Məhkəmə qərarları › İş №1(046)-19/2022

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-19/2022

07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-19/2022 07.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı1, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Göyçay şəhərində anadan olmuş, orta təhsilli, Göyçay rayonu Qarabaqqal kəndində qeydiyyatda olmaqla yaşayan, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs vahid niyyətlə özgənin əmlakını gizli yolla ələ keçirmək qərarına gəlib bu məqsədlə 20 iyul 2021-ci il tarixdə saat 05 radələrində Göyçay şəhəri, Ş.İ.Xətai küçəsində rayon mərkəzi xəstəxanasının yanında yerləşən Zərərçəkmiş şəxs məxsus 2 mərtəbəli “Aura” çay evinin arxa hasarının yanında olan ağaca çıxmaqla oradan çay evinin 2-ci mərtəbəsinin açıq pəncərəsindən içəriyə qanunsuz yolla daxil olaraq oradan sonuncuya məxsus 01 ədəd 950 manat dəyərində “Super Max” markalı televizor, 01 ədəd 750 manat dəyərində “Hauser” markalı televizor və 01 ədəd 240 manat dəyərində təhlükəsizlik kamerasının yaddaş bloku (yaddaş bloku və 01 ədəd sərt diks) olmaqla, cəmi 1940 manat dəyərində əşyaları gizli yolla talayıb, Zərərçəkmiş şəxs 1940 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 19 iyul 2021-ci il tarixdə maddi imkansızlıq və pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən də “Aura” çay evindən oğurluq etmək qərarına gəlmişdir. 20 iyul 2021-ci il tarixdə saat 05 radələrində həmin çayxananın yanına gəlmişdir. Çayxanın arxa tərəfindən xəstəxananın bayır giriş qapısından daxil olduqdan sonra sol tərəfdə yerləşən hissəsindən ikinci mərtəbəyə baxdıqda orada olan pəncərənin açıq olduğunu görmüşdür. Bu zaman həmin pəncərəyə çatmaq üçün daş hasarın dibində bitmiş ağaca çıxaraq həmin pəncərədən həmin çay evinin içərisinə daxil olmuşdur. İçəridə 2 ədəd iri ölçülü televizorlar olmuşdur. Həmin televizorlardan biri çay evinin zalında ikinci isə çay evinin baş tərəfində olan otaq şüşəbənd hissəsində divara asılı vəziyyətdə olmuşdur. Televizorlardan birini götürüb çıxış qapısına yaxınlaşmışdır. Çay evinin qapısı plastik materialdan olduğu üçün qapını içəridən aça bilmişdir. Bu zaman çay evinin içərisində olan kamerları görüb kamerların bağlı olduğu yaddaş blokunuda söküb televizorla birlikdə götürüb oradan çıxmış və qapını açıq qoymuşdur ki, geri qayıdıb digər televizoruda götürsün çünki televizor böyük olduğundan ikisinidə götürə bilməmişdir. Televizoru aparıb çay kənarında arxa bir yerə gizlətmiş yaddaş blokunda qırıb orda olan su arxına atmış bundan sonra qayıdıb yenidən çay evinə gəlmiş və açıq qoyduğu qapıdan içəri daxil olub digər televizoruda divardan söküb çıxarmış və həmin televizoruda aparıb digərinin yanına qoymuşdur. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində televizorları gizlətdiyi yerdən götürüb yol kənarına çıxartmışdır ki, taksi tapıb avtovağzala gedib oradan Bakı şəhərinə gedər. Yol kənarında tanımadığı taksiyə əyləşib Göyçay rayon avtovağzalına gəlmiş və taksi sürücüsünə 5 manat vermişdir. Avtovağzalda düşüb ordan Bakı şəhərinə gedən tanımadığı taksiyə əyləşib Bakı şəhərinə getmişdir. Bakı şəhərində 20 Yanvar dairəsi adlanan yerdə həmin televizorlardan birini 120 manata digərini isə 80 manata olmaqla 200 manata tanımadığı şəxsə satmışdır. Bundan sonra isə həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə eilan edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Göyçay şəhəri Ş.İ.Xətai küçəsində rayon mərkəzi xəstəxanasının yanında ona məxsus “Aura” çay evi vardır. Həmin çay evinin ikinci mərtəbəsində həm zalda həmdə şüşənbənd hissəsində televizor olmuşdur. Həmin televizorlardan biri “Super Max” digəri isə “Hauser” markalı olmuşdur onlar həmişə olduğu kimi xx.xx.2021-ci il tarixdə saat 23 radələrində çay evini bağlayıb evinə getmişdir. xx.xx.2021-ci il tarixdə səhər saat 09 radələrində gəlib çay evini açmaq istədikdə çay evinin qapısının və pəncərəsinin açıq olduğunu görmüşdür bu zaman içəri daxil olmuş və televizorların yerində olmadığını görüb dərhal təhlükəsilik kamerasına baxmaq üçün getdikdə təhlükəsilik kamerasının yaddaş blokununda sökülərək çıxarıldığını görmüşdür. Bu barədə polisə məlumat vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ona məxsus “Aura “ çay evindən oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Rusiya Federasiyasında olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs şikayətçidir, ona dəymiş ziyan ödənilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Göyçay rayon sakini Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2021-ci il tarixdə Göyçay şəhəri, Həbibi küçəsi ev 126-da yaşayan Zərərçəkmiş şəxs Göyçay RPŞ-yə müraciət edərək ona məxsus Göyçay şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 2 mərtəbəli “Aura” çay evinin ikinci mərtəbəsindən 02 ədəd televizor və 01 ədəd yaddaş blokunun xx.xx.2021-ci il tarixdə naməlum şəxs tərəfindən oğurlanmasını bildirmişdir. Sözügedən çay evinin yerləşdiyi yer onun xidməti ərazisi olduğundan əməliyyat-istintaq qrupu ilə birlikdə o, da dərhal hadisə yerinə getmişdir və hadisə yerinin müayinəsində o, da iştirak etmişdir. Bundan sonra həmin çay evindən oğurluq edən şəxsin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində məlum olmuşdur ki, həmin çay evindən oğurluq edən şəxs əvvələr məhkum olunmamış Göyçay rayon Qarabaqqal kənd sakini Təqsirləndirilən şəxsdur. Həmin şəxs müəyyən edilərək istintaq orqanına təhfil verilmişdir. Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saat 05 radələrində çay evinin arxa tərəfində olan ağca çıxıb ordan ikinci mərtəbdə olan pəncərədən içəri daxil olaraq 02 ədəd televizoru və yaddaş blokunu oğurlayaraq aparıb arxa küçədə yəni Göyçay şəhəri Ə.Cavad küçəsində su arxının kənarında olan kol-kosun içərisində gizlətmiş sonra həmin televizorları Bakı şəhərinə aparıb tanımadığı şəxsə satmış yaddaş blokunu isə sındırıb çayın içərisinə atmışdır. Televizorları satdığı şəxsin şəxsiyyətini müəyyən etmək üçün əməliyyat tədbirləri keçirilsə də həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş X1 ifadəsindən görünür ki, Göyçay şəhəri Ş.İ.Xətai küçəsində rayon mərkəzi xəstəxanasının yanında bacısı oğlu Kərimə məxsus “Aura” çay evi vardır. Həmin çay evinin ikinci mərtəbəsində həm zalda həmdə şüşənbənd hissəsində televizor olmuşdur. Həmin televizorlardan biri “Super Max” digəri isə “Hauser” markalı olmuşdur onlar həmişə olduğu kimi xx.xx.2021-ci il tarixdə saat 23 radələrində çay evini bağlayıb evinə getmişdir. xx.xx.2021-ci il tarixdə Kərim səhər saat 09 radələrində gəlib çay evini açmaq istədikdə çay evinin qapısının və pəncərəsinin açıq olduğunu görmüşdür, bu zaman içəri daxil olmuş və televizorların yerində olmadığını görüb dərhal təhlükəsilik kamerasına baxmaq üçün getdikdə təhlükəsilik kamerasının yaddaş blokununda sökülərək çıxarıldığını görmüşdür. Bu barədə polisə məlumat vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, “Aura “ çay evindən oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/8304 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd çin istehsalı olan “HiWhatch” markalı, “Ds-H104G” model təhlükəsizlik kamerasının yaddaş blokunun zədələnməmişdən əvvəl normal vəziyyətdə 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 80.0 manat 01 ədəd Tayland istehsalı olan “Seagate” markalı “ST3000DM001” model HDD sərt diskin 2021-ci il avqust ayına olan orta bazar qiyməti isə təxminən 80.0 manat müəyyən edilir. Qərarda qeyd edilən 01 ədəd “Super Max” markalı 107 dioqonal televizron orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 300.0 manat, 01 ədəd “Hauser” markalı 102 dioqonallı televizor isə 250.0 manat müəyyən edilir. Aparılmış ekspertizanın xərci 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs vahid niyyətlə özgənin əmlakını gizli yolla ələ keçirmək qərarına gəlib bu məqsədlə 20 iyul 2021-ci il tarixdə saat 05 radələrində Göyçay şəhəri,Ş.İ.Xətai küçəsində rayon mərkəzi xəstəxanasının yanında yerləşən Zərərçəkmiş şəxs məxsus 2 mərtəbəli “Aura” çay evinin arxa hasarının yanında olan ağaca çıxmaqla oradan çay evinin 2-ci mərtəbəsinin açıq pəncərəsindən içəriyə qanunsuz yolla daxil olaraq oradan sonuncuya məxsus 01 ədəd 950 manat dəyərində “Super Max” markalı televizor, 01 ədəd 750 manat dəyərində “Hauser” markalı televizor və 01 ədəd 240 manat dəyərində təhlükəsizlik kamerasının yaddaş bloku (yaddaş bloku və 01 ədəd sərt diks) olmaqla cəmi 1940 manat dəyərində əşyaları gizli yolla talayıb, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 1940 manat maddi ziyan vurmaqla Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi əməli etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən axtarış elan edilərək, həbs qətimkan tədbiri seçilmişdir. Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə həbs edilmiş, xx.xx.2022-ci il tarixdə Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsinə gətirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 gün nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. X3 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan 01 ədəd yaddaş blokunun zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 01 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti cəza olaraq 02 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan 01 ədəd yaddaş blokunun zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Ekspertiza xərci olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar