Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-15/2023 01.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, işsiz, məhkum olunmamış, ailəli, himayəsində iki azyaşlı uşağı olan, Göyçay rayonun Ləkçıplaq kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs 2021-ci ilin iyun ayında tanışı Şahid2 ilə telefon vasitəsi ilə homoseksuallar və onların arasında olan cinsi əlaqə ilə bağlı mövzularda söhbət edən zaman onun xəbəri olmadan, gizlin olaraq vahid niyyətlə əhatə olunan qəsdlə gələcəkdə Zərərçəkmiş şəxs hədə qorxu ilə pul tələb etmək məqsədi ilə həmin danışıqları öz telefonuna videoya çəkərək sonradan həmin danışıqları və onun telefon nömrəsini əks etdirən videogörüntünü ona göndərməklə həmin videonu sosial şəbəkələrdə, Zərərçəkmiş şəxs işlədiyi Göyçay rayon mərkəzi xəstəxanasının kollektivi və ailə üzvləri arasında yaymaqla onu rüsvay edəcəyi, ləkələyəcəyi və iş nüfuzuna xələl gətirəcəyi ilə hədə qorxu gəlib xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində Göyçay şəhəri H.Əliyev prospektində mərkəzi parkın yanında 3000 manat nəğd şəkildə, xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri H.Əliyev prospektində mərkəzi parkın yanında 500 manat nəğd şəkildə, xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri H.Əliyev prospektində mərkəzi parkın yanında 500 manat nəğd şəkildə, xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri H.Əliyev prospektində mərkəzi parkın yanında 500 manat nəğd şəkildə, xx.xx.2022-ci il tarixdə 100 manat poçt vasitəsi ilə sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri H.Əliyev prospektində mərkəzi parkın yanında 300 manat nəğd şəkildə almaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 4 900 (dörd min doqquz yüz) manat pulunu ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin yaz aylarında Göyçay rayonun Ləkçıplaq kəndində onun yaşadığı evlə qonşuluqda yerləşən Zərərçəkmiş şəxs bağında Şahid2 fəhlə kimi çalışaraq ağacların diblərini işləmiş, Aydına məxsus həmin bağ evində qalmışdır. Zərərçəkmiş şəxs isə hərdən gəlib bağa nəzarət edib Nəzərə tapşırıqlarını verib getmişdir. Aydınla Şahid2 arasında isti münasibətlərin olduğunu müşahidə etmişdir. Nəzər ilə həmin ərəfələrdə tanış olmuş və söhbət əsnasında mövsüm vaxtı meyvə tərəvəz alış-verişi ilə məşğul olduğunu söylədikdə, Nəzər ona Qəbələ rayonun Nohurqışlaq kəndində yaşadığını, yaşadığı və ətraf kəndlərdə yaxşı alça meyvəsinin olduğunu, alça mövsümunda yaşadığı və yaxın kəndlərdə alçanın yığımı ilə məşğul olduğunu, bağ sahibləri ilə danışıb meyvələri özü yığıb müştəri tapıb bir yerdən satdığını, təxminən iyun-iyul aylarında alçanın yığım mövsümü olduğunu söyləmişdir. Qəbələ rayonunda alça alış verişinin olduğunu bildiyini, lakin oradan əvvələr alış veriş etmədiyini demiş və Nəzərdən belə olan halda ona lazım olsa bu işdə köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Nəzər isə ona nə vaxt gəlsə onu aparıb bağ sahibləri ilə tanış edə biləcəyini, lazım olarsa, işi alınarsa orada alça yığılan müddətdə öz evində qala biləcəyini demişdir. Nəzər təxminən 2021-ci ilin may ayında Aydının bağ evində işlərini yekunlaşdırıb çıxıb getmiş və onu bir daha görməmişdir. Bir qədər vaxt keçdikdən sonra alça satışı mövsümü başladığından Qəbələ rayonunda bağlardan alça almaq qərarına gəlmişdir. Ona görə də Nəzərin özünü də tapmağı da düşünmüşdür ki, ona bu işdə köməklik etsin. Bu məqsədlə bir neçə fəhlə götürüb birdəfəlik Qəbələ rayonun Nohurqışlaq kəndində getmək qərarında gəlmişdir. 2021-ci ilin iyun ayında Göyçay bazarının qarşısında dayanan günəmuzd işləyən fəhlələrlə danışıb alça yığıb satmaq üçü Qəbələ rayonun Nohurqışlaq kəndinə getmişlər. Şahid2 onları qarşılayanda Nəzərə alça almaq məqsədi ilə Qəbələyə gəldiklərini və alça tapmağa kömək etməsi ümüdü ilə yanına gəldiyinii bildirmişdir. Nəzər ona alça bağlarının sahibləri ilə onu tanış edəcəyini bildirmiş və öz evində qalmağı təklif etmişdir. Nəzər onlara ayrıca otaq vermiş, özü isə başqa otaqda tək qalmışdır. Ümumilikdə təxminən 2 həftə Nəzərin evində qalmışlar. Nəzərlə də yaxşı münasibət qurmuşlar. Nəzərin yaşadığı evdə qaldığı müddətdə isə Nəzərin öz qaldığı otaqda və mətbəxdə bir neçə dəfə telefonunu mikrofonda qoyub qohumu Zərərçəkmiş şəxsla homoseksuallar və onların arasında olan cinsi əlaqə ilə bağlı mövzularda danışdıqlarını görmüşdür. Nəzər həmin mövzuları ondan gizlətməmiş və mətbəxə sərbəst daxil olub çıxanda da Nəzər ona əhəmiyyət verməyərək danışıqlarına davam etdirmişdir. Alça yığımı qurtarmamışdan bir neçə gün öncə, isə 2021-ci ilin iyun ayının son günlərində axşam saatlarında Nəzərgildə olarkən Şahid2 mətbəxdə divanda uzanıb qohumu Zərərçəkmiş şəxsla telefonu mikrofona qoyub homoseksuallar və onların arasında olan cinsi əlaqə ilə bağlı mövzülarda danışdıqlarını görmüşdür. Həmin vaxt su içmək adı ilə mətbəxə daxil olaraq Şahid2 bir qədər qulaq asaraq Aydınla danışdığını özü üçün dəqiqləşdirmişdir. Həmin vaxt onunla işləyən fəhlələr isə qaldıqları otaqda yatmışlar. Həmin vaxt Nəzərlə Aydın həkimin arasında olan həmin danışıqları telefonuna çəkib saxlamaq, sonra isə həmin videonu Aydın həkimə göndərib həmin danışıqları sosial şəbəkələrdə, işlədiyi xəstəxanada, tanışları və ailə üzvləri arasında yayacağı ilə Aydın həkimi ləkələyib rüsvay edəcəyi ilə hədələyib pul tələb etmək qərarına gəlmişdir. Düşünmüşdür ki, Şahid2la Aydın həkimin danışığını xəlvət telefonuna çəksin sonra isə həmin videonu yayacağı ilə Aydını hədələyərək ondan istədiyi vaxt pul alsın. Dərhal telefonunun videokamerasını açıb guya su içdiyini nümayiş etdirərək telefonunu Nəzərin telefonuna tutmuşdur ki, onun telefonun ekranında əks olunan Zərərçəkmiş şəxs telefon nömrəsi də videoya düşsün ki, Aydın sonra heçnəyi inkar edə bilməsin. 1-2 dəqiqə Nəzərin yanında dayanaraq telefonunu onun telefonunun ekranına tutub video çəkərək Şahid2la Aydın həkimin danışıqlarını telefonuna videoya çəkmiş, Nəzərdə telefon nömrəsi həmin videoya düşmüş, hərdən isə özü otaqda gəzmişdir ki, Nəzər onun telefona çəkməyindən şübhələnməsin. Nəzər bundan şübhələnməmiş və onun nə etdiyini bilməmişdir. Şahid2la Zərərçəkmiş şəxs danışıqlarını təxmimən 1-2 dəqiqəlik videoya çəkdikdən sonra isə Nəzərə heç nə deməmiş və daha sonra istifadəsində olan 050 *** ** ** nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** nömrəsinə zəng vurub Aydına hədə qorxu gəlib pul tələb etmək qərarına gəlmişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs zəng vurub Nəzər ilə homoseksuallar və onların arasında olan cinsi əlaqə ilə bağlı mövzularda danışmalarından xəbərinin olduğunu, həmin danışıqları telefonuna yazaraq telefonunda saxladığını, əgər onun tələblərini yerinə yetirməsə həmin danışıqları əks etdirən videonu sosial şəbəkəyə buraxacağını, eləcə də işlədiyi Göyçay rayon mərkəzi xəstəxanasında həkimlərə və ailə üzvlərinə göndərməklə onu ləkələyib rüsvay edəcəyi ilə və işi nüfüzuna ləkə yaxacağı ilə hədələmişdir. Aydın həkim ona inanmasa da, çəkdiyi videonu ona vatsap vasitəsi ilə göndərərək “öz nömrənə də bir bax aydın düşüb” sözü demişdir. Daha sonra Zərərçəkmiş şəxs bilmişdir ki, zarafat etmir ciddi və həqiqətəndə Nəzər ilə aralarında intim mövzularda olan danışıqları öz telefonuna çəkmişdir. Ona görə də, Zərərçəkmiş şəxs ona yalvararaq ailə üzvlərinin, iş yoldaşlarıdan utandığını, ləkələnməsindən və rüsvay olacağından qoruxduğunu bildirərək ondan həmin videonu yaymamağını xahiş etmişdir. Aydına dediyi məbləğdə pulu ona verəcəksə bunu etməyəcəyinə söz vermişdir. Bir vaxt sonra isə Şahid2 ona zəng vurub Aydın həkimin ondan şikayətləndiyini söyləyərək nə iş tutduğunu ondan soruşmuşdur. Nəzərə onun işinə qarşımamasını və bu məsələnin ona aid olmadığını deyərək əsəbləşmişdir. Nəzər isə ona nə səbəbə Aydına hədə qorxu gəldiyini soruşaraq, ondan da şübhələnəcəyini deyib videonu silməyini tələb etmişdir. Nəzərə onunla heç bir işinin olmadığını söyləyərək bir daha onun işlərinə qarşımamasını demişdir. xx.xx.2021-ci il tarixdə günorta saatlarında 050 *** ** ** nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** nömrəsinə zəng vurub Nəzər ilə aralarındakı homoseksuallar və onların arasında olan cinsi əlaqə ilə bağlı mövzularda danışıqları əks etdirən videonu yayacağı ilə hədələyib yəni Zərərçəkmiş şəxs hədə qorxu gələrək bunu etməməyi üçün ondan 3000 manat pul tələb etmişdir. Zərərçəkmiş şəxs onunla razılaşıb xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində mərkəzi parkın yanında görüşüb 3000 manat pulu ona vermişdir. Həmin vaxt onlar ikisi görüşmüşlər, yanlarında isə heç kim olmamışdır. Aydından 3000 manat almağı ilə bağlı vərəqdə “Mən Təqsirləndirilən şəxs Aydın dokdurdan arada olan pul 3000 min manat pul aldım Aydın dokdurdan heç bir şikayətim yoxdur arada olan anlaşılmazlıq aradan qaldırıldı heç bir etirazım yoxdur” sözləri yazıb qəbz kimi ona vermişdir. xx.xx.2021-ci il tarixdə günorta saatlarında 050 *** ** ** nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** nömrəsinə yenə zəng vurub sonuncudan 500 manat pul tələb etmiş, əks halda əvvəl dediyi kimi homoseksuallar və onların arasında olan cinsi əlaqə ilə bağlı mövzularda Nəzər ilə arasında olan danışıqları əks etdirən videonu sosial şəbəkəyə buraxacağını, eləcə də işlədiyi Göyçay rayon mərkəzi xəstəxanasında həkimlərə, tanışlarına və ailə üzvlərinə göndərəcəyi ilə bu formada Zərərçəkmiş şəxs ləkələyib rüsvay edəcəyi ilə iş nüfuzuna ləkə yaxacağı ilə hədələmişdir. Zərərçəkmiş şəxs bunları etməməyini xahiş edərək axşam ona 500 manat pul verəcəyinə söz vermişdir. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində Aydınla görüşüb və tələb etdiyi qədər pulu, yəni 500 manatı Aydın ona vermişdir. Aydın ondan bir daha təhdid etməməyini xahiş etdikdə o, Aydına söz vermişdir ki, və ona inanması üçün internet klubların birində kompyuterdə “Mən, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs 3000(üç min mnat), 500(beş yüz) manat da bir pul alıb, sonrakı vaxtarda heç bir təhdid olunmayacaq. Əks təqdirdə pulu geri qaytaracam və orqan tərəfindən hər hansı bir cəzaya hazıram..sözləri” yazıb imzalamış və Zərərçəkmiş şəxs təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə yenə Zərərçəkmiş şəxs pulunu hədə qorxu ilə ələ keçirmək qərarına gəlib səhər saatlarında Zərərçəkmiş şəxs yenidən zəng vurub ondan 500 manat pul tələb etmiş, əks halda əvvəl dediyi kimi həmin danışıqları əks etdirən videonu sosial şəbəkəyə buraxacağını, eləcə də işlədiyi Göyçay rayon mərkəzi xəstəxanasında həkimlərə, tanışlarına və ailə üzvlərinə göndərəcəyi ilə bu formada Zərərçəkmiş şəxs ləkələyib rüsvay edəcəyi ilə iş nüfuzuna ləkə yaxacağı ilə hədələmişdir. Zərərçəkmiş şəxs bir qədər narazılıq etmişsə də telefonu keçirmiş, lakin Zərərçəkmiş şəxs yenidən ona özü zəng vurub bunları etməməyini xahiş edərək axşam ona 500 manat pul verəcəyinə söz vermiş və onlar yenə həmin yerdə görüşüb Zərərçəkmiş şəxs yenə 500 manat pul almışdır. Bununla bağlı vərəqdə “Mən Təqsirləndirilən şəxs xx.xx.2021 -ci il tarixdə Zərərçəkmiş şəxs 500 manat aldım. Heç bir şikayətim yoxdur. Bir daha onu təhdid etməyəcəm” məmunda yazı yazıb imzalayaraq qəbz kimi Zərərçəkmiş şəxs vermişdir. 2021 -ci ilin noyabr ayında yenə Zərərçəkmiş şəxs vatsap və telefonla zəng vuraraq pul tələb etməyə başlamışdır. Bir neçə dəfə Zərərçəkmiş şəxsla 2021-ci ilin dekabr ayının əvvəllərinədək danmışasa da Aydından pul tələb edərkən ona pulunun olmadığını bildirmişdir. O da, “vatsap”-da başqa xatırlamadığı nömrə ilə Zərərçəkmiş şəxs zəng vurub səsini dəyişib “Ceyhun” kimi özünü təqdim edərək sözügedən videonun onda olduğunu deyərək Zərərçəkmiş şəxs pul tələb etməyə başlamışdır. Bu onun qurma planı olub ki, Zərərçəkmiş şəxs yenə növbəti dəfə pul tələb etsin. Aydın da ona zəng vurub telefonla danışaraq “Ceyhun” adlı şəxsin zəng vurduğunu bildirərək həmin şəxsin kimliyi barədə soruşmağa başlamışdır. Zərərçəkmiş şəxs yalandan hər dəfə guya “Ceyhun”un təhlükəli adam olduğunu deyərək ona da pul vermək lazım olduğunu, videonun həmin “Ceyhun” adlı şəxsin əlinə keçdiyini, güya həmin şəxsə pul verilməsə videonun yayılacağını bildirmişdir. Lakin Aydından pul tələb edib ala bilməmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarından bir neçə dəfə Zərərçəkmiş şəxs zəng vurub ondan 500 manat pul tələb etmiş, əks halda əvvəl dediyi kimi Nəzər ilə arasında homoseksuallar və onların arasında olan cinsi əlaqə ilə bağlı mövzularda danışıqları əks etdirən videonu sosial şəbəkəyə buraxacağını, eləcə də işlədiyi Göyçay rayon mərkəzi xəstəxanasında həkimlərə, tanışlarına və ailə üzvlərinə göndərəcəyi ilə bu formada Zərərçəkmiş şəxs ləkələyib rüsvay edəcəyi ilə iş nüfuzuna ləkə yaxacağı ilə hədələmişdir. Zərərçəkmiş şəxs bunları etməməyini xahiş edərək axşam ona 500 manat pul verəcəyinə söz vermişdir. xx.xx.2021ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində, mərkəzi parkın yanında görüşmüşlər və tələb etdiyi qədər pulu, yəni 500 manatı Aydın ona vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Aydın ondan bir daha təhdid etməməyini xahiş etdikdə o, Aydına söz vermiş və ona inanması üçün internet klubların birində kompyuterdə 500 manat pul aldığını, sonrakı vaxtarda Aydını təhdid etməyəcəyini, əks təqdirdə pulu geri qaytaracağını və cəza çəkməyə hazır olduğunu əks etdirən yazı yazıb çıxardıb imzalamış və Zərərçəkmiş şəxs təqdim etmişdir. Bununla bağlı Aydına yenə vərəqdə “2021 11 dekabrda Aydın dokdurdan 500 manat aldım Əşrəf oğlundan 300 manat pul borcu aldım (imza) *** *** ** **” məzmunda yazı yazıb qəbz kimi Zərərçəkmiş şəxs vermişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində olarkən meyvə tərəvəz maraqlanmaq üçün Şəmkirə getməli olmuş və ümumiyyətlə pulu qalmamışdır, nədə ki, telefonunda zəng etmək üçün vəsait olmamışdır. Ona görə də yenə Aydından hədə qorxu ilə pul almağa qərarlaşmış və eyni formada Aydına “vatsap”la zəng vurub 300 manat poçt vasitəsi ilə Bakıya göndərməsini istəmişdir. Aydın ona pul göndərmək istəməmiş və Aydına heç olmasa 100 manat pul göndərməsini tələb edərək əks halda sözügedən videonu yayacağını bildirmişdir. Aydın isə bunu etməməyini xahiş edərək poçt vasitəsi ilə ona 100 manat pul göndərmiş, həmin pulu Bakı şəhərində poçtda götürüb bir neçə günlük alış verişlə maraqlanmaq üçün Şəmkir rayonuna getmişdir. xx.xx.2022-ci il tarixdə Aydının pulunu hədə qorxu gələrək ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxs “vatsap”la zəng vurub sonuncudan 300 manat pul tələb etmiş, əks halda əvvəl dediyi kimi Nəzərlə arasında homoseksuallar və onların arasında olan cinsi əlaqə ilə bağlı mövzularda danışıqları əks etdirən videonu sosial şəbəkəyə buraxacağını, eləcə də işlədiyi Göyçay rayon mərkəzi xəstəxanasında həkimlərə, tanışlarına və ailə üzvlərinə göndərəcəyi ilə bu formada Zərərçəkmiş şəxs ləkələyib rüsvay edəcəyi ilə iş nüfuzuna ləkə yaxacağı ilə hədə qorxu gəlmişdir. Zərərçəkmiş şəxs bir qədər narazılıq etmiş axşam ona 300 manat pul verəcəyinə söz vermiş və onlar yenə, saat 18 radələrində əvvəlki yerdə, yəni Göyçay şəhəri H.Əliyev prospektində mərkəzi parkın yanında ikisi görüşmüşlər və Zərərçəkmiş şəxs 300 manat pul almışdır. Bununla bağlı vərəqdə Aydın həkimdən guya 300 manat pul almağı ilə bağlı yazı yazıb qəbz kimi Zərərçəkmiş şəxs vermişdir. Zərərçəkmiş şəxs hədə qorxu gələrək ümumilkdə 4900(dörd min doqquz yüz ) manat pul almışdır. Daha sonra həmin videonun ümumiyyətlə kiminsə əlinə keçməməsi və yayılmaması üçün öz telefonundan birdəfəlik silmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş, baş vermiş hadisəyə görə ondan üzr istəmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Göyçay RMX-nın TTTB-nin qəbul şöbəsində həkim-pediatr işləmiş, hazırda təcili tibbi yardım üzrə həkim işləyir. Təqsirləndirilən şəxs Behbut oğlu onun qohumudur. 2021-ci ilin yaz aylarında Göyçay rayonun Ləkçıplaq kəndindəki bağ evinin həyətində Şahid2 fəhlə kimi işləmiş, bağın torpağını belləmiş, ağaclara qulluq göstərmişdir. Onun Şahid2 ilə normal münasibətləri yaranmışdır. Kəndə gəlib gedəndə də bir yerdə Şahid2la oturub çörək yeyib çay içmişlər. Bu formada Şahid2la yoldaşlıqları yaranmışdır. Təqsirləndirilən şəxs da təsadüfən Nəzər ilə haradasa ona məlum olmayan şəraitdə tanış olmuşdur. 2021-ci ilin təxminən may ayında Nəzər onların bağında işlərini yekunlşadıraraq yaşadığı Qəbələ rayonun Nohurqışlaq kəndinə getmişdir. Lakin Nəzərlə mütəmadi olaraq telefon əlaqəsi, eləcə də “vatsap”da zəngləşməklə əlaqə saxlamışlar. Şahid2la yoldaşlıqları yarandığından zarafatları da vardır. 2021-ci ilin iyun ayının son günlərində Nəzər ilə homoseksuallar və onların arasında olan cinsi əlaqə ilə bağlı mövzularda telefonda danışarkən onun və Nəzərin xəbəri olmadan onların danışdıqlarını Nəzərin yanında olan Təqsirləndirilən şəxs öz telefonuna videoya çəkmişdir. Belə ki, Nəzər ilə həmin danışıqdan bir-iki gün sonra Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq Nəzər ilə telefonda homoseksuallar və onların arasında olan cinsi əlaqə ilə bağlı mövzularda danışmaqlarından xəbərinin olduğunu, onların danışıqlarını öz telefonuna videoya çəkib yazaraq saxladığını, həmin videoda danışdıqlarından başqa və onun danışdıqlarını sosial şəbəkələrdə, işlədiyi Göyçay rayon mərkəzi xəstəxanasında və ailə üzvlərinə yaymaqla onu rüsvay edəcəyi və iş nüfuzuma xələl gətirəcəyi ilə ona hədə qorxu gələrək ondan pul tələb etmişdir. O da ikin olaraq Təqsirləndirilən şəxs inanmamışsa da, vatsap vasitəsi ilə sonuncu ona Nəzər ilə aralarında olan söhbətin videoçəklişini göndərmişdir. Həmin videoda Nəzər ilə danışmaqlarının videosunu, eləcə də Nəzərin telefonunda onun nömrəsinin yaxından göründüyünü görmüşdür. Nəzərə zəng vurub bu barədə deyəndə, məlum olmuşdur ki, Vahidin öz telefonuna Nəzərlə aralarında olan danışığı videoya çəkməsindən sonuncunun xəbəri olmamışdır. Belə ki, Nəzər ona həqiqətən onunla evində mətbəxdə mikrofonda danışarkən Vahidin mətbəxə daxil olduğunu, həmin vaxt Vahidin əlində telefon olduğunu, lakin onun onların danışığını videoya çəkməsini bilmədiyini söyləyərək Vahiddən polisə şikayət etməyini təklif etmiş, eyni zamanda özü də Vahidlə danışıb buna aydınlıq gətirəcəyini söyləmişdir. Ona aydın olmuşdur ki, Nəzərlə telefonda homoseksuallar və onların arasında olan cinsi əlaqə ilə bağlı mövzularda danışarkən Nəzər telefonu mikrofona qoyub və onunla arasında olan danışığı isə Vahid gizlincə və Nəzərdən xəlbət öz telefonuna videoya çəkmişdir. Bir neçə gün Vahid ona zəng vurub həmin videonu yayacağı ilə hədələyib onu qorxuzaraq onda pul tələb etməyə başlamışdır. Ona görə də rüsvay olacağından, ləkələnəcəyindən, iş nüfuzuna xələl gələcəyindən ailə üzvlərinin, iş yoldaşlarının yanında bixəbər olacağından qoruxduğu üçün Vahiddən həmin videonu sosial şəbəkələrdə yaymamasını, ailə üzvlərinə və iş yoldaşlarına bildirməməsini xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs onun narahat olduğunu görüb daha da ürəklənərək təkidlə və aqressiv formada ona dediklərini etməyəcəyi təqdirdə, yəni istədiyi vaxt pul verməsə danışdıqlarını sosial şəbəkələrdə, işlədiyi Göyçay rayon mərkəzi xəstəxanasında və ailə üzvləri, qohumları və tanışlarının arasında yaymaqla onu rüsvay edəcəyini və iş nüfuzuna, eləcə də adma xələl gətirəcəyini bildirmişdir. Bunların utancverici olduğunu və heç kimin həmin söhbətləri bilməməsi üçün 2021-ci ilin iyun ayının sonlarında birinci dəfə tələb etdiyi kimi Təqsirləndirilən şəxs təxminən 1 həftə danışıqlardan sonra xx.xx.2021-ci il tarixdə 3000 manat pul vermişdir. Belə ki, həmin tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ona yenə zəng vurub əlində olan Nəzər ilə aralarındakı danışıqları əks etdirən videonu yayacağı ilə hədələyib yəni ona hədə qorxu gələrək ondan 3000 manat pul tələb etmiş və Təqsirləndirilən şəxs tələbini yerinə yetirməyə məcbur olub həmin günü saat 15 radələrində Göyçay şəhərində H.Əliyev prospektində yerləşən mərkəzi parkın yanında Təqsirləndirilən şəxsla görüşmüşlər. Vahidə videonu yaymamağının qaşılığında 3000 manat pulu verdikdən sonra Təqsirləndirilən şəxs onu bir daha narahat etməməsini və videonu silməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona bir daha narahat emtəyəcəyinə söz verərək kağız vərəqdə ondan 3000 manat pul alması və bir daha onu narahat etməyəcəyi ilə bağlı cümlə yazaraq həmin vərəqi qəbz kimi ona vermişdir. Bundan sonar Vahid öz əməlindən çəkinməyərək mütəmadi olaraq ondan Nəzər ilə aralarındakı danışıqları əks etdirən videonu yayacağı ilə hədə qorxu gəlib pul tələb etməyə başlamışdır. Növbəti dəfə Təqsirləndirilən şəxs ondan 500 manat tələb etməyə başlamışdır, verməyəcəyi təqdirdə isə videonu yayacağını bildirərək oan hədə qorxu gəlmişdir. xx.xx.2021-ci il tarixdə Vahidlə saat 18 radələrində Göyçay şəhərində H.Əliyev prospektində yerləşən mərkəzi parkın yanında Təqsirləndirilən şəxsla görüşmüşlər. Videonu yaymaması üçün Vahidə 500 manat pul vermişdir. Vahiddən bir daha onu narahat etməməsini və videonu silməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona bir daha narahat emtəyəcəyinə söz verərək kağız vərəqdə ondan 500 manat pul alması və bir daha onu narahat etməyəcəyi, əks təqdirdə pulu geri qaytaracağı və cəzaya hazır olması ilə bağlı cümlə yazaraq həmin vərəqi qəbz kimi ona vermişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs ona bir neçə dəfə zəng vuraraq yenə Nəzər ilə aralarındakı danışıqları əks etdirən videonu camaat arasında yayacağı hədəsi ilə ondan 500 manat pul tələb etmiş, Təqsirləndirilən şəxs pul veməyəcəyi halda həmin videonu hər yerdə yayacağı ilə ona hədə qorxu gəlmişdir. Həmin gün saat 18 radələrində Vahidlə yenə Göyçay şəhərində H.Əliyev prospektində yerləşən mərkəzi parkın yanında görüşmüşlər. Videonu yaymaması üçün Vahidə 500 manat pul vermişdir. Vahiddən bir daha onu narahat etməməsini və videonu silməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona bir daha narahat etməyəcəyinə söz verərək kağız vərəqdə ondan 500 manat pul alması və bir daha onu təhdid etməyəcəyi ilə bağlı cümlə yazaraq həmin, vərəqi qəbz kimi ona vermişdir. Bundan sonra 2021-ci ilin noyabr ayında Vahid ona yenə zəng vurub Nəzər ilə aralarındakı danışıqları əks etdirən videonu yenə yayacağı ilə hədələməyə başlamışdır. Təqsirləndirilən şəxs pulunun olmadığını bildirəndə isə, həmin ilin dekabr ayının əvvəllərində xatırlamadığı nömrə ilə ona “vatsap”da Ceyhun kimi özünü təqdim edən şəxs zəng vurub videonun əlində olduğunu bildirib ona hədə qorxu gələrək pul tələb etməyə başlamışdır. Lakin təxmin etmişdir ki, “Ceyhun” özünü təqdim edən şəxs elə Vahid özüdür. Vahidlə bu haqda danışanda Ceyhun barədə ona deyəndə Vahid ona gah belə bir adam tanıdığını, gah tanımadığını, gah Ceyhunla görüşüb söhbət etdiyini və videonu yaymamaq üçün Ceyhuna pul vermək lazım olduğunu deyərək dəqiq ona heçnə deməmişdir. Özü həmin şəxslə görüşməmiş, nədə ki görməyərək, sadəcə telefonda danışıqları olmuşdur. Lakin “Ceyhun” kimi özünü təqdim edən şəxsin elə Vahidib özü olduğunu təxmin etmişdir. Vahid xx.xx.2021-ci il tarixdə səhər saatlarından bir neçə dəfə onunla əlaqə saxlayaraq Nəzər ilə ararlarında danışıqları əks etdirən videonu camaat arasında yayacağı hədəsi ilə ondan 500 manat pul tələb etmişdir. Həmin gün 18 radələrində Vahidlə Göyçay şəhərində H.Əliyev prospektində yerləşən mərkəzi parkın yanında ikisi görüşmüşlər. Videonu yaymaması üçün Vahidə yenə 500 manat pul vermişdir. Vahiddən bir daha onu narahat etməməsini və videonu silməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona bir daha narahat emtəyəcəyinə söz verərək kağız vərəqdə ondan 500 manat pul alması ilə bağlı cümlə yazaraq həmin vərəqi qəbz kimi ona vermişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə Vahid “vatsap”la ona zəng vurub Bakı şəhərində olduğunu, pulunun olmadığını, yol çıxmalı olduğunu bildirərək ondan öz adına poçtla 300 manat pul göndərməyini, əks halda Nəzər ilə aralarındakı danışıqları əks etdirən videonu camaata arasında yayacağını bildirərək ondan 300 manat pul tələb etmişdir. Lakin Vahidə pulunun olmadığını deyərək pul vermək istəməmişdir. Həmin vaxt Vahid təkidlə ona hədə qorxu gələrək heç olmasa 100 manat göndərməyini bildirmişdir. Daha sonar məcbur olaraq Təqsirləndirilən şəxs adına poçt vasitəsi ilə 100 manat göndərmişdir. Daha sonra Vahid ona dəfələrlə zəng edib narahat edərək, pul istəmiş, lakin Vahidə pul verməmişdir. Sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə Vahid ona “vatsap”la zəng vurub pul veməyəcəyi halda həmin videonu hər yerdə yayacağı ilə ona hədə qorxu gəlmişdir.Həmin gün saat 18 radələrində Vahidlə Göyçay şəhərində H.Əliyev prospektində yerləşən mərkəzi parkın yanında ikisi görüşmüşlər. Videonu yaymaması üçün Vahidə yenə 300 manat pul vermişdir. Vahiddən bir daha onu narahat etməməsini və videonu silməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona bir daha narahat emtəyəcəyinə söz verərək kağız vərəqdə ondan 300 manat guya borca pul alması ilə bağlı cümlə yazaraq həmin vərəqi qəbz kimi ona vermişdir. Baş vermiş hadisələrdən bezərək Polisə ərizə vermək qərarına gəlmiş və polisə müraciət edərək ərizə vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs ondan xx.xx.2021 -ci il tarixdə ondan 3000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021- ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 100 manat və xx.xx.2022-ci il tarixdə 300 manat pul almışdır. Halhazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, 2021-ci ilin yaz aylarında Zərərçəkmiş şəxs Göyçay rayonun Ləkçıpqlaq kəndi ərazisində yerləşən evinin həyətində və həyətyanı sahəsində, eləcə də qardaşının həyətində fəhlə kimi çalışmış, ağaclara qulluq göstərmiş və meyvə yığmışdır. Bir müddət Aydının Ləkçıplaq kəndində yerləşən evində qalmışdır. Aydın həkimlə səmimi münasibətləri yaranıb və onların aralarında dostluq münasibəti qurulmuşdur. Ona görə də bir-birləri ilə zarafatları da vardır. Aydın həkim özü də evə gəlib gedəndə, sonuncu ilə oturub yemək yeyib çay içmişlər. Həmin vaxtlarda isə Aydın həkimin kənddəki həmin evi ilə qonşuluqda yaşayan qohumu Təqsirləndirilən şəxs görüb tanımışdır. Təqsirləndirilən şəxs mövsümlərdə meyvə və tərəvəz alış verişi ilə məşğul olduğunu, Qəbələ rayonunda nə alıb satmaq mümkün olduğunu soruşmuş Vahidə, Qəbələ rayonunda yaşadığı Nohurqışlaq və ətraf kəndlərdə özü mövsümdə alça yığımı ilə məşğul olduğunu, alça bağlarının sahibləri ilan alverçilərin çoxsunu tanıdığını, başqa işi olmayanda alça alış verişi etdiyini, orada iyun-iyul aylarında alçanın yığıldığını bildirmişdir. Bir müddət Göyçay rayonun Ləkçıplaq kəndində fəhləlik edib işlədikdən sonra may ayında Qəbələ rayonuna qayıtmışdır. Zərərçəkmiş şəxsla münasibətləri yaxşı olduğundan əvvəllər istifadəsində olan 050 *** ** ** Sim nömrəsi ilə Aydının istifadəsində olan 050 *** ** ** Sim nömrəsi ilə adi zənglə və yaxud “Vatsap” vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlamışlar. 2021-ci ilin iyun ayında Qəbələ rayonunda yaşadığı Nohurqışlaq kəndində olarkən Vahid bir neçə nəfər fəhlələrlə gəlib alça alqısatqısı ilə məşğul olmaq üçün onu tapmışdır. Təqsirləndirilən şəxs xoş qarşılaryaraq öz evinə dəvət etmişdir. Təxminən 2 həftə Təqsirləndirilən şəxs onun evində qalmışlar və yaşadığı və ətraf kəndlərdə alça yığımı ilə məşğul olmuşlar. 2021-ci ilin iyun ayının sonlarında Vahidgil Göyçaya qayıtmamışdan 2-3 gün əvvəl axşam saatlarında mətbəxdə divanda uzanıb həmişəki kimi Zərərçəkmiş şəxsla mikrofonda telefonla danışmış və onlar öz aralarında homoseksuallar və onların arasında olan cinsi əlaqə ilə bağlı mövzularda söhbətlər etmişlər. Bu mövzuda Aydın həkimlə söhbət edən zaman isə Vahid əlində telefonla mətbəxə su içmək adı ilə daxil olaraq onun yaxınında Aydın həkimin arasında olan danışıqlara bir qədər qulaq asaraq, asta-asta su axtarıb stəkana süzərək su içməyə başlamışdır. Təqsirləndirilən şəxs öz telefonunu telefonuna tərəf tutduğunu görmüşsə də, anlamamış ki, və heç şübhələnməmişdir ki, Təqsirləndirilən şəxs Aydın həkimlə onun danışıqlarını və telefonunda əks olunan Aydının nömrəsini videoya çəkir. Yalnız bir neçə gün sonra Zərərçəkmiş şəxs ona zəng edərək nə baş verdiyini soruşanda və aralarında olan telefon danışığını Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs göndərərək qarşılığında ondan pul tələb etdiyini, əks halda isə onların danışıqlarını sosial şəbəkələrdə, Zərərçəkmiş şəxs işlədiyi xəstəxanada tanışları və ailə üzvləri arasında yayacağı ilə və onu rüsvay edəcəyi və ləkələyəcəyi ilə hədələdiyini söyləyəndə bilmişdir ki, Vahid onların danışıqlarını öz telefonuna çəkmişdir. Eyni zamanda ona həmin videonu göndərmiş və videodan da görmüşdür ki, Vahid öz telefonuna onun telefonunu yaxından çəkmiş və orada Aydının telefon nömrəsi və danışıqlarımız aydın görünür və eşidilir. Vahid mətbəxə su içməyə gələndə həqiqətən onların Aydın ilə danışdıqlarını öz telefonuna yazmışdır. Təqsirləndirilən şəxsla əlaqə saxlayıb nə baş verdiyini soruşaraq Aydın həkimin ona dediklərini Təqsirləndirilən şəxs söyləmişdir. Vahid isə ona “sənin nəyinə lazımdı, çəkil dur qıraqda mən ondan alacağımı alacam, doktorun pulu çoxdur, sən baş qoşma” deyərək ona əsəbləşmişdir. Vahidə nə səbəbə Aydına qarşı bu cür hərəkət etdiyini soruşaraq Aydın ilə münasibətinin olduğunu, aralarında anlaşılmazlığın yaranacağını, Aydının ondan da şübhələnəcəyini deyərək Təqsirləndirilən şəxs bu əməlindən əl çəkməsini və videonu silməsini tələb etmişdir. Lakin Vahid ona “mənim sənnən işim yoxdur, işim həkimlədi, bu işə qarışma” deyərək cavab qaytarmışdır. Aydınla danışanda Vahidlə danışıb sonuncuya narazılığını bildirdiyini, lakin Vahidin ona bu işə qarışmamağmı dediyini söyləmiş, eyni zamanda təcili Vahiddən polisə şikayət etməsini bildirmişdir. Bir neçə dəfə Aydın ilə telefon əlaqəsi saxlayıb sonuncudan bu işlə bağlı məlumat alarkən hər dəfə Aydın ona Vahidin əl çəkmədiyini, “vatsap”la və adi qaydada zəng vurub həmin videonu yayacağı ilə hədələdiyini və bunu etməməsinin qarşılığında pul tələb etdiyini ona söyləmişdir. 2021-ci ilin iyul ayının sonunda isə Zərərçəkmiş şəxsla zəngləşərəkən ona həmin ayın əvvəlində Vahidin hədə qorxu ilə 3000 manat, son iki gündə isə hər dəfə 500 manat olmaqla 1000 manat pul aldığını bildirmişdir. Aydına mütləq polisə şikayət etməsini, əks halda bunun axıra kimi belə davam edəcəyini, Vahidin Zərərçəkmiş şəxs istədiyi vaxtda pul alacağını, bunun qarşısını almaq üçün mütləq polisə bu barədə deməsini bildirmişdir. Aydın isə ona utandığını, Vahiddə olan videoda aralarındakı danışıqla yanaşı telefon nömrəsinin də görsəndiyini, odur ki, videonun kiminsə əlinə keçməsindən və yayılmasından qorxduğunu, hamının isə nömrəsini bildiyini və video kiminsə əlinə keçərsə onunla qeyri etik mövzuda danışmasını hamının biləcəyini, ləkələnmək və rüsvay olmaq istəmədiyini, ona görə də məcbur olub Vahidin tələbini yerinə yetirərək sonuncuya pul verdiyini bildirmişdir. Sonuncu dəfə isə 2022-ci ilin iyul ayının ortalarında Aydınla zəngləşib söhbət edərkən sonuncu ona Vahidin hədə qorxu ilə həmin günədək olan müddət ərzində müxtəlif vaxtlarıda ümumilikdə 4900(dörd min doqquz yüz) manat pul aldığını, hətta buna dair hər dəfə yazılı qəbz verdiyini və hər dəfə yalandan bir daha narahat etməyəcəyini söz verdiyini, lakin vədlərinə əməl etmədiyini, hələ də hədə qorxu gələrək pul aldığını bildirdi və polisə müraciət etmək fikrində olduğunu ona söyləmişdir. Şahid2 ifadəsini davam etdirərək göstərmişdir ki. Zərərçəkmiş şəxsla mütəmadi olaraq telefonla adi zənglə və “vatsap”la o, əlaqə saxlamışlar. Həmişə mətbəxdə divanda uzanıb mikrofonda Zərərçəkmiş şəxsla danışmış, Vahidin mətbəxə daxil olub çıxmasına əhəmiyyət verməmişdir. Onunla Aydının aralarında homoseksuallar və onların arasında olan cinsi əlaqə ilə bağlı mövzularda olan danışıqlarını Vahidin videoya çəkməsindən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs ona zəng vurub bunları danışandan sonra bilmişdir ki, Vahid onların danışıqlarını videoya çəkmişdir. Öz növbəsində Aydına Vahiddən polis şikayət etməsini məsləhət görmüşdür. Cinayət işi materiallarından görünrü ki, istintaq dövründə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona hədə qorxu gələrək xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat,xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, ci il tarixdə isə 300 manat pulunu tələb edib aldığını, sonuncuya cəmi 4900 manat pul verdiyini göstərərək hər dəfə Təqsirləndirilən şəxs ondan pul alarkən öz xətti ilə vərəqdə pul alması ilə bağlı yazı yazıb imza ataraq ona verdiyi 5 ədəd vərəqləri və Vahidə 1 dəfə poçt vasitəsi ilə pul göndərməsi ilə bağlı 1 ədəd qəbzi, eləcə də Təqsirləndirilən şəxsla arasında danışıqları əks etdirən 2 ədəd səs yazılarını 1 ədəd CD diski təqdim etmişdir. Cinayət işinə əlavə edilmiş Kompleks məhkəmə - fonoskopik və məhkəməxəttşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/1309, 4/1317, 4/1318 nömrəli rəyindən görünür ki, məhkəmə - xəttsünaslıq ekspertizası üzrə
1. Ekspertizaya təqdim edilmiş, ********* saylı cinayət işinin materiallarında Təqsirləndirilən şəxs adından olan xx.xx.2021 -ci il tarixli "Mən Təqsirləndirilən şəxs" yazıları ilə başlıyıb, "həç bir etirazım yoxdur” yazıları ilə bitən qəbzin (N 1) mətni və həmin qəbzdəki iki ədəd imza; "Mən Təqsirləndirilən şəxs” yazıları ilə başlyıb, "hər hansı cəzaya hazıram." yazıları ilə bitən qəbzin (N 2) "imza: 1.” qrafasında Təqsirləndirilən şəxs yazısının qarşısındakı imza; "Mən Təqsirləndirilən şəxs" yazıları ilə başlıyıb, "bir daha onu təhdit ətməyəcəm” yazıları ilə bitən ərizənin (N 3) mətni (Zərərçəkmiş şəxs yazılarından başqa) və "Təqsirləndirilən şəxs” yazısının qarşısındakı imza; "2021” yazısı ilə başlayan qəbzin (N 4) mətni və həmin qəbzdəki imza; "Mən Təqsirləndirilən şəxs” yazıları ilə başlıyıb, "iyunun 15 si qaytsracam" yazılərı ilə bitən qəbzin (N 5) mətni və həmin qəbzdəki üç ədəd imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim edilmiş, ********* saylı cinayət işinin materiallarında Təqsirləndirilən şəxs Bəhbud oğlunun adından olan xx.xx.2021 -ci il tarixli "Mən Təqsirləndirilən şəxs" yazıları ilə başlıyıb, "hər hansı cəzaya hazıram.” yazıları ilə bitən qəbzdə (N 2) "İmza: 2." qrafasında "Zərərçəkmiş şəxs” yazısının qarşısındakı imza; xx.xx.2021 -ci il tarixli "Mən Təqsirləndirilən şəxs' yazıları ilə başlıyıb, "bir daha onu təhdit ətməyəcəm" yazıları ilə bitən ərizədə (N 3) "Zərərçəkmiş şəxs” yazıları və həmin yazının qarşısındakı imza - İBRAHİMOV AYDİN ƏŞRƏF oğlu tərəfindən icra olunmuşdur. Məhkəmə - fonoskopik ekspertizası üzrə
1. Ekspertizaya təqdim olunmuş 1 ədəd "PRİNCO” markalı üzərində "Zərərçəkmiş şəxs təqdim ətdiyi 2 ədəd səs yazılərı” xüsusi qeydi olan DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqıların tədqiqi hissədə verilmiş yazılı mətn hissələrində «Kİ» kimi işərə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs, «K2» kimi işarələ olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur.
2. Ekspertizaya təqdim olunmuş 1 ədəd "PRİNCO” markalı üzərində "Zərərçəkmiş şəxs təqdim ətdiyi 2 ədəd səs yazılərı” xüsusi qeydi olan DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıq hissələrində məntiqi rabitənin itməsi, akustik şərəitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, keçid prosəsləri üçün xərəktərik siqnallar kimi montaj əlamətləri müəyyən olunmadı.Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azercell-Telekom” MMC-nin 23 sentyabr 2022-ci il tarixli 18882 nömrəli məktub ilə daxil olmuş CD diskdən görünür ki, Zərərçəkmiş şəxs adına 050 *** ** ** mobil telefon nömrənin, Təqsirləndirilən şəxs adına 050 *** ** ** saylı mobil nömrənin, Şahid2 adına isə 050 *** ** ** saylı mobil nömrənin olmaları müəyyən edildi. İstintaq üçün əhəmiyyət kəsb edən müddət üçün həmin nömrələrə daxil olan və çıxan zənglərin, telefonların anten dairələrinin öyrənilməsi zamanı Şahid2 adma olan 050 *** ** ** saylı nömrə ilə Zərərçəkmiş şəxs adma olan 050 *** ** ** mobil telefon nömrəsi arasında mütəmadi olaraq əlaqələrin saxlanılması müəyyən edilmişdir. Həmin nömrələr arasında daha çox əlaqələrin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində saxlanıldığı müəyyən edilmişdir. Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi arasında 2021-ci ilin son günlərinə təsadüf edən zənglər xx.xx.2022-ci il tarixdə müxtəlif saat intervalında, xx.xx.2022-ci il tarixdə saat 00:50-də, 14:21-də, 14:27-də, 22:16-da, 22:21də, 23:22-də, xx.xx.2022-ci il tarixdə isə saat 13:51 -də, 14:08-də, 14:20-də olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdə, saat 22:36-da, xx.xx.2021 -ci il tarixdə müxtəlif saatlarda bir neçə dəfə əlaqə saxlanılmışdır. Eyni zamanda disdkə olan məlumatlar öyrənilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi arasında həmin tarixdən sonra da mütəmadi olaraq əlaqə saxlanmışdır. Bundan başqa İstintaq üçün əhəmiyyət kəsb edən tarixlərdə, yəni Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs ondan pulları aldığını qeyd etdiyi və sonuncunun yazmış olduğu qəbzlədə göstərilən tarixlərdə olan zənglər öyrənilərkən müəyyən edilmşdir ki, həqiqətən həmin mobil nömrələr arasında xx.xx.2021-ci il tarixdə saat 13:54-də, xx.xx.2021-ci il tarixdə saat 16:50-də, xx.xx.2021 -ci il tarixdə saat ll:23-dən saat 15:54-dək bir neçə dəfə, xx.xx.2021 -ci il tarixdə saat 12:05dən saat 17:07-dək bir neçə dəfə telefon əlaqəsi saxlanmışdır. Həmin tarixlərdə qeyd olunana saatlarda hər iki mobil telefon nömrələri Göyçay rayonu ərazisini əhatə edən anten dairəsində şəbəkə daxilində fəaliyyətdə olmuşlar. xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə isə həmin mobil nömrələr arasında mobil operator vasitəsi ilə yəni 3G formatda telefon əlaqəsinin saxlanılmadığı müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 18:44-dən sonra Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil nömrənin Şəmkir rayonu ərazisini əhatə edən anten dairəsində şəbəkə daxilində fəaliyyətdə olması, Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsinin isə nömrələri Göyçay rayonu ərazisini əhatə edən anten dairəsində şəbəkə daxilində fəaliyyətdə olması müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə isə hər iki mobil nömrələr Göyçay rayonu ərazisini əhatə edən anten dairəsində şəbəkə daxilində fəaliyyətdə olmuşlar. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin 23 sentyabr 2022-ci il tarixli 18882 nömrəli məktubu ilə daxil olmuş CD diskdən görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil nömrənin arasında SMS-yazışmalar öyrənilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsinə iş üçün əhəmiyyət kəsb edən müddət ərzində, yəni :xx/xx/2021-ci il tarixdə, saat 06:57:20-də “meni yig blokdanda cixar ele eleme gelim iş yerine”, xx/xx/2021 -ci il tarixdə, saat 07:12:27-də “ Menim telime cavab ver sene deyirem”, xx/xx/2021-ci il tarixdə, saat 10:02:52-də “Aydin mene zeng et ucardayik rayona gelirem adamnan isdeyirsen qira”, xx/xx/2021- ci il tarixdə, saat 20:41:14-də “Doxdur vacapa gir”, xx/xx/2022-ci il tarixdə, saat 11:30:15-də “ vacapda yazmiwam sene cavab vermirsen gelim tapim yeni sizi men”, xx/xx/2022-ci il tarixdə, saat 11:30:15-də “Doxdur salam men seni sariyaram seni acamazzar onu bil 200 manati gonderde “s....m<söyüş>”. eliyuzun agzin cindir yignagi besdirinde sene soz demedim 200 manati atk” məzmunda mesajlar göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs 2021-ci ilin iyun ayında tanışı Şahid2 ilə telefon vasitəsi ilə homoseksuallar və onların arasında olan cinsi əlaqə ilə bağlı mövzularda söhbət edən zaman onun xəbəri olmadan, gizlin olaraq vahid niyyətlə əhatə olunan qəsdlə gələcəkdə Zərərçəkmiş şəxs hədə qorxu ilə pul tələb etmək məqsədi ilə həmin danışıqları öz telefonuna videoya çəkərək sonradan həmin danışıqları və onun telefon nömrəsini əks etdirən videogörüntünü ona göndərməklə həmin videonu sosial şəbəkələrdə, Zərərçəkmiş şəxs işlədiyi Göyçay rayon mərkəzi xəstəxanasının kollektivi və ailə üzvləri arasında yaymaqla onu rüsvay edəcəyi, ləkələyəcəyi və iş nüfuzuna xələl gətirəcəyi ilə hədə qorxu gəlib xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Göyçay şəhəri H.Əliyev prospektində mərkəzi parkın yanında 3000 manat nəğd şəkildə xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri H.Əliyev prospektində mərkəzi parkın yanında 500 manat nəğd şəkildə, xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri H.Əliyev prospektində mərkəzi parkın yanında 500 manat nəğd şəkildə, xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri H.Əliyev prospektində mərkəzi parkın yanında 500 manat nəğd şəkildə, xx.xx.2022-ci il tarixdə 100 manat poçt vasitəsi ilə sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri H.Əliyev prospektində mərkəzi parkın yanında 300 manat nəğd şəkildə almaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 4 900 (dörd min doqquz yüz) manat pulunu ələ keçirməklə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf edərək səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, himayəsində iki azyaşlı uşağın olduğunu cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından dərhal həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını 05 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 12 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 72 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan 05 ədəd müxtəlif formalı kağızlar, xx.xx.2022-ci il tarixli Azərpoçt MMC-yə məxsus 01 ədəd qəbz, 02 ədəd səs yazılarını özündə əks etdirən 01 ədəd CD disk, telefon danışqanlarını özündə əks etdirən 01 ədəd CD disk və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə qorxu gələrək pul tələb etməsini özündə əks etdirən 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 300 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə zalından dərhal həbsə alınsın, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan 05 ədəd müxtəlif formalı kağızlar, xx.xx.2022-ci il tarixli Azərpoçt MMC-yə məxsus 01 ədəd qəbz, 02 ədəd səs yazılarını özündə əks etdirən 01 ədəd CD disk, telefon danışqanlarını özündə əks etdirən 01 ədəd CD disk və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə qorxu gələrək pul tələb etməsini özündə əks etdirən 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 300 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 12 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 72 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası məhkəmə xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: İbrahim Fəttahov