Məhkəmə qərarları › İş №1(046)-10/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-10/2025

17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-10/2025 17.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı X2, Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) Nümayəndə, Müdafiəçilər Müdafiəçi2, Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1987-ci ildə Göyçay şəhərində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəsissəsində saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə, xx.xx.1988-ci ildə Göyçay şəhərində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəsissəsində saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq niyyəti və tamah məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birlşərək 2024-cü ilin fevral ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan gündə Göyçay rayonu Dövranlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus avtomobil təmiri məntəqəsinin kənarında çəkilmiş metal çəpərin çöl tərəfindən ümumi dəyəri 240 manat olan “Shacman” markalı yük avtomobilinə aid işlək vəziyyətdə olan 02 ədəd təkər diski, ümumi dəyəri 600 manat olan “Shacman” markalı yük avtomobilinə aid işlək vəziyyətdə olan 04 ədəd baraban və ümumi dəyəri 50 manat olan “Belarus 89” markalı traktora aid işlək vəziyyətdə olan 01 ədəd şestrnini gizli olaraq oğurlayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 890 (səkkiz yüz doxsan) manat dəyərində maddi ziyan vurmuşdur.Bundan başqa satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 0,307 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən Göyçay şəhəri, M.Hüseynzadə küçəsində saxlanılaraq RPŞ-nə gətirildikdən sonra, həmin tarixdə saat 11:57-dən 12:06-dək ünvan 3 ünvanında yerləşən Göyçay RPŞ-nin inzibati binasında üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın arxa cibindən 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,307 qram, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 1,139 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2024-cü il tarixdə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən Göyçay şəhəri, Z.Bünyadov küçəsində saxlanılaraq RPŞ-nə gətirildikdən sonra, həmin tarixdə saat 12:45-dən 12:57-dək ünvan 3 ünvanında yerləşən Göyçay RPŞ-nin inzibati binasında üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan şalvarın sağ yan cibində olan 01 ədəd kibrit qutusunun içərisindəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,139 qram, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq niyyəti və tamah məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birlşərək 2024-cü ilin fevral ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan gündə Göyçay rayonu Dövranlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus avtomobil təmiri məntəqəsinin kənarında çəkilmiş metal çəpərin çöl tərəfindən ümumi dəyəri 240 manat olan “Shacman” markalı yük avtomobilinə aid işlək vəziyyətdə olan 02 ədəd təkər diski, ümumi dəyəri 600 manat olan “Shacman” markalı yük avtomobilinə aid işlək vəziyyətdə olan 04 ədəd baraban və ümumi dəyəri 50 manat olan “Belarus 89” markalı traktora aid işlək vəziyyətdə olan 01 ədəd şestrnini gizli olaraq oğurlayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 890 (səkkiz yüz doxsan) manat dəyərində maddi ziyan vurmuşdur.Bundan başqa satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 1,563 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlayıb daşımış, 12 mart 2024-cü il tarixdə saat 19 radələrində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən Göyçay şəhəri, Atatürk prospektində saxlanılaraq RPŞ-nə gətirildikdən sonra, həmin tarixdə saat 19:46-dan 19:53-dək ünvan 3 ünvanında yerləşən Göyçay RPŞ-nin inzibati binasında üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,563 qram, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərimişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Göyçay şəhərində yerləşən “Kontakt Home”un yaxınlığında olan zaman polis əməkaşları ona yaxınlaş, üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər, bundan sonra onu polis şöbəsinə dəvət etmişlər, polis əməkdaşları birlikdə polis şöbəsinə gəlmişlər, RPŞ-də mənə dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuş, daha sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan şalvarın arxa cibindən 01 ədəd bükümü təqdim etmiş, daha sonra həmin büküm elektron tərəzidə çəkilmiş, həmin bükümün içərisində ağ rəngli kristal formalı maddə olması müəyyən edilmiş, kağız zərfdə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində Göyçay şəhəri Z.Bünyadov küçəsi ərazisində olan zaman polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər, polis əməkdaşları ilə razılaşmış və onlarla bilrikdə Göyçay rayon polis şöbəsinə gəlmiş, polis şöbəsinə gəldikdən sonra ona müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuş, bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı bir daha ona hüquq və vəzifələri izah edilmiş, daha sonra polis əməkdaşı ondan üzərində qanunla qadağan olunmuş maddə və ya predmet olub-olmamasını soruşmuş və üzərində olan əşyaları birbir təqdim etməsini tələb etmiş, bundan sonra həmin vaxt əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu, həmin şalvarın sol yan cibindən özünə məxsus mobil telefonu və həmin şalvarın sağ kiçik cibindən 01 ədəd 1 manatlıq pul əskinasını və şalvarının sağ arxa cibindən qəpik pulları masanın üzərinə qoymuş, daha sonra cibindən aşkar edilmiş kibrit qutusunu açaraq içərisində saxladığı 01 ədəd sellofan bükümü təqdim etmiş, polis əməkdaşı ondan həmin bükümün içərisindəki maddənin nə olduğunu soruşmuş, polis əməkdaşına həmin maddənin “kakos” olduğunu bildirmiş, sonra həmin bükümə polis əməkdaşı tərəfindən baxılmış və içərisində qəhvəyi rəngli maddə olması aşkar edilmiş, polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmış, lakin qeyd edilənlərdən başqa heç bir əşya aşkar edilməmiş, polis əməkdaşı ondan üzərindən aşkar edilmiş maddənin nə olmasını, haradan əldə etdiyini və hansı məqsədlə üzərində saxladığını soruşmuş, polis əməkdaşına həmin maddənin “kakos” olmasını və təxminən 2- 3 gün əvvəl Göyçay çayından tapdığını bildirmiş, bundan sonra həmin sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1,24 qram olmuş, bundan sonra onun üzərindən aşkar edilmiş sellofan büküm boş kağız zərfdə qablaşdırılmış və üzərində möhür vurulmuş, həmçinin ona məxsus mobil telefon da götürülmüşdür. 2024-cü ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ilə bilrikdə Göyçay şəhəri ərazisində çayın içi deyilən yerdə yemək yemiş və hər biri 02 ədəd olmaqla ümumilikdə 04 ədəd aptekdə satılan spirtdən alıb suya qataraq içmişlər, daha sonra Göyçay rayonu Dövranlı kəndində yaşayan qaynanasıgilə getmək üçün tanışı taksi sürücüsü olan Fəridə zəng etdmiş və Fərid onu və İsmayılı Göyçay rayonu Dövranlı kəndinə aparmasını xahiş etmiş, bunun müqabilində Fəridə 20 manat pul verəcəyini söyləmiş, buna görə də Fərid onun dediyi yerə, yəni çayın içi deyilən yerə gəlmiş, İsmayıl ilə birlikdə Fəridin idarə etdiyi VAZ2106 markalı avtomobilə əyləşmişlər, Fərid avtomobili Göyçay rayonu Dövranlar kəndinə sürmüş, həmin kəndə çatdıqda Fəridə qaynanasıgilin yaşadığı evin istiqamətini öyrətmiş, qaynanasının yaşadığı evə çatmışlar, daha sonra tək həyətdə daxil olmuş, lakin həmin vaxt evdə heç kim olmadığı üçün geri qayıtmış, bundan sonra həmin kəndin daxili ilə yolda hərəkət edən zaman Xəqana məxsus bağ sahəsinin qarşısında yerləşən və avtomobil təmiri məntəqəsinin kənarında setkadan çəkilmiş çəpərin çöl tərəfindən “Şaqman” markalı yük avtomobilinə məxsus olan 02 ədəd təkər diskinin və həmin yük avtomobilinə aid olan 04 ədəd baraban olduğunu görmüş, daha sonra Fəridə avtomobili saxlamasını tapşırmış, Fərid də avtomobili təmiri məntəqəsinin qarşısında saxlamış, həmin vaxt saat təxminən 23 radələri olmuş, avtomobildən düşərək ətrafa baxaraq kənarda başqa şəxslərin olmadığını görmüş, barabanları və təkər disklərini Fəridə məxsus avtomobilin yük yerinə və salonuna yığmış, Fərid ondan həmin baraban və disklərin kimə məxsus olmasını soruşmuş, Fəridə həmin təmir məntəqəsinin qayınına məxsus olduğunu və baraban və diskləri ona verdiyini söyləmiş, daha sonra yenidən Göyçay şəhərinə qayıtmışlar, həmçinin yolda gələn zaman metal qəbulu ilə məşğul olan İlqara şəxsə zəng edərək satmaq üçün metal gətirdiyini bildirmiş və məntəqəni bağlamamasını tapşırmış, Fəridin idarə etdiyi avtomobil ilə İlqarın metal qəbulu məntəqəsinə gəlmişlər, orada oğurladığı metalları İlqara vermiş, İlqar həmin metalları tərəzidə çəkmiş, həmin metalların müqabilində ona 78 manat pul vermiş, 78 manatdan taksi pulu olaraq əvvəlcədən razılaşdığı kimi Fəridə 20 manat vermiş, qalan pulu isə İsmayıl ilə birlikdə yemək içmək və araq üçün xərcləmişdir. Törətdiyi əməldən peşmandır. Lakin qeyd edilən əşyaların dəyəri ilə razı deyil, çünki oğurladığı avtomobil ehtiyyat hissələri yararsız olduğundan, onların dəyəri çox aşağıdır. Əməlində cinayət hadisəsi yoxdur. Buna görə də təqsirləndirildiyi CM-nin 177.2.1-ci maddəsi ilə ona bəraət verilməlidir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərimişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində yaşadığı evdən çıxaraq yaşadığı evin yerləşdiyi küçənin kəsişdiyi Atatürk prospekti ilə piyada hərəkət edirmiş, bu zaman mülki geyimli şəxslər ona yaxınlaşmışlar, həmin şəxslər özlərini təqdim edərək Göyçay rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər, bundan sonra ona üzərində psixotrop maddə saxlamağı, daşımağı və istifadə etməsi barədə onlarda məlumat olduğunu bildirmişlər və həmin məlumatın yoxlanılması üçün onlarla birlikdə Göyçay RPŞ-nə getməsini təklif etmişlər, polis əməkdaşları ilə birlikdə Göyçay RPŞ-nə gəlmiş, RPŞ-də şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına müdafiəçi təyin edilmiş, daha sonra ona hüquqları izah edilmiş və bu barədə bildiriş almış, dərhal sonra üzərində RPŞ-nin növbətçi hissəsində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı polis əməkdaşı bir daha ona hüquqlarını izah etmiş və üzərində qanunla qadağan olunmuş əşya və predmetlərin olub-olmamasını soruşmuş və əgərə varsa masanın üzərinə qoyaraq təqdim etməsini təklif etmiş, bundan sonra polis əməkdaşının həmin təklifi ilə razılaşmış və əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan büküm və həmin şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunu masanın üzərinə qoymuş, daha sonra polis əməkdaşlarından biri onun üzərində şəxsi axtarışı həyata keçirmiş, lakin qeyd edilənlərdən başqa üzərindən hər hansı bir əşya aşkar edilməmiş, bundan sonra üzərindən aşkar edilmiş içərisində ağ rəngli maddə olan sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1,71 qram olmuş, bundan sonra həmin sellofan büküm boş kağız zərfdə qablaşdırılaraq və üzərinə möhür vurulmuş, həmçinin o və müdafiəçisi həmin zərfin üzərini imzalamışlar, üzərindən aşkar edilmiş kibrit qutusu isə ona qaytarılmış, bundan sonra şəxsi axtarış başa çatmış, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edilmişdir. 2024-cü ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs1 onun yaşadığı evə gəlmiş, Göyçay rayonu Dövranlı kəndində yaşayan qayınıgilə getməyi təklif etmiş, Təqsirləndirilən şəxs1 ilə razılaşmış, daha sonra Fəridin idarə etdiyi avtomobil ilə Göyçay rayonu Dövranlı kəndinə getmiş, Təqsirləndirilən şəxs1 kəndə çatdıqdan sonra Fəridə istiqamət verərək avtomobili bir qədər kəndin içərisinə doğru sürmüş, həmin kəndin daxilində bağ sahəsinə çatmış, həmin bağ sahəsinin kənarında olan setkanın çöl tərəfində çoxlu sayda ehtiyyat hissələri olmuş, Təqsirləndirilən şəxs1 ona həmin ehtiyyat hissələrinin onun qayınına məxsus olduğunu və icazəsini aldığını, buna görə də həmin ehtiyyat hissələri aparıb metalloma satacağını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 avtomobildən düşərək ehtiyyat hissələrdən bir neçəsini avtomobilə yığmış, Göyçay şəhərinə qayıtmışlar, Göyçay şəhərində İlqarın işlədiyi metal qəbulu müəssisəsinə gəlmişlər, Təqsirləndirilən şəxs1 götürdüyü ehtiyyat hissələri İlqara satmış, İlqar Təqsirləndirilən şəxs1 78 manat pul vermiş, daha sonra yaşadığı evə getmişdir. Narkotik vasitədən istifadə etdiyi üçün peşamndır. Lakin Təqsirləndirilən şəxs1 oğurluq etməsindən xəbəri olmamış, oğurluq etməmişdir. Buna görə də CM-nin 177.2.1-ci maddəsi ilə ona bəraət verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) Nümayəndə ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs Göyçay rayonu Dövranlı kəndində avtomobil təmiri məntəqəsi vardır. Belə ki, yük avtomobili idarə edir və avtomobilini qeyd etdiyi yerdə təmir edir. Buna görə də həmin yerdə ona məxsus yük avtomobillərinə aid olan ehtiyyat hissələri də vardır. Həmin avtomobil təmiri məntəqəsi ona məxsus torpaq sahəsində yerləşir, həmin torpaq sahəsinin kənarları dəmir məftildən hazırlanmış çəpərlə örtülmüşdür. Həmin torpaq sahəsində ona məxsus 2 ədəd təkər diski, həmin çəpərin çöl hissəsinə isə 4 ədəd baraban və traktora aid şestrnləri qoymuş, 2024-cü ilin fevral ayının əvvəllərində işləri ilə əlaqədar Bakı şəhərinə getmiş və 2024-cü ilin mart ayının əvvəllərində yaşadığı Göyçay rayonu Dövranlı kəndində geri qayıtmış, buna görə də bir müddət ona məxsus avtomobil təmiri məntəqəsinə nəzarət edə bilməmiş, xx.xx.2024-cü il tarixdə özünə məxsus avtomobil təmiri məntəqəsinə gedən zaman orada ona məxsus olan həyətin içərisinə və çöl tərəfinə yığdığı avtomobil ehtiyyat hissələrinin bir hissəsinin orada olmadığını görmüşdür. Belə ki, ona məxsus həyətdən 02 ədəd “Shacman” markalı yük avtomobilinə aid olan təkər diski, həmin yük avtomobilinə aid olan 4 ədəd baraban və traktora aid olan işlənmiş şestrnlərinin oğurlanmasını aşkar etmiş, buna görə də polisə müraciət etmiş, ona məxsus “Shacman” markalı yük avtomobilinə aid olan 02 ədəd təkər diski və 04 ədəd baraban, həmçinin “Belarus 89” markalı traktora aid olan şestrnlər oğurlanmış, həmin oğurluq nəticəsində ona təxminən 1000 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda Zərərçəkmiş şəxs dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin cinayətaxtarış bölməsinin əməliyyat müvvəkkili vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitə alüdəçisi olması, eləcə də üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olması barədə ona məlumat daxil olmuş, bundan sonra bu barədə tərəfindən raport tərtib edilmiş və müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmiş, həmçinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq təlimatlandırılmış, yaradılmış əməliyyat qrupuna CAB-nin əməliyyat müvəkkili Şahid2 daxil edilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 cinayət əməlinin ifşa edilməsi üçün müvafiq tədbirlərin keçirilməsinə başlanılmış, xx.xx.2024-cü il tarixdə saat 11:10 radələrində Göyçay şəhəri M.Hüseynzadə küçəsində olan zaman Təqsirləndirilən şəxs1 saxlamış, Təqsirləndirilən şəxs1 üzərində psixotrop maddə saxlaması, daşıması və istifadə etməsi barədə Göyçay RPŞ-nə məlumat daxil olmasını izah edərək onlarla birlikdə Göyçay RPŞ-nə getməli olduğunu bildirmişlər, bundan sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə Göyçay RPŞ-nə gəlmişlər, RPŞ-də Təqsirləndirilən şəxs1 aidiyyəti üzrə təhvil vermişlər, bundan sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmasında o da iştirak etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində psixotrop maddə saxlaması və daşıması barədə məlumat olması izah edilmiş və üzərində olan əşyaları bir bir masanın üzərinə qoyaraq təqdim etməsi tələb edilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd sellofan bükümü masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş sellofan büküm açılmış və içərisində ağ rəngli kristal formalı maddə olması aşkar edilmiş, həmin sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,238 qram olmuş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş sellofan büküm müvafiq ekspertizaya təqdim edilməsi üçün boş kağız zərfdə qablaşdırılmış, üzərinə möhür vurulmuş, həmçin üzəri yazılaraq imzalanmış və bundan sonra götürülmüş, daha sonra şəxsi axtarış başa çatmış, həmçinin şəxsi axtarışın aparılması videoçəkiliş vasitəsi ilə qeydə alınmış, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, qeyd və əlavə olmadığı üçün həmin protokolu imzalanmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitə alüdəçisi olduğu, eləcə də üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğu barədə ona məxfi mənbədən məlumat daxil olmuş, bundan sonra bu barədə tərəfindən raport tərtib edilmiş və müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmiş, həmçinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq təlimatlandırılmış, yaradılmış əməliyyat qrupuna CAB-nin əməliyyat müvəkkili Şahid5 daxil edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:10 radələrində Göyçay şəhəri, Atatürk küçəsində Təqsirləndirilən şəxs2 saxlamış, Təqsirləndirilən şəxs2 üzərində psixotrop maddə saxlaması, daşıması və istifadə etməsi barədə Göyçay RPŞ-nə məlumat daxil olmasını izah etmiş və onlarla birlikdə Göyçay RPŞ-nə getməli olduğunu bildirmişlər, bundan sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə Göyçay RPŞ-nə gəlmişlər, RPŞ-də Təqsirləndirilən şəxs2 aidiyyəti üzrə təhvil vermişlər, bundan sonra Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmasında o da iştirak etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində psixotrop maddə saxlaması və daşıması barədə məlumat olması izah edilmiş və üzərində olan əşyaları bir bir masanın üzərinə qoyaraq təqdim etməsi tələb edilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 01 ədəd sellofan bükümü masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş sellofan büküm açılmış və içərisində ağ rəngli kristal formalı maddə olması aşkar edilmiş, həmin sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1,71 qram olmuş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş sellofan büküm müvafiq ekspertizaya təqdim edilməsi üçün boş kağız zərfdə qablaşdırılmış, üzərinə möhür vurulmuş, həmçin üzəri yazılaraq imzalanmış və bundan sonra götürülmüş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusu onun özünə qaytarılmış, daha sonra şəxsi axtarış başa çatmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5, Şahid6 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki,Göyçay RPŞ-nin cinayətaxtarış bölməsinin əməliyyat müvvəkkili vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitə alüdəçisi olduğu, eləcə də üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğu barədə ona məlumat daxil olmuş, bundan sonra bu barədə tərəfindən raport tərtib edilmiş və müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmiş, həmçinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmış və təlimatlandırılmış, yaradılmış əməliyyat qrupuna CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid4 daxil edilmişlər. xx.xx.2024-cü il tarixdə saat 12:15 radələrində Göyçay şəhəri, Z.Bünyadov küçəsində Təqsirləndirilən şəxs1 saxlamış, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə Göyçay RPŞ-nə məlumat daxil olmasını izah etmiş və onlarla birlikdə Göyçay RPŞ-nə getməli olduğunu bildirmişlər, bundan sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə Göyçay RPŞ-nə gəlmişlər, RPŞ-də Təqsirləndirilən şəxs1 aidiyyəti üzrə təhvil vermişlər, bundan sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmasında o da iştirak etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində psixotrop maddə saxlaması və daşıması barədə məlumat olması izah edilmiş və üzərində olan əşyaları bir bir masanın üzərinə qoyaraq təqdim etməsi tələb edilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 həmin vaxt əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu, həmin şalvarın sol yan cibindən özünə məxsus mobil telefonu və həmin şalvarın sağ kiçik cibindən 01 ədəd 1 manatlıq pul əskinasını və şalvarının sağ arxa cibindən qəpik pulları masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs1 özü təqdim etdiyi kibrit qutusunu açaraq həmin kibrit qutusunun içərisində saxladığı 01 ədəd sellofan bükümü təqdim etmiş, sonra həmin sellofan bükümə baxılmış və içərisində qəhvəyi rəngli maddə olması aşkar edilmiş, Təqsirləndirilən şəxs1 ona verilən müvafiq suala cavab olaraq həmin maddənin “kakos” adlandırdığı narkotik vasitə olmasını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, lakin qeyd edilənlərdən başqa hər hansı əşya və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1,24 qram olmuş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş sellofan büküm müvafiq ekspertizaya təqdim edilməsi üçün boş kağız zərfdə qablaşdırılaraq üzərinə möhür vurulmuş, həmçin üzəri yazılaraq imzalanmış və bundan sonra götürülmüş, həmçinin Təqsirləndirilən şəxs1 məxsus mobil telefon da götürülmüş, daha sonra şəxsi axtarış başa çatmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 və Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid8 göstərmişdir ki, adı Bəylər olsa da ona Fərid deyə müraciət edirlər, atasına məxsus VAZ2106 markalı, **-BB-*** dövlət qeydiyyta nişanlı avtomobil olmuş və həmin avtomobili etibarnamə əsasında idarə edərək gündəlik Göyçay şəhəri ərazisində taksi kimi fəaliyyət göstərirmiş, lakin sonradan həmin avtomobili satmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, 2024-cü ilin fevral ayında, Təqsirləndirilən şəxs1 ona zəng edərək onu Göyçay rayonu Dövranlı kəndinə aparmağını xahiş etmiş, Hacı ilə razılaşmış, bu zaman Hacı ona yol pulu olaraq 20 manat pul verəcəyini bildirmiş, razılaşmışlar.Bundan sonra Təqsirləndirilən şəxs1 götürmək üçün onun dediyini ünvana, yəni Göyçay şəhəri Z.Bünyadov küçəsinə getmiş, bundan sonra Hacı və İsmayıl ona məxsus avtomobilə əyləşmişlər, avtomobili Göyçay rayonu Dövranlı kəndi istiqamətində sürmüş, həmin kəndə çatdıqdan sonra Hacı ona istiqamət verərək öz dediyinə görə qayınanasıgilin yaşadığı evin yerləşdiyi küçəyə gətirmiş, bundan sonra Hacı ondan avtomobili saxlamağını istəmiş, avtomobili saxlamış, Hacı avtomobildən düşərək evlərdən birinin həyətinə girmiş və kimisə səsləmiş, lakin ona cavab verən olmamış, sonra isə yenidən avtomobilə əyləşmiş və avtomobili sürməyini tapşırmış, bundan sonra o da avtomobili idarə etməyə başlamış, Göyçay rayonu Dövranlı kəndi ərazisində olan zaman Hacı ona avtomobili saxlamağını tapşırmış, buna görə də o, avtomobilini saxlamış, lakin avtomobildən düşməmiş, Hacı ona dəmir ehtiyyat hissələri yığılmış yeri göstərmiş və qayınına məxsus olduğunu, həmçinin qayını ilə danışdığını və buradan dəmir əşyalar aparıb metal kimi satacağını bildirmiş, o da Hacıya heç bir söz deməmiş, bundan sonra Hacı və İsmayıl avtomobildən düşərək ona məxsus avtomobilin arxa sərnişin yerinə və yük yerinə dəmir ehtiyyat hissələri yığmışlar, bundan sonra Hacı ona avtomobili Göyçay şəhərində “Azpetrolun” arxasında yerləşən İlqar adlı şəxsin metal qəbulu məntəqəsinə sürməyini tapşırmış, buna görə də avtomobili Hacının dediyi ünvanda yerləşən metal qəbulu məntəqəsinə sürmüş, orada Hacı və İsmayıl avtomobildə olan dəmir ehtiyyat hissələrini tərəziyə boşaltmışlar, bundan bir neçə dəqiqə sonra onlar gəlib avtomobilə əyləşmışlər, Hacı ona yol pulu olaraq 20 manat pul vermış, bundan sonra onların hər ikisini yaşadıqları evin yerləşdiyi küçədə düşrtmüş və yaşadığı evə getmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid7 göstərmişdir ki, Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən metal qəbulu məntəqəsini işlədir. 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs1 VAZ2106 markalı avtomobil ilə onun işlətidiyi metal qəbulu məntəqəsinə gəlmişdir. Təqsirləndirilən şəxs1 ona satmaq istədiyi metal əşyaları göstərmiş, Təqsirləndirilən şəxs1 həmin metal əşyaların kimə məxsus olmasını soruşmuş, Təqsirləndirilən şəxs1 ona həmin metal əşyaları küçədən topladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 tanıdığı üçün onun şəxsiyyət vəsiqəsi olmadan satmaq istədiyi metalları qəbul etmiş, həmin metalları tullantı kimi tərəzidə çəkmiş və onların əvəzində Təqsirləndirilən şəxs1 78 manat pul vermiş, həmin vaxt Təqsirləndirilən şəxs1 ona 04 ədəd baraban, 02 ədəd təkər diski və şestrnlər gətirmişdir. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə X1 regional bölməsindən alınmış məhkəmə-bioloji ekspertizasının 30 may 2024-cü il tarixli 17/504 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd içərisində qəhvəyi rəngli maddə olan sellofan büküm” yazısı,adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 1,139 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd heroinin təmiz çəkisi 1.139 qr, tədqiqata sərf edildi 0.050 qr, qalıq 1.089 qr. Aparılmış tədqiqatın dəyəri 69.10 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə X1 regional bölməsindən alınmış məhkəmə-bioloji ekspertizasının 28 mart 2024-cü il tarixli 17/504 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə” yazısı, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,307 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd metamfetaminin təmiz çəkisi 0.307 qr, tədqiqata sərf edildi 0.050 qr, qalıq 0.257 qr. Aparılmış tədqiqatın dəyəri 69.10 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə X1 regional bölməsindən alınmış məhkəmə-bioloji ekspertizasının 13 mart 2024-cü il tarixli 17/262 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2/imza/vəkil Müdafiəçi2/imza/..” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 1,563 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd metamfetaminin təmiz çəkisi 1.563 qr, tədqiqata sərf edildi 0.050 qr, qalıq 1.513 qr. Aparılmış tədqiqatın dəyəri 71.94 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 iyun 2024cü il tarixli 9/3522 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların ayrı-ayrılıqda 2024-cü ilin aprel ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir; Zərərçəkmiş şəxs məxsus “Shacman” markalı yük avtomobilinə aid işlək vəziyyətdə olan 02 ədəd təkər diskinin ümumi dəyəri 240 manat, “Shacman” markalı yük avtomobilinə aid işlək vəziyyətdə olan 04 ədəd barabanın ümumi dəyəri 600 manat təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Göyçay rayon məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023cü il tarixdə 03 ay 14 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Göyçay rayon məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilməmişdir. Məhkəmə Ekspertiza Xidmətləri MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, “Shacman” markalı yük avtomobilinə aid işlək vəziyyətdə olan 02 ədəd təkər diskinin ümumi dəyəri 200 manat, “Shacman” markalı yük avtomobilinə aid işlək vəziyyətdə olan 04 ədəd barabanın ümumi dəyəri 500 manat təşkil edir. Təqsirləndirilən şəxslər elan edilmiş ittihamda cinayətin predmenti olan Shacman” markalı yük avtomobilinə aid işlək vəziyyətdə olan 02 ədəd təkər diskinin ümumi dəyəri 240 manat, “Shacman” markalı yük avtomobilinə aid işlək vəziyyətdə olan 04 ədəd barabanın ümumi dəyəri 60 manat qeyd edilməsinə baxmayaraq, məhkəmə tərəfindən təyin edilmiş əmtəəşunaslıq-ekpertizasının rəyi ilə müəyyən ediliri ki, qeyd edilən əmlaklardan “Shacman” markalı yük avtomobilinə aid işlək vəziyyətdə olan 02 ədəd təkər diskinin ümumi dəyəri 200 manat, “Shacman” markalı yük avtomobilinə aid işlək vəziyyətdə olan 04 ədəd barabanın ümumi dəyəri 500 manat təşkil edir. Məhkəmə hesab edir ki, ittihama daxil edilmiş dəyəri 50 manat kimi qeyd edilmiş şesterin dəyəri barədə mübahisə olmadığından, qeyd edilən əmlakların dəyəri ümumilikdə 750 manat kimi qəbul edilməlidir. Eləcə də Təqsirləndirilən şəxs2 ibtidai istinaq dövründə və məhkəmə baxışı zamanı ona istinad edilən oğurluq hadisəsində iştirak etmədiyi barədə göstərdikləri, məhkəmə baxışı zamanı tədqiq edilmiş şahid ifadələri təkzib edilir. Təqsirləndirilən şəxs2 göstərdikləri xüsusatlar özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilməlidir. Həmçinin ibtidai istintaq zamanı iş üzrə dindirilmiş şahidlər də ifadələrini öz imzaları ilə təsdiq etmiş, imzaların onlara məxsus olmasını məhkəmədə bildirmişlər və məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə verdikləri ifadələri təsdiq etmişlər. Göründüyü kimi ibtidai istintaq zamanı toplanmış sübutlar məhkəmə istintaqı zamanı ağlabatan əsaslarla təkzib olunmamış, onların qəbul olunmasının yolverilməzliyinə əsas olan bilən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun bu müddəası ibtidai istintaq sübutlarının doğruluğu prezumpsiyasını nəzərdə tutur. Nə qədər ki, həmin sübutlar ağlabatan əsaslarla təkzib edilməyib onlar həqiqidir. Əgər şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən məhkəmə baxışı zamanı fərqli məzmunda (ziddiyyətli) ifadə verirsə əvvəlki ifadəsinin həqiqiliyini təkzib etmək onun üzərinə düşür. Bu təkzib əsaslı, ağlabatan olmalı, ona təzyiq və ya digər qanunsuz rəftarlar tətbiq edildiyinə istinad edirsə bunu sübut etməlidir. Hətda şəxs ifadəsini oxumadan imzaladığını qeyd edirsə belə onu təsdiq edən ağlabatan dəlil təqdim etməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respulikası Cinayət Prosessual Məcəlləsinin “sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsindən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq niyyəti və tamah məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birlşərək 2024-cü ilin fevral ayının əvvəllərində Göyçay rayonu, Dövranlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus avtomobil təmiri məntəqəsinin kənarında çəkilmiş metal çəpərin çöl tərəfindən ümumi dəyəri 200 manat olan “Shacman” markalı yük avtomobilinə aid işlək vəziyyətdə olan 02 ədəd təkər diski, ümumi dəyəri 500 manat olan “Shacman” markalı yük avtomobilinə aid işlək vəziyyətdə olan 04 ədəd baraban və ümumi dəyəri 50 manat olan “Belarus 89” markalı traktora aid işlək vəziyyətdə olan 01 ədəd şestrnini gizli olaraq oğurlayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 750 manat dəyərində maddi ziyan vurmaqla, bundan başqa satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.307 qr çəkidə psixotrop maddə olan metamfetamini xx.xx.2024-cü il tarixdə saat 11:57-də Göyçay şəhəri M.Hüseynzadə küçəsində üzərində saxlamaqla və eləcə də satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.139 qr çəkidə narkotik vasitə olan heroini xx.xx.2024-cü il tarixdə saat 12:45-də Göyçay şəhəri Natəvan küçəsində üzərində saxlamaqla Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi tam sübuta yetir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq niyyəti və tamah məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birlşərək 2024-cü ilin fevral ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan gündə Göyçay rayonu, Dövranlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus avtomobil təmiri məntəqəsinin kənarında çəkilmiş metal çəpərin çöl tərəfindən ümumi dəyəri 200 manat olan “Shacman” markalı yük avtomobilinə aid işlək vəziyyətdə olan 02 ədəd təkər diski, ümumi dəyəri 500 manat olan “Shacman” markalı yük avtomobilinə aid işlək vəziyyətdə olan 04 ədəd baraban və ümumi dəyəri 50 manat olan “Belarus 89” markalı traktora aid işlək vəziyyətdə olan 01 ədəd şestrnini gizli olaraq oğurlayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 750 manat dəyərində maddi ziyan vurmaqla və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.563 qr çəkidə psixotrop maddə olan metamfetamini xx.xx.2024-cü il tarixdə saat 19:46-da Göyçay şəhəri Atatürk küçəsində üzərində saxlamaqla Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi tam sübuta yetir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 yenidən qəsdən cinayət törədərək cinayətlərin residivliyini yaratmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 177.2.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətdiyindən, Azərbaycan Respublikası CM-nin 65-ci maddəsində təsbit edilmiş cinayətlərin residivi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. İş materiallarında olan cinayət törətməsinə şübhə edilən şəxsin tutulması barədə protokoldan görünü ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 19:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2024-cü il tarixdə saat 15:20-də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsin əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 gün nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi, eləcə də Təqsirləndirilən şəxs1 təkrar cinayət törətməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halı nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 Göyçay rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2023-cü il tarixdə başa çatmış, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Lakin Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən residiv nəzərə alınmamalıdır. İş materiallarında olan cinayət törətməsinə şübhə edilən şəxsin tutulması barədə protokoldan görünü ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 11:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2024-cü il tarixdə saat 11:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan cinayət törətməsinə şübhə edilən şəxsin tutulması barədə protokoldan görünü ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 12:23-də şübhəli şəxs qismində tutulmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(046)-32/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 gün nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan 1.089 qr narkotik vasitə olan heroin və 1.77 qr psixotrop maddə olan metamfetamin məhv edilməli, 05 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı və 03 ədəd baraban, 01 ədəd şestr zərərçəkmiş şəxsə qaytarılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə məhkəmə xərci olan 260.14 manat məbləğində pul müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrumetmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 3 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları tam toplamaq yolu ilə üzərində qəti cəza olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə baxışınadək həbsdə saxlandığı 02 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrumetmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 1.089 qr narkotik vasitə olan heroin və 1.77 qr psixotrop maddə olan metamfetamin məhv edilsin, 05 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın, 03 ədəd baraban, 01 ədəd şestr zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə məhkəmə xərci olan 260.14 manat məbləğində pul müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası ekspertiza xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar