Məhkəmə qərarları › İş №1(046)-2/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-2/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-2/2025 04.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçisi Müdafiəçi2 iştiraki ilə, xx.xx.1988-ci il tarixdə Qəbələ rayonu Soltannuxa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Qəbələ rayonu Soltannuxa kəndində qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ona görə ittiham elan edilmişdir ki, o, öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda özgə əmlakını mənimsəməklə talamışdır. Belə ki, o, 04 yanvar 2021-ci il tarixdən 26 mart 2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC-nin Göyçay filialının Göyçay, Ucar, Kürdəmir və Zərdab bölgəsinin satış üzrə nümayəndəsi vəzifəsində işləyərkən Zərərçəkmiş şəxs MMC ilə arasında bağlanmış 19 iyun 2020-ci il tarixli əmək müqaviləsinə və eyni tarixli vəzifə təlimatına əsasən satışın təşkili, satış məntəqələrində olan maddi vəsaitə nəzarət edilməsi, inventarlar üzrə qalığın çıxarılması və sair xidmətlərin göstərilməsi üçün ona etibar olunan əmlakın satışını təşkil edərək müştərilərdən aldığı sifarişlər əsasında Zərərçəkmiş şəxs MMC tərəfindən ona təhkim olunmuş Lenovo markalı, İMEİ- **********38560 nömrəli terminal ilə elektron formada yazdığı faktura əsasında mal sifariş vermək, satılmış mallara görə müştərilərdən aldığı pulları tam şəkildə, vaxtında şirkətin xəzinəsinə ödəmək və digər səlahiyyətlərə malik şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə və talama məqsədilə 04 yanvar 2021-ci il tarixdən 26 mart 2022-ci il tarixədək ona təhkim olunmuş terminal ilə müxtəlif markalı qeyri-qida məhsullarını şəxsən sifariş verərək nəticədə sifariş verilən mallar üzrə onların satışından əldə etməli olduğu cəmi 134.141,44 manat puldan MMC-nın Göyçay şəhərində yerləşən filialının anbarına 9.847,72 manat dəyərində mal qaytarmış, satış nöqtələrində 19.781,75 manat məbləğində mal qalmış, MMC-nın Göyçay şəhərində yerləşən filialının xəzinəsinə 92.280,40 manat ödəmiş, audit yoxlaması zamanı çatışmazlıq olması kimi göstərilən «Kürdəmir Nur M/T» kimi qeyd olunmuş mağazanın 25,48 manat pul satış nöqtəsinə borc qalığı kimi qalması müəyyən edilmiş, bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə məxsus cəmi 12.206,09 manat məbləğində pulu Zərərçəkmiş şəxs MMC-nin Göyçay şəhərində yerləşən Göyçay filialının xəzinəsinə qəsdən təhvil verməyərək ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid niyyətlə mənimsəməklə talamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-də satış nümayəndəsi kimi işə başlamış, ona təhkim olunmuş post terminalla Online qaydasında sifariş əsasında dayışıyıcı vasitə ilə Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarında yerləşən satış nöqtələrinə qeyri-qida mallarının satışını həyata keçirmişdir. Bəzi hallarda satış nöqtələrindən verilmiş mallara görə ödənişləri özü, qalan hallarda isə malı gətirib həmin satış nöqtələrinə təhvil verən sürücülər götürmüşlər. Ona təhvil verilən həmin pul vəsaitlərini ofisə təhvil vermişdir. Dövri olaraq satış nöqtələrinə gedərək özünə təhkim edilmiş post-terminal vasitəsi ilə verilən sifarişləri sistemə daxil etmişdir. Verilmiş sifariş MMC-nın kompüter məlumatlarında əks olunmuş, həmin məlumata əsasən qəbul olunmuş sifarişlər sifarişçi satış nöqtələrinə təhvil verilmişdir. Malları sıfarişçilərə sürücülər çatdırmışlar və qaimə-fakturalara imza etdirməklə təhvil vermişlər. Sifarişlər şirkətin Göyçay şəhəri Peşə liseyinin yaxınlığında yerləşən anbarından götürülərək sürücülər tərəfindən satış nöqtələrinə çatdırılmışdır. Sifarişlər verilərkən kampaniyaya düşən məhsullar olmuş, ticarət-satış nöqtələrinə şirkətdə rəsmi göstərilən məbləğdən ucuz qiymətə təqdim olunmuşdur. Belə ki, kampaniyaya düşən malları satış nöqtəsi müyyən saydan çox götürdükdə, eyni mal çeşidindən müəyyən qədəri daha ucuz qiymətə satış nöqtələrinə verilmişdir. Digər tərəfdən, vaxtı keçmiş və istifadəyə yararsız məhsullar satış nöqtələri tərəfindən geri qaytarılmışdır. 2022-ci ilin mart ayının sonlarında işdən çıxmış, işdən çıxması və bunun səbəbləri barədə MMC-ya məlumat vermişdir. Belə ki, iş rejimi çətin olmuş, onun özünə aid olmayan, vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar xırda xərcləri nəzərə alınmamışdır. Qəbələdə yaşamaqla, əksər hallarda yollarda olması, Qəbələ rayonundan uzaqda yerləşən rayonların ərazisində fəaliyyət göstərərk geri qayıtması çox çətin olmuşdur. Bundan sonra şirkət tərəfindən audit yoxlaması həyata keçirilmişdir. Audit yoxlaması keçirilən zaman onun iştirakı təmin edilməmiş, eləcə də ona audit keçirilməsi barədə məlumat verilməmişdir. Audit yoxlaması zamanı MMC tərəfindən belə müəyyən olunmuşdur ki, onun və sürücülərin şirkətə təhvil verdikləri pul vəsaiti ilə, onun işlədiyi dönəmdə satış nöqtələrinə çatdırılan malların dəyəri arasında 12.231,57 manat fərq var. Sonradan bununla bağlı ofisə dəvət olunmuş və fərqin hansı səbəbdən yarandığı barədə ona suallar verilmiş, bildirmişdir ki, satılan malların ona təhvil verilən pullarını MMC-nın ofisinə təhvil vermişdir. Eləcə də, sürücülərə verilən pulların sonuncular tərəfindən şirkətə təhvil verilib-verilməməsindən məlumatı yoxdur. Bundan başqa, həmin məbləğin tərkibində kampaniyalar zamanı dükanlara ucuz satılıb, MMC-nın daxili bilgisayar məlumatlarında baha göstərilən mallar da var. Kampaniyaların nədə ifadə olunmasını izah edərək bildirir ki, məsələn bir satış nöqtəsi eyni mal çeşidindən 5 qutu alarkən 6-cı qutu hədiyyə şəklində verilirdi. Şərti olaraq 5 qutuda olan malın hər bir ədədinin dəyəri 10 qəpik idisə, 6-cı qutu pulsuz verilərkən, satış nöqtəsinə verilən cəmi malların dəyəri 1 ədədi üçün 9 qəpik təşkil edirdi. Faktiki olaraq mallar satış nöqtəsinə şərti olaraq 9 qəpiyə verildiyi halda, MMC-nın kompüter baza məlumatlarında malın qiyməti şərti olaraq 10 qəpik qalırdı. Ona görə də, dövriyyə çox olduğundan, kampaniyalar vaxtı bu səbəbdən yaranan fərq əhəmiyyətli rəqəm ola bilər. Bunlardan başqa, satış nöqtələrində malların tam siyahısını götürərək bu məlumatları xüsusi proqram təminatı vasitəsi ilə ofisə ötürsə də, bəzi hallarda anbarda mal olmaması səbəbindən, çatdırılmaya cavabdeh olan sürücülər sityahı üzrə malların hamısını deyil, bir qismini sifarişçilərə çatdırmışlar. Bu kimi hallarda, sürücü ilə sifarişçi malları təhvil-təslim edərkən, siyahıda adı olan, lakin faktiki olaraq çatdırılmamış malların üzərindən xətt çəkilirdi. Həmin siyahıların aqibətinin necə olduğunu, eləcə də hesabatın hansı qaydada aparılmasını, MMC-nın məlumat bazasına işlənib-işlənmədiyi barədə məlumatı yoxdur. Vəzifəsini yerinə yetirməklə əlaqədar olaraq xırda məbləğləri ona təhvil verilən puldan götürmüş, bu barədə MMC-ya məlumat vermiş və şirkət həmin məbləğləri yoxlayaraq onun əmək haqqından tutmuşdur. İşlədiyi dövr ərzində işini yerinə yetirməklə əlaqədar ortaya çıxan gözlənilməz xırda xərcləri qarşılamaq üçün satış nöqtələrindən təhvil aldığı pulun üstündən götürdüyü məbləğ cüzi məbləğ təşkil edir, yuxarıda qeyd etdiyi kimi həmin məbləğlər onun əmək haqqından tutulmuşdur. Fəaliyyət göstərdiyi ərazilər Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonları olmuşdur. İşdən çıxmasına səbəb yuxarıda qeyd etdiyi kimi, iş rejiminin ağır olması ilə bağlı olmuşdur, ona Qəbələ rayonundan çıxıb sadaladığı rayonlara gedib fəaliyyət göstərib qayıtmaq çətin və yorucu olmuş, əmək haqqı gördüyü iş həcminə uyğun olmamış, yol xərci və s. məsrəflər çox olmuş, həmin xərclər şirkət tərəfindən ödənilməmişdir. Bu səbəbdən işdən çıxmaq qərarına gəlmişdir. İş yorucu və çətin olduğundan, işdən çıxıb daha məqbul iş axtarmaq istəmişdir. Satış nöqtələrində işləyən şəxslərin hamısı ilə üzləşməyə hazırdır. MMC-yə məxsus olan hər hansı məbləğdə pul mənimsəməmiş, başqa qaydada faydalanmamış və işini düzgün görmüşdür. Hətta şirkətin mallarının satış nöqtələri artsın, dövriyyə çoxalsın deyə, xırda sifariş verən şəxslərdən belə sifariş götürmüş, yeni sifarişçilər axtarmağa, malları reklam edib yeni alıcılar tapmağa çalışmışdır. İbtidai istintaq vaxtı maddi zərər kimi göstərilən məbləğin bir hissəsini o yox, valideynləri ondan xəbərsiz olaraq ödəmişlər. Belə ki, valideynləri hər dəfə onun taleyi ilə bağlı maraqlandıqda, müstəntiq onlara bildirmişdir ki, maddi zərəri ödəməyəcəkləri təqdirdə onun barəsində həbs qətimkan tədbiri seçiləcək və daha sərt şərtlərlə üzləşməli olacaq. Bu səbəbdən, valideynləri onun heç bir günahı olmadan tutulub, azadlığı əlindən alınmasın deyə zərər kimi göstərilən məbləğin bir hissəsini ödəmişlər. Hesab edir ki, həmin məbləğ valideynlərinə geri qaytarılmalıdır. Belə ki, valideynləri ona görə hər hansı cavabdehlik daşıya bilməzlər, ittiham olunduğu cinayət əməlini törətməmişdir və heç bir halda maddi məsuliyyət daşıya bilməz. Maddi ziyan kimi göstərilən məbləğin bir hissəsinin valideynləri tərəfindən ödənilməsi onun təqsirliliyini sübut etmir, bu cür sübut kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən özünü tamamilə təqsirsiz hesab edir. Bu səbəbdən, barəsində ittiham olunduğu - Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə bəraət hökmünün çıxarılmasını xahiş etdi. Zərər çəkmiş şəxsin nümayəndəsi Şahid2 iştirak etdiyi məhkəmə iclaslarında ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi tərəfindən verilmiş göstərişə əsasən 2022-ci ilin mart ayının 05-dən mart ayının 29-dək, həmin filialda satış nümayəndəsi işləmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-xx.xx.2022-ci il tarixədək olan işlədiyi dövrün auditi aparılmışdır. Təqsirləndirilən şəxs satış nümayəndəsi kimi Zərərçəkmiş şəxs MMC-yə məxsus olan qida məhsullarını satmaq üçün müxtəlif mağazalardan sifariş qəbul etməklə və mağazalara verilmiş məhsulların qarşılığında pulların yığılması ilə məşğul olmuşdur. Mağazalar şirkətdən mal almamışdan əvvəl alacaqları malları satış nümayəndəsinə sifariş vermişlər. Satış nümayəndəsi isə qəbul etdiyi sifariş barədə post terminal vasitəsiylə filialın anbarına məlumat vermişdir. Operator isə sifarişi qəbul edib, sifariş üzrə göstərilmiş malların anbardan buraxılması üçün qaiməfaktura tərtib etmişdir. Həmin faktura əsasında anbardan satış nümayəndəsinin sifariş etdiyi mallar buraxılmışdır. Həmin malları sürücü mağazalara çatdırmışdır. Satış nümayəndəsi isə malın paylanmasında iştirak etməmiş, lakin düzgün paylanmasına nəzarət etmişdir. Mal sifarişi verən mağazaya çatdırıldıqdan sonra mah mağazaya sürücü təhvil vermişdir. Həmin malların pulu isə satış nümayəndəsi tərəfindən yığılmışdır. Hər dəfə mağazalardan ödəniş olduqca ekspeditor bu barədə post terminal vasitəsiylə həmin məbləği müştərinin adından şirkətin kassasına köçürmüşdür. Təqsirləndirilən şəxs Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarında olan satış nöqtələrinə malları paylamaqla məşğul olmuşdur. xx.xx.2022-xx.xx.2022-il tarixlərdə Zərərçəkmiş şəxs MMC-nin Göyçay rayon filialında şirkətin maliyyə-uçot şöbəsinin hazırladığı akt vasitəsi ilə yoxlamalar aparılmışdır. Auditor yoxlaması həyata keçirilməzdən əvvəl ərazinin müəyyən edilməsi və satış nümayəndəsinin mağazalarda olan uyğunsuzluqları qeyd etməsi üçün Təqsirləndirilən şəxs keçirilən yoxalamada iştirak etmək üçün çağırılmışdır. Lakin, Təqsirləndirilən şəxs Göyçay və Ucar rayonlarından keçirilən yoxlamada iştirak etsə də, Zərdab və Kürdəmir rayonlarında aparılan yoxlamada iştirak etmək üçün gəlməmiş və akta imza çəkməmişdir. Aparılmış yoxlama nəticəsində məlum olmuşdur ki, qeyd edilən dövr üzrə Təqsirləndirilən şəxs tərəfindən satış nöqtərlərinə 134.141,44 manat məbləğində mal verilmiş, həmin maldan 9.847,72 manatı geri qaytarılmış, 92.280.40 manat məbləğində pul isə şirkətin kassasına ödənilmişdir. Satış nöqtələrində faktiki olaraq 32.013,32 manat məbləğində mal olmuş, yoxlama zamanı müştərilərdə 19.781,75 manat məbləğində mal olmuşdur. Yerdə qalan 12.231,57 manat pul isə kəsir kimi müəyyən edilmiş, yəni Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin Göyçay rayonunda yerləşən filialının anbarından qida və qeyri-qida məhsulları götürüb, onların satışını həyata keçirmişdir. Sonuncu ekspeditor kimi, mağazalardan sifarişi qəbul edib, post terminal vasitəsi ilə anbarda olan operatora məlumat vermiş, şirkətdə operator sifarişi qəbul edib regional filialın anbarına malın çıxarılması üçün razılıq vermişdir. Anbardar isə həmin fakturalarla qeyd edilən malları ekspeditorun sürücüsünə təhvil vermiş, ekspeditor isə malın salamatlığına tam maddi məsul şəxs olmuşdur. Təqsirləndirilən şəxs şirkətə məxsus qeyri-qida məhsulları verilmiş, sonuncu isə həmin malları mağazalara payladığını göstərmişdir. Mağazalara payladığı malların müqabilində aldığı pulların bir hissəsini şirkətə verməmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldığı sifarişə uyğun olaraq anbarın operatoruna post-terminal vasitəsiylə məlumat vermiş, operator da həmin sifariş əsasında qaimə-faktura tərtib edərək qaimələrin bir surətini anbardara bir surətini isə ekspeditorun sürücüsünə vermişdir. Həmin qaimə-fakturalar şirkətin sistemində saxlanılmışdır. Təqsirləndirilən şəxs fəaliyyətini yoxlamamışdan əvvəl sistemdən onun borc siyahısını götürmüşlər. Borc siyahısında Rahimin mal verdiyi mağazaların ona nə qədər borclu olduqları görünmüşdür. Həmin siyahı əsasında bütün mağazaları gəzmişlər və mağazaların siyahıda göstərilən məbləğdə borclarının olmadığı Rahimin mağazadan aldığı pulu şirkətə ödəmədiyi məlum olmuşdur. Yoxlama zamanı Təqsirləndirilən şəxs işlədiyi dövrün xx.xx.2021-xx.xx.2022-ci ilə qədər olan dövrünü yoxlamışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də ekpeditor, yəni satış üzrə nümayəndə işlədiyi üçün anbardan ona birbaşa mal verilməmiş, mallar Təqsirləndirilən şəxs tərəfindən post-terminal vasitəsiylə sifariş edilmiş, lakin mallar sürücü tərəfindən qaimə-faktura əsasında mağazalara təhvil verilmişdir. Təqsirləndirilən şəxs rayon prokurorluğunda vermiş olduğu ifadəsində onun fəaliyyətində audit aktında göstərilən məbləğdə çatışmazlıq yaranmadığını, satmış olduğu malın pulundan az miqdarda götürdüyünü, belə ki, bu barədə Göyçay filialında satış müdiri işləyən Şahid1 məlumat verərək pul götürdüyünü, həmin pulun isə onun maaşından tutulduğunu bildirməsi ilə bağlı qeyd etmişdir ki, Təqsirləndirilən şəxs dedikləri doğru deyildir, belə ki, Təqsirləndirilən şəxs heç vaxt Şahid1 fəaliyyətində çatışmazlıq yaranması barədə məlumat verməmiş, belə hal olsa, Nuran mütləq şirkətə məlumat verərmiş. Təqsirləndirilən şəxs maaşından da qanunla nəzərdə tutulan tutulmalardan başqa hər hansı əlavə pul tutulmamışdır. Belə ki, Rahim əmək haqqını bank kartı ilə almışdır. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyanın ödənilməsini xahiş edir. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, 2019-cu ildən ‘Trion Trade” MMC-də baş mühasib işləmişdir. Baş mühasib kimi vəzifələrinə MMC-nın anbarına daxil olan və anbardan götürülən malların uçotunu aparmaq, malların satışına dair filiallardan ötürülən malların uçotunu aparmaq və s. aid olmuşdur. Təqsirləndirilən şəxs "xxxx" MMC-nın satış nümayəndəsi vəzifəsində işləmişdir. MMC-nin satış nümayəndəsi kimi sonuncu, dislokasiyasmda olan Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonları üzrə ticarət obyektlərindən sifarişləri aldıqdan sonra elektron ötürmə vasitəsi ilə MMC-nin anbarına ötürmüş və anbardan bu sifarişlərə əsasən satış fakturaları yazılmış, satış fakturaları satış nümayəndəsi, sürücü və müştəri tərəfindən imzalanmaqla, ticarət obyektlərində müştərilərə paylanılmış, satış pulları Təqsirləndirilən şəxs tərəfindən kassa ödənişləri əsasında MMC-nın kassasına təhvil verilmişdir. Satış fakturaları imzalandıqdan sonra onun bir nüsxəsi MMC-nin anbarında, 1 nüsxəsi sürücüdə, digər nüsxəsi isə malların təhvil edildiyi ticarət obyektinin müştərisində qalmışdır. Təqsirləndirilən şəxs müştərilərə satdığı mallara görə ödənişləri nağd və nisyə şəkildə yerinə yetirilmişdir. Təqsirləndirilən şəxs satılmış mallara görə MMC-nin mühasibatlığına mütəmadi hesabatlar verməli və satdığı malların dəyərini müştərilərdən aldığı gün MMC-yə təhvil verməli olduğu halda, maddi-məsul şəxs kimi satış məqsədilə cəmiyyətin anbarından götürdüyü və dislokasiyasında olan ticarət obyektlərinə təhvil verilən malların pulunu tam olaraq cəmiyyətə təhvil verməməməsi aparılan yoxlama zamanı müəyyən olunmuşdur. Belə ki, Zərərçəkmiş şəxs MMC-nın rəhbərliyi tərəfindən verilmiş göstərişə əsasən 2022-ci ilin mart ayının 05-dən mart ayının 29-dək, həmin filialda satış nümayəndəsi işləmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-xx.xx.2022-ci il tarixədək olan işlədiyi dövrün audit aparılmışdır. Aparılmış yoxlama nəticəsində məlum olmuşdur ki, qeyd edilən dövr üzrə Təqsirləndirilən şəxs tərəfindən satış nöqtələrinə 134141.44 AZN manat məbləğində mal verilmiş, həmin maldan 9847.72 AZN manatı geri qaytarılmış, 92280.40 AZN manat məbləğində pul isə şirkətin kassasına ödənilmişdir. Satış nöqtələrində faktiki olaraq 32013.32 AZN manat məbləğində mal olmuş, yoxlama zamanı müştərilərdə 19781.75 AZN manat məbləğində mal olmuşdur. Yerdə qalan 12231.57 AZN manat pul isə kəsr kimi müəyyən edilmiş, yəni Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmişdir. Belə ki, satış nümayəndələri, o cümlədən Təqsirləndirilən şəxs post-terminal vasitəsilə malları sifariş verdikdə, bununla bağlı uçot aparılmışdır. Həmin məlumatlar əsasında, tərəfindən üzləşmə aktı tərtib edilmişdir. Özü ərazidə aparılan yoxlamada iştirak etməmiş, yoxlamada bölgə müdiri Nümayəndə və filial müdiri Şahid1 iştirak etmişlər. Həmin aktla tanış olduqdan sonra isə, Təqsirləndirilən şəxs fəaliyyətində 12231.57 AZN çatışmazlıq olmasını görmüş və həmin aktı imzalamışdır. Aparılmış audit yoxlaması zamanı tərtib edilmiş üzləşmə aktı ilə tanış olmuşdur. Qeyd olunan mal qalığının pul ifadəsində əskik gəlməsinin aşkar olunmasına dair aktın sonunda, komissiya üzvləri yazılan hissə də 1-ci sırada “Şahid3” adının qarşısındakı imza ona məxsus olmuşdur. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nm Göyçay rayonunda yerləşən filialın anbarından qeyriqida məhsulları götürmüş, onların satışını həyata keçirmişdir. Sonuncu ekspeditor kimi, mağazalardan sifarişi qəbul edib, post terminal vasitəsi ilə anbarda olan operatora məlumat vermiş, şirkətdə operator sifarişi qəbul edib regional filialın anbarına malın çıxarılması üçün razılıq vermiş, anbardar isə həmin fakturalarla qeyd edilən malları ekspeditorun sürücüsünə təhvil vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də ekpeditor (satış üzrə nümayəndə) işlədiyi üçün anbardan ona birbaşa mal verilməmişdir. Mallar Təqsirləndirilən şəxs tərəfindən post-terminal vasitəsiylə sifariş edilmiş, lakin mallar sürücü tərəfindən qaimə-faktura əsasında mağazalara təhvil verilmişdir. Təqsirləndirilən şəxs rayon prokurorluğunda vermiş olduğu ifadəsində onun fəaliyyətində audit aktında göstərilən məbləğdə çatışmazlıq yaranmadığını, satmış olduğu malın pulundan az miqdarda götürdüyünü, belə ki, bu barədə Göyçay filialında satış müdiri işləyən Şahid1 məlumat verərək pul götürdüyünü, həmin pulun isə onun maaşından tutulduğunu bildirməsi ilə bağlı qeyd etmişdir ki, Təqsirləndirilən şəxs dedikləri doğru deyildir, belə ki, Təqsirləndirilən şəxs maaşından da qanunla nəzərdə tutulan tutulmalardan başqa hər hansı əlavə pul tutulmamışdır. Belə ki, Rahim əmək haqqını bank kartı ilə almışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid38 göstərmişdir ki, Ucar şəhərində yerləşən “Elegant” market işlədir, marketdə qida və qeyri-qida məhsullarının satışı ilə məşqul olur. Marketdə olan qeyri-qida məhsullarının idxalı ilə əlaqədar olaraq 2020-2022ci illər ərzində Zərərçəkmiş şəxs MMC ilə əməkdaşlıq etmişdir. Təqsirləndirilən şəxs MMCnin nümayəndəsi kimi tanıyır, onunla nisyə-alqı satqı aparmışdır. 2022-ci ilin yaz aylarında Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi mağazaya gələrək Təqsirləndirilən şəxs nə qədər pul borclu olduğunu soruşmuş, marketin borcu olmadığını bildirmiş, nümayəndə isə 172.06 manat mağazanın borclu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilə aralarında olan ödənişlər nağd şəkildə aparılmışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid33 göstərmişdir ki, Göyçay şəhərində yerləşən “Mehdi” marketi işlədir, marketdə qida və qeyri-qida məhsullarının satışı ilə məşqul olur. Marketdə olan qeyri-qida məhsullarının idxalı ilə əlaqədar olaraq 2020-2022ci illər ərzində Zərərçəkmiş şəxs MMC ilə əməkdaşlıq etmişdir. Təqsirləndirilən şəxs MMCnin nümayəndəsi kimi tanıyır, onunla nisyə-alqı satqı aparmışdır. 2022-ci ilin yaz aylarında Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi mağazaya gələrək Təqsirləndirilən şəxs nə qədər pul borclu olduğunu soruşmuş, marketin borcu olmadığını bildirmiş, nümayəndə isə 75.01 manat mağazanın borclu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilə aralarında olan ödənişlər nağd şəkildə aparılmışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid55 göstərmişdir ki, 2019-cu ilin iyul ayından 2023-cü ilin fevral ayınadək Zərərçəkmiş şəxs MMC-nın Göyçay fılialında sürücü kimi işləmişdir. Sürücü kimi satış nümayəndələri tərəfindən post-terminal vasitəsilə sifariş verilmiş malları MMC-nın Göyçay filialının anbarından götürüb, qaimə-faktura əsasında satış nöqtələrinə çatdırmaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs tanımış, belə ki, sonuncu işlədiyi MMC-nın Göyçay filialında satış nümayəndəsi işləmişdir. Belə ki, Rahimə Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonları ərazisində yerləşən satış nöqtələri təhkim edilmişdir. Lakin, Göyçay, Ucar və Kürdəmir rayonları ərazisində yerləşən satış nöqtələrinə sifarişlərin çatdırılmasını həyata keçirmişdir. Zərdab rayonuna isə digər sürücü sifarişləri çatdırmışdır. Mahiyyəti üzrə bildirmişdir ki, satış nümayəndəsi tərəfindən satış nöqtələri üzrə sifarişlər post-terminal vasitəsilə verilmişdir. Bundan sonra, anbarda həmin sifarişlər qaimələrə işlənib, elektron qimə çıxarılmışdır. Həmin elektron qaimə əsasında ona mallar təhvil verilmişdir. Həmin malları satış nöqtələrinə çatdırıb, qaiməyə imza çəkdirməklə mağazaya təhvil vermişdir. Sonradan isə qaiməni gətirərək Göyçay filialına təhvil vermişdir. O cümlədən, Rahim tərəfindən də satış nöqtələri üzrə sifariş verilmiş bütün mallar onun tərəfindən qaiməyə uyğun olaraq anbardan götürülüb, mağazalara verilmiş və həmin qaimələrdə filiala təhvil verilmişdir. Həmçinin bildirmişdir ki, satış nümayəndəsi müvafiq satış nöqtələrinə gedərək yeni sifarişlər qəbul etdikdə eyni zamanda həmin satış nöqtələrinin malların qaytarılması ilə bağlı müraciətlərinidə qəbul etmişdir. Bu zaman satış nümayəndəsi satış nöqtəsində olan məsul şəxsin hansı malları qaytarmaq istədiyini dəqiqləşdirmiş, həmin malları sistemə işləmişdir, daha sonra mərkəzləşmiş sistem vasitəsi ilə həmin mağazaya yenidən maşın getmiş və qaytarılan mallar bölgənin anbarına aparılmış, orada mallar müştərinin hesabından silinmişdir. Təqsirləndirilən şəxs tərəfindən də malın geri qaytarılması halı olmuşdur. Belə ki, Rahimdə da qaydaya uyğun olaraq terminal vasitəsilə sistemə işləmiş, həmin malı satış nöqtəsindən götürüb, anabara təhvil vermişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, 2019-cu ilin dekabr ayından etibarən Göyçay şəhəri, Natəvan küçəsində yerləşən “Göyçay” marketdə inzibatçı işləyir. Marketdə qida və qeyri-qida məhsullarının satışı həyata keçirilir. Mağazada olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq edilir. Həmin firmalardan biri də Zərərçəkmiş şəxs MMC olmuşdur. Zərərçəkmiş şəxs MMC-dən əsasən qeyri-qida məhsullarının, yəni şampun, sabun və digər təmizlik ləvazimatları almışlar. Təqsirləndirilən şəxsda Zərərçəkmiş şəxs MMC-nin satış üzrə nümayəndəsi kimi tanımışdır. Təqsirləndirilən şəxsla aralarında hər hansı düşmənçilik və ya şəxsi ədavət olmamışdır. Sonuncu ilə 2020-ci ildən 2022-ci ilin mart aymadək olan dövr ərzində əməkdaşlıq etmişlər. Rahim ilə aralarında alqı-satqı nisyə aparılmış, aldığı malın pulunu hər aym axırı şəxsən özü qaytarmışdır. 2022-ci ilin mart ayının gününü xatırlamadığı vaxtında Zərərçəkmiş şəxs MMC-nın auditoru işlədiyi mağazaya gələrək Təqsirləndirilən şəxs nə qədər pul borclu olduğumu soruşmuşlar, bu zaman işlətdiyi marketin nə Təqsirləndirilən şəxs özünə, nə də ki işlədiyi şirkətə borcu olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə məxsus olan məhsulları ona 2020-ci ilin ortalarından 2022-ci mart ayınadək gətirmişdir. Zərərçəkmiş şəxs MMC-nın müəyyən etdiyi qaydalara əsasən, satış üzrə nümayəndəyə sifarişləri vermişlər, satış üzrə nümayəndə isə verilən sifarişlər üzrə məlumatı şirkətə bildirmiş, həmin məlumat əsasında şirkətin sürücüləri sifarişləri çatdırmışlar. Təqsirləndirilən şəxs mağazaya mal verməyib, sadəcə, sifarişləri qəbul etmişdir. Aldıqları malın pulunu isə Təqsirləndirilən şəxs özünə vermişdir. Zərərçəkmiş şəxs MMC-yə məxsus olan məhsulları şirkətin sürücüsündən qaimə-faktura ilə qəbul etmişlər, həmin qaimə-fakturalar həmin borclar bağlandıqdan sonra, 2-3 ay saxlanılmış, daha sonra isə atılmışdır. Aldıqları malların pulunu hər zaman Təqsirləndirilən şəxs şəxsən özünə vermişdir. Təqsirləndirilən şəxs firmaya borcunun olması barədə ona heçnə bildirməmişdir. Müddəti ötmüş malların qaytarılmasına görə Rahimə müraciət etmiş, sonuncu hansı malları qaytarmaq istədiyini dəqiqləşdirdikdən sonra, həmin mallarla bağlı məlumat sistemə ötürülmüş, sonra isə yeni mah qəbul etdiyi zaman şirkətin maşını gəlib, qaytarılan malları da aparmış, vaxtı keçmiş malları Təqsirləndirilən şəxs özü heç vaxt şəxsən götürməmişdir. Zərərçəkmiş şəxs MMC tərəfindən keçirilmiş daxili audit nəticəsində tərtib olunmuş üzləşmə aktı ilə tanış olmuş, həmin üzləşmə aktında 23-cü sıra sayında “Göyçay M/T (Petrol Yanı)” market yazılmış sırada, imza yerində “Zabit” adının qarşısında olan imzanın ona məxsus olmasını bildirmişdir. Belə ki, Rahimin satış nümayəndəsi olduğu Zərərçəkmiş şəxs MMC firmasından aldığı malların pulunu hər aym sonunda ödəmiş, marketin heç vaxt Zərərçəkmiş şəxs MMC firmasına borcu olmamışdır. 2022-ci ilin mart ayında aparılan həmin təftiş zamanı da Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi və audit gəlib borc qalığını yoxlamışlar. Lakin, Rahimində yoxlamada iştirak edib-etməməsi yadında qalmamışdır. Rahim marketin adma 175.87 AZN manat borc pul yazmışdır, lakin işlətdiyi marketin Zərərçəkmiş şəxs MMC-yə borcu olmamışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid23 göstərmişdir ki, 2015-ci ildən Göyçay şəhərində yerləşən özünə məxsus apteki işlədir. Aptekdə həmçinin təmizlik vasitələrinin satışını da həyata keçirir. Aptekdə olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq edilir. Həmin firmalardan biri də Zərərçəkmiş şəxs MMC olmuşdur. Zərərçəkmiş şəxs MMC-dən əsasən qeyri-qida məhsullarının, yəni şampun, sabun və digər təmizlik ləvazimatları almışlar. Təqsirləndirilən şəxsda Zərərçəkmiş şəxs MMC-nin satış üzrə nümayəndəsi kimi tanımışdır. Təqsirləndirilən şəxsla aralarında hər hansı düşmənçilik və ya şəxsi ədavət olmamışdır. Sonuncu ilə 2020-ci ilin iyul ayından 2022-ci ilin mart ayınadək olan dövr ərzində əməkdaşlıq etmişlər. Təqsirləndirilən şəxs ilə aralarında alqısatqı nisyə aparılmış, aldığı malın pulunu hər aym axırı şəxsən Rahimin özünə təqdim etmişdir. 2022-ci ilin mart ayının gününü xatırlamadığı vaxtında Zərərçəkmiş şəxs MMCnın auditoru işlədiyi aptekə gələrək Təqsirləndirilən şəxs nə qədər pul borclu olduğunu soruşmuşlar, bu zaman işlətdiyi aptekin Təqsirləndirilən şəxs 180 AZN manat borcu olduğunu bildirmişdir. Lakin, yoxlamaya gələn şəxslər ona şirkətə 283,24 AZN manat borcu olduğunu demişlər. Bu zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun adma artıq borc yazmışdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC- yə məxsus olan məhsulları 2020-ci ilin iyul ayından 2022-ci ilin mart ayınadək olan dövrdə almışdır. Zərərçəkmiş şəxs MMC-nın müəyyən etdiyi qaydalara əsasən, satış üzrə nümayəndəyə sifarişləri vermişlər, satış üzrə nümayəndə isə verilən sifarişlər üzrə məlumatı şirkətə bildirmiş, həmin məlumat əsasında şirkətin sürücüləri sifarişləri çatdırmışlar. Təqsirləndirilən şəxs onlara mal verməmiş, sadəcə, sifarişləri qəbul etmiş, aldığı malın pulunu isə Təqsirləndirilən şəxs özünə vermişdir. Zərərçəkmiş şəxs MMC-yə məxsus olan məhsulları şirkətin sürücüsündən qaimə-faktura ilə qəbul etmişlər, həmin qaimə-fakturalar həmin borclar bağlandıqdan sonra, 2-3 ay saxlanılmış, daha sonra isə atılmışdır. Aldığı malların pulunu hər zaman Təqsirləndirilən şəxs şəxsən özünə vermişdir. Təqsirləndirilən şəxs firmaya borcu olması barədə ona heçnə bildirməmişdir. Lakin, Zərərçəkmiş şəxs MMC-nın auditoru işlədiyi mağazaya gələrək 283,24 AZN manat pul borcunun olduğunu demişlər. Lakin, özündə olan qeydlərə əsasən şirkətə 180 AZN manat borcu olduğunu bildirmişdir. İstifadə müddəti bitmiş malların qaytarılmasına görə Rahimə müraciət etmiş, sonuncu onunla hansı malları qaytarmaq istədiyini dəqiqləşdirdikdən sonra, həmin mallarla bağlı məlumat sistemə ötürülmüş, sonra isə yeni malı qəbul etdiyi zaman şirkətin maşını gəlib, qaytarılan malları da aparmışdır. Vaxtı keçmiş malları Təqsirləndirilən şəxs özü heç vaxt şəxsən özü götürməmişdir. Zərərçəkmiş şəxs MMC tərəfindən keçirilmiş daxili audit nəticəsində tərtib olunmuş üzləşmə aktı ilə tanış olmuş, həmin üzləşmə aktında 28-ci sıra sayında “X23 (xəstəxanayla üz-üzə)” yazılmış sırada, imza yerində “Hidayət” adının qarşısında olan imzanın ona məxsus olmasını bildirmişdir. Rahimin satış nümayəndəsi olduğu Zərərçəkmiş şəxs MMC firmasından aldığı malların pulunu hər aym sonunda ödəmiş, “X23 (xəstəxanayla üz-üzə)” yazılmış aptekin Zərərçəkmiş şəxs MMC firmasına yoxlama dövründə 180 AZN manat borcu olmuşdur. 2022-ci ilin mart ayında aparılan həmin təftiş zamanı da Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi və audit gəlib borc qalığını yoxlamışlar və məlum olmuşdur ki, Rahim aptekin adna 283,24 AZN manat borc yazaraq, yerdə qalan 103,24 AZN manat pulu mənimsəmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid24 göstərmişdir ki, Göyçay rayonu Mallı- Şıxlı kəndində yerləşən “Dəniz” marketdə inzibatçı işləmişdir. Mağazada olan qeyri-qida məhsullarının idxalı ilə əlaqədar olaraq 2020-2022-ci illər ərzində Trion Trade MMC ilə əməkdaşlıq etmişdir. 2022-ci ilin yaz aylarında Trion Trade MMC-nin nümayəndəsi mağazaya gələrək Təqsirləndirilən şəxs nə qədər pul borclu olduğunu soruşmuş, marketin 124.74 manat borclu olduğunu bildirmiş, nümayəndə isə 173.49 manat mağazanın borclu olduğunu bildirmişdir. İş üzrə şahid qismində ifadə vermiş X18 göstərmişdir ki, Göyçay şəhərində yerləşən “Bolluq” marketdə mühasib işləmişdir. Marketdə olan qeyri-qida məhsullarının idxalı ilə əlaqədar olaraq 2020-2022-ci illər ərzində Trion Trade MMC ilə əməkdaşlıq etmişdir. 2022ci ilin yaz aylarında Trion Trade MMC-nin nümayəndəsi mağazaya gələrək Təqsirləndirilən şəxs nə qədər pul borclu olduğunu soruşmuş, marketin 508 manat borclu olduğunu bildirmiş, nümayəndə isə 625.53 manat marketin borclu olduğunu bildirmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid9 göstərmişdir ki, Göyçay rayonu Ləkçıplaq kəndində qarışıq mallar mağazası işlədir. 2020-ci ildən karantin rejimi olduğu üçün mağaza ümumiyyətlə işləməmişdir. Mağaza işlədiyi dövr ərzində qeyri-qida məhsullarını Trion Trade MMC-dən almışdır. Lakin Təqsirləndirilən şəxs tanımır, Təqsirləndirilən şəxs Trion Trade MMC-də işləməsindən məlumatlı olmamışdır. Təqsirləndirilən şəxs pul verməmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid13 göstərmişdir ki, Göyçay şəhəri ərazisində yerləşən bazarda qeyri-qida məhsullarının satışı ilə məşqul olur. Mağazada olan qeyri-qida məhsullarının idxalı ilə əlaqədar olaraq 2020-2022-ci illər ərzində Trion Trade MMC ilə əməkdaşlıq etmişdir. Təqsirləndirilən şəxs MMC-nin nümayəndəsi kimi tanıyır, onunla nisyə-alqı satqı aparmışdır. 2022-ci ilin yaz aylarında Trion Trade MMC-nin nümayəndəsi mağazaya gələrək Təqsirləndirilən şəxs nə qədər pul borclu olduğunu soruşmuş, mağazanın 260 manat borclu olduğunu bildirmiş, nümayəndə isə 334.12 manat mağazanın borclu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilə aralarında olan ödənişlər nağd şəkildə aparılmışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid18 göstərmişdir ki, Göyçay şəhəri Nizami küçəsində qida və qeyri-qida məhsullarının satışı ilə məşqul olur, mağazası vardır. Mağazada olan qeyri-qida məhsullarının idxalı ilə əlaqədar olaraq 2020-2022-ci illər ərzində Trion Trade MMC ilə əməkdaşlıq etmişdir. Təqsirləndirilən şəxs MMC-nin nümayəndəsi kimi tanıyır, onunla nisyə-alqı satqı aparmışdır. 2022-ci ilin yaz aylarında Trion Trade MMC-nin nümayəndəsi mağazaya gələrək Təqsirləndirilən şəxs nə qədər pul borclu olduğunu soruşmuş, mağazanın 170 manat borclu olduğunu bildirmiş, nümayəndə isə 185.12 manat mağazanın borclu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilə aralarında olan ödənişlər nağd şəkildə aparılmışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid52 Elman oğlu göstərmişdir ki, ibtidai istintaq vaxtı verdiyi ifadəni təsdiq edir. Həqiqətən Zərərçəkmiş şəxs MMC-yə 25,48 manat borcu var. Ərzaq mallarının satışı ilə məşğuldur. Təqsirləndirilən şəxslə sabun, yuyucu vasitə alğı-satqısı həyata keçirmişdir. Malı alanda nağd ödənişlər də olmuş, nisyə aldıqları mallar da olmuşdur. Mağazada malları başqa şəxs də, özü də təhvil götürmüşdür. 25,48 manat borcla bağlı mağazada sənəd var. Onlar alınan mallara görə pulu verəndə, ödəniş edəndə təqsirləndirilən şəxs hər hansı sənədə imza etməmişdir. Sonuncu dəfə mağazaya mal gəlib, lakin pulu ödənilməyib. Mal mağazaya çoxdan, 2022-ci ilin əvvəllərində, yanvarfevral aylarında gəlib. Mal gəlsə də, pulun dalınca gələn olmayıb. Auditor gəlməyib. Ondan soruşublar ki, 25 manat borc var, demişdir ki, bəli, 25,48 manat borc var. Prokurorluqda demişdir ki, şirkətin nümayəndələri gəlsin, mağazanın 25,48 manat borcunu ödəyib, borcu sıfırlasınlar. Aralarında depozitlə bağlı şifahi razılaşma olmuşdur. Belə ki, qaytarılası mal olanda, şirkətin mağazaya borcu yaranmasın deyə, depozit kimi məbləğ qalırdı. İş üzrə şahid qismində ifadə vermiş Şahid57 göstərmişdir ki, ibtidai istintaq vaxtı verdiyi ifadəsində nə yazıldığını bilmir. Ona görə, ibtidai istintaq vaxtı verilən ifadəni təsdiq edə bilmir. Qarabağ müharibəsi veteranıdır, keçmiş polis işçisidir. O, Zərərçəkmiş şəxs MMC-dən elə də çox mal götürməmiş, yəni 10-15 manatlıq mal götürmüş, çox mal götürmək üçün imkanı olmamış, MMC-dan heç vaxt 50, 100, 200 manatlıq mal götürməmişdir. Əlinə 3 manat pul düşəndə 1, 2, ya 3 ədəd hər hansısa maldan alıb gətirib mağazaya satışa qoymuşdur. Həmin malları satıb çörək pulu qazanmışdır. Bir daha qeyd edir ki, 5-10 manatlıq mal götürmüşdür. İfadəsinə əlavə edə biləcəyi nəsə yoxdur. Malı götürüb pulunu vermiş, mal alarkən hər hansı sənədləşmə aparılmamışdır. Həmin mallara görə borcu qalmamışdır. Mal gəlmiş, o da deyilən vaxtda pulunu ödəmişdir, heç bir kəsiri ola bilməz. Ona mal veriləndə, fakturada cəmi məbləğ göstərilmiş, o da deyilən müddətdə, məsələn hər həftənin axırı aldığı mala görə pulu ödəmişdir. Onun heç bir borcu ola bilməz. İş üzrə şahid qismində ifadə vermiş X10 göstərmişdir ki, prokurorluqda verdiyi ifadəni təsdiq edir. Baş anbardar vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxslə bağlı heç bir problem olmamışdır. Malların gəlişinə, sayına, miqdarına, eləcə də bu və ya digər səbəbdən qaytarılan mallara nəzarət edir. Ekspeditor, yəni təqsirləndirilən şəxs də qaytarılan malları gətirmiş, o da həmin malları qəbul etmişdir. Anbardan mallar faktura ilə çıxmışdır. Ekspeditor mağazalarda verilən sifarişləri almış, sifarişlər müvafiq sistemə düşmüş, siyahı çıxarılmış, onun özü həmin kağızları götürmüşdür. Hər müştərinin ayrıca sifariş siyahısı olmuşdur. Həmin sifarişlərə uyğun malları hazırlamış və çatdırılması üçün təhvil vermişdir. Ekspeditorları ofisdə təhvil-təslimlə bağlı ödəmə vaxtı görə bilir. Sifarişlər başqa şəxs tərəfindən alına bilməz, planşet yalnız həmin ekspeditorda olur, həmin ekspeditora təhkim olunur, sifarişlər həmin planşet vasitəsi ilə sistemə vurulur. Şifahi və ya digər qaydada sifariş götürülmür. O, anbardar kimi buna ciddi nəzarət edir. Vaxtı keçən malların qaytarılması proseduru da ekspeditor vasitəsi ilə həyata keçirilir. Ekspeditor hər hansı dükana yaxınlaşanda, dükanda işləyən şəxslər həmin mallar barədə ekspeditora məlumat verir, ekspeditor qaytarılan malların siyahısını yazır, yenə də bu məlumatlar avtomatik olaraq sistemə qeydə keçir, sistemə düşən malların qaytarılma kazığını o götürür, çatdırılma xidmətinə təhvil verir, çatdırılma xidməti isə həmin malları mağazalardan ona gətirirlər. O, həmin kağıza əsasən qaytarılan malları bir-bir yoxlayır, həmin müştərinin adına qaytarılan malları təhvil götürür. Anbara giriş və çıxış əməliyyatlarının hamısı elektron sistem üzərindən həyata keçirilir. Anbardar kimi cavabdehliyi o daşıyır, bu məsələlərə ciddi nəzarət etməsə anbarda olan malların sayı azalar. Bu isə qeyri-məqbuldur. Təqsirləndirilən şəxs ekspeditor kimi tanıyıb, sonuncu mal satışı ilə məşğul olub, ticarət (satış) təmsilçisi olub. Təqsirləndirilən şəxs da təhkim olunmuş planşet olmuşdur. Anbardar olaraq ödəmələrlə bağlı məsələlərdə heç bir şəkildə iştirak etməyib, pul məsələləri onun səlahiyyətində deyil. Pulla bağlı məsələlər ofisin səlahiyyətindədir. Qaimə-fakturalarla bağlı məsələlərə çatdırılma xidməti cavabdehdir. Onun verdiyi sənəd üzrə çatdırılma xidməti malları götürərək, aparıb müştəriyə təhvil verir və sənəddə müştərinin imzası olur. Həmin sənədləri sonradan o yığır. Firma keçən il bağlanmışdır, malların hamısını Bakıya təhvil vermişdir və hazırda onda müştərilərin imzaladığı sənədlər yoxdur. Köhnə sənədlərin bir hissəsi atılıb, bir hissəsi Bakıya təhvil verilib. Pul məsələləri ona aid deyil, o heç kimdən pul təhvil almayıb, buna ixtiyarı yoxdur. Pul məsələlərinə ofis baxır, orada mühasibatlıq var. Ofis Göyçay rayonunun ərazisində yerləşmişdir. Pul məsələlərinə konkret olaraq Şahid1, mühasibatlıq məsələlərinə isə Vüsal Rəsulov baxır. Təqsirləndirilən şəxsla bağlı dövr üzrə o yalnız anbardan malın verilməsi və qaytarılan malların qəbul edilməsi məsələləri ilə məşğul olmuşdur. 2023-cü ildə işdən çıxmışdır. Ona verilən sualda qeyd edilən dövr səhv etmirsə 2022-ci ilə təsadüf edir. 2019cu ildən 2023-cü ilə qədər işləmişdir, öncə anbardar köməkçisi, sonra baş anbardar olmuşdur. Təqsirləndirilən şəxs həftə ərzində 5-6 gün planşet vasitəsi ilə sifarişləri sistemə vurmuşdur. Sürücü kimi işləyən və çatdırılma xidmətini icra edən şəxs Şahid32 həmin malları anbardan təhvil alıb, müştəriyə çatdırmışdır. Bir daha vurğulayır ki, ekspeditorun planşet vasitəsi ilə verdiyi siyahı sistemə qeydiyyata keçir, həmin sistemdəki siyahını olduğu kimi özü çap etmişdir. Həmin siyahılara hər hansı əlavə və düzəliş edilə bilməz, həmin siyahı üzrə malları sayıb qeyd olunan sənədin özü ilə birlikdə çatdırılma xidmətinə təhvil vermişdir. 2021-ci ilin yanvar ayından 2022-ci ilin mart ayına qədər olan dövr ərzində Təqsirləndirilən şəxs ekspeditor kimi götürdüyü sifarişlərlə bağlı sifariş verilən malların həcmi və qiyməti barədə heç nə deyə bilmir. Elə olmuşdur ki, dükan bağlanmışdır, dükanda qalan bütün mallar geri qaytarılmışdır. Təqsirləndirilən şəxs həmin mallar anbara geri götürülərkən orada olmuşdur. Aralarında yararsız mal olsaydı, anbara qəbul edilə bilməzdi. Yararlı mallar anbara geri götürülüb və müvafiq qaydada hesabat aparılıb. Bir daha qeyd edir ki, ekspeditor yalnız sifarişin siyahısını götürür, malı nə təhvil almır, nə təhvil vermir, malı anbardan təhvil götürüb mağazaya təhvil verən sürücü-çatdırma xidmətidir. Təqsirləndirilən şəxs malların yararlı olub-olmamasını yoxlamır, yoxlamamalıdır da. İş üzrə şahid qismində ifadə vermiş Şahid15 göstərmişdir ki, ibtidai istintaq vaxtı verdiyi ifadəni təsdiq edir. Qızılağac marketdə inzibatçı işləyir. Mağazaya gəlib üzləşmə aparılarkən onlara bildirmişlər ki, mağazanın borcu var. Amma mağazanın borcu olmamışdır. Borc kimi göstərilən məbləğ 100 manatdan az olmuşdur və həmin məbləğ ödənilmişdir. Dəqiq məbləğ yadında deyil, çünki üzərindən uzun müddət keçib. Təqsirləndirilən şəxs ekspeditordur, mal gətirib verirdi. Çatdırılan malların pulunu əlbəəl Rahimə ödəyirdilər. 6-7 ay Rahim olan dövrdə alver etmişlər. Elə də böyük alver həcmi olmamışdır. Təxminən 300-350 manat həcmində mal götürmüşlər. Həmin malların demək olar ki, hamısının pulunu ödəmişlər. Ekspeditor hər ayın sonu gəlmiş, pulları təhvil götürmüşdür. Heç vaxt borcları qalmamışdır. Ödəniş edərkən hər hansı sənəd tərtib olunmamışdır. Lazım olan qeydləri mağazada olan dəftərə qeyd etmişlər. Axtarsa, bəlkə də həmin dəflərləri tapar. Amma dəqiq bilmir, qalıb, ya yox. Sifarişləri elektron qaydada verməmişlər. Malları mağazada özü, bir də digər işçi qəbul etmişdir. Sənədlərdəki imzalara baxsa, özü təhvil aldığı sənədləri qeyd edə bilər. Mallar obyektin sahibinin adına gəlmişdir. Mallar müdirləri Zamin Məhərrəmovun adına gəlmişdir. Mağazanın işçisi olduğundan malları qəbul etmişdir. Əmək müqaviləsi olmuşdur. Təqsirləndirilən şəxs malların pulunu ödəmişdir, lakin Rahim hər hansı sənədə imza etməmişdir. Öz dəftərində bu barədə qeyd aparmışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid10 göstərmişdir ki, ibtidai istintaq vaxtı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nın işçisi olmuş, o isə marketdə işləmişdir. Təqsirləndirilən şəxs onlara mal vermişdir. Hər ayın axırında alınan mallara görə ödəniş etmişlər. Əmək müqaviləsinə əsasən, rəsmi şəkildə Səməd Vurğun küçəsi 22 ünvanda yerləş “Ucuz” marketdə təxminən 2021-ci ilin əvvəlindən sonuna qədər satıcı işləmişdir. Mağazada qida və qeyri-qida malları, məhsulları satılmışdır. Gələn malları da qəbul etmişdir. Sifarişləri Təqsirləndirilən şəxs şəxsən qəbul etmişdir. Digər şəxslər həmin dövrdə onlardan sifariş qəbul etməmiş, yalnız təqsirləndirilən şəxs qəbul etmişdir. Mallara görə pulu nağd şəkildə ödəmişlər. Bu barədə məlumatları kompüterdə qeyd etmiş, işləmişlər. Pulu əlbəəl vermişlər. İşlədiyi dövr ərzində mağazanın həmin şirkətə borcları qalmamışdır. Malları onlara sürücülər gətirirdilər. Malları təhvil götürəndə malların qeyd olunduğu fakturaya imza etmişlər. Fakturaların bir nüsxəsini onlara vermişlər. Həmin sənədlər onda qalmayıb. Depozit məsələsi olmamışdır. Mallar verilib, pulu da hər ayın axırı təhvil alınmışdır. Təqribən 200-300 manatlıq mal almışlar. 2-3 ay ərzində işləmişlər. Malların dəyərinin nağd ödənilməsi barədə hal-hazırda onda heç bir sübut yoxdur. Mağaza bağlanmış, kompüter baza məlumatları sıfırlandığından, sübut təqdim edə, dəqiq tarixlər və məbləğlər deyə bilmir. Əgər kompüterdə məlumatlar qalsa idi, dediklərini sübut edə bilərdi. Prokurorluğa dəvət olunandan sonra onlara məlum olmuşdur ki, adlarına 50 manat civarında borc məbləği yazılıb. Aldıqları bütün malların pulunu ödəmişlər. 52 manat pul vəsaitini də təqsirləndirilən şəxsə ödəmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid19 göstərmişdir ki, ibtidai istintaq vaxtı verdiyi ifadəni təsdiq edir. Hazırki cinayət işi üzrə onu səhv etmirsə avqust ayında prokurorluğa dəvət etmişlər. Orada məlum olmuşdur ki, 60-70 manat civarında fərq göstərilir. «Ehtiram» marketdə işləmişdir. Marketdə sahibkar kimi işləmişdir. Təqsirləndirilən şəxs ekspeditor kimi sifarişləri qəbul etmişdir. Təhvil aldıqları malların pulunu da Təqsirləndirilən şəxs vermişlər. Mağazada sifariş verilən malların adı ekspeditora bildirilib, ekspeditor həmin malların adını yazıb, sifariş verilən mallar sürücü tərəfindən mağazaya çatdırıb və onlar malların pulunu ödəmişlər. Təqsirləndirilən şəxs işləyən dövrdə mağazadan sifarişləri ayrı şəxslər götürməmişlər. Sifarişləri yalnız Təqsirləndirilən şəxs götürmüşdür. Ödənişləri əlbəəl təqdim etmişlər. Alınan malların pulunu ayda bir-iki dəfə ödəmişlər. Pulu nağd şəkildə Təqsirləndirilən şəxs təhvil götürmüşdür. Təqsirləndirilən şəxsdən başqa digər şəxsə əlbəəl pul ödəməmişlər. Ödəniş edilərkən hər hansı sənəd tərtib olunmamışdır. Ödənişlərlə bağlı zəruri qeydləri kompüterə müvafiq proqrama işləmişlər. Sürücü onlara malları təhvil verəndə qaimə-fakturalara imza etmişlər. Market bağlandığı üçün hazırda onda hər hansı qaimə-faktura qalmamışdır, qaimə-fakturaları saxlamamışlar. Azərsun və Veysəloğlu kimi böyük şirkətlər onlara aldıqları malların dəyərini ödəyərkən müvafiq sənəd təqdim edirdi və həmin sənədlər onlarda qalırdı. Müəyyən firmalar var ki, ödənişi təsdiq edən çeklər və bu kimi sənədlər tərtib olunmurdu və onlara təqdim edilmirdi. Yəni, pulu ödəsələr də, bunu təsdiq edən sənədlər təqdim olunmurdu. Onlarda dövriyyə tələb olunan məbləğdən aşağı olduğu üçün şirkətlərlə elektron sənədlər tərtib edilməklə işləməmişlər. Böyük şirkətlər özləri müvafiq qaydada rəsmiləşdirmə aparırdılar, dekont (məhkəmənini qeydi: kommersiya sahəsində işlədilən söz olmaqla fransızcadan götürülüb – «deconte») təqdim olunurdu, digər firmalar bu cür hesabat aparmırdılar. Təqsirləndirilən şəxs işdən çıxarkən təhvil-təslim olmamışdır. Mallara görə hər dəfə 20 manat – 20 manat olmaqla, ödəniş etmişlər. Onda olan hesabatda «Ehtiram» marketin borcu 60-70 manat civarında olmuşdur. Ona prokurorluqda bildirmişlər ki, fərq yüz neçəsə manat civarındadır. Lakin mağazanın borcu 60-70 manat civarında olmuşdur. Dükan bağlananda malları qaytarmışdır və borcu qalmamışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid5 göstərmişdir ki, ibtidai istintaq vaxtı verdiyi ifadəsi iki il öncəyə təsadüf etdiyindən xatırlamır. Həmin vaxt onun borcunun olduğu bildirilmişdir, lakin borcu olmamışdır. O, şikayətçi deyil. Təqsirləndirilən şəxsi alverlə bağlı tanıyır, sonuncu 1 ilə yaxın müddət ərzində marketlərinə mal vermişdir. Sonra yoxlamalar gəlmişdir ki, marketin 500 manat borcu var. Rəqəm təxmini yadındadır. O, bu məsələ ilə bağlı axtarıb-araşdırmışdır. Borcları olmadığından, borcun olmamasına dair imza etmişdir. Yoxlamalar çıxıb getmişlər. Sonradan ona prokurorluqdan zəng vurulmuş və şahid qismində dəvət olunmuşdur. Prokurorluqda ifadə vermiş və bildirmişdir ki, marketin borcu yoxdur. Bir daha bildirir ki, onların Zərərçəkmiş şəxs MMC-ya borcu olmayıb. Ödənilən pulların müqəddəratını bilmirlər. Yəni bilmirlər ki, təqsirləndirilən şəxs tərəfindən həmin pullar xərclənib, yoxsa başqa yerə sərf olunub, yaxud şirkətə ödənilib. Mağazaya mallar təqsirləndirilən şəxsdən başqa Nuran adlı şəxs tərəfindən də satılmışdır. Yəni Rahim işdən çıxandan sonra Nuran gəlmişdir. Sifarişləri yalnız Təqsirləndirilən şəxs vermişdir. Pulu da Təqsirləndirilən şəxs ödəmişdir. Təqsirləndirilən şəxsla təxminən 2021ci ildə işləmişlər. Ona ifadə verərkən hər hansı təzyiq olmamışdır. İfadəni oxumuşdur. Həmin vaxt, ifadə verərkən nə demişdirsə, düz demişdir. Malları onlara çatdırma xidməti təhvil verirdi. Onun işlədiyi market «Göyçay store» marketdir. Mallara görə pulları özü ödəmişdir. Pulun ödənilməsini təsdiq edən sənəd yoxdur, lakin dəftərə yazmışlar. Dəftərdə qeydiyyat aparmışlar, lakin təqsirləndirilən şəxs imzalamamışdır. 100 manat pul adlarından silinməmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid8 göstərmişdir ki, prokurorluqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs firmada işləyib, sabun və yuyucu vasitələr satıb. O isə Cəyirli kəndində yerləşən mağazanı icarəyə götürüb işlətmişdir. Hazırda da həmin mağazanı işlədir. Malı təqsirləndirilən şəxsdən özü götürmüşdür. Təqsirləndirilən şəxs mal gətirib verirdi, o da pulunu ödəyirdi. Təqsirləndirilən şəxs gəlib mağazadan sifarişləri götürürdü. Həmin malları, sabun və yuyucu vasitələri yalnız Təqsirləndirilən şəxs götürmüşdür. Pulunu da Təqsirləndirilən şəxs ödəmişdir. Mağazaya mal gəlirdi, növbəti həftə isə təqsirləndirilən şəxs gəlib pulunu götürürdü. Pulu nağd şəkildə, əlbəəl ödəmişdir. Şirkətdə işləyən digər şəxsləri tanımamışdır. Həmin dövrdə mağazanın təqsirləndirilən şəxsin işlədiyi şirkətə borcu olmamışdır. 144 manat civarında borc yazılsa da, o, həmin şirkətdən heç 144 manatlıq mal götürməmişdir. Yazdırdığı malların həcmi az olub, 60-70 manat civarında. Təqsirləndirilən şəxslə işlədiyi dövrü, neçə ay işlədiklərini xatırlamır. Hər dəfə gələndə 40-50 manatlıq mal yazdırıb. Təqsirləndirilən şəxsin mal sifarişlərini qəbul etmək üçün mağazaya neçə dəfə gəlib-getdiyini dəqiq xatırlamır. Bəlkə 10 dəfə olar. Malları çatdırma maşını gətirib təhvil verirdi. Sifarişləri isə təqsirləndirilən şəxsə verirdilər. Malları qəbul edəndə təqdim olunan sənədi imzalayırdı. Həmin sənədlər onda qalmayıb. Ödənişlər barədə dəftərə qeydlər etmişdir. Lakin çox vaxt keçdiyi üçün dəftəri axtarıb tapmaq mümkün deyil. İş üzrə şahid qismində ifadə vermiş Şahid26 göstərdi ki, ibtidai istintaq vaxtı verdiyi ifadəni təsdiq edir. Hazırda ayrı yerdə işləyir. Təqsirləndirilən şəxslə bağlı sual verilən dövrdə Potu marketdə, mühasib vəzifəsində işləmişdir. Malları özü qəbul etmişdir. Mallar təhvil alınarkən kompüterin arxasında oturub müvafiq qeydiyyat aparmışdır. Təqsirləndirilən şəxs gələndə yanında başqa bir şəxs də olmuşdur, lakin kim olduğunu bilmir. Alınan mallar dəftərdə də, kompüterdə də yazılmışdır. Bununla bağlı prokurorluqda ətraflı ifadə vermişdir. Qarabağ müharibəsində iştirak etmişdir, bununla bağlı narahatçılıqları var və hər bir detalı xatırlamır, məhkəmədən bunun nəzərə alınmasını xahiş edir. 2021-ci ilin yanvar ayında tərxis olunmuşdur. O, hər axşam gəlib, təhvil alınan malları kompüterə işləmişdir. Pulunu da vermişlər. Sifarişi müdirləri verirdi. Malı isə o qəbul etmişdir. Qəbul olunan malları görə ödənişi müdir verirdi, ödənişlərin edilməsində birbaşa iştirak etməmişdir. Həmin məbləğləri kompüterdəki hesabatdan özü çıxırdı, yəni borcun ödənildiyi barədə qeydiyyat aparırdı. Ümumiyyətlə ödənilən pulun hesabatını kompüterdə yalnız özü aparırdı. Sənədləşmə məsələlərinə də özü baxmışdır. Çox vaxt işə axşamlar gəlib, kompüterdə müvafiq hesabat aparırdı. Pul verilərkən dəftərə yazılırdı. O da hər axşam gəlib dəftərə qeyd olunanları kompüterə köçürürdü. Mağazanın şirkətə borcu olurdu, nə var idisə hamısı dəftərdə idi. Amma borcu ödəyirdilər. Üzləşmə zamanı real olaraq mövcud olan borcdan artıq göstərilən məbləğ onlara aid deyil, yəni fərq kimi qeyd edilən məbləğ ödənilmişdir. Malları təhvil alanda müdir də təhvil alırdı. O, nahar fasiləsində olanda müdir tək təhvil alırdı. Mallar təhvil alınarkən özü kompüter arxasında otururdu, malları bir-bir qeyd edirdi. X24 idi. Sənədləri özü imzaladığından, prokurorluğa da ifadə vermək üçün məhz onu çağırmışlar. Dəftərdə nə borc olub, həmin borcu da kompüterə işləmişdir. Hər hansı artıq-əksik mal adları, məbləğlər göstərilməmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid60 göstərmişdir ki, ibtidai istintaq vaxtı verdiyi ifadə yadından çıxıb. Belə ki, üstündən çox müddət keçib. Əvvəllər işləmiş, sonra müflis olmuşdur. İşlədiyi müddətdə təqsirləndirilən şəxslə də işləmişlər. Təqsirləndirilən şəxslə 2-3 dəfə alış-veriş etmişdir. 50-80-100 manat civarında alver etmişlər. Az mal aldığına görə təqsirləndirilən şəxs 1-2 dəfə qeydiyyata almamışdır. Demişdir ki, az mal alır deyə, qeydiyyata almır. Kiminsə adına qeydiyyata alınırdı, o da 3-5-10 gün sonra pulu ödəyirdi. Kürdəmir rayon bazarında parfümeriya (ətir və s.) dükanı işlədirdi. Saç boyası, krem və s. bu kimi malları da almışdır. Mal təhvil verilib-alınanda sənədləşmə olubolmaması yadından çıxmışdır, xatırlamır. Təqsirləndirilən şəxs gəlib malların adını yazırdı. Növbəti gün isə çatdırılma işini həyata keçirən şəxs maşınla malı gətirib təhvil verirdi. Onun Zərərçəkmiş şəxs MMC-ya hər hansı borcu qalmamışdır. Pulun hamısını ödəmişdir. Pulu əlbəəl təqsirləndirilən şəxsin özünə vermişdir. Malı çox vaxt çatdırılma xidməti gətirirdi, malın təqsirləndirilən şəxs tərəfindən gətirilib-gətirilməməsi yadından çıxıb. Məbləğ yadında qalmayıb. Şirkətin işçiləri onun işlədiyi mağazaya üzləşmə aparmaq üçün gəlməmişlər. 136 manat borcu ola bilməz. Ümumi aldığı malın dəyəri 136 manat ola bilərdi. Sürücüdən malı təhvil alarkən həmin malların siyahısı olurdu. Qaimə-fakturalar qalmayıb. Belə ki, borc ödəniləndən 2-3 ay keçəndən sonra qaimə-fakturaları atmışdır. Qaimədə kimlərin adı olduğu yadından çıxıb, baxmayıb. 2-3 dəfə alver etmişdir. Gələn malları saymışdır və təhvil götürmüşdür. Göyçaydan başqa şirkətlərlə də işləmişdir. Təqsirləndirilən şəxs işlədiyi şirkətə isə borcu qalmamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Rahim dükana yaxınlaşıb ondan nə satdığı ilə maraqlanmışdır. Bundan sonra həmin ekspeditora 2-3 dəfə mal sifariş vermişdir. Bundan öncə təqsirləndirilən şəxsin işlədiyi şirkətdən mal alıb-almadığını bilmir. O, başqa şirkətlərdən də mal almışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid39 göstərmişdir ki, təqsirləndirilən şəxsin əməkdaşı olduğu Zərərçəkmiş şəxs MMC ilə işləmişdir, yəni onlardan mal almışdır. Aldığı malların pulunu ödəmişdir və heç bir borcu qalmamışdır. Ondan haqqında soruşulan dövrün üstündən çox vaxt keçib. Qeyd edə bilər ki, mal alarkən borcu yaransa da, həmin malların pulunu ödəmiş və qeyd olunan dövr üzrə hər hansı borcu qalmamışdır. Özlərinin VÖEN-i olmuşdur. Malların sifarişini təqsirləndirilən şəxs götürmüşdür. Hazırda xatırlamır, dediyi kimi, həmin dövrün üstündən çox müddət keçib. Təqsirləndirilən şəxsi adı ilə yox, üzdən tanıyır. Təqsirləndirilən şəxs kitabla gəlib, malların siyahısını götürmüşdür. Bu qaydada işləmişlər. 57 manat civarında borcun olması yazılsa da, onun hər hansı borcu qalmamışdır. Mal hansı ekspeditor vasitəsi ilə sifariş edilibsə, pul da həmin şəxsə ödənilib. Ona prokurorluqda sual verilmişdir ki, 57 manat borc var. O da cavab vermişdir ki, hər hansı borcu qalmamışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid43 göstərmişdir ki, ibtidai istintaq vaxtı ifadə verib. Həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs ekspeditor işləmiş, onlara gətirib mal vermişdir. Onlar da aybaay pullarını ödəmişlər. Sonra təqsirləndirilən şəxs işdən çıxıb, yerinə başqa bir nəfər gəlmişdir. Borc olmuşdu, axırıncı dəfə pulu, 100 manat civarında, 3-4 ay öncə Nurana ödəmişdir. Bütün şirkətlərlə eyni qaydada işləmişlər, şirkətlər onlara mal vermiş, onlar da sonradan pulunu ödəmişlər. Təqsirləndirilən şəxsdən sabun, şampun, bir sözlə yuyucu vasitələr almışdır. Hər həftə pulunu ödəmişdir. Pulları təqsirləndirilən şəxsin özünə vermişdir. Borclarını da dəftərdə qeyd etmişlər, bütün hesabatı dəftərə qeyd etmişlər, hesabat hamısı düz olub. Sonra gəlib bildirmişlər ki, Rahim işdən çıxıb, yerinə başqası gəlib. Soruşmuşlar ki, onun nə qədər borcu var. Dəftərə baxıb həmin vaxt mövcud olmuş borcu demişdir. Qeyd olunan sənədə imza etmişlər. Daha sonra prokurorluqdan dəvət etmişlər ki, gəlib ifadə versin. Təqsirləndirilən şəxs həmin şirkətdən çıxandan, başqa şəxs gələndən sonra yenə də mal götürmüşdür. 1.013 manat civarında borcları olmayıb. Dükanın yalnız 80 manat civarında borcu olub. Ən çox borcu olanda, 500 manat civarında borc yaranmışdır. O da kampaniya vaxtlarında, 10 qutu yerinə 11 qutu mal almışlar və s. Təqsirləndirilən şəxs özü də buradadır, olduğu kimi deyir. Təqsirləndirilən şəxs işdən çıxan dövrdə mağazanın 80 manat civarında borcu olub. 1.013 manat deyil. Dükan atasının olub, malı isə o sifariş vermişdir. Malları da özü qəbul etmişdir. VÖEN isə atasının adınadır. Malları faktura ilə yoxlayıb, təhvil götürmüşdür. Qaimə-fakturaları imzalayaraq qəbul etmişdir. Hazırda köhnə fakturaların qalıbqalmadığını bilmir. Fakturada malların adı olurdu. Say və məbləğ də görünürdü. Fakturada artıq yazılan mal olmamışdır. Nə sifariş verilibsə, o qədər gətirilib. Gələn malların pulunu da aybaay təqsirləndirilən şəxsə ödəmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid6 göstərmişdir ki, 2-3 il öncə onu prokurorluğa dəvət etmişlər və o, həmin vaxt ifadə vermişdir. Verdiyi ifadə yadında deyil, üstündən xeyli vaxt keçib. Təqsirləndirilən şəxs onların marketə 2-3 dəfə gəlmişdir, elə də çox mal sifariş etməmişlər. Dükana 2-3 dəfə mal verilmişdir. Təqsirləndirilən şəxs işdən çıxana qədər dükanın şirkətə nə qədər borcu olmasını xatırlamır. Ona hər hansı təzyiq göstərilməyib ifadə verərkən. Dükanın 316 manat borcu olduğu halda, 446 manat borc yazılmışdır. Bununla bağlı verdiyi ifadəni təsdiq edir. Arada yaranan 130 manat fərq, yəni borc kimi göstərilən 130 manat mağazaya məxsus deyil. Mağazanın 316 manat borcu olmuşdur. “Ekonom” marketdə işləmişdir. O vaxt market Dəmirov Raminin adına olub səhv etmirsə. Sifarişdə “Ekonom” market yazılırdı. Malları təhvil alanda qaimə-fakturaya imza olunurdu. Həmin vaxtlar pulu əlbəəl ödəmişlər. Pul verilərkən bəlkə də pulun verilməsinə dair imza olunub, bəlkə də olunmayıb. O, həmin vaxt prokurorluğa özlərində olan sənədləri təhvil vermişdi səhv etmirsə. İmza olmalı idi. İş üzrə şahid qismində ifadə vermiş Şahid41 göstərmişdir ki, ibtidai istintaq vaxtı ifadə vermişdir. Zərdabda qayınına məxsus «Anar» marketdə işləmişdir. Təqsirləndirilən şəxsi tanımır. Təqsirləndirilən şəxsdən mal almamışdır, nə də mal satmamışdır. Heç bir haqq-hesabı da olmamışdır. Prokurorluqda verdiyi ifadəsində də hazırda qeyd etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxslə heç bir əlaqəsi yoxdur. İfadəsi alınarkən kompüterdə yazılmışdır. O ifadəsində deməmişdir ki, dükan işlədir. Ümumiyyətlə ifadəni kompüterdə prokurorluqda işləyən şəxs yığıb. Onun nə dükanı var, nə də dükan işlətməmişdir. O soruşanda, prokurorluqda işləyən şəxs demişdir ki, ifadə kompüterdə yığılmalıdır. Lazım olsa bir də prokurorluğa gedə bilər, ifadəsinin düzgün yazılmamasını aydınlaşdırmaq üçün. İş üzrə şahid qismində ifadə vermiş Şahid22 göstərmişdir ki, hazırki cinayət işi ilə bağlı prokurorluqda ifadə vermişdir. İfadəsi yadındadır, ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsi tanıyır. Təqsirləndirilən şəxsin işlədiyi Zərərçəkmiş şəxs MMC-dən mal götürürdülər. Borcları yoxlayırdılar, “sverka” edirdilər. Borcları növbəti dəfə yoxlayanda dəqiq məbləğ yadında deyil, 30-40 manat arada fərq yaranmışdı. Təqsirləndirilən şəxs demişdir ki, qaytarılan mallar olmuşdur, həmin mallar silinməyib, həmçinin yuyucu vasitələrdə faiz olurdu, verilən yuyucu vasitələrdən faizləri çıxmayıblar, ona görə fərq yaranıb. Sonra bir dəfə təqsirləndirilən şəxs müdiriyyətləri ilə gəlmişdir. O, həmin şəxslərə demişdir ki, onda hesabat dəqiq gedir. Gələn şəxslər də demişlər ki, narahat olmasın, hər bir məsələ həll olunacaq. Sonra çıxıb getmişlər. Üstündən bir az keçəndən sonra onu prokurorluğa dəvət etmişlər. Təqsirləndirilən şəxs işdən çıxanda tam dəqiq bilmir, təxminən 40 manata yaxın borc olmuşdur. Təqsirləndirilən şəxs işdən çıxmamışdan öncə borc 80 manat civarında da ola bilərdi. Prokurorluqda ifadə verəndə də, ifadəni oxuyub bildirmişdir ki, orada fərq 30-40 manat idi. Mağazanın şirkətə 30-40 manat borcu olmuşdur, öz aralarında yoxlamışlar. Müstəntiq demişdir ki, hələ bu iş araşdırılacaq, uzanacaq, gələn dəfə çağıranda 30-40 manat yazacaqlar borcu. Fəaliyyət göstərdiyi VÖEN öz adına olmuşdur. Təqsirləndirilən şəxs firmada olan malların siyahıdakı çeşidini göstərirdi, o da lazım olan malları sifariş verirdi. Mallar qaimə-faktura ilə təhvil verilirdi. Qaimə-fakturalardakı məbləğlərə baxırdı. Məbləğlər düz gəlirdi. Qaimə-fakturalarda borcun göstərilib-göstərilmədiyi yadında deyil, xatırlamır. Qaimə-fakturalarda digər məlumatlar olurdu, malların adı, sayı və s. Təqsirləndirilən şəxs həftədə bir dəfə gəlirdi, həmin vaxt pulları verirdi. Pulları verərkən təqsirləndirilən şəxs ona çek verməmişdir. Bir daha qeyd edir ki, onda hesabat dəqiq aparılıb. Müdiriyyətləri ilə təqsirləndirilən şəxs gələndə demişdir ki, 30-40 manat borc var. İş üzrə şahid qismində ifadə vermiş Şahid34 göstərmişdir ki, Göyçay şəhərində yerləşən “Əsgəroğlu” marketi kürəkəni və bacısı oğlu olan X13 işlətmişdir. Həmin marketə malların alınmasını Ruslan özü həyata keçirmişdir. Ruslanın hansı firmalarla əməkdaşlıq etməsindən məlumatı olmamışdır. Ruslan 2021-ci ilin fevral ayında qəsdən adam öldürmə cinayəti törətməsinə görə həbs edilmiş və daha sora azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra, həmin market bağlanmışdır. Buna görə də, Ruslanın Zərərçəkmiş şəxs MMC firmasına borcu olub-olmamasmdan hər hansı məlumatı olmamışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid52 göstərmişdir ki,2018-ci ildən etibarən Kürdəmir şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən “Nur” marketi işlədir. Marketdə qida və qeyri-qida məhsullarının satışı həyata keçirilir. Mağazada olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq edilmişdir. Həmin firmalardan biri də Zərərçəkmiş şəxs MMC-dır. Zərərçəkmiş şəxs MMC-dən əsasən qeyri-qida məhsullarının, yəni şampun, sabun və digər təmizlik ləvazimatları almışdır. Təqsirləndirilən şəxsda Zərərçəkmiş şəxs MMC-nin satış üzrə nümayəndəsi kimi tanımışdır. Təqsirləndirilən şəxsla aralarında hər hansı düşmənçilik və ya şəxsi ədavət olmamışdır. Sonuncu ilə 2020-ci ilin iyun ayından 2022- ci ilin mart aymadək olan dövr ərzində əməkdaşlıq etmişlər. Sonuncu ilə aralarında alqı-satqı nisyə aparılmış, aldığı malın pulunu hər aym axırı şəxsən özü və bəzi hallarda marketin sahibi də qaytarmışdır. Zərərçəkmiş şəxs MMC tərəfindən tərtib edilmiş yoxlama aktı ilə tanış olmuş və bu barədə bildirmişdir ki, həmin MMC-yə həqiqətəndə 25,48 AZN manat borcu olmuşdur. Göründüyü kimi, yoxlama aktında da imza çəkməmişdir. Lakin, MMC-nın nümayəndələrinin mağazaya gəlmələri yadında qalmamışdır. Lakin, yoxlamaya gəlsəydilər, həmin akta imza çəkər və borcu olmasını bildirərmiş. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 25,48 AZN manat borcu olmuşdur. Həmin MMC ilə bir müddətdir ki əməkdaşlıq etmir və həmin borcu da ondan istəyən olmamışdır. Buna görə də, həmin pulu şirkətə ödəyə bilməmişdir. İş üzrə şahid qismində ifadə Şahid11 göstərmişdir ki, 2020-ci ildən Göyçay şəhəri Nizami küçəsində yerləşən bazarda təmizlik vasitələri satır. Trion Trade MMC ilə əməkdaşlıq etmiş, qeyri-qida məhsulları almışdır. Təqsirləndirilən şəxs da tanıyır. Şirkət ilə nisyə-alqı satqı aparmışdır. 2020-2022-ci illər ərzində Təqsirləndirilən şəxs ilə alqı-satqı aparmışdır. 2022-ci ildə Trion Trade MMC-nin auditoru işlədiyi mağazaya gəlmiş, Təqsirləndirilən şəxs nə qədər pul borclu olduğunu soruşmuş, Trion Trade MMC-yə nə də Təqsirləndirilən şəxs borcu olmadığını bildirmişdir. Bundan başqa sifarişləri şirkətin sürcüləri çatdırmış, Təqsirləndirilən şəxs mal qəbul etməmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid32 göstərmişdir ki, ibtidai istintaq vaxtı ifadə vermişdir. Həmin ifadəni təsdiq edir. Hazırda "xxxx" şirkətində, sürücü köməkçisi vəzifəsində işləyir. Əvvəllər təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs MMC-də işləyib, həmin vaxt təqsirləndirilən şəxs ekspeditor, özü isə sürücü kimi işləyib. Anbardan təhvil götürdüyü malları faktura əsasında satış nöqtələrinə aparmış, faktura ilə də geri qaytarılan malları anbara təhvil vermişdir. Malların təhvil verilib-alınması faktura əsasında həyata keçirilmişdir. Bütün məlumatlar faktura əsasında sistemə işlənilmişdir. Təqsirləndirilən şəxs həmin firmada işə ondan sonra gəlmişdir. Ayda 4 dəfə təqsirləndirilən şəxsin ərazisinə faktura əsasında mal aparmışdır. Mallar təhvil verilərkən qaimə-fakturaların hamısına imza olunmuşdur. Qaimə-fakturalarda malların sayı, çeşidi, borc qalığı və s. bilgilər yer alırdı. Qaimə-faktura ilə malı təhvil alıb, qaimə-faktura ilə də təhvil vermişlər. Elə hal olmayıb ki, qaimə-fakturada qeyd edilən malların sayı təhvil verilən malların sayından və s. fərqlənsin. Təqsirləndirilən şəxs, yaxud mal təhvil alan adamlar heç vaxt ona pul verməmişlər ki, ofisə, mühasibatlığa və s. çatdırsın. Belə hal qətiyyən olmayıb, sürücü kimi buna ixtiyarı yoxdur. Malların sifarişi və s. vaxtlarda təqsirləndirilən şəxslə üzləşmirdilər, malların sifarişini ekspeditor almış, sifariş sistemə oturmuş, həmin məlumatlara əsasən anbardan sürücü kimi ona mal təhvil verilmiş, o da eyni qaimə-faktura ilə malları sifariş olunan ünvanlara çatdırmışdır. Təqsirləndirilən şəxs ərazidə olurdu. Onlar isə sürücü kimi malları anbardan alıb, dükanlara çatdırırdılar. Qaimə-fakturalar ofisə təhvil verilmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid37 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs işlədiyi mağazaya mal vermişdir. Sonra təqsirləndirilən şəxs işdən çıxdığı üçün onu bir daha ərazidə görməmişdir. Üstündən 6 ay - 1 il keçəndən sonra prokurorluqdan çağırıblar. Sorğu-sual ediblər. O da demişdir ki, adı çəkilən Zərərçəkmiş şəxs MMC ilə işləmişlər. Həmin MMC-yə borcu olmayıb, borcu sıfırlamışlar. Onların şirkətlə heç bir problemləri olmamışdır. Dediyi kimi, üstündən 5-6 ay, 1 il keçəndən sonra onu prokurorluğa çağırıblar. Onlara şirkətdən yoxlama üçün heç kim gəlməyib. 3 manat 37 qəpik fərq yarana bilər, yəni ehtimal ola bilər ki, nədənsə belə fərq yarana bilər. Amma borcları olmamışdır, ödəmişlər. Qaytarılmış mal ola bilər, müddəti bitmiş. Sabun və s. mallar olub. Yəni, ola bilər ki, buradan fərq yaranıb. İş üzrə şahid qismində ifadə vermiş Şahid63 göstərmişdir ki, ibtidai istintaq zamanı ifadə verib-vermədiyi yadında deyil, xatırlamır, üstündən çox vaxt keçib. İfadədəki xətt ona məxsusdur, sadəcə ifadə verməsi yadından çıxıb. Təqsirləndirilən şəxs onlara sabun və şampun kimi qeyri-ərzaq malları verib. Adətən malları alandan 5-10 gün, 20 gün sonra pullarını verirdilər. Başqa heç bir problemləri olmayıb. Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri yoxlamaya gəlibsə də, bu, yadında qalmayıb. Təqsirləndirilən şəxslə problemləri olmayıb. Ona ifadə verərkən heç bir təzyiq göstərilməyib. Dəqiq bilir ki, təqsirləndirilən şəxslə bağlı problem yaranmayıb. Onların şirkətə borcu yoxdur. Həmin vaxt dəqiq yadında deyil, yeni ekspeditor gəlmişdi. Yeni ekspeditor gələndə jurnalla gəlir. Deyir ki, əvvəlki dövrə görə filan qədər borc var. 88 manat fərqlə bağlı bir daha bildirir ki, təqsirləndirilən şəxslə bağlı problem olmamışdır. Yəqin ki, çirkətin hesabatında elə yazılıb. Bilmir, nə desin, xatırlamır. Çünki, onun borcu olsaydı, təqsirləndirilən şəxs gəlib deyərdi ki, borcu var. Bununla bağlı da ona heç nə bildirilməyib, deyilməyib. İş üzrə şahid qismində ifadə vermiş Şahid36 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsin ekspeditor işlədiyi Zərərçəkmiş şəxs MMC-dən mal alməşlar. İfadəsində qeyd etdiyi kimi, borcları 0 olub. Onlarda sənədlərdə imza da var ki, həqiqətən də onların borcu 0-dır, yəni borcları yoxdur. 2022-ci ilin mart ayına şirkətə nə qədər borcları olduğunu xatırlaya bilmir. 20,27 manat borc olması ilə bağlı ifadədə qeyd olunanlarla razı deyil. İfadəsinin altında olan imza ona məxsusdur. İfadə verərkən ona hər hansı təzyiq olmayıb. İfadəsini oxumuşdur. Həmin firma ilə bağlı borcları 0-dır. İfadəsi ilə hazırda tanış edildikdən sonra xatırlayır ki, ifadəsində qeyd etdiyi qədər borc olub. 32 manat göstərilib, amma 20 manat civarında olub. 12 manat fərqlə bağlı qeyd edir ki, götürdükləri mala görə onlara faiz verilirdi. Ola bilsin ki, 12 manat fərq yaransın. Dəqiq deyə bilmir ki, məhz həmin faiz məsələsinə görə yaranıb. 20,27 manat borcla bağlı həqiqətən imzalayıb ki, mağazanın bu qədər borcu var. Amma 12 manat fərqin yaranması səbəbini bilmir, dəqiq deyə bilməz. Qeydlər var. Qeydlərə baxıb müəyyən etmək olar ki, verilən malın dəyərindən qalan borc məbləğidir, yoxsa verilən faiz məbləğinə görə. İş üzrə şahid qismində ifadə vermiş X11 göstərmişdir ki, Ucar rayonunda prokurorluğa çağırılmış, onda ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Götürdüyü malların pulunu hər ayın axırı ödəyib. Bir ayın axırı ödəməmişdir, yubatmışdır, amma sonra onu da ödəmişdir. Borcu qalmamışdır. O, satıcı işləyib. Mağazanın müdiri olub. Müdirləri də prokurorluğa gedərək ifadə vermişdir. O, sonradan mağazadan işdən çıxmış, özünə sərbəst şəkildə işləmək üçün balaca bir yer götürmüşdür. Təqsirləndirilən şəxsi tanıdığından sonuncuya zəng vuraraq ona da şampun və s. məhsullar verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona malları gətirib verir, o da həmin malların pulunu ödəyirdi. Ona görə də, sənədlərdə iki fərqli satış nöqtəsi barədə qeydiyyat aparılıb. 28 manat civarında qeyd edilən borc keçmiş müdirinin obyekti ilə bağlı ola bilər. Satış nöqtələri hesabatlarda “Ucar Bəsti 1” və “Ucar Bəsti 2” kimi göstərilən obyektlərdir. Şəxsən onun təqsirləndirilən şəxsə borcu olmayıb. Borc məbləğinə görə suallara müdiri cavab verə bilər. İş üzrə şahid qismində ifadə vermiş Şahid69 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ucar rayonu Qarabörk kəndində işləmişdir. Təqsirləndirilən şəxsdən mal götürmüşlər. Kənd yeri olduğundan, elə də çox mal götürməmişlər. 150-200 manatlıq mal götürmüşlər. Onun təqsirləndirilən şəxsə borcu qalmayıb. Mağazada qalıq mal qalmışdı. Adı çəkilən Zərərçəkmiş şəxs MMC-dən gəlib yoxlamışlar, “sverka” etmişlər. Yoxlama ilə bağlı qeydiyyat aparıb, götürüb aparmışlar. Qalıq malları yoxlamaya gələn şəxslər təhvil götürərək özləri ilə aparmışlar. Rahim işdən çıxandan sonra başqa ekspeditor işləməyə başlamışdır. Məhz Rahim işdən çıxan vaxt yoxlama gəlib-gəlməməsi yadında deyil. İfadəsini oxuyub imzalamışdır. Həmin vaxt verdiyi ifadəni təsdiq edir. İfadədə qeyd etdiyi məbləğdə borc qalmışdı. Yaranan fərqin mağazaya aidiyyəti yoxdur. Vaxtı çıxmış mallar qalmışdı, onları da götürüb aparmışlar. Axırda 9 manat borcu qalmışdır. Qaytarılan malları kompüterdən çıxarandan sonra 9 manat borcu qalmışdı. Pul vaxtı keçmiş mal kimi qalmışdı adlarında. Malları təqsirləndirilən şəxs deyil, başqa iki nəfər şəxs gəlib yığıb aparmışlar. İş üzrə şahid qismində ifadə vermiş Şahid72 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onlar alınan malların dəyərini 300 manat - 300 manat olmaqla ödəmişlər. Təqsirləndirilən şəxs özü də bilir ki, bu qaydada ödəmişlər. Borcu qalmamışdır. İbtidai istintaq zamanı ona hər hansı təzyiq göstərilməmişdir. İfadəsini özü imzalamışdır. İfadədə nə qeyd edib, o cürdür. Qeyd etdiyi kimi, borcları 300-300 manat olmaqla, ödəmişlər. Pulu ödəyərkən sənədə imza etdirmişlər. Borcu ödəmələrini təsdiq edən sübutları yoxdur. Yoxlama aparmağa 3 nəfər gəlmişdi mağazaya. İş üzrə şahid qismində ifadə vermiş Şahid59 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Həmin dövrlərdə mağazaları var idi. Sonra mağazaları bağlamışdır. Rahim işdən çıxarkən ona heç bir borcu olmamışdır. Onun şirkətə həmin dövr üzrə heç bir borcu yoxdur. O, ifadə verərkən də demişdir ki, heç bir borcu yoxdur. İbtidai istintaq vaxtı ifadədə nə üçün belə yazıldığını bilmir. Mağazada aldıqları mallara görə 470 manat civarında pul ödəmişlər. İş üzrə şahid qismində ifadə vermiş Şahid29 göstərmişdir ki, aptekdə işləmişdir. Həmişə təqsirləndirilən şəxsin ekspeditoru olduğu firmadan, yəni Zərərçəkmiş şəxs MMCdən mal götürmüşlər. Götürdükləri mallara görə pul vəsaitlərini ödəmişlər. Pulu əlbəəl, nağd şəkildə ödəmişlər. Pulu malları kim gətiribsə həmin şəxsə vermişlər. Heç bir borcları qalmamışdır. Rahim işdən azad olunan vaxt şirkətə nə qədər borcları olduğunu xatırlamır. Şirkətin nümayəndəli gəlib yoxlamışlar. İbtidai istintaq vaxtı özü ifadə vermişdir, ona heç bir təzyiq olmamışdır, ifadəni özü imzalamışdır. İfadə verdiyi vaxtdan 2 il vaxt keçib. İfadəsini oxuyub imzalamışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid45 göstərmişdir ki, ibtidai istintaq zamanı ifadə vermişdir. Həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs mağazalarına gəlib-gedib, ondan mal almışlar. Alınan malların pulunu ödəmişlər. Borcları qalmayıb. Hesabatı özü aparmışdır. Sonradan firmanın nümayəndəsi gəlmiş və məlum olmuşdur ki, firma bağlanıb, ya da buna bənzər nə isə olub. Borcları olmamışdır. Rahim işdən çıxan vaxt axırıncı dəfə 140 manatlıq mal almışlar, haqq-hesab etmişlər, borcları qalmamışdır. Sonra ayrı firma mal gətirməyə başlamışdır. İfadədə qeyd olunan fərq kimi göstərilən 20 manatı ödəmişdir, borcu qalmamışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid47 Ağakərim oğlu göstərmişdir ki, ibtidai istintaq zamanı ifadə vermişdir. Həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsin təmsil etdiyi Zərərçəkmiş şəxs MMC-dən mal almışlar. Pullarını ödəmişlər, borcu sıfırlamışlar. Borcları qalmamışdır. İfadəni özü vermişdir, ifadəni oxumuş və imzalamışdır. Qeydiyyat apardıqları dəftər olmuşdur. İş üzrə şahid qismində ifadə vermiş Şahid48 göstərmişdir ki, ibtidai istintaq vaxtı ifadə vermişdir, həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsdən mal götürmüşlər. Malın pulunu hissə-hissə ödəmişlər. Borcları qalmamışdır. İfadəni çoxdan vermişdir, yadında qalmayıb. İfadəsi ilə tanış olmasına icazə verilməsini xahiş edir. İfadəsi ilə tanış olduqdan sonra qeyd edir ki, ifadəsində qeyd etdikləri doğrudur. Yaranmış fərqi ödəmişlər. Pulları ödəyərkən hər hansı sənədə imza etdirməmişlər. Rahim işlədiyi dövrdə 1 ildən çox alver münasibətləri olub. Həmin dövrdə alınan malların dəqiq məbləğini bilmir, amma çox mal almışlar. Kampaniyalar olurdu. Başqaları bir qutu mal götürəndə, onlar bir neçə qutu mal götürürdülər. Məsələn, bir qutu satış edərkən, şərti olaraq bir malın qiyməti 10 qəpik çıxırdısa, şərti olaraq 5 qutu satarkən qiymət 7 qəpiyə düşürdü. Fərq oradan da yarana bilər. Audit gəlib yoxlayarkən, yoxlama prosesi heç 20 dəqiqə çəkməmişdir. Öz kompüterlərində hesabat aparmışlar. Kampaniyaya düşən malları şərti olaraq 10 qəpik yox, 7 qəpik kimi göstərmişlər. Çünki həmin mallara kapmaniya qiymətləri tətbiq olunurdu. Onlar yalnız bu firma ilə işləməyiblər, digər şirkətlərlə də işləyiblər. Təşəkkül tapmış işgüzar qaydalara görə həmişə belə işləmişlər. Digər şirkətlər özləri hesabatda bu məsələləri nəzərə alaraq, özləri həll etmişlər, qiymət fərqini. 500 manat civarında qeyd edilən fərqin məhz bununla bağlı olduğunu dəqiq deyə bilməz. Yadında dəqiq qalmayan məsələ ilə bağlı əminliklə nəsə deyə bilməz. Təqsirləndirilən şəxsin işlədiyi dövr təxminən 3 il öncəyə təsadüf edir. Kompüterdə olan məlumatlar müəyyən dövr keçəndən sonra sıfırlanır. İş üzrə şahid qismində ifadə vermiş Şahid73 göstərmişdir ki, ibtidai istintaq vaxtı ifadə vermişdir, həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsin işlədiyi firmadan mal almışdır. Təqsirləndirilən şəxs gəlib, mal yazdırmışlar. Böyük məbləğdə mal almamışlar. Alınmış malların pulu ödənilmişdir. Aldıqları ümumi malların məbləği yadında deyil. Rahim işdən çıxanda borcları olmayıb. 215 manat civarında qeyd edilən məbləğlə bağlı qeyd edir ki, şirkətə borcları olmayıb, malların pulu ödənilib. 215 manat borcları olsaydı, onlara yenidən mal verilməzdi. Malların pulu ödənildikcə, yeni mallar verilirdi. Mağazanın borcu bağlanmamış onlara yeni mal verilmirdi. İş üzrə şahid qismində ifadə vermiş Şahid42 göstərmişdir ki, ibtidai istintaq vaxtı ifadə vermişdir, həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs işlədiyi dövrdə mal almışlar, pulunu ödəmişlər. Borcları qalmamışdır. İfadəni özü imzalamışdır. Onlara yoxlama gəlmişdir. Yoxlama borcun çox olduğunu demişdir. O isə demişdir ki, borc deyilən məbləğdən azdır. 2-3 il öncəyə aid məsələlərdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid44 göstərmişdir ki, ibtidai istintaq vaxtı ifadə vermişdir. Borcu yoxdur. İfadəsi alınarkən sual vermişlər ki, borcu varmı, o da demişdir ki, borcu yoxdur. İfadəsində demişdir ki, borcu olub, amma ödəyib. Rahimin özünə ödəmişdir. Fərq mövcud olmayıb. İfadəni özü imzalamışdır. İfadəni təsdiq edir. Ola bilsin ki, 20 manatlıq fərq satılmayıb qaytarılan malların dəyəridir. İş üzrə şahid qismində ifadə vermiş Şahid46 göstərmişdir ki, ibtidai istintaq vaxtı ifadə vermişdir. İfadəsini təsdiq edir. Təqsirləndirilən şəxsdən mal almışlar, pulunu ödəmişlər. Borcları qalmamışdır. İfadəni prokurorluqda vermişdir, amma oxumamışdır. İmzalamışdır. Heç bir təzyiq edilməmişdir. Orada borcunun olub-olmamasına dair sual vermişlər. O da cavabında bildirmişdir ki, borcu yoxdur. İş üzrə şahid qismində ifadə Şahid17 göstərmişdir ki, ibtidai istintaq vaxtı ifadə vermişdir. İfadəsini təsdiq edir. Düz xatırlayırsa, 50-60 manat fərq var. Hər hansı köməkliyi dəyəcəksə həmin fərqi ödəməyə hazırdır. Rahim işləyən vaxt həqiqətən bu qədər fərq olmuşdur. İş üzrə şahid qismində ifadə vermiş Şahid56 Piralı oğlu gösətrmişdir ki, təqsirləndirilən şəxsi tanımır. O, mağazanı bağlamışdır. İbtidai istintaq vaxtı da ifadəsində bildirmişdir ki, borcu olmayıb. Mağazanı bağladığı uzun müddətdir. İş üzrə şahid qismində ifadə vermiş Abdullayev X5 göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Birinci dəfədir ki görür. Qohumluq münasibətləri yoxdur. İbtidai istintaq vaxtı ifadə vermişdir. İfadəsini təsdiq edir. İfadəsini özü imzalamışdır. Təqsirləndirilən şəxsdən mal almamışdır. Onun adına 40 manat pul yazılsa da, həmin şirkətdən mal almamışdır ki, adına borc olsun. Onun adına çox şey yazıla bilər, amma mal almamışdır, borcu yoxdur. Vəziyyətdən istifadə edirlər. İfadəsinə əlavəsi yoxdur. İş üzrə şahid qismində ifadə vermiş Şahid30 göstərmişdir ki, Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində “Nərgiz” marketi işlətmişdir. Qida və qeyri-qida məhsullarının satışı ilə məşqul olmuşdur. Marketdə olan qeyri-qida məhsullarının idxalı ilə əlaqədar olaraq 2020-2022-ci illər ərzində Zərərçəkmiş şəxs MMC ilə əməkdaşlıq etmişdir. Təqsirləndirilən şəxs MMC-nin nümayəndəsi kimi tanıyır, onunla nisyə-alqı satqı aparmışdır. 2022-ci ilin yaz aylarında Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi mağazaya gələrək Təqsirləndirilən şəxs nə qədər pul borclu olduğunu soruşmuş, mağazanın 180.85 manat borclu olduğunu bildirmiş, nümayəndə isə 206.49 manat mağazanın borclu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilə aralarında olan ödənişlər nağd şəkildə aparılmışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid40 göstərmişdir ki, ibtidai istintaq vaxtı ifadə vermişdir. Həmin ifadəni təsdiq edir. Zərdabda yaşayır. Oraya gələrək ondan ifadə almışlar. Təqsirləndirilən şəxs tanımır. Tanımadığı şəxs haqqında heç nə danışa bilməz. Onun heç kimə borcu yoxdur, heç kim deyə bilməz ki, onun kiməsə borcu var. O, əczaxanada işləyir, əczaçıdır. Həmişə həmin əczaxanada işləmişdir. Prokurorun dediyi hüquqi şəxsin adı ona tanış gəlmir. xx.xx.2023-cü il tarixdə prokurorluğun əməkdaşına ifadə verməsi ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs ola bilsin ki, əczaxanaya mal versin. Təqsirləndirilən şəxsi hazırda xatırlamır. Lakin bir daha qeyd edir ki, heç kim onun kiməsə borcu olduğunu deyə bilməz. Zərdabda prokurorluğun əməkdaşına ifadə vermişdir. Həmin ifadə ilə tanış ediləndən sonra deyə bilər ki, nə üçün qadın kimi yalnız onun adının iş üzrə hallandığını anlaya bilmir. Verdiyi ifadə yadına gəlmir. İfadəni özü imzalamışdır. Yenə də qeyd edir ki, ola bilsin ki, təqsirləndirilən şəxs əczaxanaya mal vermişdir, amma yadında qalmayıb. Hər hansı yoxlama olmamışdır, adı çəkilən Zərərçəkmiş şəxs MMC-nin əməkdaşları gəlməmişlər. Təqsirləndirilən şəxsin həmin vaxt işlədiyi yerdən başqa digər işçinin gəldiyini xatırlamır. Təqsirləndirilən şəxs barədə məhkəmə iclazı zalından kənarda ona demişlər. Hazırda təqsirləndirilən şəxs ona tanış gəlir. Əczəxananın adı çəkilən şirkətə 25 manat civarında borcu yoxdur. Təhvil alınan malların hamısı qeyd olunur. Əczaxanada dolab var, sənədlərin hamısı orada saxlanılır. Fakturalar da orada saxlanılırdı. Həmin fakturalar üzrə bilirdilər ki, kimdən nə qədər mal alıblar. Pulunu verəndən sonra fakturalar saxlanılmır. Pulu ödənilmiş malların fakturalarının əczaxanada saxlanılmasına zərurət qalmır. Adı çəkilən sabun markası tanış gəlir, şampun markası yox. Malları o təhvil alır. Malları, yəni şampun, sabun və bunun kimi malları heç vaxt bazardan almırlar. Həmişə müxtəlif firmalardan alıblar. Hazırda “Veysəloğlu” şirkətindən alırlar. “Absolyut”, “Vesna” sabunu, “Hobbi” şampununun adları yadına gəlsə də, dəqiq deyə bilmir. Aldıqları malların pullarını 15, 20, 30 manat olmaqla ödəmişlər. Elə vaxt olurdu ki, az mal gəlirdi, dərhal pulunu ödəyirdilər. Çox mal götürülən vaxt isə satandan sonra ödəyirdilər. Təqsirləndirilən şəxsin gətirdiyi malların pulu verilib. Vaxtında gətirdiyi malların pulu Təqsirləndirilən şəxs verilib. Ekspeditorlar gəlirlər, gedirlər, hamı yadında qalmır. Bundan sonra hamısını, yəni bir çox şirkətlərlə əməkdaşlığı ləğv etmişdir. Yalnız boya alır hazırda, Veysəloğlu şirkətindən gəlir. Lazım olan dərmanlar, uşaq qidası depolardan gəlir. Gətirilən malların pulunu həmin malları gətirən şəxsə ödəmişlər. Yəni, bir ekspeditorun gətirdiyi malların pulunu başqa şəxsə verməyiblər. Şahid1ı tanıyır. Nurana aid pul məsələsini nə ona, nə də başqa adamın pul məsələsini kiməsə yazmaq olmaz. Təqsirləndirilən şəxsin gətirdiyi malların pulu təqsirləndirilən şəxsə, Nuranın gətirdiyi malların pulu Nurana verilib. İş üzrə şahid qismində ifadə vermiş Şahid50 Məmməd oğlu göstərmişdir ki, ibtidai istintaqda ifadə vermişdir, həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsi Zərərçəkmiş şəxs MMC-nin işçisi kimi tanıyır. Təqsirləndirilən şəxs onlara mal vermişdir, onlar da pulunu ödəmişlər. Təqsirləndirilən şəxsin onlara qarşı şəxsi-qərəzliyini və s. müşahidə etməmişlər. Dəqiq yadında qalmayıb, təqsirləndirilən şəxs 2-3 il qabaq onlara mal verib. Təqsirləndirilən şəxslə bağlı narahatçılıqları olmayıb. Təqsirləndirilən şəxs gələrək sifariş verilən malların adını yazmış, çıxıb getmişdir. Ayrı işçilər də olub, təqsirləndirilən şəxsdən sonra gələn. Həmişə malları pulunu ödəmişlər. Elə vaxt olmuşdur ki, 20-25-30 manatlıq mal almışdır. Gələn dəfə yeni mal gətiriləndə, öncəki partiyada aldıqları malların pulunu ödəmişlər. Pulu hər bir halda ödəmişlər. Malı sürücülər gətirib təhvil verirdilər. Faktura ilə təhvil verilirdi. Pulunu da malı gətirib təhvil verən şəxsə ödəyirdilər. Bəzən ekspeditora, bəzən malı gətirib təhvil verən şəxsə ödəmişlər. Məsələn 30 manatlıq mal alanda, ikinci dəfə 30 manatlıq mal almaq istəyərkən, borc ödənilmirdisə, mal yazılmırdı. Ola bilər ki, ifadəni yazan şəxs kompüterdə bu şəkildə yazıb, o da ifadəni imzalayıb. Təqsirləndirilən şəxsə bu qaydada alver etmişlər. Təqsirləndirilən şəxsdən 30 manatlıq mal almışdır, malı təhvil verənlərə elə vaxt olub ki, 20 manatını ödəmişlər, növbəti dəfə təqsirləndirilən şəxs gələndə sifariş götürməyə, 10 manatı ona ödəmişlər ki, yenə də 30 manatlıq mal götürə bilsinlər. Mağazaya mal gələndə onun adına yazılırdı. Kürdəmirdə fəaliyyət göstərmişdir, ərzaq malları satılan mağazadır. Rahim işləyən dövrdə cəmi dövriyyənin nə qədər olduğunu xatırlamır. Mağazada üzləşmə aparılmayıb. Şirkətdən mağazaya gəlib Rahimin işdən çıxması, dükanın şirkətə borcu olması deyilməyib, heç nə soruşulmayıb. Yeni ekspeditor gələndə, dükana gətirib üzləşmə aparırlar, qol çəkdirirlər ki, borc qalığı var ya yox. İbtidai istintaq vaxtı onu çağırmışlar ki, gəlsin. O da, getmişdir. İfadəni vermişlər ki, qollasın. O da imzalamışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid54 göstərmişdir ki, ibtidai istintaq vaxtı prokurorluqda ifadə vermişdir. Həmin ifadəni təsdiq edir. Rahim işlədiyi müddətdə 50-60 manatlıq mal almışdır. Pulunu vermiş, qaimə-fakturanı almışdır. Bu qaydada işləmişlər. Nə Rahimin ona, nə onun Rahimə borcu olmamışdır. Təqsirləndirilən şəxsdən sonra daha bir nəfər şəxslə də işləmişdir. Rahimdən qabaq da işləyən şəxs var idi. 130 manat civarında borcu olmuş, pul ödəmiş, 66 manat borc qalmışdır. O vaxt Nuran müəllim var idi, 66 manatı da 10 manat, 20 manat olmaqla Nuran müəllimin işlədiyi yerə ödəmiş, borcu bağlamışdır. Ona qaimə-faktura verilirdi, o, həmin fakturaya imza çəkirdi. Şirkətdən yoxlama gəlməmişdir. 469,88 qəpik kəsirlə bağlı deyə bilər ki, Kürdəmir rayonunda prokurorluğun nümayəndəsinə də demişdir ki, bu qədər borc yoxdur. Olan borcu, yəni 130 manatı demişdir. Demişdir ki, 130 manat borcu da vermişdir. Pulu ödəmişdir, çatdırma xidməti gəlib, başqa bir şəxs gəlib, onlara da 10 manat – 20 manat olmaqla ödəmişdir. Kasıb adamlardırlar. Heç vaxt 500, 2.000, 3.000 manatlıq mal almamışdır. 50-60-70 manatlıq mal almışdır. Lap çoxu 100 manat mal alar. İmzaladığı fakturalarda malın adı, qiyməti olurdu. Təhvil-təslim etmirdilər, o yalnız fakturanı imzalayırdı. Onun yalnız 20-30 manat borcu olub, onları da həmişə ödəyib. Qaimə-fakturalarda həqiqətən borc məbləği göstərilirdi. Sonuncu dəfə 66 manat borc qalmışdı. Onu da dediyi kimi, hissə-hissə ödəyib. Həmin vaxtlar 10 manat, 20 manat olmaqla ödəmişdir. Borc ödənilib deyə, siyahıları, kağızları atmışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid66 göstərmişdir ki, istintaq vaxtı prokurorluqda ifadə vermişdir. Həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin işçisi kimi gəlib-getmişdir. Şampun və s. mallar almışlar. Təqsirləndirilən şəxs malları vaxtı-vaxtında vermişdir. Onunla bağlı hər hansı narahatçılığı olmayıb. Bundan sonra da, firmalardan insanlar gəlib işləyiblər, təqsirləndirilən şəxsdən sonra iki ekspeditorla da işləmişlər və onlarla da heç bir problem yoxdur. Gətirilən şampun və s. malların pulunu vaxtı-vaxtında ödəmişlər. Təqsirləndirilən şəxsə ekspeditor kimi sifariş verdikləri və aldıqları mallara görə şirkətə borcu yoxdur. Pulu təqsirləndirilən şəxsin özünə vermişlər, başqa şəxsə verməmişlər. Rahim işdən çıxandan sonra yoxlama olubolmamasına dair bildirir ki, 3-4 dəfə əməliyyat keçirmişdir, dizi çıxmışdır və cansağlığı ilə bağlı digər problemləri olmuşdur. Ona şirkətin nümayəndələri gətirib heç nə imzalatmamışlar. Nə mal alıbsa pulunu ödəmişdir. İbtidai istintaq vaxtı onları heç ifadələrini oxumağa qoymamışlar. Sənədlərə qol çəkdirmişlər. Sual vermişlər, o da cavab vermişdir ki, təqsirləndirilən şəxs mal verib, o da malın pulunu ödəmişdir. Mağazaya şirkətdən kimsə gəlmişdir, o həmin şəxsə demişdir ki, şampun və s. qurtarıb. Cavabında həmin şəxs demişdir ki, işçi şirkətdə yeyintiyə yol verib, narahat olmasın, yeni işçi verilib. Bundan sonra yenidən mal gəlmiş, onlar da hesablayıb malın pulunu vermişlər. Onu şahid qismində məhkəməyə dəvət ediblər, aydınlaşdırmaq üçün ki, təqsirləndirilən şəxsə borcu var ya yoxdur. Yenə də deyir ki, təqsirləndirilən şəxs gəlib deyir ki, filan qədər borcunuz var, o da həmin məbləği ödəyir. Bu qaydada işləmişlər. O nə bilsin ki, təqsirləndirilən şəxs aparıb pulu orada yeyintiyə yol verib, ya yox. Bu sualların ona aidiyyəti yoxdur. Mağazaya gələn şirkət nümayəndələri yoxlama aparmamışlar, ona sadəcə olaraq demişlər ki, şirkətin işçisinin yeyintisi var. İş üzrə şahid qismində ifadə vermiş Şahid61 Əhməd oğlu göstərmişdir ki, ibtidai istintaq vaxtı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsi birinci dəfədir ki görür. 2009cu ildən Bakı şəhərinə köçmüşdür. Mağazanı işlətməyə verib. Mağaza iki dəfə mal götürüb, ikisini də nağd şəkildə götürüb. Göyçayda müstəntiq ona mağazanın adına borc olduğunu demişdir. Müstəntiqə demişdir ki, mağazanı işlədənlər, yaxud adı ona bildirilən Zərərçəkmiş şəxs MMC-dən deyərdilər, həmin pulu Bakıdan ödəyərdi şirkətə, çıxıb gedərdilər. Malı mağazada işçi var, həmin işçi götürmüşdür. Mağazanı özü işlətməmişdir deyə dəqiq deyə bilmir, yəqin ki, malı təqsirləndirilən şəxsdən alıblar. 1997-ci ildən bəri sahibkar kimi işləmişdir. Sahibkar kimi, təcrübəsində rast gəlib ki, ekspeditor, ya başqa adam gedib, borcları gedən adamın adlarına yazıblar, həmin şəxslər barədə istintaq olub, sonra işi məhkəməyə veriblər, lakin məhkəmədə VÖEN əsasında müəyyən edə bilməmişlər, hökm çıxarmışlar. Yəni 3-4 dəfə belə işlər başlarına gəlib. Hazırki işdə ibtidai istintaq vaxtı yalnız şirkətə borcları olub-olmadığını soruşmuşlar. Mağazanı işlədən şəxs də demişdir ki, borcları yoxdur, ödəmişlər. Şirkətdən audit yoxlaması gəlməmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid64 göstərmişdir ki, ibtidai istintaq vaxtı verdiyi ifadəni təsdiq edir. İbtidai istintaq vaxtı da ifadə verərək bildirmişdir ki, borcu yoxdur. Təqsirləndirilən şəxs ekspeditor olub. Ondan sonra başqa bir ekspeditorla da işləmişlər. Təqsirləndirilən şəxslə heç bir problemləri olmayıb. Ekspeditor mal gətirib, pulunu da ödəmişlər. Ekspeditor gələndə müdiriyyətin yanında borcu ödəmişlər, yaxud müdiriyyət özü ödəmişdir. Onun 80 manat borcu qalmışdır. Yeni gələn ekspeditora ödəmişdir. Təqsirləndirilən şəxs Rahimlə isə heç bir problemləri olmamışdır. Şirkətə borcları olmamışdır. Gələn malların pulunu Rahimə də ödəmişlər, şirkətin işçisinə də. Şirkətdən yoxlama gəlmişdir. Borc məbləğinin olub-olmaması soruşulmuşdur. Onlar da borcun olmadığını bildirmişlər. Mağazanın borcu olmuş, lakin bağlamışdır. Üzləşmə aparılmamışdır. Onun borcu olsa da, ödəmişdir. İş üzrə şahid qismində ifadə vermiş X15 göstərmişdir ki, ibtidai istintaq vaxtı prokurorluqda ifadə vermişdir, həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsin təmsil etdiyi firma ilə alış-verişləri olub. Borc bu aydan digər aya keçməyib. 300-700 manat arası əməkdaşlıq etmişlər. Təqsirdəndirilən şəxsdən sonra 2 ekspeditor da gəlib. Onun şəxsən təqsirləndirilən şəxsə borcu olsaydı, əlbəttə ki, yeni mal verilməzdi. Rahim işdən çıxanda Zərərçəkmiş şəxs MMC-dən borcun olub-olmamasını müəyyən etmək üçün nümayəndə gəlmişdir. Həmin vaxt 230 manat borcu olmuşdur, müdiriyyətinə məlumat vermişlər, danışmışlar, özü də bilir ki, dəftərdə nə qədər borcu var. Əlavə heç bir məsələ olmayıb. Bütün hesabatı dəftərə işləyirlər və borcu bilir. Mağazanın dəftəri var, oraya işləmişlər. Dəftərdə 230 manat borc olub, onu da şirkətin müdiriyyətinə ödəmişlər. Şəxsən məlumatı yoxdur ki, bu nə məsələdir. Bu məsələni Rahimlə də danışmışlar, Rahim də demişdir ki, bu məsələnin nə olduğunu bilmir, onun tərəfindən yeyintiyə yol verilməyib. Borc məbləği çox göstərilsə də, onun dəftərində 230 manat borc olub, həmin borcu da şirkətin müdiriyyətinə ödəmişlər. 2.001,96 manat borcla bağlı məsələ varsa, şirkətin müdiriyyəti gəlsin, danışsınlar. Onların ən axırıncı borcları 230 manat borcu olub. Mart ayından yeni ekspeditor ilə işləməyə başlamışlar. 2.001,96 manat borcları olub, ifadəsini təsdiq edir. Sonra ödəmişlər. Ən son 230 manat borcları olmuşdur, onu da ödəmişlər. Üzləşmə aparılarkən onda hesabatda bir məbləğ olmuşdur, şirkətin sistemində başqa məbləğ. İş üzrə şahid qismində ifadə vermiş Şahid16 göstərmişdir ki, ibtidai istintaq vaxtı ifadə vermişdir. İfadəsini xatırlamır. Çünki bir neçə il əvvəl olub. Üzləşmə olunan zaman, 146 manat borcları olduğu halda, firmada borc 246 manat göstərilmişdi. Hissə-hissə ödəniş etməklə mal götürmüşlər. Üzləşmə zamanı fərq yaranmışdır. Qeyri-qida məhsulları almışlar, şampun, sabun. Ödənişi nağd şəkildə etmişlər. Hər dəfə borcu təqsirləndirilən şəxsin özünə ödəmişlər. 300 manat mal almışlar, 150 manat ödəmişlər, bu şəkildə borc məbləği yaranmışdır. Amma hesabatlarda fərqin nədən yarandığını bilmir, bu ona məlum deyil. Depozit saxlamışlar. Ödənişi tam etməmişlər. Belə ki, mağazada mal qalığı olurdu, tam satılmırdı. Bu səbəbdən, tam ödəniş olunmurdu. 100, 200, 300 manat pul saxlayırdılar. Fərqin mövcud olması barədə ola bilsin audit yoxlaması olub, oradan bilinib, indi dəqiq xatırlamır. Malları alanda qaiməni imzalayaraq təhvil götürmüşlər. Pulu verəndə qəbzə və s. imzaladıb vermirlər. Pulu ödəmələrini təsdiq edən heç bir sübutları yoxdur. Şirkət də onlara malı təhvil verərkən fakturalarla rəsmi verməyib, qeyri-rəsmi verilib. Ödənişlər də qeyri-rəsmi aparılıb. İndi dəqiq xatırlamır, amma ola bilsin ki, kampaniyaya düşən malların alınması ilə əlaqədardır. O, özündə hesabatda kampaniya qiymətini göstərib, şirkətdə isə hesabatda baha qiymət göstərilib, bu səbəbdən fərq yarana bilərdi. Sonra aktlarla, ya başqa qaydada məbləğ hesablanıb çıxılmalı idi. Ekspeditor deyirdi ki, məsələn filan malı 13 manat qiymətə qəbul et, o da bu qiyməti göstərirdi. Yəni belə hallar olub. Məsələn şirkət sabunun qutusunu 10 manata verir, deyir ki, bir qutu sabunu 9 manatdan qəbul et, sonra şirkət həmin pulu hesablayıb, 100 qutu sabuna görə yaranan 100 manat fərqi öz adından mədaxil edəcək. Kampaniya şirkət tərəfindən də edilir, mal getməyəndə ekspeditor da edir ki, mal satışı olsun. Yəni belə təcrübə çox yayılıb. Digər şirkətlərdə də eyni şəkildədir. Yəni bu, yalnız adı çəkilən Zərərçəkmiş şəxs MMC ilə bağlı məsələ deyil, digər şirkətlərdə də eyni səpkili kampaniyalar aparılır. İş üzrə şahid qismində ifadə vermiş Şahid12 göstərmişdir ki, ibtidai istintaq vaxtı verdiyi ifadəni təsdiq edir. Zərərçəkmiş şəxs MMC-ya 30-40 manat borcu olmuşdur. Həmin borc öncəki ekspeditorun vaxtında olub. Ərazi dəyişib deyə, öncəki ekspeditor gedib. Təqsirləndirilən şəxsi sonradan firmanın işçisi kimi tanıyıb. Firmaya ayrı borcu olmayıb. Təqsirləndirilən şəxsə də heç bir pul məbləği ödəməyib. Hər hansı sənədə imza etməmişlər. İş üzrə şahid qismində ifadə vermiş X7 göstərmişdir ki, ibtidai istintaq vaxtı verdiyi ifadəsini təsdiq edir. İfadədə borc məbləğini təsdiq etmişdir. Təqsirləndirilən şəxsin işlədiyi Zərərçəkmiş şəxs firması ilə işləmişlər, həmin MMC-dan mal almışlar. Çoxdan olub deyə yadında dəqiq qalmayıb. Audit gəlmişdir, səhv etmirsə 150 manat borc olmuşdur. Firmada çox göstərilmişdi, 500-600 manat civarında. O da özündə mövcud olan borc məbləğini təsdiq etmişdir. Məbləğlər dəqiq yadında deyil. Demişdir ki, mövcud olan 150 manat borcu ödəyə bilər. Ödənişləri nağd şəkildə ödəmişlər. Mal alanda təhvil-təslim olurdu, anbardar qəbul edirdi, sənəd imzalayırdılar. Amma pul ödənişləri edəndə hər hansı sənədə imza etməmişlər. 4-5 ay kimi işləmişlər. İfadəsində 211 manat borc göstərilməsi ilə bağlı qeyd edir ki, 3-4 il qabaq olan məsələdir deyə, yadında dəqiq qalmayıb. Sonra deyən olmasın ki, nə üçün 211 manat yazılıb, indi 150 manat civarında deyir. Üstündən uzun müddət keçib, ona görə dəqiq xatırlamır. Amma audit demişdir ki, 500-600 manat borc yazılıb. Audit şirkətin işçisi idi. O da auditin dediyi məbləğlə razalışmamış, 211 manat borc məbləğinin olmasına dair imza etmişdir. Təsdiq etmişdir ki, 211 manat borc mövcuddur. Qaimə-fakturaları yığırlar, bir il bitəndən sonra saxlamırlar, atırlar. Bir il öncə həmin mağazadan işdən çıxmışdır, indi ayrı yerdə işləyir. Müstəntiq qaimələri ondan götürməmişdir. Pulu Rahimə ödəmişdir. 300 manatlıq mal alırdılar, ayın axırında 150 manat ödəyib, qalanını saxlayırdılar. Dükanda alınan malların pulunu ödəmək səlahiyyəti var idi. Mal qəbul edən şəxs anbardar idi, lakin mühasibatlıq məsələlərinə özü baxırdı. Pulu ödəyərkən hər hansı sənədə imza etdirməyiblər. Mal alanda isə imzalayıb qəbul edirdilər. Pulları ödəməsini təsdiq edən sənəd yoxdur, amma təqsirdəndirilən şəxs buradadır və özü təsdiq etsin ki, pulları alıb. Çox şirkətlə işləmişlər və heç bir şirkətin işçisinə pulu vermələrinə dair sənədə imza etdirməmişlər. Normal işləyən şirkətlər hər bir period üçün yoxlama aparırdılar, audit gəlirdi, ekspeditor gəlirdi, oturub üzləşdirirdilər və fərq yarananda araşdırırdılar ki, fərq nə üçün yaranıb. O da həmin vaxt olan məbləği demişdir. Üstündən 3-4 il keçib. O vaxt elə də çox mal almırdılar və elektron qaimədən istifadə etmirdilər. Sonradan elektron qaimədən istifadə etməyə başlamışlar. Təqsirləndirilən şəxs ərazini təhvil götürəndə öncəki ekspeditorun dönəmindən 120 manat borc qalığı, kəsir olub-olmaması yadında deyil. Olsa da 120 manat ola bilməz, az olacaq. Təqsirləndirilən şəxsin işlədiyi firma ilə ay ərzində 100-110-120-130-140 manatlıq dövriyyə etmişlər. Ona görə də, dükanda olan dövriyyənin həcmi az olduğundan, ola bilməz ki, 120 manatlıq borc qalığı, kəsir yaransın. Heç aylıq ümumi dövriyyə 100-140 manatı keçmirdi. Bu səbəbdən, göstərilən miqdarda kəsir yaranması mümkün deyil. Yəni 500-600 manatlıq borc yarana bilməz. Pulu ödəmələrinə dair sübut təqdim edə bilmir. Birinci dəfədir ki, başlarına bu cür hadisə gəlir. Təqsirləndirilən şəxsin təmsil etdiyi şirkətlə elə də böyük dövriyyələri olmayıb, həmin şirkətin elə də çox mal çeşidi də olmayıb. Təqsirləndirilən şəxsə deyiblər ki, ondan da bir-iki mal çeşidi alıb işləsinlər. Mağazada depozit saxlayırlar, 100-120 manat. Toxunulmaz rəqəmdir. Ona görə saxlayırlar ki, sabah şirkət bağlana bilər, dükanda mallar var, malları qaytara bilərlər. Bütün mağazalarda depozit olur, belə işləyirlər. 100-120 manatlaq hər ay mal alanda, elə 211 manat civarında pul edir. 211 manat məbləğin yarısı borc, yarısı isə depozitdir. Özündə qeydiyyat olub borc barədə. Ona istinadən ifadə verib istintaq vaxtı. Müstəntiq həmin hesabatı ondan istəməyib. Şifahi demişdir. Auditin yazdığı sənəd olub. Ondan müstəntiq sənəd istəməyib. İnanmır ki, indi özündə, ya haradasa sənəd qala. Müstəntiq ona auditin dükanda imza etdirdiyi sənədi göstərib borc məbləğini soruşmuşdur. O da təsdiq etmişdir ki, həqiqətən 211 manat borc var. İş üzrə şahid qismində ifadə vermiş Şahid14 göstərmişdir ki, Trion Trade” MMC-yə 148,66 manat borc 2022-ci ildə ödənilmişdir. Təqsirləndirilən şəxs sifariş verdikləri malların siyahısını yazmış, maksimum 200-300-350 manatlıq mal alırdılar. 3-5 dəfə mal almışlar. Sonuncu dəfə 2022-ci ildə mal almışlar. 148,66 manatlıq malı 2021-ci ildə almışlar, 2022-ci ildə ödəniş etmişlər. Ödənişi nağd şəkildə, əlbəəl ödəmişlər. Hesabatı kompüterə işləmişlər. Gələn malları da kompüterə işləmişlər, ödənilən pulları da. Oradan da borcu silirdilər, ödənişlərdən sonra. Borcun ödənilməsi ilə bağlı onlara çek verilmirdi. Aldıqları mallarla bağlı hər hansı sənədə imza etdirdikləri yadında qalmayıb. 148,66 manatlıq mal gəlib, pulunu da ödəmişlər. Lakin təsdiq edən heç bir sənəd təqdim edə bilmir. Çünki onlara qəbz verilməyib. Üstündən də çox müddət keçib deyə müşahidə kamerası görüntüləri də qalmayıb. Auditorların, yoxlamanın gəlməsi yadında deyil. Əgər gəliblərsə, 100 % deyib bütün bunları. Onların dəqiq olaraq 148,66 manat borcları olub, bundan artıq məbləğdə olmayıb. Audit gəlməsi yadında deyil, xeyli vaxt keçib, xatırlaya bilmir, audit gəlibsə real borcun 148,66 manat olduğunu deyib. 60,09 manat qalıq borcun ona aidiyyəti yoxdur. Bir dəfəyə yazılan maldır, bir faktura üzrə 148,66 manat məbləğində maldır. Mal faktura ilə gəlib, boşaldılıb dükana. Malı çatdırma xidməti gətirib, sürücü. Ekspeditor öncədən gəlib siyahı yazır. Üstündən də 1-2 gün keçmiş sürücü həmin malları çatdırır. Onlar həmin malları faktura ilə yoxlayıb, düzgünlüyünə əmin olurlar. Fakturaya imza edirlər ki, təhvil almışlar. Üstündən 20 gün – 1 ay keçəndən sonra pul üçün gəlirlər. 4 dəfə mal almışlar. 148,66 manatlıq mal bir faktura ilə xx.xx.2021-ci il tarixdə gəlib. 2022-ci ildə də pulu ödənilib. Pulunu Rahimə ödəmişlər. X26 vermişdir. Çatdırma gətirib, Anar yoxlayıb, ya da özü yoxlayıb imzalayır. Pulu 90 faiz hallarda özü ödəmişdir. xx.xx.2022-ci il tarixdə ödənilib. Bundan əvvəlki vaxtlarda xx.xx.2021-ci il tarixdə 174,28 manatlıq mal almışlar, xx.xx.2021-ci il tarixdə ödənilib. Telefonla şəkli kompüterdən çəkib. Orada belə qeyd olunub. Pulun xx.xx.2022-ci il tarixdə ödənildiyi qeyd olunub. Təqsirləndirilən şəxsə əvvəlcə ödəyib, bir ay sonra kompüterə yazmaları mümkün deyil, heç kimin ödəniş bu qədər uzun müddət yadında qalmır. Təqsirləndirilən şəxsin mart ayında işdən çıxmasını, onların isə 2022-ci ilin aprel ayında ödədiyini başqa cür izah edə bilmir. Pulu nağd şəkildə ödəmişdir. O, ümumiyyətlə ödənişləri Accessbank vasitəsi ilə ödəyir. Həmin ödənişlər barədə sms-lər isə onun telefonuna gəlir. O, həmin mesajları silmir. Ödənişlə bağlı hər hansı problem yarananda şirkət əlaqə saxlayır ve deyirlər ki, ödəniş hesaba oturmayıb. Eləcə də, bəzən elə olur ki, ekspeditor tərəfindən siyahıda yazılan mallar çatdırma xidməti gələrkən maşında olmur. Siyahıda olan, amma maşında olmayan malların üstündən xətt çəkilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7470 nömrəli rəyindən görünür ki, iş materiallarında olan sənədlərin və X9 düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındıqda Zərərçəkmiş şəxs MMC-də 04 yanvar 2021-ci il tarixdən 26 mart 2022-ci il tarixədək olan dövr üzrə X12 tərəfindən yaranmış çatışmazlıq 12.231,57 manat məbləğində müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1754 saylı ekspert rəyindən görünür ki, ********* saylı cinayət işinin materiallarında Təqsirləndirilən şəxs adından olan 19 iyun 2020-ci il tarixli ərizənin aşağı hissəsində “soyadı, adı, atasının adı” yazılarının üst hissəsində “Təqsirləndirilən şəxs” yazıları və həmin yazıların qarşısındakı imza; Zərərçəkmiş şəxs MMC və Təqsirləndirilən şəxs adlarından olan 19 iyun 2020-ci il tarixli, 19-20 saylı əmək müqaviləsinin sonunda “İşçi” qrafasındakı imza və “Bir nüsxəni aldım” qrafasındakı imza; 19 iyun 2020-ci il tarixli, 19-20 saylı əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlarda “İşçi” qrafasındakı imza; 19 iyun 2020-ci il tarixli tam fərdi məsuliyyət haqqında müqavilənin sonunda “İşçi” qrafasındakı imza; 19 iyun 2020-ci il tarixli satış nümayəndəsinin vəzifə təlimatının sonunda “Tanış oldum və bir nüsxəni aldım:” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/407 nömrəli rəyindən görünür ki: 1.1. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 23-cü sırasında «Zabit» adının qarşısında olan imza – Şahid4 tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 25-ci sırasında «Ceyhun» adının qarşısında olan imza – Şahid50 tərəfinfən icra olunmuşdur. 1.3. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 28-ci sırasında «Hidayət» adının qarşısında olan imza – Şahid23 tərəfindən icra olunmuşdur. 1.4. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 32-ci sırasında «Cavid» adının qarşısında olan imza - Şahid62 Bəhram oğlu tərəfindən icra olunmuşdur. 1.5. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 36-cı sırasında «Cəlil» adının qarşısında olan imza - Şahid70 tərəfindən icra olunmuşdur. 1.6. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 45-ci sırasında «Selan» adının qarşısında olan imza - X14 tərəfindən icra olunmuşdur. 1.7. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 58-ci sırasında «Kamran» adının qarşısında olan imza - Şahid66 tərəfindən icra olunmuşdur. 1.8. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 64-cü sırasında «Kamran» adının qarşısında olan imza - Şahid13 tərəfindən icra olunmuşdur. 1.9. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 65-ci sırasında «Şərif» adının qarşısında olan imza - Şahid27 tərəfindən icra olunmuşdur. 1.10. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 66-cı sırasında «imza» qrafasında olan imza - Şahid53 tərəfindən icra olunmuşdur. 1.11. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 76-cı sırasında «Ruslan» adının qarşısında olan imza – Şahid20 tərəfindən icra olunmuşdur. 1.12. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 103-cü sırasında «Məhəmməd» adının qarşısında olan imza – Şahid19 tərəfindən icra olunmuşdur. 1.13. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 115-ci sırasında «imza» qrafasında olan imza - Şahid8 tərəfindən icra olunmuşdur. 1.14. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 125-ci sırasında «Fərhad» adının qarşısında olan imza - Şahid64 tərəfindən icra olunmuşdur. 1.15. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 126-cı sırasında «Cavid» adının qarşısında olan imza - Şahid42 tərəfindən icra olunmuşdur. 1.16. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 127-ci sırasında «Nəriman» adının qarşısında olan imza - Şahid43 tərəfindən icra olunmuşdur. 1.17. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 36-cı sırasında «Məlik» adının qarşısında olan imza - X7 tərəfindən icra olunmuşdur. 1.18. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 137-ci sırasında «Rəşad» adının qarşısında olan imza - Şahid25 tərəfindən icra olunmuşdur. 1.19. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 41-ci sırasında «Xəqani» adının qarşısındakı imza - Şahid74 tərəfindən icra olunmuşdur. 1.20. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 44-cü sırasında «Pərviz» adının qarşısında olan imza - Şahid14 tərəfindən icra olunmuşdur. 1.21. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 149-cu sırasında «Tural» adının qarşısında olan imza - Şahid15 tərəfindən icra olunmuşdur. 1.22. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 158-ci sırasında «İlham» adının qarşısında olan imza - Şahid65 tərəfindən icra olunmuşdur. 1.23. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 160-cı sırasında «Ədalət» adının qarşısında olan imza - Şahid18 tərəfindən icra olunmuşdur. 1.24. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 166-cı sırasında «Arif» adının qarşısında olan imza - Şahid63 tərəfindən icra olunmuşdur. 1.25. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 168-ci sırasında «imza» qrafasında olan imza - Şahid49 tərəfindən icra olunmuşdur. 1.26. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 173-cü sırasında “imza” qrafasında olan imza - Şahid73 tərəfindən icra olunmuşdur. 1.27. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 178-ci sırasında “Şahin” adının qarşısında olan imza – Şahid69 tərəfindən icra olunmuşdur. 1.28. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 181-ci sırasında «Fərid» adının qarşısında olan imza - Şahid72 tərəfindən icra olunmuşdur. 1.29. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 183-cü sırasında «İbrahim» adının qarşısında olan imza - Şahid67 tərəfindən icra olunmuşdur. 1.30. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının:185-ci sırasında «Elnur» adının qarşısında olan imza - Şahid44 tərəfindən icra olunmuşdur. 1.31. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 192-ci sırasında «Ayaz» adının qarşısında olan imza - Şahid38 tərəfindən icra olunmuşdur. 1.32. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 196-cı sırasında «Sənan» adının qarşısında olan imza - Şahid17 tərəfindən icra olunmuşdur. 1.33. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 217-ci sırasında «Sahib» adının qarşısında olan imza - Şahid51 tərəfindən icra olunmuşdur. 2.1. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 53-cü sırasında «imza» qrafasında olan imza - Şahid61 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 67-ci sırasında «imza» qrafasında olan imza - Şahid12 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.3. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 105-ci sırasında «Elnur» adının qarşısında olan imza - Şahid22 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.4. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 110-cu sırasında «Eyvaz» adının qarşısında olan imza - Şahid45 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.5. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 111 -ci sırasında «imza» qrafasında olan imza - Şahid11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.6. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 113-cü sırasında «Bəhruz» adının qarşısında olan imza - Şahid26 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.7. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 121 -ci sırasında «Valeh» adının qarşısında olan imza - Şahid47 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.8. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 123-cü sırasında «imza» qrafasında olan imza - Şahid40 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.9. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 124-cü sırasında «imza» qrafasında olan imza – Şahid33 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.10. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 128-ci sırasında «imza» qrafasında və 202-ci sırasında «Bəsti» adının qarşısında olan imzalar - Şahid71 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 2.11. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 132-ci sırasında «Əli» adının qarşısında olan imza - Şahid5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.12. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 145-ci sırasında «Ramin» adının qarşısında olan imza - X8, Şahid6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.13. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 153-cü sırasında «imza» qrafasında olan imza - Şahid10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.14. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 177-ci sırasında «Anar» adının qarşısında olan imza - Şahid46 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.15. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 197-ci sırasında «Kazım» adının qarşısında olan imza - Şahid37 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.16. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 207-ci sırasında «imza» qrafasında olan imza - Şahid36 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.17. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 209-cu sırasında «imza» qrafasında olan imza - Şahid54 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.18. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 212-ci sırasında «imza» qrafasında olan imza - Şahid58 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.19. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 214-cü sırasında «imza» qrafasında olan imza - Şahid56 Piralı oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.20. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 216-cı sırasında «imza» qrafasında olan imza - Şahid60 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.21. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 224-cü sırasında «imza» qrafasında olan imza - Şahid35 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.22. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 230-cu sırasında «imza» qrafasında olan imza - Şahid57 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.23. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 238-ci sırasında olan “Əli” adnın qarşısında olan imza Şahid24 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.24. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 242-ci sırasında «Bəxtiyar» adının qarşısında olan imza - Şahid29 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.25. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 247-ci sırasında «Famil» adının qarşısında olan imza - Şahid28 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 3.1. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 52-ci sırasında «imza» qrafasında olan imzanın - Şahid41 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. 3.2. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 91-ci sırasında «imza» qrafasında olan imzanın - Şahid59 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. 3.3. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 237-ci sırasında «imza» qrafasında olan imzanın - Şahid9 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. 3.4. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 34-40-cı vərəqlərində olan inventarizasiya aktının: 251-ci sırasında «Yaşar» adının qarşısında olan imzanın – Şahid16 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMCnin 30 iyun 2025-ci il tarixli EAC-0xx/xx-2025 saylı məktubla məhkəməyə göndərilmiş auditor hesabatından görünür ki, ekspertiza nəticəsində ciddi hesabat sənədlərinin qanunvericiliyə uyğun və düzgün tərtib olunmadığı, əhəmiyyətli bir hissəsində saxtalaşdırma, uyğunsuzluq və əsaslandırma çatışmazlığı olduğu müəyyən edilmişdir. Bu səbəbdən, təqdim olunmuş sənədlərin bütünlüklə etibarlı və doğru hesab edilməsi mümkün deyil. Ciddi hesabat sənədlərinin bir qismi real əməliyyatları əks etdirmədiyindən onlar mühasibat və vergi uçotu üçün əsas kimi qəbul edilə bilməz. Bu hallar mövcud olduğundan Zərərçəkmiş şəxs MMC-nin hesablarında hər hansı satış pulu çatışmazlığı müəyyən etmək mümkün olmamışdır. Aşkar edilmiş çatışmazlıq sistematik xarakter daşıyır və satış sənədlərinin qəsdən qeyd olunmaması, kassa əməliyyatlarının düzgün aparılmaması ilə əlaqəlidir. Eyni zamanda təqdim edilmiş sənədlərdə Zərərçəkmiş şəxs MMC tərəfindən Təqsirləndirilən şəxs təhkim olunmuş Lenovo markalı, İMEİ- **********38560 nömrəli terminalın həqiqətən də Təqsirləndirilən şəxs aid gsm nömrəsi ilə istifadə edildiyi və ona təhkim olunduğuna dair sənədlər mövcud olmadığı üçün satış pulunun çatışmazlığı barədə hesablama da mötəbər sayılmır. Təqdim edilmiş sənədlərdəki təhriflər və düzəlişlər mövcud olduğundan sənədlərə atılmış imzaların düzgünlüyünün araşdırılması tövsiyə olunur. Auditor hesabatı barədə “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə və X2 əsas tələblərinə görə auditor müstəqil, əsaslandırılmış və yetərli audit sübutları əsasında rəy verməlidir. Ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, əvvəlki auditor tərəfindən verilmiş rəy bir sıra əsas maliyyə riskləri nəzərə alınmadan hazırlanmış və təqdim olunmuş sənədlər üzrə yetərli peşəkar skeptisizm tətbiq edilməmişdir. Hesabatın hazırlanması xərci 18 % ƏDV də nəzərə alınmaqla 590 manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1969 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər, iş materiallarında olan sənədlər və xx.xx.2025-ci il tarixli, “Ciddi hesabat sənədlərinin düzgünlüyünün, satış pulu çatışmazlığının və əvvəlki audit yoxlamasının düzgünlüyünün müəyyən olunması barədə Auditor hesabatı”nda göstərilənlərə əsasən təhvil-təslim aktları və daxili satış qaimələrinin böyük əksəriyyətində səlahiyyətli şəxslərin “təhvil verdi və təhvil aldı” hissələrində ad-familya və təsdiqedici imzalarının olmaması təqdim edilən qaiməfakturaların, inventarizasiya aktlarının (İ cild, səhifə 30-40) “ciddi maliyyə sənədi sayılmaması, kassa jurnalının Zərərçəkmiş şəxs MMC-ya aid olduğuna dair hər hansı bir məlumatın olmaması, təqdim edilən sənədlərin içərisində ümimiyyətlə kassa mədaxil qəbzi, kassa mədaxil orderinin olmaması, şirkətin satış təmsilçisi Təqsirləndirilən şəxs ərazisində olan problemlərə dair xx.xx.2022-ci il tarixdə şirkətin auditi tərəfindən tərtib edilən aktlarda riyazi hesablamalarda səhvlərin olması və ciddi hesabat sənədlərinin bir qismi real əməliyyatları əks etdirmədiyindən onların da mühasibat və vergi uçotu üçün əsas kimi qəbul edilməməsi müəyyən edilir. Bu hallar mövcud olduğundan Zərərçəkmiş şəxs MMC-nin hesablarında hər hansı satış pulu çatışmazlığı müəyyən etmək mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə, məhkəmə iclasında əldə edilən, qiymətləndirilən sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş, təqsirləndirilən şəxsin əməllərinin cinayət qanunu ilə tövsifində səhvə yol vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə, şəxsin təqsirli olmasına şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Konstitusiya Məhkəməsi Plenumunun «V.Bayramov və qeyrilərinin şikayətləri üzrə» 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulmuş normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə istintaq orqanının təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamı yoxladıqda, həmin ittihamın (2-3-cü epizodları üzrə) yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən əlamətlər kimi ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 2011-ci il 17 mart tarixli Qərarı). İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham irəli sürülməsinə əsas kimi sonuncunun ona təhkim olunmuş terminal ilə 04 yanvar 2021-ci il tarixdən 26 mart 2022-ci il tarixədək cəmi 134.141,44 manat dəyərində müxtəlif adda qeyri-qida məhsullarını sifariş verməsi; həmin mallardan MMC-nın Göyçay şəhərində yerləşən filialının anbarına 9.847,72 manat dəyərində mal şəklində qalıq qaytarması; satış nöqtələrində piştaxtalarda 19.781,75 manat dəyərində mal qalması; MMC-nın Göyçay şəhərində yerləşən filialının xəzinəsinə 92.280,40 manat pul vəsaiti ödəməsi; «Kürdəmir Nur M/T» mağazasının 25,48 manat satış nöqtəsinə borc qalığı qalması; cəmi 12.206,09 manat məbləğində qalıq pulu isə Zərərçəkmiş şəxs MMC-nin Göyçay şəhərində yerləşən Göyçay filialının xəzinəsinə qəsdən təhvil verməyərək ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə edib vahid niyyətlə mənimsəməklə taladığını göstərmişdir. İttihamın əsası kimi istintaq orqanı - Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 072757 saylı lisenziya əsasında fəaliyyət göstərən sərbəst auditor X4 tərtib etdiyi xx.xx.2022-ci il tarixli auditor rəyə və həmin rəy əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə, eləcə də Zərərçəkmiş şəxs MMC-nin istintaq orqanına təqdim etdiyi sənədlərə əsaslanmışdır. Sözügedən auditor rəyi (hesabatı) və həmin rəy əsasında verilmiş ekspert rəyi müdafiə tərəfindən mübahisələndirildiyindən, məhkəmə istintaqı zamanı müvafiq ekspertiza təyin edilmiş, ekspert və cəlb edilmiş auditor qarşısında cavablandırılması zəruri olan suallar qoyulmuşdur. Məhkəmə qərarı əsasında verilmiş "xxxx" MMC-nin auditor hesabatı ilə müəyyən olunmuşdur ki, ekspertiza nəticəsində ciddi hesabat sənədləri qanunvericiliyə uyğun və düzgün tərtib olunmamış, əhəmiyyətli bir hissəsində saxtalaşdırma, uyğunsuzluq və əsaslandırma çatışmazlığı olduğu müəyyən edilmişdir. Bu səbəbdən, təqdim olunmuş sənədlərin bütünlüklə etibarlı və doğru hesab edilməsi mümkün deyil. Ciddi hesabat sənədlərinin bir qismi real əməliyyatları əks etdirmədiyindən onlar mühasibat və vergi uçotu üçün əsas kimi qəbul edilə bilməz. Bu hallar mövcud olduğundan Zərərçəkmiş şəxs MMC-nin hesablarında hər hansı satış pulu çatışmazlığı müəyyən etmək mümkün deyil. Aşkar edilmiş çatışmazlıq sistematik xarakter daşıyır və satış sənədlərinin qəsdən qeyd olunmaması, kassa əməliyyatlarının düzgün aparılmaması ilə əlaqəlidir. Eyni zamanda təqdim edilmiş sənədlərdə Zərərçəkmiş şəxs MMC tərəfindən Təqsirləndirilən şəxs təhkim olunmuş Lenovo markalı, İMEİ-**********38560 nömrəli terminalın həqiqətən də Təqsirləndirilən şəxs aid gsm nömrəsi ilə istifadə edildiyi və ona təhkim olunduğuna dair sənədlər mövcud olmadığı üçün satış pulunun çatışmazlığı barədə hesablama da mötəbər sayılmır. Təqdim edilmiş sənədlərdəki təhriflər və düzəlişlər mövcud olduğundan sənədlərə atılmış imzaların düzgünlüyünün araşdırılması tövsiyə olunur. Auditor hesabatı barədə “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə və X2 əsas tələblərinə görə auditor müstəqil, əsaslandırılmış və yetərli audit sübutları əsasında rəy verməlidir. Ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, əvvəlki auditor tərəfindən verilmiş rəy bir sıra əsas maliyyə riskləri nəzərə alınmadan hazırlanmış və təqdim olunmuş sənədlər üzrə yetərli peşəkar skeptisizm tətbiq edilməmişdir. Eləcə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1969 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlər, iş materiallarında olan sənədlər və xx.xx.2025-ci il tarixli, “Ciddi hesabat sənədlərinin düzgünlüyünün, satış pulu çatışmazlığının və əvvəlki audit yoxlamasının düzgünlüyünün müəyyən olunması barədə Auditor hesabatı”nda göstərilənlərə əsasən təhvil-təslim aktları və daxili satış qaimələrinin böyük əksəriyyətində səlahiyyətli şəxslərin “təhvil verdi və təhvil aldı” hissələrində ad-soyad və təsdiqedici imzalarının olmaması təqdim edilən qaimə-fakturaların, inventarizasiya aktlarının (cinayət işinin İ cildinin 30-40-cı səhifələri) “ciddi maliyyə sənədi” sayılmaması, kassa jurnalının Zərərçəkmiş şəxs MMC-ya aid olduğuna dair hər hansı bir məlumatın olmaması, təqdim edilən sənədlərin içərisində ümumiyyətlə kassa mədaxil qəbzi, kassa mədaxil orderinin olmaması, şirkətin satış təmsilçisi Təqsirləndirilən şəxs ərazisində olan problemlərə dair xx.xx.2022-ci il tarixdə şirkətin auditi tərəfindən tərtib edilən aktlarda riyazi hesablamalarda səhvlərin olması və ciddi hesabat sənədlərinin bir qismi real əməliyyatları əks etdirmədiyindən onların da mühasibat və vergi uçotu üçün əsas kimi qəbul edilə bilməz. Bu hallar mövcud olduğundan Zərərçəkmiş şəxs MMC-nin hesablarında hər hansı satış pulu çatışmazlığını müəyyən etmək mümkün deyil. İş üzrə obyektiv nəticəyə gəlmək üçün ekspert tərəfindən müvafiq vəsatətlə məhkəməyə müraciət edilərək, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də işlədiyi dövrdə hesabında yaranmış çatışmazlığı müəyyən etmək üçün ilkin mühasibat sənədləri olan - ilkin qalıqla bağlı sənədlər (ciddi mühasibat sənədi), Qaimə-Fakturalar (tam şəkildə), Təhvil-təslim Aktları (tam şəkildə), kassanın “Z” hesabatları (tam şəkildə), geri qaytarma ilə bağlı sənədlər, kassa mədaxil sənədləri, üzləşdirmə aktları, kassa kitabı (qaydalara uyğun olan), İnventarizasiya Aktının (malların inventarizasiya Qaydalarının tələblərinə uyğun) ekspertiza tədqiqatına təqdim edilməsi xahiş olunmuşdur. Həmin vəsatət əsasında məhkəmə tərəfindən Zərərçəkmiş şəxs MMC-yə sorğu göndərilmiş, vəsatətdə tələb edilən sənədlərin ekspertə təqdim edilməsi tələb olunmuşdur. Zərərçəkmiş şəxs MMC xx.xx.2025-ci il tarixdə məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, ekspertə göndərilməsi tələb olunan sənədlərin hamısı Göyçay rayon Prokurorluğuna göndərildiyindən həmin sənədlərin MMC-də olmadığı qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, cinayət-hüquq nəzəriyyəsində talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. CM-nin 179.1-ci maddəsində isə mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə, şəxsin CM-nin göstərilən maddəsi ilə məsuliyyət məsələsinin həlli zamanı əvvəla özgə əmlakının ona hər hansı qaydada etibar edilməsi və bundan sonra təqsirkarın bu əmlakı bütövlükdə, yaxud onun bir hissəsini mənimsəməklə öz mülkiyyətinə (istifadəsinə, sərəncamına) keçirməsi, ya da bu əmlakı israf etməsi müəyyən edilməlidir. Belə mövqedən həmçinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə” 11 iyun 2015-ci il tarixli Qərarında Ali Məhkəmənin Plenumu da çıxış etmişdir. Həmin Qərarın 21-ci bəndində Plenum dələduzluq cinayətinin mənimsəmə və ya israf etmə cinayətindən fərqləndirilməsi əsasları barədə izah verərkən məhkəmələrin diqqətinə çatdırmışdır ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxış edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Məhkəmə CM-nin 179-cu maddəsinin tələbindən və mənasından çıxış edərək qeyd edir ki, həmin maddədə nəzərdə tutulmuş mənimsəmə yolu ilə talama dedikdə təqsirkar tərəfindən müəyyən məqsədlə ona inanılıb tapşırılmış özgə əmlakının qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün özündə saxlanılması, qaytarılmaması, israf etmə yolu ilə talama dedikdə isə həmin əmlakın qanunsuz olaraq özgəninkiləşdirilməsi başa düşülür. Mənimsəmə və ya israf etmə yolu ilə özgəsinin əmlakını talama əmlakın oğurluq yolu ilə qanunsuz götürülməsindən onunla fərqlənir ki, birinci halda təqsirli şəxs taladığı özgə əmlak barəsində ona edilmiş etibardan istifadə edir, oğurluğun törədilməsi zamanı isə şəxs özgənin əmlakını gizli yolla, əmlakın mülkiyyətçisinin iradəsinə zidd olaraq ələ keçirir. Göründüyü kimi, şəxsin özgə əmlakını mənimsəmə yolu ilə talama cinayətini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün aşağıdakı halların sübuta yetirilməsi tələb olunur:

1. əmlak həmin şəxsə qanunvericilikdə nəzərdə tutulmuş qaydada etibar edilməlidir (saxlama müqaviləsinə əsasən (yazılı və ya şifahi), müvafiq əmrlə və sair);

2. şəxs həm vəzifə səlahiyyətlərinə müvafiq olaraq, həm də digər əsaslara görə, məsələn saxlama müqaviləsinə əsasən, ona etibar edilmiş əmlakı müəyyən olunmuş müddətdə saxlamağı, qorumağı, mühafizə etməyi və etibar edənin razılığı olmadan həmin əmlakdan istifadə etməməyi, ona hər hansı qaydada sərəncam verməməyi və öz mülkiyyətinə keçirməməyi öhdəsinə götürməlidir;

3. şəxsin etibar edənin razılığı və ya icazəsi olmadan ona etibar edilmiş əmlak barəsində 2-ci bənddə göstərilən qadağanedici hərəkətlər etməsi qanunvericilikdə müəyyən olunmuş qaydada sübuta yetirilməlidir; Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarından isə ibtidai istintaq zamanı qanunvericiliyə verilmiş təfsirə uyğun olaraq yuxarıda göstərilən tələblər üzrə sübutların toplanması və onların tam, hərtərəfli və obyektiv araşdırılması görünmür. İttihamın məzmunundan göründüyü kimi, Təqsirləndirilən şəxs verilmiş ittiham onun Zərərçəkmiş şəxs MMC-nin ekspeditoru işlədiyi dövrdə MMC-nin “təhvil aldığı” malların pullarının onun tərəfindən xəzinəyə təhvil verilməməsi və həmin pul vəsaitinin mənimsənilməsi ilə bağlı olmuşdur. Yəni, ittihamın düzgün həll olunması üçün ilk növbədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin anbarından sifariş verdiyi malların həcmi və dairəsi düzgün və mötəbər sübutlarla müəyyən olunmalı, o cümlədən ona təhkim olunmuş ərazilərdə olan satış nöqtələrindən həmin mallara görə pul vəsaitlərini təhvil alması müvafiq sənədlərlə (qaimə, təhvil-təslim aktı və s.) öz təsdiqini tapmalı, həmin sənədlər mötəbər olmalı və onların həqiqiliyinə şübhə ilə yanaşmağa əsaslar olmamalıdır. Halbuki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin anbarından sifariş verdiyi malların təhvil alınması və satışı ilə bağlı tərtib olunmuş sənədlərdə kifayət qədər çatışmazlıqlar və ziddiyyətlər olmuş, həmin sənədlərin ittihamın əsasına qoyulması və ittihamın həcmi müəyyən olunarkən nəzərə alınması sübutarın qəbuledilənliyi baxımından prosessual qanunvericliyin tələblərinə uyğun olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin anbarından müxtəlif vaxtlarda və məbləğlərdə sifariş verdiyi, ayrı-ayrı satış nöqtələrində qəbul edilməsi iddia edilən məhsulların təhvil alınması və satışı ilə bağlı olan bir qism sənədlərdə, o cümlədən qaimələr, üzləşmə və təhvil-təslim aktlarında imzalar mövcud olmamış, eləcə də xətşünaslıq ekspertizasının rəyi ilə cinаyət işinin İ cildinin 34-40-cı vərəqlərində yеr аlаn invеntаrizаsiyа аktındа əks оlunmuş cədvəldəki şəxslərin soyad, ad, ata adlarının qarşısında icra edilmiş imzaların bir qisminin özləri tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən icra edildiyi müəyyən edilmişdir. Həmçinin, istinad edilən inventarizasiya aktında sözügedən imzaların bir qisminin isə onlar tərəfindən icra edilib-edilməməsinin müəyyən olunmasının ümumiyyətlə mümkün olmadığı qeyd edilmişdir. Göründüyü kimi, ittihamın əsas sübutu qismində həmin sənədlər çıxış etdiyi halda, həmin hissədə ittiham ehtimallar və şübhələr üzərində qurulmuşdur. Məhkəmə prosessual qanunvericliyin tələblərindən çıxış edərək qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri istintaq orqanı və məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə ibtidai istintaq orqanının sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğun olmamışdır. Prosessual qanunverciliyin ümumi tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, ittihamın hər bir elementi mötəbər sübutlarla təsdiq olunmalı, məhkəmədə daxili inam yaratmalıdır. Məhkəmə iclasında əldə edilən, biri digərini təkzib etməyən sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli tam və obyektiv araşdırmaq daxildir. Azərbaycan Respublikası CPM-nin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət mühakimə icratı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə işə baxan məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin əsassız ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın əsassız olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz məhkəmənin vəzifəsidir ki, həmin işdə qanunçuluğun əməl olunmasını ciddi yoxlasın. Məhkəmə yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərarlarında olan göstərişləri nəzərə alaraq hesab edir ki, hazırki bəhs edilən əməldə cinayət hadisəsinin mövcudluğu istisna olunur. Azərbaycan Respublikası CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri irəli sürülmüş əməldə cinayət tərkibinin mövcudluğu öz təsdiqini tapmamışdır. Oxşar hüquqi mövqeyi paylaşan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir. Məhkəmə, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnın ona verilmiş ittiham üzrə cinayət tərkibinin mövcudluğu istisna olunur. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin tərkibi olmadığından, ona həmin maddələr üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. İş üzrə 1000 manat məhkəmə xərci dövlət büdcəsinə aid edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 42.1.1, 350, 352-353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin tərkib əlaməti olmadığı üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ izah edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar