Məhkəmə qərarları › İş №1(046)-19/2021

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-19/2021

24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-19/2021 24.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi X1 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmamış, subay, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində orta dərəcəli sərxoş vəziyyətdə ünvan 2 ünvanında yaşayan keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs2 yaşadığı evə gedərək, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, həmin vaxt qeyd olunan mənzildə olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iradəsi ziddinə mənzil toxunulmazlıqlarını pozaraq evin giriş qapısını açmaq istəmiş, qapının bağlı olduğunu görüb, qapının şüşəsini sındıraraq sınmış şüşə parçası ilə onun mənzilə daxil olmasının qarşısını almaq məqsədi ilə anası Zərərçəkmiş şəxs2 ilə birlikdə əlləri ilə arxadan qapını tutan xx.xx.2004-cü il təvəllüdlü, yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs1 sol mil-bilək oynağının ön və sol əlin V əl darağı sümüyü proyeksiyasında dərinin epidermis qatının kəsikləri ilə nəticələnən, dərəcəsi təyin edilməyən, sol əlin İ barmağının orta falanqasının iç, sağ mil –bilək oynağının ön və yan hissələrində, sağ əlin ovuc səthində kəsilmiş yaralar ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək zor tətbiq etməklə mənzilə daxil olaraq Azərbaycan Respublikası CMnin 157.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində yaşadığı evə gələrək özü tək şam yeməyi yeyən zaman 250 qram spirlti içki qəbul etmişdir. Həmin vaxtı sərxoş olmuş və övladları yadıma düşmüşdür. Buna görə də həmin gün saat 22 radələrində övladlarını görmək məqsədilə və həmin ay verəcəyi 200 manat alimenti vermək üçün Günayın yaşadığı ünvan 2 ünvanına getmişdir. Onların yaşadığı evin həyətinə giriş qapısı açıq olduğu üçün həyətə daxil olmuş, evin pilləkələri ilə yuxarı qalxdıqca qızı Hicrani səsləyərək gəlmdiyini bildirmiş, onlar evə yad adamın daxil olmasını düşünərək qorxmasınlar. Ancaq həmin vaxt Günay onun səsini eşidərək zaldan evə giriş qapısının yanına qaçaraq qapını içəridən möhkəm şəkildə vuraraq bağlamışdır. Bu zaman Günayın səsinə içəri otaqdan qızı Hicran da gələrək qapını arxadan tutub saxlamışdır. Həmin vaxtı qabaq tərəfdən qapını açmağa çalışmış, Günayda Hicranla birlikdə qapını arxa tərəfdən saxlamışlar. Bu zaman qapı köhnə olduğu üçün üstündə olan şüşəsi sınmışdır. Həmin vaxtı sınmış şüşə parçaları qızı Hicranın qolunu kəsmişdir. Çöl tərəfdən Hicranın qolundan qan axdığını görüb Günaya qapını aç Hicranın qolundan qan gəlir demişdir. Həmin vaxtı Günayda qapını açmiş və Hicranı qucağına alıb balkonda qolunu su ilə yumuşdur. Günayın həyacanlı vəziyyətdə olmasını görüb dərhal ona təcili tibbi yardıma zəng etməsini demişdir. Bundan sonra təcili yardım maşını qızını xəstəxanaya aparmışdır. Qızı Hicran, digər qızı Humay və keçmiş həyat yoldaşı Günayla birlikdə təcili yardım avtomobilinə minərək Göyçay rayon Mərkəzi Xəstəxanasına getmişdir. Az sonra xəstəxanaya gələn polis əməkdaşları ilə birlikdə izahat vermək üçün rayon polis şöbəsinə getmişdir. Eyni zamanda həmin zaman sərxoşluq müayinəsindən də keçmişdir. Törətdiyi əməldən peşmandır. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 22 radələrində yaşadığı evdə bacısı Humay və anası Günayla birlikdə yataq otağında yatarkən, həmin zaman qəfildən yuxudan anasının səs-küyünə oyanaraq həyacanlanmış və yuxudan oyandıqdan sonra ətrafa nəzər saldıqda anası Günayı otaqda görməmişdir. Bundan sonra dərhal otaqdan zala çıxdıqda anası Günayın həyacanlı vəziyyətdə zala giriş qapısınının arxa tərəfindən basaraq evə kiminsə daxil olmasını əngəllədiyini görmüş və dərhal özü də qapının yanına gedərək anasına kömək üçün qapının arxasından basmışdır. Həmin vaxt qapı arxadan bağlı olsa da, çöl tərəfdən atası Təqsirləndirilən şəxs qapının arasına bıçağa bənzər əşyanı salaraq qapını açmağa cəhd göstərmişdir. Atası qapını aça bilmədiyi üçün qapının üzərində olan şüşəni vuraraq sındırmışdır. Bu zaman özü və anası qapıdan kənara çəkilmişlər. Atası Samir sərxoş vəziyyətdə həmin vaxt əlində olan bıçaqla qapının sınmış şüşəsindən əlini qapıdan içəri salaraq bıçağı fırladıb onları öldürəcəyi ilə hədələmişdir. Atası Samirin onları hədələməsindən qorxsalar da, qapını aça bilməməsi üçün anası Günayla birlikdə qapını yenə də arxadan tutub saxlamışlar. Qapını arxadan tutub saxlayan zaman əllərini qapıdan çəkməyi üçün atası Samir sınmış şüşə parçası ilə əlini qapının sınmış şüşə yerindən içəri salıb qəsdən onun sağ və sol əllərindən vurub xəsarət yetirmişdir. Xəsarət aldığı üçün bir neçə saniyə sonra əllərindən qapının üzərinə və digər yerlərə qan töküldüyünü görüb əllərini qapıdan çəkmişdir. Bundan sonra anası Günay qapının açılmaması üçün biraz da müqavimət göstərmiş, daha sonra onun xəsarət aldığını və qışqırdığını görüb yanına gəlmişdir. Həmin vaxt atası Samir qapını hansısa formada açıb içəri girmişdir. Atası Samir anası Günayın üstünə gəldikdə anası qışqırmağa başlamış, bu zaman atası Samir anasının sağ qolundan və təpiklə sağ və sol ayaqlarından vurmuşdur. Buna görə də Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində yaşadığı evdə qızları ilə birlikdə otaqda yatdıqları vaxt bayırdan səs eşitmiş, əri Samirin evin giriş qapısına yaxınlaşdığını hiss etmişdir. Bundan sonra əli ilə evə giriş qapısını tutmuş, bu zaman qapının arxasında olan Samir əli ilə basıb qapını açmaq istəmişdir. Lakin qapını tutduğu üçün Samir qapının arasına bıçağı salıb qapını açmağa cəhd göstərmişdir. Həmin zaman səsə qızları Humay və Hicran da gəlmişlər. Böyük qızı Hicran da arxadan qapını tutmağa köməklik etmişdir. Bu zaman Samir qapının şüşəsini vurub sındırmış, həmin vaxt onlar əllərini qapıdan tutub bədənlərini isə nisbətən geri çəkmişlər ki, şüşə parçaları onlara xəsarət yetirməsin. Həmin vaxt Samir bıçağı qapının sınmış şüşə yerindən içəri salıb fırladaraq onları öldürməklə hədələmişdir. Bu vaxt Samir qapının sınmış şüşə parçasını götürüb əllərilə qapını tutan qızı Hicranın sağ əlindən vurub xəsarət yetirmişdir. Bundan sonra Hicran əllərini qapıdan çəkmiş, o isə qapının açılmaması üçün bir az da müqavimət göstərmiş, daha sonra qızı Hicranın xəsarət aldığını, əlinin qanadığını və qışqırdığını görüb onun yanına getmişdir. Həmin vaxt Samir qapını hansısa formada açıb içəri girmiş və onun üstümə gəldikdə qışqırmağa başlamış, bu zaman Samir onun sağ qolundan və təpiklə sağ və sol ayaqlarından vurub xəsarətlər yetirmiş, bundan sonra Hicran bir qədər huşunu itirib yıxılmış, Samir isə bunu görüb evdən bayıra çıxmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş X3 göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə axşam saat 22:30 radələrində yaşadığı evdə olarkən qohumu Günay ona zəng vurub tez onlara gəlməyini xahiş etmişdir. Bundan sonra onlara gedəndə görmüşdür ki, Samir Günayın yaşadığı evin həyətində qızı Hicranı qucaqlayıb. Eyni zamanda onlara təcili tibbi yardım da gəlmişdir. Həmin zaman Günay ona demişdir ki, Samir şüşə parçası ilə Hicranın hər iki əllərindən vurub xəsarət yetiribdir. Həmçinin Günaygildə olarkən görmüşdür ki, onların yaşadığı evə giriş qapısının şüşə sındırılmış vəziyyətdədir və qapının üzəri, eyni zamanda taxtanın üzəri qandır. Bundan sonra onlar birlikdə təcili tibbi yardım maşını ilə xəstəxanaya getmişlər. Sonradan Günay ona demişdir ki, həmin günü saat 22 radələrində Samir sərxoş vəziyyətdə onların yaşadığı evə gəlib evə giriş qapısını açmaq istəyəndə Günay və qızı Hicran ona mane olmaq üçün qapını tutublar, bu zaman Samirin əlində bıçaq olubdur və giriş qapısının şüşəsini vurub sındıraraq onları bıçaqla öldürməklə hədələyibdir. Daha sonra isə şüşə parçası ilə qapını tutub saxlayan qızı Hicranın hər iki əllərindən qəsdən vurub ona xəsarət yetiribdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 417 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər– sol mil-bilək oynağının ön və sol əlin V əl darağı sümüyü proyeksiyasında dərinin epidermis qatının kəsikləri iti kəsici kənara malik əşyanın (əşyaların) ola bilsin, şüşə parçalarının təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən də, qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2020-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Sol əlin İ barmağının orta falanqasının iç, sağ mil –bilək oynağının ön və yan hissələrində, sağ əlin ovuc səthində kəsilmiş yaralar kəsikləri iti kəsici kənara malik əşyanın (əşyaların) ola bilsin, şüşə parçalarının təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən də, qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2020-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddilər. Təqsirləndirilən şəxs hadisə zamanı orta dərəcəli sərxoş vəziyyətdə olması xx.xx.2020-ci il tarixli 281 saylı sərxoşluq dərəcəsini təyin edən tibbi müayinə protokolu ilə təsdiq edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində orta dərəcəli sərxoş vəziyyətdə ünvan 2 ünvanında yaşayan keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs2 yaşadığı evə gedərək, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, həmin vaxt qeyd olunan mənzildə olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iradəsi ziddinə mənzil toxunulmazlıqlarını pozaraq evin giriş qapısını açmaq istəmiş, qapının bağlı olduğunu görüb, qapının şüşəsini sındıraraq sınmış şüşə parçası ilə onun mənzilə daxil olmasının qarşısını almaq məqsədi ilə anası Zərərçəkmiş şəxs2 ilə birlikdə əlləri ilə arxadan qapını tutan xx.xx.2004-cü il təvəllüdlü, yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs1 sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək zor tətbiq etməklə mənzilə daxil olaraq Azərbaycan Respublikası CM-nin 157.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyrimümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olduğunu, ilk dəfə az ağır cinayət əməlini törətdiyini cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 157.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışları dövründə hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışları dövründə hüquqlarını 15 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 15 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 90 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.2-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 15 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 90 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar