Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-17/2025 20.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi qızının Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış. ünvan 1 ünvanda yaşayan, 31 avqust 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan və həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq sərxoş vəziyyətdə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Göyçay şəhəri, H.Z.Tağıyev küçəsində idarə etdiyi VAZ2106 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24» Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 50 km\saat sürətindən artıq, yəni 80 km\saatla idarə edərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək onun hərəkəti istiqamətində yolun sağ kənarında dayanmış vəziyyətdə olan X2 məxsus “Mercedes Benz” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılmış, daha sonra idarə etməni itirərək öz hərəkəti istiqamətində yolun sol kənarında yerləşən evin divarına çırparaq ehtiyyatsızlıqdan avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs komatoz vəziyyətlə müşahidə edilən kəllə-beyin travması, orta ağır dərəcədə beyin əzilməsi, baş beynin travmatik ödemi, sol alın payına parenzimatoz qansızma ilə müşayiət olunan sağlamlığa ağır zərər vuran xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anasına məxsus Vaz 2106 markalı, 10-BS- 966 dövlət qeydiyyat nişanlı avtomobili vardır. Sürücülük vəsiqəsi yoxdur, həmin avtomobili sürücülük hüququ olmadan idarə edir. xx.xx.2024-cii il tarixdə saat 16 radələrində tanışı Zərərçəkmiş şəxs ilə Göyçay şəhəri ərazisində görüşmüşlər. Həmin vaxt Fuada kapital banka məxsus kart lazım olduğunu və birlikdə gedəərk adına kart açdırmasını, qarşılığında isə Fuada 20 manat verəcəyini bildirmişdir. Fuad onunla razılaşmış və birlikdə kapital banka getmişlər. Kapital bankdan kart ala bilmədikdən sonra oradan çıxıb yaxınlıqda olan maqazadan 750 qramlıq araq və 2 litr pivə almışdır. Həmin arağı Fuadla birikdə avtomobildə oturub içmişlər. Daha sonra avtomobilini yumaq qərarına gəlmişdir. Fuadla avtomobillə gedən zaman “Köhnə bazar” adlanan yerdə yol kənarında tanışı Yaşarı görmüşlər. Həmin vaxtı Yaşarı da avtomobilə götürərək Göyçay-Ucar yolunda olan 50 qəpiklik adlanan avtoyuma məntəqəsinə gəlmişlər. Daha sonra Göyçay şəhərinə tərəf qayıtmışlar. Göyçay şəhəri Kapital bank istiqamətində gedən zaman tanımadığı Vaz 2107 markalı avtomobil onunla ötüşməyə başlamış, içkili olduğu üçün onun arxası ilə sürmüşdür. Həmin avtomobil Kapital bankın qarşısında olan yoldan sola tərəf dönmüşdür. Ona görə də həmin avtomobilin arxası ilə sürmüş, avtomobili keçmək üçün ara küçədə təxminən 80km\saatla sürmüş, H.Z.Tağıyev küçəsində həmin avtomobili keçmiş və idarəetməni itirmiş, qarşıda olan yük maşınına dəymiş, həmin maşına dəyəndən sonra qarşıda olan evə çırpılmış, çırpılandan sonra maşın evə dəyərək dayanmışdır. Sonra isə yaralı olduğu üçün onları Göyçay RMX-ya aparmışlar. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. İş üzrə Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2024-cii il tarixdə saat 16 radələrində Əli ilə Göyçay şəhəri ərazisində görüşmüşlər. Həmin vaxtı Əli anasına məxsus Vaz 2106 **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanına gələrək Kapital banka məxsus kart almalarını bildirmişdir. Qarşılığında isə ona 20 manat verəcəyini demişdir. Ona görə də Əli ilə razılaşaraq birlikdə Kapital banka getmişdir. Kapital bankda işləri alınmadıqdan sonra oradan çıxmışlar. Kapital bankdan çıxandan sonra Əli mağazaya düşüb 750 qramlıq araq və 2 litr pivə almışdır. Həmin arağı Əli ilə birikdə avtomobildə oturub maqazanın qarşısında içmişlər. Daha sonra Göyçay-Ucar yolunda olan 50 qəpiklik avtoyuma məntəqəsinə getmişlər. Gedən zaman Köhnə bazar adlanan yerdə yol kənarında tanışları Yaşarı görərək onuda avtomobilə özləri ilə birlikdə Avtoyuma məntəqəsinə aparmışlar. Əli və Yaşar avtomobili yumağa başlamış, avtomobili yuya-yuya üçü birlikdə həmin pivəni içmişlər. Daha sonra avtomobillə Göyçay şəhərinə tərəf gəlmişlər. Göyçay şəhərində Kapital bank istiqamətində gedən zaman tanımadığı Vaz 2107 markalı onlarla ötüşməyə başlamış, Əli də içkili olduğu üçün onun arxası ilə sürmüşür. Həmin avtomobil Kapital bankın qarşısında yoldan sola tərəf dönmüş, Əli həmin avtomobili ötmək üçün ara küçədə təxminən 80km\saatla avtomobili idarə etmişdir. Həmin avtomobili H.Z.Tağıyev küçəsində keçmişlər. Keçən zaman isə Əli idarəetməni itirmiş, qarşıda olan yük maşınına dəymiş, maşına dəyəndən sonra isə qarşıda olan evə çırpılmışdır. Çırpılandan sonra maşın evə dəyərək dayanmışdır. Sonra isə yaralı olduqları üçün onları Göyçay RMX-ya aparmışlar. Hadisə nəticəsində az ağır dərəcəli bədən xəsarəti almışdır. hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Göyçay RPŞ-nin DYPB-nin inspektoru, polis baş serjantıdır. 28 mart 2024-cü il tarixdə DYPB-nə təhkim edilmiş Mercedes Benz markalı **-YP-*** dövlət nömrə nişanlı avtomobillə Göyçay rayonunda xidmətdə olmuşdur. 28 mart 2024-cü il tarixdə saat 21 radələrində Göyçay rayonu ərazisində xidmət apararkən Göyçay şəhəri H.Z.Tağıyev küçəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə şöbənin Növbətçi Hissəsindən daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə gedən zaman Göyçay şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2107” markalı “**-BS-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə yol kənarında dayanmış avtomobilə, sonra isə yaşayış evinə çırpılaraq sürücü və avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarının şahidi olmuşdur. Bir qədər sonra hadisə yerinə müstəntiq gələrək hadisə yerini müayinə etməyə başlamış, baxış zamanı iki nəfər hal şahidi dəvət edilmişdir. Baxış zamanı müstəntiq yolun müxtəlif yerlərini ölçmüşdür. Hadisənin Vaz 2107 markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yüksək sürətlə və sərxoş vəziyyətdə idarə etməsi olmuşdur. Baxış zamanı hadisə yerində avtomobil yolunun iki hərəkət hissəsindən ibarət olduğu, yolun ümumi eninin 6,6 metr olduğu müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir maddi sübut götürülməmiş, hadisə yerinə baxış zamanı fotoşəkillər çəkilərək yol-nəqliyyat hadisəsinin necə baş verməsi barədə sxem tərtib olunmuş, keçirilmiş baxışın nəticəsinə dair müstəntiq tərəfindən protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol ucadan oxunmuş, tərtib edilmiş protokol və hadisə yerinin sxemi baxışda iştirak etmiş bütün iştirakçılar tərəfindən imzalanılmışdır. Şahid2 ifadəsində hadisə olan yerinin maksimal sürət həddinin 50 km\saat olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun tanışlarıdır. xx.xx.2024-cii il tarixdə saat 19 radələrində köhnə bazar adlanan yerdən yaşadığı ev istiqamətində gedən zaman tanışı Təqsirləndirilən şəxs avtomobili ilə onun yanında dayanaraq hansı istiqamətində getdiyini soruşmuşdur. Əliyə yaşadığı evə getdiyini dedikdən sonra avtomobildə qarşıda oturan Zərərçəkmiş şəxs və Əli birlikdə gedərək Əlinin maşınını yumalarını təklif etmişdir. Ondan sonra Əli və Fuadla razılaşaraq Əlinin avtomobilinə əyləşmişdir. Həmin vaxtı Əlinin özünün aparmağından içkili olmadığını hiss etmişdir. Lakin, arxa oturacaqda 1 şüşə pivənin olmuşdur. Onlarla birlikdə Göyçay-Ucar yolunda olan 50 qəpiklik avtoyuma məntəqəsinə getmişlər. Oraya çatandan sonra Əlinin maşınını yumağa başlamışdır. Əli və Fuad isə avtomobilin yanında dayanaraq gözmişlər. Əlinin avtomobilini yuyub qutarandan sonra Əlinin maşınına minmişdir ki, Əli onu evin aparsın. Yenə də, Fuad qabaqda özü isə arxada əyləşmişdir. Yolda Əli maşım saxlamış və həmin pivəni açaraq Əli və Fuadla birlikdə içmişlər. Ondan sonra isə birlikdə Göyçay şəhərinə tərəf getməyə başlamışlar. Göyçay şəhəri Kapital bank istiqamətində gedən zaman tanımadığıları Vaz 2107 markalı avtomobil onlarla ötüşməyə başlamışdır. Əlidə içkili olduğu üçün həmin avtomobilimi arxası ilə bərk sürməyə başlamışdır. Həmin avtomobil Kapital bankın qarşısında olan yoldan sola tərəf dönəndən sonra, Əlidə həmin avtomobilin arxası ilə sürmüşdür. Əli avtomobili ara küçədə təxminən 80 km\saatla sürürdü ki, həmin avtomobili keçsin. Həmin avtomobil H.Z.Tağıyev küçəsində keçən zaman Əli idarəetməni itirmiş və qarşıda olan yük maşınına dəymişlər. Həmin maşına dəyəndən sonra isə qarşıda olan evə çırpılmışlar. Çırpılandan sonra maşın dayanmışdır. Arxa oturacaqda oturtduğu üçün az xəsarət almış və avtomobildən düşə bilmişdir. Bundan sonra Əli və Fuad yaralı olduqları üçün onlara kömək etməyə başlamışdır. Sonra isə oraya toplaşan şəxslər onları Göyçay RMX-ya aparmışlar. Şahid1 sürücü Əlinin avtomobili sürətlə sürdüyü üçün qəza törətdiyini, təhlükəni hansı andan yarandığını görmədiyini və onların ötüşdüyü avtomobilin dövlət qeydiyyat nişanını görmədiyini bildirmişdir. Yaşar Abdulayev ifadəsində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmaqdan imtina etmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cii il tarixli 210 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər: Komatoz vəziyyətlə müşahidə edilən qapalı kəllə beyin travması, orta dərəcədə beyin əzilməsi, baş beynin travmatik odemi, sol alın payına parenzimatoz qansızma küt bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş Məhkəmə-ekspertiza mərkəzindən alınmış 03 iyun 2024cii il tarixli 8/ 1326 saylı rəydən görünür ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2106 markalı, **-BS-*** dövlət qeydiyyat nişanli avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3- cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cti hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ2106 markalı sərxoş vəziyyətdə idarə etdiyi şəraitdə onun hərəkətlərində "X5" Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur **-BS-*** Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 50 km/saat sürətindən yüksək, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3,24“ Maksim u m sürətin məhdudlaşdırılması” qadağan nişanı tələblərinə uyğunsuzluq olmuşdur.Aparılmış ekspertizanın dəyəri 85 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Göyçay RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli 79 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cii il tarixli 205 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər: qapalı kəllə beyin travması, beyin silkələnməsi, sol alın-təpə, qulaq seyvanı nahiyəsinin əzilməsi küt-bərk əşyanın təsirindən törənmişlər, törənmə müddəti təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və dərəcəsinə səhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi ekspertiza və X3” X7 eksperti X1 xx.xx.2024-cü il tarixli 1302/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmədi. Məhkəmə kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə dərman, narkotik, psixatrop maddələrin təyinatını aparmaq mümkün olmadı. İbtidai istintaq zamanı ifadə vermiş ekspert X1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlə əlaqədar xəstəxanaya müraciət etmiş və ona ilkin tibbi yardım olaraq dərman preparatları damar yolu ilə vurulmuşdur. Bu səbəbdən qanın tərkibi dəymiş olur və etil spirti aşkar edilməyir. Dərman, narkotik, psixatrop maddələrin təyinatını isə təhqiqat üçün götürülmüş qan nümunəsinin az olduğu səbəbindən müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadəsinə eləcə də ekpsertin rəyinə və ifadəsinə məcmuyu halda qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Göyçay şəhəri, H.Z.Tağıyev küçəsində idarə etdiyi VAZ2106 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan və həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq sərxoş vəziyyətdə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Göyçay şəhəri, H.Z.Tağıyev küçəsində idarə etdiyi VAZ2106 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24» Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 50 km\saat sürətindən artıq, yəni 80 km\saatla idarə edərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək onun hərəkəti istiqamətində yolun sağ kənarında dayanmış vəziyyətdə olan X2 məxsus “Mercedes Benz” markalı **- CX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılmış, daha sonra idarə etməni itirərək öz hərəkəti istiqamətində yolun sol kənarında yerləşən evin divarına çırparaq ehtiyyatsızlıqdan avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs komatoz vəziyyətlə müşahidə edilən kəllə-beyin travması, orta ağır dərəcədə beyin əzilməsi, baş beynin travmatik ödemi, sol alın payına parenzimatoz qansızma ilə müşayiət olunan sağlamlığa ağır zərər vuran xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməklə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində qeyd edilmişdir ki törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, məhkəmə baxışının normal gedişinə mane olmamasını nəzərə alıb, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm icraya yönələnədək dəyişdirilmədən saxlanılmasını mümkün hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm icraya yönələnədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 85 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 354 , 381, 384 -cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlundan iş üzrə məhkəmə xərci olan 85 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-17/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-17/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver