Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-14/2025 23.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 12:35-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq sərxoş vəziyyətdə xx.xx.2024-cü il tarixdə saat 17 radələrində etibarnamə ilə atası Şahid1 istifadəsində olan “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay-Cəyirli-Bərgüşad avtomobil yolunun Göyçay rayonu Cəyirli kəndindən keçən hissəsində üzü Göyçay şəhəri istiqamətində asfalt yolda hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək idarə etməni itirib avtomobili öz hərəkəti istiqamətində yolun sağ tərəfində ehtiyyat hissəsinin kənarında olan ağaca çırparaq ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs müştərək qapalı-kəllə beyin travması, sağ qamış sümüyünün proksimal hissəsinin qapalı, çoxqəlpəli və sol qamış sümüyünün medial kondilusunun qapalı yerdəyişmiş sınıqları kimi dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan və sağlamlığa az ağır zərər vuran xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi dindirib, iş üzrə olan bütun sübutları tədqiq edib, məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bildi, ifadə verərək göstərdi ki, atası Şahid1 məxsus «VAZ-2106» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində həmin avtomobili Göyçay şəhərində yerləşən avtomobil təmiri məntəqəsindən işə salaraq yaşadığı ev istiqamətində hərəkətə başlamış, Göyçay-Cəyirli avtomobil yolunun kənarında yerləşən «Bolluq» marketin qarşısında həmkəndlisi Zərərçəkmiş şəxs görmüş, buna görə də avtomobili saxlayaraq Teymurdan hara getdiyini soruşmuş, Teymur da ona kəndə, yəni Bığır kəndinə getdiyini söyləmiş, bundan sonra Teymur onun idarə etdiyi avtomobilə əyləşmişdir. Avtomobili idarə edərək Göyçay-Cəyirli avtomobil yolunun üzərində quraşdırılmış radarın yaxınlığında təkər təmiri ilə məşğul olan yeznəsi Arizin qardaşı Samirin təkər təmiri məntəqəsinə getmiş, orada təmir üçün qoyduğu təkəri də götürmüş, həmin vaxt avtomobildə benzin yanacağının az olmasını görmüş və həmin yolun üzərində yerləşən yanacaq doldurma məntəqəsindən yanacaq vurmaq qərarına gəlmişdir. Buna görə də həmin yanacaq doldurma məntəqəsinə gedərək yanacaq vurub geri, yəni Göyçay şəhəri istiqamətində hərəkətə başlayıb, bundan sonra hazırda dəqiq olaraq xatırlamadığı səbəbdən idarəetməni itirmiş, həmin vaxt huşunu itirdiyi üçün yol-nəqliyyat hadisəsinin necə baş verməsini bilmir. Özünə gələn zaman yaşadığı evdə olduğunu görmüşdür, bundan sonra atası ona avtomobil ilə yol-nəqliyyat hadisəsi törətdiyini söyləmiş, lakin yenədə hadisəni xatırlaya bilməmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Göyçay-Cəyirli avtomobil yolunun girişində yerləşən “Bolluq” marketin qarşısında dayanmışdır, həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-2106» markalı avtomobil ilə həmin marketin qarşısında dayanmasını görmüşdür. Hilal ondan hara getdiyini soruşmuş, o da kəndə getdiyini söyləmişdir. Təqsirləndirilən şəxs da ona kəndə getdiyini söyləyərək və onunla getməyini təklif etmiş, buna görə də o, Hilalın idarə etdiyi avtomobilə əyləşmiş, daha sonra Hilal avtomobili idarə edərək Cəyirli kəndi istiqamətində bir qədər hərəkət etmişdir.Təmir üçün təkər qoyduğunu və həmin təkəri götürəcəyini söyləmiş, o da heç bir söz deməmiş, Hilalın idarə etdiyi avtomobildə ön sərnişin oturacağında əyləşmişdir. Hilal təkəri götürdükdən sonra yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsindən benzin vuraraq və üzü Göyçay şəhəri istiqamətində hərəkətə başlamışlar. Avtomobili Təqsirləndirilən şəxs idarə edirdi, o ön sərnişin yerində əyləşmiş, avtomobildə onlardan başqa heç kim olmamış, hərəkətdə olan zaman onun bilmədiyi səbəbdən ani bir vəziyyətdə Təqsirləndirilən şəxs idarə etməni itirmiş, bundan sonra baş verənləri xatırlamır,çünki huşunu itirmişdir.Özünə gələn zaman Göyçay rayon mərkəzi xəstəxanasında olduğunu görmüş, bundan sonra baş vermiş yol nəqliyyat hadisəsi zamanı hər iki ayağının da sındığını bilmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Göyçay rayonu, Cəyirli kəndində asfalt yolda baş vermiş, hadisənin hansı səbəbdən baş verməsini xatırlamır. Hadisədən əvvəl avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. Hadisə baş verməzdən əvvəl spirtli içki qəbul etmişdir, həmçinin Təqsirləndirilən şəxs da spirtli içki qəbul etməsini bilmişdir. Ona dəymiş ziyan ödənilməmişdir.Sığorta şirkəti tərəfindən ona dəymiş ziyan ödənilməlidir.Ona dəymiş ziyan ödənilmədiyindən,təqsirləndirilən şəxsə qarşı tələbin olmaması barədə ərizə verməkdən imtina etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 ifadə verərək göstərdi ki, özünə məxsus «VAZ 2106» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avrtomobilə baş etibarnamə əsasında sahiblik edir. Təqsirləndirilən şəxs onun doğma oğludur.xx.xx.2024-cü il tarixdə ona məxsus «VAZ 2106» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Göyçay şəhərində ustada olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində oğlu Təqsirləndirilən şəxs ona Göyçay şəhərində olduğunu və kəndə gələn zaman avtomobili də gətirmək istədiyini bildirmişdir. Hilala icazə vermişdir ki,avtomobili idarə edərək yaşadığı evə gətirsin.xx.xx.2024-cü il tarixdə saat 17 radələrində oğlu Təqsirləndirilən şəxs Göyçay rayonu Cəyirli kəndində yol-nəqliyyat hadisəsi törətməsi,özünün və yanında olan şəxsin xəsarət almalarını barədə məlumat almış, bundan sonra Göyçay rayon mərkəzi xəstəxanasına gəlmiş, bu zaman həqiqətən də oğlu Hilal Seydiovun və hadisə zamanı avtomobildə olan sərnişin həmkəndlisi Zərərçəkmiş şəxs xəsarət aldıqlarını görmüşdür. X2 sürücülük vəsiqəsi olmamışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 ifadə verərək göstərdi ki, o, Göyçay Rayon Polis X3 Polis Bölməsinin inspektoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman saat 17 radələrində Göyçay-Cəyirli avtomobil yolunun Göyçay rayonu Cəyirli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi haqqında məlumat almış, bundan sonra dərhal yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə getmişdir. Hadisə yerinə çatdıqdan sonra «VAZ-2106» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, sarı rəngli avtomobilinin Göyçay-Cəyirli-Bərgüşad avtomobil yolunda üzü Göyçay şəhəri istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib öz hərəkəti istiqamətində yolun sağ tərəfində yerləşən ehtiyyat hissənin kənarında olan ağaca çırpılmasını görmüş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sürücü və onun yanında əyləşmiş sərnişin xəsarət almışlar. Xəsarət almış hər iki şəxs avtomobildən çıxarılmış və hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılmışdırlar. Daha sonra hadisə yerinin müayinəsi aparılmış, fotoşəkillər çəkilmiş, hadisə yerinin müayinəsi başa çatdıqdan sonra «VAZ- 2106» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Göyçay RPŞ-nın duracağına yerləşdirilmiş, bort-kompüterdən istifadə edərək həmin avtomobilin kimə məxsus olmasını yoxlamış, yoxlama zamanı həmin avtomobilin ünvan 1 ünvanında qeydiyyatda olan X1 məxsus olması və etibarnamə ilə Göyçay rayonu Bığır kənd sakini Şahid1 istifadəsində olması müəyyən edilmişdir. Yol- nəqliyyat hadisəsi baş verən zaman avtomobili Təqsirləndirilən şəxs idarə etməsi müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 15 iyul 2024-cü il tarixli 364 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində xx.xx.2024-cü il tarixinə uyğun xəsarətin hər hansı bir obyektiv əlamət izləri aşkar edilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 07 avqust 2024-cü il tarixli 487 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-müştərək qapalı kəllə beyin travması, beyin silkələnməsi, sağ qamış sümüyünün proksimal hissəsinin qapalı, çoxqəlpəli və sol qamış sümüyünün medial kondilusunun qapalı yerdəyişmiş sınıqları kütbərk əşyanın (əşylarının) təsirindən törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşə əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 16 avqust 2024cü il tarixli, 8/1954 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «VAZ 2106» markalı, **-BC-*** dövlət qeydiyyat nişanli avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən ,onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən,onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqında 08 iyun 2024-cü il tarixli 208 saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu orta dərəcəlidir. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqında 08 iyun 2024-cü il tarixli 207 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu yüngül dərəcəlidir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi və etibarnamə olmadan yüngül dərəcə sərxoş halında xx.xx.2024-cü il tarixdə saat 17 radələrində atası Şahid1 sahibliyində olan “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay-Cəyirli- Bərgüşad avtomobil yolunun Göyçay rayonu Cəyirli kəndindən keçən hissəsində üzü Göyçay şəhəri istiqamətində asfalt yolda hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək idarə etməni itirib avtomobili öz hərəkəti istiqamətində yolun sağ tərəfində yolun ehtiyyat hissəsinin kənarında olan ağaca çırparaq ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs müştərək qapalı-kəllə beyin travması, sağ qamış sümüyünün proksimal hissəsinin qapalı, çoxqəlpəli və sol qamış sümüyünün medial kondilusunun qapalı yerdəyişmiş sınıqları kimi dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan və sağlamlığa az ağır zərər vuran xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərin təşkil etməsini, cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqların olmasını iş üzrə cəzanı yüngülləşdirən hal olduğunu və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Beləliklə iş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyası hədləri daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını CM-nin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza tədqiqatının 85 manat məbləğində dəyəri Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin üzərinə qoyularaq ondan tutulub dövlət nəfinə keçirilməlidir. Zərərçəkmiş şəxsə izah olunmalıdır ki, dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 351-353-cü,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 85 manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxsə izah olunsun ki, dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Hökmdən 20 gün müddətində Göyşay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-14/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-14/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver