Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-11/2024 17.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərər çəkmiş şəxs "xxxx" ASC-nin Birləşmiş Sukanal MMC-nin nümayəndəsi Nümayəndə, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1987-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 15 may 2023-cü il tarixdə saat 18:00 radələrində qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında Göyçay şəhəri, Füzuli küçəsində yerləşən Azərsu” ASC-nin Birləşmiş Sukanal MMC-nin X4 məxsus 1 ədəd 140 manat dəyərində qara rəngli, üzərində “1983 QOST 135-19” yazıları olan dəmir metaldan hazırlanmış dövlət əhəmiyyətli kanalizasiya quyusunun qapağını və ehtiyat hissəsini gizli olaraq talayıb oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdirlər. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslərin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, maddi vəziyyəti yaxşı deyil. Təqsirləndirilən şəxs2 onun xalası oğludur. xx.xx.2023-cü il tarixdə Nicatla yaşadıqları Göyçay şəhəri, Füzuli küçəsində dayanan zaman pula ehtiyacları olduğu üçün həmin küçədə olan kanalizasiya quyusunun qapağını oğurlayıb dəmir qəbulu məntəqəsinə sataraq pul əldə etmək qərarına gəlmişlər. Bundan sonra onlar Nicatla birlikdə həmin kanalizasiya quyusunun qapağını və ehtiyat hissəsini götürüb bir kənara qoymuş və metal qəbulu məntəqəsinə aparmaq üçün qonşuluqda yaşayan taksi fəaliyyəti ilə məşğul olan X1 çağırmışlar. Bundan sonra Ehtibar özünə məxsus VAZ 2106 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin yerə gəlmiş, onlar Nicatla birlikdə həmin kanalizasiya quyusunun qapağını və ehtiyyat hissəsini həmin avtomobilin yük yerinə qoymuşlar, lakin həmin avtomobilin yük yeri bağlanmamış və açıq qalmışdır. Ardınca onlar Nicatla birlikdə Ehtibara məxsus avtomobilə minib onları Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir qəbulu məntəqəsinə aparmasını istəmiş, onlar həmin avtomobil ilə “Əlillərin binası” kimi tanınan yerə çatdıqda polis işçiləri onları saxlayıb özlərini təqdim etmiş və onlar polis əməkdaşları ilə birlikdə Göyçay rayon polis Şöbəsinə getmişlər. Şöbənin həyətində kanalizasiya quyusunun qapağı və ehtiyat hissəsi baxış keçirilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 əlavə suallara cavab olaraq göstərmişdir ki, həmin cinayəti Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmişlər, onlara başqa hər hansı şəxs kömək etməmiş, Ehtibar adlı taksi sürücüsünün etdikləri cinayət əməlindən xəbəri olmamış, onlar kanalizasiya quyusunun qapağını oğurladıqdan sonra qonşuluqda yaşadığı üçün Ehtibarı taksi sürücüsü kimi çağırmış, həmin qapağın özlərinə məxsus olduğunu bildirmişlər, həmin kanalizasiya qapağını oğurlayıb sonuncunun avtomobili ilə aparacağı barədə əvvəldən Ehtibarla danışıb razılaşmamışlar. Onlar qeyd olunan cinayət əməlini törədən zaman ətrafda heç kəs olmamış, onları kənardan heç kim görməmiş, heç kim onları səsləməmiş və etdikləri cinayət əməlindən xəbəri olmamışdır. O, göstərdiyi cinayət əməlindən başqa hər hansı cinayət törətməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, maddi vəziyyəti yaxşı deyil. Təqsirləndirilən şəxs1 onun xalası oğludur. xx.xx.2023-cü il tarixdə Elmanla yaşadıqları Göyçay şəhəri, Füzuli küçəsində dayanan zaman pula ehtiyacları olduğu üçün həmin küçədə olan kanalizasiya quyusunun qapağını oğurlayıb dəmir qəbulu məntəqəsinə sataraq pul əldə etmək qərarına gəlmişlər. Bundan sonra onlar Elmanla birlikdə həmin kanalizasiya quyusunun qapağını və ehtiyat hissəsini götürüb bir kənara qoymuş və onları metal qəbulu məntəqəsinə aparmaq üçün qonşuluqda yaşayan taksi fəaliyyəti ilə məşğul olan X1 çağırmışlar. Bundan sonra Ehtibar özünə məxsus VAZ 2106 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin yerə gəlmiş, onlar Elmanla birlikdə həmin kanalizasiya quyusunun qapağını və ehtiyyat hissəsini həmin avtomobilin yük yerinə qoymuş, avtomobilin yük yeri bağlanmamış və açıq qalmışdır. Ardınca onlar Elmanla birlikdə Ehtibara məxsus avtomobilə minib onları Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir qəbulu məntəqəsinə aparmasını istəmiş, həmin avtomobil ilə “Əlillərin binası” kimi tanınan yerə çatdıqda polis işçiləri onları saxlayıb özlərini təqdim etmiş və onlar polis əməkdaşları ilə birlikdə Göyçay rayon polis Şöbəsinə getmiş və Şöbənin həyətində kanalizasiya quyusunun qapağı və ehtiyat hissəsi baxış keçirilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 əlavə suallara cavab olaraq göstərmişdir ki, onlar həmin cinayəti Təqsirləndirilən şəxs1 ilə birlikdə törətmiş, onlara başqa hər hansı şəxs kömək etməmiş, Ehtibar adlı taksi sürücüsünün etdikləri cinayət əməlindən xəbəri olmamış, onlar kanalizasiya quyusunun qapağını oğurladıqdan sonra qonşuluqda yaşadığı üçün sonuncunu taksi kimi çağırmış, həmin qapağın özlərinə məxsus olduğunu bildirmiş, həmin kanalizasiya qapağını oğurlayıb Ehtibarın avtomobili ilə aparacaqları barədə əvvəldən Ehtibarla danışıb razılaşmamışlar. Onlar qeyd olunan cinayət əməlini törədən zaman ətrafda heç kəs olmamış, onları kənardan heç kim görməmiş, heç kim onları səsləməmiş və etdikləri cinayət əməlindən xəbəri olmamışdır. O, göstərdiyi cinayət əməlindən başqa hər hansı cinayət törətməmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. "xxxx" ASC-nin Birləşmiş Sukanal MMC-nin X3 istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mexaniki vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri, Füzuli küçəsindən oğurlanan bir ədəd kanalizasiya quyusunun qapağı və onun ehtiyyat hissəsi "xxxx" ASCnin Birləşmiş Sukanal MMC-nin X4 məxsus olmuş, həmin bir ədəd dəmir metaldan hazırlanmış kanalizasiya quyusunun qapağının ehtiyyat hissəsi ilə birlikdə qiyməti 140 manat olmuşdur. Nümayəndə əlavə suallara cavab olaraq göstərmişdir ki, "xxxx" ASC-nin Birləşmiş Sukanal MMC-nin X4 məxsus kanalizasiya quyusunun qapağı yerləşdiyi Göyçay şəhəri, Füzuli küçəsindən oğurlanmış, həmin oğurluq nəticəsində "xxxx" ASC-nin Birləşmiş Sukanal MMC-yə 140 maddi ziyan dəymiş, ekspert rəyinin nəticəsindən asılı olmayaraq dəymiş zərərin ifadəsində göstərdiyi kimi 140 manat hesablanmasını xahiş etmiş, qeyd etdiyi əmlakdan başqa "xxxx" ASC-nin Birləşmiş Sukanal MMC-nin X4 məxsus heç bir əşya oğurlanmamışdır. Təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını bildirərək, onlara yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birgə yaşıyır. Özünə məxsus Vaz 2106 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 tanıyır, Elman onunla qonşuluqda yaşayır, həmçinin Elmanın qohumu Nicat adlı şəxsi də tanıyır, sonuncularla hər hansı ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində yaşadığı evdə olan zaman Elman gəlib onu yaşadığı evdən çağırmış və ona məxsus taksi avtomobili ilə dəmir aparıb satmaq istədiyini bildirmişdir. O, isə həmin vaxt müştərisi olmadığı üçün razılaşmış və özünə məxsus avtomobil ilə sonuncunun yaşadığı evin yaxınlığına gəlmiş, həmin vaxt Elman Nicatla birlikdə küçədə yolun kənarına qoyduqları bir ədəd lyuk qapağı və ehtiyyat hissəsini ona məxsus avtomobilin yük yerinə qoyub avtomobilə əyləşmiş, lakin avtomobilin yük yeri bağlanmayaraq açıq vəziyyətdə qalmışdır. Sonuncular avtomobilə əyləşdikdən sonra o, həmin qapağı haradan əldə etdiklərini soruşduqda Elman özlərinə məxsus olduğunu, yararsız vəziyyətdə olduğu üçün satdıqlarını bildirmiş və ona Azpetrol yanacaq dolduqma məntəqəsinin yaxınlığında olan dəmir qəbulu məntəqəsinə sürməyini bildirmişlər. Onlar avtomobildə “Əlillərin binası” kimi tanın yerin yaxınlığında olan zaman polis əməkdaşları onları saxlayıb özlərini təqdim edərək onları polis şöbəsinə dəvət etmiş və Şöbədə avtomobilinin yük yerində olan bir ədəd lyuk qapağı və ehtiyyat hissəsi götürülmüşdür. Şahid1 əlavə suala cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin kanalizasiya quyusunun qapağını və ehtiyyat hissəsini haradan götürdüyünü və ya oğurladığını o, əvvəlcədən bilməmiş, Elman ona əşyaların özlərinə məxsus olduğunu, yararsız vəziyyətdı olduğu üçün metal kimi satacaqlarım bilirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsindədir. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Göyçay RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3la Göyçay şəhəri ərazisində xidmətdə olarkən Göyçay şəhəri, H.Əliyev prospektində VAZ 2106 markalı, **-BL-*** qeydiyyat nişanlı avtomobilin yük yerində yük yeri açıq vəziyyətdə olmaqla kanalizasiya quyusunun qapağının aparıldığını görmüş, həmin vaxt onlar həmin kanalizasiya quyusunun qapağının oğurluq ola biləcəiyini düşündüyü üçün avtomobili saxladıb avtomobildə olan şəxslərə özlərini təqdim edərək, onları, yəni adları sonradan məlum olan avtomobilin sürücüsü X2, avtomobildə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şöbəyə dəvət etmiş və həmin şəxslər onlarla birlikdə Şöbəyə gəlmişlər. Onlar Şöbəyə gəldikdən sonra bu barədə rəisə raportla məruzə etmiş, bundan sonra təhqiqatçı tərəfindən **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək həmin avtəmobilin yük yerində olan 1 ədəd kanalizasiya quyusunun qapağı və ehtiyyat hissəsi götürülmüş, araşdırma zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin kanalizasiya quyusunun qapağını ehtiyyat hissəsi ilə birlikdə Göyçay şəhəri, Füzuli küçəsindən oğurladıqları müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 iyul 2023-cü il tarixli, 9/4328 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən istifadə olunmuş 01 ədəd kanalizasiya quyusunun qapağının nəzəri qaydada 2023-cü ilin may ayına orta bazar qiyməti 120,00 manat müəyyən olunur. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 müraciətindən görünür ki, 1 ədəd metal kanalizasiya quyusunun qapağının qiymətinin 140 manatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Azərsu” ASC-nin Birləşmiş Sukanal MMC-nin X4 məxsus 1 ədəd 140 manat dəyərində qara rəngli, üzərində “1983 QOST 135-19” yazıları olan dəmir metaldan hazırlanmış dövlət əhəmiyyətli kanalizasiya quyusunun qapağı və ehtiyat hissəsi maddi sübut kimi tanınaraq, Göyçay RPŞ-də məsul saxlanca verilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-2-ci maddəsi isə eyni əməllərin neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrini rəhbər tutur. “Cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onlar tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.1.12-ci maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.2-ci maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə: yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “polisin nəzarəti alına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Ağamösüm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Ağamösüm oğlunun üzərinə: yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 Ağamösüm oğlunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 Ağamösüm oğlunun cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Ağamösüm oğlu haqqında seçilmiş “polisin nəzarəti alına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-nin Birləşmiş Sukanal MMC-nə məxsus 01 ədəd kanalizasiya quyusunun qapağı və ehtiyat hissəsi zərərçəkmiş "xxxx" ASC-nin Birləşmiş Sukanal MMC-nə qaytarılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə ekspertizası xərci müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ağamösüm oğlundan tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №1(046)-11/2024
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-11/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver