Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-17/2024 30.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmamış, subay, ünvan 1 ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda 1,001 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini qanunsuz olaraq əldə edib 20 oktyabr 2023-cü il tarixdə saat 20:30-da Göyçay şəhəri Xəqani küçəsində üzərində daşıyan zaman Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Göyçay rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 21:00-da üzərinə keçirilən şəxsi axtarış əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən siqaret qabında saxladığı gümüşü rəngli bükümün içərisindən təmiz çəkisi 1,001 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə qonşuluqda yerləşən evdə sezon vaxtı xurma yığımı işi ilə məşğul olarkən tanımadığı iki nəfər hasarın üstündən keçərək ona yaxınlaşmış, narkotik vasitələrin qanunsuz saxlanılmasında və gəzdirilməsində şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Göyçay rayon polis şöbəsinə dəvət etmişdirlər. Polis əməkdaşları ilə razılaşaraq şöbəyə getmişdir. Göyçay rayon polis şöbəsində ona hüquq və vəzifələri barədə bildiriş və tutulmağı barədə qərarın surəti təqdim olunmuşdur. Daha sonra Göyçay rayon polis şöbəsinin növbətçi hissəsində vəkili və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan və üzərində “Viceroy” yazılmış 1 ədəd siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusu açıldıqda, içərisindən 1 ədəd siqaretin gümüşü rəngli kağızından ibarət büküm aşkar edilmişdir. Bundan sonra həmin qəhvəyi rəngli maddə bükümü ilə birlikdə vəkilin və polis əməkdaşlarının iştirakı ilə bir ədəd ağ rəngli zərfə qoyularaq möhürlənmişdir. Həmçinin şəxsi axtarış zamanı üzərindən aşkar edilən açar, yandıran, siqaret qutusu və mobil telefonu özünə geri qaytarılmışdır. Üzərindən aşkar edilmiş bir ədəd siqaretin gümüşü rəngli kağızından ibarət bükümdəki qəhvəyi rəngli maddə təxminən xx.xx.2023-cü il tarixdə Göyçay çayının kənarından tapdığı narkotik vasitə heroin olmuş, gələcəkdə istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Eyni zamanada üzərində polis əməkdaşlarının qeyd etdiyi qədər deyil, daha az miqdarda narkotik vasitə olmuşdur. Bundan başqa narkotik vasitədən heç kimə verməmiş və satmamışdır. İstintaq vaxtı Göyçay rayon polis şöbəsində verdiyi ifadənin məhkəmədə verdiyi ifadənənin fərqli olmasına səbəb qəbul etdiyi dərman preparatlarıdır. Belə ki, sözügedən dərmanlar yaddaşında müəyyən unutmalara gətirib çıxarır. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti, münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 20 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1lə birlikdə iştirak etmişlər. Həmin gün saat təxminən 20 radələrində Göyçay şəhəri Xəqani küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşıb özlərini təqdim etmişdirlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək, üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra növbətçi hissənin qarşısında RPŞ-nin TB-nin təhqiqatçısı Anar Osmanov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. X2 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra Müdafiəçi, CAB-nin əməliyyat müvəkkili Şahid2 və videoçəkilişi aparan şöbənin KTQ-nun baş inspektoru Şahid3 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən siqaret qutusunu sonra isə siqaretin içindən kiçik ölçülü 01 (bir) ədəd gümüşü rəngli kağız büküm aşkar olunmuşdur. Həmin bükümə nəzər saldıqda içərisində qəhvəyi rəngli maddə olması aşkar olunmuşdur. Aşkar edilmiş həmin kağız bükümdə olan maddə kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, kağız bükümlə birlikdə çəkisi 1,27 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin kağız büküm götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı bağlanmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kağız bükümdə olan maddənin nə olması soruşulduqda, o da üzərindən aşkar edilmiş kağız bükümdəki qəhvəyi rəngli maddənin narkotik vasitə kimi tanıdığı heroin olduğunu və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra müdafiəçi və Təqsirləndirilən şəxs hər hansı etiraz və vəsatəti olmadığını bildirmiş və müvafiq sənədləşmə aparılması üçün baxış sona çatmışdır. Aşkar olunan büküm elektron tərəziyə qoyulmuş, çəkisi 1,26 qram olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti vəzifəsində işləyir. Bildirir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə rayon polis şöbəsinə dəvət etdikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman tanımışdır. Onunla aralarında hər hansı düşmənçilik və ya ədavətləri olmamışdır. Belə ki, həmin tarixdə saat 20 radələrində rayon polis şöbəsində olan zaman CAB-ın əməliyyat müvəkkili Şahid1 və CAB-nın əməliyyat müvəkkili Şahid2lə növbətçi hissənin qarşısına həmin vaxt adını öyrəndiyi Göyçay rayon sakini Təqsirləndirilən şəxs gətirərək həmin şəxsin üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi olduğunu bildirdilər. Həmin vaxt növbədə olan X2 tərəfindən Təqsirləndirilən şəxs Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra X2 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra rayon polis şöbəsinə məxsus olan və ona təhkim olunmuş “Panasonic” markalı aparatla Müdafiəçi, CAB-ın əməkdaşı Şahid1 və CAB-ın əməliyyat müvəkkili Şahid2 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlandı. Həmin vaxt videoçəkilişi aparmışdır. İlk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə və.s olub-olmamasını soruşaraq əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən siqareti çıxarıb stolun üstünə qoydu. Siqaret qabının içindən isə 01 (bir) ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin gümüşü rəngli kağız bükümə nəzər saldıqda içərisində qəhvəyi rəngli maddə olması aşkar olundu. Aşkar edilmiş həmin kağız bükümdə olan maddə kağız bükümlə birlikdə elektron tərəzidə çəkildi, kağız bükümlə birlikdə çəkisi 1,27 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin kağız büküm götürüldü və bir ədəd zərfə qoyularaq qablaşdırıldı. Zərf bağlanmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kağız bükümdə olan maddənin nə olması soruşulduqda, o da üzərindən aşkar edilmiş kağız bükümdəki qəhvəyi rəngli maddənin narkotik vasitə kimi tanıdığı heroin olduğunu və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 şahid qismində dindirilmiş Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Ədliyyə Nazirliyinin Məhkəmə X1 Regional Bölməsindən alınmış 21 oktyabr 2023cü il tarixli 17/759 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi - 1,001 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Göyçay Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Göyçay şəhəri Xəqani küçəsi ev 65də yaşayan Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən “Emosional davamsız şəxsiyyət pozuntusu, tez-tez dekonpensasiyalarla və özünü kəsmələrlə çoxsaylı tatirovkalar” diaqnozu ilə psixiatr həkimdə qeydiyyatdadır, narkoloq həkimdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 31 oktyabr 2023-cü il tarixli 1799 nömrli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatrik ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 694 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu, teztez dekonpensasiyalarla və özünü kəsmələrlə çoxsaylı tatirovkalar” XBT 10 ( Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmçinin xəstəlik əlamətləri nevrotik səviyyədə və az ifadəli olması səbəbindən o, cinayət törədən vaxt öz hərəkətlərini ölçüb-bilçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Şübhəli şəxsi tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göyçay Rayon İcra Hakimiyyətinin İnzibati Ərazi Nümayəndəliyindən verilmiş xasiyyatnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırda ünvan 2 ünvanda yaşayır, subaydır, barəsində Göyçay şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan və üzərində “Viceroy” yazılmış 1 ədəd siqaret qutusunun içərisində 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki,Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilməklə ilkin olaraq verdiyi izahatda, sonradan isə istər şübhəli şəxs qismində, istərsə də təqsirləndirilən şəxs qismində dindirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən aşkar edilmiş həmin kağız bükümdə olan maddə kağız bükümlə birlikdə elektron tərəzidə çəkildiyini, kağız bükümlə birlikdə çəkisinin 1,27 qram olduğunu, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamasını, tutulmamışdan 02 gün əvvəl Göyçay çayının kənarından tapmasını göstərmişdir. İbtidai istintaqın sonunda da 09 dekabr 2023-cü il tarixli cinayət işinin materialları ilə tanış etmə protokolundan da görünür ki, təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə iş materialları ilə tanış olan vaxtı verilmiş ittihamla razı olmamasını bildirməmiş, cinayət işinin ibtidai istintaqına heç bir əlavəsinin, etirazının və vəsatətinin olmamasını bildirmişdir. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, təqsirləndirilən şəxsin bu cür ifadəsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından, tədqiq edilmiş sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbirliliyi üzrə qiymətləndirilmiş və tədqiq edilmiş sübutlar ittiham hökmünün çıxarılması üçün kifayət etmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək belə qərara gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi 1,001 qram çəkidə narkotik vasitə hesab edilən heroini əldə edib öz şəxsi istifadəsi üçün 20 oktyabr 2023-cü il tarixdə saat 20:30 radələrində Göyçay şəhəri Xəqani küçəsində üzərində qanunsuz saxlayaraq Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını cəzasını yüngülləşdirilən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 0,951 qram narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 71 manat 94 qəpik məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdən 22 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Göyçay Rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə olan 0,951 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 07 iş saatına görə 42 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №1(046)-17/2024
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-17/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver