Məhkəmə qərarları › İş №1(046)-10/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-10/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-10/2024 24.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı1, zərər çəkmiş şəxs 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Müdafiəçilər Müdafiəçi3,Müdafiəçi2 və Müdafiəçi4 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan, Qəbələ rayonu Zarağan-2 məcburi köçkün şəhərciyində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirləndirilməsinə, xx.xx.1990-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göyçay rayonu Şıxbəy kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirləndirilməsinə, xx.xx.1961-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Göyçay rayonu Məlikkənd kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən, məhkum olunmamış, Göyçay rayonu Şıxbəy kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1u 2023-cü ilin iyun ayının ortalarında, günü istintaqa məlum olmayan tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** dövlət qeydiyyat nömrəli, **********878 reyestr nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə Göyçay rayonu Şıxbəy kənd sakini Təqsirləndirilən şəxs2 məxsus olmaqla Göyçay rayonu Şıxbəy kəndi ərazisindəki kənd təsərrüfat təyinatlı torpaq sahəsində yerləşən müxtəlif diametrli qovaq cinsli ağacların sonradan gövdələrini sataraq qazanc əldə etmək məqsədi ilə kəsilməsi müqabilində Təqsirləndirilən şəxs2 800 manat məbləğində pul təklif etməklə sonuncu ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydası»nın 2.1-ci bəndinin və xx.xx.2014-cü il tarixli «Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq razılığı olmadan növbəti gün istintaqa məlum olmayan tarixdə səhər saatlarında qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi Təqsirləndirilən şəxs2 razılığı ilə özü tərəfindən gətirilmiş şəxsiyyətləri istintaqa məlum olmamaqla cinayətdən xəbərsiz olan şəxslər tərəfindən ağacların motorlu mişardan istifadə edilməklə kəsilməsinə qanunsuz göstəriş vermiş və həmin naməlum şəxslər tərəfindən həmin torpaq sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar sayılmamaqla meşə fonduna daxil olmayan köküstə yaş halda diametrləri 8,1-12 sm olan 3 ədəd, 12,1-16 sm olan 9 ədəd, 16,1-20 sm olan 7 ədəd, 20,1-24 sm olan 9 ədəd, 24,1-28 sm olan 12 ədəd, 28,1-32 sm olan 8 ədəd, 32,1-36 sm olan 4 ədəd, 36,1-40 sm olan 3 ədəd, ümumilikdə 55 ədəd qovaq cinsli ağacların kökboğazından kəsilməsi nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə külli miqdarda, yəni 12.770 manat maddi ziyan vurmuşdur. Bununla da Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 2023-cü ilin iyun ayının ortalarında, günü istintaqa məlum olmayan tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** dövlət qeydiyyat nömrəli, **********878 reyestr nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Göyçay rayonu Şıxbəy kəndi ərazisindəki kənd təsərrüfat təyinatlı torpaq sahəsində yerləşən müxtəlif diametrli qovaq cinsli ağacların kəsilməsi müqabilində 800 manat məbləğində pul təklif edən Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olmaqla Qəbələ rayonu Zarağan-2 məcbur köçkün şəhərciyində yaşayan Təqsirləndirilən şəxs1 təklifini qazanc əldə etmək məqsədi ilə qəbul edib sonuncu və qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydası»nın 2.1-ci bəndinin və xx.xx.2014-cü il tarixli «Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq razılığı olmadan növbəti gün istintaqa məlum olmayan tarixdə səhər saatlarında alarındakı razılaşmaya uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi Təqsirləndirilən şəxs1 tərəfindən gətirilmiş şəxsiyyətləri istintaqa məlum olmamaqla cinayətdən xəbərsiz olan şəxslər tərəfindən ağacların motorlu mişardan istifadə edilməklə kəsilməsinə qanunsuz olaraq razılıqla göstəriş vermiş və həmin naməlum şəxslər tərəfindən həmin torpaq sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar sayılmamaqla meşə fonduna daxil olmayan köküstə yaş halda diametrləri 8,1-12 sm olan 3 ədəd, 12,1-16 sm olan 9 ədəd. 16,1-20 sm olan 7 ədəd, 20,1-24 sm olan 9 ədəd, 24,1-28 sm olan 12 ədəd, 28.1-32 sm olan 8 ədəd, 32,1-36 sm olan 4 ədəd, 36,1-40 sm olan 3 ədəd, ümumilikdə 55 ədəd qovaq cinsli ağacların kökboğazından kəsilməsi nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə külli miqdarda, yəni 12.770 manat maddi ziyan vurmuşdur. Bununla da Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, habelə vəzifəli şəxs kimi sair niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etməklə Azərbaycan Respublikası CM-nin 308.1-ci və 313-cü maddələri təqsirləndirilir. Belə ki, ittihama əsasən Təqsirləndirilən şəxs3 Göyçay rayonu Məlikkənd kənd bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 01 saylı iclas protokoluna əsasən bələdiyyə sədri seçilməklə həmin tarixdən bələdiyyə sədri vəzifəsində işləyərkən «Göyçay rayonu Məlikkənd kənd bələdiyyəsinin Nizamnaməsi»nə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** dövlət qeydiyyat nömrəli, **********878 reyestr nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 məxsus Göyçay rayonu Şıxbəy kəndi ərazisindəki kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən müxtəlif diametrli qovaq cinsli ağacların kökboğazından qanunsuz olaraq kəsilməsi ilə bağlı 25 iyun 2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydası»nın 2.4-cü bəndində göstərilmiş fiziki və hüquqi şəxslər bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər» tələblərinə əsasən ağacların götürülməsi üçün bələdiyyəyə rəsmi olaraq ərizə ilə müraciət etmədiyini bildiyi, həmin torpaq sahəsində qanunsuz olaraq 55 ədəd qovaq cinsli ağacları kökboğazından kəsdiyini 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə keçirilən baxışda iştirak etməklə gördüyü halda, Şahid5 xahişindən sonra öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək sonuncunun oğlu Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayınmasına köməklik etmək niyyəti ilə 25 iyun 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Göyçay rayonu Şıxbəy kəndindəki evinin həyətində rəsmi sənəd hesab olunan arayışa qeyd edilən torpaq sahəsində həqiqətdə həmin vaxt kökboğazından kəsilmiş olan ağacların guya budanmaya ehtiyacı olması barədə «A 4» formatda olan kağızın üzərində əlyazma ilə bilə-bilə yalan məlumatlar daxil edərək geri tarixə, yəni 21 iyun 2023-cü il tarixdə tərtib edib çıxış nömrəsini «49» olaraq qeyd etməklə imza edib bələdiyyənin möhürü ilə təsdiq etməklə vəzifə saxtakarlığı edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, qeyd edilən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni Azərbaycan Respublikası Baş Prokurorluğunda Təqsirləndirilən şəxs2 məxsus Göyçay rayonu Şıxbəy kəndi ərazisindəki kənd təsərrüfat təyinatlı torpaq sahəsində yerləşən müxtəlif diametrli qovaq cinsli ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material əsasında aparılan araşdırma zamanı 25 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayınmasına köməklik etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd hesab olunan arayışla bağlı qanunsuz hərəkətlərini ört-basdır etməklə məsuliyyətə cəlb olunmaması şəxsi niyyəti ilə guya arayışın 21 iyun 2023-cü il tarixdə tərtib edilməklə kitabda qeyd edilməsi görüntüsü yaratmaq üçün öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 31 iyul 2023-cü il tarixdə günorta saatlarında Göyçay rayonu Məlikkənd kənd bələdiyyəsinin inzibati binasında cinayətkar əməlindən xəbərsiz olan bələdiyyənin mühasibi vəzifəsində işləyən Şahid4 Məlikkənd kənd bələdiyyəsinin möhürü ilə möhürlənmiş rəsmi sənəd hesab olunan «Göndərilən xarici məktublar» kitabında qeyd edilən arayışın məzmunu və çıxış nömrəsinin «47» olması barədə qeyd aparması üçün qanunsuz göstəriş vermiş və sonuncu tərəfindən əlyazma ilə qeydlər aparılmasına nail olmaqla rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, təxminən 5 il müddətdir ki, Göyçay və Ağdaş rayonlarının müxtəlif kəndlərində kənd sakinlərinin həyətyanı sahələrində olan yıxılmış ağacların oduncaqlarını, ot və yoncaları alıb, satışı ilə məşğul olmaqla ailəsini dolandırır. Təxminən 2023-cü ilin iyun ayının ortalarında Göyçay rayonu Şıxbəy kəndi ərazisində kənd sakinlərindən kəsilmiş və qırılmış ağacların olub-olmamasını maraqlanmaq üçün kəndə getmişdir. Kənddə dövlət qeydiyyat nişanını, markasını və sürücüsünü xatırlamadığı taksi ilə bağ sahələrinin ətrafını gəzən zaman əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs2la rastlaşmışdır. Təqsirləndirilən şəxs2 kəsilmiş və ya qırılmış ağacların odunlarını pul müqabilində aldığını dedikdə, Raqif ona xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan torpaq sahəsində küləyin təsirindən qırılmış vəziyyətdə olan ağacların olduğunu bildirərək, onu xurma ağacları salınmış bağ sahəsinə aparmışdır. Bağ sahəsini gəzən zaman sahənin qonşunun torpaq sahəsi ilə həmsərhəd olmaqla hasara alınmış hissəsində xeyli sayda hündürlükdən qırılmaqla budaqları qonşunun hasarının üzərinə yıxılmış vəziyyətdə olan ağacların olduğunu görmüşdür.Təqsirləndirilən şəxs2 yalnız xüsusi mülkiyyətdə olan, bələdiyyə tərəfindən kəsilməsinə icazə verilmiş ağacların odunlarını aldığını bildirmişdir. Raqif ona torpaq sahəsinin xüsusi mülkiyyətində olmasını təsdiq edən DƏDRX-dən verilmiş çıxarışı təqdim etmiş və o, həqiqətən də torpaq sahəsinin Təqsirləndirilən şəxs2 adına qeydiyyata alınmaqla mülkiyyətində olmasını görmüşdür. Raqifdən Məlikkənd bələdiyyəsindən ağacların kəsilməsi ilə bağlı icazə alıb-almadığını soruşmuşdur. Bundan sonra, Raqif Məlikkənd kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs3 zəng etmiş, danışıq zamanı Raqif özünə məxsus torpaq sahəsində olan qovaq (əbrüşüm) cinsli ağacların budaqlarının qırıldığını və həmin ağacları kəsmək istədiyini, buna görə də bələdiyyədən arayış verməsini dediyini eşitmişdir. Raqif mobil telefonu söndürüb ona telefonda danışdığı şəxsin bələdiyyə sədri olduğunu, bələdiyyə sədrinin ona ağacların kəsilməsi ilə bağlı razılıq verdiyini, lakin hazırda bələdiyyədə olmadığına görə ağacların kəsilməsi ilə bağlı razılıq nəzərdə tutan arayışı növbəti gün verə biləcəyini demişdir. Raqif ona əgər ağacların odunlarının satılması ilə bağlı razılaşsa, növbəti gün arayışı bələdiyyədən alıb ona təqdim edəcəyini də demişdir. Təqsirləndirilən şəxs2 göstərdiyi ağacları kəsdikdən, sayını və «QAZ 53» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerinə yığdıqdan sonra həcminə uyğun olaraq hesablayıb pulunu deyə biləcəyimi bildirmişdir. Raqif onunla razılaşmışdır. Növbəti gün ağacların kəsilməsi və avtomobilinin yük yerinə yığılması üçün günəmuzd olaraq müxtəlif işlərin görülməsi ilə bağlı yol kənarında fəhlələrin dayandığı Göyçay şəhəri Məmməd Rəşid adlanan yerə getmişdir. Orada ağacları yükləmək üçün tanımadığı 2 nəfər fəhlə və ağacları kəsmək üçün 1 nəfər motorlu mişarı olan adını bilmədiyi və əvvəl heç vaxt görmədiyi fəhləni götürüb Təqsirləndirilən şəxs2 məxsus bağ sahəsinə getmişdir. Təqsirləndirilən şəxs2 razılığı və göstərişi ilə qırılmaqla yıxılmış vəziyyətdə olan dəqiq sayını bilmədiyi xeyli sayda qovaq ağacı 3-4 saat müddətində kökboğazından motorlu mişar vasitəsi ilə kəsilmiş və o, ağacların gövdəsinə baxan zaman hamısının yaş olduğunu görmüşdür. Kökboğazından yaş vəziyyətdə kəsilmiş müxtəlif diametrdə olan dəqiq sayını xatırlamadığı, təxminən 20 ədəddən çox olan qovaq ağaclarının gövdə hissələri doğranaraq 2 dəfə olmaqla fəhlələr tərəfindən ona məxsus «Qaz 53» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yüklənmişdir. Ağacları motorlu mişarla kəsən və yük avtomobilinə yükləyən fəhlələrin ağacların hansı məqsədlə kəsilməsi barədə məlumatları olmamış, sonuncular yalnız onun göstərişi ilə zəhmət haqqı müqabilində ağacları kəsmişlər. Həmin ağacların gövdələrinin sayına və avtomobilinin yük tutumuna əsasən ağacların pulunu hesablayıb Təqsirləndirilən şəxs2 800 manat məbləğində pul vermişdir. Fəhlələrin də zəhmət haqqını ödədikdən sonra həmin ağacların gövdələrini Ağdaş rayonunda özünə məxsus evin həyətinə apararaq tanımadığı şəxsə satmış və ağacların satışından 900 manat məbəğində qazanc əldə etmişdir. Göyçay rayonu Məlikkənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs3 yalnız 31 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar İcraatlar idarəsi tərəfindən araşdırma aparılan zaman prokurorluğun inzibati binasında görmüşdür. Onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2la ağacların kəsilməsi ilə bağlı danışıq aparan zaman Raqif ona Məlikkənd kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs3 zəng edib ağacların kəsilməsi ilə bağlı icazə alacağını deyib zəng etmişdir, telefonda danışan zaman həmin şəxsə «Sərkər müəllim» deyə müraciət etdiyinə görə onun bələdiyyə sədri ilə danışdığını düşünmüşdür. Həmçinin Raqif ona həmin vaxt bələdiyyədən qırılmaqla yıxılmış vəziyyətdə olan ağacların kəsilməsi ilə bağlı razılıq nəzərdə tutan arayış təqdim etməmişdir. Raqif sənədi növbəti gün ağaclar kəsiləndən sonra təqdim edəcəyini desə də, sonradan yadından çıxdığı üçün həmin sənədi almamışdır. Bələdiyyə sədri Təqsirləndirilən şəxs3 tanımadığı üçün onunla əlaqə yaratmamışdır. Raqif bələdiyyədən icazə alacağını bildirdiyinə görə ona inanıb, ağacların kəsilməsi ilə bağlı Raqiflə razılaşmışdır. Raqif ona ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və nazirliyin tabeliyində olan hər hansı qurum tərəfindən verilmiş rəy və ya rəsmi sənəd təqdim etməmişdir. Həmin ərazidə 25 ədəd tam sağlam vəziyyətdə ağac görməmiş, yalnız budaqları qırılmaqla yıxılmış vəziyyətdə olan ağacların kəsilməsi ilə bağlı Raqiflə razılaşmış və həmin ağaclar kəsilmişdir. Qalan qovaq ağaclarının kim tərəfindən hansı tarixdə və hansı şəraitdə, hansı üsulla kəsilməsi barədə məlumatı yoxdur. Kiminsə ərazisinə qanunsuz olaraq daxil olub razılıq olmadan gizli şəkildə ağacları kəsməmişdir. Əgər Raqif ona budaqları qırılmaqla yıxılmış vəziyyətdə olan ağacların kəsilməsi ilə bağlı icazə verməsə, həmçinin torpaq sahəsinin onun mülkiyətində olmasını təsdiq edən çıxarış təqdim etməsə və bələdiyyədən ağacların kəsilməsi ilə bağlı icazə verildiyini deməsəydi, həmin ağacların kəsilməsi ilə bağlı Raqiflə razılaşmayacaqdı. Buna görə də, həmin ağacların kəsilməsi ilə bağlı özünü təqsirli bilmir. Məhkəmədən göstərilən faktların nəzərə alınmasını, əməlində cinayət tərkibi olmaması əsası ilə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 1998-ci ildə X11 Komissiyası tərəfindən ona və ailə üzvlərinə yaşadığı Göyçay rayonu Şıxbəy kəndi ərazisindən 4,4 ha pay torpaq sahəsi ayrılmış, bundan sonra həmin torpaq sahəsində xurma bağı salınmışdır. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 24 dekabr 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xüsusi mülkiyyət kimi onun adına qeydiyyata alınaraq ********** nömrəli çıxarış verilmişdir. Torpaq sahəsinin sərhəd hissəsində hasarın kənarında olan qovaq cinsli ağaclar atası Şahid5 tərəfindən təxminən 15-20 il əvvəl əkilmişdir. Lakin ağaclar böyüdükcə budaqları həm onların, həm də qonşunun meyvə bağındakı xurma ağaclarına günəş şüalarının düşməsinə mane olaraq inkişafının qarşısını almış, bu da qonşu ilə aralarında narazılıq yaratmışdır. 2023-cü ilin may ayının əvvələrində güclü küləklər zamanı pay torpaq sahəsində 6-7 metr hündürlükdə olan qovaq ağaclarından 30 ədədi küləyin təsirindən yuxarı hissədən təxminən 2 metr hündürlükdə qırılmışdır. Buna görə də ağacları kəsmək qərarına gəlmişdir. 2023-cü ilin iyun ayının ortalarında, dəqiq xatırlamadığı gün səhər saat 09 radələrində bağda olan zaman əvvəlcədən tanımadığı, Kəlbəcər rayon sakini Qoşqar bağ sahəsinə gələrək ona bağında ağac olduğu barədə məlumatlı olduğunu, həmin ağacların yerləşdiyi torpaq sahəsi onun mülkiyyətindədirsə həmin ağacları pul müqabilində kəsib materialını aparmaq istədiyini demişdir. Torpaq sahəsinin xüsusi mülkiyyətində olmasına dair sənədləri evdən götürüb Qoşqara göstərdikdən sonra sonuncu bağa daxil olub hündürlükdən qırılmaqla qonşunun hasarının üzərində budaqları yıxılmış vəziyyətdə olan 30 ədəd və 25 ədəd hər hansı qırılmağa məruz qalmamış vəziyyətdə olan ağaclara baxaraq, həmin ağaclara görə ona 800 manat məbləğində pul verəcəyini, ağacların kəsilməsi ilə bağlı heç bir problem olmayacağını, həmin ağacların onun mülkiyyətində olduğunu, ekologiya əməkdaşlarından kimsə problem yaratsa özünün məsələni həll edəcəyini demişdir. Bağ sahəsində olan qovaq ağaclarının budaqlarının həm onların, həm də qonşunun meyvə bağında olan xurma ağaclarının üzərinə kölgə salmaqla inkişafına mane olması, bağ sahəsinin həmsərhəd olduğu qonşu ilə aralarında bununla bağlı narazıçıİığın yaranması, eləcə də, həmin vaxt anasının səhhətində ciddi problem olması, müəlicə etdirmək üçün pula ehtiyac olduğu üçün, Qoşqarın ağaclara görə təklif etdiyi 800 manatla razılaşmışdır. Növbəti gün, səhər saat 10 radələrində Qoşqar yanında 3 nəfər tanımadığı fəhlələrlə birlikdə bağa gəlmiş, fəhlələr motorlu mişarla ağacların kəsilməsi işinə başlamış və yıxılmış ağaclarla birlikdə təxminən 55 ədəd ağacları köküstə kəsmişlər. Ağacları kəsdikdən sonra Qoşqar və 3 nəfər fəhlə ağacların gövdə hissələrini dövlət qeydiyyat nişanını xatırlamadığı «Qaz 53» markalı maşına yükləmişlər. Bundan sonra, Qoşqar ona 800 manat pul vermiş və oranı tərk etmişdir. Sonra atası Şahid5 əraziyə gəlmiş və ağacların kəsilməsi barədə məlumatı olmuşdur. Qoşqardan ağaclara görə aldığı 800 manat pulu anasının müalicəsinə xərcləməsi üçün atasına vermişdir. Həmin pul xəstə anasının müalicəsi üçün xərclənmişdir. 25 iyun 2023-cü il tarixdə təxminən saat 14 radələrində 8 saylı RETSİ-nin əməkdaşları torpaq sahəsinə gələrək onun, atası Şahid5 və Göyçay rayonu Məlikkənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs3la birlikdə kəsilmiş ağaclara baxış keçirmişlər. Sonra bələdiyyə sədri Təqsirləndirilən şəxs3 ərazidən çıxıb getmişdir. Həmin vaxt 8 saylı RETSİ-nin əməkdaşları ona ağacların kəsilməsinin qanunsuz olduğunu, ağacların kəsilməsi ilə bağlı onda hər hansı rəsmi icazə, bələdiyyədən arayış olmadığı təqdirdə cinayət məsuliyyəti daşıyacağını demişlər. Atası Zakir həmin vaxt oradan uzaqlaşmış, 8 saylı RETSİ-nin əməkdaşları ilə ərazidə qalmışdır. Təxminən yarım saat sonra bələdiyyə sədri Təqsirləndirilən şəxs3 atası Zakirlə birlikdə ağaclar kəsilən əraziyə qayıtmışdır. Təqsirləndirilən şəxs3 hansısa sənədi ekologiya idarəsinin əməkdaşlarına təqdim etmişdir. Bundan sonra ağacların kəsilməsinə dair akt tərtib edilmiş, həmin aktı imzalamışlar. Sonradan atası Zakir ona 25 iyun 2023-cü il tarixdə ekologiya idarəsinin əməkdaşları əraziyə baxış keçirən zaman ərazidən çıxıb bələdiyyə sədri Təqsirləndirilən şəxs3 evinə getdiyini, Təqsirləndirilən şəxs3 ağacların kəsilməsinə icazə verilməsi üçün RETSİ-yə təqdim edilməli olan arayış yazmasını xahiş etdiyini və həmin arayışı Təqsirləndirilən şəxs3 öz evində yazdığını demişdir. Ağacların kəsilməsi üçün hər hansı dövlət qurumundan icazə alınmasının lazım olduğunu düşünmədiyi üçün həmin ağacların Qoşqar tərəfindən kəsilməsinə razılıq vermişdir. Göyçay rayon Məlikkənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs3 ona ağaclarla bağlı arayış verməsi üçün hər hansı məbləğdə pul, maddi nemət və sair təklif etməmiş və Təqsirləndirilən şəxs3 da ondan göstərilənləri istəməmişdir. Həmçinin Qoşqarla araralarında ağacların kəsilməsi ilə bağlı razılıq əldə edilən və kəsilən zaman Məlikkənd bələdiyyəsindən hər hansı vəzifəli şəxsinin bu barədə məlumatı olmamışdır. Məhkəmədən göstərilənlərin nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 1999-cu ildə Göyçay rayonu Şıxbəy kənd bələdiyyəsinin sədri seçilmiş, 2010-cu il tarixdə həmin bələdiyyə Məlikkənd bələdiyyəsinə birləşdirilmişdir. 2010-cu ildən 2019-cu ilədək olan müddət ərzində Məlikkənd bələdiyyəsinin sədrinin müavini vəzifəsində işləmişdir. 2020-ci ildə seçkilərdə Məlikkənd bələdiyyəsinin sədri seçilməklə hazırkı vaxtadək bələdiyyənin sədri vəzifəsində işləyir. Bələdiyyə sədri kimi vəzifəsi əhalidən torpaq və əmlak vergilərinin yığılmasını təşkil etmək, bu və ya digər sahələr üzrə müraciət edən vətəndaşların müraciətlərinə baxmaq, bələdiyyəyə aid olan hissədə müraciətləri mümkün qədər həll etmək, bələdiyyəyə aid olmayan müraciətləri aiddiyəti üzrə göndərmək, kənd ərazisində görülən abadlıq, quruculuq və təmir işlərinə nəzarət etməkdən ibarətdir. 25 iyun 2023-cü il tarixdə günorta saatlarında 8 saylı RETSİnin əməkdaşları onunla əlaqə saxlayaraq Məlikkənd bələdiyyəsinin inzibati ərazi dairəsinə daxil olan Şıxbəy kəndi ərazisində Təqsirləndirilən şəxs2 məxsus pay torpaq sahəsində ağacların kəsildiyini bildirmiş və torpaq sahəsinə baxışda iştirak etməsi üçün əraziyə gəlməsini xahiş etmişlər. Bundan sonra, baxışda iştirak etmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 məxsus pay torpağının yerləşdiyi əraziyə getmiş, həmin vaxt 8 saylı RETSİ-nin tanımadığı 2 nəfər əməkdaşı, Təqsirləndirilən şəxs2 və atası Şahid5 da orada olmuşlar. Təqsirləndirilən şəxs2 məxsus pay torpaq sahəsi 1998-ci il tarixdə X11 Komissiyası tərəfindən ona və ailə üzvlərinə pay torpaq sahəsi kimi verilmiş, Təqsirləndirilən şəxs2 və atası həmin torpaq sahəsində xurma bağı salmış, torpaq sahəsini qonşu X3 torpaq sahəsindən ayırmaq üçün kol-kosdan ibarət hasar çəkməklə torpaq sahəsinin sərhədlərini ayırmışlar. Həmin əraziyə gələndə qovaq cinsli ağacların kökboğazından kəsildiyini görmüşdür. Bundan sonra 8 saylı RETSİ-nin əməkdaşları və sonradan ora gəlmiş Bərdə RMTM-nın Ucar Meşəbəylinin nümayəndəsinin iştirakı ilə kəsilmiş qovaq (əbrüşüm) ağacları sayılmağa başlanılmış və 55 ədəd müxtəlif diametrli qovaq cinsli ağacların kəsildiyi müəyyən edilmiş, lakin ağacların gövdəsi hadisə yerində olmamışdır. Təqsirləndirilən şəxs2 özünə məxsus olan pay torpaq sahəsində 30 ədəd qovaq cinsli ağacın təxminən 2023-cü ilin may ayında baş vermiş güclü küləyin təsirindən qırıldığını, həmin ağacların onun meyvə bağına kölgə saldığını, buna görə də qırılmış ağaclarla birlikdə əlavə 25 ədəd, ümumilikdə 55 ədəd qovaq ağacının 2023-cü ilin iyun ayında tanımadığı şəxs tərəfindən onun razılığı ilə kəsildiyini bildirmişdir. Həmin vaxt 8 saylı RETSİ-nin əməkdaşları Təqsirləndirilən şəxs2 qovaq ağaclarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumunun rəyi olmadan qanunsuz olaraq kəsdiyinə görə cinayət məsuliyyəti daşıdığını bildirmişlər. Təqsirləndirilən şəxs2 8 saylı RETSİ-nin əməkdaşlarına öz mülkiyyətində olan torpaq sahəsindəki ağacların kəsilməsinin qanunsuz olması, hər hansı dövlət orqanından icazə alınmalı olması barədə məlumatı olmadığını dedikdə RETSİ-nin hansısa adını bilmədiyi əməkdaşı Raqifə ağacların kəsilməsi ilə bağlı torpaq sahəsinin yerləşdiyi ərazi üzrə kənd bələdiyyəsinə ilkin olaraq müraciət etməli olduğunu, həmin müraciətdən sonra bələdiyyənin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməklə müvafiq ekspertiza rəyindən sonra müsbət nəticə olarsa ağacların ekologiya idarəsinin işçilərinin iştirakı ilə kəsilməsinin mümkün olduğunu demişdir. Həmin vaxt Şahid5 ondan ağacların budanması ilə bağlı 8 saylı RETSİ-dən icazə almaq üçün arayış verməsini xahiş etmişdir. 8 saylı RETSİ-nin əməkdaşlarından ağacların budanması ilə bağlı arayış verdiyi təqdirdə Raqifin məsuliyyətdən azad olunub-olunmayacağını soruşduqda, həmin əməkdaşlardan bir nəfər ona artıq ağacların kəsildiyini və bundan sonra hər hansı məzmunda arayışın verilməsinin heç bir əhəmiyyət kəsb etmədiyini demişdir. Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunacağı təqdirdə heç bir sənədə imza etməyəcəyini demişdir. Həmin vaxt 8 saylı RETSİ-nin əməkdaşlarından biri ona «arayış verirsənsə ver, görək nə kömək edə bilərik» demişdir. Bundan sonra, 8 saylı RETSİ-nin əməkdaşlarının yanında ekologiya işçilərinə məxsus dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı avtomobilin ön hissəsində «A 4» formatda olan kağızın üzərində diyircəkli qələmlə əlyazma üsuli ilə 8 saylı RETSİ-nin tanımadığı 2 nəfər əməkdaşlarının dediyi qaydada «Verilir Göyçay rayonu, Şıxbəy kənd sakini Şahid5 ondan ötrü ki, vətəndaşın ailə üzvlərinə məxsus pay torpağında özü əkdiyi əbrüşüm ağacları onun meyvə bağına kölgə salır. Odur ki, həmin ağacların budanması üçün köməklik göstərərsiniz. Arayış Ekologiya və Təbii sərvətlər Nazirliyinin Mingəçevir regional ərazi idarəsinə təqdim etmək üçün verilir» məzmununda arayış yazmışdır. Sonra 8 saylı RETSİnin 2 nəfər əməkdaşına arayışın hansı tarixə tərtib edilməsi ilə bağlı qeyd aparmasını soruşduqda 8 saylı RETSİ-nin hər iki əməkdaşı Bərdə RMTM-nın Ucar Meşəbəylinin nümayəndəsinin, Zakir və Raqifin yanında ona arayışın tərtib edilmə tarixini 21 iyun 2023cü il tarixinə qeyd etməsini demişlər. O da həmişə bələdiyyənin inzibati binasından çıxan zaman götürüb üzərində gəzdirdiyi Məlikkənd bələdiyyəsinin ştampını «A 4» formatda olan kağızın sol küncünə basmaqla tərtib edilmə tarixini 21 iyun 2023, arayışın çıxış nömrəsini isə 49 olması ilə bağlı qeyd aparmaqla arayışı imza edib bələdiyyənin möhürü ilə təsdiqlədikdən sonra tərtib etdiyi arayışı 8 saylı RETSİ-nin əməkdaşlarına vermişdir. Bundan sonra 8 saylı RETSİ-nin əməkdaşları tərəfindən akt tərtib edilməklə Zakir, Raqif, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. 31 iyul 2023-cü il tarixdə Baş Prokurorluqda aparılan araşdırma ilə bağlı o, arayışlar kitabı ilə birlikdə izahat vermək üçün Göyçay rayon prokurorluğuna çağırılmışdır. 25 iyun 2023-cü il tarixdə arxa tarixə, yəni 21 iyun 2023-cü il tarixə tərtib etdiyi arayış barədə bələdiyyənin arayışlar kitabında qeydiyyat aparmadığı üçün izahat verməyə getməzdən əvvəl bələdiyyənin inzibati binasında bələdiyyənin mühasibi Şahid4 bələdiyyənin arayışlar kitabında qeydiyyat aparmasını bildirmiş, lakin 25 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 arxa tarixə tərtib etdiyi arayışın çıxış nömrəsini dəqiq xatırlamadığı üçün Şahid4 arayışlar kitabında arayışın çıxış nömrəsini «47» kimi qeyd etməsini bildirmiş, lakin Şahid4 həmin qeydi hansı məqsədlə etməsi barədə məlumat verməmiş və sonuncu da ondan bu barədə heç nə soruşmamışdır. Yuxarıda qeyd etdiyi arayış onun tərəfindən 25 iyun 2023-cü il tarixdə 4 gün əvvəlki tarixə, yəni 21 iyun 2023-cü il tarixə tərtib olunmuş və bələdiyyənin möhürü ilə təsdiq edilərək imzalanmışdır. 8 saylı RETSİ-nin əməkdaşları arayışı götürdükdən sonra əgər arayış lazım olmasa materiala əlavə etməyəcəklərini demişlər. 8 saylı RETSİ-nin əməkdaşlarının maddi vəziyyəti aşağı olan Raqifə həqiqətən köməklik etmək niyyətləri olduğunu düşündüyü üçün, həmin şəxslərə inanıb arayışı onların dediyi qaydada tərtib etmişdir. Arayışı tərtib etməsi müqabilində pul və ya sair maddi nemət almamışdır, tələb etməmişdir, həmçinin göstərilənlər də ona təklif edilməmişdir. Onun arayışı verməkdə məqsədi hər hansı maddi nemət və s. əldə etmək olmamışdır. Kəlbəcər rayon sakini Təqsirləndirilən şəxs1 tanımır, həmin şəxsi heç vaxt görməmişdir. Məhkəmədən göstərilənlərin nəzərə alınaraq, əməlində cinayət tərkibi olmaması əsası ilə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 ifadəsində göstərdi ki, 25 iyun 2023-cü il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Göyçay rayonu Şıxbəy kəndi ərazisində çoxlu sayda ağacların kəsilməsi barədə idarəyə daxil olmuş məlumat əsasında həmin kəndin sakini Təqsirləndirilən şəxs2 məxsus kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs2 xüsusi mülkiyyəti ilə həmsərhəd yerləşdiyi ərazidə meşə fonduna daxil olmayan diametrləri 8-12 sm olan 3 ədəd, diametrləri 12-16 sm olan 9 ədəd, diametrləri 16-20 sm olan 7 ədəd, diametrləri 20- 24 sm olan 9 ədəd, diametrləri 24-28 sm olan 12 ədəd, diametləri 28-32 sm olan 8 ədəd, diametrləri 32-36 sm olan 4 ədəd, diametrləri 36-40 sm olan 3 ədəd, ümumilikdə 55 ədəd qovaq cinsli ağacların motorlu mişarla kökboğazından köküstə yaş halda «Ətraf mühitin mühafizəsi haqqında» Qanunun 13-cü maddəsinin, «Yaşıllıqların götürülməsi qaydasının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016cı il tarixli, 321 saylı Qərarının tələblərinin pozularaq kəsilməsi müəyyən edilmişdir. Bununla bağlı olaraq idarənin müfəttişi Şahid1 tərəfindən 25 iyun 2023-cü il tarixli, 80042 nömrəli akt tərtib olunmuşdur. Həmin akt əraziyə baxış keçirilməsində iştirak edən Bərdə RMTM-nin nümayəndəsi Şahid3, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahid2, Göyçay rayonu Məlikkənd bələdiyyə sədri Təqsirləndirilən şəxs3, Şıxbəy kənd sakinləri Təqsirləndirilən şəxs2 və Şahid5 tərəfindən imzalanmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs2 8 saylı RETSİ-yə verdiyi yazılı izahatda ona məxsus pay torpaq sahəsində yerləşən 30 ədəd qovaq ağacının baş vermiş güclü küləyin təsirindən qırıldığını, digər 25 ədəd qovaq ağacının isə onun razılığı ilə tanımadığı şəxs tərəfindən kəsildiyini qeyd etmişdir. Əraziyə 8 saylı RETSİ-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman Məlikkənd kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs3 Şıxbəy kənd sakini Şahid5 pay torpaq sahəsində illər əvvəl əkilmiş qovaq ağaclarının onun meyvə bağına kölgə saldığına görə budanmasına zərurətin olması ilə bağlı 21 iyun 2023-cü il tarixli «49» nömrəli bələdiyyənin möhürü ilə möhürlənmiş və bələdiyyə sədri tərəfindən əlyazma ilə yazılmış arayışı 8 saylı RETSİ-nin əməkdaşlarına təqdim etmiş və arayış araşdırma materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2017-ci il tarixli, 421 nömrəli qərarı ilə təsdiq edilmiş «Yaşıllıqlara dəymiş maddi ziyanın hesablanması və ödənilməsi Qaydası»na əsasən 55 ədəd qovaq ağacının köküstə yaş vəziyyətdə kəsilməsinə görə təbiətə 12.770 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 meşə fonduna aid olmayan ağacları kəsməmişdən əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, nazirliyin tabeliyində olan Ekologiya və Təbii Sərvətlər İdarəsinə və ya Nazirliyin X7 Agentliyinə ağacların kəsilməsi ilə bağlı icazə üçün şifahi və ya rəsmi olaraq müraciət etməmişdir. Bundan sonra toplanmış material əmələ hüquqi qiymət verilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar idarəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən Şıxbəy kəndi ərazisində 55 ədəd qovaq ağacı köküstə yaş halda kökboğazından kəsilmişdir. Həmin qovaq ağaclarının güclü küləyin əsməsi nəticəsində kökboğazından qırılması halı mümkün deyildir, belə olan halda torpağın üst təbəqəsi ağacla birlikdə torpaqdan qalxmalı idi. Hər bir halda ağacın hündürlükdən qırılması onun kökboğazından kəsilməsinə əsas vermir. Yəni ağaclar hündürlükdən qırılsa da belə, kökboğazından kəsilməməlidir. Bu hal «Yaşıllıqların mühafizəsi haqqında» Qanunun 13.4cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilir. Hər hansı fiziki və ya hüquqi şəxs yalnız həyətyanı torpaq sahəsi istisna olmaqla digər mülkiyyət növündə olan torpaq sahələrində yerləşən (kənd təsərrüfat təyinatlı və sahibkarlıq məqsədi ilə torpaqlar) yaşıllıqların (ağaclar, kollar və sair) götürülməsi üçün Nazirlər Kabinetinin 30 avqust 2016cı il tarixli, 321 saylı qərarına əsasən ərizə ilə rəsmi olaraq yaşadığı ərazi üzrə yerli özünüidarəetmə orqanına (bələdiyyə) və ya yerli icra hakimiyyəti orqanına müraciət etməli, bələdiyyə və ya yerli icra hakimiyyəti orqanı bundan sonra fiziki və ya hüquqi şəxsin rəsmi müraciətinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Agentliyinə müraciət etməli, yerində araşdırma aparılmaqla baxış aktı yazılması üçün X7 Agentliyi torpaq sahəsinin yerləşdiyi ərazi üzrə Regional və Təbii Sərvətlər İdarəsinə müraciət etməli, idarənin əməkdaşları tərəfindən yerində torpaq sahəsində olan yaşıllıqlara bələdiyyə və fiziki şəxs, hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə baxış keçirildikdən sonra mövcud vəziyyətlə bağlı olaraq tərtib edilmiş akt müvafiq rəy verilməsi üçün X7 Agentliyinə göndərilməli, X7 Agentliyinin müsbət rəyi olduqdan sonra yaşıllığın götürülməsi ilə bağlı inzibati ərazi daxilində olan yerli icra hakimiyyəti və ya bələdiyyə qərarı verilməli, həmin qərar əsasında bələdiyyə və ya yerli icra hakimiyyəti orqanı tərəfindən «Yaşıllığın götürülməsi vərəqi» tərtib edilməklə yerli ekologiya idarəsinin əməkdaşlarının iştirakı ilə ağacların götürülməsi X7 Agentliyi tərəfindən verilmiş rəydəki şərtlərə uyğun olaraq təmin edilməlidir. Lakin Göyçay rayonu Məlikkənd bələdiyyəsi tərəfindən tərtib edilmiş 21 iyun 2023-cü il tarixli, «49» nömrəli arayış ağacın kəsilməsi ilə bağlı hər hansı icazəni nəzərdə tutmamaqla kimisə məsuliyyətdən azad etmir. Çünki, ağaclar köküstə yaş halda kökboğazından kəsilmişdir. Əgər arayışın məzmunu ağacların götürülməsi məzmununda tərtib edilsəydi, bu zaman yuxarıda qeyd edilən prosedurların edilməsi lazım idi. Yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi və nazirliyin tabeliyində olan qurumların rəyi olmadan birbaşa bələdiyyənin arayışı əsasında ağacların kəsilməsi tam qanunsuzdur. Məlikkənd bələdiyyəsi tərəfindən yuxarıda qeyd edilən məzmunda 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəsmi olaraq nə arayış, nə da digər müraciət forması daxil olmamışdır. Məhkəmədən təqsirləndirilən şəxslərə qanuni cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 04 noyabr 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində ətraf mühitin mühafizəsinə nəzarət və monitorinq sektorunda baş məsləhətçi müfəttiş vəzifəsinə təyin edilmiş, 16 avqust 2023-cü il tarixdə müqavilə müddəti bitdiyi üçün işdən azad olunmuşdur. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işlədiyi müddətdə vəzifəsi təhkim olunmuş ərazilərdə monitorinqlər və araşdırmalar aparmaq, ətraf mühitin qorunmasına, qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət etməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs2 əvvəl tanımamış, onunla arasında hər hansı ədavət, düşmənçilik və ya mübahisə olmamışdır. Göyçay rayonu Məlikkənd bələdiyyəsinin sədri Sərkər Süleymnaovu həmin bələdiyyənin inzibati ərazi hüdüdlarında yerləşən kəndlərdə ekoloji hüquq pozmalarla bağlı araşdırma aparan zaman tanımış, onunla da aralarında hər hansı ədavət, düşmənçilik və ya mübahisə olmamışdır. 25 iyun 2023-cü il tarixdə Göyçay rayonu Şıxbəy kəndi ərazisində çoxlu sayda ağacların kəsilməsi barədə idarəyə daxil olmuş məlumat əsasında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçi müfəttişi vəzifəsində işləyən Şahid1 ilə birlikdə Göyçay rayonu Məlikkənd bələdiyyəsinin inzibati sərhədi daxilində yerləşən Şıxbəy kəndinə getmiş və bələdiyyə sədri Təqsirləndirilən şəxs3 da əraziyə baxış keçirilməsi barədə məlumat vermişlər. Bundan sonra torpaq sahəsinin Şıxbəy kənd sakini Təqsirləndirilən şəxs2 xüsusi mülkiyyəti ilə həmsərhəd yerləşdiyi ərazidə meşə fonduna daxil olmayan diametrləri 8-12 sm olan 3 ədəd, diametrləri 12-16 sm olan 9 ədəd, diametrləri 16-20 sm olan 7 ədəd, diametrləri 20-24 sm olan 9 ədəd, diametrləri 24-28 sm olan 12 ədəd, diametləri 28-32 sm olan 8 ədəd, diametrləri 32-36 sm olan 4 ədəd, diametrləri 36- 40 sm olan 3 ədəd, ümumilikdə 55 ədəd qovaq cinsli ağacların motorlu mişarla kökboğazından qanunsuz kəsilməsi aşkar edilmişdir. Həmin vaxt ağacların xırda budaqları yerində qalsa da, gövdələri aşkar edilməmişdir. Kəsilmiş ağaclar köküüstə yaş halda kəsildiyini vizual olaraq müşahidə etsələr də, mütəxəssis rəyi verilməsi məqsədi ilə həmin vaxt əraziyə dəvət edilmiş Bərdə RMTM-nin əməkdaşı Şahid3 ağaclara baxış keçirmiş, Bərdə RMTM-nin əməkdaşı Şahid3 ağacların köküstə yaş vəziyyətdə kəsildiyini təsdiq etmişdir. Həmin vaxt baxışda iştirak edən Təqsirləndirilən şəxs2 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş 24 dekabr 2021-ci il tarixli, Təqsirləndirilən şəxs2 adına kənd təsərrüfat təyinatlı torpaq sahəsi kimi qeydiyyata alınmış ********** nömrəli çıxarışı onlara təqdim edərək kəsilmiş ağacların yerləşdiyi həmin torpaq sahəsinin onun xüsusi mülkiyyətində olduğunu, ağacların atası tərəfindən təxminən 15-20 il əvvəl əkildiyini, bir neçə ay əvvəl güclü küləklər əsən zaman 30 ədəd qovaq cinsli ağacların budaqlarının qırılaraq qonşunun həyətinə düşdüyünü, qırılmış ağaclardan 30 ədədi və yerdə qalan 25 ədəd ümumilikdə 55 ədəd qovaq ağacının onun razılığı ilə tanımadığı şəxs tərəfindən motorlu mişar vasitəsi ilə kəsildiyini bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 atası Şahid5 da oğlu Raqiflə eyni məzmunlu məlumat vermiş, bələdiyyə sədri Təqsirləndirilən şəxs3 da həmin ağacların kəsildiyi torpaq sahəsinin Raqifin xüsusi mülkiyyətində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 xüsusi mülkiyyətində yerləşən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğuna görə ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı məsuliyyət daşıdığını, ağacları kəsməmişdən əvvəl hər hansı dövlət orqanı, bələdiyyə və ya ekologiya idarəsinə rəsmi olaraq müraciət edibetməməsi, bununla bağlı olaraq rəsmi icazə alıb-almaması soruşulduqda, Təqsirləndirilən şəxs2 həmin vaxt bir qədər fikirləşdikdən sonra onda bələdiyyə tərəfindən ağacların kəsilməsi ilə bağlı icazə nəzərdə tutan arayışın olduğunu və arayışı gətirə biləcəyini demişdir. O da Raqifə həmin sənədi gətirməsini demişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs3 da səhv etmirsə Zakir və ya oğlu Raqifin ona ağacların kəsilməsi ilə bağlı müraciət etdiyini, xatırladığı qədəri ilə bununla bağlı olaraq arayış tərtib etdiyini demişdir. Sonra aparıcı məsləhətçi müfəttiş Şahid1 ilə birlikdə kəsilmiş ağacların köküstə fotoşəkillərini çəkərkən baxışda iştirak edən Məlikkənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs3 vacib işi olduğunu, işi görüb qayıdacağını deyib ərazidən çıxıb getmişdir. Bundan sonra Raqifin atası Zakir də bağ sahəsindən çıxaraq harasa getmiş, lakin Raqif onların yanında qalmış və atasının arayışı gətirəcəyini demişdir. Təxminən yarım saat sonra bələdiyyə sədri Təqsirləndirilən şəxs3 Şahid5la birlikdə əraziyə gəlib Şahid5 ağacların kəsilməsi ilə bağlı bələdiyyəyə müraciət etdiyini və bununla bağlı olaraq arayış tərtib etdiyini deyib Şahid1 sənəd təqdim etmişdir. Sənədə baxan zaman arayış olduğunu, arayışın məzmununda «Şahid5 ailə üzvlərinə məxsus pay torpağında özü tərəfindən əkilmiş əbrüşüm ağacları onun meyvə bağına kölgə salır, odur ki, həmin ağacların budanması üçün köməklik göstərərsiniz, arayış Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mingəçevir Regional İdarəsinə təqdim etmək üçün vətəndaş Göyçay rayonu, Şıxbəy kənd sakini Şahid5 verilməsi» məzmunda əlyazma ilə «A 4» formatda olan kağızın üzərində yazıldığı, arayışın sol künc hissəsində olan ştampda 21 iyun 2023-cü il tarixdə tərtib edilməklə «49» nömrə ilə qeydiyyata alındığını və bələdiyyə sədri Təqsirləndirilən şəxs3 tərəfindən imzalanmaqla bələdiyyənin möhürü ilə təsdiq olunduğunu görmüşdür. Həmin vaxt Şahid1 arayışın möhürünün və ştampının mürəkkəbini əli ilə sürtdükdə yeni olduğunu müşayiət etmiş, buna görə də bələdiyyə sədrinin həmin arayışı yeni tərtib etdiyini ehtimal etmiş və arayış materiala əlavə edilmişdir. Həmin vaxt bələdiyyə sədri Təqsirləndirilən şəxs3 onlara vətəndaş Təqsirləndirilən şəxs2 və ailə üzvlərinin ağacların kəsilməsindən əvvəl ona ağacların götürülməsi üçün bələdiyyəyə müraciət etdiyini və həmin arayışı tərtib edərək vətəndaşa 8 saylı RETSİ-yə təqdim etməsi üçün verdiyini, lakin vətəndaşın məlum olmayan səbəbdən həmin arayışı ekologiya idarəsinə təqdim etmədiyini demişdir. Bundan sonra 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi Şahid1, Bərdə RMTM-nin meşəbəyi Şahid3, bələdiyyə sədri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Şahid5 iştirakı ilə akt tərtib edilərək imzalanmışdır. Araşdırma zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2017-ci il tarixli, 421 nömrəli qərarı ilə təsdiq edilmiş «Yaşıllıqlara dəymiş maddi ziyanın hesablanması və ödənilməsi Qaydası»na əsasən 55 ədəd qovaq ağacının köküstə yaş vəziyyətdə kəsilməsinə görə təbiətə 12.770 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Sonradan 2023-cü ilin iyul ayının sonlarında Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin prokuroru tərəfindən qanunsuz olaraq kəsilmiş ağacların yerləşdiyi əraziyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 ağacların onun razılığı ilə Kəlbəcər rayon sakini Qoşqar adlı şəxs tərəfindən kəsildiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 məxsus pay torpaq sahəsində aşkar edilmiş ağacların hamısı köküstə yaş halda olmaqla, kökboğazından motorlu mişarla kəsilmişdir. Həmin ağacların güclü küləyin əsməsi nəticəsində kökboğazından qırılması halı mümkün deyildir, çünki ağacların diametrləri həm iri olmuş, həm də ağacların kökboğazında motorlu mişarla kəsilməsinə xarakterik izlər olmuşdur. Bələdiyyə sədri Təqsirləndirilən şəxs3 Raqifin atası Zakirlə birlikdə gəlib, ona və Şahid1 yaxınlaşaraq arayışı onlara özü təqdim edərək vətəndaş Təqsirləndirilən şəxs2 və ailə üzvlərinin ağacların kəsilməsindən əvvəl ağacların götürülməsi üçün bələdiyyəyə müraciət etdiyini və həmin arayışı tərtib edərək 8 saylı RETSİ-yə təqdim etməsi üçün vətəndaşa verdiyini, lakin vətəndaşın məlum olmayan səbəbdən həmin arayışı ekologiya idarəsinə təqdim etmədiyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs2 məxsus pay torpaq sahəsindəki əraziyə baxış keçirməyə gedən zaman bələdiyyə sədri Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və ailəsinin bələdiyyəyə ağacların götürülməsi ilə bağlı müraciət etməsi barədə onlara heç nə deməmişdir. Mövcud qanunvericiliyə görə hər hansı fiziki və ya hüquqi şəxsin yalnız həyətyanı torpaq sahəsi istisna olmaqla digər mülkiyyət növündə olan torpaq sahələrində yerləşən (kənd təsərrüfat təyinatlı və sahibkarlıq məqsədi ilə torpaqlar) yaşıllıqların (ağaclar, kollar və sair) götürülməsi üçün Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı qərarına əsasən ərizə ilə rəsmi olaraq yaşadığı ərazi üzrə yerli özünüidarəetmə orqanına (bələdiyyə) müraciət etməli olduğunu, bələdiyyə bundan sonra fiziki və ya hüquqi şəxsin rəsmi müraciətinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Agentliyinə müraciət etməli, yerində araşdırma aparılmaqla baxış aktı yazılması üçün X7 Agentliyi torpaq sahəsinin yerləşdiyi ərazi üzrə bələdiyyənin müraciətinə əsasən Regional və Təbii Sərvətlər İdarəsinə müraciət etməli, idarənin əməkdaşları tərəfindən yerində torpaq sahəsində olan yaşıllıqlara bələdiyyə və fiziki şəxs, hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə baxış keçirildikdən sonra mövcud vəziyyətlə bağlı olaraq akt tərtib edilməklə müvafiq rəy verilməsi üçün X7 Agentliyinə göndərilməli, X7 Agentliyinin müsbət rəyi olduqdan sonra yaşıllığın götürülməsi ilə bağlı inzibati ərazi daxilində olan bələdiyyə qərar verməli, həmin qərar əsasında bələdiyyə tərəfindən «Yaşıllığın götürülməsi vərəqi» tərtib edilməklə yerli ekologiya idarəsinin əməkdaşlarının iştirakı ilə ağacların götürülməsi X7 Agentliyi tərəfindən verilmiş rəydəki şərtlərə uyğun olaraq təmin edilməlidir. Lakin Təqsirləndirilən şəxs3 tərəfindən tərtib edilmiş 21 iyun 2023-cü il tarixli, «49» nömrəli arayış ağacın kəsilməsi ilə bağlı hər hansı icazəni nəzərdə tutmamaqla kimisə məsuliyyətdən azad etmir. Təqsirləndirilən şəxs3 yuxarıda qeyd edilən məzmunda arayış tərtib etməsinə şərait yaratmamış, arayış vermək imkanı varsa verməyi deməmiş, həmçinin digər əməkdaş Şahid1 də buna hər hansı formada şərait yaratmamışdır. Əgər belə bir hal olsaydı onlar arayışı araşdırma materiallarına əlavə etməzdilər. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 Şitar oğlu Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, 1991-ci il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 X5 Meşəbəyliyinin Meşəbəyisi vəzifəsində işləyir. Vəzifə funksiyası təhkim olunmuş ərazilərdə meşə fonduna daxil olan meşə təsərrüfatının mühafizəsinin təşkil edilməsi, qorunması və inkişaf etdirilməsindən ibarətdir. Göyçay rayonu Şıxbəy kənd sakini Təqsirləndirilən şəxs2 və Məlikkənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs3 Adil oğlunu əvvəl tanımamış, onlarla aralarında hər hansı ədavət, mübahisə və düşmənçilik olmamışdır. 2023-cü ilin iyun ayının sonlarına yaxın, dəqiq xatırlamadığı tarixdə səhər saatlarında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahid1 onunla əlaqə yaradaraq Göyçay rayonu Şıxbəy kəndində çoxlu sayda ağacların kəsilməsi barədə idarəyə məlumat daxil olduğunu və baxışda mütəxəssis qismində iştirak etməsi üçün əraziyə gəlməsini xahiş etmişdir. Bundan sonra, həmin idarənin əməkdaşları Şahid1 və Şahid2lə birlikdə Göyçay rayonu Məlikkənd bələdiyyəsinin inzibati sərhədi daxilində yerləşən Şıxbəy kəndinə getmiş və bələdiyyə sədri Təqsirləndirilən şəxs3 da əraziyə baxış keçirilməsi barədə məlumat vermişlər. Torpaq sahəsinin Şıxbəy kənd sakini Təqsirləndirilən şəxs2 xüsusi mülkiyyəti ilə həmsərhəd yerləşdiyi ərazidə meşə fonduna daxil olmayan diametriəri 8-12 sm olan 3 ədəd, diametrləri 12-16 sm olan 9 ədəd, diametriəri 16-20 sm olan 7 ədəd, diametriəri 20- 24 sm olan 9 ədəd, diametrləri 24-28 sm olan 12 ədəd, diametləri 28-32 sm olan 8 ədəd, diametrləri 32-36 sm olan 4 ədəd, diametrləri 36-40 sm olan 3 ədəd, ümumilikdə 55 ədəd qovaq cinsli ağacların motorlu mişarla kökboğazından yaş halda qanunsuz kəsilməsi halı aşkar edilmişdir. Həmin vaxt baxışda iştirak edən Təqsirləndirilən şəxs2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən torpaq sahəsinə dair verilmiş 24 dekabr 2021-ci il tarixli ********** nömrəli çıxarışı ekologiya müfəttişlərinə təqdim edərək, kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsinin onun xüsusi mülkiyyətində olduğunu, ağacların atası tərəfindən təxminən 15-20 il əvvəl əkildiyini, bir neçə ay əvvəl güclü küləklər əsən zaman 30 ədəd qovaq cinsli ağacların budaqlarının qırılaraq qonşunun həyətinə düşdüyünü, qırılmış ağaclardan 30 ədədi və yerdə qalan 25 ədəd, ümumilikdə 55 ədəd qovaq ağacının onun razılığı ilə tanımadığı şəxs tərəfindən motorlu mişar vasitəsi ilə kəsildiyini bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 atası Şahid5 da oğlu Raqiflə eyni məzmunlu məlumat vermişdir. Bundan sonra ekologiya əməkdaşları Təqsirləndirilən şəxs2 xüsusi mülkiyyətində yeləşən torpaq sahəsində ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı məsuliyyət daşıdığını, ağacları kəsməmişdən əvvəl hər hansı dövlət orqanı, bələdiyyə və ya ekologiya idarəsinə rəsmi olaraq müraciət edib-etməməsini soruşmuşlar. O, artıq ağaclara baxış keçirib öz üzərinə düşən öhdəliyi yerinə yetirdiyi üçün kənara çəkilib baxışın bitməsini gözləmişdir. Sonra baxışda iştirak edən Məlikkənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs3 vacib işi olduğunu, işi görüb qayıdacağını deyib ərazidən çıxıb getmişdir. Bundan sonra Raqifin atası Zakir bağ sahəsindən çıxaraq harasa getmiş, təxminən yarım saat sonra bələdiyyə sədri Təqsirləndirilən şəxs3 Şahid5la birlikdə əraziyə gəlib hansısa sənədi ekologiyanın müfəttişlərinə təqdim edərək Təqsirləndirilən şəxs2 və ailə üzvlərinin ağacların kəsilməsindən əvvəl ona ağacların götürülməsi üçün müraciət etdiyini, bununla bağlı olaraq həmin arayışı tərtib edib vətəndaşa təqdim etdiyini, lakin vətəndaşın məlum olmayan səbəbdən həmin arayışı ekologiya idarəsinə təqdim etmədiyini demişdir. Lakin o, arayışın məzmununda konkret olaraq hansı məlumatın yazıldığını bilməmişdir. Bundan sonra 55 ədəd qovaq ağaclarının yaş halda kökboğazından kəsilməsi və diametləri barədə mütəxəssis rəyi tərtib edib ekologiya müfəttişlərinə vermiş və sonra kəsilmiş qovaq ağaclarına baxış keçirilməsinə dair ekologiya müfəttişləri tərəfindən akt tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 məxsus pay torpaq sahəsində aşkar edilmiş ağacların hamısı köküstə yaş halda olmaqla, kökboğazından motorlu mişarla kəsilmişdir. Həmin ağacların güclü küləyin əsməsi nəticəsində kökboğazından qırılması halı mümkün deyildir, çünki ağacların diametrləri həm iri olmuş, həm də ağacların kökboğazında motorlu mişarla kəsilməsinə xarakterik izlər olmuşdur. Ağaclar baxışdan təxminən bir neçə gün əvvəl kəsilmiş ağaclar olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, 2010cu ildən Göyçay rayon Məlikkənd kənd bələdiyyəsinin mühasibi vəzifəsində işləyir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs3 həmkəndlisidir, Bələdiyyənin mühasibi kimi vəzifəsi bələdiyyə büdcəsi ilə bağlı maliyyə əməliyyatları, eləcə də, bələdiyyənin il ərzində büdcəsinə dair uçotu aparmaqdan ibarətdir. 31 iyul 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdə xəstə yatarkən Məlikkənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs3 mobil telefonla zəng edərək təcili olaraq bələdiyyənin inzibati binasına gəlməsini xahiş etmişdir. Bu səbəbdən bələdiyyənin inzibati binasına getmişdir. Təqsirləndirilən şəxs3 ondan bələdiyyənin «göndərilən xarici məktublar» kitabının harada olduğunu soruşduqda, həmin kitabın xidməti otağında olduğunu demişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Baş Prokurorluğundan gələn nümayəndənin bələdiyyənin «göndərilən xarici məktublar» kitabına baxış keçirəcəyini, həmin kitabda 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Şahid5 pay torpaq sahəsində ağacların budanması ilə bağlı arayış verdiyini və həmin arayışın bələdiyyədən çıxması ilə bağlı kitabda arayışın tərtib olunma tarixi xx.xx.2023, çıxış nömrəsinin isə «47» olması ilə bağlı qeyd aparmasını demişdir. O da, bələdiyyə sədrinin dediyi qaydada kitaba öz əlyazması ilə həmin qeydləri apardıqdan sonra, kitabı bələdiyyə sədri Təqsirləndirilən şəxs3 Baş Prokurorluqdan gələn nümayəndəyə baxış keçirilməsi üçün təqdim edəcəyini deyib götürmüşdür. Təqsirləndirilən şəxs3 ona qeyd aparmasına əsas olan arayışın hansı tarixdə və hansı məqsədlə tərtib edilməsi barədə həmin vaxt heç nə deməmiş, o da səhhətində ciddi problemləri olmaqla özünü yaxşı hiss etmədiyi üçün Təqsirləndirilən şəxs3 bu barədə heç nə soruşmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs3 ona 2 ədəd 16 saylı Ucar Ərazi İdarəsinə də göndərdiyi məktub barədə qeyd aparmasını xahiş etmiş, həmin məktublar da ardıcıl olaraq «48» və «49» nömrəsi ilə sıra sayına uyğun olaraq tərəfindən kitabda qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 25 iyun 2023-cü il tarixli 80042 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Göyçay rayonu Məlikkənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs3, vətəndaşlar Təqsirləndirilən şəxs2 və Şahid5 iştirakı ilə aktda qeyd olunan əraziyə baxış keçirilmişdir. Baxış zamanı həmin torpaq sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar sayılmamaqla meşə fonduna daxil olmayan köküstə yaş halda diametrləri 8,1-12 sm olan 3 ədəd, 12,1-16 sm olan 9 ədəd. 16,1-20 sm olan 7 ədəd, 20,1-24 sm olan 9 ədəd, 24,1- 28 sm olan 12 ədəd, 28.1-32 sm olan 8 ədəd, 32,1-36 sm olan 4 ədəd, 36,1-40 sm olan 3 ədəd, ümumilikdə 55 ədəd qovaq cinsli ağacların kökboğazından kəsilməsi halı aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli 3-16-16/2-7/1279-9/6657 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs 25 iyun 2023-cü il tarixli 80042 saylı akta əlavə edilmiş dəymiş zərərin hesablanması cədvəlinə əsasən cəmi 55 ədəd qovaq ağacı köküstə yaş halda kəsilmiş və ya məhv edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş Zərərçəkmiş şəxs 25 iyun 2023-cü il tarixli 80042 saylı akta əlavə edilmiş dəymiş zərərin hesablanması cədvəlinə əsasən ümumilikdə 55 ədəd ağacların köküstə yaş halda qanunsuz məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı qərarına əsasən 12.770 manat müəyyən edilir. Həmin ağacların adları, diametrləri və qiymətləri ayrı-ayrılıqda 2 nömrəli cədvəldə göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2023-cü il tarixli 3-16-16/2-4/1442 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş xx.xx.2023-cü il tarixli 49 saylı arayışdakı yazılar və «Təqsirləndirilən şəxs3» yazıları önündəki imza Təqsirləndirilən şəxs3 tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 104 manat təşkil edir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə verilmiş sorğuya cavablardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 21 iyun 2023-cü il tarixli 49 saylı arayışdan görünür ki, həmin arayış Göyçay rayonu Məlikkənd kənd bələdiyyəsinin sədri tərəfindən tərtib olunmuş, imzalanaraq möhürlənmişdir. Arayışın məzmununda aşağıdakılar qeyd olunmuşdur: «Verilir Göyçay rayonu, Şıxbəy kənd sakini Şahid5 ondan ötrü ki, vətəndaşın ailə üzvlərinə məxsus pay torpağında özü əkdiyi əbrüşüm ağacları onun meyvə bağına kölgə salır. Odur ki, həmin ağacların budanması üçün köməklik göstərərsiniz. Arayış Ekologiya və təbii sərvətlər Nazirliyinin Mingəçevir regional ərazi idarəsinə təqdim etmək üçün verilir». Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. CPM-nin 12.1-ci maddəsində isə göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında meşə fonduna daxil olmayan və Göyçay rayonu Şıxbəy kəndi ərazisində, Təqsirləndirilən şəxs2 xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 55 ədəd qovaq cinsli ağacları kökboğazından kəsməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə külli miqdarda, yəni 12.770 manat maddi ziyan vurmaqla Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinməli və onlara həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 qarşı Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə irəli sürülmüş ittihamlarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən əlamətlər kimi ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Cinayət hüququ cinayət tərkibinin həmin əlamətlərini «obyekt», «obyektiv cəhət», «subyekt», «subyektiv cəhət» adlandırır. Cinayətkar əməli xarakterizə edən əlamətlər hər bir cinayət tərkibi üçün zəruri olmaqla bərabər «cinayətin obyektiv cəhətini» təşkil edir. Bununla belə, heç də şəxsin hər hansı bir ixtiyari hərəkəti cinayətin obyektiv cəhətini təşkil etmir, yalnız o hərəkətlər cinayətin obyektiv cəhətini təşkil edir ki, bu hərəkətlərdə cinayət qanununda nəzərdə tutulmuş əlamətlər olsun. Başqa sözlə, cinayətin obyektiv cəhəti – insanın cinayət qanunu ilə qorunan obyektə ictimai təhlükəli qəsddə ifadə olunan xarici davranış aktıdır. Beləliklə, cinayətin obyektiv cəhətini insanın yalnız birbaşa və bilavasitə qanunda nəzərdə tutulan davranışı, yəni ictimai təhlükəli davranışı təşkil edir. Əgər cinayətin «obyektiv cəhəti» cinayətin əsas əlaməti kimi onun nəticələrinin ayrılmaz olduğunu ehtiva edirsə, bu nəticələrin olmaması, cinayət məsuliyyəti ehtimalını istisna edir. Bu hallarda (yəni cinayətin obyektiv cəhəti cinayətin əsas əlaməti kimi onun nəticələrinin ayrılmaz olduğunu ehtiva edirsə) cinayətkar əməl ilə nəticə arasında səbəbli əlaqənin mövcudluğunu sübut etmək tələb olunur. Cinayətin obyektiv cəhətinin bu xüsusiyyəti nəzərə alınmaqla cinayətlər iki qrupa - 1) maddi tərkibli, 2) formal tərkibli cinayətlərə bölünür. Maddi tərkibli cinayətlərin (Təqsirləndirilən şəxs3 qarşı irəli sürülən Azərbaycan Respublikası CM-nin 308.1-ci maddə – mühüm zərər vurma maddi tərkibli cinayətlər; 313cü maddə isə – formal tərkibli cinayətlər qrupuna daxildir) – obyektiv cəhətini 3 əlamət xarakterizə edir: a) ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik), b) cinayətin nəticələri, c) ictimai təhlükəli əməllə nəticələr arasındakı səbəbli əlaqə. Səbəbli əlaqə - ictimai təhlükəli əməllə baş vermiş nəticə arasındakı elə obyektiv əlaqədir ki, burada əməl nəticədən vaxt etibarı ilə qabaqda gəlməklə, nəticənin gəlməsini «hazırlayır», onun gəlməsini labüd edir və qaçılmaz olaraq məhz bu nəticənin gəlməsinin əsas və bilavasitə səbəbi olur. Cinayət Məcəlləsinin 7-ci maddəsi məhz bunu nəzərdə tutur: yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilər. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb, proses iştirakçılarını və şahidləri dinləyərək, iş üzrə tədqiq olunmuş mötəbər sübutlara hüquqi qiymət verərək, keçirilmiş məhkəmə istintaqının nəticələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə bəraət verilməlidir. Məhkəmə iclasında araşdırılan, biri digərini təkzib etməyən mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, o, Göyçay rayonu Məlikkənd kənd bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 01 saylı iclas protokoluna əsasən bələdiyyə sədri seçilməklə həmin tarixdən bələdiyyə sədri vəzifəsində işləyərkən «Göyçay rayonu Məlikkənd kənd bələdiyyəsinin Nizamnaməsi»nə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** dövlət qeydiyyat nömrəli, **********878 reyestr nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 məxsus Göyçay rayonu Şıxbəy kəndi ərazisindəki kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən müxtəlif diametrli qovaq cinsli ağacların kökboğazından qanunsuz olaraq kəsilməsi ilə bağlı 25 iyun 2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydası»nın 2.4-cü bəndində göstərilmiş fiziki və hüquqi şəxslər bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər» tələblərinə əsasən ağacların götürülməsi üçün bələdiyyəyə rəsmi olaraq ərizə ilə müraciət etmədiyini bildiyi, həmin torpaq sahəsində qanunsuz olaraq 55 ədəd qovaq cinsli ağacları kökboğazından kəsdiyini 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə keçirilən baxışda iştirak etməklə gördüyü halda, Şahid5 xahişindən sonra öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək sonuncunun oğlu Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayınmasına köməklik etmək şəxsi niyyəti ilə 25 iyun 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Göyçay rayonu Şıxbəy kəndindəki evinin həyətində rəsmi sənəd hesab olunan arayışa qeyd edilən torpaq sahəsində həqiqətdə həmin vaxt kökboğazından kəsilmiş olan ağacların guya budanmaya ehtiyacı olması barədə «A 4» formatda olan kağızın üzərində əlyazma ilə bilə-bilə yalan məlumatlar daxil edərək geri tarixə, yəni 21 iyun 2023-cü il tarixdə tərtib edib çıxış nömrəsini «49» olaraq qeyd etməklə imza edib bələdiyyənin möhürü ilə təsdiq etməklə vəzifə saxtakarlığı edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə ilk öncə cinayətin predmeti olmuş və verilmiş ittihamın əsasını təşkil edən 25 iyun 2023-cü il tarixdə verilmiş, «21 iyun 2023-cü il tarixli 49 saylı» arayışın hüquqi nəticə yaradıb-yaratmaması, eləcə də, Təqsirləndirilən şəxs3 qarşı Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla, digər təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə irəli sürülmüş ittiham arasında səbəbli əlaqənin olub-olmaması barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs3 əməlinə ibtidai istintaq orqanı tərəfindən şamil edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində bu cinayət «vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda» kimi təsbit edilmişdir. Təhlil edilən maddənin məzmunundan və mənasından göründüyü kimi, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir, vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri isə müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Bu isə o deməkdir ki, şəxsə qarşı vəzifədən sui-istifadəyə görə ittiham irəli sürülərkən ilk növbədə onun malik olduğu səlahiyyətlərinə istinad edilməklə bu səlahiyyətlərin nədən ibarət olması və hansı normativ və ya qeyri-normativ aktlarla tənzimlənməsi ittihamda əksini tapmalı, digər tərəfdən isə onun məhz həmin səlahiyyətlərindən və ya onların bir hissəsindən sui-istifadə etməsi müəyyən edilməldir. Başqa sözlə, hazırki cinayət işi üzrə söhbət Təqsirləndirilən şəxs3 vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə digər Təqsirləndirilən şəxs2 məsuliyyətdən azad etməkdən gedirsə, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün Təqsirləndirilən şəxs3 verdiyi arayış hər hansı hüquqi nəticə yaratmaqla üçüncü şəxsin məsuliyyətdən azad edilməsinə əsas verməli, eləcə də ağacların kəsilməsinə icazə verilməsi bir başa vəzifəli şəxs kimi onun səlahiyyət dairəsinə aid olmalıdır. Yalnız belə olduqda, şəxsin «öz səlahiyyətlərindən sui-istifadə etməsi» yəni, qanuni olaraq malik olduğu səlahiyyətdən qəsdən qulluq mənafeyi əleyhinə faydalanması, müvafiq olaraq da Cinayət Məcəlləsinin 308.1-ci maddəsində göstərilən cinayəti törətməsi mümkündür. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri də fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Fiziki və ya hüquqi şəxslərin hüquqlarına və ya qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticə real maddi ziyanda, əldən çıxmış mənfəətdə, eləcə də, qanunla qorunan müxtəlif dəyərlərə dəymiş zərərdə (vətəndaşların konstitusiya hüquq və azadlıqlarının pozulması, hakimiyyət orqanlarının nüfuzdan salınması, onların işində maneələr yaradılması, ictimai qaydanın pozulması və s.) ifadə oluna bilər. Hüquqlara və ya qanuni mənafelərə vurulmuş zərərin mühümlüyü isə zərərçəkmişlərin sayı, onlara vurulmuş mənəvi, fiziki və ya əmlak ziyanının ağırlığı, idarənin, müəssisənin, təşkilatın normal işinə vurulan mənfi təsirin dərəcəsi, vurulmuş maddi ziyanın həcmi xarakterində ifadə oluna bilər. Belə zərər olmadıqda isə vəzifəli şəxsin hətta vəzifədən sui-istifadə etməsi halında onun cinayət xarakterli əməli törətməsi hesab edilə bilməz. Maddi hüquq normasına (CM-nin 308.1-ci maddəsinə) yuxarıda göstərilən qaydada verilmiş təfsirə uyğun olan hüquqi mövqe həmçinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin «Qeyd» hissəsində nəzərdə tutulmuş «vəzifəli şəxs» anlayışının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət, yerli özünüidarə orqanlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui istifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. Beləliklə, qeyd edilən maddənin mənasına görə, vəzifə səlahiyyətlərindən sui istifadə edən şəxs törətdiyi əmələ münasibətdə vəzifəsinə görə malik olduğu səlahiyyətlərdən istifadə etməli və yaxud etməməli və bu cür istifadə etmə və yaxud istifadədən yayınma qəsdən qulluq mənafeləri əleyhinə yönəldilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydası»nın 2.4-cü bəndinə əsasən fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Həmin Qaydanın 2.7-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. Qaydanın 3.1-ci bəndinə əsasən bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. Qaydanın 3.4-cü bəndinə əsasən bu Qaydanın 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulan hallarla bağlı yaşıllığın götürülməsi barədə müraciətlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır, dərhal təqdim olunmuş sənədlər yoxlanılır, yerli qurumlar tərəfindən 1 (bir) gün müddətində yaşıllığa yerində baxış keçirərək nəticəsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 1 (bir) təqvim günü ərzində yaşıllıqların götürülməsinə dair müvafiq rəy verilir və istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə həmin gün təqdim edilir. Qaydanın 2.9-cu bəndinə əsasən istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. İstinad olunan Qaydanın tələblərindən göründüyü kimi, fiziki və ya hüquqi şəxs mülkiyyətində, sahibliyində, eləcə də istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən yaşıllığın götürülməsi üçün ilk olaraq ərizə ilə bələdiyyəyə müraciət etməli, onların müraciəti bələdiyyəyə daxil olduqdan sonra, bələdiyyə tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumuna göndərilməli, həmin müraciət qeydiyyata alınmalı, əraziyə (yaşıllığa) yerində baxış keçirilməli və müvafiq rəy verilməlidir. Yalnız yaşıllığın götürülməsi (budanması) barədə rəy verildikdən sonra, bələdiyyə həmin rəy əsasında müvafiq qərar qəbul etməli, yaşıllığın götürülməsi (budanması) barədə müvafiq vərəq təqdim olunmalı, ən sonda aidiyyatı şəxslərin (aidiyyatı qurumların nümayəndələrinin) iştirakı ilə yaşıllığın götürülməsi (budanması) prosesi aparılmalıdır. Məhkəmə diqqəti bu hala cəlb edərək qeyd edir ki, bələdiyyənin yaşıllığın götürülməsinə (kəsilməsinə, budanmasına) müstəqil şəkildə razılıq vermək səlahiyyəti yoxdur. Bələdiyyənin yalnız yuxarıda qeyd edilən Qaydalarda təsbit olunmuş prosedura riayət etməklə, ETSN-nin müvafiq qurumunun müsbət rəyini aldıqdan sonra, yaşıllığın götürülməsi barədə həmin rəyə istinadən qərar qəbul etmək səlahiyyəti yaranır. Digər təqsirləndirilən şəxslərə verilmiş ittihamın məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydası»nın 2.1-ci bəndinin və xx.xx.2014-cü il tarixli «Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq razılığı (rəyi) olmadan qabaqcadan əlbir olan bir qrup şəxs halında 55 ədəd qovaq cinsindən olan ağacları köküstə yaş halda kəsərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə külli miqdarda, yəni 12.770 manat maddi ziyan vurduqları üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər. İstintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq razılıq (rəy) olmadan 55 ədəd qovaq cinsindən olan ağacları köküstə yaş halda kəsdiklərinə görə CM-nin 259.3-cü maddəsi ilə, digər Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayınmasına köməklik etmək şəxsi niyyəti ilə arayış verdiyinə görə CM-nin 308.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə ittihamın verilməsi bir daha təsdiq edir ki, istinad edilən arayış sonuncunun cinayət məsuliyyətindən azad edilməsinə (ağacların kəsilməsinə) hüquqi əsas verməmişdir. Hüquqi əsas yaratmayan sənədə görə Təqsirləndirilən şəxs3 CM-nin 308.1-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. İş materiallarından da göründüyü kimi, 55 ədəd qovaq cinsindən olan ağacların kəsilməsi (götürülməsi, budanması) üçün yuxarıda istinad edilən Qaydalarda təsbit olunmuş prosedura riayət edilməmiş, ETSN-dən müvafiq rəy alınmamış, bələdiyyə tərəfindən yaşıllığın götürülməsinə dair qərar qəbul edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ittihamda istinad edilən arayışın hər hansı hüquqi qüvvəsi (səlahiyyət verən, icazə verən) olmamışdır. Arayışdan göründüyü kimi, həmin sənəd vətəndaşın müraciətinin məzmununu (xahişin nədən ibarət olmasını) ETSN-nin aidiyyatı qurumunun nəzərinə çatdırmaq xarakteri daşımaqla, ağacların kəsilməsinə, dolayısı ilə şəxsin məsuliyyətdən azad edilməsinə heç bir (bu və ya digər şəkildə) əsas verməmişdir. Yuxarıda istinad edilən ittiham o halda əsaslı hesab edilə bilərdi ki, bələdiyyə buna səlahiyyəti olmadığı təqdirdə, yəni ETSN-dən müvafiq rəy almadan ağacların götürülməsi (kəsilməsi, budanması) barədə qərar qəbul edə, Qaydalarda nəzərdə tutulmuş yaşıllığın götürülməsi barədə vərəq təqdim edərdi. Yuxarıda sadalananlardan aydın şəkildə görünür ki, ibtidai istintaq orqanının ittihamda istinad etdiyi arayış digər təqsirləndirilən şəxslərə cinayətin predmeti olan 55 ədəd qovaq cinsindən olan ağacların (yaşıllığın) götürülməsi üçün hüquq verməmiş, eləcə də onları törətmiş olduqları cinayət əməlinə görə məsuliyyətdən azad etməyə əsas yaratmamışdır. Digər tərəfdən, vurğulanmalıdır ki, həmin arayış hüquqverici sənəd olmamaqla yanaşı, ağacların kəsilməsi faktı baş verdikdən sonra, ittihamda da qeyd edildiyi kimi əvvəlki tarix qeyd edilməklə təqdim olunmuşdur. Başqa sözlə ifadə etdikdə, digər təqsirləndirilən şəxslər tərəfindən ağaclar kəsilən vaxt həmin arayış mövcud olmamış, təqsirləndirilən şəxslər həmin arayışı alıb ağacları kəsməmiş, yəni arayışın verilməsi ilə ağacların kəsilməsi arasında səbəbli-əlaqə mövcud olmamışdır. Xronoloji ardıcıllıq baxımından arayış təqsirləndirilən şəxslərin, şahidlərin də vurğuladığı kimi ağacların kəsilməsi faktı baş verən vaxtdan bir neçə gün sonra tərtib olunmuşdur. Arayışın məzmununa nəzər yetirdikdə də görünür ki, həmin arayış Şahid5 ailə üzvlərinə məxsus pay torpaq sahəsində əkdiyi əbrüşüm ağacları meyvə bağına kölgə saldığından, onların budanmasına köməklik göstərilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mingəçevir regional ərazi idarəsinə təqdim etmək üçün verilmişdir. Göründüyü kimi, cinayətin predmeti olan arayış Təqsirləndirilən şəxs2 deyil, onun atası Şahid5 adına verilmiş, arayışda ağacların sayı barədə hər hansı məlumat qeyd edilməmiş, ağacların kəsilməsi (götürülməsi) üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 icazə verilməmiş, yalnız ağacların budanmasına köməklik göstərilməsi üçün 8 saylı RETSİ-yə təqdim edilməsi məqsədi ilə verildiyi qeyd olunmuşdur. Həmçinin, zərər çəkmiş şəxs 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi ifadəsində göstərmişdir ki, Göyçay rayonu Məlikkənd bələdiyyəsi tərəfindən tərtib edilmiş 21 iyun 2023-cü il tarixli, «49» nömrəli arayış ağacın kəsilməsi ilə bağlı hər hansı icazəni nəzərdə tutmamaqla kimisə məsuliyyətdən azad etmir. Çünki, ağaclar köküstə yaş halda kökboğazından kəsilmişdir. Əgər arayış ağacların götürülməsi məzmununda tərtib edilsəydi, bu zaman müvafiq Qaydalarda qeyd edilən prosedurların edilməsi lazım idi. Zərər çəkmiş şəxsin nümayəndəsinin izahatında da qeyd edildiyi kimi, arayış ağacların kəsilməsinə icazə verilməsi məzmununda deyil, vətəndaşın xahişinin ETSN-nin aidiyyatı qurumunun nəzərinə çatdırılması məzmununda tərtib olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 tərəfindən üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etməsi və bunun nəticəsində cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması halı toplanmış və tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 308.1ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı yekun olaraq qeyd edir ki, sonuncu xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməmiş, eləcə də, qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi halına yol verməmiş, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmamışdır. Təqsirləndirilən şəxs3 CM-nin 313-cü maddəsi ilə verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, o, qeyd edilən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni Azərbaycan Respublikası Baş Prokurorluğunda Təqsirləndirilən şəxs2 məxsus Göyçay rayonu Şıxbəy kəndi ərazisindəki kənd təsərrüfat təyinatlı torpaq sahəsində yerləşən müxtəlif diametrli qovaq cinsli ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material əsasında aparılan araşdırma zamanı 25 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayınmasına köməklik etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd hesab olunan arayışla bağlı qanunsuz hərəkətlərini ört-basdır etməklə məsuliyyətə cəlb olunmaması şəxsi niyyəti ilə guya arayışın 21 iyun 2023-cü il tarixdə tərtib edilməklə kitabda qeyd edilməsi görüntüsü yaratmaq üçün öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 31 iyul 2023-cü il tarixdə günorta saatlarında Göyçay rayonu Məlikkənd kənd bələdiyyəsinin inzibati binasında cinayətkar əməlindən xəbərsiz olan bələdiyyənin mühasibi vəzifəsində işləyən Şahid4 Məlikkənd kənd bələdiyyəsinin möhürü ilə möhürlənmiş rəsmi sənəd hesab olunan «Göndərilən xarici məktublar» kitabında qeyd edilən arayışın məzmunu və çıxış nömrəsinin «47» olması barədə qeyd aparması üçün qanunsuz göstəriş vermiş və sonuncu tərəfindən əlyazma ilə qeydlər aparılmasına nail olmaqla rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs3 əməlinə ibtidai istintaq orqanı tərəfindən şamil edilmiş cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində bu cinayət «vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs , eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə» kimi təsbit edilmişdir. Bu maddənin mənasına görə, vəzifə saxtakarlığının predmetini rəsmi sənədlər və informasiya resursları təşkil edir. Rəsmi sənədlər dedikdə hüquqi əhəmiyyəti olan faktları və məlumatları təsdiq etmək üçün dövlət və ya yerli özünüidarə orqanları, habelə dövlət və ya bələdiyyə idarə, müəssisə və təşkilatları tərəfindən verilən yazılı aktlar başa düşülür. CM-nin 313-cü maddəsində vəzifə saxtakarlığı vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədilməsi kimi təsbit edilmiş və qeyd olunan normada bu cinayətin mütləq subyektiv əlamətləri kimi tamah məqsədi və ya sair şəxsi niyyət nəzərdə tutulmuşdur. Bu isə onu deməyə əsas verir ki, vəzifəli şəxsin göstərilən maddə ilə təqsirli bilinməsi üçün CPM-nin 139-cu maddəsinin tələblərinə üyğun olaraq onun vəzifə saxtakarlığını məhz tamah məqsədi və ya sair şəxsi niyyətlə törətməsi araşdırılmış sübutlarla təsdiq olunmalıdır. İş üzrə toplanmış sübutlarla Təqsirləndirilən şəxs3 ittiham olunduğu bu əməli tamah məqsədilə törətməsi müəyyən edilmədiyindən ona qarşı bu əlamətlə cinayət törətdiyinə görə ittiham irəli sürülməmiş, onun vəzifə saxtakarlığını hansı digər şəxsi niyyətlə törətməsi, bu niyyətin nədən ibarət olması isə ibtidai araşdırma orqanı tərəfindən dəqiqləşdirilməmiş, bu məsələ üzrə heç bir araşdırma aparılmamış və təqsirləndirilən şəxsə elan edilən ittihamda da həmin məsələ əksini tapmamışdır. İttihamın əsasını təşkil edən arayış, eləcə də arayışın məzmunu və çıxış nömrəsi «47» kimi qeyd edilən «Göndərilən xarici məktublar» kitabı hüquqi əhəmiyyəti olan faktı və ya məlumatı təsdiq etmir. Həmin arayışda və kitabda faktiki yazıldığı vaxtdan öncəki tarixin və çıxış nömrəsinin göstərilməsi halında belə, bu, işin mahiyyətini dəyişmir. Həmin arayış və kitab hüquqi əhəmiyyəti olan faktı və ya məlumatı təsdiq etmədiyindən, arayışın forma və məzmununa, digər atributlarına riayət edilib-edilməməsi cinayət işinə baxan məhkəmə üçün hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə hazırki cinayət işinə baxarkən istinad edilən sənədin rəsmi sənəd olubolmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir və vurğulayır ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan ittihamın verilməsinə əsas kimi çıxış edən arayışın məzmununda hüquqi əhəmiyyəti olan fakt və ya məlumat əksini tapmadığından, başqa sözlə ifadə etdikdə həmin arayışda Təqsirləndirilən şəxs2 cinayətin predmeti olan 55 ədəd qovaq cinsli ağacların kəsilməsinə icazə verilməsi ilə bağlı bilə-bilə hər hansı yalan məlumat qeyd edilmədiyindən, rəsmi sənəd hesab oluna bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı yekun olaraq qeyd edir ki, sonuncu tamah və ya sair şəxsi niyyətlə bələdiyyə sədri kimi vəzifə saxtakarlığına yol verməmiş, onun tərəfindən rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməmişdir. Məhkəmə, məhkəmə istintaqında əldə edilən, qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş, Təqsirləndirilən şəxs3 əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə ittiham elan etmişdir. Məhkəmə baxılan iş üzrə gəldiyi nəticəni bir sıra prosessual hüqüq normaları baxımından əsaslandırılmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı prosessual qanunvericiliyin təbələrinə müvafiq əldə edilmiş, Təqsirləndirilən şəxs3 təqsirini təsdiq edən hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir. Bundan əlavə cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan - təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirili olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Cinayət mühakimə icraatının ümumi prinsipləri və şərtləri cinayət təqibinin həyata keçirilməsi üzrə fəaliyyətin ümumi normativ hüdudlarını müəyyən edir. Ona görə də, istənilən prosessual hərəkətin edilməsi və prosessual qərarın qəbulu yalnız bu prinsip və şərtlərin tələblərinə tam dolğunluğu ilə riayət edildikdə qanuni və əsaslandırılımış olacaqdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 126.3-cü maddəsinə əsasən, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut növü kimi istifadə edilə bilməz. 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. «Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə» qərarında Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Həmçinin «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hoanq Fransaya qarşı» işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Bu maddənin İİ hissəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. (CPM-ni 351.2-ci maddə). Həmin Məcəllənin CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, həmin Məcəllənin 42.1.2-ci maddəsinə görə əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən bəraət hökmünün nəticəvi hissəsində aşağıdakılar göstərilməlidir: 353.5.1. təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və ona bəraət verilməsi haqqında qərar; 353.5.2. məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi; 353.5.3. məhkəmə hökmü çıxarılanadək mülki iddianın və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi üzrə tədbirlər görüldükdə görülmüş tədbirlərin ləğv edilməsi; 353.5.4. mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi); 353.5.5. maddi sübutların həlli; 353.5.6. məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və ondan şikayət verilmə qaydasının izahı. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir». Bu baxımdan məhkəmə hesab edir ki, cinayət tərkibi olmayan əmələ görə şəxsə bəraət verməklə ədaləti bərqərar etmiş olur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinə görə isə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan maddi hüquq normalarının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMnin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. CM-nin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, o cümlədən hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət əməli törətməsini, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmamış uşağın olmasını, ailədə yeganə qazanc gətirən olmasını, İİ qrup əlil olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini qismən etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, himayəsində üç azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İş üzrə maddi sübut olan 21 iyun 2023-cü il tarixli 49 nömrəli arayış cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 204 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs3 pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 350- 353, 356, 358.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qəbələ rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 21 iyun 2023-cü il tarixli 49 nömrəli arayış cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 204 məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 münasibətdə azadlığın məhdudlaşdırılması cəzası və ekspertiza xərcləri hissədə Qəbələ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 münasibətdə azadlığın məhdudlaşdırılması cəzası və ekspertiza xərcləri hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs3 haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu (andan 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Apellyasiya protesti və apellyasiya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar