Məhkəmə qərarları › İş №1(046)-101/2020

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-101/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-101/2020 11.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 iştirakı ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 X1 qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Göyçay şəhərində hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında ərizə ilə müraciət edərək, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilməsi və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan 6 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət bu məhkəməyə aiddir. Xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-ci və 293.3.6-cı maddələrinin tələblərinə uyğun deyildir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində özü haqqında məlumatları, məşğuliyyət növünü, vəzifəsini qeyd etməmiş, şikayət ərizəsinin verildiyi yeri göstərməmişdir. Azərbaycan Respublikası CPM-nin 293.3.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir. Həmin Məcəllənin 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi yer qeyd edilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2- 302.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul etməlidir . Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən X3 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir . Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 301, 302.2.3, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRAR VERDİ: X3 xüsusi ittiham qaydasında X2 barəsində verdiyi şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elanedildiyivaxtdan20 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti vermək olar. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar