Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-13/2024 29.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx.xx.1963-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi qaydada baytar həkim işləyən, məhkum olunmamış, Göyçay rayonu, Aşağı Qaraməryəm kəndində qeydiyyatda olmaqla Göyçay rayonu, Potu kəndində yaşayan və hazırki cinayət işi üzrə təqsirləndirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, səhər saat 07 radələrində Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu, Müskürlü kəndi ərazisindən keçən hissəsində yolun sağ kənarından dayanıqlı vəziyyətdə olan özünə məxsus “Mercedes Benz C 240” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasımmn Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olmasına dair tələbini pozaraq ondan arxada hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21063” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən sola dönmə işıq siqnalını yandıraraq geriyə manevr edərkən Zərərçəkmiş şəxs idarə etdiyi həmin avtomobil ilə toqquşmuş və ehtiyatsızlıq nəticəsində Zərərçəkmiş şəxs dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən sol budun arxa çıxığı, sirkə kasasının arxa divarının qəlpəli, yerdəyişmiş sınığı xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Göyçay rayonu, Potu kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Özünə məxsus Mercedes Benz C class markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili var və BCE kateqoriyalı sürücülük vəsiqəsi əsasında həmin avtomobili idarə edir.xx.xx.2023-cü il tarixdə saat 07 radələrində qızı Aynur ilə Göyçay rayonundan Ucar rayonuna gedən zaman Göyçay rayonu Müskürlü kəndini çıxandan təxminən 50-60 metr sonra evdə unutduğu əşyanı götürmək üçün evə qayıtmaq məqsədi ilə yolun sağ kənarında ‘avtomobili tam dayandırmış, sol yan güzgüdən, eləcə də avtomobilin salon güzgüsündən geriyə baxıb təxminən 100-150 metr məsafədən VAZ 2106 markalı, ağ rəngli avtomobilin onun olduğu istiqamətdə gəlməkdə olmasını görüb ara məsafəsinin çox olmasına görə həmin avtomobilin gəlib onun olduğu yerə çatanadək geriyə dönməni başa çatdıracağını düşünüb sola dönmə işıq siqnalını yandıraraq geriyə manevri etməyə başlamış, Geriyə manevri tam başa çatdırıb öz yoluna düzəlmişdir ki, VAZ 2106 markalı avtomobilin ön sol hissəsi onun idarə etdiyi avtomobilin ön sol hissəsinə çırpılmışdır. Nəticədə özü və digər avtomobildə olan sürücü xəsarət almışdır. Hadisə yerinə yoldan keçən şəxslər yaxınlaşıb onlara köməklik göstərmişlər və təcili-tibbi yardım avtomobili gəlib onları xəstəxanaya aparmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş zərəri aradan qaldırmış,ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Göyçay rayonu Yeniarx kəndində ailə üzvləri ilə birlikdə yaşayır və özünə məxsus olan VAZ 21063 minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə kənd təsərrüfatı mallarını daşıyıb bazarda satışı ilə məşğul olur. Özünə məxsus olan VAZ 21063 minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində avtomobili ilə Göyçay rayonundan Ucar rayonuna gedərkən, Göyçay rayonu Müskürlü kəndi ərazisində 50 metr məsafədən görmüşdür ki, onunla eyni istiqamətdə yolun sağ kənarında boz rəngli, “Mercedes Benz C class” markalı, dövlət qeydiyyat nişanlı avtomobil dayanıb. Həmin vaxt hərəkət sürətini dəyişdirmədən yoluna davam etmişdir. “Mercedes Benz C class” markalı avtomobilə çatmağa təxminən 10 metr məsafə qalmış həmin avtomobil geriyə dönmə əməliyyatına başlamış, tormozlama edə bilməmiş və avtomobilinin ön hissəsi qeyd edilən avtomobilin ön sol hissəsinə çırpılmışdır. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri almışdır. Bir qədər sonra hadisə yerinə kənardan tanımadığı şəxslər toplaşmışlar və köməkli şəkildə onu avtomobildən çıxartmışlar.Orada olan şəxslər təcili-tibbi yardım avtomobilinə zəng edib hadisə yerinə çağırmışlar. Bir qədər keçmiş hadisə yerinə təcili-tibbi yardım avtomobili gəlmiş və onu xəstəxanaya aparmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş zərəri aradan qaldırmış,ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, atası Mircəfərin özünə məxsus Mercedes Benz C class markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili var və BCE kateqoriyalı sürücülük vəsiqəsi əsasında həmin avtomobili idarə edir. xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində atası ilə Göyçay rayonundan Ucar rayonuna getmişdir. Həmin vaxt ön sərnişin oturacağında əyləşmişdir. Göyçay rayonu, Müskürlü kəndini çıxandan təxminən 50- 60 metr sonra evdə unutduqları əşyanı götürmək üçün evə qayıtmaq məqsədi ilə yolun sağ kənarında atası Mircəfər avtomobili tam dayandırmış, sol yan güzgüdən, eləcə də avtomobilin salon güzgüsündən geriyə baxmış, avtomobil gəlmədiyini görüb geriyə dönmə əməliyyatı aparmışdır. Geriyə manevri tam başa çatdırıb atası idarə etdiyi avtomobillə öz yoluna düzəlmişdir ki, VAZ 2106 markalı avtomobilin yüksək sürətlə dalğavari hərək etdiyini görmüşdür. Həmin avtomobilin ön sol hissəsi atasının idarə etdiyi avtomobilin ön sol hissəsinə çırpılmışdır. Nəticədə atası və digər avtomobildə olan sürücü xəsarət almışdır. Hadisə yerinə yolla keçən şəxslər yaxınlaşıb onlara köməklik göstərmişlər və təcili- tibbi yardım avtomobili gəlib onları xəstəxanaya aparmışdır. Hadisə nəticəsində heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək növbədə olmuş və rayon ərazisində xidmət aparmışdır. xx.xx.2023-cü il tarixdə, səhər saat 07 radələrində şöbənin növbətçi hissəsindən ona bildirilmişdir ki, Göyçay-Ucar avtomobil yolunun Müskürlü kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. O, bu barədə məlumat aldıqdan dərhal sonra həmin yerə yola düşmüşdür. Hadisə yerinə çatanda boz rəngli, Mercedes Benz C class markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ağ rəngli, Vaz 2106 markalı, 23- BM-803 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş vəziyyətdə olmasını görmüşdür. Hadisə yerində kənardan tanımadığı şəxslər də var idi. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət almışdır. Orada olan şəxslərin köməkliyi ilə həmin sürücülər təcili-tibbi yardım avtomobili ilə xəstəxanaya yola salınmışdır. Bir qədər sonra hadisə yerinə əməliyyat-istintaq qrupu gəlmiş və hadisə yerinə baxış keçirilmişdir. O, da hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Bundan sonra hadisə yerində olan həmin avtomobillər evakuator vasitəsi ilə duracağa aparılmışdır. Hadisə baş verdikdən sonra hadisə yerinə getdiyindən hadisənin necə baş verdiyini görməmişdir. Qeyd edilən ərazidə nə təhlükəsiz şəhər xidmətinə aid, nə də fərdi olaraq quraşdırılmış hər hansı videomüşahidə kamerası yoxdur. Cinayət işinə əlavə edilmiş Göyçay RPŞ-nin DYPB-dən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qalar oğluna xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının DİN-in BDYPİ-nin Qİİ / Qəbələ Asan Xidmət Mərkəzi tərəfindən BCE kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, hadisə vaxtına onun sürücülük hüququ məhdudlaşdırılmamış və ya sürücülük hüququndan məhrum edilməmişdir. Cinayət işinə əlavə edilmiş komissiyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, T 819/2023 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol budun arxa çıxığı, sirkə kasasının arxa divarının qəlpəli, yerdəyişmiş sınığı olmuş, qeyd edilən xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/2438 nömrəli rəyinə əsasən, istintaq tərəfindən verilən məlumatlara əsasən, “Mercedes Benz C240” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəfər oğlu əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətini təyin edən tibbi müayinəsinə dair” xx.xx.2023-cü il tarixli 210 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qəfər oğlu sərxoş olmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, səhər saat 07 radələrində Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu, Müskürlü kəndi ərazisindən keçən hissəsində yolun sağ kənarından dayanıqlı vəziyyətdə olan özünə məxsus “Mercedes Benz C 240” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasımmn Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olmasına dair tələbini pozaraq ondan arxada hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21063” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən sola dönmə işıq siqnalını yandıraraq geriyə manevr edərkən Zərərçəkmiş şəxs idarə etdiyi həmin avtomobil ilə toqquşmuş və ehtiyatsızlıq nəticəsində Zərərçəkmiş şəxs dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən sol budun arxa çıxığı, sirkə kasasının arxa divarının qəlpəli, yerdəyişmiş sınığı xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törədib, yol hərəkəti qaydalarını pozmaqla Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs ilə barışmaları, Təqsirləndirilən şəxs onlara dəymiş maddi ziyanın tamamilə ödənilməsi və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmaması ilə bağlı ərizəsini nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. İş üzrə 128 manat məbləğində ekspertiza xərcinin Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən dövlət vəsaiti hesabına ödənilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-13/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-13/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver