Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-91/2023 23.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 17:00 X5 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Goranboy rayonu, Hacallı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işşsiz, Goranboy rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 69.3 və 177.2.3-cü maddələri ilə təqsirli binilərək 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Goranboy rayonu Hacallı kənində daimi qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçimiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Goranboy rayonu, Şəfibəyli kəndində yerləşən Şahid icarə müqaviləsi əsasında istifadəsində olan «Söyüdlük» adlı yeməkxananın həyətində olarkən xidmətçi Zərərçəkmiş şəxs tərəfindən xidmətin düzgün göstərilməməsi səbəbindən Zərərçəkmiş şəxs ona yaxlaşdıqdan sonra sonuncuya xidməti ləng göstərməsi barədə iradını bildirən zaman Zərərçəkmiş şəxs pivə bakalını masaya sərt şəkildə çırpdığı üçün aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ilk əvvəl sonuncunun şillə ilə üzünə, sonra isə masanın üzərində olan boşqabla Zərərçəkmiş şəxs sağ əlinə bir dəfə qəsdən vuraraq ona sol saidin qançırı, sağ əlin birinci barmağının kəsilmiş cərrahi tikişə ehtiyacı olan qanayan yarası ilə müşayət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Goranboy rayonu Hacallı kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. xx.xx.2023-cü il tarixdə o, yaşadığı evdə usta işləyən Çingizlə yeyib içdikdən sonra saat 20 radələrində Goranboy rayon Şəfibəyli kəndində yerləşən “Söyüdlük” deyilən yeməkxanaya getmiş, piyvə sifariş etmiş, Zülfiyyə adlı ofisiant piyvəni masaya gec gətirmiş, o, da Zülfiyyəyə uca səslə “niyə pivəni gec gətirirsən” deyərək ona yaxşı qulluq etmədiyini bildirmişdir. Bundan sonra Zülfiyyə pivəni gətirib masaya çırpmış, bundan sonra Zülfiyyə əsəbləşərək onunla mübahisə etmiş və o, içkili olduğu üçün ilk əvvəl şillə ilə onun üzünə vurmuş, sonra isə masanın üzərindəki boşqabla əlinə vurmuşdur. Daha sonra Zülfiyyə bu haqda polisə məlumat vermişdir. Ərazinin əməliyyat müvəkkili polis leytenantı Elnur Ağalarlı və Şamxal adlı polis əməkdaşı yanıma gəlmiş, özlərini təqdim edərək onu Goranboy RPŞ-yə dəvət edərək gətirmişlər. Bundan başqa o ifadəsində Zülfiyyənin nalayiq ifadələr təhqir edib-etməməyimi bilmədiyini, həmin vaxt içkili olduğu üçün Zülfiyyəni vurub-vurmadığını xatırlamadığını, hadisə vaxtı kənar şəxslərin oraya toplaşmadığını, Zülfiyyə ilə aralarında olan mübahisənin təxminən 3-4 dəqiqə davam etdiyini mübahisə zamanı orada kənar şəxslərin olmadığını bildirmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Goranboy rayonu, Şəhriyar küçəsi ev 38-də yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla təxminən 3-4 gündür ki, işlədiyi “Söyüdlük” deyilən yerdə tanış olmuşdur. Onunla aramızda heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Belə ki, o, təxminən bir həftədir ki, Goranboy rayon Şəfibəyli kəndində yerləşən “Söyüdlü” deyilən yeməkxanada xidmətçi işləyir. Gündəlik 15-20 manat maaş alır. Son 3 gündə Laçın yeməkxanaya müştəri kimi gəlib-gedir. Laçın hər dəfə yeməkxanaya gələndə onun bədəninin müxtəlif nahiyələrinə əlini vurub onu narahat etmiş, o da buna görə ona narazılığını bildirsə də Laçın onun sözlərinə məhəl qoymamış öz çirkin əməllərini davam etdirmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Laçın içkili vəziyyətdə yeməkxanaya gəlmiş, Laçın oturduğu masaya piyvə sifariş etmiş, o, piyvəni masaya gətirib qoyan zaman yenə Laçın onun sinəsinə əl atmış, o isə Laçına əsəbi formada ona demişdir ki, “əlinə qoluna sahib çıx” və pivəni stolun üstünə bərk qoyub uzalaşmaq istəmiş, bu zaman Laçın onun ünvanına nalayiq ifadə işlətmiş, daha sonra bir dəfə şillə ilə sol üz nahiyəsindən vurmuş, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Laçın masanın üzərində olan pendir boşqabını ona tərəf atmış, o, boşqabdan özünü qorumaq istəyən zaman boşqab əlində qırılaraq sağ əlinin barmaqlarını kəsmişdir. Bundan sonra Laçın sakitləşmiş və ona qarşı heç bir hərəkət etməyərək masasında əyləşmişdir. Həmin vaxt yeməkxanada işləyən Afizə onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş, o Afizəyə Laçının onu vurduğunu demişdir. Daha sonra o, bu haqda ərazinin əməliyyat müvəkkili polis leytenantı Elnur Ağalarlıya zəng edib məlumat vermişdir. Laçını polislər polis şöbəsinə aparmışdır. Bundan başqa o ifadəsində Laçınla aralarındakı dava-dalaş təxminən 3-5 dəqiqə davam etdiyini, yeməkxanada Afizədən başqa heç kimin olmadığını, yeməkxanda başqa müştəri olmadığını bildirmişdir. Hazırda onunla barışmış və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında ifadəsi elan edilmiş Şahid ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində mən mətbəxdə işləyən zaman Laçın içkili vəziyyətdə yeməkxanaya gəlmiş, Laçın oturduqları masaya piyvə sifariş etmiş, Zülfiyyə piyvəni masaya aparmış, Bir qədər sonra aparan Laçının əyləşdiyi masadan səs küy gəldiyini eşitmiş, yeməkxanadan çölə çıxan kimi Zülfiyyə ilə Laçın mübahisə etdiklərini görmüş, o, onlara yaxınlaşıb nə baş verdiyini soruşan zaman Zülfiyyə ona Laçının onu şillə ilə vurduğunu və bundan sonra isə boşqabla əlinə vurduğunu bildirmişdir. Lakin o, çölə çıxan zaman hadisə başa çatmışdır. Daha sonra o, Zülfiyyəni əlini bint ilə sarımış, daha sonra Zülfiyyə bu haqda polis əməkdaşına zəng edib məlumat vermiş, təxminən 20 dəqiqə sonra Elnur Ağalarlı və tanımadığı bir nəfər polis əməkdaşı ilə yeməkxanaya gəlmiş, polis əməkdaşları Laçına yaxınlaşıb özlərini təqdim edərək onu Goranboy RPŞ-yə aparmışlar. Bundan başqa o ifadəsində Zülfiyyə ilə Laçının arasında baş vermiş dava-dalaşdan sonra hadisə yerinə gəldiyini, davanı görmədiyini, yeməkxananın iş rejimin pozulmadığını, hadisə zamanı oarada kənar şəxslərin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş MTE-nin xx.xx.2023-ci il tarixli 539 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədlərə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlərsol saidin qançırı küt əşyanın(ların) o cümlədən əllə vurulma zamanı əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir, sağ əlin 1 barmağın kəsilmiş cərrahi tikişə ehtiyacı olan qanayan yarası bərk küt predmetin o, cümlədən nboşqabın tinli hissəsinin təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Yuxarıda qeyd olunan xəsarətlərin əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş səraitə və tarixə yəni xx.xx.2023-cü il tarixə uyğun gələ bilər. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş Goranboy rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün sürətindən görünür ki, Əzimov X1 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş Goranboy rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsinbdə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 09 avqust 2023-cü il tarixdən müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş sübutların qiymətləndirilməsi və əməlin tövsif edilmə.si haqqında 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona yeni ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş həbs qətimkan tədbirinin tətbiqinə xitam verilməsi və təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Goranboy rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə xitam verilmiş və o həbsdə saxlanıldığı Goranboy rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş AZE 11044890 seriaylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2016-cı ildə doğulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2019-cu ildə doğulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 6 il ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Goranboy rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hokmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək ona 15% qazancından dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzası təyin edilmişdir. Oğuz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən 29, 177.2.1, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona 3 il sınaq müddəti müəyyən edilməklə 04 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Goranboy rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Goranboy rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməklə 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş Goranboy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Əzimov X1 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməklə ona 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. “8 noyabr Zəfər Günü münasibətilə aministiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 01 il azaldılmış, qalan cəzasını isə xx.xx.2023-cü il tarixdə çəkib qurtarmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, zərəçəkmiş şəxslə barışmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz cərimə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək ona 1500 manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdən 12 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ona hazırkı hökmlə təyin edilmiş cərimə cəzası yüngülləşdirilməklə üzərində 500 (beş yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-91/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-91/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver