Məhkəmə qərarları › İş №1(046)-17/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-17/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-17/2021 03.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, dövlət ittihamçısı X5, tqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2,179.2.4-cü maddələri və X2 Azərbaycan Respublikası CM-nin 179.2.1 maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Göyçay rayonu ərazisində qaz xətlərinin çəkilişi ilə məşğul olan podratçı şirkət Zərərçəkmiş şəxs MMC-də 2018-ci ilin sentyabr ayından 2019-cu ilin mart ayının əvvəllərinə qədər olan müddət ərzində Göyçay və ətraf digər rayonlarda aparılan işlərə nəzarət etdiyi və faktiki olaraq iş icraçısı kimi işlədiyi dövrdə, Göyçay rayonu, Cəyirli kənd məktəbində qaz xətti çəkilişi zamanı qaynaqçı işləyən X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2019-cu ilin dekabr ayında şirkətin anbarına verilməsi üçün ona təhvil verməklə etibar edilmiş diametri 108 mm, uzunluğu 66 metr ümumi dəyəri 759 manat olan metal boruları mənimsəyərək talamaqda, bundan başqa, təkrarən 2020-ci ilin xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan dövr ərzində mütəmadi olaraq ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs MMC-yə məxsus Ağdaş rayonunun Kotanarx kəndində yerləşən kənd tam orta məktəbin həyətyanı sahəsində saxlanılan diametri 57 mm uzunluğu 114 metr, eləcə də, Ağdaş rayonu, Qarağan Şıxlar kəndində yerləşən kənd tam orta məktəbin həyətyanı sahəsində saxlanılan diametri 57 mm uzunluğu 944 metr olmaqla ümumi dəyəri 6348 manat olan dəmir boruları görülən işlərə nəzarət edən şəxs kimi ona etibar edildiyi halda tamah niyyəti ilə yük avtomobilləri vasitəsi ilə həmin ünvanlardan daşıyıb satmaqla ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəyərək talamaqda, bundan başqa, o təkrarən 2020ci ilin yanvar ayının əvvələrindən 2020-ci ilin fevral ayının sonunadək olan dövr ərzində mütəmadi olaraq ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs MMC-yə məxsus Göyçay rayonu Ərəbcəbirli kənd məktəbində qaz xətti çəkilişi üçün nəzərdə tutulmuş diametri 57 mm, uzunluğu 108 metr, Göyçay rayonu, Yekəxana kənd məktəbində qaz xətti çəkilişi üçün nəzərdə tutulmuş diametri 57 mm, uzunluğu 246 metr, Göyçay rayonu, Ləkçıplaq kənd məktəbində qaz xətti çəkilişi üçün nəzərdə tutulmuş diametri 51 metr uzunluğu 89 metr və diametri 76 mm uzunluğu 51 metr, Göyçay rayonu, Cəyirli kənd məktəbində qaz xətti çəkilişi üçün nəzərdə tutulmuş diametri 51 mm, uzunluğu 161 metr ümumi dəyəri 3783 manat olan dəmir boruları görülən işlərə nəzarət edən şəxs kimi ona etibar edildiyi halda tamah niyyəti ilə şirkət tərəfindən ona istifadə etmək üçün verilmiş “QAZ3110” markalı avtomobil vasitəsi ilə həmin ünvanlardan daşıyıb satmaqla ona etibar edilmiş özgə əmlakını mənimsəyərək talamaqla CM-nin 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələri təqsirləndirilir. Təqsirləndirilən şəxs X6 Göyçay rayonu ərazisində qaz xətlərinin çəkilişi ilə məşğul olan podratçı şirkət Zərərçəkmiş şəxs MMC-də 2018-ci ilin sentyabr ayından 2019-cu ilin mart ayının əvvəllərinə qədər olan müddət ərzində Göyçay və ətraf digər rayonlarda aparılan işlərə nəzarət edən və faktiki olaraq iş icraçısı kimi işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2019-cu ilin dekabr ayında, sonuncuya şirkət anbarına verilməsi üçün təhvil verilərək etibar edilmiş Zərərçəkmiş şəxs MMC-yə məxsus diametri 108 mm, uzunluğu 66 metr ümumi dəyəri 759 manat olan metal boruları mənimsəyərək talamaqla talamaqla CM-nin 179.2.1-ci maddəsi ilə təqsirləndirilir. Hazırki cinayət işinə Göyçay rayon məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə baxılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və X6 barəsində olan cinayət işinin ibtidai istintaqı Ağdaş rayon Porkurorluğunun böyük müstəntiqi İİ dərəcəli hüquqşünas X1 tərəfindən aparılmışdır. X1 hakim Fəttahov İbrahim Bağır oğlunun oğludur. Cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası CPM-nin 179.2.4cü maddəsi ilə Ağdaş rayon Porkurorluğunun böyük müstəntiqi İİ dərəcəli hüquqşünas X1 tərəfindən təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası CPM-nin 107.1. Cinayət prosesində müvafiq şəxslərin iştirakına etirazlar və özü-özünə etirazlar əsaslandırılmaqla yazılı formada edilir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 112—118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda; Həmin Məcəllənin 109.1.8-ci maddəsinə əsasən hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda. Təqdim edilmiş sübutlardan görünür ki, hazırki cinayət işi üzrə ibtidai istintaq aparmış Ağdaş rayon Porkurorluğunun böyük müstəntiqi İİ dərəcəli hüquqşünas X1 ilə Göyçay rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlu arasında qohumluq əlaqələri vardır. Bu hal cinayət işi üzrə obyektiv qərarın qəbul edilməsini şübhə altına qoyduğundan hakim özü-özünə etirazı etməlidir. Dövlət ittihamçısı X7 hakimin özü-özünə etirazını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 107,109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2,179.2.4-cü maddələri və X2 Azərbaycan Respublikası CM-nin 179.2.1 maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Göyçay rayon məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə baxılmasına özü-özünə etiraz edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2,179.2.4-cü maddələri və X2 Azərbaycan Respublikası CM-nin 179.2.1 maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi özü-özünə etiraza baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar