Məhkəmə qərarları › İş №1(046)-18/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-18/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-18/2025 09.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 12.00-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 29 avqust 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı Göyçay rayonu, Bığır kəndində yerləşən fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs ilə sonuncunun həmin yerdə sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sinə nahiyəsinə zərbə endirib yerə yıxaraq sonuncuya başın ənsə nahiyəsində əllədikdə yumşaq toxumanın bir qədər şişkinliyi qismində sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və döş qəfəsinin sol aşağı tış hissəsində yumşaq toxumanın bir qədər şişkinliyi və əllədikdə ağrı ilə müşahidə edilən sol Vİİ qabırğanın yan qövsünün yerdəyişmiş sınığı ilə müşayiət olunan, həyatı üçün təhlükəli olmayan və Cinaət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, Göyçay rayonu, Bığır kəndində anası X2 ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fəhləliklə məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs ilə Bığır kəndində qonşuluqda yaşayır. Eyvazın yaşadığı evlə onun yaşadığı ev arasında təxminən 100 metr məsafə vardır. Eyvaz təxminən 10 ildən artıq müddətdir ki, ailəsindən ayrılmış və özünə məxsus evdə tək yaşayır. Eyvaz demək olar ki, gün ərzində mütəmadi olaraq spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olur. Eyvazla qonşu kimi salam sağolu vardır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində küçədə yaşadığı evin qarşısında dayanarkən Eyvazın uzaqdan uca səslə söyüşlə öz-özünə danışaraq gəldiyini görmüş, Eyvaz onun evinin qarşısına çatdıqda o, Eyvazın sərxoş vəziyyətdə olduğunu, əlində spirtli içki olan “Go” qəbul etdiyini və uca səslə öz-özünə nalayiq ifadələr işltdiyini görmüş, həmin vaxt Eyvaz onun yanına çatdıqda Eyvaza nə üçün nalayiq ifadələr işlətdiyini demişdir. Həmin vaxt Eyvaz sərxoş vəziyyətdə onun da ünvanına ağır nalayiq ifadələr işlədərək, əcəb etdiyini bunun ona aidiyyatının olmadığını demişdir. O, isə Eyvaza onun yaşadığı evin qarşısında söyüş söyməməli olduğunu bildirdikdə Eyvaz yenidən onun ailəsinin ünvanına nalayiq ifadələr işlədərək onun üzərinə gəlmişdir. Həmin vaxt o, özünə hakim olmayaraq əsəbləşib yumruqla Eyvazın sinə nahiyəsindən bir dəfə zərbə endirmiş, Eyvaz sərxoş vəziyyətdə olduğu üçün zərbənin təsirindən arxası üstə yerə yıxılmışdır. Bundan sonra Eyvaz ayağa duraraq ona heç nə demədən oradan uzaqlaşıb çıxıb getmiş, o, isə yaşadığı evə getmişdir. Hazırda zərərçəkmiş şəxslə barışdığını,ona dəymiş ziyanı tamamilə aradan qaldırdığını nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Göyçay rayonu, Bığır kəndində özünə məxsus evdə tək yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, Göyçay rayonu ərazisində müxtəlif şəxslərə məxsus bağlarda fəhlə olaraq işləyərək qazanc əldə edib yaşayır. Təqsirləndirilən şəxs tanıyır, İlkin Göyçay rayonu, Bığır kəndində onunla qonşuluqda yaşayır. 29 avqust 2024-cü il tarixdə işlədiyi zaman nahar fasiləsində spirtli içki qəbul etmiş, həmin gün saat 21 radələrində sərxoş vəziyyətdə yaşadığı evə getmişdir. Həmin vaxt o, sərxoş vəziyyətdə olduğu üçün telefonda danışdığı şəxslə mübahisəsi yaranmış və telefonla danışıb qurtardıqdan sonra nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs məxsus evin qarşısından keçərkən İlkin yaşadığı evin qarşısında dayanmış, bu zaman İlkin ona nə üçün yaşadığı evin qarşısında uca səslə nalayiq ifadələr işlətdiyini demiş, həmin vaxt o, sərxoş vəziyyətdə və əsəbi olduğu üçün İlkinin sözü ona xoş gəlməmiş və həmin vaxt İlkinin də ünvanına ağır nalayiq ifadələr işlətmişdir. İlkin ona düzgün etmədiyini dedikdə o, İlkini təhqir etməkdə davam edib yaxşı etdiyini demiş və aralarında mübahisə yaranmışdır. Bu zaman İlkin onun üzərinə gələrək yumruqla qüvvətlə onun sinə nahiyəsindən zərbə endirmişdir. Zərbənin təsirindən və sərxoş vəziyyətdə olduğu üçün arxası üstə yerə yıxılmışdır. Bundan sonra o, ayağa qalxaraq oradan çıxıb yaşadığı evə getmiş və qardaşı Çingizə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Gecə saatlarında onun sinə nahiyəsində ağrılar artdığı üçün təcili tibbi yardım avtomobili çağırıb Göyçay Rayon Mərkəzi Xəstəxanasına getmiş və xəstəxanada rentgen müayinəsindən keçərkən qabırğasında sınıq olması müəyyən olunmuşdur. Hadisə zamanı küçədə Təqsirləndirilən şəxsla sədəcə özü olmuş, hava qaranlıq olmuş, ətrafda başqa hər hansı şəxs olmamış, səs-küy yaranmamış, həmin hadisə 2-3 dəqiqə müddətində qısa zaman kəsiyində baş vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər aradan qaldırılmış, ona qarşı tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Şahid ifadə verərək bildirdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qardaşıdır. Eyvaz ailəsindən boşanmış və Bığır kəndində tək yaşayır. Təqsirləndirilən şəxs tanıyır, İlkin Eyvazla qonşuluqda yaşayır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evdə olarkən Eyvaz ona zəng edərək qonşusu Təqsirləndirilən şəxs onunla dalaşaraq döydüyünü bildirmiş və bir müddət sonra onun yaşadığı evə gəlib getmişdir. Eyvaz ona zəng etdikdə o, da DİN-in 102 zəng xidmətinə zəng edərək bu barədə məlumat vermiş, daha sonra isə Eyvazın sinə nahiyəsində ağrılar çoxaldığı üçün Təcili Tibbi yardım çağırıb Eyvazı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada Eyvaz rentgen müayinəsindən keçdikdən sonra qabırğasında sınıq olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X1 X4 05 sentyabr (işdə 31 avqust yazılmışdır) 2024-cü il tarixli, 546 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin sol aşağı tış hissəsində yumşaq toxumanın bir qədər şişkinliyi və əllədikdə ağrılı ilə müşahidə edilən sol Vİİ qabırğanın yan qövsünün yerdəyişmiş sınığı küt – bərk əşyanın (əşyaların) təsirindən törədilmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətinin uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddirlər. Başın ənsə nahiyəsində əllədikdə yumşaq toxumanın bir qədər şişkinliyi küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 29 avqust 2024-cü il tarixdə saat 21 radələrində Göyçay rayonu Bığır kəndində qonşusu Zərərçəkmiş şəxs ilə sonuncunun həmin yerdə sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sinə nahiyəsinə zərbə endirib yerə yıxaraq sonuncuya başın ənsə nahiyəsində əllədikdə yumşaq toxumanın bir qədər şişkinliyi qismində sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və döş qəfəsinin sol aşağı tış hissəsində yumşaq toxumanın bir qədər şişkinliyi və əllədikdə ağrı ilə müşahidə edilən sol Vİİ qabırğanın yan qövsünün yerdəyişmiş sınığı ilə müşayiət olunan, dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmiş, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barışdıqları və zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənildiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını,zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı aradan qaldırdığından o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar