Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-16/2023 08.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, dövlət ittihamçısı X1 və Təqsirləndirilən şəxs Yahya oğlunun və Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Göyçay rayon Xəlitli kəndində qeydiyyatda olmaqla, Göyçay şəhəri, M.Muradov küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 182.2.1,182.2, və 178.2.2ci maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2500 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Təqsirləndirilən şəxs Yahya oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Yahya oğlu Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,178 qram çəkidə narkotik vasitə olan heroini istintaqa məlum olmayan müddətdə və mənbədən əldə edərək, satış məqsədi olmadan şəxsi istifadəsi üçün bir ədəd kağız bükümdə qablaşdırılmış formada üzərində saxlamış, 23 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, Göyçay RPŞ-nə gətirilərək Növbətçi Hissədə saat 20:20-də videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın qabaq sağ yan cibindən qızılı rəngli həmin kağız bükümün içərisində ümumi təmiz çəkisi 0,178 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Yahya oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Yahya oğlu elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Göyçay şəhəri Nizami küçəsində dayanarkən Göyçay rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək onu Göyçay rayon Polis Şöbəsinə dəvət etmişlər, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, Göyçay rayon Polis Şöbəsində onun hüquq və vəzifələri izah edilərək polis şöbəsinin növbətçi hissəsində vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilib. Baxış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibində olan 1 ədəd ağ rəngli kağız bükümü çıxararaq masanın üzərinə qoymuş, həmin büküm açıldıqda içərisində olan qəhvəyi rəngli kütlənin heroin olduğunu bildirmiş, narkotik vasitə elektron tərəzinin üstünə qoyularaq çəkilmiş və çəkisi 0,26 qram olmuşdur. Həmin kağız büküm iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üstü kleylənmişdir. Narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Abşeron rayon Xırdalan şəhərində yerdən tapmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Göyçay RPŞ-nin PPXB-nün komandir müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Yahya oğlunun narkotik vasitə aludəçisi olması və mütəmadi olaraq üzərində gəzdirməsi barədə əməliyyat daxil olduğundan bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində digər polis əməkdaşları ilə birlikdə Göyçay şəhəri Nizami küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduqlarını bildirib, rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib və onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsinin Növbətçi Hissəsində müdafiəçisi Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın qabaq sağ cibindən 01 ədəd qızılı rəngli kağız büküm aşkar edilmişdir. Kağız büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz halında maddə olması müəyyən edilmişdir. Həmin bükümdəki maddə elektron tərəzidə çəkilmiş, həmin maddənin kağız bükümlə birlikdə çəkisi 0,26 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəni Abşeron rayon Xirdalan qəsəbəsindən tapdığını bildirmişdir. Həmin kağız büküm zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş və tiştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin KTQ-nun kiçik inspektoru vəzifəsində işləyir. Polis serjantıdır. 23 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğuna görə Göyçay şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuş, polis şöbəsinin Növbətçi Hissəsində müdafiəçisi Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli rəngli şalvarın qabaq sağ cibindən 01 ədəd qızılı rəngli kağız büküm aşkar edilmişdir. Kağız büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz halında maddə olması müəyyən edilmiş, həmin bükümdəki maddə elektron tərəzidə çəkilib. Həmin maddənin kağız bükümlə birlikdə çəkisi 0,26 qram olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəni Abşeron rayon Xirdalan qəsəbəsindən tapdığını bildirib. Həmin kağız büküm zərfə qoyulub zərfin üzəri möhürlənmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilərək, ucadan oxunub və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin X2 alınmış məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, 24 sentyabr 2022-ci il tarixli 17/741 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” sözləri və imzalar yazılmış zərfin içərisində 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 0,178 qram olan maddə kustar üsulla hazırlanmış narkotik maddə - heroindir. Qeyd: heroinin təmiz çəkisi 0.178 qr: tədqiqata sərf edildi 0.05 qr, qalıq 0.128 qr. Aparılmış ekspertizanın xərci 102.12 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 29 oktyabr 2022-ci il tarixli 1624 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin kökmü ilə Azərbaycan Respublikası CM-in 182.2.1,182.2.2,66.3,67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətə A.M.E cəzasına məhkum edilməklə 2500 manat cərimə olunmuşdur. xx.xx.2016-cı ildə Şəki rayon Məhkəməsinin qərarı ilə xx.xx.2015-ci il tarixli hökmdən CM-in 178.2.2 maddəsi xaric edilib və qəti olaraq 06 il 06 aya A.M.E cəzası saxlanılıb.xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Yahya oğlunun istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi, satış məqsədi olmadan, 0.178 qram narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Göyçay şəhəri Nizami küçəsində üzərində saxlamaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs Yahya oğlunun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Yahya oğluna cəza təyin edərkən törətdiyi əməli etiraf edərək səmimi peşman olduğunu cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Yahya oğlunun yenidən qəsdən cinayət törədərək cinayətlərin residivliyini yaratmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Yahya hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətdiyindən, Azərbaycan Respublikası CM-nin 65-ci maddəsində təsbit edilmiş cinayətlərin residivi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yahya oğluna təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci -ci il tarixli hökmü üzrə təyin edilmiş 2500 manat cərimə cəzası qismən birləşdirilməli və Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunmalıdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yahya oğlu xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yahya oğlu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs Yahya oğlunun həbsdə saxlandığı 2 gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Təqsirləndirilən şəxs Yahya oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından dərhal həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Yahya oğlu Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Yahya oğluna Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Yahya oğlunun məhkəmə baxışında hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Yahya oğlunun məhkəmə baxışında hüquqlarını 05 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs Yahya oğluna göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,128 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 102.12 manat məbləğində pul Təqsirləndirilən şəxs Yahya oğlundan tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Yahya oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yahya oğlunun məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yahya oğluna hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci -ci il tarixli hökmü üzrə təyin edilmiş 2500 manat cərimə cəzası qismən birləşdirilmək yolu ilə üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 1500 manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən 1500 manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs Yahya barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə zalından həbsə alınsın, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Yahya oğluna Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,128 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə ekspertiza xərci olan 102.12 manat məbləğində pul Təqsirləndirilən şəxs Yahya oğlundan tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs Yahya oğluna göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası maddi sübutlara və məhkəmə xərclərinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-16/2023
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-16/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver