Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-14/2024 18.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyası İsmayıllı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs X1 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, İ qrup əlil, fərdi sahibkar, əvvəllər məhkum olunmamış, subay, Göyçay rayonun 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Göyçay rayon İcra Hakimiyyətinin Başçısı Zərərçəkmiş şəxs fəaliyyətindən narazı olduğuna görə, “Facebook” sosial şəbəkəsində şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirməklə, özünün açdığı “X7 Fərid” adlı saxta profildə xx.xx.2023-cü il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Zərərçəkmiş şəxs nüfuzdan salan böhtan atmışdır. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bildi, ifadə verərək göstərdi ki, “Facebook” sosial şəbəkəsində “X7 Fərid” adlı profili özü açmışdır. Həmin profildə Zərərçəkmiş şəxs barəsində paylaşılmış “Göyçay sakinləri başçıdan giley edir” adlı müraciət yazısını, “Göyçay rayon İcra Hakimiyyəti əxlaqsızlarla müdafiə olunur?” adlı yazıları başqa səhifələrdən götürüb “X7 Fərid” adlı profildə paylaşmış, həmçinin “Göyçay Rayon İcra Hakimiyyəti başçısı Zərərçəkmiş şəxs bəzi şadlıq saraylarından 10.000 (on min) manat haqq tələb etdiyi bildirilir” yazıları həmin profildə özü yazıb paylaşmışdır. Göyçay rayon İcra Hakimiyyətinin Başçısı Zərərçəkmiş şəxs Göyçay çayının sahilində yerləşən vətəndaşlara məxsus torpaq sahələrində ev tikmələrinə imkan verməməsi və tikilmiş evlərin kompensasiya ödənilmədən sökülərək yerində park tikilməsinə görə, Zərərçəkmiş şəxs fəaliyyətindən bir ictimai fəal kimi narazı qalmış və bu səbəbdən sonuncu barəsində “Göyçay sakinləri başçıdan GİLEY EDİR” kimi yazını və digər yazıları paylaşmışdır. “Facebook” sosial şəbəkəsində özünə aid “Təqsirləndirilən şəxs” adlı profili olmuş, belə ki, öz profilində də Göyçay rayon İcra Hakimiyyətinin fəaliyyəti barədə yazılar paylaşmışdır. Sadəcə olaraq, öz profilində bir sıra yazıların (məsələn Taleh Xasməmmədov və onun həyat yoldaşı Fatimə barəsində) paylaşılmasını istəmədiyi üçün, “X7 Fərid” adlı profili açmış və bu paylaşımı etmişdir. Həmin profil hazırda işlək vəziyyətdədir, həmin profili silməmiş və mobil telefonuna yüklənmiş “Facebook” tətbiqində həmin profil olmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Daxili İşlər Nazirliyinə verilmiş sorğuya cavab olaraq rayon prokurorluğuna daxil olmuş məktubda, “X7 Fərid” adlı “Facebook” hesabının idarəçisinin şəbəkəsinə çıxış zamanı “Aztelekom” provayderinə məxsus “212.47.138.11” “İP” ünvanında istifadə edilməsi, həmin “İP” ünvanının Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan xx.xx.1959-cu il təvəllüdlü Şahid1 məxsus olmasının müəyyən edilməsi və həmin ünvandan istifadə edən digər şəxslər tərəfindən idarə olunmasının istisna edilməməsinin göstərilməsi ilə bağlı bildirir ki, Şahid1 atasıdır. Evilərində istifadə olunan mobil telefon və internet provayderi onun adına olmuşdur. Özünə məxsus mobil telefonla evdə internet şəbəkəsinə həmin modem ilə qoşulmuşdur. Lakin, nə atası Şahid1, nə də başqa bir ailə üzvünün “Facebook” sosial şəbəkəsində, “X7 Fərid” adlı profil ilə qeyd edilən yazıların paylaşılmasından məlumatları olmamışdır. “Facebook” sosial şəbəkəsində “X7 Fərid” adlı profildə “Göyçay sakinləri başçıdan GİLEY EDİR” adlı müraciəti, “Göyçay rayon İcra Hakimiyyəti əxlaqsızlarla müdafiə olunur?” adlı yazıları başqa səhifələrdən götürüb paylaşmış, həmçinin “Göyçay Rayon İcra Hakimiyyəti başçısı Zərərçəkmiş şəxs bəzi şadlıq saraylarından 10.000 (on min) manat haqq tələb etdiyi bildirilir” yazılarını özü yazmışdır. “Göyçay Rayon İcra Hakimiyyəti başçısı Zərərçəkmiş şəxs bəzi şadlıq saraylarından 10000 manat haqq tələb edir” yazısı ilə bağlı bildirdi ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısı Zərərçəkmiş şəxs hansı Şadlıq Sarayının sahibindən pul tələb etməsini qeyd edə bilməyəcək, çünki bu məlumatı rayon sakinlərindən eşitmiş və buna görə də, “X7 Fərid” adlı profildən “Göyçay Rayon İcra Hakimiyyəti başçısı Zərərçəkmiş şəxs bəzi şadlıq saraylarından 10.000 (on min) manat haqq tələb etdiyi bildirilir” yazısını paylaşmışdır. Həmin şəxsləri konkret olaraq tanımamış, həmçinin, konkret olaraq hansı Şadlıq Sarayından söhbət getməsini də bilməmişdir. Bildirir ki, sosial şəbəkələrdə paylaşımların altında “Təqsirləndirilən şəxs” qeyd edilmişdir ki, bu da onun saxta profildən istifadə etmədiyini sübut edir. Lakin sözügedən paylaşımların formatı qısamətnli olduğundan orada adını yerləşdirə bilməmişdir. Buna baxmayaraq diqqətlə baxılsa görünür ki, digər paylaşdığı məlumatların sonunda onun adı qeyd olunmuşdur. Sosial şəbəkədə video paylaşsa da, şəkil paylaşmamışdır. Əgər icra başçısı onu məhkəməyə verəcəkdirsə, xüsusi ittiham qaydasında, ya da mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edə bilərdi. Məhkəmə iclasına Zərərçəkmiş şəxs gəlməmiş, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli sərəncamı ilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra, öz xidməti fəaliyyətinə başlamışdır. Xidməti fəaliyyətinin icrası zamanı görülən işlərlə bağlı, Göyçay rayon sakini Təqsirləndirilən şəxs adlı şəxs daimi olaraq, Göyçay Rayon İcra Hakimiyyətinin fəaliyyətindən narazı olması ilə bağlı sosial şəbəkələrdə yazılar paylaşmışdır. Belə ki, Təqsirləndirilən şəxs Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilənədək tanımamış və sonuncu ilə hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs sosial şəbəkələrdə özünə məxsus profillərdə Göyçay Rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə bağlı paylaşdığı yazılar isə onu heç bir zaman narahat etməmiş, belə ki, hər bir vətəndaş kimi Təqsirləndirilən şəxsda öz fikrini ifadə etmək, müraciət etmək və.s kimi konstitusion hüquqlarının olmasını nəzərə almışdır. Lakin, 17 avqust 2023-cü il tarixdə “Facebook” sosial şəbəkəsində açılmış “X7 Fərid” adlı profildə onun barəsində “Göyçay Rayon İcra Hakimiyyəti başçısı Zərərçəkmiş şəxs bəzi şadlıq saraylarından 10.000 (on min) manat haqq tələb etdiyi bildirilir” kimi yazı paylaşılması görmüşdür. Belə ki, həmin profilin kim tərəfindən yaradılmasını müəyyən etmək mümkün deyildi, yəni həmin profil məqsədli şəkildə ad, soyad, ata adı gizlədilməklə açılmış və həmin yazı paylaşılmışdır. Belə ki, qeyd edilən yazı artıq onun işgüzar nüfuzunu ləkələyən, cəmiyyət arasında onu nüfuzdan salan paylaşım olmuş və həmin paylaşımda rüşvət alma cinayət əməlini törətməkdə ittiham edilmişdir. Buna görə də, həmin xüsusatın araşdırılması və “Facebook” sosial şəbəkəsində açılmış “X7 Fərid” adlı profilin kim tərəfindən yaradılmasının müəyyən edilməsi üçün, rayon prokurorluğuna müraciət etmişdir. Həmçinin araşdırma zamanı həmin profilin Göyçay rayon sakini Təqsirləndirilən şəxs tərəfindən yaradılması, qeyd edilən yazının sonuncu tərəfindən paylaşılmasının müəyyən edilməsi və Təqsirləndirilən şəxsda bunu etiraf etməsi ilə bağlı bildirmişdir ki, əvvəldə həmin profilin Təqsirləndirilən şəxs tərəfindən yaradılması və həmin yazını paylaşmasından şübhələnmişdir. Qeyd etdiyi kimi, Təqsirləndirilən şəxs sosial şəbəkələrdə özünə məxsus profillərdə Göyçay Rayon İcra Hakimiyyətinin fəaliyyətindən narazı olması ilə bağlı yazılar paylaşmışdır. Lakin, bu xüsusatın araşdırılması hüquq mühafizə orqanlarının səlahiyyətində olduğu üçün, konkret olaraq fikir bildirməmişdir. Təqsirləndirilən şəxs ifadəsində “Göyçay Rayon İcra Hakimiyyəti başçısı Zərərçəkmiş şəxs bəzi şadlıq saraylarından 10.000 (on min) manat haqq tələb etdiyi bildirilir” kimi yazını paylaşmasına səbəb kimi, tərəfindən Göyçay çayının sahilində yerləşən vətəndaşlara məxsus torpaq sahələrində ev tikmələrinə imkan verməməyi və tikilmiş evlərin kompensasiya ödənilmədən sökülərək yerində park tikilməsinə görə, ictimai fəal kimi fəaliyyətindən narazı olmasını göstərməsi ilə bağlı bildirmişdir ki, Göyçay çayının sahilində qeyd edildiyi kimi vətəndaşların istirahəti üçün park salınması nəzərdə tutulmuşdur. Lakin, bir sıra vətəndaşlar tərəfindən həmin ərazinin zəbt edilməsi və hər hansı rəsmi sənəd və icazə olmadan orada fərdi yaşayış evləri tikilməsi müəyyən edilmişdir. Belə ki, bununla bağlı Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən dəfələrlə həmin vətəndaşlara xəbərdarlıq edilmişdir. Həmçinin, qeyd edilən ərazidə tikilmiş fərdi yaşayış evlərinin sökülməsi kimi hər hansı bir hal olmamışdır. Sadəcə olaraq, orada hər hansı rəsmi icazə və sənədi olmayan vətəndaşlara yeni evlərin tikilməsinə icazə verilməmişdir. Bundan narazı olan şəxsin isə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq dövlət orqanlarına müraciət edə biləcəyini bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs qərəzli və məqsədli olaraq, “Facebook” sosial şəbəkəsində açmış olduğu “X7 Fərid” adlı saxta profildə onun barəsində böhtan xarakterli yazı paylaşmışdır. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün, əsassız səbəb gətirmişdir. Çünki, həmin ərazidə hər hansı evin sökülməsi halı olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində, Göyçay şəhəri ərazisində parkda gəzərkən, qarşıdan gedən bir neçə nəfərin, tərəfindən şəhər ərazisində fəaliyyət göstərən “Şadlıq Saray”-larından, yəni restoranlardan 10000 manat pul tələb etməsini eşitdiyini və buna görə həmin yazını paylaşdığını, həmçinin həmin şəxsləri tanımadığını bildirməsi ilə bağlı qeyd etmişdir ki, Təqsirləndirilən şəxs dedikləri tamamilə şər və böhtandır. Belə ki, sonuncu məqsədli olaraq bu şəkildə ifadə vermişdir. O, heç bir zaman şəhər ərazisində fəaliyyət göstərən “Şadlıq Saray”-larından, yəni restoranlardan 10000 AZN manat pul tələb etməmişdir. Təqsirləndirilən şəxs buna dair hər hansı sübutu varsa, təqdim etməsini qeyd etmişdir. Təqsirləndirilən şəxs həmin şəxsləri tanımadığını ifadəsində bildirmiş, göründüyü kimi, sonuncu əsassız olaraq, məqsədli və qərəzli şəkildə onun barəsində sosial şəbəkələrdə açdığı saxta profildə böhtan xarakterli yazı paylaşmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi2 ifadə verərək bildirdi ki, təqsirləndirilən şəxs özü səmimi olaraq ittihamın bir hissəsini, yəni sosial şəbəkədə yaydığı məlumatların yalan olduğunu etiraf etdi. Təqsirləndirilən şəxs özünün sosial şəbəkədə başqa istifadəçi profilinin olduğunu bildirdi. Təqsirləndirilən şəxslə icra başçısı arasında hər hansı mübahisəli halın olmadığı halda müxtəlif şəxslərin, misal olaraq evi sökülən şəxslərin də şikayətini sosial şəbəkədə işıqlandırmış və bir çoxunun yalan olduğu müəyyən edilmişdir. “Göyçay rayon İcra Hakimiyyəti əxlaqsızlarla müdafiə olunur?” ,“Göyçay Rayon İcra Hakimiyyəti başçısı Zərərçəkmiş şəxs bəzi şadlıq saraylarından 10.000 (on min) manat haqq tələb etdiyi bildirilir” paylaşımlar icra başçısına qarşı ağır ittihamlardır. Hesab edir ki, təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 bildirdi ki, "xxxx" MMC-nın X5 Göyçay şöbəsində elektromontyor vəzifəsində işləyir. Şahid1 tanımış, belə ki, sonuncu Göyçay rayonu, Ərəbcəbirli kəndində yaşamışdır. Şahid1 yaşadığı ərazi ona təhkim edilmişdir. Belə ki, elektromontyor kimi fərdi evlərə çəkilmiş telefon xəttlərində baş vermiş nasazlıqların aradan qaldırılması ilə məşğul olmuşdur. Həmin ərazidə yaşayan şəxslər, o cümlədən, Azər Seyidovda telefon xəttlərində nasazlıq baş verərsə, ona müraciət edirlər. Şahid1 hər hansı nasazlıq olduqda, ona müraciət etmiş və həmin nasazlıqlarda tez bir zamanda aradan qaldırılmışdır. Belə ki, sonunculara məxsus telefon xəttində nasazlığın uzun müddət davam etməsi ümumiyyətlə olmamışdır. Azər Seyidova məxsus fərdi yaşayış evinə çəkilmiş şəhərdaxili telefon xətti ilə, həmin abonent internet xidmətindən də istifadə etmişdir. Təxminən 10 avqust 2023-cü il tarixdən 20 avqust 2023-cü il tarixədək, əsasəndə xx.xx.2023-cü il tarixdə Şahid1 və ya sonuncunun ailə üzvləri evlərinə çəkilmiş telefon xəttində nasazlıq olması ilə bağlı və ya internet xidmətindən istifadə edə bilməmələri ilə bağlı ona müraciət etməmişlər və sonuncuların evinə getməmişdir. Belə ki, hər hansı ciddi problem olsaydı, sonuncuların evinə getməli idi. İş üzrə şahid qismində ifadəsi elan edilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. «Facebook» sosial şəbəkəsində açılmış «X7 Fərid» adlı səhifədən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Zərərçəkmiş şəxs barəsində böhtan xarakterli yazıların paylaşılması barədə hansı məlumatı olmamışdır. Yaşadığı ünvanda şəhərdaxili telefon olmuş, həmin telefonun nömrəsi 020- ***-**-** olmuşdur. Həmin şəhərdaxili telefon xətti ilə bağlı onunla abonent müqaviləsi bağlanılmışdır. Yaşadığı ünvanda həmin şəhərdaxili telefon nömrəsi ilə internet şəbəkəsinə daxil olunması mümkün olmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə DİN-nə ünvanlanmış sorğuya cavab olaraq rayon prokurorluğuna daxil olmuş məktubda, «Facebook» sosial şəbəkəsində açılmış «X7 Fərid» adlı səhifəyə ona məxsus «İP» ünvandan daxil olunmasının müəyyən edilməsi ilə bağlı, bundan heç bir məlumatı olmadığını, heç bir zaman həmin səhifəni açmadığını və istifadə etmədiyini bildirmişdir. Həmin ünvanda həyat yoldaşı X3 və oğlu Təqsirləndirilən şəxs ilə yaşamışdır. Həyat yoldaşı sosial şəbəkələrdən istifadə etməyi bacarmamış, lakin, oğlu Məhəmmədəli sosial şəbəkələrdən istifadə etmişdir. Amma həmin səhifənin konkret olaraq sonuncunun istifadə edib-etməməsi barədə heçnə deyə bilməyəcəyini qeyd etmişdir. Məhəmmədəli mobil telefondan və internetdən istifadə etmişdir. Belə ki, sonuncu yetkinlik yaşına çatmış və öz hərəkətlərinə görə cavabdeh olmuşdur. Məhəmmədəlinin Göyçay RİH-nm başçısı Zərərçəkmiş şəxs fəaliyyəti ilə bağlı ola bilər ki hər hansı narazılığı olmuş, lakin onun yanında bu barədə heçnə deməmişdir. Telefon xəttlərində nasazlıq yaranarsa, bu zaman Ağahəsən adlı montyora məlumat verilir və sonuncu gəlib nasazlığı aradan qaldırır. İş üzrə şahid qismində ifadəsi elan edilmiş X3 ibtidai istintaq zamanı Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 26 sentyabr 2023-cü il tarixli, 3-13/2- 73573/20 JNb-li məktubundan görünür ki, «X7 Fərid» adlı «Facebook» hesabının idarəçisinin şəbəkəsinə çıxış zamanı «Aztelekom» provayderinə məxsus «212.47.138.11» «İP» ünvanından istifadə edilməsi, həmin «İP» ünvanının Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan xx.xx.1959-cu il təvəllüdlü Şahid1 məxsus olması müəyyən edilmiş və həmin ünvandan istifadə edən digər şəxslər tərəfindən idarə olunması istisna edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Mərkəzi X5 24 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs İ dərəcəli əlildir. 17 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs telfonunun şifrəsini açaraq təqdim etmiş, Məhəmmədli Səmədov telfonunu təqdim etdikdən sonra “Facebook” tədbiqi olması müəyyən olunmuş, həmin “Facebook” tədbiqinə daxil olduqda, “X7 Fərid” adlı profil açılmış, həmin profilə daxil olub, 17 avqust 2023-cü il tarixinə baxdıqda qeyd edilən “Göyçay Rayon İcra Hakimiyyəti başçısı Zərərçəkmiş şəxs bəzi şadlıq saraylarından 10.000 (on min) manat haqq tələb etdiyi bildirilir” yazısının paylaşılması, həmçinin “Göyçay sakinləri başçıdan giley edir” adlı müraciət yazısının paylaşılması müəyyən edilmişdir. “X7 Fərid” profilindən çıxarışdan görünür ki, “X7 Fərid” profilində “Göyçay Rayon İcra Hakimiyyəti əxlaqsızlarla müdafiə olunur”, “Göyçay sakinləri başçıdan giley edir”, “Göyçay Rayon İcra Hakimiyyəti başçısı Zərərçəkmiş şəxs bəzi şadlıq saraylarından 10.000 (on min) manat haqq tələb etdiyi bildirilir” yazıları paylaşılmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinə əsasən CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub - olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46- cı maddəsində təsbit olunmuşdur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, «...mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, .qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series Ano. 103, p. 28/46). Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə təngidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirərək özünün açdığı “X7 Fərid” adlı saxta profildə xx.xx.2023-cü il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Zərərçəkmiş şəxs nüfuzdan salan “Göyçay Rayon İcra Hakimiyyəti başçısı Zərərçəkmiş şəxs bəzi şadlıq saraylarından 10.000 (on min) manat haqq tələb etdiyi bildirilir” yazını paylaşmış, bununla da onun tərəfindən Göyçay rayon İcra Hakimiyyətinin Başçısı Zərərçəkmiş şəxs qarşı böhtan atmaqla, Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlininin törətdiyi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş telefonun fotoşəkillərindən görünür ki, ibtidai araşdırma zamanı “Facebook” sosial şəbəkəsində sözügedən istifadəci profilinin inzibatçısı olaraq kim tərəfindən idarə olunması qeyd edilməmişdir. Göyçay rayon İcra Hakimiyyətinin başçısı Zərərçəkmiş şəxs münasibətdə yerləşdirilmiş yazıların müəllifi məhz Təqsirləndirilən şəxs olduğunu da müəyyən etmək mümkün olmamışdır. Məhkəmə onu da qeyd etməyi zərur hesab edir ki, “Facebook” sosial şəbəkəsində istifadəçinin yaratdığı profilə daxil olması mümkün olduğu halda, onun tərəfindən paylaşdığı mətnlərə sonradan düzəlişlər və əlavələr edilməsi də mümkündür. Bu səbəbdən məhkəmə sübut kimi ibtidai araşdırma zamanı təqsirləndirilən şəxsin mobil telefonundan götürülmüş və məhkəmə istintaqı zamanı tətqiq edilmiş məlumatlara əsaslanır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə az böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və yaşayış yerindən müsbət xarakteriza edilməsini cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halın olmadığını nəzərə alaraq təqsirləndirildiyi CM-nin 148-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə mülki iddia,maddi sübut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №1(046)-14/2024
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-14/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver