Məhkəmə qərarları › İş №1(045)-93/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-93/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-93/2023 23.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X17 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1989-cu ildə Goranboy rayonu Şahməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Goranboy rayon Şahməmmədli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1967-ci ildə Kəlbəcər rayonu Qamışlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, Kəlbəcər rayonu Qamışlı kəndində qeydiyyatda olmaqla Goranboy şəhəri S.Civazadə küçəsi ev 5, mənzil 8-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 daimi narkotik vasitələrin aludəçisi olduğu üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşaraq şəxsi istifadələri üçün narkotik vasitə əldə etmək məqsədilə özü 35 manat, Təqsirləndirilən şəxs2 isə 25 manat pul qoyaraq, ümumilkdə 60 manat pul müqabilində sonuncu 27 avqust 2023-cü il tarixdə saat 23 radələrində Tərtər rayonu ərazisində, istintaqa məlum olmayan mənbədən və şəraitdə satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,08 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı bir ədəd kibrit qutusunda qanunsuz olaraq əldə edib daşıyaraq sifarişləri əsasında onlara taksi xidməti göstərən Şahid3 idarə etdiyi VAZ 2106 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu istiqamətində hərəkətdə olarkən avtomobilin arxa oturacağında saxlaması üçün ona vermiş, o da qanunsuz olaraq əldə etdiyi həmin qurudulmuş marixuananı əynində olan göy rəngli şalvarının qabaq sağ cibində saxlayaraq daşımış, 28 avqust 2023-cü il tarixdə, saat 00:05 radələrində Goranboy RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Xanqərvənd kəndi ərazisində qeyd olunan avtomobil saxlanılıb Goranboy RPŞ-nə gətirilərək, üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etməklə saxlayaraq daşıdığı bir ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda 6,08 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 daimi narkotik vasitələrin aludəçisi olduğu üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşaraq şəxsi istifadələri üçün narkotik vasitə əldə etmək məqsədilə sonuncu 35 manat, özü isə 25 manat pul qoyaraq ümumilkdə 60 manat pul müqabilində 27 avqust 2023-cü il tarixdə saat 23 radələrində Tərtər rayonu ərazisində, istintaqa məlum olmayan mənbədən və şəraitdə satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,08 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı bir ədəd kibrit qutusunda qanunsuz olaraq əldə edib daşıyaraq sifarişləri əsasında onlara taksi xidməti göstərən Şahid3 idarə etdiyi VAZ 2106 markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu istiqamətində hərəkətdə olarkən avtomobilin arxa oturacağında saxlaması üçün Təqsirləndirilən şəxs1 vermiş, sonuncu da qanunsuz olaraq əldə etdiyi həmin qurudulmuş marixuananı əynində olan göy rəngli şalvarının qabaq sağ cibində saxlayaraq daşımış, 28 avqust 2023-cü il tarixdə, saat 00:05 radələrində Goranboy RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Xanqərvənd kəndi ərazisində qeyd olunan avtomobil saxlanılıb Goranboy RPŞ-nə gətirilərək, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən sonuncunun əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etməklə saxlayaraq daşıdığı bir ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda 6,08 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Goranboy rayon Şahməmmədli kəndində yaşadığı evdə olan zaman tanışı Təqsirləndirilən şəxs2 zəng edib harada olduğunu soruşmuşdur. Babəkin narkotik vasitədən istifadə etdiyini bilmiş, lakin onunla əvvəllər birlikdə narkotik vasitədən istifadə etməmişdir. Babək də ona xəstəxananın qarşısında olduğunu demişdir. Ona görə də o Babəkin yanına gedib, ağrıdığını və narkotik vasitə istifadə etmək istədiyini bildirmişdir. Babəkdə ona narkotik vasitə istifadə etmək istədiyini bildirmişdir. Sonra Babək ona Tərtər rayonu Hacıqərvənd (Kolanı) kəndində yaşayan Qədir adlı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana almaq olar demişdir. Sonra o Babəkə narkotik vasitə olan qurudulmuş mariuxana almaq üçün birlikdə pul qoyub alaq demiş, Babək də onunla razılaşmışdır. O da Tərtər rayon Hacıqərvənd (Kolanı) kəndinə getmək üçün həmkəndlisi Şahid3 zəng edib Babəklə Tərtər rayonunda işləri olduğunu və onları idarə etdiyi avtomobillə Tərtər rayonuna aparmağını xahiş etmişdir. Elcan da ona Yevlax rayonunda işdə olduğunu və “işdən gəlim gedərik” demişdir. Təxminən saat 22 radələrində Elcan idarə etdiyi VAZ 2106 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu və Babəki köhnə xəstəxanın yanından götürmüş, avtomobil ilə Tərtər rayonu Hacıqərvənd (Kolanı) kəndində olan zaman avtomobildə Babəkə 35 manat pul vermiş və üzərinə isə onun 25 manat pul qoyub Qədir adlı şəxsdən narkotik vasitə olan marixuana almağını demişdir. Babək də onun verdiyi 35 manat pulun üzərinə 25 manat pul qoymuş, sonra avtomobildən düşmüş və Qədir adlı şəxsdən bir ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə olan qurudulmuş marixuana alıb avtomobilə qayıtmışdır. Babək avtomobilə əyləşdikdən sonra kibirit qutusunda olan qurudulmuş marixuananı ona vermiş, o da qurudulmuş marixuananı əynində olan şalvarın sağ qabaq cibinə qoymuşdur. Onlar Goranboy rayon Xanqərvənd kəndində hərəkətdə olan zaman polis əməkdaşları avtomobili saxlatdırıb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olmaqlarını və üzərlərində saxlamaqda sübhəli olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişlər. Sonra rayon polis şöbəsində yenə də onun narkotik vasitənin üzərində saxlamağında şübhəli olduğunu və üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoymağı təklif olunmuşdur. O da əynində olan göy rəngli cins şalvarının sağ qabaq yan cibində olan bir ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə olan marixuananı, cins şalvarının sol qabaq yan cibindən isə pul əskinazlarını və bir ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Onun üzərində şəxsi axtarış aparılan zaman foto və video çəkilişdən də istifadə olunmuşdur. Onun üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə olan marixuana elektron tərəzidə çəkilərək ümumi çəkisinin 9,33 qram olduğu müəyyən edilmiş, iştirakçıların iştirakı ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. O və digər iştirakçılar həmin zərfin üzərini imzalamışlar. Üzərindən aşkar edilmiş pul əskinazları və yaşıl rəngli üzərində silverer yazısı yazılan bir ədəd alışqan maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Üzərində şəxsi axtarış aparılan zaman ona fərdi yaşayış evində narkotik vasitə saxlayıb saxlamamağı barədə və ona əgər varsa könüllü təqdim etməyi təklif olunmuş, o da yaşadığı fərdi yaşayış evində hər hansı bir narkotik vasitənin olmadığını bildirmişdir. Təxminən 3-4 aydır ki, narkotik vasitə istifadə edir. Onda əlavə narkotik vasitə olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuanadan heç kimə satmamış və verməmişdir. Həmin qurudulmuş marixuananın Babəklə istifadə etmək üçün almışlar. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuananı Tərtər rayon Hacıqərvənd (Kolanı) kəndində Təqsirləndirilən şəxs2 Qədir adlı şəxsdən almış və həmin vaxt o Babəkə 35 manat pul vermişdir, Babək də həmin pulun üzərinə 25 manat pul qoyub almışdır. Həmin narkotik vasitəni Babək və o birlikdə istifadə edəcəkdilər. Saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. Yekunda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Goranboy rayon köhnə xəstəxananın qarşısında dayanan zaman tanışı Təqsirləndirilən şəxs1 ona zəng etmiş və onun harda olduğunu soruşmuşdur. O da xəstəxananın qarşısında olduğunu demişdir. Seymurun narkotik vasitədən istifadə etdiyini bilmiş, lakin onunla əvvəllər birlikdə narkotik vasitədən istifadə etməmişdir. Təxminən 20 dəqiqə keçdikdən sonra Seymur onun yanına gəlib, ağrıdığını və narkotik vasitə istifadə etmək istədiyini bildirmişdir. O Seymura o da narkotik vasitə istifadə etmək istədiyini bildirmişdir. X20 rayonu Hacıqərvənd (Kolanı) kəndində yaşayan Qədir adlı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana almaq olar demişdir. Həmin vaxt Seymur Elcana zəng edib, Tərtər rayonunda işlərinin olduğunu və onları Tərtər rayonuna aparmağını xahiş etmişdir. Təxminən saat 22 radələrində Şahid3 idarə etdiyi VAZ 2106 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onların yanına gəlmiş, avtomobilə əyləşdikdən sonra Elcanın avtomobili ilə Tərtər rayonu Hacıqərvənd (Kolanı) kəndində yaşayan Qədir adlı şəxsdən narkotik vasitə almaq üçün getmişlər. Tərtər rayonunda olan zaman Qədirə zəng etmiş və harda görüşməklərini soruşmuşdur. Qədir də kəndin girişində görüşməyi bildirmişdir. Avtomobil də olan zaman Seymur ona 35 manat pul vermiş və qalıq pulu isə onun qoymağını demişdir. O da 35 manat pulun üzərinə 25 manat pul qoymuş, sonra Qədir adlı şəxsdən bir ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə olan qurudulmuş marixuana almış və gəlib avtomobilə əyləşmişdir. O, avtomobilə əyləşən kimi aldığı narkotik vasitəni Seymura vermişdir. Seymur da narkotik vasitəni ondan alıb əynində olan şalvarının cibinə qoymuşdur. Onlar Goranboy rayon Xanqərvənd kəndində hərəkətdə olan zaman polis əməkdaşları avtomobili saxlatdırıb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olmaqlarında və üzərlərində saxlamaqda sübhəli olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişlər. Sonra rayon polis şöbəsində yenə də onun narkotik vasitənin üzərində saxlamağında şübhəli olduğunu və üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olmunmağından ötrü ona müdafiəçilərin siyahısını təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoymağı təklif olunmuş, o da əynində olan tüng göy rəngli və üzərində göy rəngli damalar olan kostyumun sol iç döş cibindən bir ədəd qara rəngli "xxxx" markalı mobil telefonunu və bir ədəd Kapital Bank ASC-yə məxsus olan olan plastik kartını, kostyumun sol yan cibindən yaşıl rəngli üzərində yazı olmayan bir ədəd alışqanını və əynində olan kostyumun şalvarının sağ qabaq yan cibindən 2 ədəd iyirmi manatlıq, bir ədəd 10 manatlıq və 10 ədəd bir manatlıq pul əskinazlarını çıxarıb masanın üzərinə qoymuşdur. Onun üzərində şəxsi axtarış aparılan zaman foto və video çəkilişdən də istifadə olunmuşdur. Üzərindən aşkar edilmiş 2 ədəd iyirmi manatlıq, bir ədəd 10 manatlıq və 10 ədəd bir manatlıq pul əskinazları, bir ədəd alışqan və bir ədəd Kapital Bank ASC-yə məxsus plastik kart özünə qaytarılmışdır. Lakin "xxxx" markalı mobil telefonu isə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Onun üzərində şəxsi axtarış aparılan zaman ona narkotik vasitəni kimdən, harada nə vaxt və neçəyə aldığı soruşulmuş, o da narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə Tərtər rayon Hacıqərvənd (Kolanı) kəndinin girişində Qədir adlı şəxsdən 60 manata aldığını, həmin pulun 35 manatını Seymurun verdiyini və onunla birlikdə istifadə edəcəklərini bildirmişdir. O, saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. Yekunda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində idarə etdiyi VAZ 2106 markalı, **-BN- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yevlax şəhərində yaşadığı Goranboy rayon Şahməmmədli kəndinə qayıdarkən avdomobildə tək olmuşdur. O, Yevlax şəhərini çıxan zaman təxminən Aran qəsəbəsində olarkən həmkəndlisi Təqsirləndirilən şəxs1 ona zəng etmiş və ondan xahiş edərək Tərtər şəhərinə getməklərini demişdir. O da etiraz etməmişdir. Təxminən 22 radələrində o Goranboy şəhərində köhnə mərkəzi xəstəxananın yaxınlığında X14 və Şəfa kimi tanıdığı Təqsirləndirilən şəxs2 götürmüş, avtomobildə olan zaman Babək və Seymur Tərtər rayonuna getməklərini və orada işləri olduğunu demişlər. O da Seymur və Babəki Tərtər rayonuna aparmışdır. Tərtər rayonunda xatırlamadığı və tanımadığı kəndin ərazisində yolun kənarında olan zaman Babək avtomobilini saxlatmış və avtomobildən düşərək təxminən 10 dəqiqə sonra qayıdacağını demişdir. Onunla Seymur isə avtomobildə gözləmişlər. Təxminən 10 dəqiqə keçikdən sonra Babək qayıtmış və avtomobilə əyləşmişdir. Sonra isə Babək getməklərini demiş, o da avtomobili ilə hərəkətdə olan zaman xx.xx.2023-cü il tarixdə saat 00:05 radələrində Goranboy rayon Xanqərvənd kəndində polis əməkdaşları avtomobilini saxlatdırıb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olmaqlarını və üzərlərində saxlamaqda sübhəli olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Onlar da, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişlər. Sonra rayon polis şöbəsində yenə də onun narkotik vasitənin üzərində saxlamağında şübhəli olduğunu, avtomobilinə baxış keçiriləcəyi və üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olmunmağından ötrü ona müdafiəçilərin siyahısını təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoymağı təklif olunmuş, o da əynində olan tünd göy rəngli üzərində mersedec avtomobili işarəsi olan AMG yazısı yazılan idman şalvarının sol yan cibindən bir ədəd Redmi note 9 markalı mobil telefonunu və sağ yan cibindən isə idarə etdiyi VAZ 2106 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını çıxarıb masanın üzərinə qoymuşdur. Onun üzərində şəxsi axtarış aparılan zaman foto və video çəkilişdən də istifadə olunmuşdur. Üzərində şəxsi axtarış aparılan zaman ona narkotik vasitə istifadə edib etməməyi soruşulmuş, o da 6-7 ildir ki, narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Daha sonra üzərindən aşkar edilmiş əşyalar özünə qaytarılmışdır. Daha sonra onun avtomobilinə baxış keçirmişlər və baxış keçirməzdən əvvəl ona avtomobillində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya narkotik vasitə olub olmamasını və əgər varsa könüllü təqdim etməyini demişlər. O da, avtomobilində narkotik vasitə olmadığını, lakin avtomobilində bir ədəd bıçaq olduğunu demişdir. Avtomobilinə onun, iştirakçıların və vəkilin iştirakı ilə baxış keçirmişlər, baxış keçirən zaman avtomobildən bir ədəd açılıb bağlanan cib bıçağı tapılmış və ondan nə üçün avtomobildə gəzdirdiyini soruşmuşlar. O da avtomobilini alan zaman avtomobilinin içərisində gəldiyini bildirmişdir. Daha sonra həmin bıçaq maddi subut əhəmiyyəti kəsdi etdiyi üçün iştirakçıların iştirakı ekspert təhqiqatına göndərilməsi üçün götürülmüş və möhürlənmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tərtər rayonunda yaşayan Qədir adlı şəxsdən narkotik almalarından məlumatı olmamışdır. O, Seymur və Babəki taksi kimi avtomobilində aparmış, onun yanında Babək və Seymur heç kimdən narkotik vasitə almamışlar və görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid3 birgə mütamadi olaraq qanunsuz olaraq narkotik vasitədən istifadə etmələri, üzərlərində və avtomobildə saxlamaları barədə əməliyyat məlumatı almış, aldığı məlumat barədə dərhal şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Şöbə rəhbərliyi də Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid3 barələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və saxlanılaraq polis şöbəsinə gətirilib üzərlərinə şəxsi axtarış aparılmasına və avtomobilə baxış keçirilməsinə icazə verdikdən sonra Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X4, Goranboy RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 və onun daxil olduğu əməliyyat qurupu yaradılmışdır. Bundan sonra onlar əməliyyat-axtarış qurupunun üzvləri birlikdə Goranboy rayonu ərazisinə gedib xx.xx.2023-cü il tarixdə saat 00: 05 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sərnişin qismində olduqları Şahid3 idarə etdiyi VAZ 2106 markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili Goranboy rayonu Xanqərvənd ərazisində saxlatdırdıqdan sonra onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid3 narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olmaqlarında şübhəli olduqlarını bildirib, onları birlikdə Goranboy rayon polis şöbəsinə dəvət etmişlər. Sonuncular da onlarla razılaşaraq heç bir etiraz etmədən Goranboy rayon polis şöbəsinə gəlmişlər. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ona təqdim edilmiş, sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X8 tərəfindən şübhəli şəxs qismində tutdulmuşdur.Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində video və foto çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı polis baş leytenantı Hidayət Cəfərov tərəfindən Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilərək, üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymağını təklif etmişdir. Təqsirləndirilən şəxs1 da, əynində olan göy rəngli cins şalvarının sağ qabaq yan cibində olan bir ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə olan marixuanaya bənzər kütləni, cins şalvarının sol qabaq yan cibindən isə 4 ədəd bir manatlıq pul əskinazlarını və bir ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş narkotik vasitə olan marixuanaya bənzər kütləni xx.xx.2023-cü il tarixdə həmkəndlisi Şahid3 və tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə istifadə etmələri üçün Şahid3 idarə etdiyi VAZ 2106 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Tərtər rayonuna gedərək orada yaşayan Qədir adlı şəxsdən pul müqabilində aldıqlarını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə vəkilin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilərək ekspert tədqiqatına göndərilməsi üçün zərfə qoyulub qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs1 üzəridən aşkar olunmuş pul əskinazları və bir ədəd alışqan maddi sübüt əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Bundan sonra Şahid3 hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X8 tərəfindən Şahid3 şübhəli şəxs qismində tutdulmuş, səxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı polis baş leytenantı Hidayət Cəfərov tərəfindən Şahid3 hüquq və vəzifələri izah edilərək, üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymağını təklif etmişdir. Şahid3 da, əynində olan tünd göy rəngli üzərində “Mersedec” avtomobili işarəsi olan “AMG” yazısı yazılan idman şalvarının sol yan cibindən bir ədəd mobil telefonunu və sağ yan cibindən isə idarə etdiyi avtomobilinin açarını çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Şahid3 6-7 ildir ki, narkotik vasitə istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı foto və video çəkiliş aparılmış, sonra bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. Şəxsi axtarış zamanı Şahid3 üzəridən aşkar olunmuş avtomobilin açarı və mobil telefon maddi sübüt əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Bundan sonra Şahid3 idarə etdiyi avtomobilə baxış keçirilmiş, Şahid3 avtomobilin salonunda avtomobilin qabaq hər iki oturacağının arasında yerləşən qara rəngli saxlanc yerindən bir ədəd qara rəngli açılıb bağlanan bıçağı götürüb təqdim etmişdir. Bundan sonra Şahid3 həmin bıçağı avtomobili alan zaman içərisində gəldiyini bildirmişdir. Avtomobilə baxış zamanı avtomobilin qabaq hər iki oturacağının arasında yerləşən qara rəngli saxlanc yerindən qəbz, “Vətən” müharibəsi iştirakçısı olduğuna görə verilmiş vəsiqə, daha sonra içərisində müxtəlif sənədlər olan qara rəngli pul qabı müəyyən edilmiş, maddi sübut əhəmiyyəti kəsb edən hər hansı əşya müəyyən olunmamışdır. Şahid3 təqdim etdiyi bıçaq iştirakçıların iştirakı ilə 1 ədəd zərfə qoyulub qablaşdırılaraq, möhürlənib, zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq ekspert tədqiqatına göndərilməsi üçün götürülmüş və bu barədə protokol tərtib olunmuş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Digər əşyalar maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün Şahid3 özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X8 tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutdulmuşdur. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı polis baş leytenantı Hidayət Cəfərov tərəfindən Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilərək, üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymağını təklif etmişdir. Təqsirləndirilən şəxs2 da, əynində olan pencəyinin sol iç döş cibindən bir ədəd qara rəngli "xxxx" markalı mobil telefonunu, bir ədəd plastik kartı, pencəyin sol yan cibindən yaşıl rəngli üzərində yazı olmayan bir ədəd alışqanı, əynində olan şalvarının sağ qabaq yan cibindən pul əskinazları çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 1999-cu ildən narkotik vasitə istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə tanışı Şahid3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə istifadə etmələri üçün Şahid3 idarə etdiyi VAZ 2106 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər rayonu Hacıqərvənd (Kolanı) kəndinə gedərək orada yaşayan Qədir adlı şəxsdən 60 manat pul qarşılığında bir ədəd kibrit qutusunda narkotik vasitə aldığını, pulun 35 manatını Təqsirləndirilən şəxs1 verdiyini və aldıqları narkotik vasitəni isə Elcan və Seymur ilə birlikdə istifadə edəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzəridən aşkar olunmuş plastik kart, pul əskinazları və bir ədəd alışqan maddi sübüt əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Lakin üzərindən aşkar olunmuş mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. İş üzrə digər Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən aydın olur ki, o, iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 28 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq 28 avqust 2023-cü il tarixdə, saat 00:05-də məhdudlaşdırılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şəxsi axtarış aparılması haqqında” 28 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X8 tərəfindən Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X4, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 əynində 1 (bir) ədəd ağ rəngli qısa qol köynək, 1 (bir) ədəd göy rəngli cins şalvar, ayağında 1 (bir) cüt, göy rəngli ayaqqabı olmuşdur. Təqsirləndirilən şəxs1 üzərində olan göy rəngli cins şalvarının sağ qabaq yan cibində olan bir ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə olan marixuanaya bənzər kütləni, cins şalvarının sol qabaq yan cibindən isə 4 ədəd bir manatlıq manatlıq pul əskinazlarını və yaşıl rəngli üzərində silverer yazısı yazılan bir ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş narkotik vasitə olan marixuanaya bənzər kütləni xx.xx.2023-cü il tarixdə həmkəndlisi Şahid3 və tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə istifadə etmələri üçün Şahid3 idarə etdiyi VAZ 2106 markalı, **-BN-*** d.q.nişanlı avtomobili ilə Tərtər rayonuna gedərək orada yaşayan Qədir adlı şəxsdən pul ilə aldığını bildirmişdir. Şəxsi axtarış süni işıqlandırılmış şəraitdə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə vəkilin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə 9.33 qram olması müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə götürülərək 1 ədəd ağ rəngli zərfə qoyuldu və DİN-nin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqi aparılması üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs1 üzəridən aşkar olunmuş 4 ədəd bir manatlıq pul əskinazları və yaşıl rəngli üzərində silverer yazısı yazılan bir ədəd alışqan maddi sübüt əhəmiyyəti kəsb etmədiyi üçün vətəndaşın özünə qaytarılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 28 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq 28 avqust 2023-cü il tarixdə, saat 00:05-də məhdudlaşdırılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şəxsi axtarış aparılması haqqında” 28 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X8 tərəfindən Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X4, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs2 əynində 1 (bir) ədəd tüng göy rəngli və üzərində göy rəngli damalar olan kostyum, 1 (bir) ədəd tünd göy rəngli şalvar, ayağında 1 (bir) cüt, qara rəngli ayaqqabı olmuşdur. Təqsirləndirilən şəxs2 üzərində olan tüng göy rəngli və üzərində göy rəngli damalar olan kostyumun sol iç döş cibindən bir ədəd qara rəngli samsung markalı mobil telefonunu və bir ədəd Kapital Bank ASC-yə məxsus olan olan plastik kartı, kostyumun sol yan cibindən yaşıl rəngli üzərində yazı olmayan bir ədəd alışqanı və əynində olan kostyumun şalvarının sağ qabaq yan cibindən 2 ədəd iyirmi manatlıq, bir ədəd 10 manatlıq və 10 ədəd bir manatlıq pul əskinazlarını çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 1999-cu ildən narkotik vasitə istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə tanışı Şahid3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə istifadə etmələri üçün Şahid3 idarə etdiyi VAZ 2106 markalı, **-BN-*** d.q.nişanlı avtomobili ilə Tərtər rayonu Kolayı kəndinə gedərək orada yaşayan Qədir adlı şəxsdən 60 manat pul qarşılığında bir kibrit qurusu narkotik vasitə aldığını, pulun 35 manatını Təqsirləndirilən şəxs1 verdiyini və aldıqları narkotik vasitəni isə Elcan və Seymur ilə birlikdə istifadə edəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzəridən aşkar olunmuş Kapital Bank ASCyə məxsus olan olan plastik kart, 2 ədəd iyirmi manatlıq, bir ədəd 10 manatlıq və 10 ədəd bir manatlıq pul əskinazları və bir ədəd alışqan maddi sübüt əhəmiyyəti kəsb etmədiyi üçün vətəndaşın özünə qaytarılmışdır. Lakin üzərindən aşkar olunmuş Samsung markalı mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2023-cü il tarixli, 16/854 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik maddə olan marixuanaya bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibirit qutusunda təmiz çəkisi 6,08 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 6,08 qram, tədqiqata sərf edildi 0,02 qr, qalıq 6,06 qr. Aparılmış tədqiqatın dəyəri 32,40 manatdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həbsdən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübut kimi tanıma haqqdında” 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı 6,08 qram marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 6,06 qram şəxsi istehlak miqdarından artıq çəkidə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuna iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün Goranboy RPŞ-nin anbarına təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində üç övladı vardır: xx.xx.2017-ci il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X11. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırda məhkumluğu yoxdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 05 oktyabr 2023-cü il tarixli, 1659 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 05 oktyabr 2023-cü il tarixli, 1662 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy MKTİB-nin 31 avqust 2023-cü il tarixli 153 saylı arayışından və elektron məhkəmə informasiya sistemində qohumluq məlumatlarından görünür ki, Əhmədov X7 rayonu S.Civəzadə küçəsi bina 5, mənzil 8 ünvanında yaşayır: Himayəsində aşağıdakı ailə üzvləri var: arvadı- X3, qızı – xx.xx.2007-ci il təvəllüdlü X12, qızı - xx.xx.2006-cı il təvəllüdlü X6. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz saxladığı narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,08 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; himayəsində biri azyaşlı olmaqla üç övladının olmasını. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 28 avqust 2023-cü il tarixdə saat 00:05 radələrində saxlanılmış və onun barəsində 29 avqust 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, həbsdən azad edilmişdir. İş materiallarında olan 29 avqust 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 12:30-dək dindirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 28 avqust 2023-cü il tarixdə azad olunsa da, onun azadlığının faktiki məhdudlaşdırılması 24 saatdan artıq olmuşdur. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılmalıdır (həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (28-29 avqust 2023cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 28 avqust 2023-cü il tarixdə saat 00:05 radələrində saxlanılmış və onun barəsində 29 avqust 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, həbsdən azad edilmişdir. İş materiallarında olan 29 avqust 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 15:40-dək dindirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 28 avqust 2023-cü il tarixdə azad olunsa da, onun azadlığının faktiki məhdudlaşdırılması 24 saatdan artıq olmuşdur. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılmalıdır (həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (28-29 avqust 2023cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsi -69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 6,06 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi -132). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.2 və 198.3cü maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 6,06 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar