Məhkəmə qərarları › İş №1(046)-103/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-103/2025

03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-103/2025 03.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 17:10-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi və tamah niyyəti ilə 29 yanvar 2025-ci il tarixdə X1 məxsus 4 rəqəmli gizli şifrəsini əvvəlcədən bildiyi "xxxx" ASC-yə aid 4169 7416 0684 8495 nömrəli plastik bank kartını sonuncunun yaşadığı Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində yerləşən evindən gizli olaraq götürərək əldə edib, həmin tarixdə saat 11:37 dəqiqədə Göyçay şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısında cinayət hadisəsi ilə əlaqəsi olmayan, həmin vaxt bankomatın qarşısında pul çıxartmaq məqsədilə dayanmış, Şahid1 köməkliyi ilə bankomata daxil etməklə plastik kartın 4 rəqəmli gizli şifrəsini daxil edib, elektron məlumat daşıyıcısından istifadə etməklə Şükufə Əsgərovanın bank kart hesabından 1093 manat pulunu gizli olaraq talayıb sonuncuya 1093 manat məbləğində maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından istifadə edərək oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bildi, Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Subaydır, Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndi ərazisində yerləşən cücə sexində fəhlə işləyərək ailəsini dolandırır. Zərərçəkmiş şəxs onun uzaq qohumudur, həmçinin qonşuluqda yaşayır. Ahıl yaşlı olduğu üçün o, tez-tez onlara gedib ona ev işlərində köməklik edir. Həmçinin Zərərçəkmiş şəxs təqaüdlər köçən zaman təqaüdünü çıxartmağı üçün təqaüd kartını ona verirdi. Bank kartı «Kapital Banka» məxsus idi və Şüküfə həmin kartın giriş şifrəsini ona demişdir. Pula ehtiyacı olduğu üçün xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus təqaüd köçən bank kartını oğurlayıb, içərisində olan pulu çıxararaq ələ keçirmək qərarına gəlmiş, hər gün olduğu kimi 29 yanvar 2025-ci il tarixdə səhər saat 09 radələrində o, Şüküfə yaşayan ünvana getmişdir. Şüküfənin səhər yeməyini hazırladıqdan sonra qonaq otağına keçib gizlində servantın üzərində olan qabın içərisindən Şüküfəyə məxsus təqaüd kartını götürmüşdür. Kartı götürdükdən sonra Göyçay şəhər, H.Əliyev prospektində yerləşən “Seyidlər” marketin yanında yerləşən bankomata yaxınlaşmış və bankomatın yanında olan şəxslərin köməkliyi ilə Zərərçəkmiş şəxs məxsus kartı bankomata daxil edərək, hesabdakı 1093 manat pulu götürmüş və oradan uzaqlaşmışdır. Həmin tarixdə saat 17 radələrində o, yenidən Şüküfə gilə getmiş, Şüküfə ona məxsus kartdan 1093 manat pulun çıxarılmasında ondan şübhələnməsin deyə bank kartını götürdüyü yerə qoymuşdur. 1093 manat pulun 343 manatını şəxsi məqsədləri üçün xərcləmiş, 750 manat pulu isə işlədiyi Göyçay rayon İkinci Ərəbcəbirli kəndində yerləşən cücə sexində gizlətmişdir. Daha sonra həmin pulu polis əməkdaşlarına təhvil vermişdir. 29 yanvar 2025-ci il tarixdə saat 09 radələrində Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evdən ona məxsus təqaüd köçüdən bank kartını gizlincə oğurladıqdan sonra həmin tarixdə saat 11 radələrində ünvan 1 ünvanına gedərək, orada yerləşən “Seyidlər” marketə quraşdırılmış bankomatdan çıxararaq oğurluq etmişdir. Zərərçəkmiş şəxs bir neçə dəfə ondan həmin karta köçmüş təqaüdünü bankomatdan çıxarmağını xahiş etmiş, həmin vaxtdan kart hesabının giriş kodunu bilmişdir. O, Şahid1 əvvəllər tanımamış, Əlidən sadəcə bank kartını bankomata daxil edib pul çıxarılmasına köməklik etməsi üçün xahiş etmişdir. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş maddi ziyanı ödəmiş, qərar qəbul edərkən bu halları nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, hər ayın axırı 1093 manat təqaüd alır. Həmin təqaüd "xxxx"a məxsus 4169 7416 0684 8495 pan nömrəli bank kartının hesabına köçür. Həmin kartın giriş şifrəsini özündən başqa qohumu Təqsirləndirilən şəxs da bilir. Çünki, Elnurə mütəmadi olaraq onlara gələrək ona ev işlərində köməklik edirdi. 30 yanvar 2025-ci il tarixdə Göyçay RPŞ-nə ərizə ilə o, müraciət etmişdir. Mahiyyəti üzrə bildirir ki, o, özünə məxsus mobil telefonda 30 yanvar 2025-ci il tarixdə “Birbank” mobil tətbiqinə daxil olarkən 29 yanvar 2025-ci il tarixdə köçmüş təqaüdünün naməlum şəraitdə çıxarıldığını aşkar etmişdir. O, ilk olaraq təqaüd köçən bank kartını axtarmış, lakin bank kartının həmişə qoyduğu yerdə olmasını görmüşdür. Bundan sonra o, "xxxx"ın Göyçay filialına yaxınlaşaraq 4169 7416 0684 8495 pan nömrəli bank kartının çıxarışını çıxartmışdır. Həmin çıxarışda da kart hesabında olan pulun naməlum şəraitdə çıxarıldığını aşkar etmişdir. Dərhal Göyçay RPŞ-nə gedərək ərizə ilə müraciət eləmişdir. Oğurluq hadisəsi nəticəsində ona məxsus 4169 7416 0684 8495 pan nömrəli bank kartına köçən 1093 manat təqaüdü tamamilə çıxarılmışdır. Ona məxsus 4169 7416 0684 8495 pan nömrəli bank kartının giriş şifrəsini özündən başqa qohumu Təqsirləndirilən şəxs bilirdi. Çünki o, bankomatdan pul çıxarda bilmədiyi üçün Təqsirləndirilən şəxs pulu bankomatdan çıxartmaq üçün göndərirmiş. O, oğurluq hadisəsi ərəfəsində bank kartını heç kimə verməmiş, bank kartı həmişə olduğu kimi qonaq otağında olan servantın içərisində olmuşdur. Onun kartından pul xx.xx.2025-ci il tarixdə çıxarılıb, kart həmin gün onun özündə olmuşdur. Hər hansı şəxsə kartını verməmiş, xx.xx.2025-ci il tarixdə o, evdən çölə çıxmamışdır. Həmin gün və xx.xx.2025-ci il tarixdə kartını qeyd olunan ünvandakı bankomata daxil etməmişdir. Təqsirləndirilən şəxs demək olar ki hər gün ona məxsus evə gəlib ona köməklik etmişdir. 29 yanvar 2025-ci il tarixdə də Təqsirləndirilən şəxs səhər tezdən 9-da onun evinə gələrək ona səhər yeməyi hazırlayıb çıxıb getmişdir. Bir də həmin tarixdə saat 17 radələrində onlara gələrək ev işlərini görmüşdür. Ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur.Bu barədə notariat qaydada təsdiq edilmiş ərizə təqdim olundu. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında nifaq və münaqişə olmamışdır. Zərərçəkmiş şəxs da əvvəllər tanımamış, Şüküfə ilə də aralarında nifaq və münaqişə olmamışdır. 29 yanvar 2025-ci il tarixdə saat 11:30 radələrində Göyçay şəhəri Nizami küçəsində yerləşən “Seyidlər” supermarketində quraşdırılmış "xxxx"-a məxsus bankomatdan pul çıxarmaq üçün həmin ünvana getmişdir. Bankomatın qarşısında çoxlu sayda insanlar toplaşmışdır. Onun növbəsi çatanda bir nəfər əvvəllər tanımadığı qadın ona yaxınlaşaraq, bankomatdan təqaüd pulunu çıxara bilmədiyini, köməklik etməyini xahiş etmiş, o, həmin şəxsin əlindən kartı alıb "xxxx"a məxsus bankomata daxil etmiş, daha sonra ondan kartın şifrəsini daxil etməsini xahiş etmişdir. Qadın kodu şifahi şəkildə səsləndirmiş və o, kodu bankomata daxil etmişdir. Daha sonra balansda 1093 manat olmasını bildirmişdir. Həmin qadın ona balansda olan pulu bütünlüklə çıxarmağı xahiş etmişdir O, bankomatda 1093 manat rəqəmini yazmış və bankomatda pullar avtomatik olaraq hazırlanmağa başlamışdır. Pul bankomatın ağzına çıxanda qadın 1093 manat pulu və bank kartını götürüb oradan uzaqlaşmışdır. Daha sonra o, özünə məxsus kartı bankomata daxil edib, veteran təqaüdünü bankomatdan çıxartmışdır. Bir neçə gün sonra onu Göyçay RPŞ-nə dəvət etmişlər. Polis Şöbəsində ona məlum olmuşdur ki, ondan kömək istəyən qadın Təqsirləndirilən şəxsdır və Elnurə qohumu Şüküfə adlı qadının təqaüd kartını oğurlayaraq, sonuncunun 1093 manat pulunu oğurlamışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs da 2024-cü ilin noyabr ayından onun işlədiyi Quşçuluq sexində işləməyə başlamışdır. Təqsirləndirilən şəxs ilə əvvəllər münaqişə və nifaqı olmamışdır. Sonradan öyrənmişdir ki, o, sexdə olmadığı vaxt, 30 yanvar 2025-ci il tarixdə axşam saat 19-20 radələrində Təqsirləndirilən şəxs polis əməkdaşları ilə həmin sexə gəlmiş, polis əməkdaşı Elnurənin iştirakı ilə quşçuluq sexinə baxış keçirmiş, Elnurə sexdəki otaqda gizlətdiyi 750 manat pulu polis əməkdaşına təqdim edərək, həmin pul vəsaitini qohumu Şüküfə adlı qadına məxsus kartdan oğurlamasını bildirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X2 ifadə verərək göstərdi ki, Elnurə 2024-cü ilin noyabr ayından Quşçuluq sexində işləməyə başlamışdır. 30 yanvar 2025-ci il tarixdə saat 19-20 radələrində sexə getmişdir. O, sexdə olarkən polis əməkdaşları ilə Təqsirləndirilən şəxs sexə gəlmişdilər. Sonradan öyrənmişdir ki, polis əməkdaşı Elnurənin iştirakı ilə quşçuluq sexinə baxış keçirmiş, Elnurə sexdəki otaqda gizlətdiyi 750 manat pulu polis əməkdaşına təqdim edərək, həmin pul vəsaitini qohumu Şüküfə adlı qadına məxsus kartdan oğurlamasını bildirmişdir. Elnurənin oğurluq etməsi barədə 30 yanvar 2025-ci il tarixdə polis əməkdaşları oğlu Elşənə məxsus sexə gələrək baxış keçirdikləri zaman öyrənmişdir. O, oğluna məxsus sexdə işləmədiyini, oğlu Elşən məşğul olanda sadəcə sexə gedib nəzarət etdiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid4 göstərdi ki, Zərərçəkmiş şəxs onun əri Atəş Hüseynovun dayısının arvadıdır. Şüküfə da əvvəllər aralarında nifaq və münaqişə olmamışdır. Baldızı Təqsirləndirilən şəxs onlarla birlikdə Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində yerləşən ata evində qalır. Evdə əri Atəş Hüseynov, qızı Nərgiz Hüseynli və oğlu Səfər Hüseynov birlikdə qalırlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qocaldığı üçün tez-tez Şüküfəyə məxsus evə gedərək ona qulluq edirdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid 4169 7416 0684 8495 pan nömrəli plastik bank kartını oğurlayaraq, həmin bank kartından 1093 manat oğurlaması barədə yalnız Polis Şöbəsində olarkən öyrənmişdir. Cinayət işi materiallarına əlavə edilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus kart hesabından 30.01.205-ci il tarixdə 1093 manat məbləğində pul çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay rayon polis şöbəsinin istintaq idarəsinə təqdim etdiyi qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona dəymiş 750 manat məbləğində ziyan qaytarılmış və həmin pulu təhvil almışdır. «Oğurluq,soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli,1№-li qərarının 4-cü bəndinə görə özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi və tamah niyyəti ilə 29 yanvar 2025-ci il tarixdə X1 məxsus 4 rəqəmli gizli şifrəsini əvvəlcədən bildiyi "xxxx"ASC-yə aid 4169 7416 0684 8495 nömrəli plastik bank kartını sonuncunun yaşadığı Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində yerləşən evindən gizli olaraq götürərək əldə edib, həmin tarixdə saat 11:37 dəqiqədə Göyçay şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısında cinayət hadisəsi ilə əlaqəsi olmayan, həmin vaxt bankomatın qarşısında pul çıxartmaq məqsədilə dayanmış, Şahid1 köməkliyi ilə bankomata daxil etməklə plastik kartın 4 rəqəmli gizli şifrəsini daxil edib, elektron məlumat daşıyıcısından istifadə etməklə Şükufə Əsgərovanın bank kart hesabından 1093 manat pulunu gizli olaraq talayıb sonuncuya 1093 manat məbləğində maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından istifadə edərək oğurluq etmiş, törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin tərkibini təşkil edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanın aradan qaldırılmasını, ona qarşı zərərçəkmiş şəxsin tələbinin olmamasını iş üzrə cəzasını yüngülləşdirən hallar olmasını və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 351- 353, 384-cü maddələrini rəhbər tutub, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində olan fərdi yaşayış evini hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar