Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-12/2024 29.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonun Yeniarx kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, səhər saat 07 radələrində “Vaz 21063” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Göyçay-Ucar avtomobil yolu ilə hərəkətdə olarkən həmin yolun Göyçay rayonu, Müskürlü kəndi ərazisindən keçən hissəsində həmin vaxt yolun sağ kənar hissəsində dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz C 240” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönmə işıq siqnalını yandırıb geriyə manevr etməsini, yəni hərəkət üçün təhlükə yarandığını görüb kifayət qədər əsas olmadan yol-nəqliyyat hadisəsinin qarşısını alacağını güman edərək hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına dair “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etmədən hərəkət sürətini azaltmaq üçün mümkün olan heç bir tədbir görməyib hərəkətini davam etdirərək Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz C 240” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, nəticədə ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən sol bazu sümüyünün cərrahi boynunun qapalı, yerdəyişmiş sınığı, postravmatik ağırlaşmış kataraktanın ekstrapsiyası əməliyyatdan sonrakı vəziyyət, artifaksiya və görmə siniri məməciyinin hissəvi aftrofiyası xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, Göyçay rayonu. Yeniarx kəndində ailə üzvləri ilə birlikdə yaşayır və özünə məxsus olan VAZ 21063 minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə kənd təsərrüfatı mallarını daşıyıb bazarda satışı ilə məşğul olur. Öz adına və özünə məxsus olan VAZ 21063 minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili sürücülük vəsiqəsi olmaqla idarə edir. xx.xx.2023-cü il tarixdə, səhər saat 07 radələrində həmin avtomobil ilə Göyçay rayonundan Ucar rayonuna gedirmiş ki, avtomobilin içərisində olan meyvə və digər kənd təsərrüfatı mallarını bazarda satsın. Göyçay rayonu, Müskürlü kəndi ərazisindən keçərkən avtomobilinin hərəkət sürəti saatda 50 km idi. Həmin vaxt təxminən 50 metr məsafədən görmüşdür ki, onunla eyni istiqamətdə yolun sağ kənarında boz rəngli, “Mercedes Benz C class” markalı, dövlət qeydiyyat nişanına diqqət etmədiyi bir avtomobil dayanıb. Həmin vaxt hərəkət sürətini dəyişdirmədən yoluna davam etmişdir. “Mercedes Benz C class” markalı avtomobilə çatmağa təxminən 10 metr məsafə qalmış həmin avtomobil geriyə dönmə əməliyyatına başlamışdır. Bu vaxt o, tormozlama edə bilməmiş və avtomobilinin ön hissəsi qeyd edilən avtomobilin ön sol hissəsinə çırpılmışdır. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri almışdır. Bir qədər sonra hadisə yerinə kənardan tanımadığı şəxslər toplaşmışlar və köməkli şəkildə onu avtomobildən çıxartmışlar. Onu avtomobildən çıxardan şəxslər arasında qardaşı da var idi, lakin qardaşı hadisə yerinə sonradan gəlmişdir. Orada olan şəxslər təcili-tibbi yardım avtomobilinə «zəng edib hadisə yerinə çağırmışlar. Bir qədər keçmiş hadisə yerinə təcili-tibbi yardım avtomobili gəlmiş və onu xəstəxanaya aparmışdır.Hazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş zərəri aradan qaldırmış,ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, özünə məxsus Mercedes Benz C class markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili var və BCE kateqoriyalı sürücülük vəsiqəsi əsasında həmin avtomobili idarə etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində qızı Aynur ilə Göyçay rayonundan Ucar rayonuna getmişdir. Həmin vaxt Aynur ön sərnişin oturacağında əyləşmişdir. Göyçay rayonu, Müskürlü kəndini çıxandan təxminən 50-60 metr sonra evdə unutduğu əşyanı götürmək üçün evə qayıtmaq məqsədi ilə yolun sağ kənarında avtomobili tam dayandırmış, sol yan güzgüdən, eləcə də avtomobilin salon güzgüsündən geriyə baxıb təxminən 100-150 metr məsafədən Vaz 2106 markalı, ağ rəngli avtomobilin onun olduğu istiqamətdə gəlməkdə olmasını görüb ara məsafəsinin çox olmasına görə həmin avtomobilin gəlib onun olduğu yerə çatanadək geriyə dönməni başa çatdıracağını düşünüb sola dönmə işıq siqnalını yandıraraq geriyə manevri etməyə başlamışdır. Geriyə manevri tam başa çatdırıb öz yoluna düzəlmişdir ki, Vaz 2106 markalı avtomobilin ön sol hissəsi onun idarə etdiyi avtomobilin ön sol hissəsinə çırpılmışdır. Nəticədə özü və digər avtomobildə olan sürücü xəsarət almışdır. Hadisə yerinə yolla keçən şəxslər yaxınlaşıb onlara köməklik göstərmişlər və təcili-tibbi yardım avtomobili gəlib onları xəstəxanaya aparmışdır. Hadisə nəticəsində onun sol qolu qırılmış və göz nahiyəsindən xəsarət almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər aradan qaldırılmış,ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, atası Mircəfərin özünə məxsus Mercedes Benz C class markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili var və BCE kateqoriyalı sürücülük vəsiqəsi əsasında həmin avtomobili idarə edir. xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində atası ilə Göyçay rayonundan Ucar rayonuna getmişdir. Həmin vaxt ön sərnişin oturacağında əyləşmişdir. Göyçay rayonu, Müskürlü kəndini çıxandan təxminən 50- 60 metr sonra evdə unutduqları əşyanı götürmək üçün evə qayıtmaq məqsədi ilə yolun sağ kənarında atası Mircəfər avtomobili tam dayandırmış, sol yan güzgüdən, eləcə də avtomobilin salon güzgüsündən geriyə baxmış, avtomobil gəlmədiyini görüb geriyə dönmə əməliyyatı aparmışdır. Geriyə manevri tam başa çatdırıb atası idarə etdiyi avtomobillə öz yoluna düzəlmişdir ki, VAZ 2106 markalı avtomobilin yüksək sürətlə dalğavari hərək etdiyini görmüşdür. Həmin avtomobilin ön sol hissəsi atasının idarə etdiyi avtomobilin ön sol hissəsinə çırpılmışdır. Nəticədə atası və digər avtomobildə olan sürücü xəsarət almışdır. Hadisə yerinə yolla keçən şəxslər yaxınlaşıb onlara köməklik göstərmişlər və təcili- tibbi yardım avtomobili gəlib onları xəstəxanaya aparmışdır. Hadisə nəticəsində heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək növbədə olmuş və rayon ərazisində xidmət aparmışdır. xx.xx.2023-cü il tarixdə, səhər saat 07 radələrində şöbənin növbətçi hissəsindən ona bildirilmişdir ki, Göyçay-Ucar avtomobil yolunun Müskürlü kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. O, bu barədə məlumat aldıqdan dərhal sonra həmin yerə yola düşmüşdür. Hadisə yerinə çatanda boz rəngli, Mercedes Benz C class markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ağ rəngli, Vaz 2106 markalı, 23- BM-803 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş vəziyyətdə olmasını görmüşdür. Hadisə yerində kənardan tanımadığı şəxslər də var idi. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət almışdır. Orada olan şəxslərin köməkliyi ilə həmin sürücülər təcili-tibbi yardım avtomobili ilə xəstəxanaya yola salınmışdır. Bir qədər sonra hadisə yerinə əməliyyat-istintaq qrupu gəlmiş və hadisə yerinə baxış keçirilmişdir. O, da hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Bundan sonra hadisə yerində olan həmin avtomobillər evakuator vasitəsi ilə duracağa aparılmışdır. Hadisə baş verdikdən sonra hadisə yerinə getdiyindən hadisənin necə baş verdiyini görməmişdir. Qeyd edilən ərazidə nə təhlükəsiz şəhər xidmətinə aid, nə də fərdi olaraq quraşdırılmış hər hansı videomüşahidə kamerası yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirdi ki, Ucar rayonu ərazisində yaşayır. Özünə məxsus Mercedes E class markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2023-cü il tarixdə, səhər saat 07 radələrində Göyçay-Ucar avtomobil yolunun Müskürlü kəndi ərazisindən avtomobili ilə keçərkən yolda Vaz 2106 markalı avtomobil ilə Mercedes C class markalı avtomobilin toqquşmuş vəziyyətdə olduğunu, yolun hərəkət hissəsinə çoxlu meyvə dağıldığını görmüşdür. Həmin vaxt avtomobilini yolun bir kənarında dayandırıb tez həmin avtomobillərə tərəf qaçmışdır. Onun kimi bir neçə nəfər yolla keçən şəxs də həmin avtomobillərə yaxınlaşmışlar. Ona məlum olmuşdur ki, hər iki avtomobildə yaralı şəxslər var. Orada olan şəxslərdən kimsə təcili-tibbi yardım avtomobili çağırmış və orada olan şəxslər birlikdə yaralı şəxsləri avtomobildən çıxarmışlar. O həmin vaxt hadisə barədə DİN-in 102 xidmətinə müraciət edib məlumat vermiş və bir qədər sonra öz işləri ilə bağlı getmişdir. Hadisə ilə bağlı deyəcəkləri bunlardır. Hadisə yerindən keçib gedərkən artıq hadisə baş verdiyindən hadisənin necə baş verdiyini görməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində ifadə vermiş Şahid4 bildirdi ki,xx.xx.2023-cü il tarixdə işə getməmişdir. Təqsirləndirilən şəxs oğlu ona zəng edərək, atasının yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. O, oğlu ilə birlikdə avtomobillə hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda avtomobillərin yararsız halda olduğunu görmüşdür. Hadisə yerində maraqlananda hər iki avtomobilin sürücüsü xəsarət aldığından xəstəxanaya apardıqlarını bildirmişlər. O, xəstəxanaya getmiş və xəstəxanada Təqsirləndirilən şəxs görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs xəsarət aldığından bədənində ağrılar olmuşdur. Digər otağa keçdikdə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs görmüş və Mircəfər ondan Təqsirləndirilən şəxs nəyi olduğunu soruşmuşdur. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun yeznəsi olduğunu bildirmişdir. Həmin vaxt Mircəfər ona səhv etdiyini, günah onda olduğunu və təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil yoluna çıxdığını və bu səbəbdən yol-nəqliyyat hadisəsi baş verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilkin mərhələdə kömək etsə də sonradan kömək etməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində ifadə vermiş Şahid6 bildirdi ki, Təqsirləndirilən şəxs atasıdır. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra atasını ilk önçə Ucar rayon Xəstəxanasına, sonra isə Göyçay rayon Xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs atasının yanına gələrək, günahın onda olduğunu və atasının müalicə xərclərini çəkəcəyini bildirmişdir. İşi aparan müstəntiq hər dəfə onlara qarşı tərəflə danışdığını və qarşı tərəfin təqsirini boynuna aldığını və pul tapıb barışığa gələcəyini demişdir. O, müstəntiqə qarşı tərəfdən yalnız atasının səhhətinin əvvəlki vəziyyətə qaytarılmasının istədiyini bildirmişdir. 2023-cü ilin dekabr ayının 1də müstəntiq onları polis şöbəsinə dəvət etmiş və qarşı tərəflə barışdıracağını demişdir. Müstəntiq barışıq adı ilə onu polis şöbəsinə dəvət etsə də, barışıq olmamış və Zərərçəkmiş şəxs qızı orada yol nəqliyyat hadisəsinin atasının günahı ucbatından baş verdiyini bildirmişdir. Həmin vaxt müstəntiq atasına ifadələrə imza etməyi təklif etmişdir. O, atasının görmə qabiliyyətinin zəif olduğunu və ifadələrlə tanış olduqdan sonra imza edəcəyini demişdir. Həmin vaxt müstəntiq etiraz edərək, onu çölə çıxartmış və atasına otaqda sənədləri imza etməyi bildirmişdir. O, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. 2023-cü ilin dekabr ayının 5-də təkrar DİN-in 102 xidmətinə zəng edərək dekabr ayının 1-də edilən müraciətin cavabsız olduğunu bildirmişdir. Bir müddət sonra müstəntiq atasına zəng etmiş və atama DİN-nin 102 xidmətinə müraciət etməsinin səbəbini soruşmuş və eyni zamanda atası Zərərçəkmiş şəxslə danışdığını və atasına dəymiş ziyanın ödəniləcəyini bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində ifadə vermiş X1 bildirdi ki, hadisədən sonra Zərərçəkmiş şəxs ona zəng edərək, yol-nəqliyyat hadisəsi baş verməsi barədə ona məlumat vermişdir. O, hadisə yerinə getmiş və orada tanıdığı şəxslərdən hadisə barədə maraqlananda ona hər iki avtomobilin sürücüsünün xəsarət aldığını və Ucar rayon Mərkəzi Xəstəxanasına apardıqlarını demişlər. O, Ucar rayon Xəstəxanasına getmişdir. Onlar sonra xəstələri götürüb Göyçay rayon Xəstəxanasına qayıtmışlar. Həmin vaxt Mircəfər ona qarşı tərəfin sürücüsünün müalicəsi ilə maraqlanmasını bildirmişdir. O, ilk öncə həkimlərə yaxınlaşıb Təqsirləndirilən şəxs müalicəsi ilə maraqlanmışdır. Sonra isə Mirəcəfər Abdullayevin müalicəsi ilə maraqlanmışdır. Sonradan Zərərçəkmiş şəxs ona dönmə əməliyyatı apararkən arxdan avtomobil gəlmədiyini görüb dönmə əməliyyatı apardığını və dönmə əməliyyatı apardıqdan sonra yoluna hərəkət etmək istədiyi vaxt qarşı tərəfdən sağ-sol hərəkət edən avtomobil gördüyünü və həmin avtomobil onun avtomobili ilə gəlib toqquşduğunu bildirmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 24 iyul 2023-cü il tarixli 362 nömrəli rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər –sol bud –çanaq oynağının çıxdığı, sirkə kasasın qapalı yerdəyişmiş sınığı, sağ diz oynağı nahiyəsində çapıq və buynuz qişanın mərkəzi zonada səthi bulanması küt bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və almış olduğu xəsarətlərin ağırlıq dərəcləri onun təkrar rentgen müayinəsinin nəticəsi alındıqdan, müalicəsi tam başa çatdıqdan və təkrar məhkəmə tibbi ekspertizası aparıldıqdan sonra yazılıb hüquq mühafizə orqanlarına təqdim olunacaq. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 22 avqust 2023-cü il tarixli 299 nömrəli rəyindən görünür ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Qəfər oğlunun məhkəmətibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bazu sümüyünün cərrahi boynunun qapalı, yerdəyişmiş sınığı, postravmatik ağırlaşmış kataraktanın ekstrapsiyası əməliyyatdan sonrakı vəziyyət, artifaksiya və görmə siniri məməciyinin hissəvi aftrofiyası kütbərk əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir, dərəcələrinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 25 noyabr 2023-cü il tarixli T819/2023 nömrəli rəyindən görünür ki,Vətəndaş Təqsirləndirilən şəxs sol budun arxa çıxığı, sirkə kasasının arxa divarının qəlpəli, yerdəyişmiş sınığı olmuşdur.Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşə əlavə edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 12 sentyabr 2023-cü il tarixli, 8/2438 saylı rəyindən məlum olur ki, Mercedes Benz C 240 markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Zərərçəkmiş şəxs Qəfər oğlunun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 42 ci maddəsinin 1 ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almaqda texniki imkanı olmuşdur. Vaz 21063 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almaqda texniki imkanı olmuşdur. İşə əlavə edilmiş təkrar məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 28 mart 2024-cü il tarixli, 8/636 saylı rəyindən məlum olur ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə, Mercedes Benz C240 markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı yerdən hərəkətə başlayaraq geriyə dönməyə başladığı anda VAZ 21063 markalı,** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 10 metr məsafədə olması real hadisə mexanizminə uyğun deyildir və real hadisə mexanizminə uyğun olmayan məlumat əsasında tədqiqat aparılmır. Mercedes Benz C 240 markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Zərərçəkmiş şəxs Qəfər oğlunun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 42 ci maddəsinin 1 ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almaqda texniki imkanı olmuşdur. Vaz 21063 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göyçay RPŞ-nin DYPB-dən daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına BD seriyalı 209853 nömrəli və Zərərçəkmiş şəxs adına AF 223206 saylı sürücülük vəsiqələri vardır. Sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətini təyin edən tibbi müayinəsinə dair” xx.xx.2023-cü il tarixli 209 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu yoxdur. Məhkəmənin icraatında hazırki iş üzrə Təqsirləndirilən şəxs digər cinayət işi üzrə zərərçəkmiş şəxs qismində olmasına dair cinayət işi vardır. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, səhər saat 07 radələrində “Vaz 21063” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Göyçay-Ucar avtomobil yolu ilə hərəkətdə olarkən həmin yolun Göyçay rayonu, Müskürlü kəndi ərazisindən keçən hissəsində həmin vaxt yolun sağ kənar hissəsində dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz C 240” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönmə işıq siqnalını yandırıb geriyə manevr etməsini, yəni hərəkət üçün təhlükə yarandığını görüb kifayət qədər əsas olmadan yol-nəqliyyat hadisəsinin qarşısını alacağını güman edərək hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına dair “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etmədən hərəkət sürətini azaltmaq üçün mümkün olan heç bir tədbir görməyib hərəkətini davam etdirərək Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz C 240” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, nəticədə ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən sol bazu sümüyünün cərrahi boynunun qapalı, yerdəyişmiş sınığı, postravmatik ağırlaşmış kataraktanın ekstrapsiyası əməliyyatdan sonrakı vəziyyət, artifaksiya və görmə siniri məməciyinin hissəvi aftrofiyası xəsarətlər almasına səbəb olmuş, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı aradan qaldırıdığından o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə 128 manat ekspertiza tədqiqatının dəyəri dövlət vəsaiti hesabına ödənilsin. Qərardan 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №1(046)-12/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-12/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver