dəqiqə çay evində əyləşib istirahət edən zaman Hüseyn onlara “gecdi durun evə gedək” demişdir. Onlar da Hüseynə yarım saat oturub gedərik demişlər. Bu zaman Hüseyn taksi sürücüsü Atinlə birlikdə “Çay evi”ndən çıxıb avtomobilə getmişlər. Həmin vaxt saat 21 radələri olmuşdur. Sonra 4 nəfər “Çay evi”nə daxil olmuş, həmin şəxslər “Çay evi”ndə kimisə axtarmışlar, ona görə də həmin şəxslərdən biri “Çay evi”ndə olan kupelərə baxmışdır. Sonra sonunculardan biri yəni sonradan adını bildiyi Maqa ləqəbi ilə tanınan Mingəçevir şəhər sakini Muşviq “Çay evi”ndə xidmətçi işləyən Nərminə söz ataraq “gözünü niyə süzürsən” demiş, Nərmin də, Müşviqə yaxşı sağ ol deyrək yola vermişdir. Maqa və onunla gələn 3 nəfər “Çay evi”ndən çıxan zaman Müşviq ona niyə elə baxırsan demiş, o da, Müşviqə “qardaşım sənə mən baxmıram” demişdir. Sonra Müşviq onlar oturduğu kupeyə daxil olmuş, Müşviq onlara “siz tanıyırsız mən kiməm, mən Mingəçevirli Maqayam, Gəncəli Maqa məni yaxşı tanıyır” demişdir. Müşviq ucadan danışmış, onlar kupedən zala çıxmışlar. Müşviq yenə də səs tonunu qaldırıb ucadan danışmış, Müşviqin yanında olan dotsları onlara əyləşin Müşviqi sakitləşdirib aparacağıq demişlər. Müşviqin dostları sonra onlara “inşallah bir gün gəlib Gəncə də sizin qonağınız olarıq” demişlər.Bu zaman o, “Çay evi”ndən çıxıb taksi sürüsücü Atin yaşlı olduğu üçün onu “Çay evi”nə dava-dalaşın qarşısını almaq üçün çağırmağa getmiş və bu barədə onlara demişdir. Dostu Hüseynlə taksi sürücüsü Atin avtomobildən düşüb “Çay evi”nə daxil olmuşlar. Bu zaman Müşviq Əvəzin sifətinə əli ilə bir sillə vurmuş, Hüseyn yaxınlaşıb Müşviqin qolundan tutub “qaqa səbirli ol” demişdir. Bundan sonra Hüseyn Müşviqi “Çay evi”ndən çölə çıxarmış, sonra hamısı “Çay evi”nin qarşısına çıxmışlar. “Çay evi”nin qarşısında Müşviq belindən qatlanan bıçaq çıxarmış, o da, qorxduğu üçün qaçıb getmişdir. Sonra o qayıdıb gəlmiş, həmin vaxt sürücü Atin və Əvəz orada olmuşlar. Atin avtomobilin sükanına, Əvəz avtomobilin arxa oturacağına o isə avtomobilin qabaq sağ tərəf oturacağına əyləşmişdir. Həmin vaxt o, qorxusundan ağlamışdır. Bu vaxt Müşviq avtomobilin arxa tərəfində Əvəzin yanında əyləşmiş, həmin vaxt o, avtomobildən yerə düşüb qaçıb getmişdir. Hadisə vaxtı onu heç kim vurmamışdır, eyni zamanda o da, heç kimi vurmamışdır.Hadisə zamanı o, xəsarət almamışdır. Müşviqin yanında olan şəxslər sonuncunu sakitləşdirib aparmağa çalışmışlar. Müşviqin yanında olan şəxslər ona və dostlarına heç bir zor göstərməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi barədə” 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, hadisə Goranboy rayonu Goran qəsəbəsində yerləşən “Lüks” çay evində və qarşısında baş vermişdir. Lüks çay evinin ön tərəfində arxası çay evinə bitişik üzərində Azercell yazılmış mağaza yerləşir. Lüks çay evinin giriş qapısı plastik materialdan hazırlanmış və iki taylıdır. Qapının sağ və sol tərəf pəncərələri plastik materialdan hazırlanmışdır. Çay evinə daxil olduqda sol və sağ tərəflərində pərdə ilə kəsilmiş kupelər düzəldilmişdir. Çay evində işləyən X2 çay evində dava-dalaşın başladığı kupeni göstərmişdir. Hadisə çay evinin daxilində başlamış, sonra isə çay evinin qarşısında davam etmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 07 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:45-də şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 4(045)-51/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs olunun barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddəti 07 dekabr 2023-cü il tarixədək müəyyən edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsi Goranboy rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2023-cü il tarixli, 623 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində alt çənənin kəsilmiş yarası kəsici alətin o, cümlədən xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilmə zamanı əmələ gələ bilərdi gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı Kombinatı tərəfindən verilmiş xx.xx.2023-cü tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş İ-14733 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2715 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş İ-70745 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Polis Şöbəsinin ********* nömrəli, 06 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xuliqanlıq və soyğunçuluq cinayətlərin törədilməsinə meyilli olan şəxs kimi üzərində daimi qatlanıb açılan zavod üsulu ilə hazırlanmış və satışda olan təsərrüfat təyinatlı cib bıçağı gəzdirmişdir. Həmin cinayətin törədilməsi zamanında üzərində gəzdirdiyi bıçaqdan istifadə edərək hadisə yerindən qaçdıqdan sonra isə bıçağı qıraraq məhv etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş xx.xx.2024-cü il tarixli Goranboy RPŞ-nin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs özünü cəmiyyətdə hamıdan üstün sayaraq birgəyaşayış qaydalarına əməl etmir, dəfələrlə barəsində polis şöbəsinə şikayətlər daxil olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının: 2-ci bəndinə əsasən ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsüf edilməsi üçün əsasdır; 9-cu bəndinə əsasən xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin (yəni, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə qeyd edir ki, mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriyadır. Maddi nemətlərə sahiblik, onlardan istifadə və onların barəsində sərəncamla əlaqədar yaranan ictimai münasibətlərdən ibarət olan mülkiyyət münasibətləri hüquqla tənzimlənərək hüquqi forma kəsb edir və konkret mülkiyyətçinin öz əmlakı barədə sahiblik, istifadə və sərəncam səlahiyyətini əks etdirən hüquq münasibətinə çevrilir. Mülkiyyət münasibətləri mülki-hüquqi aktlarla müfəssəl tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin üç formasını nəzərdə tutur: 1) xüsusi mülkiyyət; 2) dövlət mülkiyyəti; 3) bələdiyyə mülkiyyəti. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyini təsbit edir. Ona görə də yeni cinayət qanununda sovet cinayət qanunvericiliyindən fərqli olaraq, bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın mühüm əlamətlərindən biri də talanan əmlakın özgənin olmasıdır, yəni təqsirkar şəxs həmin əmlak barəsində heç bir həqiqi və ya güman edilən mülkiyyət hüququna malik olmamalıdır. Soyğunçuluq cinayəti obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirkar cinayəti açıq şəkildə, yəni zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir və bu cinayət bir çox hallarda şəxsiyyətə fiziki və ya psixi zor tətbiq etməklə müşayiət olunur ki, bütün bunlar talamanın digər formalarına nisbətən soyğunçuluğun ictimai təhlükəliliyini artırır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməklə cinayəti törədərkən üzərində bıçaq olmamasını bildirməsini özünümüdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri də nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirici hallar kimi nəzərə alır: zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamalarını; Vətən müharibəsi iştirakçısı olmasını İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Müşfiq Səmədov cəzasızlıq mühitində olduğunu zənn edərək cəmiyyətdə birgəyaşayış qaydalarına zidd olaraq özünü kriminal aləmin yeni üzvü kimi təqdim etmək üçün özünə Maqa ləqəbli ad qoyaraq cəmiyyətdə üstün şəxs olduğunu göstərməyə çalışmış, bununla kifayətlənməyərək cinayət xarakterli ictimai qayda və ictimai təhlükəsizliyın pozulması və talama hərəkətləri, yəni bıçaqdan silah qismində istifadə etməklə xüsusi qərəzli xuliqanlıq və soyğunçuluq cinayət əməllərini törətmişdir. Bütün bunları, eyni zamanda mənfi xarakterizə olunmasını nəzərə alaraq məhkəmə Müşfiq Səmədova azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, lakin onun vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq həmin cəzanın aşağı həddə müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdam məhrumetmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 68.1.1-1ci maddələrinə əsasən təyin edilmiş cəzaları iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər olmaq hesabı ilə, az ciddi cəzanın daha ciddi cəza ilə əhatə etmə yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəsasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2), barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbs olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə qeyd edir ki, ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil Müdafiəçi2 Hüeyn oğlu tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 11 (on bir) iş saatı üçün cəmi 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 68.1.1-1-ci maddələrinə əsasən təyin edilmiş cəzaları (iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər olmaq hesabı ilə, 1 il azadlığın məhdudlaşdırılması=6 ay azadlıqdan məhrum etmə) az ciddi cəzanın daha ciddi cəza ilə əhatə etmə yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 07 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 11 (on bir) iş saatı üçün 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar