Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-98/2023 28.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Goranboy rayonu Kələk kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Goranboy Rayonu, Kələk kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində müvəqqəti idarə etmək üçün dostu X3 məxsus VAZ-21074 markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun razılığı ilə götürüb Goranboy rayonu Dəliməmmədli şəhərinə gedərkən narkotik vasitələrin aludəçisi olduğu üçün istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etdiyi, bir ədəd şəffaf rəngli sellofan paketdə olan narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan, idarə etdiyi avtomobilin qabaq sağ oturacağının qarşısında olan saxlanc yerində gizlədərək qanunsuz saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində avtomobillə Goranboy şəhəri ərazisində hərəkətdə olarkən Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib avtomobilə baxış keçirilərkən idarə etdiyi VAZ-21074 markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağının qarşısında olan saxlanc yerində satış məqsədi olmadan, qanunsuz saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 5,04 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 5-6 ay olar ki, narkotik vasitə olan marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 08-09 radələrində dostu X3 məxus “VAZ 21074” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili ondan xahiş edib alaraq, Dəliməmmədli şəhərinə bankomatdan pul çıxartmağa gedəcəyini bildirdikdə, Orxan işi olduğunu bildirmiş, avtomobili ona idarə etməyə vermişdir. O, avtomobillə Goranboy rayonu Dəliməmmədli şəhərinə getmiş, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə təxminən səhər saat 09 radələrində Goranboy rayon Dəliməmmədli şəhərində dəmir yol stansiyasının yaxınlığında yerdə bir ədəd şəffaf rəngli sellofan torba görmüş, avtomobili saxlamış həmin torbanı götürmüş içərisinə baxan zaman narkotik olduğunu bilmişdir. Həmin torbanı götürərək avtomobilin qabaq ön saxlanc yeri deyilən yerə qoymuşdur. Həmin gün yəni, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində dostu X3 məxsus VAZ 21074 markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy şəhərində olan zaman polis əməkdaşları avtomobili saxlamışlar və avtomobilə yaxınlaşaraq, özlərini təqdim etmişlər, onu rayon polis şöbəsinə dəvət edərək, polis şöbəsinə gətirmişlər. Sonra rayon polis şöbəsində onun narkotik vasitənin saxlanılmasında şübhəli olduğunu və üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. O, heç bir etiraz etməmiş, rayon polis şöbəsində təhqiqatçının xidməti otağında olarkən müdafiəçi dəvət edilərək, hüquqları izah edildikdən sonra üzərində şəxsi axtarış aparılacağı ona bildirilmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılan zaman ona könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoymağı təklif olunmuşdur. O, əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd 20 manatlıq və bir ədəd bir manatlıq pul əskinaslarını, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən idarə etdiyi avtomobilin açarını çıxararaq masanın üzərinə qoymuşdur. Onun üzərində şəxsi axtarış aparılan zaman foto və video çəkilişdən də istifadə olunmuşdur. Üzərində şəxsi axtarış aparılan zaman ondan narkotik vasitə istifadə edib-etməməyini soruşduqda o, narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Üzərindən narkotik vasitə aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar edilmiş avtomobilinin açarını və bir ədəd 20 manatlıq və bir ədəd bir manatlıq pul əskinasları maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Bundan sonra onun idarə etdiyi avtomobilə baxış keçiriləcəyi ona izah edilmişdir. Baxış keçirməzdən əvvəl polis əməkdaşları tərəfindən avtomobildə qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya narkotik vasitə olub-olmaması soruşulmuş, əgər varsa könüllü təqdim etməsi təklif edilmişdir. O, idarə etdiyi “VAZ 21074” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön saxlanc yerində narkotik vasitə olduğunu bildirmişdir. Avtomobilə onun və vəkilin iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilən zaman idarə etdiyi, dostu X3 məxus “VAZ 21074” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön qabaq sağ oturacağın qarşısında olan saxlanc yerindən bir ədəd sellofan torbanın içərisində narkotik vasitə olan marixuananı təqdim etmişdir və həmin narkotik vasitə olan marixuana elektron tərəzidə çəkildikdə 11,8 qram olması müəyyən edilmişdir. Daha sonra avtomobildən aşkar edilmiş narkotik vasitə olan marixuana götürülərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmışdır və DİNnin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqi aparılması üçün götürülmüşdür. Yekunda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə ona Goranboy rayonu Kələk kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində və idarə etdiyi “VAZ-2107” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla əlaqədar xx.xx.2023-cü il tarixdə raportla şöbə rəhbərliyinə məruzə etmiş və əməliyyat-axtarış tədirləri keçirilməsi məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək, şöbə rəhdərliyi tərəfindən təsdiq olunmuşdur. Qeyd olunan faktların yoxlanılması məqsədi ilə əməliyyat-istintaq qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və DYPB-nin YPX inspektoru Şahid3la birlikdə Babayev X4 şəhəri ərazisində idarə etdiyi VAZ- 2107 markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılaraq üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi üçün Goranboy RPŞ-yə gətirilmişdir. Goranboy RPŞdə təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Hidayyət Cəfərovun xidməti otağında müdafiəçi dəvət edilməklə, hüquqları izah edilərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması həyata keçirilmişdir. Şəxsi axtarış aparılması videoçəkilişlə aparılmış və şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində və ciblərində olan əşyaları könüllü olaraq çıxardıb masanın üzərinə qoyması təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən bir ədəd 20 manatlıq, bir ədəd 1 manatlıq pul əskinaslarını, sağ yan cibindən isə idarə etdiyi “VAZ-2107” markalı, **-DU-*** nömrə nişanlı avtomobilin açarını çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını, lakin idarə etdiyi “VAZ-2107” markalı avtomobildə narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 20 manatlıq, 1 manatlıq pul əskinasları və avtomobilin açarı iş üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. X2 tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Goranboy RPŞ-nin həyətində saxlanılmış və Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ- 2107” markalı, **-DU-*** nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs avtomobildə olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs avtomobilin salonunda sağ qabaq oturacağın ön hisəssində yerləşən saxlanc yerindən bir ədəd şəffaf rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı çıxardaraq könüllü olaraq təqdim etmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 11,8 qram olması müəyyən edilmişdir. Həmin nakotik vasitə bir ədəd ağ rəngli zərfdə qablaşdırılaraq, DİN-nin 121 saylı möhürü ilə möhürlənib ekspertiza tədqiqatı üçün götürülmüşdür. Verilmiş suala cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs avtomobildən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olmasını və həmin narkotik vasitəni həmin gün Goranboy rayonu Dəliməmmədli şəhərində dəmir yolu stansiyası deyilən yerdən tapdığını, öz istifadəsi üçün avtomoblildə saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 iş üzrə digər Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy RPŞ-nin DYPB-nin YPX inspektoru Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, o, iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli olan şəxsin tutulması haqqında” 11 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdə saat 16:00-dan məhdudlaşdırılmışdır; “Baxış keçirilməsi haqqında” 11..09.2023-cü il tarixli protokoldan görünür ki, Goranboy Vəkil Bürosunun vəkili Müdafiəçi, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Goranboy RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Şahid3, və Təqsirləndirilən şəxs iştirakları ilə protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “VAZ-2107” markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomobildə olan əşyalarını könüllü surətdə göstərməsi təklif edilmişdir. Sonuncunun idarə etdiyi avtomobil ağ rənglidir, sorğu zamanı Təqsirləndirilən şəxs “VAZ-2107” markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomobilin dostu X3 məxsus olduğunu, həmçinin avtomobildə narkotik vasitə olduğunu və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Goranboy rayonu Dəliməmmədli şəhərində stansı deyilən ərazidən tapdığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin salonunda sağ qabaq oturacağın ön hissəsində yerləşən saxlanc yerindən bir ədəd şəffaf rəngli sellofan torbada olan narkotik vasitə olan marixuanaya bənzər kütləni könüllü olaraq təqdim etmiş və həmin narkotik vasitə olan marixuanaya bənzər kütlə vəkilin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə 11,8 qram olması müəyyən edilmişdir. Daha sonra avtomobildən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə götürülərək 1 ədəd ağ rəngli zərfə qoyulmuş və DİN-in 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqi aparılması üçün qablaşdırılmışdır. Avtomobilə baxış zamanı maddi sübut əhəmiyyəti kəsb edən hər hansı əşya müəyyən olunmamış və götürülməmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2023-cü il tarixli, 16/895 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Təqsirləndirilən şəxs məxsus “VAZ” 21074” markalı **-DU-*** d.q. nişanlı avtomobildən götürülmüş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 5,04 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 30,40 (otuz manat qırx qəpik) manat təşkil edir; “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən həbsdən azad edilməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Goranboy RPŞ-nin MSY-dən azad edilmişdir; “Maddi sübutun tanınması haqqında” 19 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, 11 sentyabr 2023-cü il tarixli protokolla götürülmüş 5,04 qram, tədqiqata cəmi 0.02 qram sərf edildikdən sonra 5,02 qram qalmış qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-yə təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri Narkoloji Dispanserinin 28 oktyabr 2023-cü il tarixli, 1779 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın “İ siyahı. Narkotik vasitələr” fəslinin 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram və “İİ siyahı. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 5,04 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarına əlavə olunmuş 172 saylı Goranboy rayon Kələk kənd İƏDÜ nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə); - himayəsində iki azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan AA seriyalı ******* nömrəli və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətləri). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (xx.xx.2023-xx.xx.2023-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut Goranboy RPŞ-yə təhvil verilmiş 5,02 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə sərf edilmiş hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün (xx.xx.2023-xx.xx.2023-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş çəkisi 5,02 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-98/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-98/2023
28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver