Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-108/2025 02.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Fəttahov İbrahim Bağır oğlunun sədrliyi Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göyçay şəhəri, Nizami küçəsi dalan 16, ev 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni ümumi təmiz çəkisi 7,43 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 29 sentyabr 2025-ci il tarixdə saat 18:50 dəqiqədə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, Nizami küçəsində, 6 saylı orta məktəbin yaxınlığında, həyət evlərinin qarşısında saxlanılmış və saat 18:50 dəqiqədən 18:57 dəqiqəyədək üstünün yoxlanılması zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,43 qram olmaqla xeyli miqdarda çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 29 sentyabr 2025-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri Nizami küçəsində 6 saylı orta məktəbin yaxınlığında olan zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün üzərinə baxış keçirəcəklərini bildirmişlər, polis əməkdaşlarına etiraz etməmiş, bundan sonra polis əməkdaşları ondan üzərində qanunla, qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşmuş, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində olan, öz şəxsi istifadəsi üçün üzərində daşıdığı 1 ədəd kibrit qutusunda olan “nəşə” adlandırdığı qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, bundan sonra polis əməkdaşları həmin kibrit qutusunu açıb içərisinə baxmış, maddənin nə olduğunu ondan soruşmuş, polislərə həmin kibrit qutusunun içərisində olan kütlənin marixuana olduğunu, çayın kənarından tapdığını, şəxsi istifadəsi üçün üzərində daşıdığını, heç kimə vemədiyini, satmadığını, 1 həftə əvvəl tapdığını bildirmişdir.Üzərindən aşkar edilən narkotik vasitə marixuana tərəzidə çəkilmiş, çəkisi kibrit qutusu ilə birlikdə 10,71 qram təşkil etmiş, aşkar edilən kibrit qutusu 1 ədəd zərfdə qablaşdırılmış, üzəri onun və orada olan polislər tərəfindən imzalanmış, baxış yekunlaşdıqdan sonra polis əməkdaşları onu polis şöbəsinə aparmış, şöbədə Müdafiəçi ilə təmin olunmuş, daha sonra isə videogörüntü vasitəsilə üzərindən aşkar edilərək qablaşdırılmış narkotik vasitə təhqiqatçı tərəfindən götürülmüşdür. Törətdiyi əməlindən peşmandır. Məhkəməyə ərizə ilə müraciət edərək himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitə saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmış, 29 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında CAB-ın əməkdaşları Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə Göyçay şəhəri, Nizami küçəsinə, 6 saylı orta məktəbin yaxınlığına getmiş, orada Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edib 29 sentyabr 2025-ci il tarixdə saat 18:50-dən etibarən həyət evlərinin qarşısında videoçəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlamış, videoçəkilişi əməliyyat müvəkkili Şahid3 həyata keçirmiş, əvvəlcə o, əməliyyat tədbirində iştirak edən şəxslər barədə məlumat vermiş, daha sonra Təqsirləndirilən şəxs Göyçay RPŞ-nə getdikdən sonra müdafiəçi ilə təmin olunacağını demiş, həmçinin Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olubolmamasını soruşmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd kibrit qutusunu çıxarıb ona təqdim etmiş, o, həmin kibrit qutusunu açıb içərisinə baxış keçirən zaman kibrit qutusunun içərisində kəskin qoxulu, yaşımtıl rəngli, ilk baxışdan narkotik vasitə marixuanaya bənzər kütlə olduğunu müəyyən etmiş, o, Təqsirləndirilən şəxs həmin kibrit qutusunun içərisindəki kütlənin nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs həmin kibrit qutusunda olan kütlənin marixuana olduğunu, balıq tutmaq üçün gedən zaman çayın kənarından tapdığını, öz şəxsi istifadəsi üçün üzərində daşıdığını, heç kimə vermədiyini, satmadığını, təxminən 1 həftədir ki, tapdığını demiş, daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, yoxlama zamanı üzərindən pul, “Huawei” markalı mobil telefon, açar və kağız parçası aşkar edilmiş, telefondan başqa aşkar edilmiş digər əşyalar Təqsirləndirilən şəxs özünə qaytarılmış, bundan sonra aşkar edilmiş kibrit qutusu içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 10,71 qram təşkil etmiş, daha sonra aşkar edilmiş 1 ədəd kibrit qutusu içərisində olan kütlə ilə birlikdə 1 ədəd zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış, bundan sonra 29 sentyabr 2025-ci il tarixdə saat 18:57 dəqiqədə videoçəkiliş yekunlaşmış, bundan sonra yuxarıda adlarını qeyd etdiyi polis əməkdaşları və Təqsirləndirilən şəxs ilə birlikdə polis şöbəsinə getmiş, Göyçay RPŞ-də təhqiqatçı İslam Şirinov tərəfindən onun,yuxarıda adları qeyd edilən polis əməkdaşlarının, saxlanılmış şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə şübhəli şəxsdən aşkar edilən maddi sübutlar götürülmüş, videoçəkilişi Şahid3 həyata keçirmiş, təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş, təhqiqatçı aşkar edilən narkotik vasitəyə bənzər kütlə ilə bağlı məlumat verib həmin kütlənin Təqsirləndirilən şəxs məxsus olub-olmamasını həmin şəxsdən soruşmuş, Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu, içərisində marixuana olduğunu, öz şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, 29 sentyabr 2025-ci il tarixdə saat 18:50 radələrində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri, Nizami küçəsində 6 saylı orta məktəbin yaxınlığında saxlanılaraq üzərinə saat 18:50 dəqiqədən 18:57 dəqiqəyədək şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcənin sol yan cibindən 01 ədəd kibrit qutusunda içərisində yaşılımtıl rəngli bitki mənşəli kütləni təqdim etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş baxış və götürülmə keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı qablaşdırılaraq götürülmüş 01 ədəd kibrit qutusuna baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin kağız bükümün ona məxsus olması və üzərindən götürüldüyünü bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 16 mart 2025-ci il tarixli, 17/244 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “ Təqsirləndirilən şəxs Rəf ayıl oğlunun üzərindən aşkar olunmuş içərisində yaşımtıl rəngli kütlə olan 01 ədəd kibrit qutusu, 10.71 q” yazısı, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi-7,43 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatda sərf olundu - 0,02 qram, qalıq - 7,41qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X2 Məcburi- Narkoloji tibbi yoxlamanın 08 dekabr 2025-ci il tarixli 1944 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə kannobinoidlərdən sui- istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 19.29-da şübhəli şəxs qismində tutulmuş, 01.10.205-ci barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 16.25-də MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, X1 məhkumluğu yoxdur. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,43 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Təqsirləndirilən şəxs «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasi Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilməsi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir ( o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasi Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1.16-cı hissəsinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla : öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxlər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşlarına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X3 adlı uşağı vardır. Odur ki, öhdəsində (himayəsində) 01 yetkinlik yaşına çatmayan övladı olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasi Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının təsiri altına düşdüyündən və cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduğundan onun barəsində «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasi Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilməli, o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “DVD” disk və 01 ədəd CD disk Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,41 qram narkotik vasitə olan qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının 71.86 manat məbləğində dəyəri dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 347, 356, 384-cü maddələrini rəhbər tutub, qərara aldı: Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasi Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilməklə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,41 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “DVD” disk və 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 71.86 məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Qərardan 20 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-108/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-108/2025
02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver