Məhkəmə qərarları › İş №1(046)-11/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-11/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-11/2023 15.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, dövlət ittihamçısı X1 və Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasınm vətəndaşı, orta təhsilli, məhkum olunmamış, evli, himayəsində 3 azyaşlı uşağı olan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında 15 fevral 2023-cü il tarixdə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən şəxsi istehlak miqdarından artıq miqdar hesab edilən 0,3 qram çəkidə narkotik vasitə olan metadon əldə edib satış məqsədi olmadan şəxsi istifadəsi üçün 01 ədəd sellofan bükümdə qablaşdırıb üzərində saxlamış, 13 may 2022-ci il tarixdə, saat 20:30-da Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli gödəkçənin sol iç cibindən həmin 01 ədəd sellofan bükümün içərisində 7 ədəd bütöv və ½ həb hissəsindən ibarət ümumi təmiz çəkisi 0,3 qram narkotik vasitə olan metadon aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhərində olarkən yerdən bir ədəd sellofan torbada “nəşə”, “lirika” və metadon kimi tanıdığı narkotik vasitələr tapmış, özü istifadə etməsi üçün götürmüşdür. 13 may 2022-ci il tarixdə Ucar şəhərinə getmək üçün tanışı taksi sürücüsü Şahid3 zəng edərək onu aparmasını xahiş etmişdir. Həmin narkotik vasitələr olan sellofan torba da üzərində olmuşdur. Şahid3 məxsus avtomobildə Ucar rayonuna gedərkən Göyçay rayonu Xəlitli kəndi ərazisində olarkən polis əməkdaşları avtomaşını saxladaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Etiraz etməmiş və polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah olunaraq vəkil ilə təmin olunmuşdur. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynində olan göy rəngli gödəkçənin sol iç cibindən bir ədəd sellofan torbada 1 ədəd blisterdə 7 ədəd bütöv və 1 ədəd yarım halda həb aşkar edilərək götürülmüş və qablaşdırıbmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-ın NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olması və mütəmadi olaraq üzərində gəzdirməsi barədə əməliyyat daxil olduğundan bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. 13 may 2022-ci il tarixdə saat 20 radələrində Göyçay RPŞ-nin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Göyçay rayonu Xəlitli kəndi ərazisində Göyçay Ucar yolu ilə üzü Ucar şəhəri istiqamətində hərəkətdə olan Şahid3 idarə etdiyi Vaz 2107 markalı, ** CC *** dövlət nömrə nişanlı avtomobildə olarkən Şahid3 idarə etdiyi avtomobili saxlatmış, Təqsirləndirilən şəxs Göyçay rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Həmin vaxt şöbənin Növbətçi Hissəsində videokamera vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçəniıı sol iç cibindən 01 (bir) ədəd qara rəngli sellofan torba aşkar edilmişdir. Həmin sellofan torba açıldıqda içərisində şəffaf rəngli torba, üzərində “Methadone 40” yazısı olan qəhvəyi rəngli 01 ədəd blisterdə 7 ədəd bütöv və bir ədəd yarım halda həb olması müəyyən edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X2 Şahid4 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, 13 may 2022-ci il tarixdə Zaur ona müraciət edərək özünə məxsus avtomobili ilə Zauru Ucar rayonuna aparmağını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxsla birlikdə ona məxsus Vaz 2107 markalı ** CC *** dövlət nömrə nişanlı avtomobillə Ucar rayonu istiqamətində hərəkət edərkən Xəlitli kəndi ərazisində polis əməkdaşları ona saxla işarəsi vermişlər və avtomobili saxlamışdır. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər və üzərlərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduqlarını bildirib, onu Təqsirləndirilən şəxsla birlikdə rayon polis şöbəsinə dəvət polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd qara rəngli sellofan torba aşkar edilmişdir. Həmin sellofan torba açıldıqda içərisində şəffaf rəngli torba, üzərində “Methadone 40” yazısı olan qəhvəyi rəngli 01 ədəd blisterdə 7 ədəd bütöv və bir ədəd yarım halda həb olması müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının 14 may 2022-ci il tarixli, 6/2774 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: Azərbaycan Respublikası DİN zərflər üçün № 92 dairəvi möhür əksi və “Təqsirləndirilən şəxsüzərindən aşkar edilmiş 12 ədəd kapsul və 7,5 həb...” yazısı və imzalar olan paketdəki, üzərində: “Methadone 40” markalanma göstəricisi olan konvalyutda üzərlərində F/M40 yazısı həkk olunmuş 7 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər və ½ həb hissəsi metadon tərkibli dərman preparatıdır və 7 ədəd bütöv və ½ həb hissəsindən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,3 qram təşkil edir (üzərində qeyd olunmuş göstəricilərinə əsasən bir həbdə 0,04 qram, ½ həbdə 0,02 qr metadon olmaqla). Qeyd: Metadon həbləri 7 və ½ həb hissəsi, təqdiqata sərf edildi: 1 həb və ½ həb hissəsi, qalıq 6 həb. Aparılmış ekspertizanın xərci 114 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metadondan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi, satış məqsədi olmadan, 13 may 2022-ci il tarixdə saat 20 radələrində Göyçay rayonu Xəlitli kəndi ərazisində 01 ədəd sellofan bükümün içərisində 7 ədəd bütöv və 2/1 həb hissəsindən ibarət ümumi təmiz çəkisi 0,3 qram narkotik vasitə olan metadonu üzərində saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf edərək səmimi peşman olduğunu, himayəsində üç azyaşlı uşağın olduğunu cəzasını yüngülləşdirən hallar kimi kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 01 gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından dərhal həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 06 ədəd metadon həbi məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 114 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351- 353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 01 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə zalından həbsə alınsın, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 06 ədəd metadon həbi məhv edilsin. İş üzrə ekspertiza xərci olan 114 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası maddi sübuta və məhkəmə xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar