Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-10/2023 23.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X8 və Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci il tarixdə İsmayıllı rayonu, Gideyli kəndində anadan olması, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli olması, fərdi əməklə məşğul olan, məhkum olunmamış, İsmayıllı rayonu Gideyli kəndində qeydiyyatda olmaqla, İsmayıllı rayonu Kürdeldarbəyli kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci və 125-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə nikahları rəsmi olaraq dövlət qeydiyyatına alınmış və həmin vaxtdan ər-arvad münasibətlərində olduğu ondan maddi və sair asılılıqda olan arvadı X3 birgə yaşadıqları müddətdə istintaqla dəqiq günü müəyyən edilməyən vaxtlarda bir neçə dəfə döyüb onunla amansız rəftar edərək, habelə dəfələrlə onu və valideynlərini nalayiq formada söyüb təhqir edərək ləyaqətini mütəmadi olaraq alçaltmış, Münəvvər Məmmədovanı 2021-ci ilin aprel ayından Göyçay rayonu Şahsoltanlı kəndinin ərazisində yerləşən fermada uşaqlarından ayrı, qayını Şahid8 ilə tək, səhhətində olan problemlərə baxmayaraq şəraitsiz halda olan həmin fermada saxlamış, sonuncu dəfə 2022-ci ilin yanvar ayının 4-dən 5-nə keçən gecə həyat yoldaşının başqa şəxslə mesaj vasitəsilə danışmasını öyrəndikdən sonra, Münəvvər Məmmədovanı döyərək ona qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran alın-təpə və sol gicgah nahiyəsinin geniş ölçülü hematoması və sağlamlığa zərər vurmamaqla dərəcəsi təyin edilməyən burunun sağ yan səthinin sıyrıqları, alın nahiyəsinin, burun belinin və sağ qulaq seyvanının qançırları xəsarətləri yetirmiş, həmçinin Münəvvər Məmmədovanı boşamaq, atasının evinə göndrəmək və uşaqlarını əlindən almaq ilə bağlı hədə-qorxu gəlməklə onu özünü öldürmə həddinə çatdırmış, nəticədə X7 xx.xx.2022-ci il tarixdə səhər saatlarında istintaqla dəqiq müəyyən edilməyən vaxtda Göyçay rayonu Şahsoltanlı kəndinin ərazisində yerləşən yaşadığı fermanın ərazisində olan tövlənin tavanındakı taxta tirdən özünü pres ipi ilə asaraq intihar etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci və 125-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2014-cü il tarixdə X7 ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından 2015-ci ilin mart ayında böyük qızı Səmra, 2017-ci ildə qızı Səma və 2018-ci ildə oğlu Rasim dünyaya gəlmişlər. Ailə münasibətləri normal olmuş, aralarında dava-dalaş, münaqişə, mübahisə və hər hansı konflikt olmamışdır. 2021-ci ilin aprel ayınadək İsmayıllı rayonu Kürdeldarbəyli kəndində bacısı, anası, qardaşı, yoldaşı və uşaqları ilə birlikdə yaşamışdır. 2021-ci ilin aprel ayından etibarən Göyçay rayonunun Çərmədil adlanan ərazisindəki fermada məskunlaşmışlar. Həmin vaxtdan yoldaşı, anası, qardaşı və balaca qızı ilə birlikdə yaşamışlar. Növbəli şəkildə qardaşı Habil ilə qoyunları otarmağa aparmışlar. Yoldaşı və anası isə balalayan qoyunlara baxmış, yemək bişirmiş və digər ev işlərini görmüşlər. Yoldaşının özünə məxsus “Redmi” markalı üzərində “Whatsapp” olan ***-***-**-** saylı mobil nömrə işlətmişdir. Mərhum arvadının telefonunu alıb yoxlamamışdır. 2021-ci ilin axırları arvadı Münəvvərin “Whatsapp” vasitəsi ilə “Gülü” adlı şəxslə bir-birlərinə ürək atdığını görmüş, bu barədə soruşduqda Münəvvər rəfiqəsi olduğunu bildirmiş və ona inanıb heçnə deməmişdir. 04 yanvar 2022-ci il tarixdə saat 24 radələrində yoldaşı yatan zaman telefonuna “Gülü” adlı şəxsdən mesaj gəldiyini görmüş, bu zaman yoldaşını yuxudan oyadıb interneti açmaq üçün parolu soruşmuş, Münəvvər parolu demişdir. Parolu açdıqdan sonra mesajlara girdikdə “Gülü” adlı şəxslə “Darıxıram, sən məni çox istəmirsən, ağrıyıram, bunlar çıxıb getsəydi biz rahat danışardıq” mesajlarını görmüşdür. Həmin vaxt yoldaşından həmin şəxsin kim olduğunu soruşmuş, Münəvvər rəfiqəsi olduğunu bildirmiş, Münəvvərə heç kimin rəfiqəsi ilə bu tərzdə danışmadığını bildirmiş və doğru danışmağını tələb etmişdirr. Münəvvər də sabah həmin şəxsin kim olduğunu deyəcəyini bildirmişdir. Təkidlə kimlə danışdığını soruşmuş, Münəvvər Qubadan olan bir kişi ilə danışdığını bildirmişdir. Gah həmin şəxsin nömrəsini rəfiqəsindən aldığını, gah da təsadüfən zəng etdiyini, ən sonda adını bilmədiyi saytdan götürdüyünü demişdir. Bu zaman Münəvvərə “növbəti gün səni atan evinə göndərəcəm, səni boşayıram, uşaqlarında əlindən alacam” demişdir. Həmçinin ondan niyə belə bir işə yol verdiyini soruşmuş, Münəvvərdə peşman olduğunu bildirmişdir. Bu zaman, Münəvvərə əgər peşman olmusansa, özünü doğruldacaqsansa boşamayacağanı demiş, Münəvvər də doğruldacağını bildirmişdir. Münəvvərin əlindən telefonu almış və nə vaxt belə şeylər etməyəcəksə telefonu qaytaracağını bildirmişdir. Həmin gün saat 08 radələrində yuxudan oyanan zaman Münəvvərin yerində yatdığını, anası və qardaşının qapıdan çölə çıxdığını görmüşdür. Yerindən durub onların arxasıyca qoyunları otlağa göndərməyə və quzuları qoyunlardan ayırmağa getmişdir. Təxminən 30- 40 dəqiqə anası və qardaşı ilə birlikdə quzulara süd vermişlər. Daha sonra balaca quzuları ayırıb böyük quzularla birlikdə qoyunları qardaşı dağa aparmışdır. Anası da həyətdə iş görməyə başlamışdır. Özü isə maşının düzəltdirmək üçün Göyçay rayonuna yola düşmüşdür. Həmin vaxt Münəvvərin həyətdə olmadığını görüb evdə yatdığını güman etmişdir. Fermadan çıxdıqdan 10-15 dəqiqə sonra anası zəng edərək qırıq-qırıq səslə yoldaşı Münəvvərin pis olduğunu bildirmiş, dərhal geri qayıtmış və həmin vaxt anasına dəfələrlə zəng etsə də zəng çatmamışdır. Çatana yaxın xalası zəng edərək anası ilə danışdığını və Münəvvərin vəziyyətinin pis olduğunu demiş, xalasına evə çatmağa az qaldığını bildirmişdir. Fermaya çatan zaman maşını saxlayıb aşağı düşmüş, bu zaman anası qaça-qaça gəlib yoldaşının tövlədən özünü asdığını demiş, qaça-qaça tövləyə getmiş, Münəvvərin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, dərhal süni nəfəs verməklə oyatmağa çalışmış, lakin Münəvvərin artıq öldüyünü görmüşdür. Anası ilə birlikdə yoldaşını evin içərisinə aparmışlar, üzünü və əlini su ilə yumuşlar. Daha sonra anası ilə birlikdə Münəvvərin meyitini yaşadıqları İsmayıllı rayonu Kürdeldarbəyli kəndinə gətirmişlər. Evə çatan zaman yoldaşının meyitini düşürüb fermaya getmiş və qardaşına hadisə barədə məlumat vermiş, həmin vaxt anasına qaynatasına zəng edib yoldaşının böyrək çatışmazlığından rəhmətə getdiyini deməyini tapşırmışdır. X2 özünü öldürməsi ilə bağlı ona təsir göstərməmişdir. Buna görə də hər iki maddə üzrə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş X11 göstərmişdir ki, X7 onun qızıdır. 2013-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Münəvvər ailə həyatı qurduqdan sonra, münasibətləri yaxşı olmuşdur. Lakin, birinci nəvəsi olduqdan sonra, onlar arasında münasibətlər pisləşməyə başlamışdır. Nəvəsi olduqdan sonra, Sahil də kənddə qızının yanında olmuş, orada olduğu müddətdə də onlar əsassız yerə mübahisə yaratmışlar, hətta Sahil qızını döymüşdür. Sahil Bakıya qayıtdıqdan sonra, Sahilgilin qızını yola vermədiklərini demiş və İsmayıllı rayonunda olarkən baş verən hadisələri ona danışmışdır. Bundan sonra, özü də qızıgilə getmişdir. Həmin vaxt onlardan nə səbəbə Münəvvəri incitdiklərini soruşduqda, qayınanası Nüybahar qızının mal-qaraya baxa bilmədiyini, Sahil isə Münəvvərin ona qulluq etmədiyini, Sahilin isə qızını boşamaq istədiyini bildirmiş. Həmin vaxt Sahilə səhər Münəvvəri götürüb gedəcəyini və məhkəməyə müraciət edəcəyini bildirmişdir. Belə ki, həmin gün axşam qızı da Bakı şəhərinə onunla birlikdə getməyə razı olmuşdur. Lakin, növbəti gün səhər Münəvvər onun ilə getmək istəmədiyini, Sahilin onu Bakıya müalicə olunmaq üçün göndərəcəyini bildirmişdir. Bir müddət sonra qızı Münəvvər Bakıya gəlmiş, təxminən 10 gün qalıb müalicə olunmuş və sonra yenidən İsmayıllı rayonuna qayıtmışdır. Bundan sonra onlar bir müddət sakit yaşamışlar. Sahil və ailəsi ilə münasibətləri yaxşı olmuş, birbirilərinə gedib-gəlmişlər. 2021-ci ilin mart ayınadək qızı Münəvvər ailəsi ilə birlikdə Kürdeldarbəyli kəndində yaşamışdır. 2021-ci ilin mart ayında isə onlar Göyçay rayonu, Şahsoltanlı kəndində Çərmədil dağı adlanan ərazidə yerləşən fermada yaşamağa başlamışlar. Sahilgil öz heyvanlarını saxlamaq üçün fermaya köçmüşlər. Həmin fermada qayını Habil və qızı Münəvvər yaşamışlar və heyvanlara baxmışlar. Sahil özü də Kürdeldarbəyli kəndində, bəzi vaxtlarda fermada qalmışdır. Münəvvər fermada qaldığı müddətdə həyat yoldaşı və gəlini ilə danışarkən, onlara fermada qala bilmədiyini, onun üçün ağır olduğunu bildirmişdir. Münəvvər sonuncu dəfə 2021-ci ilin avqust ayında bacısı oğlunun toy mərasimində iştirak etmək üçün, oğlu Rasim ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Qızı 10 gün onlarda qalmalı olduğu halda, lakin, toydan bir gün sonra, qızı onu rayona yola salmağını xahiş etmişdir. Qızından 10 gün qalacağını, nə üçün tez getmək istədiyini soruşduqda, Sahilin qayıtmasını tələb etdiyini və buna görə də qayıtdığını bildirmiş, qızını axırıncı dəfə avqust ayında görmüşdür. 2021-ci ilin noyabr ayında qızı anası ilə telefonla danışarkən, ona gecə su çəni deşildiyi üçün, qalan suyu daşıdığını, bundan sonra isə ağrıdığını bildirmişdir. Qızının ağrımağını eşitdikdən sonra, həyat yoldaşı Münəvvərin qayınanası Nüybahara zəng edib, Münəvvəri müalicə olunmasına görə Bakıya gətirmək istədiyini bildirmiş, Nüybahar oğlu Sahilə bu barədə dedikdə, Sahil telefonu alıb ona qarşı nalayiq ifadələr işlətmişdir. Həmçinin, Sahil Münəvvərlə də mübahisə edərək, nə üçün ağrıdığını dediyini irad bildirmişdir. Bundan sonra Sahil Münəvvərin onlarla danışmasına icazə verməmişdir. Həmçinin, nömrələrini qara siyahıya salmışdır ki, Münəvvərə zəng edə bilməsinlər. Bundan sonra Münəvvər gəlini Aysel ilə “Whatsapp” proqramı ilə mesaj vasitəsilə danışmışdır. 2021-ci ilin dekabr ayının əvvəllərində Münəvvər Ayselə mesaj yazaraq, qayını Habilin onu döyməsini bildirmiş, bundan sonra, həyat yoldaşı da bu barədə ona məlumat vermiş və rayona Münəvvərin yanına getmək istədiyini bildirmişdir. İşlədiyi üçün həyat yoldaşına, fevral ayında məzuniyyətə çıxdıqda, bir yerdə getmələrini, belə ki, tək gedərsə, onu qəbul etməyəcəklərini bildirmişdir. Yanvar ayının 5-də saat 14 radələrində Münəvvərin qayınanası Nüybahar zəng edərək Münəvvərin öldüyünü və rayona gəlmələrini bildirmiş, tez işdən icazə alıb, evə getmiş, bundan sonra, arvadı, bacısı, oğlu, qardaşları və digər qohumları ilə rayona gəlmişlər. Saat 22 radələrində qızının yaşadığı Kürdeldarbəyli kəndinə çatmışlar. Qızının yaşadığı evə girdikdə, Münəvvərin meyitinin yataq otağına qoyulduğunu görmüşlər. Bu zaman, həyat yoldaşı bacısı Ruhiyyəyə qızının üzünü açılmasını tələb etmiş, bacısı Münəvvərin üzünü açmaq istədikdə, Münəvvərin qayınanası, baldızı və orada olan tanımadıqları qadınlar buna mane olmaq istəmişlər. Arvadı meyitin üzünü açmağa mane olmalarından şübhələndiyi üçün, özü meyitin üzərini açmışdır. Meyitin üzərini açdıqda, qızının boyun nahiyyəsinə kimi pambıq qoyduqlarını görmüşdür. Bundan sonra Nüybahar boğazındakı pambığı götürməyə imkan verməmiş və qızının üzünü örtmüşdür. Artıq bu hərəkətlərdən şübhələndiyi üçün, çölə çıxıb DİN-nin 102 xidmətinə yığmaq istəyərkən, Nüybahar yanına gəlib, “ polisə məlumat verməməyini, qızının meyitini aparıb basdırmalarını” demişdir. Həmin vaxt kənd sahə həkimi olan Ağasəlim adlı şəxsdə ona yaxınlaşaraq, Münəvvərin yatıb durmadığını, bu barədə özünün sənəd yazıb gələcəyini demişdir. Lakin, DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Bir qədər sonra, polis və prokurorluq işçiləri oraya gəlmişlər. Bundan sonra, qızının meyitini morqa aparmışlar. Növbəti gün qızının meyiti müayinə olunarkən, qızının özünü asdığını öyrənmişlər. Hesab edir ki, Təqsirləndirilən şəxs qızı Münəvvəri qəsdən öldürmüşdür. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş (mərhum X4 anası Şahid1) və Şahid7, zərərçəkmiş şəxsin hüquqi varisi X11 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 göstərmişdir ki, X7 onun baldızı olmuşdur. Münəvvər ailə həyatı qurduqdan sonra, bir müddət Sahil ilə münasibətləri yaxşı olsa da, lakin onlar sonradan yola getməmişlər. 2021-ci ilin mart ayınadək Münəvvər ailəsi ilə birlikdə İsmayıllı rayonu Kürdeldarbəyli kəndində yaşamışdır. 2021-ci ilin mart ayında isə onlar Göyçay rayonu Şahsoltanlı kəndində Çərmədil dağı adlanan ərazidə yerləşən fermada yaşamağa başlamışlar. Belə ki, Sahilgil öz heyvanlarını saxlamaq üçün həmin fermaya köçmüşlər. Həmin fermada qayını Habil, Münəvvər yaşamışlar və heyvanlara baxmışlar. Sahil özü də Kürdeldarbəyli kəndində, bəzi vaxtlarda fermada qalmışdır. 2021ci ilin avqust ayında Münəvvər Bakı şəhərinə toya gəlmişdir. Qayınatası Münəvvərə telefon almışdır. Bundan sonra Münəvvərlə əlaqə saxlamışdır. Münəvvərlə “Whatsapp” vasitəsilə danışarkən, fermada qala bilmədiyini, burada qalmağın ağır olduğunu, buradan gedə bilmədiyini, qayını ilə ikisinin orada qaldığını demişdir. 2021-ci ilin noyabr ayından isə Münəvvər, Sahilin onlarla danışmasına icazə vermədiyini bildirmişdir. Münəvvər sadəcə olaraq gizli-gizli onunla mesaj vasitəsilə danışmışdır. 2021-ci ilin dekabr ayının əvvəllərində Münəvvər ona mesaj yazaraq, qayını Habilin onu döydüyünü bildirmişdir. Belə ki, Münəvvər ona anasına bu haqda heçnə bildirməməsini demişdir. Lakin, bu barədə qayınanasına demişdir. Münəvvərlə sonuncu dəfə yanvar ayının 4-də telefonla danışmışdır. Münəvvər sonuncu dəfə ona şəkil ataraq, qonaqlarının olduğunu, qayınanasının, həyat yoldaşının və uşaqlarının orada olduğunu demişdir. Bundan sonra, Münəvvər ilə danışmamışlar. Növbəti gün isə Münəvvərin qaynanası, qayınatası Şamilə zəng edərək Münəvvərin öldüyünü bildirmişdir. Bundan sonra qaynatasıgil İsmayıllı rayonuna getmişlər. Lakin, sonradan Münəvvərin özünü asaraq öldüyünü öyrənmişlər. Münəvvər sonuncu dəfə onunla telefonla mesaj vasitəsilə danışarkən ona sadəcə olaraq, qonaqları olduğunu, süfrə açdığını, qayınanası, həyat yoldaşı və uşaqlarının da orada olduğunu demiş, həmçinin, ona süfrənin şəklini atmış, bundan başqa, ona hər hansı şübhəli bir söz deməmişdir. Münəvvər ondan başqa Aygün, İlkanə və Türkanə adlı rəfiqələri ilə telefon əlaqəsi saxlamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid9 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, X7 isə gəlini olmuşdur. Sahil 14 aprel 2014-cü il tarixdə X7 ilə ailə həyatı qurmuş və birgə nikahdan X14, Şahid14 və X15 adlı övladları dünyaya gəlmişdir. Ana kimi övladları ilə və gəlini Münəvvər Məmmədova ilə mehriban olmuş və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Oğlu Sahil 2014-cü ildə Bakı şəhərində işləyərkən orada Münəvvər ilə tanış olmuşdur. Sonradan Münəvvər üçün elçi getmişlər, lakin valideynləri Münəvvəri Sahilə verməyə ilk əvvəl razı olmamışlar. Daha sonra onlar razılaşmışlar, Münəvvərgilə getmiş və onu oğlu Sahil üçün istəmişlər. Sonradan onların toy mərasimi baş tutmuş və İsmayıllı rayonu, KürdEldarbəyli kəndində yaşamağa başlamışlar. Münəvvər onlara gəlin köçdükdən sonra, valideynləri onun yanına gec-gec gəlib-getmişlər, son 2 ildə isə ümumiyyətlə gəlməmişlər. 2021-ci ilin aprel ayında özlərinə məxsus xırdabuynuzlu heyvanları saxlamaq üçün, Göyçay rayonu, Şahsoltanlı kəndinin ərazisində yerləşən fermada məskunlaşmışlar. Həmin fermada kiçik oğlu Habil, həmçinin oğlu Sahil həyat yoldaşı Münəvvər ilə yaşamışlar. Həmçinin, özüdə tez-tez həmin fermaya gedibgəlmişdir. Münəvvər bu ilin iyul ayının sonlarında Bakı şəhərinə bibisi oğlunun toyuna getmişdir. Münəvvər bir neçə gün Bakıda qaldıqdan sonra, rayona qayıtmışdır. Münəvvər Bakıdan, birbaşa fermaya qayıtmışdır. Fermaya getdikdə, Münəvvərin əlində telefon görmüş və həmin telefonun kimin olduğunu soruşmuş, Münəvvər də həmin telefonu atasıgilin alıb ona verdiklərini demişdir. xx.xx.2021-ci il tarixdə fermaya getmişdir. Həmin vaxt fermada özü, oğlu Habil, Sahil, Münəvvər və nəvəsi Səma olmuş və bayramı da orada keçirmişlər. 04.0122-ci il tarixdə axşam saatlarında axşam yeməyi yeyib, bir qədər söhbət etmişlər və hava soyuq olduğu üçün, bir otaqda yatmışlar. Özü və oğlu Habil çarpayıda, Münəvvərlə Sahil isə yerdə yatmışlar. Qızları Səma da onların yanında yatmışdır. Yatan zaman Sahilin Münəvvəri çağırdığına görə oyanmışdır. Nə baş verdiyini soruşduqda, Sahil “heç bir şey olmayıb, sən yat” demişdir. Həmin vaxt onların danışığından, Sahilin Münəvvərdən “telefonda danışdıqlarm kimdir, nömrəni sənə kim verib” deməsini eşitmişdir. Münəvvər isə həmin nömrəni ona rəfiqəsi İlkanənin verdiyini demişdir. Sahil telefonu özündə saxlayacağını, onun valideynlərinə də deyəcəyini, həmin nömrənin kimə məxsus olmasını araşdıracağını demişdir. Həmin vaxt Münəvvər Sahilə telefonu ona verməsini demiş, Sahil də telefon məndədi, sən məni aldatmısan, telefonda olanlarıda silmək istəyirsən demişdir. Münəvvər Sahilin əlindən telefonu almaq istədikdə, Sahil Münəvvəri itələmiş, Münəvvər isə yerdə olan döşəyin üzərinə yıxılmışdır. Bundan sonra, onlar öz aralarında danışmış və sonra yatmışlar. Daha sonra özüdə yatmışdır. Yatarkən qapının səsinə oyanmış, həmin vaxt Münəvvərin çölə çıxıb-qayıtdığını görmüşdür. Sonradan, qızı Səma da anasını çağırdıqda, Münəvvəri oyatmış, sonuncu qızını da ayaqyoluna aparıb, geri qayıtmışdır. Sonradan, Münəvvər sobanı yandırmış və yerinə girib yatmışdır. Həmin vaxt təxminən saat 06 radələri olmuşdur. Sonra özü də yerindən qalxmış, həmçinin, Sahil və Habildə oyanmışlar. Lakin, Münəvvər qızı ilə birlikdə yatmışdır. Birlikdə heyvanları tövlədən çıxarmışlar. Bu zaman Sahil öz avtomobili ilə Göyçay şəhərinə gedəcəyini demişdir. Özü də Habilə kömək edib, heyvanları otarağ sahəsinə ötürmüş və geri qayıtmışdır. Geri fermaya qayıtdıqda, əlini yumağa su gətirməsi üçün Münəvvəri səsləmişdir. Lakin, səsə nəvəsi Səma çıxmış, Səmaya su gətirməsini dedikdə, Səma su gətirmişdir. Səmadan anasının harada olduğunu soruşmuş, Səma isə anasının evdə olmadığını, yerindən qalxarkən “sən yat, mən gəlirəm” deyib çıxdığını və qayıtmadığını demişdir. Bundan sonra, ayaqyolu tərəfə getmiş və Münəvvəri səsləmişdir. Münəvvər cavab vermədikdə, onun orada olmadığını başa düşmüşdür. Münəvvərin evdə olmadığını görüb, həyətdə bir qədər Münəvvəri çağırmış, sonuncu cavab vermədikdə, bu dəfə Münəvvərin tövlədə olmasına baxmaq üçün oraya tərəf getmişdir. Tövləyə getdikdə, qapının bağlı olduğunu görmüş, içəri girdikdə, Münəvvərin tövlənin damından ot presinin ipi ilə asılı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt onun qabağında vedrə ağzı aşağı vəziyyətdə durmuş, qışqıraraq ona doğru getmiş, qucaqlayaraq qaldırmaq istəsə də, gücü çatmamışdır. Sonra qışqıraraq tövlədən çıxmış, həmin vaxt bıçaq gətirərək Münəvvərin özünü asdığı kəndiri kəsərək tövlənin giriş qapısında olan köhnə pencəyi yerə salaraq onu yerdən uzatmışdır. Sonra yenidən evə doğru qaçaraq telefon gətirib zəng etmək istəmiş, həmin vaxt nəvəsi Səma qışqırıq səsinə tövləyə tərəf gəlmiş və anası yerə uzanıq vəziyyətdə görərək “mamama nə oldu, mamam niyə belə elədi” deyərək qışqıraraq ağlamışdır. Evdən telefonu götürdükdən sonra telefon dalğası həmin ərazilərdə tutmadığından dalğanın olduğu yeri axtararaq zəng etməyə çalışmış, nəhayət dalğa olan yer tapdıqdan sonra oğlu Sahilə zəng etmişdir. Ona harda olmağından asılı olmayaraq təcili fermaya qayıtmağını bildirmiş, bundan sonra evdə nəvəsi Səma ağladığından onu sakitləşdirmək üçün evə qayıtmışdır. Daha sonra oğlu Sahil evə gəlmiş və birlikdə tövləyə getmişlər. Oğlu Sahil ilkin tibbi yardım etmək məqsədi Münəvvərə süni nəfəs vermişdir. Bundan sonra oğlu Sahil gəlini Münəvvəri və qızı Səmanı birlikdə idarə etdiyi maşına qoyaraq yaşadığı Kürdeldarbəyli kəndinə gətirmişlər. Kəndə gəldikdən sonra Münəvvərin atasına zəng edərək qızının vəfat etdiyini və kəndə gəlməklərini bildirmişdir. Namus məsələsi olduğuna görə atasına qızının özünü asaraq öldürdüyünü bildirməmişdir. Daha sonra gəlinin nəşini bacısı Gülbahar ilə birlikdə yumuşlar, qızı Gülər isə Münəvvəri yumaq üçün su gətirmişdir. Daha sonra gəlininin meyitini evə aparıb valideynlərinin gəlməyini gözləmişlər. Valideynləri gələn zaman qızının meyitini aparmaq istədiklərini demiş, oğlu da buna razı olmamışdır. Gəlininin atası 102 xidmətinə zəng edərək qızının meyitini vermədiklərini bildirmiş, bir neçə dəqiqə sonra polis və prokurorluq orqanları gəlmiş və meyitə baxış zamanı Münəvvərin özünü asdığını görmüşlər. Həmçinin bildirmişdir ki, Münəvvərin hansı səbəbə özünü asması barədə konkret olaraq bir şey deyə bilməmişdir. Lakin, Sahil gecə Münəvvərə “həmin oğlanıda tapacam, valideynlərinədə məlumat verəcəm, uşaqlarıda əlindən alıb səni boşayacam” demişdir. Münəvvərin başqa şəxslə danışmasını kənddə heç kimin bilməməsi üçün, onun özünü asmasını hamıdan gizlətmişlər. 2022-ci ilin 4-dən 5-nə keçən gecə Sahil Münəvvəri döyməmişdir. Sahil Münəvvəri itələyərkən otaq qaranlıq olduğu üçün, Münəvvərin harasa dəydiyini görməmiş, Sahil Münəvvəri itələyərkən Münəvvər döşəyin üzərinə yıxılmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid8 və Şahid10 Şahid9 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid11 göstərmişdir ki, X7 onun rəfiqəsi olmuşdur. Münəvvər 2013-cü il tarixdə Təqsirləndirilən şəxs nikaha daxil olduqdan sonra münasibətləri kəsilmişdir. Münəvvər 2021-ci ilin yay aylarında bibisi oğlunun toy mərasimində iştirak etmək üçün Bakı şəhərinə gəlmiş, Münəvvərlə onunla yenidən əlaqə saxlamış və bir-birinin nömrəsini götürmüşlər. 2021-ci ilin sonlarından isə telefon vasitəsilə əlaqə saxlamağa başlamışlar. Münəvvər ilə “Whatsaap” sosial şəbəkəsi və ya zəng vasitəsilə əlaqə saxlamışdır. Həmçinin “Whatsaap” sosial şəbəkəsində qrup yaratmışlar və həmin qrup vasitəsilə bir-biri ilə əlaqə saxlamışlar. Münəvvər ilə danışarkən, ona Göyçay rayonunda adını bilmədiyi kənddə fermada yaşadığını, belə ki, həmin fermada xırdabuynuzlu heyvanlarını saxladıqlarını demişdir. Münəvvər ilk əvvəl ona həmin fermaya köçərkən əri Sahilin ona birlikdə yaşayacaqlarını dediyini, lakin onu həmin fermaya apardıqdan sonra, İsmayıllıya qayıtdığını bildirmişdir. Münəvvər isə həmin fermada qayını ilə birlikdə yaşamışdır. Münəvvər onunla danışarkən, fermada yaşamağın çətin olduğunu, uşaqlarından ayrı qaldığını, uşaqlarını görə bilmədiyini demişdir. Münəvvər ona Sahilin heç bir şey üstündə onu döydüyünü bildirmişdir. Belə ki, bir dəfə Münəvvərin oğlu fermada Münəvvərin yanında olarkən, zəhərləndiyi üçün, həyat yoldaşının onu döydüyünü və uşağa baxa bilmirsən deyərək, uşağı onun yanından kəndə apardıqlarını demişdir. Həmçinin, Münəvvər bir dəfə uşağı üzərini çirkləndirdiyi üçün, qayınının onu döydüyünü demişdir. Münəvvərlə yanvar ayının 4-də mesaj vasitəsilə danışarkən, böyrəyi ağrıdığını, bayram tətili olduğu üçün həkimə gedə bilmədiyini və tətildən sonra həkimə gedəcəyini demişdir. Hadisə baş verən gün isə Münəvvərin qardaşı onun qardaşına zəng edərək hadisə barədə məlumat vermişdir. Münəvvər qeyd etdiyi kimi sonuncu dəfə böyrəyi ağrıdığını və buna görə həkimə gedəcəyini demiş, lakin, həyat yoldaşı və ya onun ailə üzvləri ilə aralarında hər hansı dava-dalaşın olması barədə heç nə deməmişdir. Münəvvər ilə yanvar ayının 4-də saat 22-23 radələrində danışmışdır. Münəvvər Məmmədova ilə sonuncu dəfə danışarkən ona həyatdan bezməsi, yaşamaq istəməməsi barədə konkret olaraq heç nə deməmişdir. Lakin ondan əvvəl Münəvvər ilə danışarkən, fermada yaşamağın çətin olduğunu, bezdiyini, həyat yoldaşının onu fermada atıb getdiyini bildirmişdir. Münəvvərlə sonuncu dəfə danışarkən ona fermada olduğunu demişdir. Münəvvər həmin vaxt həyat yoldaşı və qaynanasınında fermada olduğunu, həmçinin qızını da gətirdiklərini demişdir. Münəvvərlə olan mesaj danışıqları telefonundan silinmişdir. Həmin vaxt Münəvvərin ona və qrupa yazdığı mesajları Münəvvərin ailə üzvlərinə vermişdir. Lakin sonradan onun mobil telefonunda olan danışıqlar sildiyi üçün, hal-hazırda həmin mesajlar onda qalmamışdır. Münəvvər həyat yoldaşı Sahilin ona baxmadığını, onu fermada şəraitsiz vəziyyətdə qoyub getdiyini demişdir. Lakin, həyat yoldaşının ailə üzvləri haqqında isə konkret olaraq nəsə deməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, X7 ilə rəfiqə olmuşdur. 2021-ci ilin sonlarında isə telefon vasitəsi ilə əlaqə saxlamağa başlamışlar. Münəvvər ilə “WhatsApp” social şəbəkəsi və ya zəng vasitəsi ilə əlaqə saxlamışlar. Həmçinin “WhatsApp” sosial şəbəkəsində qrup yaratmışlar və həmin qrup vasitəsi ilə də bir- biriləri ilə əlaqə saxlamışlar. Münəvvər ilə danışarkən, sonuncu Göyçay rayonunda adını bilmədiyi kənddə fermada yaşadığını, belə ki, həmin fermada xırdabuynuzlu heyvanlarını saxladıqlarını demişdir. Münəvvər ilk əvvəl həmin fermaya köçərkən həyat yoldaşı Sahilin ona birlikdə yaşayacaqlarını dediyini, lakin onu həmin fermaya apardıqdan sonra, İsmayıllıya qayıtdığını bildirmişdir. Münəvvər isə həmin fermada qaynı ilə birlikdə yaşamışdır. Münəvvərlə danışarkən, fermada yaşamağın çətin olduğunu, uşaqlarından ayrı qaldığını, uşaqlarına görə bilmədiyini demişdir. Münəvvər həyat yoldaşının adi səbəblərə görə onu döydüyünü bildirmiş, belə ki, bir dəfə oğlu fermada Münəvvərin yanında olarkən, zəhərləndiyi üçün, həyat yoldaşının onu döydüyünü və uşağa baxa bilmirsən deyərək, uşağı onun yanından kəndə apardıqlarını demişdir. Həmçinin, Münəvvər bir dəfə uşağı üzərini çirkləndirdiyi üçün, qayınının onu döydüyünü demişdir. Münəvvərlə sonuncu dəfə ölümündən bir neçə gün qabaq danışmışlar. Həmin vaxt da Münəvvər ilə ümumi şeylər barədə danışmışlar. Həmçinin bildirmişdir ki, Münəvvər ilə telefonla danışarkən, Münəvvər həyatdan bezməsi, yaşamaq istəməməsi və.s şeylər barədə konkret olaraq heç nə deməmiş. Lakin, əvvəllər Münəvvər ilə danışarkən, Münəvvər fermada yaşamağın çətin olduğunu, bezdiyini, həyat yoldaşının onu fermada atıb getdiyini demişdir. Münəvvərlə sonuncu dəfə danışarkən həmin vaxt ərinin və qayınanasının da fermada olduğunu, həmçinin qızını da gətirdiklərini demişdir. Münəvvərlə olan mesaj danışıqları telefonundan silinmişdir. Münəvvər vəfat etdikdən sonra, Münəvvərin ona və “Whatsapp” sosial şəbəkəsində yaratdıqları qrupa yazdığı mesajları Münəvvərin ailə üzvlərinə vermişdir. Lakin, sonradan mobil telefonunda olan danışıqlar silindiyi üçün, hal-hazırda həmin mesajlar qalmamışdır. Hadisədən sonra, onda olan səs yazılarını Münəvvərin ailə üzvlərinə təqdim etmiş, belə ki, Münəvvər həmin səs yazıları ilə onunla danışmışdır. Münəvvər həyat yoldaşı Sahilin ona baxmadığını, fermada qoyub getdiyini, həmçinin qayını Habilin də onu döyməsini demişdir. Münəvvərdən hansı səbəb fermada qalması ilə bağlı soruşduqda, Münəvvər qayınanasının fermaya gəlmək istəmədiyini, buna görə də cavan olduğu üçün fermaya onu göndərdiklərini demişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid12 göstərmişdir ki, X7 ilə rəfiqə olmuşdur. Münəvvər 2021-ci ilin yay aylarında bibisi oğlunun toy mərasimində iştirak etmək üçün Bakı şəhərinə gəlmişdir. Həmin vaxt onunla yenidən əlaqə saxlamış və birbirinin nömrəsini götürmüşlər. Həmin vaxt atası Münəvvərə mobil telefon almış və bundan sonra bir-biri ilə əlaq saxlamağa başlamışlar. Münəvvər ilə “Whatsaap” sosial şəbəkəsi və ya zəng vasitəsilə əlaqə saxlamışlar. Həmçinin “Whatsaap” sosial şəbəkəsində qrup yaratmışlar və həmin qrup vasitəsilə onlar, yəni Türkanə, İlkanə və Münəvvər ilə birlikdə bir-biri ilə əlaqə saxlamışlar. Münəvvər ilə danışarkən, onlara Göyçay rayonunda adını bilmədiyi kəndində fermada yaşadığını, belə ki, həmin fermada xırdabuynuzlu heyvanlarını saxladıqlarını demişdir. Münəvvər ilk əvvəl onlara həmin fermaya köçərkən həyat yoldaşı Sahilin ona birlikdə yaşayacaqlarını dediyini, lakin onu həmin fermaya apardıqdan sonra, İsmayıllıya qayıtdığını bildirmişdir. Münəvvər isə həmin fermada qayını ilə birlikdə yaşamışdır. Münəvvər onlarla danışarkən, fermada yaşamağın çətin olduğunu, uşaqlarından ayrı qaldığını, uşaqlarını görə bilmədiyini demişdir. Münəvvər həmin fermaya gələnədək həyat yoldaşının onu döydüyünü demişdir. Həmçinin, Münəvvər fermada qayını ilə birlikdə tək qaldığını,qayının onunla yaxşı davrnamadığmı bildirmişdir. 2021-ci ilin dekabr ayının 28-29-da Münəvvər ilə “Whatsaap” sosial şəbəkəsində olan qrupda danışarkən, Münəvvər onlara “İnşallah, bu bayramı gözü yaşlı olmadan keçirərərəm” demişdir. Münəvvərin nə səbəbdən belə deməsini soruşduqda, Münəvvər hər bayramı göz yaşı ilə keçirdiyini, həyat yoldaşının və onun ailə üzvlərini hər bayram onu ağlatdıqlarını demişdir. Münəvvər həmçinin bu yeni ildə də qaynanasıgilin gələcəyini, “görək bu bayramı gözü yaşsız keçirə biləcəmmi” demişdir. Münəvvər ilə yenidən qrupda danışarkən, Münəvvərin “salam, necəsiz” yazdığını görmüşdür. Münəvvər yenidən bir neçə dəfə “salam” yazdıqdan, sonra “niyə danışmırsız” demişdir. Bu zaman Münəvvər nə danışaq, eyni şeylərdi dedikdə, Münəvvər də “məndə də eyni şeylərdi” demişdir. Bundan sonra Münəvvər ilə danışmamışlar. Sonradan isə yanvar ayının 5-də baş vermiş hadisə barədə məlumat almışdır. Münəvvərlə sonuncu dəfə telefon vasitəsilə danışarkən, özünü narahat hiss etməsi, ailə üzvləri ilə hər hansı dava-dalaşının olması barədə heç bir söhbəti olmamışdır. Lakin, Münəvvər ilə danışarkən, onlara böyrəyinin ağrıdığını, fermada yaşaya bilmədiyini demişdir. Münəvvərlə danışarkən, həyatdan bezməsi, yaşamaq istəməməsi ona heçnə deməmişdir. Münəvvərlə Məmmədova ilə sonuncu dəfə danışarkən ona fermada olduğunu demişdir. Həmin vaxt Münəvvər ferma da qayını ilə tək yaşadığını demişdir. Münəvvərlə olan mesaj danışıqları telefonundan silinmişdir. Həmin vaxt Münəvvərin ona və qrupa yazdığı mesajları Münəvvərin ailə üzvlərinə vermişdir. Lakin, sonradan onun mobil telefonunda olan danışıqlar silindiyi üçün, hal-hazırda həmin mesajlar onda qalmamışdır. Münəvvər həyat yoldaşı Sahilin ona baxmadığını, onu fermada qoyub getdiyini,qayınanasının onu yola vermədiyini demişdir. Münəvvər ona Habilin onu ağacla vurduğunu demişdir. Belə ki, qoyun sürüsünün yanında olarkən, Münəvvər özü ilə ağac götürmədiyinə görə, qayını özündə olan ağacı Münəvvərə tərəf atmış və ağacda Münəvvərə dəymişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid13 göstərmişdir ki, “CAN.AZ” sosial şəbəkəsində X7 ilə tanış olmuşdur. Daha sonra “Whatsapp” sosial şəbəkəsində yazışmağa başlamışdır. Həmçinin, ondan rəfiqəsinə göndərmək üçün bir-iki ədəd şəxsi şəkillərini istəmişdir. Münəvvərə şəxsi şəkillərini göndərən vaxt ona rəfiqəsinin razılığını alan kimi ona yazacağını bildirmişdir. 30 dəqiqə sonra Münəvvərin rəfiqəsi Aygün ona “Whatsapp” sosial şəbəkəsində ilk olaraq yazmağa başlamışdır. Aygünlə bir neçə dəqiqə telefonla danışdıqdan sonra onun Quba rayonunda yaşadığı məlum olmuş, Bakı şəhərində yaşaması səbəbindən orada yaşayan biri ilə tanış olmaq istədiyini bildirmişdir. Aygün ilə aralarında razılıq olmadığı üçün Münəvvər bu barədə yazmağa başlamışdır. Həmin vaxt Münəvvər isə ona “sən narahat olma, mən bu məsələni həll edəcəm” demişdir. Bundan sonra Münəvvər ilə onun münasibəti daha da yaxşılaşmışdır. Belə ki, Münəvvər ilə dost kimi yazışmağa başlamışdır. Münəvvərlə arasında yalnız dost kimi və səmimi söhbətlər olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, MTE PA Birliyi Publik hüquqi şəxsi İsmayıllı rayon şöbəsinin rəisi vəzifəsində çalışır. İsmayıllı rayon prokurorluğunun müstəntiqinin xx.xx.2022-ci il tarixli qərarı əsasında İsmayıllı rayonu, Kürdeldarbəyli kəndində qeydiyyatda olan X2 meyitinin daxili və xarici müayinəsini qeyd olunan tarixdə MTE və PA birliyi publik hüquqi şəxsinin Göyçay rayon şöbəsinin morqunda aparmışdır. Meyitin xarici müayinəsi zamanı, onun burun nahiyyəsində sağ yan səthinin sıyrıqları, alm nahiyyəsinin, burun belinin və sağ yan səthinin sıyrıqları, alın nahiyyəsinin, burun belinin və sağ qulaq seyvanının qançırları xəsarətləri aşkar edilmişdir. Həmçinin, meyitin daxili müayinəsi zamanı kəllə dərisi açılarkən, dəri altına alm-təpə və sol gicgah nahiyyədə qansızmalar olması müəyyən edilmişdir. Belə ki, həmin xəsarətlər həyatidirlər, həmin xəsarətlər küt-bərk əşyanın təsirindən yaranmışlar və kənar şəxs tərəfindən vurulması nəticəsində yaranması istisna edilmir. Münəvvər Məmmədovanın bədəni üzərində olan xəsarətlərin itələmə nəticəsində çarpayı üzərinə yıxılması və ya harasa dəyməsi nəticəsində yaranması halı inkar edilir. Belə ki, həmin xəsarətlərin kənardan kimsə tərəfindən yaranması halı daha inandırıcıdır. Ölümdən sonra meyitin hər hansı əşyaya və ya yerə dəyməsi nəticəsində qeyd edilən xəsarətlərin yaranması halı inkar edilir. Çünki, ölümdən sonra qan dövranı və ürək fəaliyyəti dayandıqdan sonra, meyit harasa dəydikdə, onda qançır, qanıszma və hematoma əmələ gəlməsi mümkün deyil. Meyitin daxili müayinəsi zamanı stranqulyasiya şrıımı nahiyyəsindən götürülmüş dəri nümunəsinin histoloji müayinəsi nəticəsində dəridə sıxılma əlamətləri aşkar edilmişdir. Bu da ona dəlalət edir ki, Münəvvər Məmmədova intihar edərkən sağ olmuşdur. Bundan başqa eyni tarixli qərar ilə X2 meyitinin daxili və xarici müayinəsini qeyd olunan tarixdə MTE və PA birliyi publik hüquqi şəxsinin Göyçay rayon şöbəsinin morqunda aparmışdır. Meyitin xarici müayinəsi zamanı, onun burun nahiyyəsində sağ yan səthinin sıyrıqları, alın nahiyyəsinin, burun belinin və sağ yan səthinin sıyrıqları, alın nahiyyəsinin, burun belinin və sağ qulaq seyvanının qançırları xəsarətləri aşkar edilmişdir. Həmçinin, meyitin daxili müayinəsi zamanı kəllə dərisi açılarkən, dəri altına alın-təpə və sol gicgah nahiyyədə qansızmalar olması müəyyən edilmişdir. Belə ki, həmin xəsarətlər həyatidirlər, həmin xəsarətlər küt-bərk əşyanın təsirindən yaranmışlar və kənar şəxs tərəfindən vurulması nəticəsində yaranması istisna edilmir. Münəvvər Məmmədovanın bədəni üzərində olan xəsarətlərin itələmə nəticəsində yerdə salınmış döşəyin üzərinə yıxılması və ya harasa dəyməsi nəticəsində yaranması halı inkar edilir. Belə ki, həmin xəsarətlərin kənardan kimsə tərəfindən vurulma nəticəsində yaranması halı daha inandırıcıdır. Ölümdən sonra meyitin hər hansı əşyaya və ya yerə dəyməsi nəticəsində qeyd edilən xəsarətlərin yaranması halı inkar edilir. Çünki, ölümdən sonra qan dövranı və ürək fəaliyyəti dayandıqdan sonra, meyit harasa dəydikdə, onda qançır, qanıszma və hematoma əmələ gəlməsi mümkün deyil. Meyitin daxili müayinəsi zamanı stranqulyasiya şrıımı nahiyyəsindən götürülmüş dəri nümunəsinin histoloji müayinəsi nəticəsində dəridə sıxılma əlamətləri aşkar edilmişdir. Bu da ona dəlalət edir ki, Münəvvər Məmmədova intihar edərkən sağ olmuşdur. Münəvvər Məmmədovanın həmin xəsarəti, yəni alm, təpə və sol gicgah nahiyəsində olan hematoma xəsarətinin özü-özünə yetirilməsi halı tamamilə inkar edilir. Bundan başqa, rəydən göründüyü kimi həmin xəsarətlər 3 nahiyədə, yəni alm, təpə və sol gicgah nahiyədə yerləşdiyindən, eyni zamanda eyni vaxtda həmin nahiyələrdən xəsarət alması, onun tövlədə və.s yerdə hər hansı bir yerdə ətrafda yerləşən əşyalara dəyərək, yaranması halı inkar edilir. Belə ki, Münəvvər Məmmədovanın eyni vaxtda həmin 3 fərqli nahiyələri ətrafdakı hər hansı bir cismə vuraraq alması inandırıcı deyil. Həmin xəsarətlər hər hansı şəxs (şəxslər) tərəfindən vurularaq yaranması mümkündür. Həmin xəsarətləri Münəvvər Məmmədova özünü asarkən yaranan reaksiya nəticəsində, çabalama zamanı öz başını tövlədə olan taxta milə vuraraq alması halı mümkün deyildir. Belə ki, fotocədvəldən də göründüyü kimi, Münəvvər Məmmədovanın özünü asdığı taxta milin ətrafında onun başının dəyə bilcəyi hər hansı bir küt əşya və ya cisim yoxdur. Həmçinin, şəxs özünü asarkən ağırlıq qüvvəsinə görə şəxs aşağı sallandığı üçün, onun başını yuxarda olan taxta milə vurması da mümkün deyildir. Birmənalı olaraq, Münəvvər Məmmədovanın baş nahiyəsindəki xəsarətlər onun özünü asarkən yaranması halı mümkün deyildir. Həmin xəsarətlər kənardan vurulma nəticəsində yaranmaya xarakterikdir. Münəvvər Məmmədovanın sağ qulaq seyvanın arxasında olan qançırlardan ibarət xəsarətdə kənardan küt əşya, alət ilə vurulma nəticəsində yaranmağa xarakterdir. Cinayət işinə əlavə edilmiş İsmayıllı MTE və PA ETTB Publik hüquqi şəxsdən verilmiş xx.xx.2022-ci il tarixli, 02 №-li rəydən görünür ki, 1993-cü il təvəllüdlü X1 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - alın - təpə və sol gicgah nahiyəsinin hematoması, burunun sağ yan səthinin sıyrığı, alın nahiyəsinin, burun belinin və sağ qulaq seyvanın qançırları, boyunun ön səthində çəp qalxan, stranqulyasiya şırımı. X1 meyitinin boyununda aşkar edilmiş və onun ölümünə səbəb olmuş boyun nahiyəsində çəp qalxan stranqulyasiya şırımı, bədənin öz ağırlığı ilə yaranmış dartma qüvvəsinin təsirindən boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində mərhumnin ölümündən az əvvəl və ya ölüm vaxtı törənmişdir, həyatidir, dərəcəsinə görə ölümlə nəticələnmiş mexaniki asfıksiya ilə müşayiət olunduğuna görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərər vurmanın əlamətlərinə malikdir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. Alın - təpə və sol gicgah nahiyəsinin geniş ölçülü hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərər vurmanın əlamətlərinə, burunun sağ yan səthinin sıyrıqları, alın nahiyəsinin, burun belinin və sağ qulaq seyvanının qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə aid edildiyindən dərəcəsi təyin edilmir, həyatidirlər, baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur. Qeyd edilən xəsarətlər küt əşya (alət) təsirindən törənmişdir, kənar şəxs (şəxslər) tərəfindən vurulması nəticəsində yaranmaya xarakterikdir, törənmə müddəti mərhum M.Təqsirləndirilən şəxsnın ölümündən bir günədək əvvələ uyğun gəlir. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm X1 meyitinin meyitxanada müayinəsindən təxminən 15-24 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanın məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzoidiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 140 nömrəli rəyindən görünür ki, cinayət işi materiallarına əsaslanaraq ehtimal etmək olar ki, X9 ölümündən əvvəl Göyçay rayonunda yerləşən fermada yaşaması, onun övladlarından ayrı qalması, səhhətində yaranan problemlərə baxmayaraq şəraitsiz vəziyyətdə olan fermada yaşamağa davam etməsi, həyat yoldaşının onu fermada tək qoyması, həyat yoldaşı tərəfindən söyülərək təhqir edilməsi, sonuncu dəfə təxminən 1 gün əvvəl həyat yoldaşı tərəfindən döüyülüb, uşaqlarının əlindən alınaraq boşanma ilə təhdid edilməsi nəticəsində əhvalın aşağı enməsi şəklində (depressiv vəziyyət) psixi emosional hal keçirməsi və bu səbəbdən intihara təşəbbüs etməsi istisna edilmir. X1 psixoloji vəziyyəti nəticəsində özünə qəsd edə bilərdi. Cinayət işinə əlavə edilmiş DVD diskdə olan səs yazılarında birinci fayla daxil olduqda, faylda Təqsirləndirilən şəxs aid olduğu bildirilən səs yazısı vardır. Həmin səs yazısında Təqsirləndirilən şəxs nalayiq ifadələrlə bunların mayasına sən zibil qatdın, hara gedirsən get, oturursan otur, oturmursan oturma kimi ifadələr işlətməsi müəyyən olunur. Üçüncü fayla daxil olduqda, faylda Münəvvər Məmmədova aid olması bildirilən səs yazısının olması, həmin səs yazısında Münəvvər Məmmədovanın ikinci bir şəxslə danışığının olması, həmin səs yazısında Münəvvər Məmmədovanın qayını Habilin onu vurmasını, boğazından tutaraq boğmasını bildirməsi müəyyən olunur. Dördüncü fayla daxil olduqda, faylda Münəvvər Məmmədova aid olması bildirilən səs yazısının olması, həmin səs yazısında Münəvvər Məmmədovanın ikinci bir şəxsə “Sahil sabah gələcək, sabah gələndə mən sözlərimi danışacam, xoşu gəlmir, gedib ərizəsini versin, məndə çıxıb gedirəm” kimi ifadələr işlətməsi müəyyən olunur. Beşinci fayla daxil olduqda, faylda Münəvvər Məmmədova aid olması bildirilən səs yazısının olması, həmin səs yazısında Münəvvər Məmmədovanın ikinci bir şəxsə “uşaqlarımı onlara vermərəm, uşaqlarsız oradan çıxan deyiləm, ayrı ev tutub kirayə qalacam, işləyib özümə baxacam, bu nə yaşayışdı, nə ər görürəm, nə uşaq” kimi ifadələr işlətməsi müəyyən olunur. Altıncı fayla daxil olduqda, faylda Münəvvər Məmmədova aid olması bildirilən səs yazısının olması, həmin səs yazısında Münəvvər Məmmədovanın ikinci bir şəxsə “bunlar yiyəsiz, biqeyrət insanlardı, keçən səfər qardaşı itmişdi, dava elədim, atamgili qatdım söhbətə, atam, anam zəng edib Sahilə, qaynanama, baldızıma ağzına gələni deyib, indi onun üstündə davadayam, deyirlərki çıx get, demişəm çıxıb gedəcəm” kimi ifadələr işlətməsi müəyyən olunur. Yeddinci fayla daxil olduqda, faylda Münəvvər Məmmədova aid olması bildirilən səs yazısının olması, həmin səs yazısında Münəvvər Məmmədovanın ikinci bir şəxsə “bir neçə dəfə xəstəxanaya gedib gəlmişəm, böyrəyimi, ürəyimi yoxlatmışam, heç bir problem yoxdu, sadəcə olaraq onurğa sütunum ağrıyır, “mrt” edilməldi, inan ki gəzə bilmirəm, yata bilmirəm” kimi ifadələr işlətməsi müəyyən olunur. Səkkizinci fayla daxil olduqda, faylda Münəvvər Məmmədova aid olması bildirilən səs yazısının olması, həmin səs yazısında Münəvvər Məmmədovanın ikinci bir şəxsə “elə onun davasıdı, Sahil deyir çıx get, atam da deyir ki, mən qızımı orada öldürməyəcəm, qızımı gətirim müalicə etdirim, sonra qaytarım, bunlar deyir gedirsən birdəfəlik çıx get deyirlər, elə onun davasıdı” kimi işlətməsi müəyyən olunur. Doqquzuncu fayla daxil olduqda, faylda Münəvvər Məmmədova aid olması bildirilən səs yazısının olması, həmin səs yazısında Münəvvər Məmmədovanın ikinci bir şəxsə “deməyə söz var ki, mənimdə sözüm qurtaracaq deməyə, o qədər nifrət eliyirəm hər şeyə, bayaq qaynanamgillə danışıram, deyirəm həyata nifrət edirəm, deyirlər niyə gülürlər mənə, deyirəm nə bilim ey həyata nifrət edirəm, inanmazsan gəlib ilişmişəm bura, nə çıxa bilirəm, nə gedə bilirəm, nə qala bilirəm, bayaq deyirəm məndə gəlirəm, uşaq məktəbə gedir, deyirlər nəyə gəlirsən dedim nə bilim uşağım məktəbə gedir, mən kəndə gəlirəm ” kimi işlətməsi müəyyən olunur. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayından arvadı X5 yaşadıqları Göyçay rayonu Kürdeldarbəyli kəndindən, Göyçay rayonu Şahsoltanlı kəndi ərazisində yerləşən fermaya xırdabuynuzlu heyvanlara baxması üçün gətirərək, tam komunal şəraitsiz vəziyyətdə olan bir otaqda qardaşı Şahid8la birlikdə, üç uşağından ayrı yaşamağa məcbur edərək, eləcə də X5 uşaqlarını əlindən alaraq boşayacağı ilə hədələyərək, X5 döyərək, mütəmadi olaraq X4 və valideyinlərinin ünvanına dəfələrlə nalayiq söyüşlər söyərək, X4 müayinə və müalicəyə ehtiyacı olduğu halda ona belə şəraiti yaratmayaraq ondan asılı vəziyyətdə olan X5 xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Şahsoltanlı kəndi ərazisində yerləşən fermada özünə öldürmə həddinə çatdıraraq Azərbaycan Respublikası CM-nin 125-ci maddəsində və xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Şahsoltanlı kəndi ərazisində yerləşən fermada X5 itələyərək ona, alın - təpə və sol gicgah nahiyəsinin geniş ölçülü hematoması xəsarətləri yetirərək, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirilən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 125 və 128-ci maddələrinnin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM 128-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM 125-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından dərhal həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon Prokurorluğunun arxivində saxlanılan pres ipi və X6 məxsus dirnaq nümunələri məhv edilməli, X6 məxsus bir ədəd boz rəngli uzunqol yaxası açıq köynək, bir ədəd tünd göy rəngli idman şalvarı, bir ədəd yaşıl rəngli uzunqol jaket, bir ədəd ağ rəngli qısaqol mayka, bir ədəd ağ rəngli alt paltarı və Münəvvər Məmmədovaya məxsus “redmi” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X10 qaytarılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğluna təyin olunmuş az ciddi cəza olan 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, ona təyin olunmuş daha ciddi cəza olan 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.2-ci maddəsinə əsasən əhatə olunmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan Göyçay rayon Prokurorluğunun arxivində saxlanılan, pres ipi və X6 məxsus dirnaq nümunələri məhv edilsin, X6 məxsus bir ədəd boz rəngli uzunqol yaxası açıq köynək, bir ədəd tünd göy rəngli idman şalvarı, bir ədəd yaşıl rəngli uzunqol jaket, bir ədəd ağ rəngli qısaqol mayka, bir ədəd ağ rəngli alt paltarı və Münəvvər Məmmədovaya məxsus “redmi” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X10 qaytarılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-10/2023
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-10/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver