Məhkəmə qərarları › İş №1(046)-2/2021

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-2/2021

29.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-2/2021 29.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, müdafiəçilər X4, Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1992-cu ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə, xx.xx.1998-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, məhkum olunmamış, subay, ünvan 2-də küçəsi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək silah kimi istifadə edilən əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qanunsuz olaraq azadlıqdan məhrum etmişdir. Belə ki, onlar qabaqcadan əlbir olub razılaşmaqla qrup təşkil edərək anası X1 ilə əvvəldən tanıdığı Zərərçəkmiş şəxs arasında intim münasibət olmasından, eyni zamanda mərhum atasından miras qalmış pul və qızıl ziynət əşyalarını anası X14 Şahbaziyə verməsindən şübhələnərək, həmin məsələyə aydınlıq gətirmək məqsədi ilə xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs pivə içmək bəhanəsi ilə ünvan 2 ünvanında yerləşən yaşadıqları evə dəvət etmiş, həmin gün saat 15:30 radələrində evə daxil olduqda Təqsirləndirilən şəxs2 sərxoş vəziyyətdə zərəçəkmiş şəxsə təpik və yumruqla zərbələr endirib alt çənədə ön 7 (yeddi) dişin travmatik düşməsi, alt çənə sümüyünün ikitərəfli açıq sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər yetirərək onunla birlikdə Zərərçəkmiş şəxs əllərini istintaqa məlum olmayan kəndirlə (iplə) bağlayıb sağ mil-bilək oynağı və sol əlin baş barmağının dairəvi zolaqvari sıyrığı xəsarəti almasına səbəb olaraq istintaqa məlum olmayan silah kimi istifadə olunan əşyadan istifadə etməklə sonuncunu döyərək ona hər iki saidin, sağ budun və sağ baldırın, sağ tış topuq nahiyəsinin qançırıhematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, qarının ön səthinin qançırları, hər iki diz oynaq nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə saat 15:30 radələrindən saat 20 radələrinədək Zərərçəkmiş şəxs qanunsuz olaraq azadlıqdan məhrum etmişdir. Bununla da onlar Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə təqsirli bilməyərək göstərimişdir ki, ataları əvvəllər Göyçay şəhərində “köhnə bazar” deyilən bazarda qızıl alveri ilə məşqul olmuş, xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. Zərərçəkmiş şəxs isə həmin bazarda pul yığan şəxs kimi işləmişdir. Ataları Fikrət vəfat etdikdən sonra, onlar evdə atalarından qalan seyfləri açmışlar və seyflərin boş olduğunu görmüşlər. Bundan sonra onlarda atalarından qalan qızıl və pulların necə olması barədə müxtəlif şübhələr olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 22 radələrində qardaşı Ənvər atasından qalmış qızıl və pulları anaları Kamalənin Əjdərə verməsi barədə onda şübhələrinin olmasını, anaları Kəmalənin Əjdərlə əvvələr yaxın münasibətinin olduğunu demiş, bu barədə özündə də müəyyən şübhələr olmuşdur. Qardaşı Ənvərlə bunu dəqiqləşdirmək qərarına gələrək Əjdəri pivə içməyə evə dəvət edib, onlarda olan şübhələri aydınlaşdırmaq fikrinə düşmüşlər. Daha sonra Ənvərdən Əjdərə zəng edərək onu evə çağırmasını və onunla söhbət edərək məsələləri aydınlaşdırmağı istəmişdir. Buna görə də xx xxxx 2019-cu il tarixdə Ənvər günorta saatlarında Əjdərə zəng etmiş, söhbət zamanı Ənvər Əjdərə pivə aldığını, gəlib onlarda pivə içib söhbət etmələrini təklif etmişdir. Əjdər də razılaşaraq bir qədər sonra təxminən saat 16 radələrində onların evinə gəlmişdir. Qardaşı Ənvər həyətdə olan itləri həyətin arxasına keçirmiş, Əjdər evə daxil olduqdan sonra ondan atasının qızıllarının harada olduğunu, anası ilə nə münasibəti olduğunu soruşmuş və Əjdər ona saymazyana formada “sənin nə borcuna qalıb” deyə cavab verdikdən sonra əsəbiləşmiş və onun üzərinə hücum edərək sifət nahiyəsindən bir neçə dəfə yumruqla vurmuş, bundan sonra isə onu qaldıraraq yerə çırpmış və yerdə də onun bədəninin müxtəlif nahiyələrinə bir neçə yumruq və təpiklə vurmuşdur. Sonra isə qardaşı Ənvər səsə evə daxil olaraq onun Əjdəri döydüyünü görüb onu tutub kənara çəkmiş, yenə də Əjdərin üzərinə hücum edib onu döymək istəsə də, qardaşı bu dəfə də onu tutub başqa otağa keçirərək sakitləşdirmişdir. Daha sonra Ənvər təxminən 10 dəqiqə ərzində Əjdərlə söhbət etmiş, həmin vaxt içkili və əsəbi olduğu üçün onların otaqda nə söhbət etməsindən xəbəri olmamış, bundan sonra anası Kəmaləni də gətirmək qərarına gəlib evdən çıxaraq avtomobili ilə anasını gətirmək üçün bibisi Xuramagilə getmiş, anası Kəmalə Əsədova ilə birlikdə öz evlərinə gəlmiş, evə girəndə anası X15 döyüldüyünü görüb, nə baş verdiyini soruşmuşdur. Anasından Əjdərlə nə münasibəti olduğunu, pulları nə üçün Əjdərə verdiyini soruşsalar da, anaları heç kimə pul vermədiyini Əjdərlə yalnız bacı-qardaş kimi münasibəti olduğunu bildirmişdir. Daha sonra Əjdərdə onlara bu barədə heçnə deməmiş və döyüldüyü üçün danışa bilməmişdir. Bir qədər sonra bibisi Xurama Əsədova da onlara gəlmişdir. X22 Zərərçəkmiş şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Bu söhbətin bir nəticə verməyəcəyini, anası ilə söhbət zamanı da heç bir nəticə əldə edə bilmədiklərini görüb qardaşı Ənvər Əjdəri evdən çıxarıb həyətdə əl üzünü yumuş və avtomobilinə mindirib, velosipedi də idarə etdiyi “Nissan Sunny” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub yaşadığı evə düşürmüş, bir qədər sonra evə qayıtmişdir. Həmin vaxt evdə qalmış, anası Kəmalə getmək istədiyini bildirmiş, ona heç bir etiraz etməmiş və Ənvər gələnə qədər anası çıxıb getmişdir. Əjdəri yalnız özü yumruq və təpiklə döymüşdür, ona heç bir alətlə vurmamışdır. Qardaşı Ənvər mübahisə zamanı Əjdəri vurmamış, Əjdərin əl qolunu və ağzını heç bir vasitə ilə bağlamamışlar. Əjdərin qeyd etdiyi digər məlumatlar yalandır. Əjdər onların evində olduğu müddətdə onun sağ mil-bilək oynağı nahiyəsində və sol əlin baş barmağında dairəvi zolaqvari sıyrıq xəsarətləri olmamışdır. Əjdərin həmin xəsarətləri hansı şəraitdə alması barədə məlumatı yoxdur, həmin xəsarətləri Əjdər onların evindən getdikdən sonra almışdır. Həmin gün qardaşı Ənvərlə birlikdə spirtli içki qəbul etmişlər, lakin nə o, nə də ki, qardaşı Ənvər analarını döyməmişlər. O, Əjdəri yalnız evə girən vaxtı vurmuş, daha sonra qardaşı Ənvər onları aralamış və bir daha Əjdəri vurmamışdır. Eyni zamanda Xurama Əsədova gəldikdən bir qədər sonra qardaşı Ənvər Əjdəri evlərinə aparmışdır. Lakin həmin vaxt çox içkili olduğu üçün Kəmalə Əsədovanın konkret olaraq hansı saatda gəlməsi, eləcə anası gəldikdən neçə dəqiqə sonra bibisi Xuramanın onlara gəlməsi və Zərərçəkmiş şəxs neçə dəqiqə sonra evə getməsini bilməmişdir. Özünü yalnız CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilir, əməlinin səbəbləri də göstərdiyi kimi Zərərçəkmiş şəxs onun atasından qalan qızılları ələ keçirməsi barədə onlarda olan şübhələr olmuşdur. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışıq əldə etmək üçün dəfələrlə vəkilləri vasitəsi ilə cəhd etmişlər, lakin Zərərçəkmiş şəxs onlardan külli miqdarda pul tələb etdiyi üçün barışıqları baş tutmamışdır. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərimişdir ki, göstərmişdir ki, atasından qalmış qızıl və pulları anaları Kamalənin Əjdərə verməsi barədə onda şübhələr olmuş, qardaşı Fikrətlə bunu dəqiqləşdirmək qərarına gələrək Əjdəri evlərinə pivə içməyə evə dəvət edib, onlarda olan şübhələri aydınlaşdırmaq fikrinə düşmüşlər. Belə ki, xx.xx.2019-cu il tarixdə baş vermiş hadisədən təxminən 1 həftə əvvəl Əjdərlə rastlaşarkən Əjdər ona görüşüb yemək yeməyi təklif etmiş, həmin vaxt Zərərçəkmiş şəxs evdən çölə çıxa bilmədiyini, belə ki, hər gün işdən sonra mağazada olan qızılları yığıb evə apardığını və qardaşı Fikrətin Gürcüstanda olduğuna görə qızılları evdə qoyub çölə çıxa bilmədiyini bildirərək ona başqa vaxt görüşməyi təklif etmişdir. xx xxxx 2019-cu il tarixdə bazarda Əjdərlə rastlaşarkən Əjdər bu dəfə ona onların evində pivə içməyi təklif etmiş, onunla razılaşaraq axşam onlara gəlməsini bildirmişdir. Həmin gün təxminən saat 19:30 radələrində Zərərçəkmiş şəxs zəng edərək artıq axşam olduğunu, nə üçün gəlmədiyini soruşmuş, Əjdər isə qonaqları olduğunu, özünün də içkili olduğunu, gələ bilməyəciyini bildirmişdir. xx xxxx 2019-cu il tarixdə saat 16 radələrində Əjdər ona zəng edərək gəldiyini bildirmiş, həmin vaxt Əjdər velosipedlə gələrək velosipedi həyətdə saxlamış, onunla salamlaşıb Əjdəri içəri dəvət etmiş, özü isə həyətdə olan itləri kənarlaşdırmışdır. Həmin vaxt səs-küy eşitmiş, evə gəlib zala girəndə Əjdərin yerdə uzandığını və sifətinin qan içində olduğunu görmüşdür. Fikrəti başqa otağa keçirərək sakitləşdirmiş, bundan sonra Əjdər bir qədər özünə gəldikdə ondan anası ilə münasibətinin olub-olmadığını, atasından qalan qızl və pulların onda olubolmadığını soruşmuş, Əjdər isə bunları inkar etmişdir. Təxminən 1 saat sonra Fikrət evdən çıxıb getmiş və təxminən 10 dəqiqə sonra anası Kəmalə ilə birlikdə evə gəlmişdir. Anası Kəmalə həmin vaxt Əjdərin döyüldüyünü görüb nə məsələ olduğunu soruşmuş, Fikrət isə onunla Əjdərin münasibəti olmasından şübhələndiyi üçün Əjdəri döydüyünü bildirmişdir. Anası isə Əjdərlə heç bir münasibəti olmadığını deyərək bunu təkzib etmişdir. Anası gəldikdən təxminən 40 dəqiqə sonra bibisi Xurama Əsədova da onlara gəlmişdir. xx.xx.2019-cu il tarixdə saat 17:33-də, 17:43, 17:54-də, 19:06-da, 19:21-də, 19:26-da Xurama Əsədova ilə aralarında hansı məzmunda telefon danışığı olmasını xatırlamamışdır. Ola bilsin ki, qardaşı Təqsirləndirilən şəxs2 onun nömrəsi ilə Xurama Əsədova ilə əlaqə saxlamış, onlara gəlməsini və yemək gətirməsini istəmişdir. Həmin gün evdə olan mübahisə sırf Zərərçəkmiş şəxs ilə o və qardaşı arasında olduğuna görə lap əvvəldən bibisi Xurama Əsədovanı bu məsələyə qarışdırmamağa çalışmış, belə ki, onun bu məsələyə ümumiyyətlə aidiyyəti olmamışdır. Xurama Əsədova onlara gəldikdən sonra otağa daxil olduqda Əjdəri görüb bir qədər təəccüblənmiş, ona məsələni izah etdikdən sonra Kəmaləyə və Əjdərə acıqlanaraq utanmalarını bildirmiş, bu məzmunda təxminən 15 dəqiqə onların arasında mübahisə olmuş, bundan sonra bu söhbətlərin heç bir nəticə vermədiyini görüb Əjdəri bayıra çıxarmışdır. X19 əlləri ilə və ya ayaqları ilə vurmamışdır. Əjdəri yalnız qardaşı Fikrət döymüş, Fikrət onu vurduqdan sonra o halsız vəziyyətdə olmuş, onun qaçmaq üçün halı olmamış, odur ki, onun əl qolunu bağlamağa zərurət olmamışdır. Fikrəti aralaşdıraraq kənara çəkdikdən sonra Fikrət Əjdəri bir daha vurmamışdır. Daha sonra isə Əjdəri evdən çıxarıb həyətdə əl üzünü yuyaraq avtomobilinə mindirmiş, onun velosipedini isə idarə etdiyi “Nissan Sunny” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuş, təxminən 1 saat müddətində həyət darvazasının yanında Əjdərlə maşında söhbət etmiş, həmin vaxt Əjdərə bu vəziyyətdə evə getməməsini, belə ki, Fikrətin onu anası ilə aralarında olan münasibətə görə döydüyünün məlum olacağı halda hər kəsin bu məsələni biləcəyini və rüsvay olacağını bildirmişdir. Əjdər isə ona narahat olmamasını, nə demək lazımdırsa özünün bildiyini, biraz havanın qaralmağını gözləmələrini, daha sonra onu evə gətirmələrini bildirmişdir. Daha sonra şəhər küçəsi ilə Əjdəri Ə.Kərim küçəsinə yaşadığı evə aparıb düşürmüş, həmin vaxt Əjdər özündə olmuş, ayıq vəziyyətdə olmuşdur. Əjdərin evinə yaxınlaşdıqda Əjdərə aralarındakı söhbətin hələ tam həll olunmadığını, birlikdə bu məsələni müzakirə etməsini bildirmişdir. Eyni zamanda onun sifətinin yaxşı olmadığını gördüyü üçün harada istəsə onu müalicə etdirə biləcəyini bildirmişdir. Əjdər isə heç nəyə zərurət olmadığını, xəstəxanaya gedəndə “bəndin üstündən yıxılmışam” deyəcəyini bildirmişdir. Həmin vaxt Əjdərə üzərində olan 2000 manat pulu vermişdir ki, özünü müalicə etdirsin. Əjdəri düşürən zaman həmin dar küçədə qonşuluqda yaşayan bir qadının Əjdərlə salamlaşıb onunla hal əhval tutduğunu görmüş, bundan sonra həmin qadın Əjdərlə söhbət etdiyini görüb oradan ayrılıb evlərinə getmişdir. Evdə olan zaman anasının olmadığını, çıxıb getdiyini görmüşdür. Həmin gündən anası ilə əlaqə saxlamağa çalışsa da, onunla əlaqə yarada bilməmişdir. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək pivə aldığını, onunla birlikdə yaşadığı evdə həmin pivəni içərək söhbət etməyi təklif etmiş, həmin vaxt velosipedlə Ənvərin yaşadığı Z.Bünyadov küçəsi ev 27 ünvanına gəlmişdir. Ənvər qapını özü açıb onu həyətə buraxmış, yaşadıqları evin birinci mərtəbəsində otağa keçməyi, orada kondisioner olduğunu, ona görə də orada pivə içərək söhbət etməyi bildirmişdir. Ənvərdən qardaşı Fikrətin necə və harada olmduğunu, Gürcüstandan gəlibgəlmədiyini soruşanda Ənvər ona Fikrətin evdə olmadığını bildirmişdir. Qarşıda gedərək birinci mərtəbədə evə daxil olub zalın qapısından içəri girmiş, həmin vaxt Ənvər həyətdə olan iti kənara aparmış və daha sonra onun arxasınca evə gəlmişdır. İçəri girən kimi evin girişindən sağ tərəfdəki otaqdan Fikrətin qollarını açaraq onun üstünə gülə-gülə gəldiyini görmüş, Fikrətin onunla qucaqlaşıb görüşəcəyini düşünərək əllərini açanda Fikrət heç bir söz demədən 3-4 dəfə yumruqla onun sifətindən vurmuş, özünü müdafiə edib Fikrəti tutmaq istəyənə qədər Fikrət onu bir neçə dəfə də vurmuş, bu vaxt Ənvər əlində olan 40- 50 sm uzunluqda, tutacağı olan, içərisi dəmirdən üzəri taxta materialından, tünd sarı rəngli bir qədər qırmızıya çalan dəyənəyə oxşar küt alətlə baş nahiyəsindən vurmuş və bundan sonra huşunu itirib divanın yanında yerə yıxılmışdır. Huşunu itirib bir müddət sonra ayılanda otaqda yerdə uzanmış vəziyyətdə başı isə divana söykənmiş vəziyyətdə olmuşdur. Ayılanda Ənvərin başına su tökdüyünü, daha sonra əllərinin bədən nahiyədə arxa tərəfdən qırmızı rəngli qalın iplə, ayağının da eyni formalı iplə bağlı olduğunu, Ənvər və Fikrətin isə köməkləşib onun ağzından yumru vəziyyətdə olan yapışqanı (skoç) çıxartmalarını görmüşdür. Hər iki ayağı iplə bağlı olmuş, ayaqları arasında məsafə təxminən 50 sm olmuşdur. Bundan sonra Fikrət əlində olan həmin küt alətlə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurmuşdur. Onlardan onu niyə döymələrini soruşanda Ənvər və Fikrət guya onun anaları Kəmalə ilə intim münasibətdə olduğunu eşitdiklərini demişlər. Ənvərə bunu aydınlaşdırmağı, yalan məlumat olduğunu dəfələrlə bildirsə də, Ənvər və Fikrət ona qulaq asmamış və onu döyməkdə davam etmişlər. Təxminən 4 saata yaxın Ənvər və Fikrət onu ölümcül döymüş, əli bağlı şəkildə saxlamış, huşunu itirəndə başına su tökərək ayıltmış və onu öldürməklə hədələmişlər. Onların hər ikisi ara-sıra dəstəyi qara rəngli qatlanan bıçağı boğazına dirəyərək boğazını kəsəcəklərini, həmin evdən sağ çıxmayacağını demişlər. Gəldiyindən təxminən 4 saat sonra saat 19 radələrində ayılanda Ənvərin başqa otağa keçdiyini, Fikrətin evdə olmadığını, evin qapısının açıq olduğunu görüb birtəhər qaçmaq istəmiş, evin çöl qapısına tərəf yeriməyə başlayanda Ənvər arxadan otaqdan çıxaraq 2 dəfə başına əvvəlki küt alətlə vurmuş və yenidən huşunu itirmişdir. Təxminən bir neçə dəqiqə sonra ayılanda Fikrətin anası Kəmalə Əsədovanı evə gətirdiyini görmüş, Kəmalə evə girəndə onu göstərib “ağsaqqal kişini niyə öldürürsüz” demiş, Ənvər anası Kəmaləni söyüb təhqir edərək “sən Əjdərlə birlikdə yaşamısan” demiş, Kəmalə isə bunun yalan olduğunu bildirsə də, Ənvər anası Kəmaləyə “atam Fikrət mənə ölməmişdən qabaq 5 vedrə qızıl və külli miqdarda pul göstərib, hanı həmin qızıllar və pullar” deyərək anası Kəmaləni döymüşdür. Həmin vaxt Fikrət əlində pivə içə-içə Ənvər kimi eyni sözləri deyərək anası Kəmaləni döymüşdür. Həmin vaxt Ənvər anasının üzünə, bədəninə əli ilə vuraraq döymüşdür. Təxminən 40-50 dəqiqə sonra Fikrət yenidən evdən çıxıb harasa getmiş, Ənvər, Kəmalə evdə qalmış, bir qədər keçməmiş Fikrət “bibi” dedikləri Xurama ilə evə gəlmiş, həmin qadın evə girən kimi onu görüb üstünə hücum çəkərək “sən mənim balalarımın başına nə oyun açmısan” deyib sinəsindən hər iki əli ilə yumruqla vurub, onu təpikləmiş və bundan sonra aralaşıb Kəmalə ilə mübahisə etmişdir. Ənvər həmin bibi dediyi qadına, yəni Xuramana “bunun başını kəsəcəm, mənə nə qədər pul verərsən” deyəndə, bibi dedikləri qadın “pulumun hamısı sənindi” demiş, daha sonra Ənvər əlini sinəsinə vuraraq ona “sənin kimi 5 adamın başını kəsib qurtarmağa mənim pulum var”, “əlimə erməni düşüb” deyərək onu təhqir etmişdir. Xurama Əsədova evə gəldikdən təxminən 1 saat sonra vəziyyətinin pis olduğunu görüb yalandan Ənvərə onu bayıra çıxarmasını, nə varsa danışacağını bildirmiş, daha sonra Ənvər və Fikrət hər ikisi onun qoluna girərək bayıra çıxarmış, bayıra çıxararkən zalın dəhlizə açılan qapısının qarşısında Fikrət onu tutmuş, Ənvər bıçaqla ayağındakı kəndiri, eləcə də arxadan əlini bağladıqları kəndiri kəsmiş, bayıra çıxardıqda evə giriş qapısının qarşısında olan pilləkənlərdə ona titrətmə gəlmiş və özündən getmişdir. Bundan sonra ayılanda öz həyət qapısının qarşısında olduğunu və velosipedinin də yanında olduğunu görmüşdür. Daha sonra qapını döyərək evinə daxil olmuş, məhlədə onu heç kəs görməmiş, heç kəslə görüşməmişdir. Evdə vəziyyətinin ağır olduğuna görə oğlu İlqar vasitəsi ilə həkim travmatoloq Elmanı evlərinə dəvət etmiş, Elman həkim onun müayinə etdikdən sonra xəstəxanaya aparmış, rengendən keçdikdən sonra çənəsinin bir neçə yerdən sındığı məlum olmuşdur. Elman ona ilkin tibbi yardım göstərmiş, Bakı şəhərində müalicəsini davam etdirməyi məsləhət görmüşdür. Hesab edir ki, uzun müddət müalicə olunduğundan səhətinə 100.000 manat məbləğində maddi ziyan, təqsriləndirilən şəxslərin ona qarşı işgəncə xarakterli cinayətə yol verdiyinə görə ona 100.000 manat dəyərində mənəvi ziyan dəymişdir. Buna görə də mülki iddiasının təmin edilməsini, təqsirləndirilən şəxslərdən 200.000 manat pulun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini, eləcə də təqsirləndirilən şəxslərdən şikayətçi olduğundan təqsirləndirilən şəxslər barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində ifadə vermiş X10 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun qardaşı Fikrətin uşaqlarıdır. xx.xx.2019-cu il tarixdə saat 17:33-dən etibarən Ənvər ona zəng edərək hər hansı səbəb göstərmədən onu evə çağırmışdır. Daha sonra evdən yemək götürərək Ənvərgilə getmiş, evə girib zala daxil olduqda Əjdərin qapı ilə üzbəüz divanın qarşısında oturduğunu, Əjdərin dodaq nahiyəsində, gözündə xəsarətlər olduğunu görmüşdür. Kəmalə Əsədova isə Əjdərin oturduğu divanla üzbəüz divanda oturmuşdur. Həmin vaxt nə məsələ olduğunu soruşduqda, Ənvər ona anası Kəmalənin atasının qeyrətini alçaltdığını, Əjdərlə münasibətdə olduğunu bildirmişdir. Həmin vaxt “qardaşımın var dövlətini Əjdər yedizmirsən” deyərək Kəmaləyə acıqlanmış, daha sonra isə Əjdərə əsəbiləşib “ayıb olsun” deyərək ona qarğış etmişdir. Zərərçəkmiş şəxs isə əməlini etiraf etməyərək bunu inkar etmişdir. Təxminən 15 dəqiqə sonra Əjdər ayağa qalxaraq evdən bayıra çıxmış, Ənvər də Əjdərin arxasınca evdən çıxmışdır. Daha sonra Ənvər onu bayıra çağıraraq dəsmal istəmiş, belə ki, Əjdər həyətdəki hamamda əl-üzünü yumuş, Ənvər də buna görə dəsmal istəmişdir. Bundan sonra Ənvər Əjdəri aparıb evlərinə düşürüb təxminən 20 dəqiqə sonra qayıtmışdır. Ənvər Əjdəri apardıqdan 5-6 dəqiqə sonra isə Kəmalə də çıxıb getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Sadəcə olaraq həmin vaxt Əjdərə əsəbiləşib ona qarğışlar edərək, qardaşının ailəsini dağıtmasında onu gunahlandırdığı üçün Əjdər ondan qərəzli şəkidə şikayət etmiş və onun da məsuliyyətə cəlb olunmasını istəmişdir. Zərərçəkmiş şəxs görərkən Əjdərin əlləri və ya ayaqları hər hansı iplə bağlı olmamışdır. Nə də ki, evdə qirmızı rəngli ip görməmişdir. Eyni zamanda o, evdə olarkən Ənvər və Fikrətin heç birinin əlində küt alət və s. görməmişdir. Onun yanında nə Fikrət, nə də Ənvər Əjdəri vurmamışlar. Həmin gün Ənvərgilə getdikdən və orada sözlə mübahisə olduqdan sonra Əjdərin öz istəyi ilə və ya Ənvərin təklifi əsasında evdən çıxmasını xatırlamır. X20 öz aralarında nəsə söhbət etdiklərini, daha sonra Əjdərlə Ənvərin bayıra çıxdıqlarını xatırlayır. Məhkəmədə şahid qismində ifadə vermiş X1 göstərmişdir ki, 1990-cı il tarixdə X12 ilə həyatı qurmuş, birgə nikahlarından Ənvər, Fikrət və Mariya adlı 3 övladları olmuşdur. Həyat yoldaşı Fikrət xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat edənə qədər onlar ünvan 2 ünvanında yaşamışlar. Yoldaşı hər zaman zərgər kimi fəaliyyət göstərmiş, onun özü də ayrıca mağazada qızıl satmaqla məşğul olmuşdur. Onların mağazaları Göyçay şəhərində “köhnə bazar” deyilən bazarda yerləşmişdir. Onların evində həyat yoldaşı Fikrətə məxsus iki ədəd dəmir seyf olmuşdur. Həmin seyflərə əri öz əşyalarını yığmış və həmin seyflərin açarı hər zaman ərində olmuşdur. Əri Fikrət qapalı adam olduğu üçün, heç vaxt işlə bağlı ona məlumat verməmiş, heç vaxt həmin seyflərdə ərinin pul və ya qızıl saxlayıb-saxlamadığını, müsbət halda nə qədər pul və ya qızıl olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs isə bazarda pul yığan şəxs kimi uzun illərdir ki, tanıyır. Onunla heç bir yaxn münasibəti, ədavət və ya düşmənçiliyi olmamışdır. Əri Fikrət vəfat etməmişdən təxminən 5-6 il əvvələ kimi işləmiş, daha sonra işləyə bilmədiyi üçün öz mağazasını bağlamışdır. Həmin vaxtdan sonra yalnız onun işlətdiyi qızıl mağazası fəaliyyət göstərmiş, həmin mağazada oğlanları Ənvər və Fikrətlə birikdə işləmişlər. xx xxxx 2018-ci il tarixdə həyat yoldaşı Fikrət vəfat etdikdən təxminən 3-4 gün sonra, onlar evdə olarkən Ənvər onu atasının otağına çağırmış, onun yanında seyfləri açmış və ona seyflərin boş olduğunu, ölməmişdən qabaq atasının həmin seyflərdə pul və qızıllar olduğunu, onu evləndirmək istədiyini dediyini bildirmişdir. Əri Fikrətin heç vaxt ona belə bir söz demədiyini, əgər Ənvərə deyibsə bundan xəbərinin olmadığını bildirmişdir. Həmin vaxt Ənvərlə onun arasında bununla bağlı mübahisə olmamışdır. Lakin həmin vaxtdan sonra Ənvər ona atasından qalan pullar və qızıllar barədə soruşmuş, o isə, hər dəfə Ənvərə bu barədə məlumatı olmadığı bildirmişdir. Belə ki, seyflərinin açarı hər zaman əri Fikrətdə olmuş, daha sonra Ənvərin özündə olmuşdur. Təxminən 2019-cu ilin aprel ayında Ənvər evdə yenidən onunla mübahisə edərək, falçı yanına getdiyini, falçının ona atasından qalan pulların onda olduğunu dediyini, eləcə də başqa yerlərdən atasından qalan pulların onda olduğunu eşitdiyini, pulları ortaya qoymağını bildirmişdir. Həmin vaxt yenə də Ənvərə onda heç bir pul olmadığını bildirmişdir. Həmin mübahisədən sonra o və qızı Mariya evdən çıxıb baldızı Xuramangilin evinə getmişdir. Belə ki, həmin ərəfələrdə balaca oğlu Fikrət təhsili ilə bağlı Gürcüstana getməli olmuş, evdə Ənvərlə mübahisələri olmasın deyə, qızı ilə birlikdə baldızıgilə getmişdir. Ənvər isə onun Xuramagildə olduğunu bilməmişdir. Bundan bir neçə gün sonra Ənvər onların baldızıgildə olduğunu bilərək oraya gəlmiş, yenidən eyni məzmunda onunla mübahisə etməyə başlamış, daha sonra qızı Mariya da Ənvərə acıqlanaraq əl çəkməsini bildirmişdir. xx xxxx 2019-cu il tarixdə təxminən saat 16-17 radələrində Fikrət özünə məxsus “Nissan” markalı avtomobillə oraya gəlmiş, onunla birlikdə getməyini istəmişdir. Fikrətin maşınına əyləşərkən onun spirtli içki qəbul etdiyini hiss edərək ona iradını bildirmiş, daha sonra Fikrət maşını surərək Ziya Bunyadov küçəsində olan evlərinin yanına gəlmişdir. Evə çatdıqda Fikrət maşında Əjdərlə dalaşdığını bildirmiş, daha sonra avtomobildən duşərək evə qalxmış, qapıdan içəri daxil olduqda Əjdərin qonaq otağında olan divanın qarşısında yerdən oturduğunu, Ənvərin isə onunla üzbəuz olan divanda oturduğunu, Əjdərin döyüldüyünü görmüşdür. Həmin vaxt nə baş verdiyini, Əjdəri nə üçün döydüklərini soruşduqda, Ənvər guya onun Əjdərlə yaxın münasibəti olduğunu bildirmiş, həmin vaxt əsəbiləşək Əjdərlə aralarında heç bir münasibət olmadığını bildirmiş, Əjdər əsəbi şəkildə üstunə doğru gəlmiş, lakin həmin vaxt Fikrət Ənvəri onun üstünə gəlməyə qoymamışdır. Daha sonra Əjdər ayağa duraraq qapıdan çölə çıxmış, Ənvər də onun arxasınca bayıra çıxmış, bir qədər Fikrətlə evdə qalmış, Fikrət bir qədər danlayaraq birdəfəlik çıxıb gedəcəyini bildirmiş, Fikrət isə sakit şəkildə başını aşağı salaraq heç bir söz deməmişdir. Həmin vaxt evdə heç bir küt alət, eləcə də uşaqlarının əlində hər hansı kəsici, deşici və ya küt alət görməmişdir. Evdə olduğu və Əjdəri gördüyü müddətdə Zərərçəkmiş şəxs əlləri və ayaqları açıq şəkildə olmuş, onun əlləri və ya ayaqları hər hansı iplə bağlı olmamış, eləcə də ağzı skoçla bağlı şəkildə olmamış, onun qolunda hər hansı kəndir və ya ip izi görməmişdır. Həmin gün təxminən saat 17-18 radələrində Xurama Əsədova evə gəlmiş, sonuncu evə daxil olduqda bir qədər təəccüblənmiş, daha sonra qışqırıb onu təhqir etməyə başlayaraq onun Əjdərlə hansısa münasibəti olmasında, eləcə də əri Fikrətdən qalan pulları Əjdərə verməkdə ittiham etmiş, eyni zamanda Xurama Əjdərə də acıqlanaraq onun qeyrətsiz olduğu bildirmişdir. Xurama yenidən ona açıqlanmaq istəyəndə, bu dəfə Xuramaya qarşı səsini yüksəldərək bilib-bilmədən danışmamasını bildirmişdir. Bu məzmunda təxminən 15 dəqiqə Ənvər, Xuraman və onun arasında mübahisə olmuş, bundan sonra Əjdər özü ayağa qalxaraq evdən bayıra çıxmış, Ənvər də onun arxasınca çıxmışdır. Onlar çıxdıqdan sonra təxminən 10 dəqiqə Fikrətlə söhbət edərək ona atılan böhtana görə Fikrəti danlamış, daha sonra evdən çıxaraq Almaz müəlliməgilə getmişdir. X24 Şahbazini vurmamışdır, ona heç bir xəsarət yetirməmişdir. Sadəcə olaraq Əjdərə tərəf danışarkən, ona “ayıb olsun” və “qeyrətsiz” kimi ifadələr işlədərkən əlləri ilə jestlər etmişdir. Həmin gün saat 20 radələrində Almaz müəllimə gildən qonşuluqda yaşayan Həyat müəlliməyə zəng edərək uşaqların evdə olub-olmadığını, sakitçilik olub-olmadığını soruşmuş, Həyat müəllimə isə uşaqların maşınlarının hər ikisinin həyətdə olduğunu, yəqinki evdə olduqlarını bildirmişdir. Bundan sonra qızı Mariyaya zəng edərək nəvəsini də götürüb Almaz müəlliməgilə gəlməsini demiş, təxminən 5-6 gün qızı Mariya ilə Almaz müəlliməgildə qalmışdır. Daha sonra Abşeron rayonun Xirdalan şəhərində yaşayan qohumlarıgilə getmiş, təxminən 3 ay müddətində orada qalmış, həmin müddətdə Ənvər onu axtarsa da, hər kəsə tapşırmışdır ki, onların yerini Ənvərgilə deməsinlər. Belə ki, uşaqlardan çox incidiyinə, onun haqqında həqiqətə uyğun olmayan məlumatlar dediklərinə görə onlarla görüşmək istəməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 xx.xx.2019-cu il tarixdə baş vermiş hadisə barədə bildirmişdir ki, həmin gün təxminən saat 20 radələrində yaşadığı evin həyətində olarkən Kəmalənin onların həyətinə daxil olduğunu görmüşdür. Həmin vaxt evdə tək olmuşdur. Belə ki, həyat yoldaşı yay aylarında Bakı şəhərində işləyir. Yay aylarında oğlu Ruslan Əhmədovla birlikdə yaşayır. Oğlu Ruslan hər zaman saat 20-dən sonra çayxanaya gedir. Kəmalə gələndə isə oğlu Ruslan evdə olmamışdır. Kəmalə ilə görüşüb onu evə dəvət etmiş, Kəmalənin telefonu üzərində olmadığından onun telefonu ilə qızı Mariyaya zəng edərək heç kimə xəbər verməməsini, tez onlara gəlməsini bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra Mariya, öz qızı ilə onlara gəlmişdir. Kəmalə onların evinə daxil olarkən tərli olmuş, qaçaraq onlara gəlməsi hiss olunmuşdur. Eləcə də, onun sağ qolunda göyərmiş xəsarət izi olmuşdur. Kəmalədən nə baş verdiyi soruşduqda ona hadisəni tam ətraflı danışmayaraq oğlu Fikrətin onu evə apardığını, evdə oğlanları ilə münaqişə olduğunu, oğlanlarının ona atalarından qalan pulu ortaya qoymasını dediyini bildirmişdir. Daha sonra onlar 9 gün müdətində onların evində qalmışlar, 9 gündən sonra isə taksi ilə Bakı şəhərinə getmişlər. Onların evində qaldıqları müddətdə əsasən ana və qızı öz aralarında danışmışlar, öz aralarında danışanda onlara yaxın getməmişdir. Kəmalə onun evində qaldığı müddətdə oğlanları ilə əlaqə saxlamasını görməmişdir. Lakin qonşuları Həyat müəlliməyə zəng edərək uşaqlarının evdə olub-olmaması, maşınlarının həyətdə olub-olmaması barədə soruşmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə təxminən saat 20:30 radələrində həyət darvazasının qapısının çırpılmasını eşitdikdən sonra həyətə düşüb qapını kimin çırpmasına baxdıqda Təqsirləndirilən şəxs1 küçədə dayandığını görmüş, ondan qapını nə üçün çırpmasını soruşduqda ona “əcəb edirəm, gir içəri qapını da bağla, yoxsa səni öldürəcəm” demişdir. Ənvərin sərxoş olduğunu görüb mübahisə etməmiş və həyətə keçib qapını arxadan bağlamış, 5 dəqiqə sonra Ənvərin qardaşı Təqsirləndirilən şəxs2 Ənvərlə birlikdə onların həyət qapısını açmağa çalışaraq və Ənvərə niyə söz deməyini soruşaraq ünvanına nalayiq ifadələr işlətmişlər. Daha sonra Fikrət daha da aqressiv olmağa başlamış və hasarın üstünə qalxaraq oradan onu təhqir etmişdir. Həmin vaxt Fikrətin əlində təxminən 50 sm uzunluğunda dəyənəyə oxşar küt alət olmuşdur. Ənvər qardaşı Fikrəti sakitləşdirib həyətlərinə keçirmiş, ona qapını açmağı üzr istəyəcəyini bildirmiş, qapını açdıqdan sonra Təqsirləndirilən şəxs1 həyətə keçib ondan və ailə üzvlərindən üzr istəyən vaxt Firkət Əsədzadə yenidən həyətə daxil olmuşdur. Bu dəfə də onun əlində həminki dəyənək olmasını görmüşdür. Fikrət onu və ailə üzvlərini dəyənəyi çiyininə qoyaraq “nə deyirəmsə yaxşı edirəm, sizi öldürərəm” deyərək hədələməyə başlamış, bacısı Həyat Babayeva da polisə zəng vuraraq bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs2 əlində gördüyü alət təxminən 40-50 sm uzunluğunda, dəyənəyə bənzər küt alət olmuşdur. Həmin aləti görərkən hava ala qaranlıq olduğuna görə onun rəngini dəqiq görə bilməmiş, lakin tünd rəngli və tutacağı olan alət olmuşdur. Məhkəmədə ifadəsi elan edilmiş şahid X5 ibitdai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid3 göstərdiyi xüsusatları təsdiq etmiş və onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə təxminən 21 radələrində yaşadığı evdə olarkən həyət qapısının zənginin səsini eşitmiş, həmin vaxt artıq hava qaralmış, evdən çıxıb həyət qapısını açdıqda atasının əli ilə divardan tutunduğunu, sifət nahiyyəsində xəsarətlərin və qan ləkələrinin olduğunu, atasının velosipedinin isə divara söykənmiş vəziyyətdə olduğunu görmüşdür. Həyəcanlı şəkildə atasının qolundan tutub həyətə salmış, ondan nə olduğunu soruşduqda atası əli ilə velosipedi göstərərək velosipeddən yıxıldığını izah etməyə çalışmış, lakin tam olaraq danışa bilməmişdir. Qardaşı ilə köməkləşib atasını evə salıb divana uzatmış, onun paltarlarını çıxararaq bədəninə baxdıqda sağ ayağında, qarnında, qollarında qançır və sıyrıq xəsarətləri olduğunu görmüş, eyni zamanda həmin vaxt atamın sağ qolunun biləyində və sol əlinin baş barmağında zolaqvari sıyrıq xəsarətləri olduğunuda görmüşdür. Dərhal atasının dostu Elman həkimə zəng edib təcili onlara gəlməsini bildirmiş, 5-10 dəqiqə sonra Elman həkim onlara gələrək atasına baxmış və onu ev şəraitində müalicə etməyin mümkün olmadığını xəstəxanaya aparmaq lazım olduğunu bildirmişdir. Daha sonra Elman həkim xəstəxana getmiş, o isə atasının telefonu ilə saat 21:13-də atasının dostu Kərimə zəng edərək təcili onlara gəlməsini bildirmişdir. 5-10 dəqiqə sonra Kərim gəlmiş və atası ilə birlikdə Kərimin avtomobili ilə xəstəxanaya getmişlər. Xəstəxanada həkimlər tərəfindən atasına tibbi yardımlar göstərilmiş, ağız nahiyəsinə tikiş qoyulmuş və Bakiya aparmaq lazım olduğunu bildirmişlər. Daha sonra taksi ilə avtovağzala gederək, oradan yol maşını ilə Bakı şəhərində dəqiq tanımadığı xəstəxanaya getmişlər. Bakıya getdikdən sonra eşitmişdir ki, atası velosipeddən yıxılmamış, əslində döyülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay MRX-nin Travmatologiya şöbəsinin müdiri X18 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Qəzərfər oğlunu uzun illərdir ki, onların ailə həkimi kimi tanıyır. Onunla münasibətləri hər zaman yaxşı olmuşdur, ədavət və ya düşmənçiliyi olmamışdır. xx.xx.2019-cu il tarixdə tarixdə təxminən saat 21 radələrində evdə olarkən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə tanımadığı başqa bir nömrədən zəng gəlmiş, telefona cavab verdikdə həmin şəxs ona Əjdərin oğlu olduğunu, atası Əjdərin yıxıldığını və vəziyyətinin pis olduğunu, onlara getməyini xahiş etmişdir. Təxminən 10-15 dəqiqə sonra Əjdərin yaşadığı ünvana getmiş, Əjdərin divanda yarı uzanıqlı vəziyyətdə olduğunu, üzündə çoxsaylı əzilmiş yaralar, dodağında qan axan cırılmış və bədən səthində çoxsaylı əzilmiş, sıyrılmış yaralar olduğunu görmüşdür. Əjdərə ev şəraitində ona tibbi yardım göstərə bilməyəcəyini və onun xəstəxanaya getməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşaraq və onun xəstəxanaya getməsini, bir qədər sonra isə özünün də xəstəxanaya gələcəyini bildirmişdir. Xəstəxanaya getdikdən təxminən 10 dəqiqə sonra Əjdər xəstəxanaya gəlmiş, onu 1-ci mərtəbədə sarğı otağında qəbul edərək ilkin olaraq onun dodağında olan əzilmiş-cırılmış yarasını 4-5 tikiş vurmaqla tikmiş, daha sonra onun bədəninə baxmış və ətraf sınıqları şübhəsi olmadığına görə, onun yalnız başını rentgen müayinəsindən keçirmiş, müayinə nəticəsində çənə sümüyünün çoxsaylı yerdəyişmiş sınığı diaqnozu olduğuna görə ona Bakı şəhərində yerləşən Respublika Klinik Xəstəxanasının üz-çənə cərrahiyəsi şöbəsinə getməsi barədə göndəriş vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs barəsində “ambulator xəstələrin qeydiyyat kitabı”nda müvafiq qeydiyyat aparılmış və onun üzərində olan xəsarətləri ümumi şəkildə qeyd edilmişdir. Xəstə ambulator şəkildə xəstəxanada olduğu halda xəstə barəsində “ambulator xəstələrin qeydiyyat kitabı”nda üzərində olan xəsarətlər kitabda ümumi şəkildə qeyd olunur. Zərərçəkmiş şəxs da ambulator olduğu üçün kitabda onun üzərində bütün xəsarətlər ayrı-ayrılqda deyil, ümumi şəkildə qeyd edilmişdir. Zərərçəkmiş şəxs alt cənə sümüyünün çoxsaylı yerdəyişmiş sınığı xəsarəti daha ağır olduğundan əsasən çənə ilə məşğul olmuşdur. Lakin onun bədəni üzərində çoxsaylı əzilmiş, sıyrılmış yaralar da olmuşdur. Zərərçəkmiş şəxs ona velosipeddən yıxıldığını bildirdiyi üçün onun digər nahiyələrində olan sıyrıq xəsarətlərinə diqqətlə fikir verməmişdir. Yəni onun sağ mil-bilək oynağı nahiyəsində və sol əlin baş barmağında dairəvi zolaqvari sıyrıqları kimi xəsarətlər olmasına fikir verməmişdir. Bu səbəbdən də bu barədə dəqiq bir söz deyə bilməmişdir. Ambulator jurnalda da onun bədəni üzərində olan xəsarətlər ümumi olaraq bədən səthinin çoxsaylı əzik və sıyrıqları kimi qeyd olunmuşdur. Zərərçəkmiş şəxs xəstəxanada onun yanında ümumilikdə bir saata yaxın olmuşdur. Daha sonra ona göndəriş verilərək Bakı şəhərinə yola salınmışdır. O, 22:30 dəqiqədə xəstəxanadan çıxmışdır. Zərərçəkmiş şəxs onun yanımda uzun müddət qalmadığına görə onun bədəni üzərində olan əzik və sıyrıq xəsarətlərinin yerini dəqiq deyə bilməmişdir. Ona təqdim olunmuş fotoşəkillərdə Zərərçəkmiş şəxs xəsarətləri onun gördüyü xəsarətlərlə eynidir. Həmin vaxt onun dişlərinin tökülməsini müayinə etməmişdir, lakin çənə sümüyündə çox saylı sınıqları olduğundan dişlərinin tökülməsi münkündür. Məhkəmə də ifadəsi elan edilmiş şahid X6 ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, MTE PA birliyinin Yasmal rayon şöbəsinin Məhkəmə-Tibbi eksperti vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə Göyçay RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Taleh Ağayevin qərarı əsasında Zərərçəkmiş şəxs Respublika Klinik Xəstəxanasinın üst-çənə cərrahiyyə şöbəsində müayinə etmiş və bunun əsasında onun tərəfindən 555 nömrəli rəy tərtib edilmişdir. Həmin vaxt onu müayinə etmiş, daha sonra onun barəsində tərtib edilmiş tibbi sənədləri əldə etdikdən sonra xx.xx.2019-cu il tarixdə müvafiq rəy vermişdir. Zərərçəkmiş şəxs sağ mil bilək oynağında, eləcə də sol əlin 1-ci barmağının əsasında dairəvi yerləşən üzəri asan qopan bozumtul-qonur rəngli dəri səviyəsindən yuxarı qartmaqlı, eni 0,5-0,6 sm olan sıyrıq xəsarəti barədə bildirmişdir ki, göstərilən xəsarətlərin iplə və ya kəndirlə həmin nahiyələrin dairəvi bağlanıb sıxılması nəticəsində törənməsi mümkündür. Həmin sıxılma nəticəsində qançır kimi, eləcə də göstərilən digər xəsarətlərin yaranma ehtimalı yoxdur. Həmin bağlama prosesinin bədənin ön və ya arxa nahiyyəsindən bağlanması nəticəsində yetirilməsi barədə dəqiq bir söz deyə bilməmişdir. Həmin sıyrıq xəsarətləri tam dairəvi formada olmuş, yəni həmin dairədə heç bir fasilələr olmamışdır. Bu səbəbdən də həmin xəsarətlər Zərərçəkmiş şəxs sağ mil bilək oynağının və sol əlin 1-ci barmağının ayrı-arılıqda sıxılaraq iplə bağlanması nəticəsində yaranmışdır. Çünki həmin xəsarətlər tam dairəvi formalıdır. Müayinə zamanı Zərərçəkmiş şəxs ayaqlarında iplə və ya kəndirlə bağlanmağa xarakterik xəsarətlər aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli 183 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Bakı şəhər Yasamal rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 555 nömrəli rəyinə əsasən 1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər: 1) Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər olmuşdur: Alt çənədə ön 7 (yeddi) dişin düşməsi ilə müşayiət edilən alt çənə sümüyünün iki tərəfli açıq sınığı, hər iki göz ətrafının və qarının ön səthinin qançırları, hər iki saidin, sağ budun və sağ baldırın, sağ tış-topuq nahiyyəsinin qançırı-hematoması (yumşaq toxumalar arasına qan yığılması), sağ mil-bilək oynağının və sol əlin baş barmağının dairəvi sıyrığı, hər iki diz oynağı nahiyəsinin sıyrığı. 2) Göstərilən xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə törənməsi mümkündür.3) Göstərilən xəsarətlərdən alt çənədə 7 (yeddi) ədəd travmatik düşməsi və alt çənə sümüyünün iki tərəfli açıq sınığı dərəcəsinə görə həm ayrı-ayrılıqda, həmçinin də ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Hər iki saidin, sağ budun və sağ baldırın, sağ tış-topuq nahiyəsinin qançırı-hematoması dərəcəsinə görə həm ayrı-ayrılıqda, həmçinin də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YUNGÜL zərər vurmaya aiddirlər. Hər iki göz ətrafının və qarının ön səthinin qançırları, eləcə də sağ mil-bilək oynağının, sol əlin baş barmağının, hər iki diz oynağı nahiyəsinin sıyrıqları həm ayrı-ayrılıqda, həmçinin də ümumilikdə sağlamlığa ZƏRƏR VURMAYAN xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir.4) Zərərçəkmiş şəxs sağ mil-bilək oynağı nahiyəsində və sol əlin baş barmağında aşkar edilmiş dairəvi zolaqvari sıyrıqlar şəxsin əl və qolunun kəndirlə (iplə) bağlanması nəticəsində torənməsinə uyğun gəlir. Təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli T51/2020 saylı rəyindən görünür ki: 1) 1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – Alt çənədə ön 7 (yeddi) dişin düşməsi ilə müşayiət edilən alt çənə sümüyünün iki tərəfli açıq sınığı, hər iki göz ətrafının və qarının ön səthinin qançırları, hər iki saidin, sağ budun və sağ baldırın, sağ tış-topuq nahiyəsinin qançırı-hematoması (yumşaq toxumalar arasına qan yığılması), sağ mil-bilək oynağının və sol əlin baş barmağının dairəvi sıyrığı, hər iki diz oynağı nahiyəsinin sıyrığı - bərk küt əşya (əşyaların) təsirindən qərarda göstərilən müddətdə yəni xx.xx.2019-cu il tarixdə törənmişlər, dərəcəsinə görə alt çənədə 7(yeddi) ədəd travmatik düşməsi və alt çənə sümüyünün iki tərəfli açıq sınığı həm ayrı-ayrılıqda, həmçinin də ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərər vurmaya, Hər iki saidin, sağ budun və sağ baldırın, sağ tış-topuq nahiyəsinin qançırı-hematoması dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YUNGÜL zərər vurmaya aiddirlər, Hər iki göz ətrafının və qarının ön səthinin qançırları, sağ milbilək oynağının, sol əlin baş barmağının, hər iki diz oynağı nahiyəsinin sıyrıqları sağlamlığa ZƏRƏR VURMAYAN xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. 2) Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixli, 55 nömrli rəyinə əsasən sağ mil-bilək oynağı nahiyəsində və sol əlin baş barmağında aşkar edilmiş dairəvi zolaqvarı sıyrıqların şəxsin əl və qolunu kəndirlə (iplə) bağlanması nəticəsində yaranması inkar olunmur. 3-5) Zərərçəkmiş şəxs sağ mil-bilək oynağında və birinci barmağının əsasında yerləşin sıyrıqların xüsusiyyətlərinə (dairəvi zolaqvari sıyrıqlar) görə onların istər ayrı-ayrılıqda, istərsə də birləşdirilərək birlikdə kəndir və ya iplə bağlanması nəticəsində əmələ gəlməsi mümkündür. Bərk küt əşya təsir etmədiyi nahiyələrdə xəsarətlərin yaranmaması mümkündür. Zərərçəkmiş şəxs sağ mil-bilək oynağı və sol əlin birinci barmağının kəndirlə və ya iplə özü tərəfindən bağlanması inandırıcı deyildir. 6) Zərərçəkmiş şəxs sağ mil-bilək oynağı və sol əlin birinci barmağının kəndirlə və ya iplə kənar şəxs tərəfindən bağlanması zamanı kəndir və ya ipin sonluğunda olmuş ilgək və kəndirlə birlikdə kəsilib ekspertizaya təqdim olunmadığından onun əlini çıxarıb çıxarmaması barədə fikir söyləmək mümkün deyildir. 7) Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə ilkin ekspertiza zamanı aşağı ətraflarında və hər iki ayaq nahiyəsində ip və ya kəndirlə bağlanmağa xarakterik xəsarətlər(dairəvi zolaqvari sıyrıqlar) olması göstərilmədiyindən onun ayaqlarının bağlanıb-bağlanmaması barədə fikir söyləmək hazırda mümkün olmadı. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 02/01 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, halhazırda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs2 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb biçmək və idarə etmək iqtidarında olmuşdur. Yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 halhazırda özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs2 cinayət törədildiyi zaman onun şüuru və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilən xx.xx.2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil nömrənin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək gedib gələn zənglərinin siyahısında Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı nömrə ilə xx.xx.2019-cu il tarixdə saat 19:28-də 21 saniyə telefon zəngi olmuş, zəng Təqsirləndirilən şəxs1 tərəfindən edilmişdir. xx.xx.2019cu il tarixdə saat 15:16-da Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı mobil nömrə arasında 33 saniyə telefon danışığı olmuş, zəng Təqsirləndirilən şəxs1 tərəfindən edilmiş, həmin gün saat 15:32-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı mobil nömrə arasında 17 saniyə telefon danışığı olmuş, zəng Zərərçəkmiş şəxs tərəfindən edilmişdir. Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil nömrə ilə xx.xx.2019cu il tarixdə saat 15:32-dən saat 21:13-dək heç bir danışıq aparılmamışdır. Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil nömrədən xx.xx.2019-cu il tarixdə saat 21:13də Şahid5 istifadəsində olan ********** saylı mobil nömrə ilə telefon danışığı aparılmışdır. Həmçinin həmin protokoldan görünür ki, X7 istifadəsində olan ********** saylı mobil nömrə ilə xx.xx.2019-cu il tarixdə saat 17:33-də, 17:43, 17:54-də, 19:06-da, 19:21-də, 19:26-da Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında telefon əlaqələri olmuş, 1-ci zəng Təqsirləndirilən şəxs1 tərəfindən edilmişdir. 1-ci danışıq zəngində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-**saylı mobil nömrənin Göyçay R-nu, M.F.Axundov antenində, Xurama Əsədovanın istifadəsində olan ********** saylı mobil nömrənin Göyçay r-nu, TV antenində, 17:43-də baş tutmuş danışıq zamanı ***-***-**-** saylı mobil nömrənin Göyçay R-nu, M.F.Axundov antenində, ********** Saylı mobil nömrənin Göyçay sh, Azercell Express antenində, 17:54 və 19:06-da baş tutmuş danışıqlar zamanı hər iki nömrənin Göyçay R-nu, M.F.Axundov antenində, 19:21-də baş tutmuş danışıq zamanı ***-***-**-** saylı mobil nömrənin Göyçay R-nu, M.F.Axundov antenində, ********** Saylı mobil nömrənin Göyçay sh, Azercell Express antenində, 19:26da baş tutmuş danışıq zamanı ***-***-**-** saylı mobil nömrənin Göyçay R-nu, M.F.Axundov antenində, ********** Saylı mobil nömrənin Göyçay r-n, Çayarxı antenində olması müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək silah kimi istifadə edilən əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qanunsuz olaraq azadlıqdan məhrum etmişdir. Belə ki, onlar qabaqcadan əlbir olub razılaşmaqla qrup təşkil edərək anası X1 ilə əvvəldən tanıdığı Zərərçəkmiş şəxs arasında intim münasibət olmasından, eyni zamanda mərhum atasından miras qalmış pul və qızıl ziynət əşyalarını anası X14 Şahbaziyə verməsindən şübhələnərək, həmin məsələyə aydınlıq gətirmək məqsədi ilə xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs pivə içmək bəhanəsi ilə ünvan 2 ünvanında yerləşən yaşadıqları evə dəvət etmiş, həmin gün saat 15:30 radələrində evə daxil olduqda Təqsirləndirilən şəxs2 sonuncuya təpik və yumruqla zərbələr endirib alt çənədə ön 7 (yeddi) dişin travmatik düşməsi, alt çənə sümüyünün ikitərəfli açıq sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər yetirərək onunla birlikdə Zərərçəkmiş şəxs əllərini istintaqa məlum olmayan kəndirlə (iplə) bağlayıb sağ mil-bilək oynağı və sol əlin baş barmağının dairəvi zolaqvari sıyrığı xəsarəti almasına səbəb olaraq istintaqa məlum olmayan silah kimi istifadə olunan əşyadan istifadə etməklə sonuncunu döyərək ona hər iki saidin, sağ budun və sağ baldırın, sağ tış topuq nahiyəsinin qançırı-hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, qarının ön səthinin qançırları, hər iki diz oynaq nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə saat 15:30 radələrindən saat 20 radələrinədək Zərərçəkmiş şəxs qanunsuz olaraq azadlıqdan məhrum etməklə Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayəti törətdikləri tam sübuta yetir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə özlərini təqsirli bilməyərək ifadələrində göstərdikləri xüsusatlar ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə baxışında təqdiq olunmuş üzləşdirmə istintaq hərəkətinin protokolları, həmçinin məhkəmə baxışı zamanı tədqiq olunmuş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, eləcə də məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 555 nömrəli və təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli T51/2020 saylı rəyləri ilə tam şəkildə təkzib olunur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələrində göstərilmiş əməlləri törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası DİN-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkuluğu yoxdur. Təqsirləndirilən şəxs1 subaydır, ali təhsillidir, fərdi əməklə məşğul olur, əvvəllər məhkumlum olumamışdır və yaşayış yerindən müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs2 subaydır, orta təhsillidir, fərdi əməklə məşğul olur, əvvəllər məhkum olunmamışdır və yaşayış yerindən müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edərkən ilk dəfə az ağır cinayət törətdiyini, törətdiyi əməldə özünü qismən təqsirkar bildiyini, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etdiyini məsuliyyətini yüngülləşdirən hal kimi, eləcədə məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixli qərara əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2019-cu il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzasını ümumi rejimli cəza çəkmə müəsissəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ilk dəfə az ağır cinayət törətdiyini, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etdiyini, eləcə də cinayətin törədilməsində iştirakının dərəcəsini cəzanı yüngülləşdirən hal kimi, həmçinin hər iki təqsirləndirilən şəxsin bira ailənin üzvü olmaqla qardaş olduqlarını nəzərə alaraq təyin olunacaq cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini və yuxarıda sadalanan halları nəzərə alıb, Təqsirləndirilən şəxs1 təyin olunacaq cəzanı çəkmədən islah olunması mümkün hesab edir. Ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi cəzanın məqsədləri baxımından yetərlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək onun üzərinə vəzifə kimi qoyulmalıdır. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddiaçı olan zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddianın əsaslarına dair zərərçəkmiş şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyini əsas götürərək, məhkəmə hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 100.000 manat maddi ziyanın, 100.000 manat mənəvi ziyanın tutulmasına dair mülki iddiası baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili X9, həmçinin Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili X13 Təqsirləndirilən şəxs1 oğlunu məhkəməyədək icraat dövründə hüquqlarını 8 saat və Göyçay rayon Vəkil Bürosunun vəkili X8 Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə hüquqlarını 20 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş ümumilikdə 8 saat hüquqi xidmətə görə vəkil X9 cəmi 48 manat və Təqsirləndirilən şəxs2 göstərilmiş 20 saat hüquqi xidmətə görə vəkil X3 120 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrumetmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş ümumilikdə 8 saat hüquqi xidmətə görə vəkil X9 cəmi 48 manat və Təqsirləndirilən şəxs2 göstərilmiş 20 saat hüquqi xidmətə görə vəkil X3 120 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Mülki iddia baxılmamış saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza hissəsində Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar