Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-12/2023 28.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı3, Müdafiəçi1, Zərərçəkmiş şəxs, nümayəndəsi (atası) X1 iştirakı ilə, xx xxxx 1994-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmamış, evli, himayəsində bir azyaşlı uşağı olan, Göyçay rayonun Qızılağac kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 05 fevral 2022-ci il tarixdə saat 15 radələrində öz mülkiyyətində olan Chevrolet Cruze markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi ilə idarə edərkən Göyçay şəhəri Natəvan küçəsində “Olimpiya” İdman kompleksi tərəfdən üzü Göyçay şəhəri istiqamətində hərəkət etdirərkən Natəvan küçəsi ilə Göyçay-Cəyirli avtomobil yolunun ayrıcısına (kəsişməsinə) çatıb “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq svetoforun yaşıl işığında sola dönərkən, qarşıdan düzünə gedən nəqliyyat vasitəsinə yol verməli olduğu halda, yəni idarə etdiyi avtomobili svetoforun yaşıl işığından sonra yaşıl işığında yolayrıcına daxil edib sola döndərməzdən əvvəl qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı və qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə həmin nəqliyat vasitəsinə yol verməli olduğu halda qeyd olunan maddənin həmin tələblərinə əməl etməməsi səbəbindən, Göyçay- Cəyirli avtomobil yoluna dönmək istəyərkən hərəkətini tamamlamaq üçün həmin kəsişmədə yerləşən svetoforun sarı işığında yolayrıcısına daxil olub Göyçay-Cəyirli avtomobil yoluna dönüb əks yola çıxmış və həmin vaxt əks yolda hərəkətdə olan, yəni Natəvan küçəsi ilə üzü “Olimpiya” İdman kompleksi istiqamətində Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi atası X2 məxsus VAZ 21074 markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfindən dəyərək toqquşmuş, sonuncu avtomobil qarşıya sağa istiqamətlənib Göyçay-Cəyirli avtomobil yolun sağ tərəfində Natəvan küçəsinə dönüb hərəkətə davam etmək üçün dayanmış vəziyyətdə olan Şahid3 məxsus “Ford Transit” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəyərək dayanmış, nəticədə ehtiyyatsızlıqdan VAZ 21074 markalı **-TC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol bud, sol bazu, sol incik, sol iç topuq, sağ mil, dirsək sümüklərinin distal uclarının qapalı, yerdəyişən sınıqlarından, sağ və sol mil sinirlərinin travmatik nevropatiyaların funksiyalarının mülayim - kobud pozulmaları, ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla 20-15% əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi ilə nəticələnən dərəcəsinə görə səhhətini uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törədib yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 05 fevral 2022-ci il tarixdə saat 15 radələrində idarə etdiyi Chevroloet Cruze markalı 99- VC-736 dövlət nömrə nişanlı avtomobillə Göyçay şəhəri Natəvan küçəsi ilə X6 tərəfdən şəhərə doğru saatda 50 km saatda hərəkət edən zaman, avtomobilində qarşı sağ oturacaqda atası Şahid2 oturmuşdur. Natəvan küçəsi ilə hərəkət edərkən Göyçay-Cəyirli avtomobil yolunun kəsişməsinə çatanda svetoforda onun hərəkəti üçün yaşıl işıq yanmışdır. Sol tərəfə, yəni Göyçay-Cəyirli avtomobil yoluna dönmək üçün sürəti azaltmış, sola dönmə işıqlarını yandıraraq təxminən 20 km surətlə svetofora yaxınlaşmışdır. Həmin vaxt svetoforun sarı işıq yanmış, lakin hərəkətini tamamlamaq üçün öz hərəkət zolağında, yəni sol zolaqda həmin surətlə işıqfordan bir qədər qarşıya gedərək əks istiqamətdə, yəni İdman kompleksinə tərəf gedən nömrələrini və markalarını xatırlamadığı 2 avtomobili buraxmış, sola hərəkətə davam etmək istəyən zaman, təxminən 3-4 metr məsafə qət edib əks yola çıxaraq 1 metr getmişdir ki, qarşı tərəfdən ağ rəngli VAZ 2107 markalı **-TC-*** nömrəli avtomobil gələrək sol qarşı tərəfi ilə onun idarə etdiyi Chevroloet Cruze markalı **-VC-*** dövlət nömrə nişanlı avtomobilinin qarşısından dəyərək toqquşma baş vermiş, sonra isə həmin avtomobil Göyçay-Cəyirli avtomobil yolunun kəsişməsində İdman kompleksinə tərəf dönmək üçün dayanmış “Ford Transit” markalı **-BT-*** dövlət nömrə nişanlı avtomobilin qarşısına çırpılaraq dayanmışıdr. Zərbənin təsirindən idarə etdiyi Chevroloet Cruze markalı **-VC-*** dövlət nömrə nişanlı avtomobil yerində fırlanaraq üzü İdman Kompleksinə tərəf dayanmışdır. Onun döş qəfəsinin yuxarı hissəsi sükana dəydiyindən sıxılmışdır, sağ qarşı tərəfdə isə təhlükəsilzik hava yastığı açılaraq atası Şahid2 boynundan dəymişdir. Lakin ciddi hər hansı xəsarət almamışlar. Atası Şahid2la dərhal avtomobildən yerə düşmüşlər. “Ford Transit” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 və İmamverdi avtomobildən yerə düşmüşlər və onlar da xəsarət almamışlar. Onlar ağ rəngli VAZ 2107 markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar, həmin avtomobil çox əzilmişdir, Zərərçəkmiş şəxs isə xəsarət almış və huşu özündə olmamışdır. Bir az sonra hadisə yerinə Təcili tibbi yardım avtomobili gəlmişdir. Hadisə yerinə toplaşanlarla köməkləşib atası Seyran, “Ford Transit” markalı **- BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İlkin və yanında olan İmamverdi Rişadı VAZ 2107 markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan çıxararaq Təcili tibbi yardım avtomobilinə qoyub xəstəxanaya yola salmışlar. Chevroloet Cruze markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilini yolun ortasından çəkmişdir ki, avtomobil yolunda tıxac yaranmasın və yolun kənarında olan təhlükəsiz şəhər kamerasının dirəyinin yanında saxlayaraq hadisə yerində polisləri gözləmişdir. Hadisə yerinə gələn polis əməkdaşları hal şahidləri dəvət edərək onun və “Ford Transit” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Şahid3 ilə birlikdə hadisənin hansı şəraitdə baş verdiyini danışmışlar. Yolun hansı hissəsində toqquşmanın baş verdiyini göstərmişdir. Hadisə yerinin ölçüləri götürülərək sxem və fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra onlar tərəfindən imzalanmışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə bağlı təklif etmiş, lakin zərərçəkmiş şəxs dəymiş ziyanı götürməkdən imtina edərək daha böyük məbləğ tələb etmişdir. İş üzrə Zərərçəkmiş şəxs göstərmişdir ki, VAZ 21074 markalı 90- TC-428 dövlət qeydiyyat nişanlı avtomobil atası Cümşüd Salmanova məxsusdur. Sürücülük vəsiqəsi yoxdur. Lakin avtomobil idarə edə bilir və atası Cümşüdün icazəsi ilə VAZ 21074 markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 05 fevral 2022-ci il tarixdə 15 radələrində atası Cümşüddə məxsus VAZ 21074 markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 40 km surətlə öz hərəkət yolunda, sol zolaqla Göyçay şəhərindən, yaşadıqları Göyçay rayonu Hacalıkənd kəndinə qayıdarkən Göyçay-Cəyirli avtomobil yolu ilə kəsişməyə çatanda qarşıda svetoforun sarı işığı yanmış, lakin sarı işığa keçməyə icazə olduğu üçün hərəkətini tamamlamaq üçün avtomobili dayandırmamış, öz hərəkət zolağı ilə, yəni sol zolaqla 40 km saatda surətlə hərəkəti davam etdirmişdir. Həmin vaxt isə qarşıdan əks yol ilə X6 tərəfdən kəsişməyə yaxınlaşan Təqsirləndirilən şəxs idarə etdiyi tünd göy rəngli Chevroloet Cruze markalı nömrəsini sonra bildiyi **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil Göyçay-Cəyirli avtomobil yoluna dönərək qəflətən onun qarşısına çıxmışdır. Sükanı sağa alsa da, artıq gec olmuş və həmin Chevroloet Cruze markalı avtomobil ilə toqquşmuşlar. Nəticədə onun idarə etdiyi VAZ 21074 markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil sağa istiqamətlənərək kəsişmədə Göyçay-Cəyirli avtomobil yolunda svetofordan qarşıda Natəvan küçəsinə dönmək üçün dayanmış vəziyyətdə olan Şahid3 idarə etdiyi “Ford Transit” markalı **-BT-*** dövlət nömrə nişanlı avtomobilinə dəyib dayanmışıdr. Hadisə zamanı aldığı xəsarətlərdən özünü itirmişdir. Hadisə nəticəsində ağır dərəcəli bədən xəsarəti almış, ona dəymiş ziyan zərərçəkmiş şəxs tərəfindən ödənilməmişdir. Buna görə də mülki iddia ilə məhkəməyə müraciət edərək müalicəsi üçün götürülmüş 3000 manat kreditin, 8.300 manat pulun və avtomobilinə dəymiş 7200 manat pulun təqsirləndirilən şəxsdən alinıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində qanuni tədbirlər görülməsini xahiş edir. Zərərçəkmiş şəxs nümayəndəsi X4 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, özünə məxsus ağ rəngli “Ford Transit” markalı **-BT-*** dövlət nömrə nişanlı Furqon yük avtomobili vardır. 05 fevral 2022-ci il tarixdə saat 15 radələrində “Ford Transit” markalı **-BT-*** dövlət nömrə nişanlı avtomobili ilə Göyçay- Cəyirli avtomobili hərəkətdə olarkən yanında qonşusu Şahid1 olmuşdur. Göyçay-Cəyirli yolu ilə Natəvan küçəsinin kəsişməsində işıqforun qırmızı işığı yandığından avtomobili sağ zolaqda saxlamışdır ki, yaşıl işıq yananda sağa Natəvan küçəsinə dönüb X5 tərəf hərəkətinə davam etdirsin. İşıqforda dayanan zaman onun hərəkəti üçün yaşıl işıq yanmamışdan, sarı işıq yanan vaxtı avtomobilini bir qədər yerindən tərpətmiş, işıqforun altından kəsişməyə çatmamış Natəvan küçəsi ilə sol tərəfdən, yəni şəhər tərəfdən üzü X5 tərəf ağ rəngli VAZ 2107 markalı **-TC- *** nömrəli avtomobilin gəldiyini görmüş avtomobili tam saxlamışdır. Həmin vaxt həmin ağ rəngli VAZ 2107 markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına X6 tərəfdən gələrək az sürtələ Göyçay-Cəyirli yoluna dönmək istəyən Chevroloet Cruze markalı **-VC-*** dövlət nömrə nişanlı avtomobil çıxmış və VAZ 2107 markalı **-TC-*** nömrəli avtomobilin yolunda, yəni hərəkət zolağında toqquşma baş vermişdir. Zərbənin təsirindən ağ rəngli VAZ 2107 markalı 90- TC-428 dövlət qeydiyyat nişanlı avtomobil istiqamətini dəyişib onun dayanmış vəziyyətdə olan “Ford Transit” markalı **-BT-*** dövlət nömrə nişanlı avtomobilinin qarşı tərəfindən dəymiş, Chevroloet Cruze markalı **-VC-*** dövlət nömrə nişanlı avtomobil isə yerində fırlanaraq üzü İdman Kompleksinə tərəf dayanmışdır. Chevroloet Cruze markalı **-VC-*** dövlət nömrə nişanlı avtomobil təxminən 20 km surətlə hərəkət edərək dönmüş, VAZ 2107 markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hansı sürətlə hərəkət etməsini bilməmişdir. Şahid1 ilə birlikdə dərhal avtomobildən yerə düşmüşlər. Yerə düşdükdə Chevroloet Cruze markalı **-VC-*** dövlət nömrə nişanlı avtomobildən sükan arxasından Təqsirləndirilən şəxs və qarşı sağ oturacaqdan atası Seyran düşmüşlər. Kamil və atası Seyranın sifətlərində və bədəni üzərilərində xəsarət izləri olmamışdır. Kamil və atası Seyran toplaşanlardan təcili yardım xidmətinə zəng vurmasını xahiş etmişlər. Onlar hamısı ağ rəngli VAZ 2107 markalı **-TC- *** nömrəli avtomobilə yaxınlaşmışlar. Həmin avtomobildə Zərərçəkmiş şəxs xəsarət almışdır və özündə olmamışdır. Kamil, atası Seyran və hadisə yerinə toplaşanlar Rişadı ağ rəngli VAZ 2107 markalı **-TC-*** nömrəli avtomobilin salonundan çıxarmışlar və hadisə yerinə gəlmiş Təcili yardım xidməti avtomobilinə qoyaraq xəstəxanaya yollamışlar. VAZ 2107 markalı **-TC-*** nömrəli avtomobilin salonunda başqa heç kim olmamışdır. Chevroloet Cruze markalı **-VC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Kamil avtomobili yolun ortasından yolun kənarına çəkib saxlamışdır ki, avtomobil yolu açılsın və onlar dayanıb polisləri gözləmişlər. Bir qədər sonra hadisə yerinə polislər gələrək hadisə yerini hal şahidlərinin, onun və Chevroloet Cruze markalı **-VC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs iştirakı ilə müayinə edərək sənədləşdirmə aparmışlar. Yolun ölçüləri götürülərək qeydlər aparılmış, fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. Həmin protokol ucadan oxunduqdan sonra Kamil və hal şahidləri tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə əlavə şahid qismində ifadə vermiş X7 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı-Qazax yolunun Bərgüşad yolu ərazisində baş vermiş avtomobil qəzası zamanı hadisə yerində olmuş, digər vətəndaşların iştirakı ilə, Zərərçəkmiş şəxs VAZ 21074 markalı **-TC-*** dövlət nömrə nişanlı avtomobildən çıxararaq yolun kənarına qoymuşdur. İlkin yardım göstərmişdir. Daha sonra orda olan vətəndaşlar Təcili yardıma zəng vurmuşlar, təcili yardım avtomobili gəldikdən sonra Zərərçəkmiş şəxs avtomobilə yerləşdirərək onu xəstəxanaya aparmışlar. Məhkəmədə əlavə şahid qismində ifadə vermiş X3 şahid X7 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının 07 fevral 2022-ci il tarixli 64 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sol bud, sol bazu, sol incik, sol iç topuq, sağ mil, dirsək sümüklərinin distal uclarının qapalı, yerdəyişən sınıqları -küt-bərk əşyanın təsirindən törənmişlər, sağ və sol mil sinirlərinin travmatik nevropatiyaların funksiyalarının mülayim - kobud pozulmaları ilə nətəicələnənküt-bərk əşyanın təsirindən törənmişlər, ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla 20-15% əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi - törənmə müddətləri qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2022-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və həm ayrı-ayrılqıda, həmdəki ümumilikdə dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir.
1. Cinayət işinə əlavə edilmiş Məhkəmə-ekspertiza mərkəzindən 31 may 2022-ci il tarixli, 8/1211 saylı rəyindən görünür ki, Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “Vaz 21074” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. Sürücü Zərərçəkmiş şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.
2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Chevroloet Cruze” markalı 99- VC-736 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin 1- ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 fevral 2022-ci il tarixdə saat 15 radələrində öz mülkiyyətində olan Chevrolet Cruze markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi ilə Göyçay şəhəri Natəvan küçəsində “Olimpiya” İdman kompleksi tərəfdən üzü Göyçay şəhəri istiqamətində hərəkət etdirərkən Natəvan küçəsi ilə Göyçay-Cəyirli avtomobil yolunun ayrıcısına (kəsişməsinə) çatıb “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq svetoforun yaşıl işığında sola dönərkən, qarşıdan düzünə gedən nəqliyyat vasitəsinə yol verməli olduğu halda, yəni idarə etdiyi avtomobili svetoforun yaşıl işığından sonra yaşıl işığında yolayrıcına daxil edib sola döndərməzdən əvvəl qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı və qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə həmin nəqliyat vasitəsinə yol verməli olduğu halda qeyd olunan maddənin həmin tələblərinə əməl etməməsi səbəbindən, Göyçay- Cəyirli avtomobil yoluna dönmək istəyərkən hərəkətini tamamlamaq üçün həmin kəsişmədə yerləşən svetoforun sarı işığında yolayrıcısına daxil olub Göyçay-Cəyirli avtomobil yoluna dönüb əks yola çıxmış və həmin vaxt əks yolda hərəkətdə olan, yəni Natəvan küçəsi ilə üzü “Olimpiya” İdman kompleksi istiqamətində Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21074 markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfindən dəyərək toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan VAZ 21074 markalı **-TC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol bud, sol bazu, sol incik, sol iç topuq, sağ mil, dirsək sümüklərinin distal uclarının qapalı, yerdəyişən sınıqlarından, sağ və sol mil sinirlərinin travmatik nevropatiyaların funksiyalarının mülayim kobud pozulmaları, ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla 20-15% əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi ilə nəticələnən dərəcəsinə görə səhhətini uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törədib yol hərəkəti qaydalarını pozmaqla Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində qeyd edilmişdir ki törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, məhkəmə baxışının normal gedişinə mane olmamasını nəzərə alıb, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm icraya yönələnədək dəyişdirilmədən saxlanılmasını mümkün hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm icraya yönələnədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddiaçı olan Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı qaldırdığı mülki iddianın əsaslarına dair zərərçəkmiş şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyini əsas götürərək, məhkəmə hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 3000 manat kreditin, 8.300 manat pulun və avtomobilinə dəymiş 7200 manat pulun tutulmasına dair mülki iddiası baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 85 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 354 , 381, 384 -cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 85 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.