Məhkəmə qərarları › İş №1(046)-12/2021

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-12/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-12/2021 30.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi,Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı1, zərərçəkmiş şəxs 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Göyçay şəhər Bələdiyyəsinin sədri vəzifəsində çalışan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 iyun 2021-ci il tarixdə Göyçay rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.2.4 və 308.1-ci maddələri ilə ona görə ittiham verilmişdir ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, meşə fonduna daxil olmayan ağacın qanunsuz kəsilməsi barədə göstəriş verməklə təbiətə külli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihama əsasən o, Göyçay şəhər Bələdiyyəsinin sədri olmaqla hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, əmr və sərəncamlar vermək, bələdiyyənin qərarlarını imzalamaq və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən Şahid3 məxsus qeyri-yaşayış obyektinin genişləndirilməsi məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması” Qaydalarının 7-ci bəndinin tələbinə zidd olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq razılığı olmadan 2020-ci ilin fevral ayında həmin qeyri-yaşayış obyektinin yanında yaş halda olan 01 (bir) ədəd Eldar şamı cinsindən olan ağacın köküstə kəsilməsi barədə cinayətdən xəbərsiz olan Şahid2 qanunsuz göstəriş vermiş və sonuncu tərəfindən həmin ağacın kəsilməsi nəticəsində təbiətə külli miqdarda yəni, 18.000 (on səkkiz min) manat məbləğində maddi ziyan vurmaqla ətraf mühitin, ekoloji tarazlığının mühafizəsi sahəsində cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətləindən sui-istifadə etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 259.2.4 və 308.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, uzun müddətdir ki, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatında rəhbər vəzifələrdə çalışmışdır. Bələdiyyə seçkilərində namizədliyini irəli sürərək, Göyçay şəhər Bələdiyyəsinin üzvü seçilmişdir. Bələdiyyə üzvlərinin səsverməsi ilə Göyçay şəhər Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsinin bir neçə sakini şəhər bələdiyyəsinə şifahi müraciət edərək, yaşadıqları evin qarşısında olan ağacların qəzalı vəziyyətdə olduğunu, bəzilərinin quruduğunu bildirərək, müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Sakinlərin müraciətləri əsasında mütəxəssislərin iştirakı ilə əraziyə və ərazidə olan ağaclara baxış keçirilmiş, həqiqətən də, bir neçə ağacın quruduğunu müəyyən etmişlər. Tədbirlər planına uyğun olaraq rayon ərazisində digər ağaclıq yerlərə də baxış keçirilmişdir. Baxış keçirməkdə məqsəd, bu kimi qəzalı vəziyyətdə olan ağacların sayının müəyyən edilməsi, həmin ağacların kəsilməsi və ya bundanması üçün müvafiq rəyin alınması, sonradan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq ərazi idarəsinin rəyi əsasında bundanmanın və yaxud kəsimin təşkil edilməsi olmuşdur. Haşiyə çıxaraq qeyd etmək istəyir ki, Şəki şəhərində yerləşən Xan Sarayının, eləcə də Göyçay rayonu ərazisində qədim ağacların budaqlarının qırılaraq yerli sakinlərin və turistlərin üzərinə düşərək, ağır xəsarətlər və nəticələr yaratmasından sonra, istər bələdiyyələrə, istər digər şəhər təsərrüfatına baxan qurumlara şifahi olaraq göstəriş verilmişdir ki, əhali, binalar, avtomobillərə təhlükə törədə bilən ağaclar vaxtında müəyyən edilərək, lazımi tədbirlər görülsün. Cinayətin predmeti olan ağac qəzalı vəziyyətdə olduğundan dərhal müdaxilə etmək zərurəti yaranmışdır. Bu səbəbdən, rəyin gəlməsini gözləmədən həmin ağacın kəsilməsi barədə qərara gəlmişdir. Kəsilən ağac eldar şamı deyildir. Ağac onun göstərişinə əsasən ağacların budanması işi ilə məşğul olan Şahid2 tərəfindən kəsilmişdir. Onun həmin ağacın kəsilməsində nə birbaşa, nə də dolayı hər hansı şəxsi marağı olmamışdır. Anlaya bilmədiyi hər hansı səbəblərə görə, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi həmin ağacın eldar şamı olduğunu təkidlə iddia edərək araşdırma aparmağa başlamışdır. Həmin idarəyə vəziyyəti olduğu kimi izah edərək, bu barədə arayış da təqdim etmişdir. Lakin təqdim etdiyi arayışda ağacın cinsinin Eldar şamı olmasını 8 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin əməkdaşı Şahid1 sözü ilə yazmışdır. Bundan sonra, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 18 fevral 2020-ci il tarixdə və 04 mart 2020-ci il tarixdə aktlar tərtib edərək, digər sənədlərlə birlikdə tədbir görülməsi üçün Göyçay rayon Prokurorluğuna göndərilmişdir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müraciəti araşdırılması üçün rayon prokurorluğu tərəfindən rayon X8 bölməsinə göndərilmiş, bölmədə onun izahatı alınmış, təbiətə dəymiş ziyanın məbləğini müəyyən etmək üçün 18 fevral 2020-ci il tarixli və 04 mart 2020-ci il tarixli aktlar əsasında iş üzrə kompleks məhkəmə-əmtəəşünaslıq və bioloji ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəyə görə, həmin ağacın cinsi eldar, diametri 50 sm. olması, eləcə də təbiətə dəymiş ziyanın məbləğinin isə 18.000 manat olduğu müəyyən edilmişdir. Sözügedən ekspert rəyi ilə tanış olduqdan sonra, buna öz etirazını bildirərək, ağacın cinsini və təbiətə vurulması qeyd edilən zərər məbləğini mübahisələndirmişdir. Bundan sonra, müstəntiq tərəfindən yenidən komission kompleks məhkəmə-əmtəəşünaslıq və bioloji ekspertizası təyin edilmiş və müvafiq rəy verilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ekspert tərəfindən müstəntiq qarşısında vəsatət qaldırılaraq qeyd olunmuşdur ki, əvvəlki rəyin əsaslandığı akt tədqiqat xarakterli olmadığından həmin aktda zəruri məlumatlar öz əksini tapmamışdır. Qərarda qoyulan suallar üzrə tədqiqat obyekti olan ağacın kəsilməsi nəticəsində dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün həmin məlumatların əhəmiyyət kəsb etdiyi vurğulanaraq, zəruri olan biolji məlumatların (ağacın yaşı, göbələk və həşaratlar tərəfindən oduncağın zədələnmə dərəcəsi, əgər ağacda çürümə prosesi baş veribsə, oduncağın və qabıq hissələrinin rənginin dəyişməsi və yumşalma dərəcəsinin, eləcə də, ağacın inkişafdan dayanmasının müəyyən edilməsi) əks olunduğu aqronom (mütəxəssis) rəyinin təqdim olunması xahiş olunmuşdur. Qeyd olunan vəsatəti alan Göyçay rayon prokurorluğu, 31 avqust 2020-ci il tarixli məktubla Məhkəmə Ekspertizası Mərkəzinin vəsatətini təmin etməmiş, buna səbəb kimi Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən 1 ədəd Eldar şamı cinsindən olan ağac 2020ci ilin fevral ayında köküstə kəsildikdən sonra, təxminən 2020-ci ilin mart-aprel aylarında həmin ağacın kəsildiyi yerdə qeyri-yaşayış obyekti inşa edildiyini və həmin şam ağacının kəsilmiş gövdəsi obyektin beton döşəməsinin altında qaldığını, bu səbəbdən də, ağacın qalıq hissəsinə aqronomun (mütəxəssisin) iştirakı ilə baxış keçirilməsinin mümkün olmadığını göstərmişdir. Yuxarıda qeyd edilən cavabdan sonra 15 sentyabr 2020-ci il tarixdə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında X8 bölməsinə məlumat verilmişdir. Bundan sonra, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 fevral 2020-ci il tarixli və 04 mart 2020-ci il tarixli aktları əsasında verilmiş ekspert rəyinə əsasən ona Azərbaycan Respublikası CM-in 259.2.4 və 308.1-ci maddələri ilə ittiham irəli sürülmüş və baxılması üçün ittiham aktı ilə birlikdə Göyçay rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı mübahisəli ağacın kökünün beton döşəmənin altında qalmadığını təsdiq edən sübutlar məhkəməyə təqdim edildikdən sonra, iş üzrə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi (aqronomu) cəlb edilməklə, yenidən bioloji və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. KTN-in mütəxəssisi (aqronomu) tərəfindən verilmiş müvafiq rəy əsasında ekspert tədqiqat aparmış və müəyyən etmişdir ki, mübahisəli ağacın cinsi şamkimilər fəslinə aid olan iynəyarpaqlı küknar ağacı, yaşı 45, diametri 41 sm.-dir. Ağac öz bioloji inkişaf dövrünü başa vurduğu üçün təbiətə dəymiş ziyanın məbləğini müəyyən etmək mümkün deyildir. Sözügedən ekspert və mütəxəssis (aqronom) rəyi dövlət ittihamçısı tərəfindən mübahisələndirildiyi üçün KTN-in, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin Meşəçilik kafedrasının müəllimi cəlb edilməklə, yenidən məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və müvafiq mütəxəssis və ekspert rəyi alınmışdır. Həmin rəylərdən görünür ki, mübahisəli ağacın cinsi həmişəyaşıl sərv ağacı, yaşı təqribən 45, diametri isə 40 sm.-dir. Azərbaycan Respublikası KTN X3 Göyçay rayon X5 baş aqronomu tərəfindən verilmiş 26.11.2020-ci il tarixli mütəxəssis rəyində mübahisəli ağacın cinsinin (növünün) şamkimilər fəsiləsinə aid olan iynəyarpaqlı küknar ağacı olduğunun göstərilməsinə münasibətdə yeni mütəxəsiss rəyində vurğulanmışdır ki, həmin ağaclar, yəni küknar və həmişəyaşıl sərv ağaclarının gövdələrində müəyyən oxşarlıq olsa da, aparılmış tədqiqatın nəticəsi kifayət qədər deməyə əsas verir ki, kəsilmiş ağac eldar şamı yox, küknar yox, həmişəyaşıl sərv ağacıdır. Göründüyü kimi, ona qarşı verilmiş ittihamın əsasını təşkil edən ağac Eldar şamı növündə (cinsində) olmadığı, eləcə də təbiətə dəymiş ziyanın məbləği 1000 manatı aşmadığı halda, ona əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 259.2.4 və 308.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Göründüyü kimi, onun əməlində hər-hansı cinayət tərkibi yoxdur. Uzun illər müxtəlif yerlərdə çalışmış, həmişə qanunlara riayət etmişdir. YAPın adını, həmçinin öz adını ləkələməməyə çalışmışdır. Qeyd etdiyi kimi, ağacın kəsilməsində hər-hansı şəxsi niyyəti, məqsədi, gəliri, faydası olmamışdır. Ərazidə ağacın qəzalı vəziyyətdə olmasını, təhlükə yaratmasını ona şəhər sakinləri bildirmiş, müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Bələdiyyə sədri kimi qəzalı ağac səbəbindən xoşagəlməz, bədbəxt hadisə baş verməsinin qarşısını almaq üçün həmişəyaşıl sərv ağacının kəsilməsi barədə göstəriş vermişdir. Məhkəmədən göstərilən faktları nəzərə alaraq, əməlində cinayət hadisəsi olmaması ilə əlaqədar ona bəraət verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi qismində ifadə vermiş Nümayəndə göstərmişdir ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi vəzifəsində çalışır. 2020-ci ilin fevral ayının ortalarında Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz qeyri-yaşayış obyektinin yanında təxminən 10-12 metr hündürlükdə, 50 sm diametrdə olan bir ədəd tam inkişaf dövründə sağlam vəziyyətdə “Eldar” şam ağacının kəsilməsi ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində material toplanaraq Göyçay rayon prokurorluğuna göndərilmişdir. Belə ki, 2020-ci ilin fevral ayının ortalarında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən Göyçay şəhəri ərazisində monitorinq aparılarkən Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində köhnə uşaq xəstəxanası ilə üzbəüz yerdə yaş halda, yəni sağlam vəziyyədə olan 1 (bir) ədəd Eldar şamı cinsindən olan ağacın köküstə kəsilərək məhv edilməsi faktı aşkar edilmiş, həmin yerə və kəsilmiş ağaca əməkdaşlar tərəfindən baxış keçirilərək, ağacın qalmış hissəsinin diametri ölçülərək fotoşəkillər çəkilmiş və bu barədə akt tərtib olunaraq idarə rəisinə məruzə olunmuşdur. Fotoşəkillər akta əlavə edilmişdir. Həmin ağacın yaş olması, diametrinin isə 50 sm olması müəyyən edilmişdir. Azərbaycan Respubikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən qiymətləndirilmə aparılarkən, müəyyən olunmuşdur ki, yaş və sağlam vəziyyətdə olan 50 sm diametrində “Eldar şamı” cinsindən olan ağacın köküstə kəsilərək məhv edilməsi nəticəsində 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə 18.000 (on səkkiz min) manat ziyan dəyməsi müəyyən edilmişdir. Məlum olmuşdur ki, həmin şam ağacı Göyçay şəhər Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs göstərişi ilə Şahid2 tərəfindən kəsilmişdir. Eldar Şamı ağacının dəyəri diametrinə görə Azərbaycan Respubikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən qiymətləndirilmişdir. Kəsilmiş 1 ədəd “Eldar Şamı” ağacı Göyçay şəhəri Bələdiyyəsinin mülkiyyətində olan ərazidə olmuş, lakin həmin ərazinin meşə fonduna daxil olmayan ərazi olub-olmaması barədə onlarda hər-hansı bir məlumat yoxdur. 18 fevral 2020-ci il tarixdə idarənin əməkdaşları tərəfindən həmin ağacın kəsilmiş gövdəsi aşkar edilərkən, həmin ağacın gövdəsi yaş vəziyyətdə olmuş və şəkli çəkilmişdir. Həmin ağacın əgər qəzalı və qurumuş olması səbəbindən kəsilməsi zərurəti yaranmışdırsa bələdiyyə sədri bu barədə Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəsmi məlumat verməli, daha sonra idarənin əməkdaşları tərəfindən həmin ağaca baxış keçirməli, həqiqətən həmin ağacın kəsilməsinə zərurət varsa rəsmi razılıq verilməli, yalnız bundan sonra həmin ağac bələdiyyənin qərarı ilə kəsilə bilərdi. Lakin göründüyü kimi Təqsirləndirilən şəxs həmin ağacın kəsilməsi ilə bağlı heç bir orqana rəsmi məlumat verməmiş, özbaşına qərar qəbul etmiş və onun göstərişi ilə həmin ağac kəsilmişdir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda mübahisəli ağaca dair zəruri bioloji məlumatlar qeyd olunmamışdır. Bunun səbəbi, aktı tərtib etmiş əməkdaşların zəruri bioloji məlumatları müəyyən edib, göstərmələri üçün xüsusi biliklərinin olmamasıdır. Bu cür məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Ekspertiza İdarəsi tərəfindən müəyyən edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən mübahisəli ağaca baxış keçirilməmiş, ağacın növu (cinsi), yaşı, o cümlədən yaş olub-olmaması, inkişafdan qalıb-qalmaması, inkişafdan qalmışdırsa bunun nə səbəbdən baş verməsi və digər zəruri bioloji məlumatlar müəyyən edilməmişdir. 18 fevral 2020-ci il tarixli və 04 mart 2020-ci il tarixli aktlarda kəsilmiş ağacın növü (cinsi) ilə bağlı göstərilənlər, baxışda iştirak edən əməkdaşlar tərəfindən şifahi sorğular əsasında əldə etdikləri məlumata, eləcə də kəsilmiş ağacın ətrafında olan yarpaqlara istinadən qeyd olunmuşdur. Ekspert rəyi ilə həmin ağacın cinsi həmişəyaşıl sərv ağacı müəyyən edildiyinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş «Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi» Qaydasına 1 №-li əlavəyə əsasən Təqsirləndirilən şəxs tərəfindən təbiətə 800 manat ziyan vurulmuşdur. Təbiətə dəymiş ziyanın ödənilməsi barədə qeyd edir ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi kimi, təbiətə dəymiş 800 manat ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, idarənin xidməti ərazisi olan Göyçay rayonu üzrə xidmət aparır. Buna görə də, Göyçay rayonu ərazisində Ekologiya ilə bağlı gördüyü hər bir pozuntuya reaksiya verərək araşdırılması üçün İdarə rəhbərliyinə məruzə edir. 18 fevral 2020-ci il tarixdə Göyçay şəhəri ərazisində onun tərəfindən monitorinq keçirilən zaman şəhərin M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən sahibkarlıq obyektinin yan hissəsində 1 ədəd 10-12 metr hündürlükdə, 50 sm diametrdə köküstə yaş vəziyyətdə olan “Eldar” şamı ağacının kəsildiyini aşkar etmişdir. Həmin ağaca baxdıqda, ağacın təzə kəsildiyini, ərazidə yalnız ağacın kök hissəsinin qaldığını görmüşdür. Ağacın kim tərəfindən kəsilməsini müəyyən etmək üçün Göyçay şəhər Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxsla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs qeyd olunan ağacın kəsilməsi üçün özünün göstəriş verdiyini bildirmişdir. Bundan sonra, müvafiq araşdırma aparılması üçün İdarə rəhbərliyinə rəsmi olaraq məlumat vermişdir. Ekoloji pozuntuya görə araşdırma aparılmağa başlanılmış, ağacın kəsilməsi ilə bağlı idarənin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilmiş, ağacın torpaqda qalmış hissəsinin diametri ölçülərək fotoşəkillər çəkilmiş, bu barədə akt tərtib olunmuşdur. Həmin aktda yalnız ağacın cinsi və diametri göstərilmiş, digər zəruri məlumatlar qeyd olunmamışdır. Çünki, həmin məlumatları müəyyən etmək üçün onun, eləcə də aktı tərtib etmiş digər əməkdaşların xüsusi bilikləri yoxdur. Ağacın cinsini, yaşını və digər zəruri bioloji məlumatları dəqiq müəyyən etmək yalnız ETSN-in Dövlət Ekspertiza İdarəsinin səlahiyyətinə aiddir. Aktda qeyd olunmuş məlumatları, yəni ağacın növünü ətrafda olan şəxslərlə etdikləri sorğu-sual, eləcə də ağacın kəsildiyi ərazidə olan yarpaqlar əsasında müəyyən etmişlər. Sonrakı araşdırma zamanı məlum olmuşdur ki, həmin ağacı Şahid2 adlı şəxs həqiqətən bələdiyyə sədri Təqsirləndirilən şəxs göstərişi ilə kəsmişdir. Göyçay şəhər Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs özü də İdarəyə həmin ağacı özünün göstərişi ilə kəsilməsinə dair 19 fevral 2020-ci il tarixli arayış təqdim etmişdir. Tərəfindən bu barədə 18 fevral 2020-ci il tarixli akt tərtib edilmiş, toplanmış material hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid4 və Şahid5 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdilər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, 2018-ci ildən Göyçay Abadlaşdırma və təmir idarəsində bağ fəhləsi işləyir. Həmçinin şəhərdə ağacların budanmasında iştirak edir. Mühərrikli mişarla idarənin göstərişi ilə müxtəlif ərazilərdə qəzalı və qurumuş vəziyyətdə olan ağacları budayır və kəsir. Şəhər ərazisində ağaclar budanarkən, bələdiyyə sədri Təqsirləndirilən şəxs da bu işlərə nəzarət edir. 2020-ci ilin fevral ayının ortalarında Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində Ehtiram Xəlilov adlı şəxsin işlətdiyi mağazanın yaxınlığında idarə tərəfindən verilmiş göstəriş əsasında “Bobkat” sürücüsü Rasim, adlarını dəqiq bilmədiyi fəhlələrlə ağac budama işləri ilə məşğul olmuşlar. “Bobkat”ın üzərində mühərrikli mişarla ağacların budaqlarını budamışdır. Cavid Rəhimov həmin işlərin yerinə yetirilməsinə nəzarət etmişdir. İşi yekunlaşdırdıqdan sonra Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yaxınlıqda olan, yəni 50-60 metr aralıda, uşaq xəstəxanası ilə üzbəüz olan obeyktin yanında bir ədəd ağac göstərərək, ağacın qəzalı vəziyyətdə olduğunu, quruduğunu, ətrafdakılar üçün təhlükə törətdiyini qeyd edərək, həmin ağacı da kəsmək lazım olduğunu bildirmişdir. “Bobkat” sürücüsü Rasimlə və fəhlələrlə həmin yerə yaxınlaşıb, Təqsirləndirilən şəxs göstrərdiyi həmin ağacı kəsmişdir. Rasim onu adəti üzrə “Bobkat”la yüksəkliyə qaldırmış, o da mühərrikli mişarla ağacın budaqlarını, daha sonra isə gövdəsini kəsmişdir. Fəhlələr həmin ağacın kəsilmiş hissələrini bir kənara yığaraq, götürmüşlər. Sonra ona məlum olmuşdur ki, Ekologiya idarəsi həmin ağacın kəsilməsi ilə bağlı şikayət etmişdir. Bununla bağlı o da ekologiya idarəsinə çağırılmışdır. Həmin idarədə ağacın kəsilməsi ilə bağlı izahat vermişdir. Uzun illərdir ki, ağacların budanması və kəsilməsi işi ilə məşğul olur. Ağacların böyük bir qisminin növünü, cinsini tanıyır. Kəsdiyi ağac eldar şamı ağacı olmamışdır. Qabığına və sair vizual müşahidə olanan özəlliklərinə görə küknar, iynəyarpaqlı sərv ağacına oxşayan ağac olmuşdur. Ağacı kəsərkən görmüşdür ki, həqiqətən həmin ağac inkişafdan qalmış, bəzi hissələri qurumuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, keçmiş uşaq xəstəxanası ilə üzbəüz 1 mərtəbəli qeyri-yaşayış obyekti ona məxsusdur. Təxminən 2018-ci ilin əvvəllərində rayon icra hakimiyyətinə müraciət edərək, maddi durumunun aşağı olduğunu, sahibkarlıq fəaliyyəti məşğul olmaq üçün ona qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Özü həmin ərazidə yaşadığı üçün keçmiş uşaq xəstəxanası ilə üzbəüz tikinti obyektlərinin, həmçinin yaxınlıqda boş ərazi olduğunu görmüş və mümkün olarsa həmin yerdə ona tikintiyə icazə verilməsini xahiş etmişdir. Daha sonra sənədləşmə işləri aparılmış və Göyçay rayon İcra Hakimiyyətinin 05 fevral 2018-ci il tarixli sərəncamı ilə Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, keçmiş uşaq xəstəxanası ilə üzbəüz 25 m2 ölçüdə 1 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Lakin 02.05.2018-ci il tarixli müvafiq sərəncamla ona tikintiyə icazə verilənə qədər həmin ərazinin yerləşdiyi torpaq sahəsindən faktiki olaraq istifadə etməmişdir. Bundan sonra orada 1 mərtəbəli təxminən 25 m2 ölçüdə qeyri-yaşayış obyekti inşa etdirmişdir. Həmin vaxt obyektin ətrafında bir neçə ədəd ağac olmuşdur. Ətrafda yaşayan sakinlər Göyçay şəhər Bələdiyyəsinə müraciət edərək, ərazidə olan ağacların bəzilərinin, o cümlədən hazırkı iş üzrə adı keçən ağacın quruduğunu, təhlükə yaratdığından onların budanılıb, kəsilməsini xahiş etmişlər. 2020-ci ilin fevral ayında şəhər küçələrində ağacların budaqlarının budanma işləri aparılarkən digər ağacların təhlükə törədən budaqları budanmış, işdə adı keçən ağac isə kəsilmişdir. Şəhərdə aparılan budama işlərindən xəbərdar olsa da, iş üzrə adı keçən ağacın kəsilməsini görməmişdir. Bundan bir müddət sonra, ərazinin boş olduğunu, inşa etdiyi qeyri-yaşayış sahəsinin yanı olduğunu, genişləndirilməsinə maneə olmadığını, müvafiq icazələrə əsasən inşa etdiyi 25 m2 obyektin genişləndirilməsinə zərurət olduğunu nəzərə alaraq, buna icazə verilməsini xahiş etmişdir. Ona müvafiq icazə verildikdən sonra, qeyri-yaşayış sahəsini genişləndirmiş, obyekti təxminən 3,5 metr uzunluğunda və 4 metr enində artırmışdır. Həmin ağacın kökü artırılmış ərazinin içində qalsa da, üzəri betonlanmamışdır. Hazırda həmin obyekt tam tikili vəziyyətdə olsa da, fəaliyyət göstərmir. Tərəfindən inşa edilmiş ümumilikdə 50 m2 qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ona satılması üçün nə yazılı, nə də şifahi Göyçay şəhər bələdiyyəsinə müraciət etməmişdir. İstər mübahisəli ərazidən ağacın kəsilməsi, istərsə də tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə hər hansı danışığı, sövdələşməsi olmamış, yalnız sonuncu ilə hazırki cinayət işinin istintaqı ilə bağlı rayon prokurorluğuna çağrılarkən ünsiyyəti yaranmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 18 fevral 2020-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X6 və X1 Göyçay şəhəri üzrə birinci qrupun əməkdaşı, baş məsləhətçi Şahid1 tərtib etdiyi 014 saylı aktda qeyd olunmuşdur ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi ərazisində monitorinq keçirmiş, monitorinq zamanı həmin küçədə, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən sahibkarlıq obyektinin yan hissəsində dm=50 sm. olan 1 ədəd Eldar şamı ağacının köküstü kəsilməsi faktı aşkar olunmuşdur. Şifahi sorğu əsasında Göyçay bələdiyyəsinin sədri yazılı olaraq bildirmişdir ki, sözügedən ağac onun göstərişi əsasında kəsilmişdir. Bələdiyyənin verdiyi 19.02.2020-ci il tarixli 73 saylı məktubunun və ərazidən çəkilmiş fotoşəklin akta əlavə olunması qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 04 mart 2020-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi, müfəttiş Şahid4 və məsləhətçisi, müfəttiş Şahid5 tərəfindən tərtib olunmuş aktda qeyd olunmuşdur ki, 04 mart 2020-ci il tarixdə M.Ə.Rəsulzadə küçəsi ərazisində yerləşən bir ədəd Eldar şamı ağacının kəsilməsi ilə əlaqədar yoxlama aparılarkən aşağıdakılar aşkar edildi: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X6 və X1 müdiri X2 26 fevral 2020-ci il tarixli xidməti məruzəsinə əsasən 8 saylı RETSİ-nin xidməti ərazisi olan Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi ərazisində köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən sahibkarlıq obyektinin yan hissəsində 1 ədəd Eldar şamı ağacını köküstə yaş kəsilməsi faktı ilə məlumatı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 mart 2020-ciil tarixli 38 saylı sərəncamına əsasən aktı tərtib etmiş şəxslər tərəfindən araşdırılmışdır. Araşdırma zamanı əraziyə baxış keçirilərkən adı yuxarıda göstərilən ərazidə diametri 50 sm olan 1 ədəd şam ağacı kəsilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 50 sm diametrində şam ağacını ünvan 2 ünvanda yaşayan və Göyçay rayon Yaşıllaşdırma İdarəsində fəhlə işləyən Şahid2 kəsmişdir. Şahid2 izahat verərək bildirmişdir ki, Şam ağacını Göyçay rayon Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs şifahi göstərişi ilə o kəsmişdir. Araşdırma zamanı müəyyən etmişlər ki, Göyçay rayon Bələdiyyəsinin sədrinin göstərişi ilə Şahid2 02 may 2014-cü il tarixli «Yaşıllıqların Mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun (13 mad.) tələblərini pozaraq, xəta törətmişdir. Akta sahibin izahatı, fotoşəkli əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2020-ci il tarixli 9/1338-7/225 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş akta əsasən Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində sahibkarlıq obyektinin yanında diametri 50 sm olan 01 ədəd ağac Eldar şamı ağacıdır. Təqdim edilmiş aktda 01 ədəd eldar şamı ağacının yaşı barədə heç bir məlumat verilmədiyi üçün həmin ağacın yaşını müəyyən etmək mümkün olmadı. Tərtib edilmiş fotolar əsasında ekspertiza tədqiqatı aparılmamışdır. Aparılmış ekspert tədqiqatı nəticəsində, 04 mart 2020-ci il tarixdə 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 59612 saylı akta əlavə olaraq tərtib edilmiş cədvələ görə, Göyçay şəhər Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs göstərişi ilə Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz 50 sm diametrli bir ədəd eldar şamı adlı köküstə yaş ağacın qanunsuz kəsilməsindən, 2020-ci ilin fevral ayına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli «Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydaları»nda mövcud olan qiymətlər ilə zərər çəkmişə dəymiş maddi ziyanın məbləği nəzəri hesablama yolu ilə 18.000 manat müəyyən edilir.Ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2020-ci il tarixli 7/500-9/2907 saylı məktubundan görünür ki, ekspertlər Pərvanə Rüstəmova və Qalib Əliyev əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə vəsatətlə Göyçay rayon X8 Bölməsinə müraciət edərək, 20340059 nömrəli cinayət işi üzrə təyin olunmuş məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının aparılması üçün aqronom (mütəxəssis) rəyinin təqdim edilməsi xahiş edilmiş, buna səbəb kimi, əvvəlki rəyin əsaslandığı aktın (18 fevral 2020-ci il tarixli və 04 mart 2020-ci il tarixli aktlar) tədqiqat xarakterli olmadığından həmin aktda yuxarıda qeyd olunan məlumatların (ağacın qiymətləndirilməsi üçün zəruri olan biolji məlumatları (ağacın yaşı, göbələk və həşaratlar tərəfindən oduncağın zədələnmə dərəcəsi, əgər ağacda çürümə prosesi baş veribsə, oduncağın və qabıq hissələrinin rənginin dəyişməsi və yumşalma dərəcəsinin, eləcə də, ağacın inkişafdan dayanmasının müəyyən edilməsi) əks etdirən aqronomun (mütəxəssis) rəyi) öz əksini tapmadığı, bu səbəbdən qərarda qoyulan sual üzrə tədqiqat obyektininin – ağacın kəsilməsi nəticəsində dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün həmin məlumatların əhəmiyyət kəsb etməsi göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Göyçay rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən M.Əliyevin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ünvanladığı 31 avqust 2020-ci il tarixli məktubda 14 avqust 2020-ci il tarixli vəsatətə cavab olaraq qeyd olunmuşdur ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən 01 ədəd Eldar hamı cinsindən olan ağac 2020-ci ilin fevral ayında köküstə kəsildikdən sonra təxminən 2020-ci ilin mart-aprel aylarında həmin ağacın kəsildiyi yerdə qeyri-yaşayış obyekti inşa edilmişdir və həmin şam ağacının kəsilmiş gövdəsi obyektin beton döşəməsinin altında qalmışdır. Bu səbəbdən də, həmin ağacın qalıq hissəsinə aqronomun (mütəxəssis) iştirakı ilə baxış keçirilməsi mümkün olmamışdır. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları iş üzrə istintaq zamanı verdikləri ifadələrində həmin ağacın kəsilmiş gövdəsini aşkar edərək, həmin gövdənin köküstə ya və sağlam vəziyyətdə olduğunu bildirmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2020-ci il tarixli 7/500-9/2907 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, ekspertlər qarşısında qoyulmuş sualların həlli üçün zəruri olan bioloji məlumatlar (ağacın yaşı, göbələk və həşəratlar tərəfindən oduncağın zədələnməsi dərəcəsi, əgər ağacda çürümə prosesi baş veribsə, oduncağın və qabıq hissələrinin rənginin dəyişməsi və yumşalma dərəcəsinin, eləcə də ağacın inkişafdan dayanmasının müəyyən edilməsi) əks etdirən aqronomun (mütəxəssis) rəyi Mərkəzə təqdim edilmədiyindən, belə olduğu halda tədqiqat obyekti olan ağacın – eldar şamının obyektiv qiymətləndirilməsi mümkün olmadığından, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat»ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən fotoşəkillərdən görünür ki, cinayət işi üzrə adı qeyd olunan kəsilmiş ağacın yerləşdiyi ərazidə şam və iynəyarpaqlı sərv ağacları mövcuddur. Kəsilmiş ağacın yerində qeyri-yaşayış sahəsi inşa edilmiş, ağacın kökünün yerləşdiyi yer qeyri-yaşayış sahəsinin daxilində qalmış, lakin üzəri betonlanmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2020-ci il tarixli 9/5565-7/866 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş rəyə əsasən Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz qeyri-yaşayış obyektinin yanında kəsilmiş ağacın cinsi (növü) Şamkimilər fəsiləsinə aid olan iynəyarpaqlı küknar ağacı, yaşı təqribən 45, diametri 41 sm.-dir. Tədqiqata təqdim olunmuş rəyə əsasən kəsilmiş ağacın oduncağı qabıqaltı zərərverici və göbələklər tərəfindən qismən zədələnmiş, ağacın kök gövdəsində qismən çürümə prosesi baş vermiş, oduncağının qabıq hissəsinin rəngi qaralaraq dəyişmiş və qismən yumşalma müşahidə olunmuşdur. Ağacın kök sistemi öz bioloji inkişaf dövrünü başa vurmuşdur. Aparılmış bioloji tədqiqatın nəticələrinə görə, ekspertiza tədqiqatına təqdim edilmiş rəyə əsasən Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz qeyri-yaşayış obyektinin yanında kəsilmiş ağacın cinsi (növü) Şamkimilər fəsiləsinə aid olan iynəyarpaqlı küknar ağacı, yaşı təqribən 45, diametri 41 sm-dir, kəsilmiş ağacın oduncağı qabıqaltı zərərverici və göbələklər tərəfindən qismən zədələnmiş, ağacın kök gövdəsində qismən çürümə prosesi baş vermiş, oduncağının qabıq hissəsinin rəngi qaralaraq dəyişmiş və qismən yumşalma müşahidə olunmuşdur. Ağacın kök sistemi öz bioloji inkişaf dövrünü başa vurmuşdur. Qeyd edilir ki, həmin tədqiq edilən ağacın oduncağı qabıqaltı zərərverici və göbələklər tərəfindən qismən zədələnmiş, ağacın kök gövdəsində qismən çürümə prosesi baş vermiş, oduncağının qabıq hissəsinin rəngi qaralaraq dəyişmiş və qismən yumşalma müşahidə olunmuş, ağacın kök sistemi öz bioloji inkişaf dövrünü başa vurmuş vəziyyətdə olduğundan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli «Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydaları»nda belə vəziyyətdə olan yaş köküstə ağacın qiymətləndirilməsi nəzərdə tutulmadığından təbiətə dəymiş maddi ziyanın məbləğini müəyyən etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 07 aprel 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X7 (X13 İnstitutunun Meşə təsərrüfatı fakültəsinin «meşə təsərrüfatı mühəndisi» ixtisası üzrə ali təhsil almış, ixtisası üzrə 1978-ci ildən əmək fəaliyyti ilə məşğul olan, hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin Meşəçilik kafedrasının müəllimi vəzifəsində işləyən, dosent elmi dərəcəsi olan) və X9 (Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqronomluq fakültəsinin «alim-aqronom» ixtisası üzrə ali təhsil almış, ixtisası üzrə 1996-cı ildən əmək fəaliyyəti ilə məşğul olan, hal-hazırda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göyçay X14 Mərkəzinin bitkiçilik sektorunun müdiri vəzifəsində işləyən) tərəfindən mütəxəssis və ekspert qarşısında qoyulan suallara əraziyə baxış keçirilməklə cavablar verilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz ərazidən kəsilmiş ağac – həmişəyaşıl sərv ağacıdır. Sərv ağacının Azərbaycanda iki forması mövcuddur – piramidal və həmişəyaşıl sərv. Sərv ağacının boyu 25 metrə qədər çatır. Bəzi növlər geniş və düz taclar inkişaf etdirirlər. Sərvkimilərin bəzi növləri 6 metrdən az olan kollardır. Bəzi növlərində gövdə qabığı yumşaqdır. Bununla birlikdə, əksər növlərdə ağacdan qoparıla bilən incə lövhələrlə və ya zolaqlara ayrılır. Daxili olaraq, gövdə qabığı boz-qəhvəyi və ya narıncı rəngə malikdir. Eninə divarları hamar və ya düyünlü ola bilər. Düyünlər ya böyük, həm də kiçik ola bilər. Bu ağaclar müxtəlif patogenlərin hücumuna həssasdırlar. Zərərvericilərə qarşı həssaslığı ətraf mühit amillərindən çox asılıdır. Tədqiqat zamanı 1 ədəd kəsilmiş ağacın kök gövdəsi, iynəyarpaqlılara aid olan həmişəyaşıl sərv ağacı növünə aid olmaqla, yaşı təqribən 45, diametri isə 40 sm olması müəyyən edilmişdir. Ağacın kök gövdəsinin kəsilmiş hissəsinin qabıqaltı zərərverici və göbələklər tərəfindən oduncağının zədələnməsini, ağacın kök gövdəsində çürümə prosesin baş veribverməməsini, eləcə də, oduncağının qabıq hissəsinin rənginin qaralaraq dəyişməsini və yumşalmanın müşahidə olunmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, mövcud şəraitdə qeyd edilən halları müəyyən etmək üçün ağacın kök hissəsinin torpaqdan çıxarılması zəruridir ki, hazırkı halda texniki cəhətdən bunu etmək mümkün deyildir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin Respublika X3 Göyçay rayon X5 baş aqronomu tərəfindən verilmiş 26.11.2020-ci il tarixli mütəxəssis rəyində mübahisəli ağacın cinsinin (növünün) şamkimilər fəsiləsinə aid olan inyəyarpaqlı küknar ağacının olduğu göstərilmişdir. Həmin ağacların (küknar və həmişəyaşıl sərv) gövdələrində müəyyən oxşarlıq olsa da, aparılmış tədqiqatın nəticəsi kifayət qədər deməyə əsas verir ki, kəsilmiş ağac şam yox, küknar yox, həmişəyaşıl sərv ağacıdır. Həmişəyaşıl sərv ağacları quraqlığa nə qədər davamlı olsa da, ətraf mühitin çirklənməsinə qarşı bir o qədər həssasdır. Son dövrlərdə iqlim dəyişikliyi səbəbindən, bu tipə aid olan ağac növlərində hər hansı xəstəliklərin olması istisna edilmir. Bunun nəticəsində bitkilərdə bəzi göbələk xəstəliklərinin aktivləşməsinə və eləcə də, həşərat və zərərvericilərin, xüsusilə qabıq böcəklərinin daha çox inkişaf etməsinə səbəb olur. Bu zərərvericilərin və göbələklərin təsiri nəticəsində bəzi ağacların getdikcə zəifləyərək qurumasına səbəb olur. Mütəxəssislər tərəfindən əraziyə və ağacın kökünə (kök gövdəsinə) baxış keçirilərkən, baxışda təqsirləndirilən şəxs, onun müdafiəçisi, dövlət ittihamçısı, zərər çəkmiş şəxsin nümayəndəsi də iştirak etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2021-ci il tarixli 9/2541-7/401 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1(046)-12/2021 saylı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası KTN Göyçay X14 Mərkəzinin 07 aprel 2021-ci il tarixli sonuncu mütəxəssis rəyinə əsasən kəsilmiş ağacın cinsi (növü) iynəyarpaqlılara aid olan həmişəyaşıl sərv ağacı, yaşı təqribən 45, diametri 40 sm-dir. Qərarda göstərilən 2, 3 və 4-cü suallar üzrə tədqiqat aparılması mümkün olmadığından, cavablandırılmamışdır. Aparılmış bioloji tədqiqatının nəticələrinə görə, ekspertiza tədqiqatına təqdim edilmiş 1(046)-12/2021 saylı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası KTN Göyçay X14 Mərkəzinin 07 aprel 2021-ci il tarixli sonuncu mütəxəssis rəyinə əsasən kəsilmiş ağacın cinsi (növü) iynəyarpaqlılara aid olan həmişəyaşıl sərv ağacı, yaşı təqribən 45, diametri 40 sm-dir. 2, 3 və 4-cü suallar üzrə tədqiqat aparılmadan 5-ci sual üzrə tədqiqat aparmaq mümkün deyil. Ekspertiza tədqiqatının dəyəri 140 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2000-ci ildən YAP-ın Göyçay rayon Təşkilatının Aparat rəhbəri vəzifəsində işləyir, 2011-ci ildə Ölkə Prezidentinin sərəncamı ilə respublikanın ictimai-siyasi həyatında fəaliyyətinə görə «Tərəqqi» medalı ilə təltif olunmuşdur, 2015-ci ildən Göyçay rayonu Göyçay Bələdiyyəsinin sədri vəzifəsində işləyir, işlədiyi dövr ərzində rayonun ictimai-siyasi həyatında, rayonda gedən abadlıq-quruculuq işlərində yaxından fəal iştirak edir, onun barəsində yaşadığı ərazidən Göyçay RİHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır, müsbət xarakterizə olunan şəxsdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 12.1-ci maddəsində isə göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən əlamətlər kimi ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Cinayət hüququ cinayət tərkibinin həmin əlamətlərini «obyekt», «obyektiv cəhət», «subyekt», «subyektiv cəhət» adlandırır. Cinayətkar əməli xarakterizə edən əlamətlər hər bir cinayət tərkibi üçün zəruri olmaqla bərabər «cinayətin obyektiv cəhətini» təşkil edir. Bununla belə, heç də şəxsin hər hansı bir ixtiyari hərəkəti cinayətin obyektiv cəhətini təşkil etmir, yalnız o hərəkətlər cinayətin obyektiv cəhətini təşkil edir ki, bu hərəkətlərdə cinayət qanununda nəzərdə tutulmuş əlamətlər olsun. Başqa sözlə, cinayətin obyektiv cəhəti – insanın cinayət qanunu ilə qorunan obyektə ictimai təhlükəli qəsddə ifadə olunan xarici davranış aktıdır. Beləliklə, cinayətin obyektiv cəhətini insanın yalnız birbaşa və bilavasitə qanunda nəzərdə tutulan davranışı, yəni ictimai təhlükəli davranışı təşkil edir. Əgər cinayətin «obyektiv cəhəti» cinayətin əsas əlaməti kimi onun nəticələrinin ayrılmaz olduğunu ehtiva edirsə, bu nəticələrin olmaması, cinayət məsuliyyəti ehtimalını istisna edir. Bu hallarda (yəni cinayətin obyektiv cəhəti cinayətin əsas əlaməti kimi onun nəticələrinin ayrılmaz olduğunu ehtiva edirsə) cinayətkar əməl ilə nəticə arasında səbəbli əlaqənin mövcudluğunu sübut etmək tələb olunur. Cinayətin obyektiv cəhətinin bu xüsusiyyəti nəzərə alınmaqla cinayətlər iki qrupa - 1) maddi tərkibli, 2) formal tərkibli cinayətlərə bölünür. Maddi tərkibli cinayətlərin (Təqsirləndirilən şəxs qarşı irəli sürülən hər 2 maddə Azərbaycan Respublikası CM-in 259.2.4-cü maddə - külli miqdarda ziyan vurma; 308.1-ci maddə - mühüm zərər vurma - bu qrupa daxildir) - obyektiv cəhətini 3 əlamət xarakterizə edir: a) ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik), b) cinayətin nəticələri, c) ictimai təhlükəli əməllə nəticələr arasındakı səbəbli əlaqə. Səbəbli əlaqə - ictimai təhlükəli əməllə baş vermiş nəticə arasındakı elə obyektiv əlaqədir ki, burada əməl nəticədən vaxt etibarı ilə qabaqda gəlməklə, nəticənin gəlməsini «hazırlayır», onun gəlməsini labüd edir və qaçılmaz olaraq məhz bu nəticənin gəlməsinin əsas və bilavasitə səbəbi olur. Cinayət Məcəlləsinin 7-ci maddəsi məhz bunu nəzərdə tutur: yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilər. Məhkəmə cinayət işinin materiallarını araşdırıb, məhkəmə baxışı zamanı iş üzrə tədqiq olunmuş mötəbər sübutlara hüquqi qiymət verərək, keçirilmiş məhkəmə istintaqının nəticələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 və 308.1-ci maddələri ilə bəraət verilməlidir. Məhkəmə iclasında əldə edilən, biri digərini təkzib etməyən mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) külli miqdarda ziyan vurduqda, cinayət məsuliyyətinə səbəb olur. Həmin maddənin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Şərh edilən cinayət əməlinin obyektiv cəhəti meşə fonduna aid olan meşələrdə, qoruqlarda, milli və ya təbii parklarda, habelə meşə fonduna aid olmayan ərazilərdən ağacların və kolların külli miqdarda ziyan vurmaya səbəb olan qanunsuz kəsilməsində ifadə olunur. Qeyd edilən maddədə nəzərdə tutulmuş cinayətin predmeti köküstə yaş (qurumamış) ağac və kollar ola bilər. Təqsirləndirilən şəxs verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar 3-cü şəxslər üçün qanunsuz üstünlük əldə edilməsi məqsədi ilə, yəni Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən, Şahid3 məxsus qeyri-yaşayış obyektini genişləndirmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, ETSN-in müvafiq razılığı olmadan 2020-ci ilin fevral ayında həmin qeyri-yaşayış obyektinin yanında yaş halda olan 1 ədəd Eldar şamı cinsindən olan ağacı köküstə kəsilməsi barədə cinayətdən xəbərsiz olan Şahid2 qanunsuz göstəriş vermiş və sonuncu tərəfindən həmin ağacın kəsilməsi nəticəsində təbiətə külli miqdarda, yəni 18.000 manat məbləğində maddi ziyan vurmaqla, ətraf mühitin, ekoloji tarazlığın mühafizəsi sahəsində cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə ilk öncə cinayətin predmeti olmuş və verilmiş ittihamın əsasını təşkil edən ağacın növü (cinsi) və təbiətə dəymiş ziyanın məbləği barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayətin predmeti olan ağacın cinsinin məhz Eldar şamı olması 18 fevral 2020-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X6 və X1 Göyçay şəhəri üzrə birinci qrupun əməkdaşı, baş məsləhətçi Şahid1 tərtib etdiyi 014 saylı aktla, 04 mart 2020-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi, müfəttiş Şahid4 və məsləhətçisi, müfəttiş Şahid5 tərəfindən tərtib olunmuş aktla və həmin aktlar əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2020-ci il tarixli 9/1338-7/225 saylı rəyi ilə müəyyən olunmuşdur. İttiham tərəfi qeyd olunan aktlara və ekspert rəyinə əsaslanaraq, kəsilən ağacın Eldar şamı növundə olmasını, ağacın kəsilməsi nəticəsində təbiətə 18.000 manat zərər vurulmasını əsas götürərək, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 259.2.4 və 308.1-ci maddələri ilə ittiham irəli sürmüşdür. Məhkəmə sözügedən aktlar və ekspert rəyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin aktlarda iş üçün əhəmiyyətli olan kəsilmiş ağaca dair bioloji məlumatlar tam və ətraflı göstərilməmiş, yalnız aktı tərtib etmiş şəxslərin öz mülahizələri qeyd edilmiş, akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmiş, eyni zamanda 18 fevral 2020-ci il tarixli aktda şəhər bələdiyyəsinin bir gün sonrakı – yəni, 19 fevral 2020-ci il tarixli məktubuna əsaslanmışdır. Bütün bu hallar onu deməyə əsas verir ki, 18 fevral 2020-ci il tarixli akt yalnız baş məsləhətçi Şahid1 tərəfindən formal olaraq tərtib edilmişdir və orada göstərilən məlumatlar subyektiv xarakter daşıyır. Həmin aktın məzmunundan da görünür ki, 18 fevral 2020-ci il tarixdə tərtib edilmiş aktda, şəhər bələdiyyəsinin 19 fevral 2020-ci il tarixli məktubuna istinad edilməsi və Şahid1 tərəfindən təkbaşına tərtib edilməsi həmin aktın şübhə altına alınmasına kifayət qədər əsas verir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2020-ci il tarixli 9/1338-7/225 saylı rəyindən görünür ki, həmin rəy 18 fevral 2020-ci il və 04 mart 2020-ci il tarixli aktlar əsasında verilmiş, sonradan təyin edilmiş ekspertiza zamanı həmin aktların tədqiqat xarakterli olmadığı, yəni həmin aktlarda zəruri bioloji məlumatların göstərilmədiyi ekpertlərin özləri tərəfindən vurğulanmaqla, istintaq aparan orqandan əlavə məlumatların (aqronom-mütəxəssis rəyinin) təqdim edilməsi xahiş olunmuşdur. Lakin, istintaq orqanı mübahisəli əraziyə baxış keçirmədən, ağacın kök gövdəsinin üzərinin betonlandığını qeyd etməklə, müvafiq məlumatların ekspertizaya təqdim olunmasını təşkil etməmiş və məhz bu səbəbdən ekspertiza keçirilməsindən imtina edilmişdir. Halbuki, iş materiallarında olan fotoşəkillərdən və məhkəmə istintaqı zamanı təyin edilmiş ekspertizanın nəticələrinə dair verilmiş mütəxəssis və ekspert rəylərindən göründüyü kimi, ağacın kök gövdəsinin olduğu yer qeyri-yaşayış sahəsinin daxilində yerləşsə də, üzəri betonlanmamış, həmin ağacın kök gövdəsinə baxış keçirilməsi, nümunə kimi qabığının götürülməsi, diametrinin ölçülməsi, yaşının müəyyən edilməsi və digər zəruri məlumatların əldə edilməsi mahiyyət etibarı ilə mümkün olmuşdur. İstintaq orqanı həqiqətə nail olmaq üçün ekspert tərəfindən verilmiş vəsatəti əsassız olaraq təmin etməmiş, tələb olunan zəruri bioloji məlumatları təqdim etməməklə ittihamı şübhə altına almış və nəticədə şübhəli sübutlar əsasında qanunsuz olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.2.4 və 308.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlarla (müvafiq biliklərə malik olan mütəxəssislərin və ekspertlərin rəyləri) müəyyən olunmuşdur ki, kəsilmiş ağac Eldar şamı deyil, həmişəyaşıl sərv ağacıdır və təqsirləndirilən şəxs tərəfindən təbiətə vurulmuş ziyanın məbləği 18.000 manat təşkil etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə verilmiş ittiham kəsilmiş ağacın növünə və təbiətə vurulmuş ziyanın məbləğinə aid hissədə əsaslı deyil, mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istər təqsirləndirilən, istərsə də Şahid2 ifadələri ilə təsdiq olundu ki, təqsirləndirilən şəxsin göstərişi əsasında tədbirlər planına uyğun olaraq ETSN-in öncədən razılığını almaqla bir çox ağaclarda budama işləri aparılmışdır. Lakin hazırda cinayətin predmeti olan həmişəyaşıl sərv ağacı ətrafda yaşayan sakinlər, tikililər və nəqliyyat vasitələri, həmçinin ərazidən keçən elektrik naqilləri üçün təhlükə törətdiyindən kəsilmiş, ittiham aktında göstərildiyi kimi cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zidd olaraq deyil, cəmiyyətin mənafeyinə uyğun olaraq, ərazidə yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün kəsilmişdir. Məhkəmə ittihamın cinayət predmetinə aid olan ağacın meşə fonduna daxil olmayan ərazidən kəsilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı mübahisəli ərazinin meşə fonduna daxil olmayan ərazi olmasına dair hər hansı mötəbər sübutu əldə etmədən, təqsirləndirilən şəxsə qarşı meşə fonduna daxil olmayan ərazidən ağacın qanunsuz kəsilməsi barədə göstəriş verməsinə görə ittiham irəli sürmüşdür. Məhkəmənin sorğusuna əsasən «xxxx» MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsi elektron məlumat bazasında mövcud olan Göyçay rayonu Göyçay bələdiyyəsinə aid DWJ məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlarına (ümumi istifadədə olan) aiddir. Bundan başqa, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş 20 iyul 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, cinayət işinin predmeti olan ağacın kəsildiyi ərazi ilə həmsərhəd ərazidə yerləşən qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinə aid torpaq sahəsidir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 1-ci maddəsinə görə, meşə dedikdə bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti başa düşülür. Azərbaycan Respublikası Meşə Məcəlləsi meşələrin iki növünü fərqləndirmişdir: 1) meşə fonduna daxil olan meşələr (6-cı maddənin 1-ci hissəsi); 2) meşə fonduna daxil olmayan ağac-kol bitkiləri və digər yaşıllıqlar (7-ci maddə). Azərbaycan Respublikası Meşə Məcəlləsinin 7-ci maddəsində meşə fonduna daxil olmayan yaşıllıqların dəqiq dairəsi müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar (bu Məcəllənin 74-cü maddəsi nəzərə alınmaqla); xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar; kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər); ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar); məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar) yaşıllıqlar meşə fonduna daxil deyildir. Maddi hüquq normasının mənasından göründüyü kimi, yaşayış məntəqələrinə aid torpaq sahələrində olan yaşıllıqlar meşə fonduna daxil olmayan yaşıllıq hesab edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan meşə fonduna daxil olmayan yaşıllıqlar yalnız Meşə Məcəlləsinin 7-ci maddəsində nəzərdə tutulan ərazilərdən götürüldükdə (kəsildikdə) cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlarla təsdiq olunur ki, kəsilmiş ağac ittiham aktında göstərildiyi kimi «meşə fonduna daxil olmayan» ərazidən deyil, Göyçay şəhər bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid ərazidən kəsilmişdir. Belə olan halda, təqsirləndirilən şəxs şəhər bələdiyyəsinin mülkiyyətində olan və yaşayış məntəqələrinə aid ərazidən ağacının kəsilməsinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Çünki, Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsinə əsasən yalnız meşələrdən, xüsusi mühafizə olunan təbiət ərazilərindən və meşə fonduna daxil olmayan ərazilərdən yaşıllıqların kəsilməsi nəticəsində təbiətə 1.000 manatdan artıq ziyan vurulduqda cinayət məsuliyyətinə səbəb olur. “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na 1 №-li əlavəyə (Fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması üçün miqdar cədvəli) əsasən diametri - 36, 1-40 santimetr olan hər bir ağac tikinti və abadlaşdırma məqsədi ilə kəsildikdə (götürüldükdə) 800 manat, tikinti və abadlaşdırma istisna olmaq kəsildikdə (götürüldükdə) isə 400 manat təbiətə dəymiş ziyan ödənilməlidir. Göründüyü kimi, cinayətin predmeti olan həmişəyaşıl sərv ağacının kəsilməsi nəticəsində təbiətə xeyli miqdar hesab edilən məbləğdə ziyan dəymədiyindən, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 259.2.4-cü maddəsi ilə ittiham irəli sürülə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin «Qeyd» hissəsində nəzərdə tutulmuş «vəzifəli şəxs» anlayışının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarından göründüyü kimi, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Məhkəmə iclasında toplanmış mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üstünlük əldə etmək məqsədi ilə, yəni Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən ərazidə Şahid3 tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin genişləndirilməsi məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq qanunla müəyyən olunmuş qaydada qabaqcadan müvafiq razılıq almadan bir ədəd Eldar şamı cinsindən olan ağacın köküstə kəsilməsi barədə göstəriş verməmiş, bunun nəticəsində təbiətə külli miqdarda maddi ziyan vurmamış, ətraf mühitin, ekoloji tarazlığın mühafizəsi sahəsində cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, həmişəyaşıl sərv ağacının kəsilməsi nəticəsində təqsirləndirilən şəxs, üçüncü şəxslər üçün birbaşa və ya dolayı şəkildə hər hansı üstünlük əldə etməmiş, vətəndaş Şahid3 həmin ağac kəsilməmişdən öncə ağacın yerləşdiyi torpaq sahəsinin ona satılması ilə bağlı təqsirləndirilən şəxsə heç bir müraciəti olmamış, ağac kəsildikdən sonra da Şahid3 təqsirləndirilən şəxslə hər hansı qanunazidd təması olmamış, Şahid3 qeyri-yaşayış obyektinin sahəsinin artırılması ilə bağlı razılığı təqsirləndirilən şəxsdən deyil, icra hakimiyyətindən almışdır. Şahid3 həmin ərazidə ağac kəsilməmişdən öncə də icra hakimiyyətindən razılıq almaqla inşa etdiyi 25 m2 sahəsi olan obyekti mövcud olmuşdur. Bu səbəbdən, təqsirləndirilən şəxsə verilmiş ittiham - vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə aid hissədə də əsaslı deyildir. Şəxsin CM-in 308.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb edilməsi üçün o, xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxslər qarşısında üstünlük əldə etməli, eyni zamanda bu hərəkətləri ilə cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etməsi və bunun nəticəsində cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması halı toplanmış və tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilir. Məhkəmə, məhkəmə istintaqında əldə edilən, qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş, Təqsirləndirilən şəxs əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 259.2.4 və 308.1-ci maddələri ilə ittiham elan etmişdir. Məhkəmə baxılan iş üzrə gəldiyi nəticəni bir sıra prosessual hüqüq normaları baxımından əsaslandırılmasını məqsədə müvafiq hesab edir. Belə ki, prosessual qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanda istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə bu qayda əldə edilmiş məlumatların mötəbərliyini təmin etməyə yönəldilmişdir. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, istər 18 fevral 2020-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X6 və X1 Göyçay şəhəri üzrə birinci qrupun əməkdaşı, baş məsləhətçi Şahid1 tərtib etdiyi 014 saylı akt, istər 04 mart 2020-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi, müfəttiş Şahid4 və məsləhətçisi, müfəttiş Şahid5 tərəfindən tərtib olunmuş akt, istərsə də həmin aktlar əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib olunmuş 17 iyun 2020-ci il tarixli 9/1338-7/225 saylı rəy mötəbər sübut növü kimi qiymətləndirilə bilməz, onların mötəbərliyi əsaslı şübhə doğurmaqla, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində müəyyən edilmiş proseduraya əməl edilmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən sənədlər, əşyalar və məlumatlar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Bu norma Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsaslanır. Konstitusiyanın 63-cü maddəsinin lV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçrilməsində istifadə edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı prosessual qanunvericiliyin təbələrinə müvafiq əldə edilmiş, təqsirləndirilən şəxsin təqsirini təsdiq edən hər hansı bir mötəbər sübut müəyyən edilmədi. Bundan əlavə cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan - təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirili olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Cinayət mühakimə icraatının ümumi prinsipləri və şərtləri cinayət təqibinin həyata keçirilməsi üzrə fəaliyyətin ümumi normativ hüdudlarını müəyyən edir. Ona görə də, istənilən prosessual hərəkətin edilməsi və prosessual qərarın qəbulu yalnız bu prinsip və şərtlərin tələblərinə tam dolğunluğu ilə riayət edildikdə qanuni və əsaslandırılımış olacaqdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 126.3-cü maddəsinə əsasən, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut növü kimi istifadə edilə bilməz. 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. «Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə» qərarında Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Həmçinin «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hoanq Fransaya qarşı» işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Bu maddənin İİ hissəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. (CPM-ni 351.2-ci maddə). Həmin Məcəllənin CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, həmin Məcəllənin 42.1.2-ci maddəsinə görə əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir». Bu baxımdan məhkəmə hesab edir ki, cinayət tərkibi olmayan əmələ görə şəxsə bəraət verməklə ədaləti bərqərar etmiş olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na 1 №-li əlavəyə (Fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması üçün miqdar cədvəli) əsasən, Təqsirləndirilən şəxs tərəfindən kəsilməsinə göstəriş verilmiş 1 ədəd həmişəyaşıl sərv ağacının kəsilməsi nəticəsində təbiətə ziyan vurulmuşdur. Məhz bu səbəbdən zərər çəkmiş şəxsə, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qarşı təbiətə vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə aidiyyəti birinci instansiya məhkəməsinə müraciət etməsi tövsiyə olunur. Məhkəmə həmçinin vurğulayır ki, Təqsirləndirilən şəxs tərəfindən kəsilməsinə göstəriş verilmiş 1 ədəd həmişəyaşıl sərv ağacının kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği inzibati məsuliyyət yaratdığı üçün, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 253-cü maddəsinin tərkib əlamətlərinin mövcud olubolmamasını yoxlamaq üçün materiallar Göyçay rayon prokurorluğuna göndərilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və bəraət hökmü çıxarmış məhkəmə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hüquqlarını 7 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 7 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 42 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə ekspertiza xərci olan 290 manat pul dövlət büdcəsinə aid edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 350-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 259.2.4 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığına görə ona bəraət verilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 7 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 42 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar