Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-102/2025 03.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 12:25-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci ildə Göyçay rayonu Qarabaqqal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, Göyçay rayonu Qarabaqqal kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 25 aprel 2025-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs ilə aralarında olan pul məsələsinə görə telefonla danışıq zamanı mübahisə etdikdən sonra həmin gün saat 22 radələrində Zərərçəkmiş şəxs olduğu Göyçay rayonu Qarabaqqal kəndində yerləşən ictimai yer hesab edilən “Özəl” adlı kafeyə gəlib sonuncunun telefonda onunla kobud danışdığını bəhanə edib heç bir əsaslı səbəb olmadan, ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, digər şəxslər üzərində özünün üstünlüyünü isbat edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs üzərinə qışqırıb yumruqla sonuncunun sifət nahiyəsinə qəsdən bir dəfə zərbə endirərək Zərərçəkmiş şəxs sağ göz yuvası altı-sağ gözün bayır bucağı nahiyəsini əhatə edən, aşağı çənənin bir qədər sol tərəfdə və sağ körpücük sümüyü proyeksiyasında qançırlar ilə müşayiət edilən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarət, başın qapalı travması, beyin silkələnməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət və üst dodaq haşiyəsi, selikli qişanı əhatə edən yumşaq toxumanın əzilmiş-cırılmış yarası və alt dodaq selikli qişada qansızma fonunda yuxarı çənədə “ 14,12,23”, aşağı çənədə “33, 43 və 44” dişlərin travmatik sınığı ilə müşayiət olunan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına az ağır zərər vuraraq zor tətbiq edib qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 127.2.3 və 221.1-ci maddələri ilə ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Onun Anarla uşaqlıqdan dostluq münasibətləri vardır. Anara məxsus “Man” markalı, **-BN-*** qeydiyyat nişanlı avtomobillə Türkiyəyə yük daşıyır. Həmin avtomobillə hər dəfə Türkiyəyə səfər edən zaman ümumilikdə 1000 ABŞ dolları gəlir qalır. Anarla onun razılaşmağına əsasən onlar həmin qazancı bərabər şəkildə yarı-yarıya bölmüşlər. 25 aprel 2025-ci il tarixdə saat 22 radələrində Anarla avtomobilin onların işlədiyi müddətdə avtomobilin nasazlıqları üçün borc yaranması, Anarın ondan 500 ABŞ dolları istəməsi,onlar işi dayandırmaq barədə qərara gəldikdən sonra Anar narazılıq edərək 1000 ABŞ dollar borcunun 500 ABŞ dollarını onun verməyini istəməsi, bundan sonra aralarında söz-söhbət telefonda yenə davam etmiş, Anar götürdüyü borcun bir qismini onun ödəməli olduğunu demişdir. Həmin vaxt o, yaşadığı kənddə yerləşən, “Güllü Bağı” adlanan kafedə spirtli içki qəbul etmiş, Anarın Göyçay rayonu Qarabaqqal kəndində yerləşən Sadiqin kafesi kimi tanınan “Özəl” kafedə olduğunu öyrənib telefonla Anarla danışa-danışa təkcə həmin kafeyə getmişdir. Ora çatan zaman Anarın hal-hazırda xatırlaya bilmədiyi 2 nəfər şəxslə oturduğunu görmüş, həmin kafenin çöldə olan hissəsinə gedib ayaqüstə Anar oturan masanın yanında dayanmışdır. Anara gəldiyini, ondan nə istədiyini soruşmuş, elə bu zaman sağ əli ilə bir dəfə yumruqla Anarın sifət nahiyəsindən vurmuş, Anarı vurduqdan sonra Anarın dodağının dağıldığını görüb kənara çəkilib oradan çıxıb getmişdir. Anarla onun arasında olan dava və mübahisə ümumilikdə təxminən 5-10 dəqiqə davam etmiş, dava zamanı sərxoş olduğu üçün uca səslə Anarla danışmış, həmin vaxt orada çox sayda müştəri olsa da o, həmin şəxsləri xatırlamamışdır. Hadisə vaxtı o, çox sərxoş olmuş, bu səbəbdən də orada tam olaraq kimlərin olmasını xatırlamır. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş maddi ziyanı ödəmiş, qərar qəbul edərkən bu halları nəzərə alınmasını xahiş etdi. Əməlindən peşmandır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır.O, Turabinlə eyni kənddə yəni Göyçay rayonu, Qarabaqqal kəndində yaşamış, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır.Əksinə aralarında həm dostluq, həm də iş münasibətləri olmuşdur. Turabin ona məxsus “Man” markalı, **-BN-*** qeydiyyat nişanlı avtomobillə Türkiyədən Sədərək və Binə ticarət mərkəzlərinə paltar gətirmiş, Turabin 2024-cü ilin dekabr ayından 2025- ci ilin aprel ayının sonlarına kimi onun avtomobilini idarə etmiş, onların razılaşmasına əsasən onların bütün xərcləri çıxıldıqdan sonra Turabinlə qalan qazancı yarı bölmüşdür. 2025-ci ilin aprel ayında Turabin Türkiyədən gəldikdən sonra onunla görüşüb avtomobilini idarə etməyinin xeyir vermədiyini, avtomobilin tez-tez qırıldığını demiş, o, da Turabinə xeyir etmədiyi halda onun avtomobili ilə səfərə getməməsini, açarı qaytarmasını demişdir. Turabin onunla razılaşıb avtomobilin açarını ona vermiş, o, da avtomobilini aparıb evinin qarşısına qoymuşdur. 25 aprel 2025-ci il tarixdə Turabin ona zəng edərək avtomobil üçün 1500 ABŞ dollar borc götürdüyünü, pulun yarısını verməli olduğunu ona dedikdə Turabinə həmin pulu avtomobilin təmirinə xərcləmədiyini, son səfərindən əldə etdiyi puldan borcunu bağlamasını desə də Turabin yenə də ona təkid edib öz payından borcunu verməyəcəyini demişdir.Bundan bir neçə saat sonra yəni həmin gün saat 22 radələrində o, dostları Həmid və Rəşadla Qarabaqqal kəndində yerləşən “Özəl” adlı kafedə yemək yeyib spirtli içki qəbul edən zaman Turabin oraya gəlmiş, ona avtomobilin borcunun hamısını onun ödəməli olduğunu, heç kimə pul verməyəcəyini demiş,ona cavab vermək istəyən zaman Turabin yumruqla bir dəfə onu vurmuş, sonradan oradan çıxıb getmişdir. Bundan sonra qalxıb Göyçay RMX-na getmişdir. Həmin vaxt orada təxminən 10-15 nəfər şəxs olmuş, sonra başqa şəxslər toplaşmış, həmin dava vaxt etibarı ilə təxminən 5-10 dəqiqə müddətində davam etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. 25 aprel 2025-ci il tarixdə saat 22 radələrində o, Anar və Həmidlə birlikdə Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən uÖzəl” adlı kafenin həyətində oturub yemək yemiş, həmin vaxt ətrafda digər stollarda tanımadığı, halhazırda xatıramadığı şəxslər də olmuşdur. Həmin vaxt Anar onlara Turabinin də gəldiyini dediyi üçün o, ofisiantdan stola bir dənə də boşqab qoymasını istəmişdir. Təxminən 10 dəqiqə sonra Turabin oraya gəlmiş, Turabin onların masasına yaxınlaşmış, Anarı yumruqla vurmuş, Turabin Anarı yumruqla vurduqdan sonra çevrilib kafedən çıxıb getmişdir. Turabinin arxası ilə səslənib nə baş verdiyini soruşan zaman Turabin ona heç bir cavab verməmiş, yoluna davam etmişdir. Həmin vaxt səs-küy yaranmış, ətrafda çox sayda tanımadığı şəxslər olmuş, dava həmin şəxslərin narahatçılığına səbəb olmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, o, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən “Özəl” adlı kafeni işlədir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. 25 aprel 2025-ci il tarixdə saat 22 radələrində Turabin Anarı vuran zaman o, da orada olmuş, belə ki, həmin gün Anar dostları Həmid və Rəşadla həmin kafedə oturub birlikdə yemək yemiş, həmin şəxslər orada yemək yeyən zaman Turabinin kafeyə daxil olduğunu görmüş, bu zaman Turabin yüksək səslə qışqıraraq Anarla nə isə mübahisə etməyə başlamış, Turabin bir qədər orada Anarla mübahisə etdikdən sonra qışqıraraq yumruqla bir dəfə Anarı vurmuşdur. Daha sonra isə oradan çıxıb getmiş, həmin vaxt dava və mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid4 bildirdi ki, o, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən “Özəl” adlı kafedə ofisiant işləyir.Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. 25 aprel 2025-ci il tarixdə saat 22 radələrində Anar, Həmid və Rəşadla oturub yemək yemiş, həmin vaxt o, da həmin masaya qulluq etmiş, həmin şəxslər həmin masada yemək yeyən zaman Turabin həmin masaya yaxınlaşmış , Anarla yüksək səslə mübahisə etməyə başlamış, orada qışqır-bağır salmış, bu zaman həmin kafedə ətrafda çox sayda başqa müştərilər də olmuşdur. Turabin orada yüksək səslə mübahisə etdikdən sonra yumruqla Anan vurmuş, Anarı vurduqdan sonra isə oradan çıxıb getmiş, həmin vaxt dava və mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 28 aprel 2025-ci il tarixli 184 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – 1. Üst dodaq haşiyəsi və selikli qişanı əhatə edən yumşaq toxumanın əzilmiş – cırılmış yarası və alt dodaq selikli qişada qansızma fonunda yuxarı çənədə “14, 12, 23” , aşağı çənədə “33, 43 və 44” dişlərin travmatik sınıqları küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixində əmələ gəlmələri inkar olunmur və ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər.
2. Başın qapalı tarvaması, beyin silkələnməsi küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il il tarixində əmələ gəlmələri inkar olunmur və dərəcələrinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.
3. Sağ göz yuvası altı- sağ gözün bayır bucağı nahiyəsini əhatə edən, aşağı çənənin bir qədər sol tərəfdə və sağ körpücük sümüyü proyeksiyasında qançırlar küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixində əmələ gəlmələri inkar olunmur və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2025-ci il tarixdə, saat 15.00-da şübhəli şəxs qismində tutulmuş, 29 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 11.00-da MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Göyçay Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixli hökm üzrə heç bir çəkilməmiş cəzası qalmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunmalıdır. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində göstərilən tövsiyələrə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə,qəsdən sağlamlığa ağır və ya az ağır zərərvurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki,xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə,yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərərvurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 25 aprel 2025-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs ilə aralarında olan pul məsələsinə görə telefonla danışıq zamanı mübahisə etdikdən sonra həmin gün saat 22 radələrində Zərərçəkmiş şəxs olduğu Göyçay rayonu Qarabaqqal kəndində yerləşən ictimai yer hesab edilən “Özəl” adlı kafeyə gəlib sonuncunun telefonda onunla kobud danışdığını bəhanə edib heç bir əsaslı səbəb olmadan, ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, digər şəxslər üzərində özünün üstünlüyünü isbat edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs üzərinə qışqırıb yumruqla sonuncunun sifət nahiyəsinə qəsdən bir dəfə zərbə endirərək Zərərçəkmiş şəxs sağ göz yuvası altı-sağ gözün bayır bucağı nahiyəsini əhatə edən, aşağı çənənin bir qədər sol tərəfdə və sağ körpücük sümüyü proyeksiyasında qançırlar ilə müşayiət edilən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarət, başın qapalı travması, beyin silkələnməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət və üst dodaq haşiyəsi, selikli qişanı əhatə edən yumşaq toxumanın əzilmiş-cırılmış yarası və alt dodaq selikli qişada qansızma fonunda yuxarı çənədə “ 14,12,23”, aşağı çənədə “33, 43 və 44” dişlərin travmatik sınığı ilə müşayiət olunan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına az ağır zərər vuraraq zor tətbiq edib qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Və nəhayət cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin məhkumluğu ödənilmiş hesab edilməsini, qəsdin obyektinin ictimai qayda və insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olmasını, cinayət əməlinin qəsdən törədilməsini və müvafiq olaraq az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini nəzərə alır. Təqsirləndirilən şəxsin himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqların olması ,zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı tələbinin olmaması və barışması iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə qəti cəza olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 1 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 2 gün çıxılaraq Təqsirləndirilən şəxs 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu Qarabaqqal kəndində olan fərdi yaşayış evini hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Elçin Qurbanov