Məhkəmə qərarları › İş №1(046)-19/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-19/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-19/2023 12.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı3, Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1958-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, pensiyaçı, məhkumluğu olmayan, Göyçay rayonun Çayarxı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs1 onun İİ qrup əlilliyə görə əmək pensiyasını bərpa etdirəcəyinə yalan vəd verib aldatmaqla xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Göyçay şəhəri H.Əliyev prospektində yerləşən “Beynalxalq” bankın yanında 2000 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa təkrarən, özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs2 onun qudası Şahid4 İİİ qrup əlilliyə görə əmək pensiyasını bərpa etdirəcəyinə yalan vəd verib aldatmaqla xx.xx.2021ci il tarixdə, saat 15 radələrində Göyçay şəhəri Nizami küçəsində yerləşən “Bolluq Market” mağazasının yanında Zərərçəkmiş şəxs2 ona tanışı Şahid1 vasitəsi ilə göndərdiyi 2200 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa təkrarən, vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs3 İİ qrup əlilliyə görə əmək pensiyasını bərpa etdirəcəyinə yalan vəd verib aldatmaqla 2022-ci ilin fevral ayının əvvəllərində saat 12 radələrində Bakı şəhərində Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında 300(üç yüz) manat, 2022- ci fevral ayının sonlarında saat 12 radələrində Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Bolluq Market” mağazasının qarşısında 150(yüz əlli) manat, 2022-ci ilin mart ayının ortalarında dəqiq məlum olmayan tarixdə, saat 12 radələrində ünvan 1 ünvanda Zərərçəkmiş şəxs3 yaşadığı evin qarşısında 120 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ümumilikdə 570 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa təkrarən, vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə X1 İİİ qrup əlilliyini İİ qrup əlilliyə dəyişitdirərək İİ qrup əlilliyə görə əmək pensiyasını bərpa etdirəcəyini yalan vəd verib aldatmaqla xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində ünvan 2 ünvanda sonuncunun qohumu Şahid2 yaşadığı evin həyətində 800 manat, 2022-ci ilin may ayının ortalarında dəqiq məlum olmayan tarixdə, saat 15 radələrində Bığır kəndində, Narmgül Qəhrəmanova yaşadığı evin həyətində 200 (iki yüz) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ümumilikdə 1000 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2021-ci il tarixdə Göyçay rayon Mərkəzi xəstəxananın həyətində şəkər xəstələrinin dərman aldığı eləcə də əlilliklə bağlı tibbi müayinələrdən keçmək üçün gələn adamların toplaşdığı yerlərə gedərək çətinliklərlə üzləşən və pensiya ilə bağlı söhbət edənləri kənardan müşahidə edərək bir neçə nəfərin yanında güya əlilliklə bağlı pensiyanın təyin olunması, ləğv olunan pensiyaların bərpasında, pensiya almaq istəyən şəxlərin sənədlərini düzəltməkdə köməklik göstərə bildiyini, Bakı şəhərində lazım olan tibbi komisiyyalarda tanışlarının olduğunu, müəyyən pul qarşılığında pensiya ilə bağlı məsələləri həll edə bildiyini danışaraq söhbətlər aparmışdır. 2021-ci ilin payız aylarında tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Söhbət əsnasında Zərərçəkmiş şəxs1 təqaüdünün kəsildiyini, 2016-cı ildə İİ qrup əlillik təyin edilərək hər ay 259 manat əliliyə görə əmək pensiyası aldığını, əlillik müddəti 2021-ci ilin aprel ayında bitdiyi üçün pensiya ödənişinin dayandırıldığını, 2 dəfə əlilliyin bərpası üçün xəstəxanaya müraciət edib tibbi müayinələrdən keçmişsə də, əlilliyini təyin etdirə bilmədiyini, tibbi sosial ekspert komissiyası tərəfindən əlilliyinin təyin olunmasında imtina olunduğunu, ona görə də əlilliyə görə pensiya ala bilmədiyini söyləmiş, köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. İlhama işdə köməklik edə biləcəyini deyərək şəxsiyyət vəsiqəsinin surətini və tibbi müayinələrdən keçməsinin nəticələrinə dair tibbi sosial ekspert komissiyasının imtina cavablarının surətini təqdim etməsini, həmin sənədləri guya Bakı şəhərinə Dövlət tibbi sosial ekspertiza və reabilitasiya agentliyinə gedib orada göstərmək lazım olacağını və guya orada kiminləsə danışacağını və Zərərçəkmiş şəxs1 yenidən əlilliyi təyin etdirib əlilliyə görə əmək pensiyasını yenidən bərpa etdirəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 müəyyən suallar verdikdə ona yalandan cavab vermişdir. Zərərçəkmiş şəxs1 ona inanmış və nə qədər pul lazım olacağını soruşmuş, Zərərçəkmiş şəxs1 əlilliyini və pensiyasını bərpa etdirəcəyinin müqabilində ondan 2500 manat pul istəmiş, lakin İlham 2500 manat pulun olmadığını deyərək bu işdə kömək edib, əlilliyini və pensiyasını bərpa etdirərsə ona cəmi 2000 manat verə biləcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1lə danışmışlar, İlham sənədləri və pulu hazır etdiyini bildirmiş və həmin gün saat 15 radələrində Göyçay şəhərində, H.Əliyev prospektində “Beynalxalq” bankın yanında görüşmüşlər. Zərərçəkmiş şəxs1 tanışı Şahid1 ilə gəlmişdir. Onlar “Beynalxalq” bankın yanında, ətirlər mağazası ilə bankın binasının arasına keçib bir daha orada söhbət etmişlər və Zərərçəkmiş şəxs1 2000 manat almışdır. xx.xx.2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs1 ona zəng vurub işin nə yerdə qaldığını soruşanda ona bəhanə kimi ilin yekunu olduğunu bildirərək 2022-ci ilin yanvar ayında bayram günlərindən sonra bu işlə məşğul olunacağını, heç harada tanışlarının olmadığı və heç kimlə danışmadığı halda isə yalandan ’’yuxarı” ilə danışdığını və ona verdiyi tibbi sənədlərlə pulları lazım olan adamlara çatdırdığını, məsələsinin nəzərində olduğunu, odur ki, narahat olmamasını söyləmiş və vaxtı uzatmışdır. Bundan başqa 2021-ci ilin payız aylarında Göyçay rayon Mərkəzi xəstəxanasının həyətində Şahid1 ilə rastlaşarkən Hüseyn ona qonşusu Zərərçəkmiş şəxs2 qudası Sevdanın əməliyyat olunduğu üçün uzun müddət əlilliyə görə pensiya aldığını, 2021-ci ilin mart ayından isə Sevdanın əlilliyə görə əmək pensiyasının ödənişi dayandırıldığını, əlilliyin bərpası üçün müraciət etmədiyini, Sevdanın əlilliyinin və pensiyasının bərpa etdirmək lazım olduğunu, Mübarizin həmin qadına maddi köməklik etdiyini və bu işdə də Sevdaya köməklik göstərmək istədiyini bildirərək ona məsləhət etmiş və bu işdə köməklik edə bilib-bilməyəcəyini maraqlanmışdır. Fürsətdən istifadə edərək Mübarizi də aldadıb ona yalan vəd verməklə pulunu ələ keçirmək qərarına gəlmiş və Hüseynə heç bir problemin olmadığını bildirərək yalandan söz vermişdir ki, Sevdanın sənədlərin toplasalar əlilliyə görə əmək pensiyasını bərpa etdirəcəyini, görəcəyi işlərə görə 2200 manat pul alacağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Hüseyn ona zəng vurub Mübarizin ona pulları və sənədləri verdiyini bildirmiş və Nizami küçəsində yerləşən “Bolluq” marketin yanında Hüseynlə görüşmüşlər, Hüseyn ona Şahid4 adına olan ambulator tibbi kitabçanın üzünün və 1 ədəd A4 kağızda olan 2013-cü ildə müayinədən keçməsinə dair 088 saylı sənədin surətini, eləcə də Şahid4 şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək 2200 manat pul vermiş, bunun qarşılığında 2- 3 aya Şahid4 əlilliyə görə əmək pensiyasının bərpa etdirəcəyinə söz vermişdir. 2022-ci ilin yanvar ayının sonlarında bu işlə bağlı Hüseyn maraqlananda yalandan Sevdanın işi ilə məşğul olduğunu, bir neçə dəfə Bakı şəhərinə gedib gəldiyini bildirmişdir. Həmin vaxt Hüseyn ona Mübarizin narazılıq etdiyini, heç bir iş görülməyəcəksə, məsələ həll olunmayacaqsa pulları qaytarmasını bildirmişdir. Mübarizə yaxın 1-2 aya Şahid4m məsələsini həll edəcəyini, bərpa etdirməyəcəyi halda Hüseynin vasitəsi ona verdiyi 2200 manatını tam şəkildə qaytaracağını bildirmişdir. Mübarizin də ona göndərdiyi pulları öz ehtiyacları üçün xərcləmiş, Mübarizə söz verdiyi işi həll etməmişdir. Hər dəfə Mübarizə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa çalışmışdır. Bundan başqa 2022-ci ilin yanvar Zərərçəkmiş şəxs3 ona yaxınlaşaraq pensiyasını bərpa etməsində ona köməklik etməsi üçün maraqlanmış, Zərərçəkmiş şəxs3 ona gözdən İİ qrup əlil kimi hər ay təxminən 260 manat əliliyə görə əmək pensiyası aldığını, əlillik müddətinin 2021 -ci ilin sentyabr ayında bitdiyi üçün pensiyasının kəsildiyini, tibbi sosial ekspert komissiyasına müraciət etməli olduğunu, lakin bunun üçün müayinələrdən keçmək lazım olduğunu və Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinələrdən keçməklə oradan tibbi rəyin alınmalı olduğunu, lakin maddi vəziyyətinin yaxşı olmadığını söyləyərək ondan köməklik etməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 aldadaraq onun ümumiliikdə 700-800 manat pulunu ələ keçirmək qərarına gəlmiş və söhbət zamanı Zərərçəkmiş şəxs3 özünə inandıraraq narahat olmamağını Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində tanışlarının olduğunu, məsələni həll edə biləcəyini, əlilliyini və pensiyasını bərpa edə biləcəyini deyərək bunun qarşılığında 700-800 manat pulun lazım olacağını, Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gedəcəyini, qısa müddət ərzində işi həll edəcəyini, lakin işin həll olunması üçün pulu cəm şəkildə qaytaracağını bildirmişdir. Mehman isə ona hələ pulunun olmadığını bildirdikdə, belə olan halda nə vaxt lazım olsa qeyd etdiyi tibbi sənədlərin surətini şəxsiyyət vəsiqəsinin surətini və pulu hazırlayıb ona xəbər verməsini bildirmişdir. 2022-ci ilin fevral ayında Bakı şəhərində olan zaman Zərərçəkmiş şəxs3 zəng vurub yalandan Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində adamlarla danışdığını, işinin həll olunacağını, dediyi sənədlərin surətlərini götürüb səhəri gün üçün Bakı şəhərinə Milli Oftalmologiya Mərkəzinə gəlməsini, özünün də oraya gələcəyini bildirmiş, Mehman Səhər tezdən Bakı şəhərinə gələcəyini bildirmişdir. Ertəsi gün Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzin qarşısına gələrək, saat 12 radələrində Zərərçəkmiş şəxs3lə orada görüşmüşlər. Mehman həmin vaxt qohumu Nərimanla onun idarə etdiyi avtomobil ilə gəlmişdir. Söhbət zamanı Nərimanın yanında yalandan Zərərçəkmiş şəxs3 özünə daha da inandırmaq üçün həkimlərlə özünün danışdığını, heçnədən narahat olmamasını bildirmiş və Mehmandan ilkin olaraq 500 manat pul tələb etmiş, Mehman isə ona üzərində cəmi 300 manat pulunun olduğunu bildirmiş, 300 manata bu işi düzəlməyəcəyini Mehmana bildirmiş, Mehman təkidlə ona hələ ki, 300 manatı götürməyini və həkimlə danışmağını, qalan pulu sonra verəcəyinə söz vermişdir. 300 manat pulu alıb Mehmana gedib komissiyaya girməsini, orada onu tapşırdığını və narahat olmamasını bildirmiş, Mehmanı aldadaraq müayinələrdən keçməyə yollamış və onu küçədə gözləmişdir. Mehman müayinələrdən özü keçib yanına qayıtmışdır. Mehmana evə getməsini və gözləməsini bildirmişdir. 2022-ci fevral ayının sonlarında Zərərçəkmiş şəxs3 ona zəng vurub işi ilə maraqlanmış, saat 12 radələrində Zərərçəkmiş şəxs3lə Nizami küçəsində olan “Bolluq” marketin yanında görüşmüşlər. Zərərçəkmiş şəxs3 qohumu Nəriman ilə gəlmişdir. Mehman ondan işin nə yerdə olduğunu soruşanda əlavə 150 manat pul istəmiş və Mehmana Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gedib işlə bağlı maraqlanmağını söyləmişdir, yalandan “bir dəfə orada gedib görsənməli lazım olacaq” deyərək qalan məsələləri özü həll edəcəyini, rəyi verilməsi üçün həkimləri tələsdirəcəyini bildirmişdir. Həmin vaxt Mehman ona Nərimanın yanında 150 manat pul vermişdir. Mehmana xx.xx.2022-ci il tarixdə Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə getməsini tapşırmışdır. xx.xx.2022-ci il tarixdə isə Mehman ona zəng vurub Bakı şəhərində olduğunu, Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinələrdən keçmişsə də əlilliklə bağlı imtina rəyi verildiyini deyərək narazılıq etmişdir. Mehmana yalandan əvvəlcədən cəm şəkildə pulu versəydi, belə problemlə üzləşməyəcəyini bildirmiş və Mehmana əsəbləşməməsini, 1-2 həftəyə müsbət rəy veriləcəyini söyləyərək, Göyçaya gələn kimi oradan verilən tibbi rəyi ona verməsini, özünün həmin rəyi götürüb gedəcəyini bildirmişdir. Mehman Göyçaya qayıdan kimi xx.xx.2022-ci il tarixli rəyi ona vermişdir. İki həftə sonra Mehmana zəng vurub işin düzəlməsi üçün əlavə 120 manat pul istəmiş, guya Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən verilmiş həmin xx.xx.2022-ci il tarixli tibbi rəyin dəyişdiriləcəyini deyərək işinin 100 faiz alınacağına söz vermiş, Mehman razılaşmışdır. 2022-ci ilin mart ayının ortalarında saat 12 radələrində Mehmanın yaşdığı ünvana gedərək evin qarşısında ondan 120 manat pulu alaraq birdəfəlik bu məsələni həll etmək lazım olduğunu bildirmişdir. Mehman həmin vaxt ona 120 manat pul vermişdir. Bu formada Mehmandan ümumilikdə 570 manat pul almışdır. Mehmanla bir müddət sonra Göyçayda rastlaşarkən ondan pullarını tələb etməyə başlamış, Mehmana açıq aşkar pulunun olmadığını bildirərək yalandan olan kimi qaytaracağına söz vermişdir. Bundan başqa 2021-ci ilin sentyabr oktyabr aylarında tanışı Şahid2 ona qohumu Zərərçəkmiş şəxs4nm diz oynaqlarında problemlərin olduğundan əvvələr İİ qrup əlil kimi pensiya aldığını, lakin sonradan İİ qrup əlilliyi ləğv edilərək İİİ qrup əlil kimi pensiya aldığını, yenidən İİ qrup əlil kimi qeydiyyata alınaraq İİ qrup əlil kimi pensiya almaq istədiyini, bu işdə köməklik edə bilib bilməyəcəyini soruşmuş, Eynullaya guya Narıngülün xəstəliyi ilə bağlı tibbi sənədlərə baxmaq lazım olduğunu bildirmişdir. Həmin sənədlərə baxıb nəzərdən keçirərək, Eynullaya bunun mümkün olduğunu, məsələnin həlli üçün 1500 manat pul lazım olacağını bildirmişdir. Eynullada Narıngül ilə danışıb ona xəbər edəcəyini bildirmiş, lakin sonra əlaqə saxlayanda Narıngülün ehtiyac olmadığını söyləmişdir. 2022-ci ilin fevral ayının əvvələrində Eynullagilə qonaq gedərkən Eynulla ona Narıngülün çox çalışdığını və İİ qrup əlilliyini bərpa etdirə bilmədiyini və özü ilə şəxsən görüşüb bu barədə söhbət etmək istədiyini bildirmiş, Eynullaya zəng vurub Narıngülü yanlarına çağırtdırmağını bildirmişdir. Eynulla da Narıngülə zəng vurub onun Eynullagildə qonaq olduğunu bildirərək evlərinə dəvət etmişdir. Narıngüldə qızı Ülviyyə ilə Eynullanın yaşadığı evə gəlmiş, Narıngül ona 2016-cı ildən İİ qrup əlil kimi əmək pensiyası aldığını, 5 il müddət 2021-ci ilin iyul ayında tamam olduğundan isə həmin vaxtdan əlilliyin qrupu dəyirşdirilərək İİİ qrup əlil kimi qeydiyyata alındığını və İİİ qrup əlil kimi pensiya almağa başladığını, hazırda İİ qrup əlilliyini bərpa etdirmək istədiyini, keçən il Göyçay rayon Mərkəzi Xəstəxanasına müraciət edərək tibbi müayinələrdən keçməsi üçün Tibbi Sosial Ekspert komissiyasına göndərilsə də və tibbi müayinələrin bir neçəsindən keçdiyini, eləcə də Bakı şəhərinə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutuna gedərək orada müayinə olunsa da, xx.xx.2021-ci ildə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ qrup əlilliyinin bərpasında imtina olunduğunu, həmçinin İİ qrup əlilliyə keçməyi ilə bağlı müayinələrdən keçməyinin nəticələrinə dair Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021 -ci il tarixli imtina cavabının özündə olduğunu bildirmişdir. Narıngülə yalandan guya 2021-ci ilin oktyabr ayında Eynulla ilə göndərdiyi sənədlərə baxdığını, İİİ qrup əlillikdən İİ qrup əlilliyə keçirmək üçün 1500 manat pul lazım olduğunu bildirmişdir. Narıngül ona 1500 manat pulunun olmadığını bildirmiş, razılaşmayıb bir fikrə gələrsə Eynulla ilə ona xəbər göndərmələrini deyib çıxıb getmişdir. Bir qədər sonra Eynulla ona zəng vurub Narıngülün 1500 manat pulunun olmadığını deyərək ən aşağı qiymətə edə biləcəyini ondan soruşmuş, Eynullaya 800 manata İİİ dərəcə ilə əlillik qrupundan İİ dərəcə əlillik qrupuna Narıngülü keçirəcəyinə söz vermiş, lakin pulu dərhal ona vermələrini bildirmişdir. Ertəsi gün saat 15 radələrində Eynullanın yaşadığı evdə Narıngül ilə görüşmüşlər və Narıngü eyvanın altında Eynullanın yanında ona 800 manat pul vermişdir. Narıngülə İİ qrup əlilliyə keçməyi ilə bağlı müayinələrdən keçməyinin nəticələrinə dair Tibbi Sosial Ekspert Komissiyasının imtina cavabını almış və guya Narıngülü Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda lazım olan adamlara göstərəcəyini bildirmişdir, 2022-ci ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs4 onunla əlaqə saxlayaraq işin nə yerdə qaldığını maraqlanmağa başlamış, Narıngülə işin qaydasında olduğunu bildirəndə isə Narıngül verdiyi 800 manat pulu tələb etməyə başlamışdır. Narıngüliin sakitləşməsi üçün yalandan yaxın zamanda Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutuna getmək lazım olacağını, bir yerdə oraya gedəcəklərini, məsələnin yaxın zamanda həllini tapacağına söz vermiş və gözləməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə taksi ilə Narıngülün yaşadığı ünvanına gedərək evlərindən onu götürüb bir yerdə Bakı şəhərinə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna getmişlər. İşin həlli ilə məşğul olmağının görünüşünü yaradaraq Narıngülə küçədə gözləməsini bildirmiş və özü binaya daxil olub 10-15 dəqiqə orada gəzib çölə çıxmış və Narıngülə yalandan komissiyaya tapşırdığını deyərək gedib müayinələrdən keçməyini bildirmişdir. Daha sonra Narıngülə binaya daxil olmağa köməklik etmiş, Narıngül ona özü əvvəllər də orada olduğunu deyərək özü kabinetləri gəzəcəyini demiş və gedib müayinələrdən keçmişdir. 2022-ci ilin may ayının ortalarında Narıngülə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gedəcəyini demiş və bir neçə gün sonra, saat 15 radələrində yaşadığı evə Bığır kəndinə gedərək Narmgüldən həmin çıxarışı götürərək işin yekun mərhələsində olduğunu deyərək həkimlərə vermək adı ilə Narmgüldən əlavə 200 manat pul istəmiş və Narıngülə 2022-ci ilin iyun ayının sonunda İİ qrup əlil kimi pensiya alacağına söz vermişdir. Narıngüldən həmin vaxt 200 manat pul, eləcə də xəstəxanadan aldığı ambulator kitabçadan çıxarışı və şəxsiyyət vəsiqəsinin əslini götürmüşdür. Bundan sonra dəfələrlə Narıngül ona zəng vurub pulların geriyə istəmiş, Narıngülə 1000 manat pulu qaytarmamışdır. Törətdiyi əməlində peşmandır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəmişdir. Məhkəmə baxışında zərərçəkmiş qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, əlillik müddəti 2021-ci ilin aprel ayında bitdiyi üçün pensiya ödənişi həmin vaxtdan dayandırılmışdır. xx.xx.2021-ci ildə və xx.xx.2021-ci il tarixlərdə əlilliyinin bərpası üçün xəstəxanaya müraciət etdikdə, hər dəfə mərkəzi sistemdə baxılıb ona yenidən tibbi müayinələrdən və tibbi sosial ekspert komissiyasından keçməli olduğunu, daha sonra müayinələrin nəticələrinin sistemə vurulduqdan sonra Bakı şəhərində yerləşən Dövlət tibbi sosial ekspertiza və reabilitasiya agentliyinə getmək lazım olacağını bildirmişlər. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə tibbi sosial ekspert komissiyasında bir neçə müayinədən keçməməyi ilə əlaqədar ona pensiya təyin edilməsində imtina olunmuş və pensiyasını bərpa etdirə bilməmişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində tanışı Şahid1 ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına şəkər dərmanı almaq üçün getmiş, Hüseyn ilə söhbət edərkən ona bu barədə bildirəndə, Hüseyn ona Təqsirləndirilən şəxs bu işlərlə məşğul olduğunu bildirmişdir. Xəstəxananın həyətində Təqsirləndirilən şəxs ilə görüşüb söhbət edən zaman ona əlillik pensiyasının kəsildiyini, 2 dəfə müraciət etməyinə və bir çox müayinələrdən keçməyinə baxmayaraq əlilliyinin yenidən təyin etdirə bilmədiyini və ona görə də pensiya ala bilmədiyini bildirmiş, Təqsirləndirilən şəxs onu dinlədikdən sonra ona köməklik edə biləcəyini söyləmiş, bununla bağlı şəxsiyyət vəsiqəsinin surətini və tibbi müayinələrdən keçməyinin nəticələrinə dair tibbi sosial ekspert komissiyasının imtina cavablarının surətini təqdim etməyini, həmin sənədləri özü götürüb Bakı şəhərinə Dövlət tibbi sosial ekspertiza və reabilitasiya agentliyinə gedib onun işini orada kiminləsə danışacağını və ona yenidən əlilliyi təyin etdirib əlilliyə görə əmək pensiyasını yenidən bərpa etdirəcəyini bildirmiş, Təqsirləndirilən şəxs inanmışdır. Təqsirləndirilən şəxs əlilliyini və pensiyasını bərpa etdirəcəyinin müqabilində ondan 2500 manat pul istəmiş, Təqsirləndirilən şəxsla danışıb cəmi 2000 manat verə biləcəyini bildirmişdir. Məhəmməd də razılaşmışdır. Tibbi sənədlərini və 2000 manatı götürərək xx.xx.2021-ci il tarixdə Şahid1 ilə birlikdə Məhəmmədlə danışıb saat 15 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində “Beynalxalq” bankın yanında görüşmüşlər, Məhəmməd tibbi sənədlərə baxıb işin asan olduğunu, tez bir müddətdə onun işini həll edəcəyini söyləmiş, lakin dərhal pul vermək lazım olduğunu bildirərək ondan danışdıqları məbləğdə, yəni 2000 manat pulu istəmiş, Məhəmmədə 2000 manat pul vermişdir. 2021 -ci ilin fevral ayının əvvələrində Məhəmməd ona zəng vurub səhər saat 12 üçün Bakı şəhərinə Z.Əliyeva adına Milli Oftalmologiya mərkəzinin yaxınında yerləşən Dövlət tibbi sosial ekspertiza və reabilitasiya agentliyinin qarşısında gəlməyini bildirmişdir. Ertəsi gün Məhəmmədin dediyi yerə gedərək saat 12 radələrində Məhəmmədlə görüşmüşdür. Məhəmməd ona artıq lazım olan adamların yanına girib hər şeyi həll etdiyini, daha heç bir yerə getmək lazım olmadığını bildirmiş Təqsirləndirilən şəxs binaya daxil olub, daha yarım saat sonra çölə çıxmış və ona gülə-gülə “ağsaqqal işimiz alındı, təbrik edirəm gələn aydan pensiyanı alasan, mənədə bir qonaqlıq” deyərək onu yenə inandırmışıdr. Lakin fevral ayının sonuna qədər gözləmiş, Məhəmməddən bir xəbər çıxmamışdır. xx.xx.2022-ci il tarixdə Məhəmmədin onu aldadaraq 2000 manat pulunu ələ keçirməsi ilə bağlı polisə ərizə ilə şikayət etmişdir. Hazırda Məhəmməd ona dəymiş 2000 manat ziyandan 1300 manatını ödəmiş, qalan 700 manatı ödəməmişdir. Məhəmməddən şikayətçidir və barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 2022-ci ilin dekabr ayında tanışı Hüseynlə söhbət zamanı qudası Şahid4 İİİ qrup əlilliyə görə uzun müddət aldığı əmək pensiyasının 2021-ci ilin əvvəllərində kəsildiyini bildirmişdir. Şahid1 ona Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 üçün əlilliyə görə pensiyasını bərpa etmək istədiyini, bunun qarşılığında ondan pul istədiyini və öz aralarında danışaraq bu işlə məşğul olduqlarını bildirmişdir. Qudası Şahid4 ilə bu barədə məsləhətləşib Hüseynə bildirmiş, Hüseyn Təqsirləndirilən şəxsla Sevda haqqında danışıb Məhəmmədə Sevdanın əlilliyini və pensiyasını bərpa etdirmək lazım olduğunu bildirmiş, bunun mümkün olub olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs Hüseynə heç bir problemin olmadığını, 2-3 aya məsələni həll edə biləcəyini, lakin bunun üçün mütləq şəxsiyyət vəsiqəsinin surətini və tibbi komissiyadan keçmişdirsə müayinələrin nəticəsinə dair xəstəxanada mərkəzi sistemdən sənədlərin çıxarışını, əlilliklə bağlı heç hara müraciət etməmişdirsə xəstəxanda adına açılan ambulator kitabça deyilən jurnalın üzünün və tibbi müayinəyə dair sənədin surətini vermək lazım olduğunu bildirmişdir. Şahid4 əlilliyə görə pensiyasını bərpa etdirəcəyinə söz verib bunun qarşılığında Məhəmməd 2200 manat pul lazım olacağını bildirmişdir. Hüseyn də ona bunları söylədikdə Sevdaya bildirmiş və onlar xəstəxanaya müraciət edərək Şahid4 adına olan ambulator tibbi kitabçanı götürüb üzünü və 2013-cü ildə müayinədən keçməsinə dair sənədin surətini, eləcə də Şahid4 şəxsiyyət vəsiqəsinin surətini çıxardıb kitabçanı geri qaytarmışlar və həmin sənədlərin surətini özündə saxlamışdır. xx.xx.2021-ci il tarixdə günorta saatlarında Hüseynə evlərində 2200 manat pul və Şahid4 adına olan tibbi sənədlərin surətlərini vermişdir ki, onları Məhəmmədə versin. Hüseyn xx.xx.2021-ci il tarixdə saat 15 radələrində ona zəng vurub həmin sənədlərin surətlərini və 2200 manat pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Lakin bir müddət keçəndən sonra 2022-ci ilin yanvar ayının sonlarında bu işlə bağlı maraqlandıqda məlum olmuşdur ki, Məhəmməd Sevdanın əlilliyinin və pensiyasının bərpası üçün heç bir iş görməmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla görüşmüş, onunla söhbət edib Sevdanın işi ilə bağlı maraqlanmışdır. Lakin Təqsirləndirilən şəxs ona yaxın 1-2 aya işi həll edəcəyini, bunun üçün vaxt tələb olunduğunu bildirərək, işi görə bilməyəcəyi, Şahid4 əlilliyə görə pensiyasını bərpa etdirməyəcəyi halda onun, Hüseynin vasitəsi ilə verdiyi 2200 manatını tam şəkildə qaytaracağını bildirmişdir. Lakin bir müddət keçməsinə baxmayaraq Məhəmməd Sevdanın əlilliyə görə pensiyasını bərpa etdirməmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında zərərçəkmiş qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, gözlərində problemlər yarandığından dövlət tərəfindən ona 2016-cı ildə gözdən əlil kimi İİ qrup əlillik təyin edilərək hər ay 259 manat 78 qəpik əliliyə görə əmək pensiyası almışdır. Əlillik müddəti 2021-ci ilin sentyabr ayında bitdiyi üçün növbəti aydan pensiya ödənişi dayandırılmışdır. 2022-ci ilin yanvar ayında Məhəmməd Göyçay şəhəri Nizami küçəsində yerləşən çayxanada olduğu zaman bu haqda söhbət etmiş, Təqsirləndirilən şəxs 2016-cı ildə gözdən əlil kimi İİ qrup əlillik təyin edilərək hər ay 259 manat 78 qəpik əliliyə görə əmək pensiyası aldığını, əlillik müddətinin 2021 -ci ilin sentyabr ayında bitdiyi üçün pensiyasının kəsildiyini, tibbi sosial ekspert komissiyasına müraciət etməli olduğunu, lakin bunun üçün müayinələrdən keçmək lazım olduğunu və Z.Əliyeva adma Milli Oftalmologiya Mərkəzində müayinələrdən keçməklə oradan tibbi rəyin alınmalı olduğunu bildirmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs ona narahat olmamağını Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində tanışlarının olduğunu, həmin məsələni həll edə biləcəyini, onun əlilliyini və pensiyasını bərpa edə biləcəyini deyərək bunun qarşılığında 700-800 manat pulun lazım olacağını, Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gedəcəyini, işini qısa bir müddət ərzində həll edərək pensiyasını bərpa etdirəcəyini, bunun üçün tələb etdiyi pulu cəm şəkildə verməli olacağını bildirmişdir. Eyni zamanda Məhəmməd ona şəxsiyyət vəsiqəsinin surətini və tibbi müayinələrdən keçməyinin nəticələrinə dair tibbi sosial ekspert komissiyasının 2016-cı il tarixdə olan əlilliyin təyini ilə və diaqnozu əks etdirən cavabın surətini təqdim etməyini, həmin sənədləri özü götürüb Bakı şəhərinə Z.Əliyeva adma Milli Oftalmologiya Mərkəzinə aparıb tanış həkimlərə göstərəcəyini, onun işini orada kiminləsə danışacağını və ona yenidən əlilliyi təyin etdirib əlilliyə görə əmək pensiyasını yenidən bərpa etdirəcəyini bildirmiş, Məhəmmədə inanmışdır. Bundan bir müddət keçəndən sonra ikinci dəfə işlədiyi çayxanada bir daha Təqsirləndirilən şəxsla görüşmüş və ona kömək etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs ona sənədləri toplamağını və pulu hazırlamağını bildirmiş, Təqsirləndirilən şəxs istədiyi pulu hissə-hissə verə biləcəyini bildirmişdir. Məhəmməddə razılaşmış, həkimlərə çatacaq 500 manatı əvvəlcədən verməyini, 200-300 manatı sonra verməyini bildirmişdir. Pulu olan kimi Məhəmmədə deyəcəyini söyləyərək ertəsi gün arvadı Şahid3 ilə Göyçay rayon mərkəzi xəstəxanasına müraciət edərək tibbi müayinələrdən keçməyinin nəticələrinə dair və əlilliyin təyini ilə və diaqnozu əks etdirən tibbi sosial ekspert komissiyasının xx.xx.2016-cı il tarixli cavabını mərkəzi sistemdən çıxarış götürmüşlər və bunu Təqsirləndirilən şəxs bildirəndən sonra Məhəmməd ona tez bir zamanda əlaqə saxlayacağını və bir xəbər edəcəyini bildirmişdir. 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs ona zəng vurub Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində adamlarla danışdığını, işinin həll olunacağını, onun da həmin sənədlərin surətlərini götürüb ertəsi gün üçün Bakı şəhərinə Milli Oftalmologiya Mərkəzinə getməyini və özünün də oraya gələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs dediyi kimi etmiş, Göyçaydan qohumu Şahid5 ilə Bakı şəhərinə getmiş, saat 12 radələrində Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzin qarşısına gələrək, Təqsirləndirilən şəxsla orada görüşmüşdür. Məhəmməd qohumu Nərimanın yanında ona həkimlərlə özünün danışdığını, heçnədən narahat olmamağmı bildirmş və bunun qarşılığında həkim komissiyasına vermək adı ilə ondan 500 manat pul tələb etmişdir. Təqsirləndirilən şəxs üzərində cəmi 300 manat pulunun olduğunu bildirmiş, Təqsirləndirilən şəxs bir qədər narazılıq etmiş, belə işin almmayacağını bildirmiş, ona pulunun olmadığını, 300 manatı götürməsini, qalan pulu sonra verəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs ondan 300 manat pulu alıb ona “get komissiyaya gir səni onlara tapşırmışam narahat olma” deyərək inandırmış, mərkəzə daxil olub həkim komissiyasına girmişdir. Tibbi müayinələrdən keçəndən sonra ona bildirmişlər ki, tibbi rəy fevral ayının sonlarında, mart ayım əvvələrində hazır olacaqdaır. 2022-ci fevral ayında Göyçay şəhəri Nizami küçəsində olan “Bolluq” marketin yanında Təqsirləndirilən şəxsla görüşmüşlər. Nəriman həmin vaxt onun yanında olmuşdur. Təqsirləndirilən şəxs işin nə yerdə olduğunu soruşanda isə Təqsirləndirilən şəxs ondan əlavə 150 manat pul istəmiş və onu özünə inandırmaq üçün yenidən Z.Əliyeva adma Milli Oftalmologiya Mərkəzinə gedib işlə bağlı maraqlanmağını bildirərək, demişdir ki, “sən get orada özünü göstər, qalan şeylər sənlik deyil, mən də burdan onlara özüm deyib tələsdirəcəm”. Ondan istədiyi 150 manat pulu da guya işi tezləşdirmək üçün lazım olduğunu bildirmişdir. 2022-ci fevral ayında saat 12 radələrində Göyçay şəhəri Nizami küçəsində olan “Bolluq” marketin yanında Məhəmmədə 150 manat pulu qohumu Şahid5 yanında vermiş, Məhəmmədin dediyinə görə xx.xx.2022-ci il tarixdə isə qohumu Nərimanla Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə getmişlər. xx.xx.2022-ci il tarixli tibbi rəy vermişlər və ona əlillik təyin olunmasında imtina olunaraq, yenidən müayinələrdən keçməli olduğunu bildirmişlər. Nə baş verdiyini anlamamış və artıq şübhələnmişdir ki, Məhəmməd onun üçün heç bir iş görməmiş, ona qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs zəng vurub bu barədə məlumat verəndə isə, Məhəmməd ona, 1-2 həftəyə ona müsbət rəy veriləcəyini söyləyərək, Göyçaya gələn kimi həmin rəyi ona verməyini bildirərək onu yenə də özünə inandırmışdır. Göyçaya gəldikdə həmin xx.xx.2022-ci il tarixli rəyi Təqsirləndirilən şəxs vermişdir. 2022-ci ilin mart ayının ortalarında Məhəmməd ona, zəng vurub işin düzəlməsi üçün əlavə 120 manat pulun lazım olduğunu, Z.Əliyeva adma Milli Oftalmologiya Mərkəzində ona, verilmiş həmin xx.xx.2022-ci il tarixli tibbi rəyin dəyişdiriləcəyini demiş, bu səfər 100 faiz işin alınacağına söz bildirmişdir. 2022-ci ilin mart ayının ortalarında saat 12 radələrində Məhəmməd yaşadığı ünvana gələrək evin qarşısında ondan 120 manat pulu almış, Məhəmməd ona, ertəsi gün Bakı şəhərinə gəlməyini, Z.Əliyeva adına göz klinikasının qarşısında görüşmək lazım olduğunu demişdir. Ertəsi gün göndərişi də götürüb Göyçaydan qohumu Şahid5 ilə Bakı şəhərinə getmişlər. Mərkəzin qarşısına gələrək saat 12 radələrində Təqsirləndirilən şəxsla görüşmüşlər. Məhəmməd Nərimanın yanında ona həkimlərlə danışdığını, heçnədən narahat olmamağmı bildirmiş, həkim komisiyyasına müraciət edib Göyçaya qayıtmışdır. Lakin Təqsirləndirilən şəxs heç bir xəbər çıxmamışdır. Bir müddət sonra Təqsirləndirilən şəxsla rastlaşarkən pulunu tələb etmiş, Təqsirləndirilən şəxs isə ona pulunun olmadığını bildirərək pulunu qaytarmamışdır. Ona görə də o, məcbur olub polisə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında zərərçəkmiş qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, dizlərində və oynaqlarında daimi ağrılar olduğu üçün osteoartroz və hipertoniya xəstəliyindən əziyyət çəkir, ona görə də, 2016-cı ilin iyul ayından ona İİ qrup əlillik təyin edilmiş və o, İİ qrup əlilliyə görə əmək pensiyası almışdır. Əlilliyin 5 il müddət 2021-ci ilin iyul ayında tamam olduğundan isə həmin vaxtdan əlilliyinin qrupu dəyişdirilərək İİİ qrup əlil kimi qeydiyyata alınaraq İİİ qrup əlil kimi pensiya almağa başlamışdır. Bu barədə qohumu X3 danışmış, Eynulla tanışı Təqsirləndirilən şəxs bu işlərlə məşğul olduğunu və lazımdırsa ondan bu haqda maraqlana biləcəyini söyləmişdir. Ertəsi gün Eynulla ona Məhəmmədin 1500 manat pul müqabilində İİ qrup əlilliyini bərpa etdirə biləcəyini bildirmiş, lakin razılaşmamışdır. Tibbi Sosial Ekspert komissiyasına göndərilmiş və tibbi müayinələrin bir çoxusundan keçmişsə də, eləcə də Bakı şəhərinə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutuna gedərək orada müayinə olunsa da, xx.xx.2021-ci ildə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona, İİ qrup əlilliyin bərpasında imtina olunaraq, İİİ qrup əlil kimi qalmış, İİ qrup əlilliyə görə əmək pensiyasnı bərpa etdirə bilməmişdir. 2022-ci ilin fevral ayında Eynullagilə qonaq gedib bu barədə ona danışaraq, İİ qrup əlilliyi bərpa etdirə bilmədiyini bildirmişdir. Eynulla ona Məhəmmədlə özünün danışmağını bildirmişdir. 2022-ci ilin fevral ayında Eynulla ona zəng vurub Məhəmmədin onlarda olduğunu bildirərək onu, qızı Ülviyyə ilə evlərinə dəvət etmişdir. Qızı Ülviyyə ilə Eynullanın yaşadığı evə getmişlər. Orada Məhəmmədə hər şeyi ətraflı danışıb nə lazım olduğunu bildirmiş, Məhəmməd onlarla söhbət edərkən, 2021-ci ilin oktyabr ayında göndərdiyi sənədlərə baxdığını, İİİ qrup əlillikdən İİ qrup əlilliyə keçirmək üçün 1500 manat pul lazım olduğunu bildirmişdir. Məhəmmədə 1500 manat pulunun olmadığını bildirdikdə Məhəmməd ona, fıkrləşib bir söz demələrini bildirərək getmişdir. Eynulla ilə məsləhətləşmiş və ondan xahiş etmişlər ki, Məhəmmədlə danışıb onların işlərini ***-**** manata həll etsin. Eynulla da onun xahişi ilə Məhəmmədə zəng vurub danışmış və Məhəmməd Eynullaya 800 manata İİİ dərəcə ilə əlillik qrupundan İİ dərəcə əlillik qrupuna onu keçirəcəyinə söz vermiş, lakin pulu dərhal istəmişdir. Ertəsi gün Eynullanın Göyçay şəhərində yaşadığı evə getmiş və həmin məbləğdə pulu saat 15 radələrində həyətdə eyvanın altında sayıb Məhəmmədin özünə vermişdir. Məhəmməd ondan İİ qrup əlilliyə keçməyi ilə bağlı müayinələrdən keçməyinin nəticələrinə dair Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-cı il tarixli imtina cavabını də götürmüş və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda lazım olan adamlara göstərəcəyini bildirmişdir. Ona görə də o, Məhəmmədə daha da inanmışdır. Bunun qarşılığında Məhəmməd ona təxminən 1 ay sonra yəni maksimum 25 mart 2022-ci il tarixədək İİ qrup əlilliyini bərpa etdirəcəyinə söz vermişdir. 2022-ci ilin mart ayının sonlarında Məhəmməd ilə əlaqə saxlayaraq işi ilə bağlı maraqlanmış, lakin müxtəlif bəhanələr gətirərək vaxtı yuvatmağa başlamışdır. Belə olan halda ondan aldığı 800 manat pulu tələb etməyə başlamış, buna görə də Məhəmməd onu, aldadaraq yalandan yaxın zamanda onunla əlaqə saxlayıb müayinə üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna getmək lazım olacağını, onunla bir yerdə oraya gedəcəyini və məsələnin yaxın zamanda həllini tapacağını deyərək ona, narahat olmamağa tapşırmışdır. Məhəmmədə inanıb bir qədər gözləmiş, bundan sonra ona, xəstəxanadan göndəriş almağını tapşırmış və şəxsiyyət vəqisiqəsi ilə bir yerdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna getməyə hazır olmağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Məhəmməd ona, zəng vurub Bakı şəhərinə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutuna səhər tezdən getmək lazım olduğunu deyərək hazır olmağını tapşırmışdır. Ertəsi gün xx.xx.2022-ci il tarixdə onun arxası ilə gəlmiş və onlar bir yerdə Bakı şəhərinə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna getmişlər. Məhəmməd binaya daxil olub 10-15 dəqiqəyə çıxaraq ona yaxınlaşmış və onu komissiyaya tapşırdığını deyərək gedib müayinələrdən keçməyini bildirmişdir. Daha sonra Məhəmməd ona, binaya daxil olmağa köməklik etmiş, özü isə əvvəllər də orada olduğu üçün lazım olan kabinetlərə yaxınlaşıb tibbi müayinələrdən keçmişdir. Lakin ona, yekunda xx.xx.2022-ci i tarixli ********** nömrəli arayış təqdim edilmiş və İİİ qrup əlil kimi qaldığı, İİ qrup əlillik ona təyin olunmadığı ona izah olunmuşdur. Bu barədə Məhəmmədə deyərək, ona narazılıq etmiş və onu aldatdığını söyləyərək pullarını qaytarmasını tələb etmişdir. Məhəmməd isə həmin arayışı ondan götürüb Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qayıdıb guya orada kiminləsə danışdığını deyərək rayona qayıtmaqlarını, Göyçay rayon mərkəzi xəstəxanasında ambulator müalicə alıb sonra kitabçadan çıxarış götürüb Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təqdim etmək lazım olacağını deyərək ondan yaxın zamanda xəstəxanaya müraciət etməyini demişdir. xx.xx.2022-ci il tarixdə xəstəxanaya müraciət edib xx.xx.2022ci il tarixədək ambulator müalicə alaraq ambulator kitabçadan çıxarış götürüb özündə saxlamış və Məhəmmədə bildirmişdir. Məhəmməddə 2022-ci ilin may ayının ortalarında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gedəcəyini bildirmiş və saat 15 radələrində yaşadığı evə Bığır kəndinə gələrək ondan həmin çıxarışı götürərək işin yekun mərhələsində olduğunu deyərək həkimlərə vermək üçün ondan əlavə 200 manat pul istəmiş və 2022-ci ilin iyun ayının sonunda İİ qrup əlil kimi pensiya alacağına söz vermişdir. Əlacsız qalıb Təqsirləndirilən şəxs 200 manat pul vermiş və Məhəmməd həmin pulu, eləcə də xəstəxanadan aldığı ambulator kitabçadan çıxarışı və şəxsiyyət vəsiqəsinin əslini götürüb getmişdir. Bundan sonra Məhəmmədən xəbər çıxmamışdır. 2022-ci ilin iyun ayının sonunadək gözləmiş, lakin Məhəmmədə zəng çatmamışdır. Daha sonra bu barədə ərizə ilə polis şikayət etmişdir. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir və barəsində qanuni tədbirlər görülməsini xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, 2021 -ci ilin payız aylarında Göyçay rayonu mərkəzi xəstəxanasında olarkan Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim etmiş və Təqsirləndirilən şəxsla söhbət zamanı ondan 2021-ci lin dekabr ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs1 ilə xəstəxanaya şəkər dərmanı almağa gedərkən İlham söhbət ona əlilliyə görə əvvəllər aldığı pensiyanın 2021-ci ilin aprel ayında kəsildiyini, əlilliyi ləğv olunduğunu, əlilliyə görə pensiyasını bərpa etdirmək istəsə də buna nail ola bilmədiyini bildirmiş, İlhama bir müddət əvvəl xəstəxananın həyətində Təqsirləndirilən şəxsla tanış olduğunu, bu işlərlə məşğul olduğunu, əlilliklə bağlı pensiyaların bərpası ilə bağlı pul müqabilində köməklik etdiyini bildirmişdir. Xəstəxanadan çıxan zaman Məhəmmədlə görüşüb söhbət edən zaman Zərərçəkmiş şəxs1 Məhəmmədə əlillik pensiyasının kəsilməsi ilə bağlı danışaraq, 2 dəfə bununla bağlı müraciətlər etməsini və bir çox müayinələrdən keçməsinə baxmayaraq əlilliyini yenidən təyin etdirə bilmədiyini və ona görə də pensiya ala bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə İlhamı dinlədikdən sonra ona köməklik edə biləcəyini bildirmiş, bununla bağlı şəxsiyyət vəsiqəsinin surətini və tibbi müayinələrdən keçməsinin nəticələrinə dair tibbi sosial ekspert komissiyasının imtina cavablarının surətini təqdim etməsini, həmin sənədləri özü götürüb Bakı şəhərinə Dövlət tibbi sosial ekspertiza və reabilitasiya agentliyinə gedib İlhamın işi ilə bağlı orada danışacağını və ona yenidən əlilliyi təyin etdirib əlilliyə görə əmək pensiyasını yenidən bərpa etdirəcəyini bildirmişdir. Bunun müqabilində İlhamdan 2500 manat pul alacağını bildirmişdir. İlham isə Təqsirləndirilən şəxs cəmi 2000 manat verə biləcəyini bildirmişdir. Məhəmməd razılaşmış və tez bir zamanda dediyi sənədləri və pulu gətirib verməsinii söyləmişdir. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində, Göyçay şəhərində yerləşən “Beynalxalq” bankın yanında Məhəmməd, o və İlham görüşmələr, Məhəmməd İlhamın tibbi sənədlərinə baxmış və şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Təqsirləndirilən şəxs sənədlərə baxıb nəzərdən keçirərək işin tez alınacağını bildirmiş, lakin dərhal pul vermək lazım olduğunu bildirərək 2000 manat pulu İlhamdan istəmiş və xx.xx.2021-ci il tarixdə artıq pensiya kartını İlhama verəcəyini vəd etmişdir. İlham Məhəmmədə 2000 manat pul vermişdir. Məhəmməd pulları, şəxsiyyət vəsiqəsinin surətini və tibbi sənədləri götürüb ehtiyac olarsa bir dəfə dediyi vaxtda Bakı şəhərinə hansısa tibbi sosial ekspertiza və reabilitasiya agentliyinə getmək lazım olacağını, özünün əvvəlcədən gedib İlhamın işini danışacağını və gedib orada görkəm üçün yalandan lazımi müayinələrdən keçmək lazım olacağını bildirmişdir. Lakin həmin müddət ərzində Təqsirləndirilən şəxs heç bir iş görməmişdir. 2021 -ci ilin dekabr ayında tanışı Zərərçəkmiş şəxs2 ilə söhbət zamanı ona qudası Şahid4 İİİ qrup əlilliyə görə uzun müddət aldığı əmək pensiyasının 2021-ci ilin əvvəllərində kəsildiyini, maddi durumunun yaxşı olmadığını və özünün ailəsinin Sevdaya köməklik etdiyini, hazırda Sevdanın pensiyasını bərpa etdirmək lazım olduğunu bildirmişdir. Mübarizə Məhəmmədin tanışı İlhama pensiyasını bərpa etdirəciyinə söz verdiyini nəzərə alaraq Mübarizə Məhəmməd barədə danışaraq İlhamla danışıb ona pul müqabilində pensiyasını bərpa etdirməklə bağlı danışdıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs2 ona, qudası Sevda il məsləhətləşib ona, xəbər verəcəyini bildirmiş, 2021-ci ilin dekabr ayının ortalarında isə Mübariz ona, Sevda ilə danışdığını və Məhəmmədlə özünün bu haqda danışıb bu barədə xəbər verməyini xahiş etmişdir. Məhəmmədlə Sevda haqqında ətraflı məlumat vermiş, Məhəmməd ona 2-3 aya məsələni həll edə biləcəyini, lakin bunun üçün mütləq şəxsiyyət vəsiqəsinin surətini və tibbi komissiyadan keçmişdirsə Şahid4 müayinələrin nəticəsinə dair xəstəxanada mərkəzi sistemdən sənədlərin çıxarışını, əlilliklə bağlı heç hara müraciət etməmişdirsə xəstəxanada adına açılan ambulator kitabçasının üzünün və tibbi müayinəyə dair sonuncu sənədin surətini vermək lazım olduğunu bildirmişdir. Məhəmməd Şahid4 əlilliyə görə pensiyasını bərpa etdirəcəyinə söz verib bunun qarşılığında 2200 manat pul alacağını bildirmiş, Zərərçəkmiş şəxs2 Məhəmmədin dediklərini bildirmişdir. Bundan sonra Mübariz Sevda ilə xəstəxanaya gedərək sənədlərini, eləcə də şəxsiyyət vəsiqəsinin kserosurətini çıxartdırmışlar. Daha sonra Mübariz xx.xx.2021-ci il tarixdə günorta saatlarında yaşadığı evə gəlmiş 2200 manat pul və Şahid4 adına olan ambulator tibbi kitabçanın üzünün və 1 ədəd A4 kağızda olan 2013-cü ildə müayinədən keçməsinə dair 088 saylı sənədin surətini, eləcə də şəxsiyyət vəsiqəsinin surətini ona vermiş və onları Məhəmmədə çatdırtmağını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Nizami küçəsində yerləşən “Bolluq” marketin yanında Təqsirləndirilən şəxs 2200 manat pul və Şahid4nm adına olan tibbi sənədləri vermişdir. Lakin Mübarizin xahişi ilə bir müddət sonra işlə bağlı Məhəmməddən maraqlananda məlum olmuşdur ki, Məhəmməd Mübarizə heç bir iş görməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun qohumudur. Zərərçəkmiş şəxs4nm səhhətində problemlər olduğundan İİ qrup əlil kimi pensiya almış, sonradan Zərərçəkmiş şəxs4nm pensiyası İİİ qrupa keçirilmişdir. Bu barədə Zərərçəkmiş şəxs4 onlara qonaq gələrkən bildirmişdir. Narıngülə tanışı Təqsirləndirilən şəxs bu işlərlə məşqul olduğunu bildirmiş, Narıngül ona Məhəmmədlə bu barədə maraqlanmağını xahiş etmişdir. Bir neçə gün sonra Məhəmməd ilə danışaraq Narıngül barədə danışmış və nə köməklik edə biləcəyini soruşmuşdur. Məhəmməd isə ona Zərərçəkmiş şəxs4 xəstəliyi ilə bağlı tibbi sənədlərə baxmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs4 məxsus sənədləri Məhəmmədə göstərmişdir. Məhəmməd isə 1500 manat pul müqabilində Zərərçəkmiş şəxs4 İİ qrup əlilliyini bərpa etdirə biləcəyini söyləmiş, Bu barədə Zərərçəkmiş şəxs4 bildirində razılaşmamış, özü bu işlə məşğul olacağını bildirmişdir. 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs4 onlara qonaq gəlmiş və yenidən xəstəxanaya müraciət edərək Tibbi Sosial Ekspert komissiyasına göndərildiyini və tibbi müayinələrin bir çoxusundan keçmişsə də, eləcə də Bakı şəhərinə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gedərək orada müayinə olunmuşsa da İİ qrup əlilliyin bərpasında imtina olunaraq, İİİ qrup əlil kimi qaldığını, İİİ qrup əlilliyə görə pensiya almağı qane etmədiyi üçün narazı qaldığını, ona, da yaxşılıq etmək məqsədi ilə lazımdırsa Məhəmmədlə danışmağını, Məhəmməd onlara gələn zaman xəbər verməyini və özünün Məhəmmədlə danışmağını təklif etmişdir. Bir neçə gün sonra 2022-ci ilin fevral ayının ilk ongünlüyündə Məhəmməd onlara gələn zaman Narıngülə bu barədə xəbər vermiş, Zərərçəkmiş şəxs4 da qızı Ülviyyə ilə gəlmək istədiyini bildirmiş, oda onları evinə dəvət etmişdir. Bir qədər sonra Narıngül qızı Ülviyyə ilə onun yaşadığı evə gəlmişlər. Həyətdə eyvanın altında söhbət etmişlər, Məhəmməd Narıngül ilə söhbət edərkən, onun tibbi sənədlərini gördüyünü və İİİ qrup əlillikdən İİ qrup əlilliyə keçirmək üçün 1500 manat pul lazım olduğunu demişdir. Narıngül isə Məhəmmədə 1500 manat pulunun olmadığını bildirdikdə Məhəmməd Narıngülə fikrləşib bir söz deməsini bildirərək sağollaşıb getmişdir. Narıngül də qızı Ülviyyə ilə onunla məsləhətləşmişlər və Məhəmmədlə işini ***-**** manata həll etməyi danışmağını xahiş etmişlər. Həmin vaxt Məhəmmədə zəng vurub danışmış, onun xətrinə 800 manata Narıngülün işini həll etməyi xahiş etmişdir. Məhəmməd də ona, 800 manata İİİ dərəcə ilə əlillik qrupundan İİ dərəcə əlillik qrupuna onu, keçirəcəyinə söz vermiş, lakin pulu dərhal istəmişdir. Narmgülə Məhəmmədin dediklərini söyləmiş və səhəri günü saat 15 radələrində Narıngül yenidən onun, yaşadığı evə gəlib həyətdə Məhəmməd ilə görüşüb söhbət edərək eyvanın altında sayıb Məhmmədin özünə şəxsən 800 manat pul vermişdir. Məhəmməd Narıngüldən İİ qrup əlilliyə keçməyi ilə bağlı müayinələrdən keçməyinin nəticələrinə dair Tibbi Sosial Ekspert Komissiyasının imtina cavabını da götürmüş və Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda lazım olan adamlara göstərəcəyini bildirmişdir. Məhəmməd Narıngülə təxminən 1 ay sonra İİ qrup əlilliyini bərpa etdirəcəyinə söz vermişdir. Daha sonra ona məlum olmuşdur ki, 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs Narıngiilü Bakı şəhərinə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutuna aparmış, lakin heç bir iş görməmişdir. Narıngül ona zəng vurub narazılıq etməyə başlamış, Məhəmmədin heç bir iş görmədiyini, boş-bekar yerə Məhəmmədə 800 manat pul verdiyini bildirmişdir. Məhəmmədə bu barədə bildirində, tez zamanda Narmgülün işini həll edəcəyinə söz vermişdir. 2022-ci ilin may ayının ortalarında Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutuna gedəcəyini demişdir. Daha sonra Narıngül bildirmişdir ki, həmin ərəfələrdə Məhəmməd yaşadığı evə gəlib bu adla, yəni - Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gedəcəyi və həkimlərə pul verəcəyi adı ilə 200 manat pul almışdır. Məhəmməd Narıngüldən aldığı ümumilikdə 1000 manat pulu qaytarmamışdır. Cinayət işinə əlavə edilmiş Göyçay RMX PHŞ-nin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 3079 nömrəli məktubundan görünür ki,

1. ünvan 4 ünvanında yaşayan, 1960-cı il təvəllüdlü, Zərərçəkmiş şəxs1 xx.xx.2014cü il tarixdən “Şəkərli diabet tip 2” diaqnozu ilə endikrinoloji kabinetdə dispanser qeydiyyatdadır. xx.xx.2016-cı ildən İİ qrup əlil kimi qeydiyyata alınaraq xx.xx.2021 -ci ildə əlillik müddəti bitmişdir. xx.xx.2021 -ci il tarixdə “Şəkərli diabet tip 2, ağır forma, insulin tələbli dekompensasiya mərhələsində, diabetik nefropatiya, OH-Torlu qişanın diabetik angiopatiyası. Diabetik polineyropatiya. Aşağı ətrafların diabetik makroangiopatiyası. Arterial hipertenziya ” diaqnozu ilə Göyçay RMX PHŞ-nın HMK-sı tərəfindən Forma-88 tərtib edilərək TSEK-na göndərilmiş və xx.xx.2021 ci il tarixdə “ Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Təkrar xx.xx.2021 -ci ildə “Şəkərli diabet İİ tip ağır forma dekompensasiya fazasında, çoxsaylı ağırlaşmalarla insulin tələbli” diaqnozu ilə Forma-88 yazılaraq TSEK-na göndərilmiş və xx.xx.2021-ci il tarixdə “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Xəstənin diaqnostik müayinələri tam aparılmayıb. Funksional pozğunluq dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir.

2. ünvan 5 ünvanında yaşayan, 1965-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs3 xx.xx.2016-cı il tarixdən görmə sinirin atrofıyası diaqnozu ilə İİ qrup əlil kimi qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitmişdir. Həmin tarixdən bu günədək xəstə Göyçay RMX PHŞ-nin Həkim Məsləhət komissiyasına əlilliklə bağlı müraciət etməmişdir.

3. Göyçay rayonu İİ Ərəbcəbirli kənd sakini, 1964-cü il təvəllüdlü, Şahid4 xx.xx.2002-ci il tarixdən “Fibromiomaya görə uşaqlığın amputasiyası əməliyyatından sonrakı vəziyyət. Qarının bitişmə xəstəliyi” diaqnozu ilə əlil kimi qeydiyyata alınaraq xx.xx.2021 -ci il tarixdə əlillik müddəti bitmişdir. Həmin tarixdən bu günədək Göyçay RMX PHŞ-nin Həkim Məsləhət komissiyasına əlilliklə bağlı müraciət etməmişdir. Şahid4 xx.xx.2020-ci il tarixdə həkim ftiziatr Sevinc Mirabovaya və həkim endokrinoloq Fərhad Qurbanova, xx.xx.2020-ci il tarixdə həkim infeksionist Sevil Mustafayevaya, xx.xx.2021-ci il tarixdə həkim cərrah Famil Namazova və həkim kardioloq Əbülfəz Əliyevə, xx.xx.2021-ci il tarixdə yenidən həkim kardioloq Əbülfəz Əliyevə, xx.xx.2022-ci il tarixdə isə həkim kardioloq Nizami Süleymanova müraciət etmişdir.

4. Göyçay rayonu Bığır kənd sakini, xx.xx.1962-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs4 əlilliyin gücləndirilməsi məqsədilə revmotoloji kabinetə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə “Digər ikitərəfli ikinciliqonartrozlar, hər iki diz oynağının İİİ-İV dərəcəli deformasiyaedici osteoartrozu, daimi ağrı sindromu ilə. Kəskin ağrı. Diz oynaqlarının vaqus tipli deformasiyaları, kontraktura, hərəkət-dayaq və yeriş funksiyasının pozulması. Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv(hipertoniya) xəstəliyi. Hipertoniya xəstəliyi İİ mərhələ” diaqnozu ilə Forma-88 yazılaraq TSEK-na göndərilmişdir. xx.xx.2022-ci il tarixdə xəstəyə “Düzgün qərar verilməsi üçün xəstənin hazırkı vəziyyəti, funksional pozğunluq, ekspertiza üçün əhəmiyyətli xüsusiyyətlər, anamnestic məlumatlar, mütəxəssislərin rəyləri, köməkçi diaqnostik müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəsi ilə imtina cavabı gəlmişdir. Bundan sonra xəstə əlilliklə bağlı müraciət etməmişdir. Cinayət işinə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 2 sayll X8 filialından daxil olmuş xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs1 (FİN xxxxxxx) Filialdan xx.xx.2016-cı il tarixdən xx.xx.2021 -ci il tarixədək İİ (ikinci ) qrup əlilliyə görə əmək pensiyası almışdır.Onun əlillik müddəti xx.xx.2021 -ci il tarixdən bitdiyi üçün əlilliyə görə əmək pensiyası ödənişi xx.xx.2021 -ci il tarixdən dayandırılmışdır. Pensiyanın sonuncu məbləği 259,78 (iki yüz əlli doqquz manat,78 qəpik) manat olmuşdur. Zərərçəkmiş şəxs3 (FİN xxxxxxx) Filialdan xx.xx.2014-cü iltarixdən xx.xx.2021-ci il tarixədək İİ (ikinci ) qrup əlilliyə görə əmək pensiyası almışdır. Onun əlillik müddəti xx.xx.2021 -ci il tarixdən bitdiyi üçün əlilliyə görə əmək pensiyası ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Pensiyanın sonuncu məbləği 259,78 (iki yüz əlli doqquz manat,78 qəpik) manat olmuşdur. Şahid4 (FİN xxxxxxx) Filialdan xx.xx.2002-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İİİ (üçüncü) qrup əlilliyə görə əmək pensiyası almışdır. Onun əlillik müddəti xx.xx.2021-ci il tarixdən bitdiyi üçün əlilliyə görə əmək pensiyası ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Pensiyanın sonuncu məbləği 259,78 (iki yüz əlli doqquz manat,78 qəpik) manat olmuşdur. X2 (FİN 4DWOQAB) Filialdan xx.xx.2016-ci il tarixdən İİ (ikinci) qrup əlilliyə görə, xx.xx.2021 -ci il tarixdən İİİ (üçüncü) qrup əlilliyə görə əmək pensiyası alır. Pensiyanın sonuncu məbləği 268,61 (iki yüz altmış səkkiz manat,61 qəpik) manat olmuşdur. Cinayət işinə əlavə edilmiş Göyçay RMX-nın X9 alınmış xx.xx.2022-ci il tarixli 3088 saylı məktubdan görünrü ki, Göyçay rayonun Çayarxı kəndində yaşayan 1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Göyçay şəhəri H.Əliyev prospektində yerləşən “Beynalxalq” bankın yanında Zərərçəkmiş şəxs1 məxsus 2000 manat pulunu ələ keçirərək dələduzluq etməsi, xx.xx.2021- ci il tarixdə, saat 15 radələrində Göyçay şəhəri Nizami küçəsində yerləşən “Bolluq Market” mağazasının yanında Zərərçəkmiş şəxs2 ona tanışı Şahid1 vasitəsi ilə göndərdiyi Zərərçəkmiş şəxs2 məxsus 2200 manat pulunu ələ keçirərək dələduzluq etməsi, 2022-ci ilin fevral ayının əvvəllərində saat 12 radələrində Bakı şəhərində Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında Zərərçəkmiş şəxs3 məxsus 300 manat, 2022-ci fevral ayının sonlarında saat 12 radələrində Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Bolluq Market” mağazasının qarşısında 150 manat, 2022-ci ilin mart ayının ortalarında saat 12 radələrində ünvan 6 ünvanda Zərərçəkmiş şəxs3 yaşadığı evin qarşısında 120 manat ümumilikdə 570 manat pulunu ələ keçirərək dələduzluq etməsi və xx.xx.2022-ci il tarixdə saat 15 radələrində ünvan 7 ünvanda Narıngül Qəhərmanovanın qohumu Şahid2 yaşadığı evin həyətində X1 məxsus 800 manat, 2022-ci ilin may ayının ortalarında, saat 15 radələrində Bığır kəndində Narmgül Qəhrəmanova yaşadığı evin həyətində 200 manat pulunu ələ keçirərək dələduzluq etməsi tam sübuta yetmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından dərhal həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslərə məxsus aid tibbi sənədlərin və şəxsiyyət vəsiqələrinin surətləri cinayət işi materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs4 məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi Zərərçəkmiş şəxs4 qaytarılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur . Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə zalından həbsə alınsın, cəzasının əvvəli həbsə alındığı vaxtdan, xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin İş üzrə maddi sübut olan zərərçəkmiş şəxslərə məxsus aid tibbi sənədlərin və şəxsiyyət vəsiqələrinin surətləri cinayət işi materiallarında saxlanılsın və Zərərçəkmiş şəxs4 məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi Zərərçəkmiş şəxs4 qaytarılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar