Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-18/2023 24.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı3, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, 15 avqust 1983-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmamış, ailəli, himayəsində üç azyaşlı uşağı olan, Göyçay rayonun Qarabaqqal kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarım Göyçay rayonun Qarabaqqal kəndində yaşadığı evin həyətyanı sahəsində istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq torpağa əkib 07 ədəd şitillərdən ibarət narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 27 avqust 2022-ci il tarixdə saat 10 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin tarixdə saat 10:50-də yaşadığı evin həyətyanı sahəsinə videoçəkliş vasitəsi ilə baxış keçirilərkən oradan hündürlükləri 227 sm-dən 285 sm-dək yaş vəziyyətdə ümumi təmiz çəkiləri 18 kiloqram 495,0 qram olan həmin 07 ədəd əkilib becərilməsi qadağan olunmuş qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiyi narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin aprel ayında Göyçay rayonu Hacalıkənd kəndi ərazisindən keçən Göyçay Şirvan su kanalına balıq tutmağa gedib qayıdan zaman yaşadığı kəndin ərazisində yolun kənarında 1 ədəd kağız büküm görüb yerdən qaldırmış, bükümü açanda isə içərisində 10-12 ədəd çətənə toxumları olduğunu görmüşdür. Həmin toxumları gələcəkdə özü istifadə etməsi üçün həyətində əkib becərmək qərarına gəlmışdır. Bir-iki gün sonra həmin çətənə toxumlarını yaşadığı evin həyətin sağ arxa hissəsində çəpərin yanında, su bərəsinin kənarında əkmiş və diblərini suvararaq həmin gündən onlara mütəmadi quluq edərək becərməyə başlamışdır. Həmin toxumlardan cəmi 7 ədədi bitmişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı ünvana gəlib, onu küçəyə çağırmışlar. Küçə qapısının yanına çıxanda polis əməkdaşları ona, özlərini təqdim edərək çətənə bitkilərinin əkib-becərməkdə şübhəli olduğunu bildirmişlər və ona vəkil Müdafiəçi təqdim edərək hüquq və vəzifələrini izah etmişlər. Onun şübhəli şəxs kimi saxlanılmağı barədə protokol tərtib edilmişdir. Polis əməkdaşları ona, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. Polis əməkdaşlarına etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra dəvət olunan aqronomun və vəkilinin iştirakı ilə videoçəklişlə həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı ona məxsus həyətin sağ arxa tərəfində çəpərin kənarında, su bərəsinin yaxınında əkib becərdiyi ümumi həmin 7 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Həmin 7 ədəd çətənə bitkiləri köklərindən torpaqdan çıxarılaraq hündürlükləri ölçülmüş və hündürlükləri 227 sm, 236 sm, 240 sm, 255 sm, 260 sm, 282 sm və 285 sm olmuşlar. Həmin çətənə bitkiləri 4 ədəd sintetik torbada qablaşdırılaraq götürülmüşlər. Çətənə bitkilərini becərdiyi yerdən isə torpaq nümunəsi götürülərək 1 ədəd sellofan torbada qablaşdırılıb götürülmüşdür. Baxış zamanı protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməldən peşmandır. Ona cəza təyin edilərdək, ailənin yeganə qazanc gətirən şəxs olduğunu, himayəsində üç azayşlı uşağın olduğunu nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkibbecərməsi barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 10 radələrində digər polis əməkdaşları, aqronom Şaiq İsmayılov və vəkil Müdafiəçi ilə Göyçay rayonun Qarabaqqal kəndinə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs küçə qapısının yanına çağırıb ona özlərini təqdim etmişlər və çətənə bitkilərinin əkib-becərməkdə şübhəli olduğunu bildirərək vəkil Müdafiəçilə təmin edib, hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah olunduqdan sonra şübhəli şəxs kimi saxlanılması barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər və bununla bağlı etirazının olub olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və bu barədə ərizə yazmışdr. Daha sonra dəvət olunmuş aqronom Şaiq İsmayılovun və vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə videoçəklişlə baxış keçirilmişdir. Videoçəklişi Göyçay RPŞ-nin KTQ-nun kiçik inspektoru, polis serjantı Şahid2 aparmışdır. Həyətə daxil olduqda həyətin sağ arxa tərəfində çəpərin kənarında, su bərəsinin yaxınında 07 ədəd əkilmiş və müxtəlif hündürlükdə cəmi 7 ədəd çətənə bitkilərinə bənzər yaşıl rəngli bitkilər aşkar edilmişdir. Həmin bitkilərin bir neçəsi iplə çəpərin basdırmalarına və ağac budağına bağlanmışdır. 07 ədəd əkilmiş bitkilərin nə olmaları ilə bağlı Təqsirləndirilən şəxs sorğu edildikdə, həqiqətən həmin bitkilər çətənə bitkiləri olmaqla gələcəkdə istifadə etməsi üçün onların toxumlarını özü əkib onlara mütəmadi olaraq su verib diblərini yumşaltmaqla, diblərinə peyin şirəsi verməklə və alaqdan təmizləməklə qulluq edib becərmişdir. Baxış zamanı əkilmiş vəziyyətə aşkar edilmiş 07 ədəd çətənə bitkilərinə bənzər bitkilər köklərindən torpaqdan çıxarılaraq, hündürlükləri ölçülmüş, hündürlükləri 227 sm, 236 sm, 240 sm, 255 sm, 260 sm, 282 sm və 285 sm olmuşdur. Həmin bitkilərin əkildiyi yerdən torpaq nümunəsi də götürülərək 1 ədəd sellofan torbada qablaşdırılıb götürülmüşdür. Baxış zamanı protokol tərtib edilmiş, sonda protokol ucadan oxunaraq onlar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17\687 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, birinin üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş...” sözləri yazılmış 04 ədəd sintetik kisənin uzunluqları 227 sm-dən 285 sm-dək yaş vəziyyətdə ümumi çəkiləri 18 kq, 495,0 qram olan 07(yeddi) ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronom mütəxəssis Şaiq İsmayılovun 27 avqust 2022-ci il tarixli rəyinə əsasən çətənə(kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd sellofan torbada olan torpaq nümunəsində cüzi miqdarda çətənə(kannabis) bitkisinin hissəcikləri vardır.Torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Qeyd: çətənə bitkilərinin ümumi təmiz çəkisi 18 kq 495 qram, tədqiqata sərf edildi – 0.70 qram, qalıq 18 kq 494.30 qram. Aparılmış ekspertizanın dəyəri 34.55 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 noyabr 2022-ci il tarixli 1716 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui istifadə etməsi nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Göyçay RİHB-nin Göyçay rayonun Qarabaqqal kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyindən alınmış xasiyyatnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırda ailə üzvləri ilə Göyçay rayonun Qarabaqqal kəndində yaşamaqla himayəsində 3 azyaşlı övladı var. Təqsirləndirilən şəxs barəsində Göyçay RİHB-nin Göyçay rayonun Qarabaqqal kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş 07 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Göyçay rayonu Qarabaqqal kəndində yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq torpağa əkib yetişdirməklə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ailənin yeganə gəlir gətirən şəxs olmasını, himayəsində üç azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışları dövründə hüquqlarını 08 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da 04 ədəd sintetik torbada qablaşdırılmış 07 ədəd 18 kq 494.30 qram çətənə bitkiləri və 01 ədəd sellofan torbada qablaşdırılmış torpaq nümunələrində olan bitki hissəcikləri məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 1 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 04 ədəd sintetik torbada qablaşdırılmış 07 ədəd 18 kq 494.30 qram çətənə bitkiləri və 01 ədəd sellofan torbada qablaşdırılmış torpaq nümunələrində olan bitki hissəcikləri məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-18/2023
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-18/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver