Məhkəmə qərarları › İş №1(046)-14/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-14/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-14/2023 02.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs Nümayəndə və Müdafiəçi iştirakı ilə, xx xxxx 1969-cu ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, məhkum olunmamış, Göyçay şəhəri M.Ə.Sabir küçəsi ev 63-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanında yerləşən Göyçay Mənzil İstismar Sahəsinin balansında olan Göyçay rayon Prokurorluğun xidməti istifadəsində olan evin həyətyanı sahəsinin giriş qapısını itələyib açmaqla qanunsuz daxil olaraq həyətdə yerə dirək kimi basdırılmış istifadəyə yararsız, istismar müddəti 30 ildən artıq olan hər biri 4 metr uzunluqda və 7,5 sm diametrdə olan, metal qırıntı kimi 42,88 kg çəkidə, 102 manat 91 qəpik dəyərində 2 ədəd dəmir boruları, istifadəyə yararsız, istismar müddəti 30 ildən artıq olan müxtəlif ölçülərdə ümumilikdə 40 metr uzunluqda və 2,5 sm diametrdə olan, metal qırıntı kimi 45,60 kg çəkidə, 22 manat 80 qəpik dəyərində dəmir qaz borularını və 1,20 metr hündürlükdə, 40 sm diametrdə, 30 ildən artıq istifadə olunmayan, istifadəyə yararsız, metal qırıntı kimi 50 kg çəkidə 100 manat dəyərində 1 ədəd su qızdıran dəmir kolonkanı, ümumilikdə isə 225 manat 71 qəpik dəyərində sadalanan həmin dəmir boruları, dəmir qaz borularını və su qızdıran dəmir kolonkanı özü ilə gətirdiyi elektrik mişarı (laqonda) ilə kəsərək həyətdə yerə yığmış, bundan sonra həmin boruları satmağa aparmaq məqsədilə taksi gətirmək üçün küçəyə çıxmamışdan əvvəl, elektrik mişarı (laqonda)nı elektrik yuvadan çıxarmaq istəyən zaman həmin ünvana gələn və küçə qapısından onu görüb səsləyən X3 şöbəsinin polis nəfəri, polis serjantı Şahid1 görüb, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar əməlini başa çatdıra bilməyərək həyətin arxa tərəfinə uzaqlaşaraq hasarın üzərindən qaçıb həyəti tərk etməklə oğurluğa cəhd etmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, yaşadığı evin yaxınlığında ünvan 4 ünvanda yerləşən köhnə və aralı vəziyyətdə qalmış küçə darvazası olan Göyçay rayon prokurorluğunun xidməti evi vardır. Həmin evdə uzun müddətdir ki, yaşayış yoxdur. Həmin evin həyətinin qeyd etdiyi küçə qapısı köhnə olduğundan həyətdə sağ və sol tərəfdə yerə dirək kimi dəmir boruların basdırıldığını, həyətdəki evin qarşısı və hasarların kənarı ilə keçən istifadə olunmayan qaz borularının keçdiyini, evin sol tərəfində isə hamamın qarşısında kiçik həcmli, təxminən 1,20 metr uzunluqda, yumru su qızdıran dəmir kolonkanı görmüşdür. 2022-ci ilin fevral ayının əvvələrində həmin dirək kimi olan boruları və istifadə olunmayan qaz borularını kəsib oğurlayaraq satmaq qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində özünə məxsus elektrik mişarı, sellofana qoyub yaşadığı evdən küçəyə çıxaraq həmin “prokurorun xidməti evi”n həyət qapısının yanına gəlmiş, küçədə heç kim olmamışdır. Həyət tərəfdən qapıya söykənmiş kiçik dəmir dirənəcək tərpənmiş və qapı bir qədər də aralanmış, həyətə daxil olaraq qapını əli ilə yenidən örtmüşdür. Həyətin sağ və sol tərəfində olan dirək kimi yerə basdırılmış 2 ədəd dəmir boruları özü ilə apardığı elektrik mişarı ilə kəsərək kənara yerə qoymuşdur. Onların hər biri eyni ölçüdə olmaqla hər biri 4 metr uzunluqda olmuşdur. Daha sonra həyətdə evin qarşısı və hasarların kənarı ilə keçən köhnə, istifadə olunmayan və paslı nazik dəmir qaz borularını elektrik mişarı ilə kəsməyə başlamışdır. Həmin boruları rahat olan yerlərdən müxtəlif ölçülərdə kəsib həmin 2 ədəd qalın, yəni kəsdiyi dirək kimi yerə basdırılmış boruların yanına yığmışdır. Kəsdiyi nazik qaz boruların uzunluğu təxminən 40 metr olmuşdur. Daha sonra isə qeyd etdiyi su qızdıran dəmir kolonkanı da kəsmiş, çəkisinin ağır olmadığını görüb onu sürüyərək həmin borulardan bir qədər kənara yerə qoymuşdur. Həmin su qızdıran kolonka təxminən 50 kiloqram çəkidə, 1,20 metr hündürlükdə, 40-50 sm diametrdə olan köhnə dəmir kolonka olmuşdur. Elektrik mişarını cərəyandan ayırıb yığmaq istəyən zaman küçə qapısının yanında avtomobilin dayandığını və az sonra isə kiminsə həyət qapısını araladığını görmüş, qapı tərəfdən polis formasında 1 nəfər şəxsin ona baxaraq yerində qalmağını tələb etmiş, onun mühafizəçi Şaməddin olduğunu bildirmişdir. Şaməddinin qapıdan həyətə daxil olmaq isətdiyini görmüş, qorxub özünə məxsus elektrik mişarı (laqondan) cəryandan çıxarmayaraq yerdə saxlayıb həyətin arxa tərəfinə qaçmış, orada toyuq hininin yanında sınmış köhnə nərdivanı götürüb hasara söykəyib hasara çıxmış İnternat məktəbi tərəfə çıxan küçəyə keçib qaçıb getmişdir.Törətdiyi əməldən peşmandır. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində ifadə vermiş Nümayəndə göstərmişdir ki, Göyçay şəhər Mənzil İstismar sahəsinin mühəndisi vəzifəsində işləyir. Göyçay rayon Prokurorluğun xidməti evi və həyətyanı sahəsi Mənzil İstismar sahəsinin balansındadır.xx.xx.2022-ci il tarixdə Mənzil İstismar Sahəsinin mühəndisi və nümayəndəsi kimi polisə dəvət olunaraq onun iştirakı ilə həmin evin həyətinə baxış keçirilmişdir. Həmin vaxt məlum olmuşdur ki, qapıdan içəriyə daxil olduqda həyətin sağında və solunda yerə dirək kimi basdırılmış hər biri 4 metr uzunluqda olan dəmir borular və həyətdəki 1 mərtəbəli kürsülü evin barısı ilə və həyət tərəfdən hasar boyu keçən istifadə olunmayan ümumilkdə 40 metr uzunluqda istifadə olunmayan qaz xəttinin dəmir borular müxtəlif ölçülərdə kəsilib yerə yığılmışdır. Həmin borulardan bir qədər kənarda isə həyətdəki evin sol tərəfində olan hamamın qarşısından kəsilmiş, çoxdan istifadə olunmayan və istifadəyə yararsız 1,20 metr hündürlükdə, diametri isə 40 sm olan yumru formada kiçik su qızdıran dəmir kolonka olmuşdur. Sağ tərəfdə qarşıda isə yerdə göy rəngli sellofanın yanında uzun şnurlu cərəyana taxılmış vəziyyətdə laqonda olmuşdur. Polis əməkdaşları tərəfindən həmin borular ölçülərək protokolda ölçüləri qeyd olunmuş, sonra isə həmin borular və 1 ədəd laqonda, yəni elektrik mişar polislər tərəfindən polis şöbəsinin həyətinə aparılmışdır. Ümumilikdə hesabladıqda Göyçay rayon Prokurorluğun istifadəsində olan xidməti evin həyətindən kəsilmiş dəmir boruların və 1 ədəd su qızdıran dəmir kolonkanm ümumilikdə dəyəri 225 manat 71 qəpikdir. Sonradan həmin evdən oğurluq edənin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. X2 Birliyinə dəymiş ziyan ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, DİN-in BMİ-nin X3 şöbəsinin polis nəfəri, polis serjantı vəzifəsində işləyir. 2019-cu ildən isə bir gündən bir Göyçay rayon prokurorluğunu inzibatı binasının mühafizəçisi kimi 24 saatlıq xidmətə çıxır. xx.xx.2022-ci il tarixdə xidmətə olan zaman saat 18 radələrində Göyçay rayon prokurorun böyük köməkçisi vəzifəsini icra edən Nicat Nəsirlinin idarə etdiyi avtomobil ilə ünvan 1 ünvanında yerləşən Göyçay rayon Prokurorluğun xidməti evinə baxmağa gəlmişlər. Nicat Nəsirli avtomobili həyətin küçə qapısının yanında saxladıqdan sonra, yerə düşmüş və iki laylı qapının arasından içəriyə baxdıqda qarşıda sağ tərəfdə Təqsirləndirilən şəxs əyilib yerdə boruları kəsdiyi görmüş, küçədən Təqsirləndirilən şəxs səslənmişdir. Təqsirləndirilən şəxs mühafizənin işçisi Şaməddin kimi təqdim edərək yerində qalmasını bildirmişdir. Eyni zamanda qapını aralayaraq həyətə daxil olmağa çalışdıqda Təqsirləndirilən şəxs əlindəki avadanlığı yerə qoyub həyətin arxa tərəfinə toyuq hini olan yerə qaçaraq uzaqlaşmışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən rayon prokurorluğunun xidməti evinin həyətində oğurluğa cəhdlə bağlı Təhqiqat Bölməsində araşdırması aparılan material üzrə icraatına xx.xx.2022-ci il tarixdə əməliyyat tapşırığı daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvanda müəyyən edilərək bu barədə sorğu sual edilmiş və şifahi olaraq oğurluğa cəhd göstərməsini etiraf edərək həqiqətən xx.xx.2022-ci il tarixdə sat 18 radələrində ünvan 1 ünvanında yerləşən rayon prokurorluğunun xidməti evinin həyətinə aralı olan qapısından daxil olaraq özü ilə gətirdiyi laqonda ilə həyətdə sağ və sol tərəfində iki yerdə yerə basdırılmış köhnə boruları, həyətin daxilində hasar boyu və evin barısı ilə keçən köhnə istifadə olunmayan qaz borularını, eləcə də həyətdəki hamamın qarşısında olan kiçik su qızdıran dəmir kolonkanı kəsib yerə yığdığını, həmi vaxt qapıdan özünü mühafizə işçisi Şaməddin kimi təqdim edən polis formasında olan şəxsin onu səsləyərək yerində qalmasını bildirdiyini, sonuncunun isə gətirdiyi laqondanı da həyətdə saxlayaraq həyətin arxa tərəfinə qaçıb oradan isə hasarın üzərinə qalxaraq küçəyə keçib qaçdığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizanın 18 mart 2022-ci il tarixli 9/1316 saylı rəyindən görünür ki, texniki vəziyyəti köhnə, istifadəyə yararsz, istismar müddəti isə 30 ildən çox olan çəkisi təxminən 1,14 kg olan uzunluğu 1 metr, diametri 2,5 sm, divar qalınlığı 2 millimetr qa borusunun metal qırıntı kimi orta bazar qiyməti nəzəri qaydada təxminən 0,50 manat, çəkisi təxminən 5,36 kiloqram olan uzunluğu 1 metr diametri 7,5 santimetr divar qalınlığı 3 millimetr olan dəmir borunun metal qırıntı kimi orta bazar qiyməti nəzəri qaydada təxminən 2,40 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizanın 20 sentyabr 2022ci il tarixli 9/6324 saylı rəyindən görünür ki, texniki vəziyyəti köhnə, istifadəyə yararsız, istismar müddəti isə 30 ildən çox olan, diametri 2,5 sm, divar qalınlığı 2 millimetr olan ümumi uzunluğu 40 metr dəmir qaz borusunun metal qırıntı kimi 2022-ci ilin fevral ayına bazar qiyməti nəzəri qaydada 22,80 manatdır (40 metr x 1,14 kg = 45,60 kg x 0,50 qəpik =22,80 manat); - texniki vəziyyəti köhnə, istifadəyə yararsız, istismar müddəti isə 30 ildən çox olan, diametri 7,5 sm, divar qalınlığı 3 millimetr olan ümumi uzunluğu 8 metr dəmir borunun metal qırıntı kimi 2022-ci ilin fevral ayına bazar qiyməti nəzəri qaydada 102,91 manatdır (8 metr x 5,36 kg = 42,88 kg x 2,4 manat = 102,91 manat); 30 ildən artıq istifadə olunmayan və istifadəyə yararsız 1,20 m hündürlükdə, diametri isə 40 sm, divar qalınlığı 5 millimetr olan, ümumilikdə təxminən 50 kiloqram olan su qızdıran dəmir kolonkanın metal qırıntı kimi 2022-ci ilin fevral ayına bazar qiyməti nəzəri qaydada 100 manat (50kg x 2 manat). Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanında yerləşən Göyçay Mənzil İstismar Sahəsinin balansında olan Göyçay rayon Prokurorluğun xidməti istifadəsində olan evin həyətyanı sahəsinin giriş qapısını itələyib açmaqla qanunsuz daxil olaraq həyətdə yerə dirək kimi basdırılmış istifadəyə yararsız, istismar müddəti 30 ildən artıq olan hər biri 4 metr uzunluqda və 7,5 sm diametrdə olan, metal qırıntı kimi 42,88 kg çəkidə, 102 manat 91 qəpik dəyərində 2 ədəd dəmir boruları, istifadəyə yararsız, istismar müddəti 30 ildən artıq olan müxtəlif ölçülərdə ümumilikdə 40 metr uzunluqda və 2,5 sm diametrdə olan, metal qırıntı kimi 45,60 kg çəkidə, 22 manat 80 qəpik dəyərində dəmir qaz borularını və 1,20 metr hündürlükdə, 40 sm diametrdə, 30 ildən artıq istifadə olunmayan, istifadəyə yararsız, metal qırıntı kimi 50 kg çəkidə 100 manat dəyərində 1 ədəd su qızdıran dəmir kolonkanı, ümumilikdə isə 225 manat 71 qəpik dəyərində əmlakları talamaq istəyərkən, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar əməlini başa çatdıra bilməyərək həyətin arxa tərəfinə uzaqlaşaraq hasarın üzərindən qaçıb həyəti tərk etməklə oğurluğa cəhd etməklə Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, yüngülləşdirən hallar kimi, eləcədə cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi CM-nin 29, 177.2.3-cü maddələsində müəyyən edilən cəzadan daha yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan hər birinin diametri 7,5 sm, hər birinin uzunluğu isə 4 metr olan cəmi 2 ədəd dəmir borular, hər birinin diametri 2,5 sm olmaqla cəmi 40 metr ölçüdə köhnə dəmir borular və 1 ədəd su qızdıran dəmir kolonka zərərçəkmiş şəxsin nümayəndəsi cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılmasını üçün X1 nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınmalı, Göyçay RPŞ-nin MSSK-da saxlanılan 1 ədəd narıncı rəngli elektrik mişar (laqonda) Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək, 300 manat cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Göyçay RPŞ-nin MSSK-da saxlanılan 1 ədəd narıncı rəngli elektrik mişar (laqonda) Təqsirləndirilən şəxs qaytarılsın. Hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar