Məhkəmə qərarları › İş №1(046)-15/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-15/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-15/2024 19.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, “X23” sosial işçi, əvvəllər Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Göyçay şəhəri, Şəhriyar küçəsi 40, mənzil 8-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda 1,873 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edərək saxlamış, 20 oktyabr 2023-cü il tarixdə, saat 16:00 radələrində Göyçay şəhəri H.Əliyev prospektində olarkən və üzərində həmin narkotik vasitə heroini daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, saat 16:48-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə olmaqla təmiz çəkisi 1,873 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də işləyir. xx.xx.2023-cü il tarixdə saat 14:00 (nahar fasiləsindən sonra) radələrində Göyçay şəhəri H.Əliyev prospektində işdə olarkən polis əməkdaşları ona yaxınlaşmış və onu polis şöbəsinə aparmışdırlar. Polis işçiləri onu polis şöbəsinə aparmaq üçün 4 avtomobil ilə gəlmişdir. Həmin vaxt iş yoldaşları və sürücü də orada olmuşdur. Həmin polis əməkdaşlarının arasında əvvəl polis əməkdaşı kimi işləmiş və nöqsanlar olduğundan işdən çıxarılmış tanıdğı şəxs də olmuşdur. Polis əməkdaşları onu Polis şöbəsinə aparmışlar. Polis Şöbəsində ona Samux adlı şəxslə yazışmalarının olduğunu və həmin şəxsin narkotik alverçisi olduğunu bildirmişlər. Polis əməkdaşları ona həmin şəxsin narkotik vasitə satmaq istədiyi kimi ifadə verməsini təklif etmişlər və əks təqdirdə onun barəsində də tədbir görəcəklərini bildirmişlər. Polis əməkdaşlarına Samux adlı şəxsin ona narkotik vasitə satmadığını və yalandan bu barədə ifadə verməyəcəyini bildirmişdir. Buna görə polis əməkdaşları onu Polis Şöbəsininin binasının ikinci mərtəbəsində döymüşlər və döyərkən elektron nəzarət vasitəsinin enerji saxlayan cihazını qırmışlar. Polis şöbəsinin ikinci mərtəbəsində polis əməkdaşları ona bildirmişlər ki, etiraf etməsə külli miqdarda narkotik vasitə ilə barəsində cinayət işi başlanılacaqdır. Bundan başqa uşaqlarını da məktəbdən götürüb polis şöbəsinin həyətində avtomobildə saxlamışlar. İki azyaşlı övladlarına təkbaşına baxır, həyat yoldaşı onkoloji xəstəli ilə bağlı Bakı şəhərində bacısının yanında qalır və orada müalicə olunur. O tutulduğu zaman uşaqlarının himayəsiz qalmasından qorxaraq cinayət əməlininin törətdiyini etiraf etdi və müdafiəçisinə də bunu bildirmədi. Onun üzərində narkotik vasitə olmamışdır. Videocəkilişin aparılması məqsədi ilə şöbənin inzibati binasının ikinci mərtəbəsindən birinci mərtəbəsinə onu düşürərkən polis əməkdaşlırından bir nəfər onun cibinə narkotik vasitə qoymuşdur. Döyülərkən üzərində olan Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş elektron nəzarət vasitəsinin enerji saxlayan cihazı qırılmış (arxa paneli qopmuş) və həmin aparat polis əməkdaşları tərəfindən PŞ-nin inzbati binası ilə üzbəüz yolun əks tərəfində yerləşən mağazadan aldıqları yapışqanla bərpa edilmişdir. Bundan başqa polis əməkdaşları onun bel nahiyəsindən vurduqları üçün, həbsdən buraxıldıqdan sonra belində ağrılar olduğundundan xəstəxanaya müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. Göyçay rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti, münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 20 oktyabr 2023-cü il tarixdə saat 16:00 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2lə birlikdə iştirak etmişlər. Həmin gün saat təxminən 16:00 radələrində Göyçay şəhəri H.Əliyev prospektində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək, üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən birlikdə rayon polis şöbəsinə getmişlər. Polis şöbəsinə getdikdən sonra növbətçi hissənin qarşısında RPŞ-nin TB-nin təhqiqatçısı İslam Şirinov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. X12 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra Müdafiəçi, CAB-nin əməliyyat müvəkkili Şahid2 və videoçəkilişi aparan şöbənin KTQ-nun baş inspektoru Şahid3 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin bükümə nəzər saldıqda içərisində bozumtul rəngli maddə olması aşkar olunmuşdur. Aşkar edilmiş həmin sellofan bükümdə olan maddə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə çəkisi 2,26 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin büküm götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı yapışdırılaraq bağlanmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş seloffan bükümdə olan maddənin nə olması soruşulduqda, o üzərindən aşkar edilmiş bükümdəki bozumtul rəngli maddənin narkotik vasitə kimi tanıdığı heroin olduğunu və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra müdafiəçi və Təqsirləndirilən şəxs hər hansı etiraz və vəsatəti olmadığını bildirmiş və müvafiq sənədləşmə aparılması üçün baxış sona çatmışdır. Şahid1 suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymamışlar. Əməliyuyat məlumatı cinayət axtarış bölməsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs Göyçay şəhəri, H.Əliyev Mərkəzinin qarşısında işləyərkən ona yaxınlaşmışlar və Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantıdır. Göyçay rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti, münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 20 oktyabr 2023-cü il tarixdə saat 16:00 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1lə birlikdə iştirak etmişlər. Həmin gün saat təxminən 16:00 radələrində Göyçay şəhəri H.Əliyev prospektində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək, üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən birlikdə rayon polis şöbəsinə getmişlər. Polis şöbəsinə getdikdən sonra növbətçi hissənin qarşısında RPŞ-nin TB-nin təhqiqatçısı İslam Şirinov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. X12 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra Müdafiəçi, CAB-nin əməliyyat müvəkkili Şahid1 və videoçəkilişi aparan şöbənin KTQ-nun baş inspektoru Şahid3 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin bükümə nəzər saldıqda içərisində bozumtul rəngli maddə olması aşkar olunmuşdur. Aşkar edilmiş həmin sellofan bükümdə olan maddə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə çəkisi 2,26 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin büküm götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərf yapışdırılaraq bağlanmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş seloffan bükümdə olan maddənin nə olması soruşulduqda, o üzərindən aşkar edilmiş bükümdəki bozumtul rəngli maddənin narkotik vasitə kimi tanıdığı heroin olduğunu və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra müdafiəçi və Təqsirləndirilən şəxs hər hansı etiraz və vəsatəti olmadığını bildirmiş və müvafiq sənədləşmə aparılması üçün baxış sona çatmışdır. Şahid2 suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulmamış, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs Göyçay şəhəri, H.Əliyev Mərkəzinin qarşısında işləyərkən ona yaxınlaşmışlar və Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti vəzifəsində işləyir. Göyçay rayon sakini Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə rayon polis şöbəsinə dəvət etdikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman tanımışdır. Onunla aralarında hər hansı düşmənçilik və ya ədavətləri olmamışdır. Belə ki, həmin tarixdə saat 16;00 radələrində rayon polis şöbəsində olan zaman CAB-ın əməliyyat müvəkkilləri Şahid1 və Şahid2lə növbətçi hissənin qarşısında həmin vaxt adını öyrəndiyi Göyçay rayon sakini Təqsirləndirilən şəxs gətirmişlər. Ona həmin şəxsin üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyini demişlər. Həmin vaxt növbədə olan X12 tərəfindən Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra X12 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra rayon polis şöbəsinə məxsus olan və ona təhkim olunmuş “Panasonic” markalı aparatla Müdafiəçi, CAB-ın əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt videoçəkilişi aparmışdır. İlk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə və.s olub-olmamasını soruşaraq əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə nəzər saldıqda içərisində bozumtul rəngli maddə olması aşkar olundu. Aşkar edilmiş həmin bükümdə olan maddə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə çəkisi 2,26 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin sellofan büküm götürümüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı yapışdırılaraq bağlanmaqla möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdə olan maddənin nə olması soruşulduqda, o üzərindən aşkar edilmiş sellofan bükümdəki bozumtul rəngli maddənin narkotik vasitə kimi tanıdığı heroin olduğunu və özü istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra müdafiəçi, Təqsirləndirilən şəxs hər hansı etiraz və vəsatəti olmadığını bildirmiş və müvafiq sənədləşmə aparılması üçün baxış sona çatmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında səsləndirmiş olduğu dəlillərinə aydınlıq gətirilməsi məqsədi ilə, həmçinin obyektiv baxımdan həqiqətin müəyyən edilməsinə, məhkəmə baxışının nəticələrinə, müdafiənin güclənməsinə, təqsirləndirilən şəxsin alibisinin müəyyən edilməsinə və onun bəraət almasına təsir edə biləcəyini nəzərə alaraq müdafiə tərəfinin əlavə şahidlərin dindirilməsi və anten məlumatlarının götürülməsi ilə bağlı vəsatətlərini təmin etmiş, vəsatətdə göstərilmiş şahidlər məhkəmə iclasında şahid qismində dindirilmişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Göyçay şəhəri H.Əliyev prospektində Təqsirləndirilən şəxs ilə birlikdə işdə olarkən 4 avtomobil saxlamış və polis əməkdaşları onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Həmin vaxt 4 nəfər polis əməkdaşı Təqsirləndirilən şəxs avtomobilə əyləşdirmişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs müdirin köməkçisi kimi onların işinə nəzarət edir. Hadisə baş verən günü nahardan qayıdıb Göyçay şəhəri H.Əliyev prospektində ərazini sulamaq işi ilə məşğul olmuşdur. Həmin vaxt orada Təqsirləndirilən şəxs, Məhəbbət Quliyev və Elvin adlı şəxs olmuşdur. 10-15 dəqiqə keçməmişdir ki, 4 avtomobil saxlamış və avtomobildən düşən mülki geyimdə olan 4 nəfər şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirmiş və Təqsirləndirilən şəxs Polis Şöbəsinə aparmışlar. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs iş yoldaşıdır. Hadisə baş verən günü nahardan qayıdıb Göyçay şəhəri H.Əliyev prospektində ərazini sulamaq işi ilə məşğul olmuşlar. Həmin vaxt orada Təqsirləndirilən şəxs, Məhəbbət Quliyev və Əli İsmayılov adlı şəxs olmuşdur. Təxminən saat 15:00-16:00 (dəqiq xatırlamır) radələrində 4 avtomobil saxlamış və avtomobildən düşən mülki geyimdə olan 4 nəfər şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirmiş və Təqsirləndirilən şəxs Polis Şöbəsinə aparmışlar. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, “Göyçay rayon Mərkəzi Xəstəxanası” X19 həkim-travmatoloqdur. Təqsirləndirilən şəxs 23 oktyabr 2023-cü il tarixdə saat 16:15-də “Radikulopatiya” diaqnozu ilə təcili tibbi yardım şöbəsində müayinədə olmuşdur. “Məktubda qeyd edilən diaqnozun “Kalikulopatiya” deyil “Radikulopatiya”dır (sinir köklərinin patologiyası) və həmin xəstək müxtəlif səbəblərdən, həmçinin fiziki travmadan da yarana bilər. Şahid Elman İbadov verilən suallara cavab olaraq bildirmişdir ki, “Radikopatiya”çox çəkili adamlarda, çox oturaq şəraitdə olan adamlarda yarana bilər. Onurğanın arasındaki disklərin sıxılması nəticəsində yarana bilər. İlkin baxışda xəstədə skalioz müəyyən oluna bilər, amma dəqiq demək üçün rentgeoloji müayinə və ya MRT lazımdır. Amma ən yüngül halda rentgen müayinəsindən müəyyənləşdirilə bilər ki, tramvatik çıxıntılar var yoxsa yox. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Göyçay rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 20 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin alüdəçisi olmaqla, mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə və saxlamaqda şübhəli olduğu bildirilir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmışdır. Göyçay rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən Göyçay rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 20 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarı tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə saat 16:25-də Göyçay şəhəri, H.Əliyev prospektində saxlanılmışdır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlardan biri, Göyçay rayon Polis Şöbəsinin təhqiqatçısı İslam Şirinov tərəfindən 20 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə bilavasitə şübhə yarandığından onun şübhəli şəxs qismində tutulması və saxlanılması üçün Göyçay rayon X8 saxlama yerinə verilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlardan biri, Göyçay rayon Polis Şöbəsinin təhqiqatçısı İslam Şirinov tərəfindən tərtib edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 20 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdə saat 16:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsə Göyçay rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısından və Müdafiəçi tutmaq hüquqlarının izah olunması və müdafiəçinin təqdim edilməsi haqqında 20 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs siyahı ilə tanış olduğu və vəkil Müdafiəçi onun hüquqlarını müdafiə etməsinə etirazı olmadığı qeyd edilmişdir. Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs həmin tarixdə təqdim edilmişdir. Lakin həmin protokolda müdafiəçinin şübhəli şəxsə təqdim edilməsi vaxtı (saatı, dəqiqəsi) göstərilməmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlardan biri, Göyçay rayon Polis Şöbəsinin təhqiqatçısı İslam Şirinov tərəfindən 20 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış saat 16:48-də başlamış, saat 16:55-də qurtarmışdır. 20 oktyabr 2023-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoyduğunu, bozumtul rəngli maddənin çəkisi sellofanla birlikdə 2.26 qram olmuş və həmin bükümün içərisində narkotik vasitə (kokos) olduğunu, 20 oktyabr 2023-cü il tarixdə şəxsi istifadəsi üçün Göyçay şəhəri, H.Əliyev prospektində piyada gəzərkən yerdən tapdığını bildirmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2023-cü il tarixli 17/757 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 1,873 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata sərf edildi 0,050 qram, qalıq 1,823 qramdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 71.94 manatdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSYdən həbsdən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli 1798 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Göyçay Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “Narkomaniya” dianozu ilə narkoloq həkimin qeydiyyatındadır, psixiatr həkimdə qeydiyyatda yoxdur. Sübutların qiymətləndirilməsi haqqında 09 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalan 1,823 qram çəkidə olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Göyçay RPŞ-nin MSSK-na təhvil verilmişdir. Göyçay Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qərarından görünür ki, vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin 20 oktyabr 2023-cü il tarixdə saat 14.00-dan 17.00-dək harada işləməsi barədə anten məlumatların"xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən 07 mart 2024-cü il tarixli 5280 nömrəli məktuba əlavə edilmiş “CD” formatlı diskdə təqdim edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairəsi 20 oktyabr 2023-cü il tarixdə saat 14:00-dan saat 17:00-dək “Azercell Express” və Göyçay şəhəri göstərilmişdir. Göyçay rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 1(046)-15/2024 saylı məktubundan görünür ki, "xxxx" MMC-dən iş hərtərəfli, tam və obyektiv baxılması məqsədi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobel tefon nömrəsinin 20 oktyabr 2023-cü il tarixdə saat 14.00-dan 17:00-dək olan müddətdə ərzində Göyçay rayonun ərazisində hansı antenlərin dairələrində işləməsi barədə ətraflı məlumatların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən 24 aprel 2024-cü il tarixli 8293 nömrəli məktuba əlavə edilmiş “CD” formatlı diskdə təqdim edilmiş məlumatlardan görünür ki, ********** saylı nömrənin xx.xx.2023-cü il tarixdə saat 14:00-dan 17:00-dək olan müddətdə 5 ədəd şanda (anten) qeydə alınmışdır. Göyçay rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 1(046)-15/2024 saylı məktubundan görünür ki, "xxxx" MMC-dən ***-***-**-** nömrənin göstərilən müddətdə istifadəsi 5 ədəd şanda (anten) qeydə alındığı ərazilər və eyni zamanda Göyçay rayon Polis Şöbəsinin inzibati binasının yerləşdiyi ərazi barədə daha ətraflı məlumatların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən 11 iyun 2024-cü il tarixli 12504 nömrəli məktuba əlavə edilmiş “CD” formatlı diskdə təqdim edilmiş məlumatlardan görünür ki, ********** saylı nömrənin xx.xx.2023-cü il tarixdə saat 14:00-dan 17:00-dək olan müddətdə 5 ədəd şanda (anten) qeydə alınmışdır. Göyçay rayon Polis Şöbəsinin inzibati binasının yerləşdiyi ərazi barədə daha ətraflı məlumatın təqdim edilməsi göstərilsə də, Göyçay rayon Polis Şöbəsinin inzibati binasının yerləşdiyi əraziyə xidmət verən şanlar ünvanı M.F.Axundov küçəsi 1 göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli tələbnamədən və Gəncə Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 1 (125) -130/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzrədə tutulan cinayət əməlini törətməkdə təqsirli bilnmiş və ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdən 06 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq 04 gün müddət təyin edilmiş cəzadan çıxılmış, üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Göyçay rayon Mərkəzi Xəstəxanası” X20 05 fevral 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yaşayan xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:15-də “Kalikulopatiya” (məhkəmə iclasında şahid qismində dindirilmiş həkim-travmatoloq diaqnozun “Radikulopatiya olduğunu bildirmişdir) diaqnozu ilə təcili tibbi yardım şöbəsində müayinədə olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhər Məhkəməsionin xx.xx.2022-ci il tarixli hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:57-də Göyçay rayon Polis Şöbəsinin inzibati ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan və onu əlavə edilmiş izləmə məlumatları barədə elektron nəzarət sistemindəki çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixi saat 05:20-dən xx.xx.2023-cü il tarixi saat 23:14-dək olan müddətdə izləmə məlumatları elektron nəzarət sisteminə daxil olmamışdır. Həmçinin məhkum 20 oktyabr 2023-cü il tarixdə saat 15-00-dan saat 16-00-a kimi Göyçay şəhərinin Nəriman Nərimanov küçəsindən Heydər Əliyev prospektində hərəkətdə olmuş, son nöqtə Bakı-Şamaxı-Yevlax yolunundakı dairəvi yol olmuşdur. İzləmə məlumatları barədə elektron nəzarət sistemindən çıxarışlarda 20 oktyabr 2023-cü il tarixdə saat 16-00-dan sonra məhkum Təqsirləndirilən şəxs üzərində olan elektron nəzarət vasitəsinin enerjisinin bitmək üzrə olduğu (zədələndiyi) və daha sonra tamamilə söndüyü izlənilir. Həmçinin, 20 oktyabr 2023-cü il tarixdə saat 16:00-dan saat 23:59-a kimi olan izləmə məlumatları barədə elektron nəzarət sistemindəki çıxarışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan, Polis Şöbəsinə gətirildikdən və eyni zamanda elektron nəzarət vasitəsinin enerjisi bitmək üzrə olduqdan (zədələndikdən) sonra elektron nəzarət vasitəsi Göyçay rayon Polis Şöbəsinin inzibati binasında, qarşısında, həmçinin Polis şöbəsinin inibati binasından kənarda digər istiqamətdə hərəkətdə olmuş və sonra yenidən Şöbənin ərazisində qeydə alınmışdır. Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(046)-81/2016 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü və 152.1-ci maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmiş və o, həmin 2500 manat pulu xx.xx.2016-cı il tarixdə dövlət büdcəsinə tam şəkildə ödəmiş və ödənilməmiş borcu qalmamışdır. Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə cəzasının 01 il 11 ay 07 gününü çəkmiş, 04 ay 10 gün çəkilməmiş cəzası qalmışdır. Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər təsərrüfatı birliyinin” 22 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC tərəfindən Göyçay rayon İcra Hakimiyyəti yanında “şəhər təsərrüfatı birliyi” nə xx.xx.2023-cü il tarixdə sosial işçi kimi təhkim olunmuşdur. İş saatı 8.00-dan 17.00-a kimidir. Rəhbərlik tərəfindən heç bir narazıçılıq yoxdur, vaxtlı-vaxtında işə gəlib-gedir, kollektivdə işçilərlə ünsiyyəti normaldır, verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirir. “Zeytun Pharmaceutıcals”-ın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanda yerləşən “Zeytun Aptek”də kamera görüntülərinin yadda saxlama müddəti 30 gün olduğundan xx.xx.2023-cü il tarixinə tələb olunan kamera görüntülərinin təqdim olunması qeyri mümkün olmuşdur. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 adlı iki azyaşlı uşağı vardır. Göyçay şəhər Təsərrüfat Birliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri, Şəhriyar küçəsi 8/40 saylı kommunal evində yaşayır. Ailə üzvləri X9 və X2 (uşaqlarından) ibarətdir. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə olmaqla təmiz çəkisi 1,873 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Qeyd olunan normaların mənasından göründüyü kimi, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. İş materiallarından məlum olur ki, ibtidai istintaq orqanının həmin maddə ilə irəli sürdüyü ittihamın əsasını Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdə, saat 16:00 radələrində Göyçay şəhəri H.Əliyev prospektində olarkən və üzərində həmin narkotik vasitə heroini daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilməsi, saat 16:48-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə olmaqla təmiz çəkisi 1,873 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroinin aşkar edilərək götürülməsi təşkil edir. Hansı ki, məhkəmə tədqiqi zamanı toplanmış təkzibolunmaz sübutlarla həmin cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirli olmaması müəyyən edilmiş, yəni onun həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:57-də Göyçay rayon Polis Şöbəsinin inzibati ərazisinə daxil olmuşdur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə Təqsirləndirilən şəxs saxlanıldığı zaman dərhal deyil, Polis Şöbəsinə gətirildiyindən təxminən 51 dəqiqə sonra, yəni saat 16:48-də keçirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdə saat 15-00-dan saat 16-00-a kimi Göyçay şəhərinin Nəriman Nərimanov küçəsindən Heydər Əliyev prospektində hərəkətdə olmuşdur. Yəni Polis əməkdaşları tərəfindən saxlanılması və Polis Şöbəsində baxışın keçirilməsi arasında ən azı 1 saat (ən çoxu 1 saat 51 dəqiqə) vaxt keçmişdir. Saxlanıldığı yer ilə Şöbənin arasındaki məsafə nəzərə alınmaqla, avtomobil hətta aşağı surətlə hərəkət etsə də 10-15 dəqiqə təşkil edildiyi düşünülür. Buna görə də həmin sübut növünün qəbul edilməsinin mümkünsüzlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan dərhal sonra onun üzərinə şəxsi axtarış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyildir. Həmçinin, cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulması qeyd edilmişdir. Göyçay rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış raportdan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə saat 16:25-də Göyçay şəhəri, H.Əliyev prospektində saxlanılmışdır. Hansıki Ədliyyə Nazirliyi Probasiya Xidmətinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:57-də Göyçay rayon Polis Şöbəsinin inzibati ərazisinə daxil olmuşdur. Göstərilənlərdən məlum olunur ki, Təqsirləndirilən şəxs 16:25 deyil, daha əvvəl saxlanılmışdır. Məhkəmə tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-yə qəbul olunması və saxlanılması üçün əsaslardan birinin də şübhəli şəxsin tutulması haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən tərtib edilmiş protokol olduğunu nəzərə alaraq hesab edir ki, şübhəli şəxsin tutulması haqqında protokolun tərtibi düzgün aparılmamış, bu da öz növbəsində cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 20 oktyabr 2023-cü il tarixli protokolun əsaslılığını şübhə altına alır. Həmçinin şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış 20 oktyabr 2023-cü il tarixdə saat 16:48-də başlanılmış, saat 16:55-də başa çatmışdır. Məhkəmə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə daxil olduğu saatı nəzərə alaraq bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs saat 15:57-də MSY-nə qəbul edildikdən 51 dəqiqə sonra saat 16:48-dən saat 16:55dək üzərinə axtarış və baxış keçirilməsi və üzərindən narkotik vasitə aşkar edilməsi şəxsi axtarış və götürmə aparılması haqqında protokolun əsaslılığını şübhə altına alır. Məhkəmə onu da vurğulamaq istəyir ki, yuxarıda qeyd edilmiş raportlarda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması ilə tutulması arasında 5 dəqiqə vaxtın göstərilməsi saxlanıldığı yer ilə Polis Şöbəsi arasında məsafənin qısa olduğunun sübutu kimi qəbul edilir. Amma məhkəmə istintaqı zamanı müəyyən olundu ki, təqsirləndirilən şəxsin saxlanılması və Polis Şöbəsinə gətirilməsi, daha sonra onun üzərində şəxsi axtarış və götürülmənin keçirilməsi arasında xeyli vaxt (1saatdan çox) keçmişdir. Məlumdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işləri üzrə mühüm və zəruri sübut əhəmiyyətinə malik olan ilkin sənəd şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi barədə protokoldur. Lakin hazırda baxılan işə münasibətdə həmin növdən olan 20 oktyabr 2023cü il tarixli protokolun mötəbər sübut kimi qəbul edilməsinə hər hansı hüquqi əsas yoxdur, məhkəmə həmin sübut növünü etibarsız sayır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən həmin protokol təqsirləndirilən şəxsin təqsirini müəyyən və sübut edən sübut, belə sübutlardan biri kimi qəbul edilə və qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarında qeyd olunur ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, əməliyyat-axtarış tədbirləri həyata keçirərkən polis əməkdaşları sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstünü yoxlamalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli olduğu halda bunları etməmiş və Təqsirləndirilən şəxs məcburi qaydada polis şöbəsinə gətirmişdir. Məhkəməyə müdafiə tərəfindən təqsirləndirilən şəxsin döyülməsi və üzərindəki elektron nəzarət vasitəsinin qırılması hallarının araşdırılması məqsədilə “Göyçay rayon Mərkəzi Xəstəxanası” X17 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Monitorinq İdarəsindən alınmış sorğular təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Monitorinq İdarəsindən alınan izləmə məlumatları barədə elektron nəzarət sistemindənki çıxarışlardan görünür ki, məhkum 20 oktyabr 2023-cü il tarixdə saat 15-00-dan saat 16-00a kimi Göyçay şəhərinin Nəriman Nərimanov küçəsindən Heydər Əliyev prospektində hərəkətdə olmuş, son nöqtə Bakı-Şamaxı-Yevlax yolunundakı dairəvi yol olmuşdur. Saat 16-00-dan sonra məhkum Təqsirləndirilən şəxs üzərində olan elektron nəzarət vasitəsinin enerjisinin bitmək üzrə olduğu (enerji saxlayan cihazın zədələndiyi) və daha sonra tamamilə söndüyü izlənilir. 20 oktyabr 2023-cü il tarixdə saat 16:00-dan saat 23:59-a kimi olan izləmə məlumatları barədə elektron nəzarət sistemindəki çıxarışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan, Polis Şöbəsinə gətirildikdən və eyni zamanda elektron nəzarət vasitəsinin enerjisinin bitmək üzrə olduqdan (enerji saxlayan cihaz zədələndikdən) sonra Göyçay rayon Polis Şöbəsinin inzibati binasında, qarşısında, həmçinin Polis şöbəsinin inibati binasından kənarda digər istiqamətdə hərəkətdə olduğu və sonra Şöbənin ərazisinə geri döndüyü qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulduğu üçün onun həmin saatdan sonra Göyçay rayon Polis Şöbəsinin inzibati binasını tərk edib sərbəst surətdə küçədə gəzməsi və marketə daxil olması qeyri-mümkündür. Bununla belə nəticəyə gəlmək olar ki, həmən elektron nəzarət vasitə başqa şəxs tərəfindən daşınılmış və həmin şəxs Polis Şöbəsinin ərazisini tərk etmiş və bu fakt Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi izahat ilə öz təqsdiğini tapmışdır. “Göyçay rayon Mərkəzi Xəstəxanası” X20 05 fevral 2024-cü il tarixli 18-1-40/2- 147/2024 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2023-cü il tarixdə saat 16:15-də “Kalikulopatiya” (sonradan müəyyən olundu ki “Radikulopatiya”) diaqnozu ilə təcili tibbi yardım şöbəsində müayinədə olmuşdur. Qeyd edilən xəstəliyin yaranma səbəbinə aydınlıq gətirilməsi üçün “Göyçay rayon Mərkəzi Xəstəxanası” X17 müvafiq ixtisasa malik olan həkimin məhkəməyə dəvət edilərək dindirilməsi barədə müdafiə tərəfinin verdiyi şifahi vəsatətə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş həkim-travmatoloq X15 “Göyçay rayon Mərkəzi Xəstəxanası” X20 05 fevral 2024-cü il tarixli 18-1-40/2-147/2024 saylı məktubunda qeyd edilən diaqnozun “Kalikulopatiya” deyil “Radikulopatiya” olduğunu və həmin xəstəliyin müxtəlif səbəblərdən, həm də travma nəticəsində də yarana biləcəyini göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri, müdafiəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayətprosessual qanunvericiliyinə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması cinayətini törətməsi sübuta yetirilmir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. "İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11 -ci maddəsində, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. CPM-nin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla - onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir ("Dorson Niderlanda qarşı”, "Polufakin və Çernışov Rusiyaya qarşı”, "Lüdi İsveçrəyə qarşı”, "Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. "Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. "Layıcov Azərbaycana qarşı” şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 10 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, şəxsin əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala rayon Polis şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun "atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 1,873 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin aşkar edilib götürülməsi ilə bağlı istintaq hərəkətləri qanunun tələblərinin kobud surətdə pozulması ilə aparılmış, müdafiə hüququ təmin olunmamış, onun üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı yerdə deyil, Polis Şöbəsinə gətirildikdən 51 dəqiqədən sonra polis şöbəsində keçirilmişdir. Bundan başqa məhkəmə araşdırılması zamanı əməliyyat müvəkkillərinin əməliyyat qrupunun yaratmasının, əməliyyat-axtarış tədbirinin keçirməsinin, bununla bağlı raportların tərtib olunmasının formal xarakter daşıdığı müəyyən edilmişdir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217 A (İİİ) nömrəli qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 9-cu maddəsinə görə, heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiəsi üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Təqsirsizlik prezumpsiyasını müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ və İİİ bəndlərinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-nin 350.1 və 350.2-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırılması zamanı yol verilən kobud qanun pozuntuları, sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittihamın sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunan ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün həmin maddə ilə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.5.2-ci maddəsinə əsasən bəraət hökmünün nəticəvi hissəsində məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi göstərilməlidir. Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,823 qram olan narkotik vasitə heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün müəyyənləşdirilənədək Göyçay rayon Polis İdarəsində saxlanılmalıdır. Cinayət işi üzrə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməli olduğundan məhkəmə məsrəfi olan ekspertiza xərci ondan tutula bilməz, iş üzrə məhkəmə məsrəfi olan 71 manat 94 qəpik ekspertiza xərci Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Bununla bağlı məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra 1,823 qram qalığı qalmış narkotik vasitə heroinin hansı mənbədən əldə edilərək hazırkı cinayət işi üzrə istifadə edilməsi, narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün, hökm qanuni qüvvəyə mindikdən sonra, müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göyçay rayon prokuroruna göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 55 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 330 manat (55x6) məbləğində vəsait Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən bəraət verilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,823 qram olan narkotik vasitə - heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəbləri müəyyənləşdirilənədək Göyçay rayon Polis Şöbəsində saxlanılsın. Cinayət işi üzrə maddi kimi tanınmış, ekspertiza tədqiqatından sonra 1,823 qram qalığı qalmış narkotik vasitə heroinin hansı mənbədən əldə edilərək hazırkı cinayət işi üzrə istifadə edilməsi, narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün, hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göyçay rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs, onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili müdafiəçi X1 etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 55 iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar