Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-105/2025 15.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı X1, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində dörd azyaşlı uşağı olan, 44 X4 iştirakçısı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göyçay rayonu, Ləkçıplaq kəndində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 13,72 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 03 iyul 2025-ci il tarixdə saat 12:52 dəqiqədə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Göyçay rayonu, Ləkçıplaq kəndində saxlanılmış və saat 12:52 dəqiqədən 12:58 dəqiqəyədək üstünün yoxlanılması zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda, yəni təmiz təmiz çəkisi 13,72 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Göyçay rayonu Ləkçıplaq kəndi ərazisindən keçən Bəydövül arxı adlanan su kanalının kənarında gəzən zaman yerdə sellofanın içərisində quru halda olan nəşə görmüş, həmin nəşəni götürmüş, özündə saxlamış, həmçinin bir dəfə də istifadə etmiş, qalan hissəsini isə özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 03 iyul 2025-ci il tarixdə saat 12:52 radələrində yaşadığı Göyçay rayonu Ləkçıplaq kəndində küçədə olarkən mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini təqdim edərək Göyçay RPŞ-nin CAB-nin əməkdaşları olduqlarını qeyd etmiş, daha sonra polis əməkdaşı ona üzərində narkotik vasitə saxlamağı, daşımağı və istifadə etməyi barəsində onlarda məlumat olmasını və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini, həmin qərar əsasında saxlanıldığını və üzərinin yoxlanılacağını bildirmiş, daha sonra müdafiəçi ilə təmin edilmək hüququnun olmasını izah etmiş, polis əməkdaşı ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə olub-olmadığını soruşub üzərində olan əşyaları təqdim etməyini tələb etmiş, bundan sonra əynində olan şalvarın sol yan cibindən sellofan bükümü polis əməkdaşına təqdim etmiş, polis əməkdaşı ondan həmin sellofan bükümün içərisindəki maddənin nə olmasını soruşmuş, maddənin nəşə olduğunu bildirmiş, polis əməkdaşı ondan həmin maddəni haradan əldə etdiyini soruşmuş, həmin maddənin su kanalının kənarından tapdığını, həmçinin 1 dəfə üzərindən götürərək istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin maddə polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisi 14.73 qram olmuş, bundan sonra polis əməkdaşı həmin narkotik vasitənin dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi üçün ekspertizaya təqdim ediləcəyini bildirərək boş zərfdə qablaşdırılmışdır. Törətdiyi əməlindən peşmandır. Məhkəmədən xahiş etmişdir ki,ona cəza təyin edilərkən, himayəsində 04 azyaşlı uşağın olması, ailədə yeganə qazanc gətirən olması və 44 X4 iştirakçısı olması nəzərə alınsın. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmış, həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid4, Şahid2 və Şahid3 ilə birlikdə Göyçay rayonu Ləkçıplaq kəndinə getmişlər. Təqsirləndirilən şəxs saxlayıb videoçəkilişlə 03 iyul 2025-ci il tarixdə saat 12:52 dəqiqədə üzərində Şahid4 yoxlama aparmağa başlamış, videoçəkilişi əməliyyat müvəkkili Şahid3 həyata keçirmiş, Təqsirləndirilən şəxs polis şöbəsinə getdikdən sonra müdafiəçi ilə təmin olunacağını, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün saxlanıldığını bildirmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümü təqdim etmiş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs həmin sellofan bükümdə nəşə olduğunu, bükümü özü istifadə etmək üçün üzərində daşıdığını, balıq tutmağa gedən zaman yerdən tapdığını bildirmişdir. Həmin sellofan bükümün içərisinə baxış keçirilmiş, bükümün içərisində yaşımtıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə marixuanaya bənzər kütlə olduğunu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitə marixuana sellofan bükümlə birlikdə elektron tərəzidə çəkmiş, çəkisi 14,73 qram təşkil etmiş, aşkar edilmiş narkotik vasitə 1 ədəd zərfə qoyaraq qablaşdırmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. 03 iyul 2025-ci il tarixdə saat 12:58 dəqiqədə Təqsirləndirilən şəxs üstünün yoxlanması başa çatdığından videoçəkiliş dayandırılmış, videoçəkiliş dayandırılıqdıqdan sonra onlar Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər, şöbədə yuxarıda qeyd etdiyi şəxslər və Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün dövlət hesabına təyin edilmiş vəkil Müdafiəçi ilə birlikdə Təqsirləndirilən şəxs aşkar edilmiş maddi sübutların videoçəkilişlə götürülməsi həyata keçirilmiş, videoçəkilişi Şahid3 həyata keçirmiş, əvvəlcə baş təhqiqatçı Orxan Kərimov baxış və götürmədə iştirak edən şəxslərin adlarını qeyd edib şübhəli şəxsə hüquq və vəzifələrini izah etmiş, daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitəyə bənzər kütlə ilə bağlı məlumat verib həmin kütlənin ona məxsus olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu, öz şəxsi istifadəsi üçün əldə edib daşıdığını, 5 gün əvvəl tapdığını, ona qarşı heç bir qanunsuz hərəkət edilmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş Məhkəmə-bioloji ekspertizasının 04 iyul 2025-ci il tarixli 17/496 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar dilmiş 01 ədəd büküm” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə , təmiz çəkisi 13,72 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Qeyd: Marixuanın təmiz çəkisi 13.72 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq 13.67 qram. Aparılmış ekspertizanın dəyəri 34.55 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-narkoloji ekspertizasının 21 iyul 2025-ci il tarixli 1143 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 17 dekabr 2024-cü il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokoldan və DVD disk görüntülərindən görünür ki, Göyçay rayonu, Ləkçıplaq kəndində Göyçay RPŞnin CAB-nin əməliyyat müvəkkilləri Şahid4, Şahid1,Şahid2, X3 və Təqsirləndirilən şəxs iştirakı ilə üzərinin yoxlanılması keçirilir. Video çəkilişi KMQ-nun baş əməliyyat müvəkkili Şahid3 həyata keçirir. xx.xx.2025-ci il tarixdə saat 12:53-dən Təqsirləndirilən şəxs üzərinin yoxlanmasına başlanılır. Şahid4 əməliyat tədbirində iştirak edən şəxslər barədə məlumat verir. Şahid4 tərəfindən saxlanılan Təqsirləndirilən şəxs polis şöbəsinə getdikdən sonra müdafiəçi ilə təmin olunacağı, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün saxlanıldığı deyilir.Bundan sonra Şahid4 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb Şahid4 təqdim edir.Şahid4 Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu soruşur.Bu zaman Təqsirləndirilən şəxs həmin sellofan bükümdə nəşə olduğunu deyir.Daha sonra Şahid4 həmin sellofan bükümü nə üçün üzərində daşıdığını soruşur.Təqsirləndirilən şəxs həimn bükümü özü istifadə etmək üçün üzərində daşıdığını, balıq tutmağa gedən zaman yerdən tapdığını deyir.Şahid4 həmin sellofan bükümü açaraq içərisinə baxış keçirir.Bu zaman bükümün içərisində yaşımtıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə marixuanaya bənzər kütlə olduğu müəyyən edilir.Şahid4 Təqsirləndirilən şəxs həmin kütlədən kiməsə verib- verməməsini, satıbsatmamasını soruşur.Təqsirləndirilən şəxs həmin kütlədən heç kimə vermədiyini, satmadığını deyir.Daha sonra aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edildiyi sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilir.Çəkisi 14,73 qram təşkil edir.Bundan sonra aşkar edilmiş həmin kütlə 1 ədəd zərfə qoyularaq qablaşdırılır, üzəri iştirakçılar tərəfindən imzalanır.Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılır, yoxlama zamanı üzərində pul, alışqan, 1 ədəd Redmi markalı mobil telefon, balaca dəmir parçası, 1 ədəd siqaret qutusunun içərisində siqaretlər aşkar edilir.Aşkar edilmiş telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürülür, qalan əşyalar isə Təqsirləndirilən şəxs geri qaytarılır.Bundan sonra 03 iyul 2025-ci il tarixdə saat 12:58 dəqiqədə videoçəkiliş dayandırılır. Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid4, Şahid1,Şahid2 və saxlanılmış şəxs Təqsirləndirilən şəxs Müdafiəçi iştirakı ilə şübhəli şəxsdən aşkar edilən maddi sübutlar götürülür. Videoçəkilişi Şahid3 həyata keçirir.Əvvəlcə baş təhqiqatçı Orxan Kərimov baxış və götürmədə iştirak edən şəxslərin adlarını qeyd edib şübhəli şəxsə hüquq və vəzifələrini izah edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitəyə bənzər kütlə ilə bağlı məlumat verib həmin kütlənin ona məxsus olub- olmamasım soruşur. Təqsirləndirilən şəxs həmin kütlələrin ona məxsus olduğunu, öz şəxsi istifadələri üçün əldə edib daşıdığını, 5 gün əvvəl tapdığını, ona qarşı heç bir qanunsuz hərəkət edilmədiyini bildirir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə saat 12:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi 13.72 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib öz şəxsi istifadəsi üçün xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Göyçay rayonu Ləkçıplaq kəndində üzərində qanunsuz saxlayaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində dörd azyaşlı uşağın olmasını, 44 X4 iştirakçısı olduğunu cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 13.67 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, 02 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 13.67 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, 02 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-105/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-105/2025
15.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver