Məhkəmə qərarları › İş №1(046)-2/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-2/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-2/2023 07.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı3, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs3 Fayiq oğlunun və müdafiəçisi Müdafiəçi8, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi7, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi6 iştiraki ilə, xx.xx.1988-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşqul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri; xx.xx.1980-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı və bir yetkinlik yaşına çatmamış uşağı olan, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, barəsində Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən «həbs» qətimkan tədbiri seçilmiş, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs3 Fayiq oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri; xx.xx.1956-cı il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 4 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Fayiq oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus «Mercedes Benz E 240» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlanıb satması üçün Təqsirləndirilən şəxs2 verməyə və həmin avtomobilin sonuncu tərəfindən satılıb əldə edilən gəliri aralarında bölməyə dair razılığa gəlmiş, cinayətkar plana əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 2018-ci ilin mart ayının ortalarında həmin avtomobilin açarlarını əldə edərək bir nüsxəsini çıxarmış, 20 may 2018-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanının qarşısına gətirmiş və cinayətkar bölgüyə əsasən sonuncu Zərərçəkmiş şəxs məxsus 2018-ci ilin may ayına orta bazar qiyməti 11.000 manat olan «Mercedes Benz E 240» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 5 ünvanının qarşısından gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Fayiq oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus «Mercedes Benz E 240» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlanıb satması üçün Təqsirləndirilən şəxs2 verməyə və həmin avtomobilin sonuncu tərəfindən satılıb əldə edilən gəliri aralarında bölməyə dair razılığa gəlmiş, cinayətkar plana əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 2018-ci ilin mart ayının ortalarında həmin avtomobilin açarlarını əldə edərək bir nüsxəsini çıxarmış, 20 may 2018-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanının qarşısına gətirmiş və cinayətkar bölgüyə əsasən sonuncu Zərərçəkmiş şəxs məxsus 2018-ci ilin may ayına orta bazar qiyməti 11.000 manat olan «Mercedes Benz E 240» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 5 ünvanının qarşısından gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs3 Fayiq oğlu özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus «Mercedes Benz E 240» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlanıb satması üçün Təqsirləndirilən şəxs2 verməyə və həmin avtomobilin sonuncu tərəfindən satılıb əldə edilən gəliri aralarında bölməyə dair razılığa gəlmiş, cinayətkar plana əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 2018-ci ilin mart ayının ortalarında həmin avtomobilin açarlarını əldə edərək bir nüsxəsini çıxarmış, 20 may 2018-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanının qarşısına gətirmiş və cinayətkar bölgüyə əsasən sonuncu Zərərçəkmiş şəxs məxsus 2018-ci ilin may ayına orta bazar qiyməti 11.000 manat olan «Mercedes Benz E 240» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 5 ünvanının qarşısından gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, ünvan 6 ünvanda yerləşən «Səlim avto»nun sahibidir və orada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qəzalı avtomobilləri ucuz qiymətə alıb, onların ehtiyyat hissələrini ehtiyacı olan şəxslərə satır. Zərərçəkmiş şəxslə əvvəllər yaxşı münasibətləri olmuş, arada-sırada çay evlərində oturaraq dərdləşmişlər. Sənan idarə etdiyi avtomobilə lazım olan ehtiyyat hissələrini hər dəfə onun satış yerindən almış, lakin bir neçə dəfə aldığı ehtiyyat hissələrinin pulunu verməmiş, buna görə də, onun Sənanla münasibətləri pozulmuşdur. Hər dəfə həmin ehtiyyat hissələrinin pulunu istəyəndə, Sənan ona acıqlı cavab vermiş, çox vaxt pulunu ödəməmiş, o da münasibətlərinin xətrinə Sənanla mübahisə etməmişdir. Lakin Sənanın uzun müddət davam edən bu hərəkətləri onda qəzəb yaratmışdır. Günlərin birində qərara gəlmişdir ki, ona qarşı etdiyi hərəkətlərə görə Sənandan heyif çıxsın. Bu məqsədlə, Arazla görüşmüş, sonuncuya Sənana məxsus avtomobili qaçırmaqda ona köməklik etməsini xahiş etmişdir. Araz buna razılıq vermişdir. Onun planı belə olmuşdur ki, Sənanla birlikdə yeməkxanaya getmək bəhanəsi ilə Sənanı Mingəçevir şəhərinə aparsın, sonuncuya məxsus avtomobilin açarının Mingəçevir şəhərində olan ustaya dublikatını çıxartdırsın, bu müddət ərzində Araz Sənanın başını qarışdırmaqla məşğul olaraq, ona vaxt qazandırsın. Qurduğu plan üzrə 2018-ci ilin təxminən may ayının ortalarında Sənana təklif etmişdir ki, onun avtomobili ilə Mingəçevir şəhərinə gedərək orada yeyib-içsinlər. Sənana bildirmişdir ki, tanışı Araz da onlarla gedəcək və qonaqlığın pulunu verəcək. Sənan təkliflə razılaşmış və Sənanın idarə etdiyi avtomobillə Mingəçevir şəhərinə getmişlər. Mingəçevir şəhərinə çatdıqdan kafedə oturmuşlar. Sifarişləri verdikdən sonra əvvəlcədən Arazla razılaşdırdıqları plana əsasən Sənana yarım saatlıq işinin olduğunu bildirmiş və ondan avtomobilinin açarlarını istəmişdir. Sənan açarları ona verdikdən sonra Mingəçevir şəhərində hazırda xatırlamadığı ustanın yanında Sənanın avtomobilinin açarının surətini çıxarmış, bunun müqabilində elektrikə 30 manat pul vermişdir. Bundan sonra Sənangilin yanına gəlmiş və onlarla birlikdə yeyibiçmişlər. Həmin gün Göyçaya qayıtmışlar. 2018-ci ilin iyul ayının ortalarında saat 21 radələrində Arazla görüşmüş və Araz onu idarə etdiyi «VAZ 2106» markalı avtomobillə Sənanın yaşadığı ünvana aparmışdır. Araz onu Sənanın avtomobilinin yaxınlığında düşürmüş və oradan uzaqlaşmışdır. Bundan sonra özndə olan dublikat açarla Sənanın avtomobilini açmış və işə salaraq oradan Göyçay rayonu Qaraməryəm kəndi istiqamətinə hərəkət etmişdir. Bığır kəndi ərazisinə çatdıqda avtomobilin yanacağı qurtarmışdır. O, Araza zəng edərək, avtomobilin yanacağının qurtardığını, sonuncuya yanacaq gətirməsini bildirmişdir. Araz işi olduğu üçün yanacağı gətirə bilməyəcəyini, lakin əmisi oğlu Bəxtiyarla yanacaq göndərəcəyini demişdir. Bir müddət sonra Bəxtiyar idarə etdiyi «Niva» markalı avtomobillə dayandığı əraziyə yanacaq gətirmiş, yanacağı avtomobilə tökərək işə salmışdır. Bundan sonra Bəxtiyardan xahiş etmişdir ki, idarə etdiyi «Mercedes Benz» markalı avtomobilin ətraf rayonların birində tanıdığı yaxınlarının həyətində bir neçə gün saxlanmasında köməklik göstərsin. Bəxtiyar onun xahişini nəzərə alaraq, avtomobili İsmayıllı rayonunda tanışı Möhübbət Osmanovun yaşadığı evin həyətində saxlaya bilməsini demişdir. O, «Mercedes Benz» markalı avtomobildə, Bəxtiyar isə idarə etdiyi «Niva» markalı avtomobillə İsmayıllı rayonuna, Möhübbətin yaşadığı ünvana getmişlər. O, Möhübbətə avtomobilin oğurluq olması barədə heç bir məlumat verməmişdir. «Mercedes Benz» markalı avtomobil Möhübbətin yaşadığı evin həyətinə yerləşdirildikdən sonra, avtomobilin dövlət qeydiyyat nişanlarını açmışdır. Bəxtiyarla birlikdə Göyçay rayonuna qayıtmışlar. Yolda söhbət zamanı Bəxtiyar ondan «Mercedes Benz» markalı avtomobilin kimə məxsus olduğunu soruşmuşdur. O, Bəxtiyara həmin avtomobilin Zərərçəkmiş şəxs məxsus olduğunu, Sənana hirsləndiyi üçün avtomobili qaçırdığını bildirmişdir. Bəxtiyar bunları bildikdən sonra, ondan həmin avtomobili sahibinə qaytarmasını tövsiyə etmişdir. O, Bəxtiyarla razılaşmamış, artıq iş-işdən keçdiyini demiş, avtomobili satmaqda köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra emalatxanasında olan başqa bir qəzalı vəziyyətdə olan «Mercedes» markalı avtomobilin ban nömrəsini qaynaq vasitəsilə kəsərək götürmüş və həmin avtomobilə məxsus **-BJ-*** qeydiyyat nişanı ilə birlikdə Göyçay şəhərində Bəxtiyara vermişdir. **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Göyçay şəhərində yaşayan Elxana məxsus olmuşdur. Elxan həmin avtomobillə qəza törətdiyi üçün öz avtomobilini ona 2.000 manat satmışdır. Avtomobili aldıqdan sonra Elxandan həmin avtomobilin idarə olunması üçün Təqsirləndirilən şəxs2 adına baş etibarnamə almışdır. Bəxtiyar həmin qeydiyyat nişanını Sənanın avtomobilinə bağlayaraq həmin avtomobili Möhübbətin həyətindən öz həyətinə gətirmişdir. Bəxtiyar həyətində Sənanın avtomobilinin ban nömrəsini qaynaq vasitəsi ilə sökərək yerinə onun verdiyi ban nömrəsini yerləşdirmişdir. Danışığa əsasən avtomobilin qeydiyyat nişanı və ban nömrəsi dəyişildikdən sonra Bəxtiyar həmin avtomobili Sumqayıt şəhərində yerləşən avtomobil bazarında sataraq pulunu ona verməli idi. Bundan sonra Bəxtiyar həmin avtomobili Ağsu şəhərinə aparmış, Orxan adlı şəxsin adına rəsmiləşdirmiş və bunun müqabilində Orxana 100 manat pul vermişdir. Bəxtiyar avtomobilin qeydiyyat nişanını dəyişərək **-BG-*** qeydiyyat nişanı alıb avtomobilə bağlamışdır. Avtomobili Orxanın adına rəsmiləşdirdikdən sonra Orxan Bəxtiyara baş etibarnamə vermişdir. Bundan sonra onda olan məlumata görə Bəxtiyar həmin avtomobili Sumqayıt şəhərində yerləşən maşın bazarında Elxan adlı şəxsə 9.800 manata satmışdır. Lakin Bəxtiyar avtomobilin satışından aldığı pulu ehtiyacı olduğu üçün xərclədiyindən ona verə bilməmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Məhkəmədən himayəsində iki azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, qardaşı Nurlan Hacıyevin 44 günlük Vətən müharibəsi iştirakçısı olmasını, ailəyə yeganə qazanc gətirən olmasını, yaşayış yerindən müsbət xarakterizə olmasını nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs3 Fayiq oğlu məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 2018-ci ildə Ruslan ona tanışı Sənandan zəhləsi getdiyini və ondan açıq çıxmaq istədiyini, Sənanın ona borcu olduğunu və vermədiyini bildirmişdir. Ruslan ona Sənanın avtomobilinin açarlarının nüsxəsini çıxarıb sonradan onun avtomobilini oğurlamaq istədiyini bildirmişdir. 2018-ci ilin ortalarında Ruslan onu və Sənanı Mingəçevir şəhərinə dəvət etmiş, orada qonaqlıq verəcəyini bildirmişdir. X8 aparmaqda məqsədi onun avtomobilinin açarlarının nüsxəsini çıxarmaq olmuşdur. Onlar üçü Sənanın idarə etdiyi avtomobillə Mingəçevir şəhərinə getmiş, kafedə əyləşmişlər. Bu zaman Ruslan onlara yarım saatlıq işinin olduğunu söyləmiş və Sənandan avtomobilinin açarlarını istəmişdir. Sənan açarları verdikdən sonra Ruslan oradan uzaqlaşmış və təxminən yarım saatdan sonra geri qayıtmışdır. Bu zaman başa düşmüşdür ki, Ruslan Sənanın avtomobilinin açarlarının nüsxəsini çıxarmışdır. Orada yeyib içdikdən sonra yenidən Göyçaya qayıtmışlar. Sənan onları düşürmüşdür. Bundan sonra Ruslan cibindən açarları çıxararaq Sənanın avtomobilinin açarının surətini çıxardığını bildirmişdir. Bundan sonra onlar sağollaşmışlar. Bu hadisədən bir ay sonra Ruslan onu Zərərçəkmiş şəxs evlərinin yaxınlığına aparmasını istəmişdir. Ruslanı Sənangilin evinin yaxınlığına düşürmüşdür. Bir neçə dəqiqə sonra uzaqdan avtomobil səsini eşitmiş və başa düşmüşdür ki, Ruslan Sənanın avtomobilini qaçırıb. Həmin zaman qorxduğu üçün Sənanın evinə yaxın qonşuluqda olan “Arzu” adlı ev ustasını çağırmışdır ki, evində boyama işləri olacaqdır. Arzunu çağırmaqda məqsədi ona görə olmuşdur ki, Ruslanın həmin ərazidə oğurluq etməsindən xəbərinin olduğu bilinməsin. Ruslan Sənanın avtomobilini qaçırdıqdan sonra Göyçay rayonu Qaraməryəm kəndi istiqamətinə aparmış, yolda yanacağı qurtarmışdır. Ruslan ona zəng edərək, Bığır kəndi ərazisində avtomobilin yanacağının qurtardığını bildirmiş, ondan yanacaq gətirməsini xahiş etmişdir. O, işi olduğu üçün yanacaq gətirə bilməyəcəyini, lakin əmisi oğlu Bəxtiyardasn həmin yerə yanacaq gətirməsini xahiş edəcəyini demişdir. Bundan sonra Bəxtiyara zəng etmiş, Ruslanın Bığır kəndi ərazisində avtomobilinin yanacağının qurtardığını bildirmiş və ona yanacaq aparmasını xahiş etmişdir. Bəxtiyar razılaşmış, onun xahişi əsasında Ruslana idarə etdiyi «Niva» markalı avtomobillə yanacaq aparmışdır. Hadisədən bir gün sonra Sənan ondan və Ruslandan şübhələndiyi üçün barələrində polisə şikayət etmişdir. Ruslan və o, Göyçay RPŞ-yə dəvət edilmişdir. O, izahatında Ruslan ilə həmin gün birlikdə olmadığını və həmin yerə boya ustası çağırmaq üçün getdiyini demişdir. Ruslan isə izahatında həmin vaxt evdə olduğunu demişdir. Polis şöbəsində izahat verdikdən sonra, Ruslanla söhbət əsnasında bilmişdir ki, sonuncu maşını qaçırdıqdan sonra, Bəxtiyardan xahiş etmişdir ki, maşını ətraf rayonların birində gizlətməkdə ona köməklik etsin. Bəxtiyar onun xahişi əsasında avtomobili İsmayıllı rayonunda yaşayan tanışı Möhübbət Osmanovun yaşadığı evin həyətinə qoymuşdur. Törətdiyi əməldən peşmandır. Zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Məhkəmədən himayəsində iki azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, ailəyə yeganə qazanc gətirən olmasını, xəstəliyini, yaşayış yerindən müsbət xarakterizə olmasını nəzərə alaraq, ona Azərbaycan Respublikası CMnin 177.2.4-cü maddəsində nəzərdə tutulan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilmədi və göstərdi ki, 2018-ci ilin iyul ayında, dəqiq xatırlamadığı bir gündə axşam saatlarında əmisi oğlu Araz Abdurəhmanov ona zəng edərək, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin yanacağının qurtardığını, Bığır kəndi ərazisində yanacaq gözlədiyini deyərək, ondan sonuncuya yanacaq aparmasını xahiş etmişdir. O da, idarə etdiyi «Niva» markalı avtomobillə iki litr yanacaq alaraq Bığır kəndi ərazisinə Ruslanın dayandığı yerə getmişdir. Həmin yerə çataraq, apardığı yanacağı «Mercedes» markalı avtomobilin yanacaq çətinə tökmüşdür. Ruslan ondan yaxın rayonlarda avtomobili bir neçə gün həyətində saxlaya bilən tanışının olub-olmadığını soruşmuşdur. O, İsmayıllı rayonunda Möhübbət adlı tanışı olduğunu, həmin şəxsin yaşadığı evin həyətində avtomobili saxlaya bilmələrini demişdir. Bundan sonra, Ruslan «Mercedes» markalı avtomobillə, o isə özünün «Niva» markalı avtomobili ilə İsmayıllı rayonuna, Möhübbətin yaşadığı ünvana getmişlər. Avtomobili Möhübbətin yaşadığı evin həyətində saxlamışlar. Ruslan orada avtomobilin qeydiyyat nişanlarını açmışdır. Ruslan onun «Niva» markalı avtomobilinə əyləşmiş və Göyçay rayonuna qayıtmışlar. Yolda Ruslandan «Mercedes» markalı avtomobilin kimə məxsus olduğunu soruşmuşdur. Ruslan ona avtomobilin Zərərçəkmiş şəxs məxsus olduğunu, həmin avtomobili Sənana hirsli olduğu üçün qaçırdığını bildirmişdir. O, bunları bildikdən sonra, Ruslandan həmin avtomobili sahibinə qaytarmasını tövsiyə etmişdir. Ruslan onunla razılaşmamış, artıq işin işdən keçdiyini demiş, avtomobili satmaqda köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra Ruslan emalatxanasında olan başqa bir qəzalı vəziyyətdə olan «Mercedes» markalı avtomobilin ban nömrəsini qaynaq vasitəsilə kəsərək götürmüş və həmin avtomobilə məxsus **-BJ-*** qeydiyyat nişanı ilə birlikdə Göyçay şəhərində ona vermişdir. **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Göyçay şəhərində yaşayan Elxana məxsus olmuşdur. Elxan həmin avtomobillə qəza törətdiyi üçün öz avtomobilini Ruslana 2.000 manat satmışdır. Ruslan avtomobili aldıqdan sonra Elxandan həmin avtomobilin idarə olunması üçün onun adına baş etibarnamə almışdır. O, həmin qeydiyyat nişanını Sənanın avtomobilinə bağlayaraq həmin avtomobili Möhübbətin həyətindən öz həyətinə gətirmişdir. O, həyətində Sənanın avtomobilinin ban nömrəsini qaynaq vasitəsi ilə sökərək yerinə Ruslanın verdiyi ban nömrəsini yerləşdirmişdir. Danışığa əsasən avtomobilin qeydiyyat nişanı və ban nömrəsi dəyişildikdən sonra o, həmin avtomobili Sumqayıt şəhərində yerləşən avtomobil bazarında sataraq pulunu Ruslana verməli idi. Bundan sonra o, həmin avtomobili Ağsu şəhərinə aparmış, Orxan adlı şəxsin adına rəsmiləşdirmiş və bunun müqabilində Orxana 100 manat pul vermişdir. O, avtomobilin qeydiyyat nişanını dəyişərək **-BG-*** qeydiyyat nişanı alıb avtomobilə bağlamışdır. Avtomobili Orxanın adına rəsmiləşdirdikdən sonra Orxan ona baş etibarnamə vermişdir. Bundan sonra o, həmin avtomobili Sumqayıt şəhərində yerləşən maşın bazarında Elxan adlı şəxsə 9.800 manata satmışdır. Lakin avtomobilin satışından aldığı pulu ehtiyacı olduğu üçün xərclədiyindən Ruslana verə bilməmişdir. Məhkəmədən əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 194.1-ci madəsinə tövsif edilməsini, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona münasibətdə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, 2018-ci ilin aprel ayının 16-da dostu Təqsirləndirilən şəxs1lə Mingəçevir şəhərinə getmək qərarına gəlmişlər. Yola düşərkən Təqsirləndirilən şəxs1 Arazı da özü ilə götürmüş, onlar Mingəçevir şəhər istiqamətinə hərəkət etmişlər. Mingəçevir şəhərində yeməkxanalardan birinə getmiş, yemək sifariş vermişlər. Həmin ərəfədə Ruslan tanışı olan bir xanımla görüşü olduğu üçün avtomobilini yarım saatlıq ona verməsini bildirmiş, o da, mülkiyyətində olan «Mercedes Benz E 240» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Ruslana vermiş və sonuncu avtomobili idarə edib getmişdir. Ruslan qayıtmış, bir neçə dəqiqə yeməkxanada oturduqdan sonra avtomobilə əyləşərək rayona qayıtmışlar. Rayona qayıtdıqdan sonra avtomobilini evinin qarşısında saxlayıb, evinə girmişdir. 20 may 2018-ci il tarixdə təxminən saat 24 radələrində avtomobilini həyətin giriş qapısının önündən oğurlamışlar. Hadisənin konkret olaraq kim tərəfindən törədilməsini bilməmişdir. Lakin avtomobil oğurlanmazdan əvvəl atası Albert Nağıyev həyətin giriş qapısının yaxınlığında Arazın olduğunu görmüşdür. Buna görə də düşünmüşdür ki, onlar Mingəçevir şəhərində olduqları zaman Ruslan ondan avtomobilini alıb gedərkən ola bilər hansısa bir ustada avtomobilinin açarının surətini çıxardaraq Araza vermişdir. Hadisə baş verdiyi ərəfədə Arazın da yaşadığı küçədə olması onda şübhə yaratmışdır ki, avtomobilinin oğurlanmasında Arazın və Ruslanın xəbəri var. Bundan sonra atası Albert Nağıyev DİNnin 102 xidmətinə məlumat vermişdir. Lakin Araz və Ruslan törətdikləri cinayəti etiraf etməmişlər. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər barəsində heç bir şikayət və tələbi olmadığını bildirmişdir. İş üzrə şahid qismində ifadə vermiş X6 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 2015ci ildən qohumu Əliheydər vasitəsi ilə tanımışdır. 2018-ci ilin may ayında Bəxtiyar ona zəng edərək harada olduğunu soruşmuş, Bəxtiyara hazırda evdə olduğunu bildirmişdir. Bundan bir müddət sonra Bəxtiyar idarə etdiyi «Niva» markalı avtomobillə onun evinə gəlmişdir. Bundan əlavə Bəxtiyarla birlikdə başqa bir nəfər şəxs də «Mercedes Benz E- 280» markalı avtomobillə gəlmişdir. Həmin avtomobilin qeydiyyat nişanını hazırda xatırlamır, həmin «Mercedes» markalı avtomobilin fara işıqları tez-tez yanıb-sönmüşdür. Bəxtiyardan avtomobilə nə olduğunu soruşduqda Bəxtiyar avtomobili təzə aldığını və işıq sisteminin xarab olduğunu bildirmişdir. Bəxtiyar həmin avtomobilin bir gün onların həyətində qalmalı olduğunu və növbəti gün gəlib götürəcəyini bildirmişdir. Bəxtiyardan yanındakı adamın kim olduğunu soruşduqda Bəxtiyar həmin şəxsin həmkəndlisi Ruslan olduğunu bildirmişdir. Həmin gün Bəxtiyarla Ruslan getmiş və gətirdikləri avtomobil həyətdə qalmışdır. Növbəti gün onlar yenidən geri qayıtmış, avtomobili götürüb həyətdən getmişlər. Bundan sonra onun Bəxtiyar və Ruslanla heç bir əlaqəsi olmamışdır. Ruslanın və Bəxtiyarın onun həyətinə gətirdikləri avtomobilin kimə məxsus olmasından və oğurluq olmasından xəbəri olmamışdır. Cinayət işinə əlavə edilmiş 20 noyabr 2021-ci il tarixli «Sənədə baxış keçirilməsi barədə» protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, 016-66922-1221 nömrəli məktuba əlavə edilmiş sənədə baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: **-BJ-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə etibarnamə əsasında Təqsirləndirilən şəxs2 verilmiş, sonuncu həmin avtomobili xx.xx.2018-ci il tarixdə X4 adına rəsmiləşdirərək avtomobilin qeydiyyat nişanını **-BG-*** qeydiyyat nişanı ilə əvəz etmiş və Orxan Həsənzadə tərəfindən həmin tarixdə avtomobil etibarnamə əsasında Təqsirləndirilən şəxs2 verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 qeyd edilən nəqliyat vasitəsini X1. Sonrakı müddətdə avtomobil müxtəlif şəxslərə satılmış və avtomobilin sonuncu sahibinin Şahid3 olması müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə-kriminalistik və məhkəmə əmtəəşünaslıq ekspertizasının 22 noyabr 2021-ci il tarixli, 9/8278 3/1897 nömrəli rəyindən görünür ki, təqdim edilmiş «Mercedes-Benz E 240» markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin *WDB2100631A494169* ban nömrəsini bildirən hərf və rəqəmlər zavod üsulu ilə həkk olunmuşdur. Lakin ban nömrəsi həkk olunmuş metal lövhə sonradan qaynaq üsulu ilə dəyişdirilməsi istisna edilmir. Avtomobilin qabaq sol qapı dirəyinə yapışdırılmış birka isə əl üsulu ilə (kustar üsulla) yapışdırılmışdır, alın şüşəsinin alt hissəsində olan nömrə isə silinmişdir. -Təqdim edilmiş avtomobilin mühərrik nömrəsi aşkar edilmədi. -Təqdim edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd olunan ban nömrəsi həmin avtomobilin ban nömrəsi ilə eynilik təşkil edir. Respublikada yerləşən avtobazalarda mövcud olan qiymətlərə, internet saytı, məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1997-ci il buraxılışlı «Mercedes-Benz» markalı, **- TZ-*** dövlət qeydiyyat nişanlı, gümüşü metalik rəngli, mühərrik həcmi 2800 sm3 olan avtomobilin normal vəziyyətdə 2018-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 11000,0 manat, həmin avtomobilin 2021-ci il noyabr ayına normal vəziyyətdə orta bazar qiyməti təxminən 10000,0 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən X11 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəydirilərək, barəsində axtarış elan edilmiş və həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X11 xx.xx.2022-ci il tarixdə həbs edilmiş, xx.xx.2022-ci il tarixdə Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsin gətirilmişdir. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 134 saylı rəyindən görünür ki, X11 hal-hazırki psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükəli hesab edilmir. X5 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən X11 barəsində seçilmiş həbs qətimkan tədbiri, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X2 şəhəri Ə.Kərim küçəsi dalan 2, 20 saylı evdə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə, məhkəmə iclasında əldə edilən, qiymətləndirilən sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş, təqsirləndirilən şəxslərin əməllərinin cinayət qanunu ilə tövsifündə səhvə yol vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə, şəxsin təqsirli olmasına şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən əlamətlər kimi ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 2011-ci il 17 mart tarixli Qərarı). Məhkəmə iclasında əldə edilən, biri digərini təkzib etməyən sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxslə arasında yaranmış xoşagəlməz münasibətdən hiddətlənərək sonuncudan heyf çıxmaq üçün Zərərçəkmiş şəxs məxsus «Mercedes Benz E 240» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili oğurlamaq fikrinə düşmüşdür. Cinayət bölgüyə əsasən Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Mingəçevir şəhərinə şam yeməyinə dəvət etməli, yeməkxanada oturarkən Ruslan Mingəçevir şəhərində tanışı ilə görüşə getmək adı ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili istəməli, Ruslan yeməkxanadan getdikdən sonra Araz Zərərçəkmiş şəxs söhbətlə və s. məşğul etməli, bu müddət ərzində isə Ruslan Mingəçevir şəhərində şəxsiyyəti məlum olmayan ustadan Sənana məxsus avtomobilin açarının dublikatını çıxartdırmalı, sonra yeməkxanaya qayıtmalı idi. Məqsədlərini həyata keçirmək üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 2018-ci ilin mart ayında Zərərçəkmiş şəxslə sonuncuya məxsus avtomobillə Mingəçevir şəhərinə getmiş, yeməkxanalardan birində yemək yeməyə oturmuş, Təqsirləndirilən şəxs1 tanışı ilə görüşüb yarım saatdan qayıdacağını bildirərək, Sənandan avtomobilin açarını verməsini xahiş edərək, yeməkxananı tərk etmiş, Araz isə öncədən planlaşdırdıqları kimi Sənanı yeməkxanada söhbət və sairlə diqqətini cəlb etmiş, Ruslan bundan istifadə edərək, Mingəçevir şəhərində olduğunu bildirdiyi ustanın yanına gedərək, Sənana məxsus avtomobilin açarının dublikatını hazırlatmış, bundan sonra yeməkxanaya, Sənan və Arazın yanına qayıtmışdır. Sonra onlar birlikdə Sənanın avtomobili ilə Göyçay rayonuna qayıtmışlar. Açarın dublikatı hazırlanan vaxtdan uzun müddət keçdikdən sonra, 20 may 2018-ci il tarixdə axşam saatlarında Ruslan Araza zəng edərək, onu Sənanın yaşadığı evin qarşısına aparmasını xahiş etmiş, Araz özünə məxsus avtomobillə Ruslanı Sənanın yaşadığı evin qarşısına düşürmüş, özü ondan şübhələnməsinlər deyə Sənanın qonşuluğunda yaşayan Araz adlı ustanı səsləyərək, evlərində boya işlərinin aparılacağını və zərurat olarsa Araza müraciət edəcəyini bilidirmişdir. Araz həmin ərazidən uzaqlaşarkən avtomobil səsi eşitmiş və güman etmişdir ki, Ruslan artıq Sənana məxsus avtomobili qaçırmışdır. Bir neçə dəqiqə keçdikdən sonra Ruslan Araza zəng edərək, avtomobilin yanacağının qurtardığını bildirərək, Arazdan dayandığı Bığır kəndi ərazisinə (Bığır başı adlanan yerə) yanacaq gətirməsini xahiş etmişdir. Araz işi olduğundan gələ bilməyəcəyini, əmisi oğlu Bəxtiyardan həmin əraziyə yanacaq gətirməsini xahiş edəcəyini demişdir. Araz əmisi oğlu Bəxtiyara zəng edərək, Ruslanın avtomobillə Bığır başında olduğunu, yanacağının qurtatdığını deyərək, həmin yerə yanacaq aparmasını xahiş etmişdir. Bəxtiyar Arazın xahişinə əsasən Ruslanın dayandığı əraziyə yanacaq apararaq, sonuncuya vermiş, Ruslan həmin yanacağı Sənanın avtomobilinin yanacaq çəninə tökmüşdür. Ruslan bundan sonra Bəxtiyara müraciət edərək, idarə etdiyi avtomobili bir neçə gün saxlamaq üçün yaxın rayonların birində tanışının olub-olmadığı ilə maraqlanmış, Bəxtiyar İsmayıllı rayonunda Möhübbət adlı tanışının olduğunu, avtomobili sonuncunun yaşadığı evin həyətində bir neçə gün saxlaya biləcəklərini demişdir. Ruslan Sənanın avtobili, Bəxtiyar isə idarə etdiyi “Niva” markalı avtomobillə İsmayıllı rayonuna, Möhübbət adlı şəxsin yaşadığı evə gəlmiş, Ruslan Sənana məxsus avtomobili həyətdə saxlayaraq, dövlət qeydiyyat nişanlarını açmış, sonra Bəxtiyara məxsus “Niva” markalı avtomobillə Göyçay rayonuna doğru hərəkət etmişlər. Yolda söhbət əsnasında Bəxtiyar Ruslandan avtomobilin kimə məxsus olmasını soruşmuş, sonuncu avtomobilin Sənana məxsus olduğunu, Sənana qarşı aralarındakı narazılıqla bağlı hirsli olduğunu, bu səbəbdən avtomobili qaçırdığını bildirmişdir. Yalnız həmin vaxt avtomobilin qaçırıldığını öyrənən Bəxtiyar Ruslanı fikrindən daşındırmağa çalışsa da, Ruslan artıq gec olduğunu bildirmişdir. Bundan sonra, Ruslan Bəxtiyardan xahiş etmişdir ki, oğurladığı avtomobili satmaqda ona köməklik etsin. Bəxtiyar Ruslanın təklifini qəbul etmiş, oğurlanmış avtomobilin ban nömrəsini dəyişərək, başqa bir avtomobilə məxsus olan, Ruslanın ona verdiyi ban nömrəsini Sənanın avtomobilinə qaynaqla birləşdirmiş, rəngini dəyişərək satışa hazırlamışlar. Təqsirləndirilən şəxs2 ona verilmiş etibarnamə əsasında oğurlanmış avtomobili Ağsu rayonunda başqa bir şəxsin adına rəsmiləşdirmiş və Sumqayıt şəhərində yerləşən maşın bazarında 9.800 manata satmış, əldə edilmiş pulu Ruslana verməli olduğu halda, şəxsi ehtiyacları üçün xərcləmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 nömrəli Qərarının 9-cu bəndinə əsasən özgə əmlakının talanmasında təşkilatçı, təhrikçi və ya köməkçi bilavasitə iştirak etməyibsə, cinayətin icraçısı tərəfindən törədilən əməl cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edilə bilməz. Belə halda, CM-nin 33.3-cü maddəsinə müvafiq olaraq, cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Adətən iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsində ən azı iki şəxsin iştirakı kifayətdir. Lakin bir sıra hallarda iştirakçılıq əlaməti cinayətin iştirakçılarının əhəmiyyətli sayda mövcud olmasını tələb edir. Məsələn, cinayətkar birlik (təşkilat) yaratma, kütləvi iğtişaşlar, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma kimi cinayət tərkibləri (Cinayət Məcəlləsinin 218, 220 və 279-cu maddələri). Həmçinin qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 19-cu maddəsinə müvafiq olaraq bu Məcəllə ilə müəyyən edilmiş yaş həddinə çatmış və anlaqlı olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edildiyindən, yaş həddinə çatmadığına və ya anlaqlı olmadığına görə cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsin iştirakı ilə cinayət əməlinin törədilməsi iştirakçılıq kimi tövsif edilə bilməz. Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Nəzərə alınmalıdır ki, iştirakçılıqla törədilən cinayətlərin əksəriyyəti aktiv hərəkətlərlə həyata keçirildiyi kimi, hərəkətsizliklə də baş verə bilər (məsələn, mühafizə xidmətinin əməkdaşının cinayətkarlarla əvvəlcədən sövdələşərək mühafizə olunan obyekti bilərəkdən tərk edib maddi dəyərlərin talan edilməsinə şərait yaratdığı hal); - bir iştirakçının hərəkətinin icraçının hərəkəti üçün şərait yaratdığı hal təhrikçi, təşkilatçı və köməkçinin (mürəkkəb iştirakçılıq) hərəkətlərini ehtiva edir və heç bir halda birgə icraçılıq kimi tövsif edilə bilməz. Məsələn, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə müvafiq olaraq köməkçi formada iştirakçı kimi qiymətləndirilməlidir. İşin hallarından göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 baş vermiş cinayət hadisəsində bilavasitə iştirak etməmişdir. Təqsirləndirilən şəxs3 yalnız zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Ruslanın hərəkətlərindən şübhələnməməsi üçün Sənanın söhbətlə və s. hərəkətlərlə başını qatmış, bununla da Təqsirləndirilən şəxs1 cinayət niyyətini həyata keçirməkdə yarana biləcək maneələri aradan qaldırmaqla, sonuncuya köməklik etmişdir. Eyni zamanda digər Təqsirləndirilən şəxs2 da cinayətin izinin itirilməsi məqsədi ilə avtomobilin ban nömrəsini və rəngini dəyişmiş, başqa şəxsin adına rəsmiləşdirərək satmış, bu hərəkətləri ilə təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs1 köməklik göstərmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələrindən, həmin Məcəllənin 177.2.4-cü maddəsinə, Təqsirləndirilən şəxs3 Fayiq oğlunun əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələrindən, həmin Məcəllənin 32.5, 177.2.4-cü maddəsinə, eyni zamanda Təqsirləndirilən şəxs2 da əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələrindən, həmin Məcəllənin 32.5, 177.2.4-cü maddəsinə tövsif edilməli və onlar həmin maddələr üzrə təqsirli bilinib, cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, himayəsində iki azyaşlı uşağın olmasını, cəzasını yüngülləşdirən hallar kimi, eləcədə cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi, eləcədə cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 Fayiq oğluna cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmamış uşağın olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi, eləcədə cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 həbsdə saxlandığı cəmi 8 ay 6 gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. X11 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Fayiq oğlundan müştərək qaydada iş üzrə məhkəmə xərci olan 100 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan Mersedez Benz E 240” markalı avtomobil Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, 016-66922-1221 nömrəli məktuba əlavə edilmiş sənəd cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Fayiq oğlu Azərbaycan Respublikası CM-nin 32.5 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 Fayiq oğlunun həbsdə saxlandığı 8 ay 6 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından 01 ay 04 ay 12 gün çıxılaraq, üzərində qəti olaraq 01 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 Fayiq oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 Fayiq oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 Fayiq oğlu barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Fayiq oğlundan müştərək qaydada iş üzrə məhkəmə xərci olan 100 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. İş üzrə maddi sübut olan Mersedez Benz E 240” markalı avtomobil Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, 016-66922-1221 nömrəli məktuba əlavə edilmiş sənəd cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar