Məhkəmə qərarları › İş №1(046)-19/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-19/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-19/2025 13.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs X2 iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkum olunmamış, Göyçay şəhəri, H.Əliyev prospekti 117 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni 0,552 qram çəkidə narkotik vasitə heroini qəsdən satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşıyıb saxlayaraq 03 yanvar 2024-cü il tarixdə dəqiq məlum olmayan saatda Şahid1 istifadə etməsi üçün aralarındakı razılaşmaya əsasən Göyçay şəhəri H.Əliyev Əliyev parkında müəyyən etdikləri yerə qoymuş və Şahid1 həmin gün günorta saatlarında narkotik vasitəni əldə edib 04 yanvar 2024-cü il tarixdə saat 16:30 radələrində satış məqsədi olmadan həmin miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən Göyçay RPŞ-yə gətirilmiş və həmin gün saat 17:15-də X5 üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının ön sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərisində sellofana bükülmüş 1 ədəd qara ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,552 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 0,779 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 08 fevral 2024-cü il tarixdə saat 15 radələrində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanda yerləşən Göyçay RPŞ-yə gətirilmiş və həmin gün saat 15:33-də X5 üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz-yaşıl rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,779 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da X6 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş X6 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında tanışı Elmirlə şəhər ərazisində bir yerdə olarkən narkotik vasitə istifadə etmək istəmişlər, lakin onların nə narkotik vasitələri, nədə ki, narkotik vasitə almaq üçün pulları olmamışdır. Onlar ayrıldıqdan təxminən bir saat sonra Elmir onunla əlaqə saxlayaraq 20 manat pul tapdığını və həmin pula haradan narkotik vasitə əldə edib istifadə edə biləcəklərini soruşmuş, o, isə Elmirə həmin pula narkotik vasitə alıb birgə istifadə edə biləcəklərini demişdir. Həmin vaxt Elmir onunla razılaşmış, o, Elmiri yaşadığı küçəyə çağırmış, lakin şəxsi işləri ilə bağlı gələ bilmədiyini, narkotik vasitəni onun almağını bildirmiş və onun ***- ***-**-** saylı mobil nömrəsinin M10 hesabına 20 manat pul göndərmişdir. Həmin pulu şəhər ərazisində bankomatdan çıxardaraq Azərlə küçələrində görüşüb ona 20 manat pulu verərək müqabilində Elmirlə birgə istifadə etmək üçün bir bükümdə narkotik vasitə olan heroin almışdır. Bundan sonra narkotik vasitəni birlikdə istifadə etmək üçün Elmirlə əlaqə saxladıqda Elmir şəxsi işləri qurtarmadığı üçün onunla görüşə gələ bilməyəcəyini, narkotik vasitənin bir hissəsini istifadə etməyini, qalan hissəsini isə ondan götürəcəyini demişdir. Bundan sonra həmin bir bükümdə olan narkotik vasitənin bir hissəsini yaşadığı küçədə heç kimin olmadığı yerdə tək istifadə etmişdir. Təxminən bir saat keçdikdən sonra Elmir onunla əlaqə saxlayaraq narkotik vasitə istifadə etmək istədiyini, lakin işlərinin qurtarmadığını, görüşə bilmədiyini, həmin narkotik vasitəni bir yerə qoymağını və sonra oradan rahat götürəcəyini demiş, o, isə bundan sonra Elmirin deməsinə əsasən həmin narkotik vasitəni Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən H.Əliyev adına parkda oturacaqların yanında bir yerə qoyub çıxaraq getmiş və Elmirə həmin yerdən götürməyini bildirmişdir. Bundan bir neçə gün sonra yaşadığı küçədə olarkən küçədə yerdən bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroin tapmış və həmin narkotik vasitəni gələcəkdə istifadə etməyi üçün üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixdə qohumu X7 məxsus Mercedes markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobildə şəhər ərazisində olarkən həmin tapdığı narkotik vasitə əynində olan tünd boz-yaşıl rəngli gödəkçənin sol yan cibində olmuş, lakin Tərlanın onun üzərində olan narkotik vasitədən xəbəri olmamışdır. Həmin gün saat 15 radələrində Göyçay şəhəri, Atatürk küçəsində məscidin yaxınlığında olarkən mülki geyimdə olan şəxslər onların avtomobilini saxladaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra isə ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər və onlar avtomobili ilə Göyçay RPŞ-yə aparılmışlar. Şöbədə ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və təqdim edilən vəkillərin siyahısından hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçərək xahiş etmişdir ki, hüquqlarımı dövlət hesabına müdafiə etsin. Bundan sonra seçdiyi vəkil Müdafiəçi dəvət olunaraq ona təqdim olunmuş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt hüquqları izah olunmuş və şəxsi axtarış zamanı üzərilərində hər hansı qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub-olmaması soruşulmuş və vardırsa təqdim etmələri təklif edilmişdir. Həmin vaxt əynində olan tünd boz-yaşıl rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, sellofanla birlikdi çəkisi 0,97 qram gəlmiş və kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və imzalanmışdır. Törətdiyi əməlindən peşmandır. Narkomaniyadan könüllü müalicə olmuşdur. Keçən müddət ərzində narkotik vasitədən istifadə etməmişdir. Cəza təyin edilərkən himayəsində bir azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində ona məxsus Mercedes markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobildə Faiqlə birlikdə Göyçay şəhəri, Atatürk küçəsində olarkən mülki geyimdə olan şəxslər onların avtomobilini saxladaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, bundan sonra isə Faiqə narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. Göyçay RPŞ-də Faiqə və ona hüquqlarını müdafiə etməyə şərait yaradılmış və hüquqları izah olunaraq hər ikisi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra onların üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt hüquqları izah olunmuş və şəxsi axtarış zamanı üzərlərində hər hansı qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub-olmaması soruşulmuş və vardırsa təqdim etmələri təklif edilmişdir. Həmin vaxt Faiq üzərində narkotik vasitə olduğunu bildirmiş və üzərindən 1 ədəd sellofan büküm təqdim edərək narkotik vasitə olduğunu demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olduğunu bildirdiyi 1 ədəd sellofan bükümdə tünd qəhvəyi rəngli kütlə elektron tərəzidə çəkilmiş, sellofanla birlikdi çəkisi 0,97 qram gəlmiş və kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Cinayət Axtarış Bölməsinə barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işinin istintaqı aparılan Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitəni X1 əldə etdiyini bildirdiyindən CAB-ın əməkdaşları Şahid5 və Şahid4 ilə birlikdə xx.xx.2024-cü il tarixdə saal 15 radələrində Təqsirləndirilən şəxs Göyçay şəhəri Atatürk prospketində qohumu Şahid2 məxsus Mercedes markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək saxlanma səbəbini bildirib Göyçay RPŞ-yə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs və Şahid2 hüquqları izah edildikdən sonra müdafiəçi ilə təmin olunmuşlar. Ardınca həmin şəxslərin üzərində şəxsi axtarış keçirilməsinə başlanmış, şəxsi axtarış zamanı üzərilərində hər hansı qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub- olmaması soruşulmuş və vardırsa təqdim etmək təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd boz-yaşıl rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümdə tünd qəhvəyi rəngli, narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, sellofanla birlikdi çəkisi 0,97 qram gəlmiş və kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş, üzəri imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 və Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanışıdır. xx.xx.2024-cü il tarixdə Faiqlə şəhər ərazisində istifadə etmək üçün narkotik vasitə axtarmış, Faiqlə bir qədər söhbət edib ayrıldıqdan sonra 20 manat pul tapmış və Faiqlə əlaqə saxlayan zaman Faiqdən 20 manat müqabilində narkotik vasitə haradan əldə edə biləcəklərini soruşmuşdur. Faiq isə tanışı Azərdən 20 manat müqabilində narkotik vasitə ala biləcəyini və birlikdə istifadə edəcəyini demişdir. Həmin vaxt Faiq onunla birlikdə narkotik vasitə almaq üçün onu çağırdıqda şəxsi işləri olduğu üçün Faiqlə görüşməyərək narkotik vasitəni Faiqin almağını və sonra birlikdə istifadə edəcəklərini bildirmişdir. Bundan sonra Faiqin ***-***-**-** saylı nömrəsinin M10 hesabına Göyçay şəhərində xatırlamadığı yerdən Milliön ödəmə terminalı vasitəsilə 20 manat pul vurmuşdur. Təxminən bir saat sonra günorta saatlarında Faiq onunla əlaqə saxlayaraq atdığı pulun müqabilində birlikdə istifadə etmələri üçün narkotik vasitə heroin əldə etdiyini demiş, ondan harda görüşüb narkotik vasitəni istifadə edəcəklərini soruşmuşdur. Həmin vaxt Faiqə şəxsi işlərinin qurtarmadığını, onu gözləməməsini, narkotik vasitənin bir hissəsini istifadə etməsini, qalan ona çatan hissəsini isə Faiqdən götürəcəyini demişdir. Bir qədər sonra Faiqə zəng etdikdə Faiq narkotik vasitənin bir hissəsini istifadə etdiyini, onun narkotik vasitəsini vermək istədiyini demişdir. Onun üçün götürmək rahat olsun deyə narkotiki şəhər ərazisində bir yerə qoymasını, sonra isə həmin yerdən götürəcəyini bildirmişdir. Bundan sonra Faiq narkotik vasitəni Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən H.Əliyev adına parkda oturacağın yanında yerə qoyub bu barədə ona məlumat vermiş, bundan təxminən yarım saat sonra işlərini qurtarıb həmin yerdən narkotik vasitəni götürüb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra isə xx.xx.2024-cü il tarixdə saat saat 16:30 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Şöbəyə aparılmış və üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə üzərindən aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə X4 Regional Bölməsindən alınmış 09 fevral 2024-cü il tarixli 3-16-16-2- 17/130 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,779 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in siyahısına daxildir (İ siyahı). Qeyd: heroinin təmiz çəkisi 0.779 qr, tədqiqata sərf edildi – 0.050 qram, qalıq 0.729 qram. Aparılmış tədqiqatın dəyəri 71.94 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 noyabr 2024-cü il tarixli 1830 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatriya ekspertizasının 14 noyabr 2024-cü il tarixli 858 saylı rəyinə əsasən müəyən olunmuşdur ki, Təqsirləndirilən şəxs NEVRASTENİYA XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F48.0 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən NEVRASTENİYA XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F48.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Qanuni qüvvəyə minmiş Göyçay Rayon Məhkəməsinin 1(046)-63/2024 saylı hökmünün sübutlar siyahısında sadalanmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X4 Regional Bölməsinin 05 yanvar 2024-cü il tarixli, 17/14 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vəkil Rasim Vəliyev /imza/ Şübhəli Şahid1 /imza/ sözləri imzalar və adlar yazılmış zərfin içərisində sellofan bükülmüş 01 (bir) ədəd qara ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,552 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 ( bir) ədəd gümüşü falqanın üzərində olan cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmamış, digər 01 (bir) ədəd gümüşü falqanın üzərində narkotik vasitə hissəcikləri aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd gümüşü falqanın üzərindən aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin obyektlə sellofana bükülmüş 01 ( bir) ədəd qara-ağ rəngli kağız bükümdə olan heroinin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmamışdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X6 məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqından protokoldan görünür ki, X6 xx.xx.2024-ci il tarixdə saat 15:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X6 barəsində xx.xx.2024-cü il tarixdə saat 17:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X6 xx.xx.2024-cü il tarixdə istintaqa məlum olmayan saatda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 0,552 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan Göyçay şəhəri H.Əliyev prospektində qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımaqla, bundan başqa satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0.779 qram çəkidə narkotik vasitə hesab edilən marixuananı əldə edib öz şəxsi istifadəsi üçün xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Göyçay şəhəri Atatürk küçəsində üzərində qanunsuz saxlayıb daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, təqsirləndirilən şəxs X2 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirilən hallar kimi, X2 cinayəti təkrar törətməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs X3 cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halı nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. X2 həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. X3 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 0.729 qram narkotik vasitə olan heroin məhv edilməli, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. X1 iş üzrə məhkəmə xərci olan 71.94 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə hökm etdi: X6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X2 məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs X2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X3 Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 0.729 qram narkotik vasitə olan heroin məhv edilsin, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. X1 iş üzrə məhkəmə xərci olan 71.94 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar