Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-100/2025 08.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət X1, Müdafiəçi3 oğunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Ucar rayonunun anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 yetkinlik yaşına çatmayan və 2 azyaşlı uşaqları olan, orta təhsilli, məhkum olunmamış, Ucar rayonunun Bağman kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Göyçay rayonu, Kürd Şaban kəndində yerləşən “Murad” istirahət mərkəzində xuliqanlıq niyyəti ilə ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış və birgəyaşayış qaydalarına qarşı etinasızlıq göstərərək heç bir səbəb olmadan özünü kənar şəxslərin fövqündə tutub, istirahət mərkəzinin işçisi Zərərçəkmiş şəxs ünvanına söyüş söyməklə onu təhqir edərək, eləcə də əli ilə sifət nahiyəsindən qəsdən vurmaqla zor tətbiq edərək dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən sağ qaşın bayır bucağı nahiyyəsində yumşaq toxumanın əzilmişcırılmış yarası xəsarəti yetirməklə sonuncunun üzərində zor tətbiq edib ictimaiqaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ucar rayonu Bağman kəndində yaşayır. X9 və qaynı X5 ilə yaşadığı kənddə görüşüb birlikdə idarə etdiyi "Mistsubishi Pajero” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonu Kürdşaban kəndində "Murad” ailəvi istrahət mərkəzinə getmişlər. İstirahət mərkəzində yeyib içən zaman hər üçü spirtli içki qəbul etmişlər. Sonuncu sifarişləri 1 şiş böyrək kababı olmuşdur. Lakin, kabab gətiriləndə şişdə 3 ədəd piy içərisində böyrək, 2 ədəd də ciyər qoyulduğunu görmüşdür. Buna etiraz etmiş, kafenin mətbəxinə gedərək kababçı işləyən Rəvana "niyə istədiyi formada kabab göndərməmisən” demişdir. Aralarında söhbət olmuş, qayıdıb öz yerinə əyləşmişdir. Həmin vaxt heç bir dava dalaş olmamışdır. Bir qədər sonra hesabı vermək üçün süfrəçia yaxınlaşmışdır. Anar və Faxrət isə onun avtomobilinə doğru getmişlər. Hesabı ödəmişdir. Orada kababın yaxşı olmadığını və süfrəçi işləyən Tacəddinə də son gətirilən kababı xoşlamadığını bildirmişdir. Tacəddin ona "Yesəndə yeməsəndə budur” demişdir. Tacəddin bu sözü dedikdən sonra aralarında mübahisə başlamışdır. Mübahisə zamanı səs küy olmuş və bir-birlərini vurmuşlar. Bundan sonra orada olan şəxslər onları aralamışlar. Hazırda törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Göyçay rayonu ərazisində olan Bərgüşad şosesinin yaxınlığında Göyçay rayonu Kürdşaban kəndi ərazisində yerləşən "Murad” ailəvi istirahət mərkəzində 22 sentyabr 2024-cü il tarixdən 01 noyabr 2024-cü il tarixinədək süfrəçi işləmişdir. Restoranda işləyərkən vəzifəsi gələn müştərilərdən sifarişlərin alınması, alınmış sifarişlərin aşbaza bildirilməsi, həmin sifarişlər hazır olduqdan sonra isə müştərilərə təqdim etməkdən ibarət olmuşdur. xx.xx.2024-cü il tarixdə "Murad” kafesində işdə olarkən saat 18 radələrində Təqsirləndirilən şəxs və onun yanında Anar və Faxrət kafeyə gəlmişlər. Həmin müştərilərə digər ofsiant X4 qulluq etmişdir. Təxminən 2 saat oturduqdan sonra Təqsirləndirilən şəxs, restoranın mətbəxinə yaxınlaşaraq kababçı işləyən Şahid1 uzun müddət kababçı işlədiyini, işlədiyi dövr ərzində kababın belə hazırlanmadığını bildirmişdir. Bu vaxt Nurana mübahisə etməyə ehtiyac olmadığını bildirsə də, Nuran onunla acıqlı danışmış və ondan nömrəsini istəyərək onunla kənarda görüşüb söhbət edəcəyini demişdir. Nuran sərxoş olmuşdur. Rəvan ilə birlikdə Nuranı sakitləşdirib öz yerinə getməsini bildirmişlər. Bundan sonra Nuranın mətbəxin girişində, X4 ilə mübahisə etdiyini görmüş, Nurana yaxınlaşmdıqda onu söymüşdür. Şahid1 araya girərək Nuranı sakitləşdirməyə çalışmış, Nuranın yanında olan tanışları da oraya yaxınlaşmışdır. Nuran tanışları gəldikdən sonra daha da arxayınlaşaraq onun sifət nahiyəsindən yumruqla vurmuşdur. Daha sonra orda olan şəxslər onu və Nuranı aralaşdırmaq üçün kənara çəkmək istəmişlər. Bu zaman Nuran onu yenidən yumruğu ilə ikinci dəfə sağ qaşının üzərindən vurmuşdur. Onları aralaşdırandan sonra Nuran yanında olan qohumları ilə avtomobilə əyləşərək getmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Şahid4 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırda Rusiya Federasiyasındadır,məhkəmə iclasında iştirak edə bilmir, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş edir və istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadəsi elan edilmiş Şahid4 ifadəsindən görünür ki, Göyçay rayonu Kürdşaban kəndi ərazisində yerləşən "Murad” ailəvi istirahət mərkəzinin sahibidir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə olarkən kafedə kababçı işləyən Şahid1 Məhərrəm oğlu ona zəng edərək Təqsirləndirilən şəxs kafedə narahatçılıq yaratması barədə məlumat vermişdir. Bundan sonra dərhal kafeyə getmiş və Nuranın Zərərçəkmiş şəxs vurduğunu bilmişdir. Həmin vaxt Tacəddinin sifət nahiyyəsində qan izlərini görmüşdür. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Göyçay rayonu ərazisində yerləşən "Murad” kafesində kababçı işləyir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs, Anar və Faxrət kafeyə gəlmiş, yemək sifariş vermişlər. Bir qədər sonra Nuran kafenin mətbəxinə gələrək bişirdiyi kababın xoşuna gəlmədiyini, uzun müddət kababçı işlədiyini bildirmiş, Nurana yenidən kabab hazırlaya biləcəyini bildirmişdir. Restoranda süfrəçi işləyən Zərərçəkmiş şəxs da Nurana mübahisəyə ehtiyac olmadığını bildirmişdir. Bu vaxt Nuran Tacəddinlə acıqlı danışmış, Tacəddin ilə birlikdə Nuranı sakitləşdirib öz yerinə getməsini bildirmişlər. Bundan sonra mətbəxin girişində çöldə Nuranın süfrəçi işləyən X6 və Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini görmüş, aralamaq istəmiş, Nuranın dostları da ora gəlmişlər, Nuran Tacəddinin barəsində nalayiq sözlər işlətmiş, araya girərək Nuran və Tacəddini sakitləşdirmək istəmiş, bu zaman Nuran Tacəddini sifət nahiyəsindən yumruqla vurmuşdur. Nuranı aralamaq istəyən zaman Nuran yenidən Tacəddini ikinci dəfə sağ qaşının üzərindən yumruqla vurmuşdur. Daha sonra Nuran avtomobilinə əyləşərək kafedən getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadəsi elan edilmiş Şahid2 ifadəsindən görünür ki, X5 və Təqsirləndirilən şəxs ilə görüşüb birlikdə Nuranın idarə etdiyi "Mistsubishi Pajero” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtobillə Göyçay rayonu Kürdşaban kəndində "Murad” ailəvi istrahət mərkəzinə getmişlər. Orada oturub yeyib içən zaman hər üçü spirtli içki qəbul etmişlər. Sonuncu sifarişləri 1 şiş böyrək kababı olmuşdur. Lakin, kabab gətiriləndə şişdə 3 ədəd piy içərisində böyrək, 2 ədəd də ciyər qoyulduğunu görmüşlər. Nuran buna narazı olmuş, kafenin mətbəxinə gedərək kababçı işləyən Rəvana niyə istədiyi formada kabab göndərmədiyini bildirmiş, aralarında söhbət olmuş, qayıdıb əyləşmiş, həmin vaxt heç bir dava dalaş olmamışdır. Bir qədər sonra hesabı vermək üçün Nuran mətbəxə yaxışlaşmış, Faxrətlə birlikdə maşına tərəf getmişlər. 10-15 dəqiqə gözlədikdən sonra Nuranla kafenin işçisinin mübahisə etiyini görüb onlara yaxınlaşaraq aralamışlar. Məhkəmə şahid qismində ifadəsi elan edilmiş X3 ifadəsindən görünür ki, Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 02 oktyabr 2024-cü il tarixli, 582 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərindən aşkar edilmiş xəsarət sağ qaşın bayır bucağı nahiyyəsində yumşaq toxumanın əzilmiş- cırılmış yarası küt-bərk əşyanın təsirindən törənmişdir, törəmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlməsi halı inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan "Ucar rayon mərkəzi xəstəxanası” Publik Hüquqi şəxsin 14 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar rayon Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsinin Ruhi-əsəb narkoloji kabinetində qeydiyyatı yoxdur. Cinayət işində olan Ucar RİHB-nın Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vidadi Cəbiyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Ucar RİHB-nın Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vidadi Cəbiyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-80-19/2-51/2025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2010-cu il təvəllüdlü X10, 2012-ci il təvəllüdlü X13, 2011-ci il təvəllüdlü X11 və 2018-ci il təvəllüdlü X7 adlı iki azyaşlı və iki yetkinlik yaşına çatmamış uşaqları vardır. Cinayət işində olan 22 yanvar 2025-ci il tarixli "qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspert rəyinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsna ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1 -ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1 -ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı və iki yetkinlik yaşına çatmamış uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası həddində cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut olan DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ucar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-100/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-100/2025
08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver